İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:42 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    Doktor Aleksis Karlın sözü
    "Ümumiyyətlə, musiqi və konsertə qulaq asmaq, əsəb sistemində bir növ narahatçılıq yaradır. Bu təsir bəzən o qədər kəskindir ki, dinləyicini heyrətlənmiş bir şəxsə çevirir və ondan alınan fövqəladə təsir həmin əsəb korlayıcı amilin nəticəsidir. Aydındır ki, bu cür korlayıcılar xeyli ziyanlara malikdir və gücləndiyi təqdirdə hətta şüur və dərrakəni də, ifrat musiqi sədalarının cazibəsinin köləsi edə bilər. Bu zaman şəxs yaxşı və pisi bir-birindən ayırd edə bilməyəcək və yaramaz işləri həyata keçirməkdən çəkinməyəcək və o halda onun acı sonunu düşünməyəcəkdir".("Pasoxha və porseşhaye ruz" səh.125.)
    2 – Dəlilik
    Musiqinin xarici təhriklərinin sinir sistemi üzərində yaratdığı yüksək təzyiq nəticəsində, insan şüur və düşüncə qüvvəsini əldən verir. Çünki, insanın düşüncə qüvvəsi musiqi təhrikediciləri arasında əsirə çevrilir və tədricən ruhi və şüuri iğtişaşlara səbəb olur. Sonda isə musiqi insanın ağlını sıradan çıxararaq, belə şəxslərdə dəlilik əlamətlərini üzə çıxarır.
    İndi isə belə ruhi çatışmazlıqların bir neçə nümunəsinə diqqət yetirin.
    1 - Velik Stunez musiqi qrupunun təm-təraqlı konserti əsnasında, bir kişi həyəcanın şiddətindən soyunaraq dəlicəsinə vokala tərəf yola düşdüyü zaman polis tərəfindən yaxalandı.
    2 - Bir milyon əlli min nəfər bir konserti dinlədikdən sonra, musiqinin onlarda yaratdığı həyəcan nəticəsində qəflətən bir-birlərinin üzərinə tökülərək səbəbsiz bir-birlərini yaralamağa, zədələməyə başladılar. Hadisə yerinə polis yetişənədək bir neçə nəfər bıçaqlanma nəticəsində həyatını dəyişdi, neçə qıza təcavüz edildi və xeyli sayda insan yaralandı.("Beheşte cəvanan" səh.359.)
    3- Letil Rak ştatında bir cavan piyano öyrənirdi. Musiqi nəğmələri o cavanın ruhunda necə həyacan icad edirsə, heç bir səbəb olmadan öz yerindən qalxaraq on doqquz bıçaq zərbəsi ilə öz müəllimini öldürür.(Pasoxha və porseşhaye ruz" səh.126.)
    4- Musiqi dinləmək üçün Parisin meydanlarının birində toplaşmış cəmiyyət konsertdən sonra, necə həyəcana gəlmişdilərsə, vitrinləri sındıraraq mağazaları darmadağın etdilər və bir qrup yaralandı.("Pasoxha və porseşhaye ruz" səh.125.)
    5- Bethoven adlı məşhur musiqiçi 30 yaşında eşitmə qabiliyyətini bütünlüklə itirərək və sonda əsəb zəifliyindən dəli oldu.
    3. Qan təzyiqi
    Qan təzyiqini yaradan ən əsas amillərdən biri də, əsəb qıcıqlandırmaları və döyüntüləridir. Müasir dünyada çox yayılmış qan təzyiqinin səbəbləri haqda araşdırma aparan avropalı bir həkim, qan təzyiqi ölçən cihazı əlində açıb-bağlayır və eyni halda radionun düyməsini açıq saxlayırdı. O, müxtəlif musiqi proqramlarını dinlədikdən sonra, aşağıdakı nəticələri əldə edir:
    A) Musiqi xoşagəlməz olduqda, qan təzyiqi artır və ruhun süstlüyü və narahatlığı ilə sonlanan sədaları eşitdikdə, qan təzyiqi həkimi vəhşiləşdirəcək həddə gətirib çıxarırdı.
    B) Bir sıra musiqilər aramlaşdırıcı təsirə malik idilər və davam etdiyi müddətdə təzyiqi normal həddən aşağıya endirirdi (bu da təhlükəlidir).
    4. Görmə qabiliyyətinin zəifləməsi
    Qeyd etdik ki, simpatik və parasimpatik sinir sisteminin vəzifələrindən biri də, bəbəyi enəltmək və daraltmaqdır. Hansı ki, bu vəzifənin icrasındakı bacarıqsızlıq görmə qabiliyyətinin zəiflənməsində təsirə malikdir.("Negahi be musiqi", səh.42.)
    Haram musiqiləri dinləmək nəticəsində bu xəstəliklərə düçar olmuş şəxslər heç də az deyil, amma yoluxduqları bir sıra xəstəliklərin musiqiyə qulaq asmaq nəticəsində olduğuna diqqət yetirmirlər. Biz yalnız bu xəstəliklərə düçar olmuşlardan bir neçə nümunəyə işarə etməklə kifayətlənirik.
    Alman musiqiçisi Fredrik Hendel, italyan müğənnisi Mariya Alna, fransız müğənnisi Muris Ravel hər üçü görmə qabiliyyətini əldən verdilər.
    İsveçrəli musiqiçi Bax duyğu pozuntusuna düçar oldu, və gözləri tutuldu.
    5. Mədə
    Pop musiqisini dinləyən bir qrup gənc üzərində aparılan araşdırmalarda, bu nəticəyə gəlindi ki, mədə şirəsinin və kolidrikin ifrazı pop musiqini dinləyərdə, digərlərindən daha çox azalmışdır.("İlk universitet və sonuncu peyğəmbər" kitabının xülasəsi, c. 15, səh.183.)
    6. Ömrün qısalması
    Musiqiçilərin, bəstəkarların və müğənnilərin çoxu təbii ömürlərinin yarısına da çatmamışlar. Musiqiçilərin ömürləri haqda aşağıda müşahidə etdiyiniz statistika, bu reallığı sübuta yetirir.
    1. Məşhur musiqi ustadı Malbranı, 27 yaşında mahnı oxuyarkən infarkt vurmuşdur.
    2. İtaliyalı mügənni Porqluzi, 26 yaşında
    3. İtalyan müğənnisi Belini, 34 yaşında
    4. Fransız müğənnisi Muris Jurber, 40 yaşında
    5. Fransız müğənnisi Şusun, 30 yaşında
    6. Fransız müğənnisi Nikladveqrini, 32 yaşında
    7. Fransız müğənnisi Jar Bije, 37 yaşında
    8. Alman müğənnisi Mendeles, 38 yaşında
    9. Alman müğənnisi Hüqo Velf, 43 yaşında
    10. Alman müğənnisi Maks Reger, 43 yaşında
    11. İçveçrəli müğənni Muzart, 35 yaşında
    12. İsveçrə müğənnisi Şubert, 31 yaşında
    13. İsveçrə müğənnisi Laner, 42 yaşında
    14. İran müğənnisi Həbib Səmai, 45 yaşında("Beheşte cəvanan", səh.361)
    Qeyd edək ki, bu statistika yalnız bu şəxslərdə məhdudlaşmır, bu sadəcə xeyli sayda olan fərdlərin kiçik bir hissəsidir.
    Bu göstərici bir və ya iki nəfər olsaydı, "müstəsna hal təşkil edir" deyə bilərdik. Ancaq mülahizə etdiyiniz kimi, statistik göztərici bir çox musiqiçilərin ömürlərinin az olmasını göztərir.
    Bütün bu zərərlərlə, niyə biz musiqi dinlədiyimiz halda sağlamıq?
    Sualın cavabında spirtli içkilər bölməsinə (Əgər bu qədər zərər varsa, niyə bəziləri şərab içməklə yanaşı sağlamdırlar?) müraciət edin. Eynilə burada da təkrarlanan bu cavabları sözün uzanmamasından dolayı gətirmirik.
    Musiqi və inək südünün çoxalması
    İnəyin südünün çoxalması üçün xüsusi musiqilərdən istifadə edilir. Görəsən belə bir təsiri faydalı adlandırmaq olarmı?
    Cavab: İnək südünün musiqi ilə çoxaldığını sübuta yetirən alimlər, sonralar bu qeyri-təbii yolla sağılan südün keyfiyyətinin aşağı olmasını isbatladılar.("Negahi be musiqi", səh.45.)
    Musiqi ilə fəaliyyətimiz çoxalırmı?
    Bəziləri zavod, fabriklərdə musiqidən istifadə etmiş, bu qənaətə gəlmişlər ki, bu yolla işçilər daha çox işləyirlər.
    Cavab:
    Əvvəla: musiqi yalnız əl işlərinin iş qabiliyyətini artırır və əksinə zehni əməyin fəaliyyətini azaldır. Alimlər bu qənaətdədirlər ki, iş əsnasında musiqi dinləmək, zehni fəaliyyətlərin iş qabiliyyətini azaldaraq, sinir sistemində pozuntuların yaranmasına gətirib çıxarır (misal üçün: eyni halda həm musiqi dinləyib, həm də yazı yazan şəxsin yazı səhvləri daha çox olur).
    İkincisi: Musiqinin bədənin fəaliyyətinin artırmasını qəbul etdiyimiz təqdirdə, bunun törətdiyi fəsadları da göz ardına vurmamalıyıq. Musiqi ilə bədəni işə vadar etmə üsulu, bir növ bədənin istismarına bənzəyir. Çünki biz bədəni təbii olaraq qüdrəti qədər işləməyi üçün öz ixtiyarında qoymalı və onu təbii müvazinətini adlayaraq, daha artıq işləməyə məcbur etməməliyik. Bilməliyik ki, bədən musiqinin və təbii halətdən çıxmanın təsiri altında daha artıq əmək sərf etsə də, ya iş yerindən xaric olduqdan sonra təbii halda və musiqi dinləmədən fəaliyyət etdiyi zamanla müqayisədə daha artıq yorğunluq hiss edəcəyik və ya bədəndən normadan artıq istifadəmiz üçün uzun müddətdə əldən düşəcəyik və ömrümüz qısalacaqdır; çünki bədəndən təbii qüdrətindən daha artıq istifadə etmişik. Bu eynilə idmançıların dopinq qəbul etməsinə bənzəyir. Doğrudur, dopinq vasitəsilə bir müddət bədən daha artıq iş sərf edir, bəzən yarışların qalibi da olurlar, ancaq bu idmançılar öz sağlamlıqlarını dopinqdən istifadə etməyən idmançılarla müqayisədə daha tez əldən verirlər. Ömürləri isə qısalacaq və bu işlə bədənə xeyli zərərlər yetirəcəklər.
    Musiqi ilə Allaha yaxınlaşırıqmı?
    Bəzi şəxslər belə deyirlər ki, musiqi dinlədikdə özümüzü Allaha daha yaxın hiss edir və arifanə həyat sürürük.
    Cavab:
    Əvvəla belə olsaydı, mütriblər və böyük musiqiçilər ən arif və Allaha ən yaxın insanlar sayılardı. Halbuki onların çoxunun dinin və irfanın ləzzətini duymadıqlarını, eləcə də çoxlarının Allahdan uzaq düşdüklərini yaxşı bilirik. Bəziləri isə yaranmışların ən çirkinidirlər.("Negahi be musiqi", səh.46.)
    İkinci bir tərəfdən Allah, onun peyğəmbəri və əhli-beyt (ə) Allaha yaxınlaşma yollarını hamıdan yaxşı tanıyırlar. Onlar yaxşı bilirlər ki, hansı şeylər bizi Allaha yaxınlaşdırır və hansı işlər bizi Allahdan uzaqlaşdırır. Onların nəhy etdiyi, çəkindirdiyi əməllər insanın Allahdan uzaqlaşmasına səbəb olur. Nəhy etikləri işlərdən biri də, haram musiqidir. Eləcə də, onların əmr etdikləri bütün əməllər, Allah-taalaya yaxınlaşmağa səbəb olur.
    Bilməliyik ki, sözügedən şübhə bizi Allahdan uzaqlaşdırmaq üçün istifadə etdiyi şeytanın hiylələrindən biridir.
    Üçüncüsü, musiqi məzmunsuzdur, məzmuna malik olduğu təqdirdə isə, onun forması ilə eynidir. Yəni, musiqi batini boş büsbütün zahirdən ibarətdir. Hər hansı bir hərbi musiqiyə qulaq asdıqda və ya musiqi ilə daha irfani halda olduğunuzu hiss etdiyiniz zaman, bu sizin hərəkətə gələn öz məzmununuzdur. Musiqi isə, öz daxilində reallıqdan kənardır, yalnız bizim daxili reallıqlarımızın təhrikedicisidir.
    Bu hərbi musiqini hərbçilik haqda məlumatı olmayan və ya irfani və ilahi məsələlər haqda heç nə bilməyən, ümumiyyətlə bu məsələlərlə uyğunluğu olmayan şəxs üçün qoyduqda, görəsən o da sizin duyğularınızı yaşayacaqmı? Musiqinin məzmunsuz olmasının mənası budur. Əgər onun məzmunu olsaydı, o musiqidən düşünülən hər kəsin şəxsi fikri deyil, bütün dinləyicilər üçün bir mənanı ifadə edərdi.
    Ancaq şerə baxın; bir beyt şer, məna yaradır. Onu oxuyan hər kəs, həmin mənanı götürür (musiqinin əksinə olaraq belə bir şeri məzmunlu adlandırırıq). Musiqini bir taxtaya bənzətmək olar. Fərz edin ki, bir hovuzun qumu, lili və içindəki digər şeylər onun dibinə çökmüş və adi halda həmin vəziyyətdə qalmışdır. Su da laldır. Bu taxta parçası ilə, suyu qarışdırdıqda, hovuzun içindəkilər yayıyalaraq suyun üzünə qalxacaq. Sual budur ki, suyun üzərinə qaxmış maddələri taxtamı özündə yerləşdirmişdir, yoxsa hovuzun özündə bütün bunlar öncədən var idi?
    Musiqi də bir vasitə kimi, bizim daxilimizdəkiləri qarışdırır, özü isə məzmunsuzdur. Buna ən gözəl nümunə aşiqanə musiqilərdir. Sevgi mahnılarını dinləyən hər kəs, öz məşuqunu, sevgilisini xatırlayır, hətta müğənni öz musiqi əsərində öz sevgilisinin adını çəksə də belə, yenə də dinləyici onu öz məşuquna aid edirik.(Həmin qaynaq)
    Musiqi ilə müalicə
    Müasir dövrdə iddia edilir ki, musiqi ilə, bir çox xəstəlikləri müalicə etmək mümkündür. Müxtəlif çeşidli qəzet və jurnallar bu məsələ üzərində manevr verirlər.
    Cavab:
    Əvvəla, biz haram musiqidən danışırıq. Bəlkə də musiqi ilə müalicə edənlər, halal musiqidən istifadə edirlər.
    İkincisi, biz də bəzi musiqilər, o cümlədən: Quran musiqisi, axar suların musiqisi və s. musiqilər, ahənglər vasitəsilə müalicəni qəbul edirik.
    Üçüncüsü, bəlkə də bir sıra xəstəliklər musiqi ilə müalicə edilə bilər, amma biz məsələnin zahirini müşahidə edirik. Onlar musiqi ilə bir xəstəliyi müalicə edir, ancaq bədənin digər üzvlərinə zərər yetirdiklərindən xəbərsizdirlər. Xəstəliyi müşahidə edərkən dərhal resept yazan həkimlər kimi. Onlar həmin xəstəliyi müalicə edirlər, bir halda ki, o dərmanın törətdiyi xəsarətlərdən xəbərsizdirlər. Ola bilər ki, dərmanın bu zərəri ilə öncəkindən daha ağır bir xəstəlik bədənə əlavə edilə bilər. Misal üçün, müxtəlif kodeinlər və kapsulalar və digər kimyəvi dərmanları göstərmək olar.
    Musiqi və bir sıra kimyəvi dərmanların acı təsirləri
    Keçmişdə bir çox dərmanlar üzərində manevr edir və onu yeni elmi ixtira hesab edir və həmin dərmanı geniş miqyasda təbliğ, reklam edirdilər (eynilə musiqi ilə müalicə kimi). Lakin bir neçə ildən sonra həmin dərmanı xəstələr üzərində yoxladıqda, o zaman onun hətta öldürücü zərərlərinin olmasını əldə etdilər. Nümunə olaraq Ekstazi həbini misal vururuq. Psixiatrlardan bəzisi kəskin düşkünlüyə düçar olmuş xəstələrə, bu həblərdən istifadəni məsləhət görürdülər. Bir neçə il keçdikdən sonra isə, Ekslə müalicə olanlar, ruhi xəstəliyə düçar oldular. Onların bəziləri dəlixanaya ötürüldü və ya bu dərmanlara vərdiş etdilər.
    Eləcə də, müxtəlif xəstəliklərin qarşısını almaq üçün istifadə edilən antibiotiklər də bu qəbildəndir. Hazırda bu nəticəyə yetişmişlər ki, bunlar böyrək xəstəlikləri üçün təhlükəlidir. Həmçinin, bel ağrısı və artrit üçün istifadə edilən, ağrıkəsicilər, böyrəklərin iş qabliyyətini itirməsinə gətirib çıxara bilər. Eyni halda, yeni tədqiqatlar göstərir ki, ağrıkəsicilər ortayaşlı və yaşlı kişilərin cinsi fəaliyyətində aydın çatışmazlıqlar yaradır. Asperin, Stamonefin, İborofen ("Səlamət” həftəlik jurnalı, 70-ci sayı, 1358-ci il (h.ş).) və narkotik Amoftamin maddəsindən hazırlanan arıqlama həbləri bu dərmanlar sırasındadır. Amoftamin aclığı fərddən uzaqlaşdırır və tədricən həmin şəxs arıqlayır. Tərkibindəki narkotik maddə istifadəçini arıqladaraq, özünə bağlı vəziyyətdə saxlayır və sonda isə, vərdiş etmiş bir narkoman halına gətirib çıxarır. Vaxtilə bu dərmanlar çox reklam edilirdi.("Səlamət” həftəlik jurnalı, 58-ci sayı, 1358-ci il (h.ş), səh.11.) Habelə, illərlədir ki, enerji yolu ilə müalicə reklam edilir, hansı ki səhiyyə nazirliyi zahirən faydalı olan bu əməlin mənfi təsirləri haqda xalqa xəbərdarlıq edərək bildirmişdir ki, enerji yolu ilə müalicə, xəstələrin müalicəsində çatışmazlıqlara və onların elmi müalicələrinin gecikməsi və ya dayanmasına səbəb olur.("Səlamət” həftəlik jurnalı.) Ölkənin səhiyyə nazirliyi bildirdi ki, ölkədə xəstəxanalarda yatan xəstələrin 8%-i dərmanın zərərindən yaranan xəstəliklə xəstəxanalara daxil olurlar.("Səlamət” həftəlik jurnalı, 18-ci sayı, 1384-ci il (h.ş).)
    Demək istədiyimizi budur ki, təsdiq edilən dərmanların bir çoxu, zərərlərə malikdir. Bu zərərlər zaman ötdükcə (insanlar dəyişdikcə) üzə çıxır. Çox güman ki, musiqi ilə müalicə də, yuxarıdakı nümunələr və yüzlərlə başqa nümunələr kimi, uzun illər ötdükdən sonra öz mənfi təsirlərini üzə çıxarda bilər.
    QƏLBİ GÜNAHLAR VƏ CİSMİ XƏSTƏLİKLƏR
    Ruhla cisim bir-biri ilə sıx əlaqədə olduğundan, ruh xəstəliyə düçar olduğu zaman, cismə də sirayət edəcəkdir. Platon deyir: "Həkimlərin ən böyük səhvi budur ki, ancaq cismi sağaltmaq əzmindədirlər, hansı ki, fikrə və ruha şəfa vermək haqda bir an da belə düşünmürlər. Halbuki, fikir və cisim bir-birilə sıx əlaqədədir. Bu baxımdan onları ayrı-ayrı düşünmək və ayrılıqda müalicə etmək olmaz".
    Cəsarətlə demək olar ki, ruhi çatışmazlıqlar və xəstəliklərin qaynağı, qəlbi günahlar və əxlaqsızlıqlardır. İslam dininə əməl olunaraq qəlbi günahlar insandan silinər və ya azalarsa, bir çox cismi xəstəliklər aradan gedəcəkdir. Misal olaraq, İslam dininin məzəmmət etdiyi bir sıra günahlara nəzər yetirin.
    Paxıllıq, eqoistlik, təşviş (iztirab), ümidsizlik (məyusluq) və s. Diqqətinizi alimlərin bu barədə söylədiklərinə yönəldirəm.
    "Mayo" klikinakında çalışan doktor "Elvariz" deyir: "Mədə yaralarının azalıb-çoxalması bir çox hallarda, daxili həyəcanın azalıb-çoxalması ilə birbaşa əlaqədədir". Bu söz, mədə ağrısından şikayətlənən klinikaya müraciət etmiş 15 min xəstə üzərində keçirilmiş sınağa əsaslanır. Məlum olmuşdur ki, əsasən qorxu, iztirab, paxıllıq, yüksək eqoistlik, mühitlə uyğunlaşmamaq mədə xəstəlikləri və yaralarının başlıca səbəblərindəndir. Müraciət edənlərin beşdə bir hissəsinin mədə yaralarının heç bir tibbi səbəbi yox idi. Bunu da qeyd edək ki, mədə yarası təhlükəli xəstəliklər sırasında beşinci yerdə durur.
    Doktor Uilyam M.G. ABŞ həkimlər birliyində bəyan etdi ki, təşviş dişlərin çürüməsinə səbəb olur. Eləcə də qeyd etdi ki:
    "Təşviş, qorxu və nıqqıltıya səbəb olan duyğular və həyəcanlar, bədənin kalsiumunun müvazinətinin itirilməsinə səbəb olaraq, dişləri çürüdür".
    Doktor Frevuş "yüz yaşamaq üçün yüz məsləhət" kitabında yazır:
    Ümidsizlik düşkünlüyə səbəb olur, düşkünlük isə, bədənin müqavimət sistemini zəiflədərək, sonda müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir.
    Dünyanın yüz minlərlə insanı düşkünlüyə düçardırlar (bunun başlıca səbəbi ümidsizlikdir). Araşdırmalar göstərir ki, güclü düşkünlük bəşər ömrünün azalmasına gətirib çıxarır.("Yüz yaşamaq üçün yüz məsləhət", səh. 135.)
    İslam dini ruhi xəstəliklər barəsində heyrətamiz sözlər buyurmuşdur(Qəlbi günahlar haqda dəyərli kitablardan biri də, Şəhid Dəstgeybin "Qəlbi səlim" kitabıdır. Müəllif bu barədə deyir: Qəlbi səlim və böyük günahlar kitabı mənim ömrümün bəhrəsidir.). İslam bu haqda o qədər zərif, dəqiq və mahiranə məsləhətlər vermişdir ki, bu nurani göstərişlərə əməl edən hər kəs, təkcə ruhi, psixoloji və onun ardınca cismi baxımdan deyil, həm də İslamın dəyərli qanunlarına riayət etməyənlərdən xeyli irəliyə düşəcəkdir.
    MÜXTƏLİF
    Bu fəsli xüsusi başlıqda deyil, "Müxtəlif" adlandırmağımızın səbəbi əvvəla buna görədir ki, bütün fəqihlər bu fəsldə gələnləri haram bilmirlər. Və həm də bəzən haram sayılsa da, bunlar zati haramlıqlarına malik olmasına görə deyil (yəni zati haramlığa malik deyillər), əslində zərərlərinə görə haram sayılır.
    EKSTAZİ
    Ekistazi sözü vəcdə gəlmək, dəlilik, divanəlik mənasına olub gecə kulublarında, diskotekalarda və gecə partilərində rəqsgətirici (oynadıcı) dərmanlar kimi istifadə edilir.
    Eks həbinin cismi zərərləri
    Mütəxəssislərin fikirincə hətta yoxlamaq üçün bir dəfə belə eks tabletkasının istifadəsi çox təhlükəli olub.
    Doktor Nuri deyir: "Bu dərmanların zərərləri sırasında görmə qabiliyyətində çatışmazlıqlar, iştahın azalması, görmə nazaslıqları (reallıqda olmayan əşyaların gözə görsənməsi), ürək döyüntülərinin və qan təzyiqinin artması, qərarsızlıq, bədənin temperaturunun qeyri-münasib dəyişkənliyi və su və maye içməyə ehtiyac özünə yer tutur. Bəzən isə, uzunmüddətli sağalmaz və hətta ölümlə nəticələnə bilən ziyanlar vura bilər.
    Amma ekstazi həbi digər təhlükəli fəsadlara da malikdir. O cümlədən hipotalamusun fəaliyyətinin pozulması, fərdin danışıq və rəftarında öz nəzarətini əldən verməsi, qısa müddətli yaddaşda pozuntunun yaranması, çox miqdarda bədənə daxil olmuş suyun xaric olmamasından dolayı beyin şişinin mümkünlüyü, duz və eliktrolitlərin azalması, cinsi problemlər, uzun müddətli düşkünlük duyğusu, baş ağrısı, baş gicəllənməsi və yuxusuzluq, dəliliyi göstərmək olar".
    Bu ekspertin sözünə görə "hər şeydən çox təhlükə yaradan və sonda ölümə səbəb olan faktor, bu dərmanların hazırlanmasında istifadə edilən qeyri-xalis maddələrdir". ("Səlamət” həftəlik jurnalı. )

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1207 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024