İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:23 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    İKİNCİ FƏSİL
    ELMİ VƏ TİBBİ SÜBUTLARA ƏSASƏN VACİBATIN BƏDƏNİN SAĞLAMLIĞINDA TƏSİRİ
    HƏCC VƏ ÖMRƏ
    Əgər bir şəxs iqtisadi baxımdan, ehtiyacsız olarsa həcc ona vacib olur belə ki, həcc və ömrə elə bir işlərdəndir ki, rəvayətlərdə sağlamlığın səbəblərindən biri kimi qeyd edilmişdir.
    İmam Səccad (s) buyurub:
    "حجّوا و اعتَمِروا تَصحّ ابدانُکُم و تَتَّسِع ارزاقُکُم"
    "Həcc və ömrəni yerinə yetirin ki, bədəniniz sağlam və ruziniz bol olsun."(Kafi", c.252)
    Həcc və ömrədə olan sağlamlıq iki səbəbə görə ola bilər:
    1. Həccin mənəvi və ruhi təsirlərinə görə. Həccdə olan mənəvi əməllər ruh yüksəkliyinə səbəb olur. Aydındır ki, ruh sağlam olduğu təqdirdə, bədənə bir başa təsir qoyur.
    2. Səfərdə nəzərdə tutulan mənfəətlər, həcc və ömrədə də ola bilər.
    HİCAB
    Hicab, təzəliyini və sağlamlığını qoruyub saxlayan meyvə qabığına bənzəyir. Nə qədər ki, qadınlarda bu hicab və iffət var təravət, gözəllik, yenilik və sağlamlıqdan bəhrələnirlər. Amma hicabı açan kimi sağlamlıq və gözəllik də aradan gedir.("Geyim və hicab hekayələri", c. 79, 2-ci cildin təmsillərin nəql etməklə.)
    Allahın vacib buyurduqlarından biri də hicabı qorumaqdır ki, bir çox mənəvi, ictimai, ailəvi, ruhi və hətta cismi mənfəətlərlə doludur.
    Bu yazı öz keçmiş metoduna əsasən yalnız çox qısa şəkildə cismani zərərlərə işarə edir.
    Hicabsızlığın cismi zərərləri
    Hicabsızlar üçün mütəmadi olaraq vəhşicəsinə cinsi təcavüzlərə məruz qalmaqdan, qətldən və bəzən müqavimət göstərdikdə kobudcasına döyülməkdən artıq zərər nə ola bilər. Bəzən də bu təcavüzlərin sonu xəstəliklərlə nəticələnir.
    Statistik məlumatlara görə İsveçdə qadın hər 20 dəqiqədən bir döyülərək yaralanır və hər 3 saatdan bir təcavüzə məruz qalır. ("Beheşte cəvanan", səh.235,"Cümhuriye Eslami" qəzetinə istinadən.)
    Hicablı qadınlar üçün cinsi və cismi təhlükəsizlikdən artıq hansı faydaları bəyan etmək olar?
    Nyuyork Taymzın müxbirinin hicab barəsində etdiyi söhbət
    Nyuyork Taymzın müxbirinin, "İslama sığınan qadınlar, yeni bir təhlükəsizlikdədirlər" sərlövhəli məqaləsində müsəlman xanımlarının günü-gündən hicaba gəlməsinə işarə edərək yazır: hansı iş bu qayıdışa səbəb olub? Elə bir qayıdış ki, sözün əsl mənasında şəxsi və ictimai azadlıqlarda formalaşmışdır.
    Bunun cavabını islamçıların Orta Şərqin modern cəmiyyətinin ruhuna və kişi və qadınına bəxş etdikləri uca məqam və dəyərdə axtarmaq lazımdır.
    Hicab, qadının izdihamlı şəhərlərdə rahat fəaliyyət göstərməsinə əlverişli şərait yaradır və ətraf şəhərlərdən paytaxta iş axtarmağa gələn cavan kişilərin, onlara mane olmasının qarşısını alır.
    Bu geyim (hicab), ətrafında olanlara bir xəbər çatdıraraq deyir: "bu bir nəcib qadındır. Onunla işiniz olmasın". Həmçinin qadına, heç bir cinsi təcavüzlərə məruz qalmadan şəhərin cəmiyyətlə dolu olan nəqliyyat vasitələrindən istifadə etməyinə kömək edir.(" Beheşte cəvanan", səh.266.)
    Hicabsızlıq və qətl
    Qətldə ittiham olunan bir cavanı tuturlar. Ondan, nə üçün bu iyrənc əməli gördüyünü soruşurlar.
    Cavabında deyir: "Subay oğlan idim. Min bir zəhmətlə orta məktəb şəhadətnaməmi alaraq universitetə qəbul oldum." Orada gözüm universitetin həyətində və auditoriyasında gəzib-dolaşan, deyib-gülən, və əslində heç bir şeyə riayət etməyən gözəl-hicabsız qızlara düşdü.
    Mən də cavan bir oğlan, yavaş-yavaş onlarla dostlaşmağa başlayaraq çox məharətlə onlardan birini aldadaraq onunla evlənəcəyimi bildirdim.
    Bir müddət keçdikdən sonra o hamilə olduğunu bildirib, "məni gərək alasan" dedi. İqtisadi vəziyyətimin münasib olmadığı üçün onunla bu gündə-sabahda evlənəcəyimə söz verdim. Nəhayət bir gün işimiz böyük bir söz-söhbətə səbəb oldu. Onunla dava etdim. Özümə gələndə onu boğub öldürdüyümü anladım.
    Hicabsızlıq cinsi təcavüzləri azaldırmı?
    ("Geyim və hicab hekayələri", səh. 75.)
    Bəzilərinin fikrincə, əgər çılpaqlıq mədəniyyəti artarsa yavaş-yavaş onun adiləşməsinə səbəb olar və bir də heç vaxt ona tərəf meyilli olmazlar. Bu fikir cinsi baxımdan hardasa düz ola bilər. Amma daxildən gələn bir hərarət, təhrikedici səhnələrə baxdıqca sönmək əvəzinə daha da alovlanacaq. Bu belə olsaydı qərbdə cinsi təcavüzlər azad şəkildə olmazdı. "Plaintruth"-un yazdığına əsasən əvvəllər hər 34-dəqiqədən bir olan təcavüzlərin sayı indi hər 14-dəqiqədən birə çatıb. "Amerikalı Nyuzvik" jurnalının yazdığına əsasən isə, Avropada hər il 10 min uşaq cinsi təcavüzə məruz qalaraq başqa pis məqsədli işlər üçün istifadə olunurlar.
    Əhalisinin 98%-ni müsəlmanların təşkil etməsinə baxmayaraq Türkiyədə qərb mədəniyyəti daha geniş şəkildə inkişaf edib. Ölkənin statistika bürosunun məlumatına əsasən, Türkiyədə 605 rəsmi və 565 qeyri-rəsmi fəsad mərkəzləri kəşf edilib. Bu ölkədə 13671 əxlaqsız qadın axtarışda və 209 qız isə cinsi təcavüzlərə məruz qalmış halındadır.
    İngiltərənin verdiyi məlumata görə 16 yaşından 30 yaşınadək qadınların 41%-i cinsi təcavüzlərə məruz qalacaqlarına ehtimal verdikləri üçün daim nigarandırlar, 11%-dən yuxarı qadın isə onsuz da bir gün təcavüzə məruz qalacaqlarına inanır, 4% qadın cinsi təcavüzdə həyəcan siqnalından istifadə edir və 7% isə "özünü müdafiə" kurslarına gedirlər.
    Statistikanın verdiyi bu məlumatlar çox gözəl sübut edir ki, hicabsızlığın özü, onun adiləşməsinə səbəb deyil, əslində həddən artıq təcavüzlərin və təhrikedici əməllərin amillərindəndir.
    Sonda əziz oxucuları daha da məlumatlandırmaq üçün hicabsızlığın başqa zərərləri haqda söz açırıq.
    1- KOSMETİKADAN İSTİFADƏ ETMƏK
    İslam baxımından, kosmetikadan istifadə etmiş qadını naməhrəm görərsə haram hesab edilir. Amma bu işi öz həyat yoldaşı üçün görərsə çox bəyənilir və dinin göstərişlərindən hesab edilir (bunu da qeyd etmək lazımdır ki, öz yoldaşı üçün bəzənməyin də həddi və hüdudu vardır) burada kosmetikadan istifadə etməyin yalnız bir neçə cismi zərərinə işarə edəcəyik ki, başqalarına da ibrət olsun .
    Kosmetik maddələrin cismani zərərləri
    Bir il ədəbli zinətlənmək dəbin yeniləmməsinə səbəb olur və bir il tünd rənglərdən, istifadə etmək və yenə də gələn il yeni bir dəb, zinət və gözəllik məsələsində çox bahalı bir dəblə sona çatır. Yalnız cibimiz üçün deyil, hətta canımız üçün də baha başa gəlir.
    Dəridə xərçəng xəstəliyinin artması təravətlənmək istəyən gənc qadınların Sulariyuma üz tutmasıdır ki, bu da son illərdə dəbin məxariclərindən hesab olur.
    Həddən artıq zinət əşyalarından və kosmetikadan istifadə etməyin, dərinin gözün və dodaqların gözəllik və sağlamlığının zərərilə nəticələnir. Məsələn: uzun müddətli tuşdan istifadə etmək, kipriklərin tökülməsinə səbəb olur. Pomadadan həddən artıq istifadə etmək isə dodaq dərisinin nazikləşərək çatlamasına səbəb olur.
    İfrat dərəcədə krem və pudradan istifadə etməyin özü də dəri dəliklərinin tutulmasına səbəb olur və sonda dəridə səpkilərin yaranmasına bais olur.
    Kosmetikanın digər zərərlərindən biri də onların bəzilərinin saxta olmasıdır ki, dərinin həssas olmasını büruzə verərək adətən qaşınma, örə xəstəliyi və üzdə səpkilər zahir olur. Zinət əşyalarının saxta olub olmamasını bir birindən ayırd etmək o qədər çətindir ki, hətta mütəxəssis kosmetoloqlar belə bu işin öhdəsindən çətinliklə gəlirlər.(""Səlamət”" həftəlik jurnalı, 70-ci sayı, 1385-ci il (h.ş), səh.18.)
    İngiltərə alimlərinin apardıqları tədqiqatların nəticəsinə əsasən qolaltı deodorantlarında olan aliminum duzu döş nahiyəsində xərçəng xəstəliyi törədə bilər. Belə ki, aliminum duzu deodorantın 25 % təşkil edir. Bu kimyəvi maddə asanlıqla dəri və bədənə daxil olur və "strujn" əməlini təqlid edərək döşdə xərçəng xəstəliyinə səbəb olur.(""Səlamət”" həftəlik jurnalı, 62-ci sayı, 1384-cü il (h.ş), səh.10. )
    2) DAR GEYİMLƏR(dar şalvarlar, koftalar)
    Müctəhidlər dar geyimləri (bədən üzvlərini qabarıq göstərən) şəhvət oyadıcı olduqları təqdirdə, haram bilir və naməhrəm qarşısında ondan istifadə etməyi caiz hesab etmirlər.
    Zaman keçdikcə və nəsillər dəyişdikcə qəribə bir vəziyyət yaranır. O da hər şeyin kiçilməsidir: balaca evlər, kiçik maşınlar, gödək və dar şalvarlar, dar manto və köynəklər. Sanki dərzi parça qıtlığı ilə üzləşmiş və bütün paltarları qısa tikmişdir. Qeyd etmək lazımdır ki, bu dar geyimlər yeni dəbin məhsuludur. Amma bu cür dəblər sağlamlıq üçün təhlükəlidir.
    Dar geyimlərin cismi zərərləri
    1) Əzginlik və yorğunluq.
    Dar geyimlər dəri altında olan xırda damarları (kapilyarları) öz təsiri altına alaraq bəzi hissələrdə qanın düzgün dövranına mane olur. Xüsusən də bu darlıq diz, bel, sinə və qol nahiyəsində olarsa, qan dövranını daha da çətinləşdirir. Dar paltarların törətdiyi nasazlıq qan dövranını pozaraq əzginlik və yorğunluğa səbəb olur.
    2) Həzm sisteminin çətinləşməsi.
    Dar geyimlərin fəsadlarından biri də həzmin çətinləşməsidir. Əslində dar geyimlər həzm sisteminin tüstüvari hərəkətini pozaraq mədədə yelin yığışmasına və qarının köpməsinə bais olur ki, bu da adətən qarın ağrısıyla nəticələnir.
    3) Sidik kisəsinin mikrobu.
    Dar geyim hava mübadiləsini pozaraq qadınlarda sidik kisəsinin mikrobunu artırır.
    4) Örə xəstəliyi.
    Dar geyimlərin törətdikləri fəsadlarından biri də örə xəstəliyinin bir növü olan "təzyiqli örədir". Bu növ örə, dar geyimlərin bədəndə sıxıntı yaratması nəticəsində əmələ gəlir. Adətən 4-6 saat dar geyimləri geydikdən sonra dərin iltihabla yanaşı qaşınma, göynətmə və ağrı yaranaraq 8 saatdan 28 saata qədər aradan gedir.
    Bəzən bu əlamətlərə titrətmə-qızdırma, zəiflik, yorğunluq və baş ağrısı da əlavə olunur.
    5) Öd kisəsində daş.
    İndiyədək öd kisəsinin daş yaratmasının əsl səbəblərini axtarmaq üçün xeyli zəhmətlər çəkilib. Bir sıra səbəblər kəşf olunub və bir sıra işlər naməlum olaraq qalır. Dar geyimlərin öd kisəsində sürətlə daş yaratmasında təsirli olduğu isə sübut olunub.
    3 - QISA GEYİM(gödək ətəklik, mini yupka)
    Bir çox həkimlər, fizioloqlar, mütəxəsislər və ekspertlər qısa geyimə qarşı qalxaraq onu yeni dəbin ən sağlamsız və qorxulu geyimlərindən olduğunu bildirirlər.
    Həkimlər bildirirlər ki, qısa geyim adiləşən gündən müxtəlif xəstəliklər, o cümlədən sidik kisəsində iltihab, qadın ifrazatları və başqa xəstəliklər qadınlarda iki qat olur. Habelə soyuqdəymə və onun yaratdığı problemlər bu cür qadınlarda artır. Ən əhəmiyyətlisi də baldırların böyüməsidir. Qısa geyimlər baldırları 2 sm-dən 5 sm-ə qədər böyüdür. Bu iş fizioloqların nəzərinə görə olduqca təbiidir. Ona görə ki, bu hissədə soyuqdan qorunmaq üçün piylənmə gedir.
    Bundan əlavə cinayət işləri üzrə statistikanın verdiyi məlumata görə qısa geyimli qızlar digər qızlardan daha çox ehtiraslı kişiləri özlərinə cəlb edərək azğınların cinayət və sadizm xarakterli hücumlarına məruz qalırlar.(" İlk universitet və Son peyğəmbər",c.19, səh.104)
    4 - DİKDABAN AYAQQABILAR
    Bəzi müctəhidlərin fətvalarına əsasən, dikdaban ayaqqabı geyinmək diqqəti cəlb edərsə və həvəs oyadarsa caiz deyildir.
    Biz bu kitabda dikdaban ayaqqabıların tibbi və cismi zərərləri barədə söhbət açmışıq. Məlumat üçün 7-ci fəsildə "dikdaban ayaqqabılar" mövzusuna müraciət edin.
    5-KİŞİLƏRİN QIZILDAN İSTİFADƏ ETMƏLƏRİ
    Şəriət alimlərinin (fəqihlərin) nəzərlərinə görə kişilərin qızıldan istifadə etmələri haramdır. Onun cismi zərərləri barəsində məlumat əldə etmək üçün "qızıl və gümüş" mövzusuna müraciət edin.
    SÜNNƏT
    İslam dinində buyurulan vacib əməllərdən biridə sünnət etməkdir. Belə ki, oğlan uşağı yetkinlik həddinə (həddi-büluğa) çatdığı təqdirdə, ona sünnət etdirmək vacibdir. Bu işin həddi-büluğa çatmamış görülməsi daha yaxşıdır.
    İslamın elmi möcüzələrini daha yaxından tanımaq üçün sünnət etməyin bir neçə əsrdən sonra kəşf edildiyi bəzi faydalarına işarə edirik.
    Sünnət etməyin faydaları
    1) Kişilərin xərçəng xəstəliyinə tutulmasınin qarşısını almaq.
    Bəzi ölkələrdə, o cümlədən Hindistanda sünnət etmək yayılmadığı üçün cinsi orqanda xərçəng xəstəliyi, sünnət etməyin rəvac tapdıği digər ölkələrlə müqayisədə 10 dəfə artıqdır.("Səlamət” həftəlik jurnalı.)
    Qeyri-müsəlman tədqiqatçıları bu tibbi iş üzərində geniş axtarış apardıqdan sonra onun müxtəlif faydalarını üzə çıxarıblar. Bir çox araşdırmalar göstərir ki, sünnətin minimum faydası xərçəng xəstəliyini azalmasıdır. Bu gün sünnət etmək xərçəng xəstəliyinin qarşısını almaq üçün bir növ vaksen hesab edilir.("Daneşmən" jurnalı 509-cu sayı, 1384-cü il (h.ş).)
    Cinsi orqanının xərçəng xəstəliyinə düçar olduğu 2500 nəfərdən cəmi 33 nəfəri sünnət edilmişdir ki, bu da təqribən hər 76 nəfərdən 1-i deməkdir (Ola bilsin bu 33 nəfər də gec sünnət olunublar).(İslam baxımından ailə gigiyeniyası, səh.139.)
    2) Qadınlarda xərçəngə yoluxmanın qarşısının alınması
    3) QİÇS xəstəliyinin azalma ehtimalı
    Sünnət olunmuş insanlarda QİÇS xəstəliyinin yayılma miqdarı azalır. Sünnət olunmağın faydası o qədər böyük maraq doğurub ki, Afrika ölkələrində QİÇS xəstəliyinin qarşısın almaq üçün bu metoddan istifadə edirlər. Çünki, artıq sübut olmuşdur ki, cəmiyyətdə 10 nəfər sünnət olunarsa bir nəfərin QİÇS xəstəliyinə yoluxmasının qarşısı alınar.("Səlamət” həftəlik jurnalı.)
    QİÇS xəstəliyinin on altıncı beynəlxalq konqresində xəbər verildiyi kimi sünnət olunmaq kişilərdə QİÇS-in yayılma imkanını 60 faiz azaldır.
    Bu tədqiqatlardan alınan nəticə əsasında sünnət vasitəsilə 20 ilin içində milyonlarla insanın canını xilas etmək olar.
    Sünnət edilmək xüsusilə də QİÇS xəstəliyinə tutulmuş qadınlardan kişilərə yoluxmanın qarşısını almaqda çox təsirlidir.("Səlamət” həftəlik jurnalı, 1385-ci il (h.ş).)
    4) İnfeksion xəstəliklərin qarşısını almaq.
    Sünnət olunan yerin, dərisinin alt hissəsi bakteriya və yoluxucu mikrobların inkişafı üçün əlverişli yerdir. Ona görə də sünnət etmək cinsi əlaqə yolu ilə iltihablara yoluxmanın qarşısını alır.
    Bu iltihablardan əlavə bəzi tədqiqatlar göstərir ki, sünnət olunmuş kişilərdə sidikdə olan iltihablar digərlərindən daha azdır. Ona görə də hal hazırda bir çox qərb ölkələrində də bu işi genişləndirirlər.("Daneşmən" jurnalı 509-cu sayı, 1384-cü il (h.ş).)
    5) Sünnət olunmayan insanlarda süzənək xəstəliyinin mualicəsi çox çətin və ağırdır.
    6) Amerikalı tədqiqatçıların verdiyi məlumata görə sünnət etdirmək, kişilərdə ziyil yaradan "papilumay" virusunun azalmasına səbəb olur.(İlk universitet və Son peyğəmbər,c.16, səh.161)
    7) Sünnət etməmək spermanın sıçrayışını azaldır.
    8) Sünnət etməmək sidiyin sıçrayışını azaldır və bəzən də sidik kanalında daşın yaranması kimi bir çox xəstəliklərin tapılmasına səbəb olur.(İslam baxımından ailə gigiyeniyası, səh.139-dan 142-ə kimi.)
    Yeni doğulan uşaqlarda sünnət
    Müstəhəbdir ki oğlan uşağını doğulduğunun yeddinci günü sünnət etsinlər. Elmi baxımdan bu əməlin bir çox faydasını aşağıda gətiririk.
    Yeni doğulmuş və südəmər uşaqları sünnət etdirmək, sidik sisteminin iltihabının qarşısını alır. Uşaqların sidik kanalındakı mikrob, başqa təhlükəli xəstəliklərlə nəticələnə bilər. Elə bir xəstəlik ki, böyrək toxumalarının məhv olmasına səbəb olar və sonda böyrəyi inkişafdan saxlayar. Şübhəsiz siz də avropalıların və amerkalıların yerində olsaydınız və sizə: "Tədqiqatlar yaşı üç ayadək olan oğlan uşaqlarının 75%-nin sidik sistemində iltihab olduğunu göstərir və bunların 95%-i sünnət olunmayan uşaqlardır”- deyilsəydi, öz yeni doğulmuş oğlan uşaqlarınızı sünnət etdirmək qərarına gələrsiniz. Müqayisə etmək istəsək, deməliyik ki, yeni doğulmuş oğlan uşağı sünnət edilməyibsə bir yaşınadək sidikliyində iltihabın olma imkanı 10 qat artır.
    Şəhid Behişti adına Tibb Universitetinin müəllim, cərrah, və uroloqu Simforuş həkim bu barədə belə deyir: "Sünnət edilməyən və sidik kanalında iltihaba düçar olmuş oğlan uşağına ən yaxşı kömək onu sünnət etməkdir".
    Qeyd etmək lazımdır ki, doğumdan sonra ilk 24 saatı bu işi görmək olmaz. Bu da ona görədir ki, sünnət etməyə mane ola biləcək xəstəliklərin uşaqda olub-olmamasını ayird etmək olsun.
    İslam göstərişlərinin incəliyinə və dəqiqliyinə bir az artıq diqqət etməyin yeridir. Çünki, bu əməlin uşağın doğum günündən bir neçə gün sonra yerinə yetirilməsi buyrulur, hətta daha dəqiq olaraq bir həftə sonra olunması buyurulur (müstəhəb bir əməldir). Digər tərəfdənsə qeyd edilmiş faydalara görə südəmər uşaqların sünnət olunmasını tövsiyə edir.
    Hemofili kimi qanaxma yaradan xəstəliyə düçar olmuş uşaqları sünnət etmək olmaz. Habelə anadangəlmə sidik sistemi pozulmuş uşaqları da sünnət etdirmək olmaz. Bu anadangəlmə pozuntuların ən mühümü "haypuspadyazus"dir ki, cinsi orqanın altında sidik kanalında dəlik olur və bu dəliyin bərpası üçün sünnət olunan yerin dərisinə ehtiyac olur. Elə buna görə də belə körpələr dəlik bərpa olanadək sünnət olunmamalıdırlar.("Səlamət” həftəlik jurnalı.)
    Südəmər uşaqları sünnət edərkən, yarada iltihab, şiddətli qanaxma, artıq dərini götürmək imkanı olmamaq və cinsi orqanı yaralamaq kimi təhlükələr olur ki, bu zaman geniş bilik və təcrübə sahibi olan həkimə müraciət etməklə yaranan hadisənin qarşısını almaq olar.

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1168 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024