İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:06 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    DÖRDÜNCÜ FƏSİL
    Hədislərdə cismi sağlamlığın səbəbləri, elmi və tibbi yollarla sübutu
    Bu və növbəti fəsildə biz yalnız rəvayətlərdə deyilmiş sağlamlığın və xəstəliyin amillərini ümumi surətdə gətirmişik. Əgər xırdalıqları barəsində də deyilmiş rəvayətləri zikr etmək istəsəydik, bu haqda geniş kitab yazmaq lazım olardı. Ona görə də bir neçə məsələyə ümumi surətdə işarə edirik.
    BƏDƏNİN TƏBİİ EHTİYACLARINA CAVAB
    Allah-taala alim və hikmətli olduğu üçün insan bədəninə nə vaxt su içməyi, qidalanmağı, yatmağı və sair işləri öyrədibdir. Hətta xəstələnərsə özünü mualicə etməyi də öyrədib. (Əksər dərmanlar yalnız müalicənin sürətini artırır bədən üçün köməkçi rolunu oynayır. Həqiqətdə bədəni müalicə edən dərman deyil, bədənin özüdür). Ona görə də bədənin, şəriətin icazə verdiyi istəklərinə mötədillik həddində cavab vermək lazımdır. Belə olmazsa xəstəliyə səbəb olar. İmam Rzanın (ə) buyurduğu hədisin əhəmiyyəti elə burada məlum olur. Buyurur: "Acarkən ye, susuzlayərkən su iç, sidik güc gətirərsə özünü rahat et, ehtiyacın olmasa cinsi əlaqədə olma və yuxun gələn zaman yat. Bu işlər sənin bədəninə sağlamlıq gətirər."("Tebbe həkim”)
    Hədisdən bu mövzunu da başa düşmək olur ki, acmamış, susuzlamamış yeyib-içmək olmaz. Hər kəs tox olarkən yeyərsə, özü xəstəliyi yaradır. Həmçinin hədisdən anlaşılır ki, çox cinsi əlaqədə olmaz zərərlidir. Bu barədə "uzunömürlülük" bölümünün "az cinsi əlaqə" hissəsində qısa izah verilmişdir.
    HİCAMƏT (Bədəndən qan alma)
    İmam Sadiq (ə) buyurub: "Hicamət olunan yerdən bədənin zəhərindən başqa bir şey xaric olmur" Həzrət Əli (ə) buyurub: "Uşağın bədənini hicamət etmək ağacı budamaq kimidir. Hicamət ölümdən başqa bütün dərdlərin dərmanıdır". Əziz Peyğəmbər buyurub: "Cəbrayıl (ə) mənə hicamət etməyi elə tapşırdı ki, onun vacib olduğunu sandım".
    Hicamətin cismi faydaları.
    1- Hicamət uşaqlarda və yeniyetmələrdə boyun, çəkinin və inkişafın sürətini artırar.
    2- Hicamət körpələrin, uşaqların və yeniyetmələrin iştahının artmasına səbəb olur.
    3- Hicamət uşaq və yeniyetmələrdə 91 dərdin o cümlədən: Xənazir (su çiçəyi), migren, xroniki öskürək, ardıcıl soyuqdəymə, astma, alergiya, körpələrdə sarılıq (fizioloji sarılıq), gecə yerini islatmaq, zəif görmə və s. kimi xəstəliklərin müalicəsində müsbət təsirə malikdir.
    4- Görmə qabiliyyəti yaxşı olmayan bəzi uşaqlar hicamət etdikdən sonra gözlərinin zəifliyi düzəlir və daha eynəyə ehtiyacları olmur.
    5- Hicamət, uşaq və yeniyetmələrin üz və dərilərinin şəffaflıq və gözəlliyinə səbəb olur. Habelə saçların böyüyüb təravətlənməsində də təsirlidir.
    6- Uşaq və yeniyetmələrin əksər dəri xəstəlikləri hicamət etməklə düzəlib.
    7- Hicamət uşaq və yeniyetmələrin yaddaşını, qavrama qüvvəsini şiddətli dərəcədə gücləndirir.
    8- Hicamət uşaq və yeniyetmələrin qan dövranını yaxşılaşdırır və qanazlığının dərmanıdır.
    9- Hicamət yeniyetmə qızlarda menstruasiyanın nizamlanmasında eləcə də aylıq adətlərindəki narahatlıq və ağrının azalmasında çoxlu təsiri malikdir.
    10- Hicamət uşaq və yeniyetmələrdə bədənin müqavimətinin artmasına, əzələlərin daha çox genişlənməsinə, idman və hərəkət zamanı onların cismi təsirinin artması və bədən fəaliyyətinə səbəb olur.
    11- Demək olar ki, hicamət bütün cismi və ruhi xəstəliklərin dərmanıdır, ya da nisbi surətdə müalicə edir və ya heç olmasa başqa dərmanların müalicəvi təsirini gücləndirir.
    12- Cavad Fazil "İslamda tibb və gigiyena" kitabında belə yazır: "Hicamət vasitəsilə müalicə olan ən mühüm xəstəliklər: diş ağrısı, diş ətlərinin korlanması, ürək sıxılması, böyrəyin fəaliyyətində pozuntu, sidik kisəsinin xroniki narahatlıqları, uşaqlığın narahatlıqları, aybaşı pozuntuları, dəri səpkiləri, çibanlar və s.- dən ibarətdir.("İslamda tibb və gigiyeniya", səh.152)
    Hicamət tədqiqat müəssisələrinin apardıqları axtarışların nəticəsi
    Son 17 il ərzində İran hicamət tədqiqatları müəssisəsi şöbəsində aparılan tədqiqatlar və hicamət olunan 500 yüz min nəfərdən götürülmüş statistika hicamətin təxminən 200 xəstəlik üzərində tam yaxud nicbi təsirini sübuta yetirmişdir. Hicamətin aradan qaldırdığı xəstəliklərin bəziləri aşağıdakılardan ibarətdir:
    1- Güclü baş ağrıları və migren;
    2- Siqaret və narkomaniyaya aludəlik;
    3- Görmə qabiliyyətinin zəifliyi;
    4- Qan təzyiqi və qanın laxtalanması;
    5- Qanda yağlanma, şəkər və cövhər;
    6- Üzdə səpkilər və ləkələr;
    7- Dəri və bədəndə qaşınma xəstəlikləri;
    8- İnfarkt və apopleksiya (beynə qan sızması nəticəsində iflic);
    9- Saçın tökülməsi və baş kəpəyi;
    10- Bədənin təhlükəsizlik qüdrətinin zəifliyi (immun sisteminin zəifləməsi);
    11- Revmatizm;
    12- Əl və ayağın keyiməsi;
    13- Uşaqların qısaboy olması;
    14-Astma, öskürək, təngnəfəslik, allergiya və həssaslıqlar;
    15- Xroniki soyuqdəymə və qrip;
    16- Sonsuzluq və zöhrəvi xəstəliklər;
    17- Uşaqlarda huş və yaddaşın zəifliyi;
    18- Qadınlarda menstruasiya pozuntuları;
    19- İştahşızlıq və arıqlıq;
    20- İmiasın (oturaq əsəbinin iltihabı) və damar genişlənməsinin müalicəsi;
    21- Pis həzm etmə və mədə vərəmi;
    22- Qan zəhərlənmələri və xroniki infeksiyalar;
    23- Hormonların pozulması;
    24- Əsəbi və ruhi xəstəliklərin nəzarəti;
    25- Ruhdan düşmək və süstlük;
    26- Toxumluqda kista (şiş);
    27- Ağız uçuqlaması;
    28- Sinozit;
    29- Bədəndə artıq tüklərin tökülməsi;
    30- Yuxu pozuntuları;
    31- Radikulit və bel ağrıları;
    32- Xərçəng xəstəliklərinin müxtəlif növləri;
    33- Örə və eqzema;
    34- Dildə pəltəklik;
    35- Prostat vəzi xəstəlikləri;
    36- Böyrək və öd kisəsində daş;
    37- Su çiçəyi və xənazir;
    38- Hepatit;
    39- Körpələrdə sarılıq;
    40- Hamilə qadınların yerikləməsi və s.(Ailə xəzinəsi", səh.130.)
    Hicamətə aid bir neçə məsələ
    1- Hicamət etmək üçün uğurlu günlər
    A- Şənbə günü
    B- Bazar günü: Allahın Rəsulu (s) buyurub: "Bazar günü olunan hicamət bütün dərdlərə dərmandır".
    C- Bazar ertəsinin sonu: İmam Sadiq (ə) buyurub: "Bazar ertəsi gününün sonu olunan hicamət bədəndə olan ağrıları çəkir çıxardır".
    Ç- Çərşənbə axşamı günü ayın 17, 19, və 21-ə təsadüf edərsə, Peyğəmbərin (s) buyurduğuna əsasən, bu gündə olunan hicamət bir illik ağrıların dərmanıdır.
    D- Cümə axşamının sonu.
    E- Ayın 12-dən 15-ə kimi olunan hicamət bədənin sağalmağına səbəb olur.
    Ə- Mübarək Ramazan ayında axşam hicamət etmək lazımdır.
    2- Hicamət etmək üçün uğursuz günlər
    A- Cümə günü günorta.
    İmam Sadiq (ə) buyurub: "Cümə günü günorta hicamət etdirən şəxsin halı pisləşərsə, özündən başqasını məzəmmət etməsin"
    B- Çərşənbə günü. Peyğəmbər (s) buyurub: "Hər kəs çərşənbə günü hicamət etdirib üzündə ləkə əmələ gələrsə özündən qeyrisini məzəmmət etməsin."
    V- Ayın axırı. Bu işin səbəbini İmam Rza (ə) belə buyurub: "Ay yarımçıq olarsa qanda da nöqsan yaranır və ayın dolmağı (dairə formasını alması) ilə qan da artır. (Tədqiqatların bunun səbəbini 100 illər sonra kəşf etməsi mümkündür. Qanın artıb-azalmasının ayın dolub boşalması vasitəsilə olması ola bilsin dənizdəki "çəkilmə və qabarma" hadisəsinə bənzəyir ki, bu da ayla bağlıdır.)("Tebbe həkim", 109-cu səhifədən 112-ə qədər.)
    3- Hicamətdən əvvəl yemək
    Hicamət bir az yemək yedikdən sonra edilməlidir, çünki, İmam Kazim (ə) buyurub: "Hicamət yeməkdən sonra olmalıdır. Ona görə ki, insan tox olarkən hicamət edərsə qan bir yerə yığılar və xəstəlik bədəndən çıxar. Ac olarkən hicamət edəndə isə, qan xaric olacaq amma xəstəlik olduğu kimi bədəndə qalacaqdır".(Həmin qaynaq)

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1227 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024