İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    5:49 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    YEMƏYİN YAXŞI ÇEYNƏNİLMƏSİ
    Həzrət Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətində buyurur: "Övladım, sənə dörd mətləb öyrədimmi ki, onlara riayət etməklə tibbə ehtiyacın olmasın?" İmam Həsən (ə) deyir: "Bəli”. Həzrət Əli (ə) buyurur: "1-Acmamış yemək yemə; 2-İştahın kəsilməmiş əlini yeməkdən çək; 3-Yeməyi yaxşı çeynə; 4-Yatmazdan əvvəl özünü rahat et (ayaq yolu). Bu göstərişlərə riayət etsən, təbibə müraciət etməyə ehtiyacın olmaz".(Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh.619.)
    Yeməyin yaxşı çeynənməsinin elmi faydaları.
    Yeməyin yaxşı çeynənməsinin faydalarından biri budur ki, yaxşı çeynənilmiş yemək, tez və asan həzm olunur. Nəticə etibarı ilə bədən bir neçə səbəbə görə sağlam qalır:
    1- Dişlərin vəzifəsi çeynəmək və xırdalamaqdır. Əgər dişlər öz işlərini layiqincə yerinə yetirməsələr, mədə dişlərin işini çətin və ağır da olsa öz öhdəsinə götürməyə məcbur olur. Beləliklə həzmin çətinləşməsinə səbəb olur və nəticədə mədə və həzm sistemi pozulur.
    2- Yemək nə qədər çox çeynənilsə bir o qədər də ağız suyu ilə islanır və həzm yaxşılaşır. (Ağız suyu özü bir növ turşudur.) Bununla da həzm sistemi və mədə sağlam qalır.
    3- Bəzən yemək yaxşı çeynənilmədiyi üçün həzm olunmur. Bir müddət keçdikdən sonra mədə-bağırsaqda qalaraq xarab olur. Bu da mikrobların yaranma mənbəyinə çevrilərək sonda xəstəliyə səbəb olur.
    Yeməyin çeynənilməsi və bir elmi təcrübə
    Spalanzani adlı italiyalı bir alim 1780-cı ildə mədə barəsində elmi tədqiqat aparır. O, parçadan düzəlmiş kiçik bir kisənin içinə çeynənilmiş yemək yığaraq ağzını iplə möhkəm bağlayır. Belə ki, ipin bir ucunu əlində saxlayaraq kisəni ağız yolu ilə mədəyə salır. Bir müddətdən sonra kisəni mədədən çıxarir və kisənin içində heç nəyin qalmadığını görüb heyrətə gəlir. Mədədə olan güclü turşu, çeynənilmiş yeməyi əridərək kisənin daxilindən çixarmış və mədənin içərisinə sormuşdu.
    Bir müddətdən sonra Spalanzani kətan parçadan hazırlanmış iki kisəylə yeni təcrübə aparır. Birinci kisənin içərisinə bir miqdar tam çeynənilmiş ət qoyur. İkinci kisənin içərisinə isə bir tikə çeynənilməmiş ət qoyur. Sonra növbə ilə bir-birinin ardıyla hər iki kisəni udur. Bir müddətdən sonra kisələri çıxararaq görür ki, çeynənilməmiş ət olan kisədə hələ bir az ət qalıb. Amma çeynənilmiş ət olan kisə isə tamamilə boşdur. O, belə bir nəticəyə gəlir ki, çeynənilmiş yemək daha yaxşı həzm olunur.("Öz həkimimiz olaq", səh.194.)
    Yeməyi nə qədər çeynəyək?
    Bir çoxları bu suala cavab olaraq onun miqdarını müəyyən edib və 33 dəfə çeynəmək lazım olduğu bildiriblər. Amma çeynəmək üçün ədəd təyin edilməsi düzgün nəzərə çarpmır. Belə ki, bəzən yeməklər on dəfə çeynəməklə udulmağa hazır olurlar. Bəziləri isə 40 dəfə çeynəməyinə baxmayaraq udmaq üçün münasib deyillər. Belə nəticə almaq olar ki, yeməyin çeynənilməsində meyar onun ağızda xırdalanıb yumuşalana kimi çeynənməsidir. İstər 50, istərsədə 33 dəfə. Ya az, ya çox.
    Süfrədə çox oturmaq və uzunömürlülük barəsində elmi mövzu
    İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir: "Süfrə arxasında oturmağı uzadın. Doğrudan da süfrə arxasında çox oturmaq sizin ömrünüzdən hesablanmır".("Müstədrək əl-Vəsail", c.16, səh.234.) İllərdən bəri bu fikirdə idim ki, (bir tərəfdən İslam ömrə bu qədər əhəmiyyət verir, vaxtdan və ömürdən səmərəli istifadə etməyi tapşıraraq buyurur ki, vaxtınızdan o qədər yaxşı istifadə edin ki, Allah dərgahında cavab verə biləsiniz. Digər tərəfdənsə az yeməyi, doymamış yeməkdən əl çəkməyi göstəriş verir) bu rəvayətdə görəsən nə sirr vardır ki, buyurur: nə qədər süfrədə otursanız, ömrünüzdən hesab edilmir. (yəni: nigaran olmayın süfrə başında nə qədər otursanız da vaxtın tələf olmasına bais olmayacaq. Allah dərgahında da bu vaxtın uzadılmasına cavab vermək lazım olmayacaq). Sonda belə bir nəticəyə gəldim: "süfrə arxasında çox oturmaq ömürdən hesab edilmir" sözündən məqsəd, səbəbsiz süfrə başında oturmaq ya insanın ürəyi istədiyi qədər yeməsi yox, (çünki başqa hədislərdə buyurulur ki, "doymamış əlini yeməkdən çək") yeməyin çox çeynənilməsidir. Ona görə ki, yeməyi çox çeynəmək üçün vaxt lazımdır.
    Görəsən, yeməyin çox çeynənilməsiylə ona sərf olunan vaxtın ömürdən hesab edilməməsi arasında nə kimi əlaqə var?! Demək lazımdır ki, biz yeməyi nə qədər çox çeynəsək (sübut olunmuş dəlillərə əsasən) mədənin işi bir o qədər azalır və çeynənilməmiş yeməyin həzmi üçün yaranan çətinlik aradan götürülür. Beləliklə həzm sistemi və orqanizm sağlam qalır. Əgər yeməyi yaxşı çeynəmədiyimiz üçün həzm sisteminin pozulması nəticəsində xəstələnib 70 il yaşayacaqdıqsa, süfrə başında çox oturmaqla və yeməyi yaxşı çeynəməklə 80 il yaşaya bilərək. Bu, əlavə 10 il süfrə arxasında əyləşdiyimiz günlərin yerini doldurur. Yeməyi yaxşı çeynəməyin sayəsində aldığımız müxtəlif xəstəliklər nəticəsində: o cümlədən mədə və həzm sisteminin pozulmasına görə xəstəxanalarda və gigiyena mərkəzlərində keçirdiyimiz çoxlu vaxtlara qənaət olunduğu üçün süfrə arxasında keçirdiyimiz saatların əvəzi ödənir.
    Qozla pendirin birgə yeyilməsi
    İmam Sadiq (ə) buyurub: "Pendirlə qoz birgə yeyilərsə onların hər biri şəfa verər, ayrı ayrılıqda yeyildikdə isə onlardan hər biri xəstəliyə səbəb olar" (İlk universitet, son peyğəmbər", c.6, səh.226.) (demək lazımdır ki, bunlar səhərə aiddir).
    Bildiyimiz kimi pendir kalsiumla qoz isə fosforla zəngindir. Buna əsasən pendiri qozla bir yerdə yemək lazımdır. Çünki Kalsiumla fosfor hər ikisi dəyərli maddələrdir. Bu iki maddə birləşərsə boş yerə ifraz olmurlar. Əgər pendiri qozsuz (fosforsuz) yesək, kalsiumu həddən artıq istifadə etdiyimiz üçün bədənin fosforu qarşısında ifraz olar. Yox əgər bu kalsiumla (pendiri) fosforla (qozla) birgə olsalar onların həzmi də olduqca yaxşı, asan və tam olar.("İslam dərmansız həkim", səh.156.)
    Səhərlər tək pendiri yemək
    İmam Sadiq (ə) buyurub "Sübh vaxtı (təklikdə, qozsuz) pendir zərər verici, axşam isə xeyirlidir.
    Elmi araşdırma
    Nə üçün pendir sübh çağı məkruh axşamsa faydalıdır?
    Bu barədə aşağıdaki ehtimallar mümkündür.
    1- İslamın nəzərinə görə ən yaxşı yemək səhər yeməyi olmalıdır. Pendir təklikdə İslamın tövsiyə etdiyi normal səhər yeməyi ola bilməz (İnsan axşama kimi işləyib fəaliyyət göstərdiyinə görə güclü yeməyə ehtiyacı var).
    2- Keçmişdə yuxu zamanı qanın beyindən uzaqlaşmasını təsəvvür edirdilər. Buna görədir ki, yuxuda olan heyvanın kəllə qapağını açdıqda beyni ağ rəngdə görünür (Pişik üzərində aparılan təcrübəyə əsasən). Amma sonralar aydın oldu ki, bədən hüceyrəsindən xaricdəki mayedə və qanda olan kalsium beyin dincələrkən kalsiuma daha çox ehtiyacı olduğuna görə beyinin qidalanması üçün ona tərəf gəlir. Əhəngin çoxluğu onu ağ rəngli göstərir. Elə buna görə də pendiri axşam yemək lazımdır. Pendir kalsiumla zəngin olduğu üçün gecələr dərin yuxularda ona daha çox ehtiyac olur.
    3- Həzm olmaq baımından pendir yuxuya mane olan yeməklərdən deyil.
    Tədqiqatçılar deyirlər: "Yatmazdan əvvəl pendir yemək gecə boyu yaxşı və rahat yatmağa xoş xəbər ola bilər". Tədqiqatların birində 200 nəfər bir həftə müddətində yatmazdan öncə pendir yedilər. Onların 90%-i yaxşı yatdıqlarını bildiriblər. Tədqiqatçılar deyirlər: "Pendirin tərkibində "Teriptufan" adlı ruhi təzyiqi azaldan və yuxuya kömək edən Amin turşusu var".
    Səhərlər mövüç (Qara üzümün kişmişi) yemək.
    Əmirəlmöminin buyurub: "Kim ac qarına 21 dənə mövüç yesə xəstələnməz". Başqa bir rəvayətdə buyurulub:"Ölüm xəstəliyindən başqa bir xəstəliyə düçar olmaz."("Tebbe həkim", səh.127, "Uyunu əxbar ər-Rza", c.1-dən nəql edərək) Tədqiqatçıların yeni araşdırmaları göstərir ki, mövüc yemək alzaymer xəstəliyinin qarşısını ala bilər. İngiltərədə "Kimya-sənaye" jurnalının son sayının yazdığına əsasən mövüçün tərkibində alzaymer xəstəliyi ilə yaranan pozuntuların qarşısını ala biləcək çox güclü təsirə malik olan maddələr var. Laboratoriya muhitində aparılan araşdırmalar göstərir ki, mövüçün tərkibində alzaymer xəstəliyinə tutulan şəxslər üçün müsbət təsirə malik olan "antosiyanin" və "polifonulik" birləşmələri vardır və tutulan "Antosiyanin"in miqdarı nə qədər çox olsa, "Alzaymer" xəstəliyinin qarşısını almaqda mövüçün təsiri bir o qədər çox olar. Antosiyanin bitkiləri qara rəngdə edir. Elə buna görədə onun qara rəngli növləri daha təsirli olur. Bu birləşmələrin Alzaymer xəstəliyinin qarşısını necə aldığı hələ də məlum deyil. Bu birləşmələrin əsəb hüceyrələrilə yaxşı əlaqə yarada bilməsi mümkündür.
    Meyvənin mövsümün əvvəlində yeyilməsi
    Sağlamlığın amillərindən biridə meyvəni öz mövsümünün əvvəlində yeyilməsi və axırında isə tərk edilməsidir. Allahın Rəsulu (s) buyurub: Hər bir meyvəni təzə yetişdiyi zaman (öz mövsümünün əvvəlində) meyl edin. Belə olarsa bədənin sağlamlığına və qəmin aradan getməsinə səbəb olar. Hər meyvənin öz mövsümünün sonunda tərk edin, çünki bədənin xəstəliyinə səbəb olur.(Həmin qaynaq.)
    Qida mütəxəssislərindən biri deyir: "Müxtəlif meyvələrdə olan qidaların miqdarı öz fəsliylə uyğundur. Hər bir meyvəni öz fəslində yeyilməsi daha yaxşıdır. Doktor Rəhmani gigiyena və müalicə verilişinin müxbiriylə apardığı söhbətində bu mövzunu "İran tələbələri" xəbər agentliyinə bəyan etməklə bildirib: "Müxtəlif meyvələrdə olan qidaların miqdarı fərqli olmağına bamayaraq, bu maddələrin bütün meyvələrdən alınması bərabər olmalıdır ki, onlarda olan maddələrin hamısı bədənə çatsın. Diqqət etmək lazımdır ki, hər bir meyvə öz fəsilində yeyilərsə bədənə faydası daha çox olar. Misal üçün: Qarpızın suyu çox olduğu üçün qışa nisbətən yayda daha faydalı və o fəslə daha uyğundur. Başqa bir misal: Qış fəsilinə məxsus olan portağalda C və D vitaminləri olduğuna görə bu fəsildə bədənə lazımlıdır. Halbuki başqa fəsillərdə qışda olduğu qədər lazım deyil, (Əksinə zərərlidir. Buna misal olaraq xiyar və pomidoru qeyd etmək olar. Soyuq tərəvəz olduqları üçün əgər yayda istifadə edilsələr, faydalıdırlar. Halbuki qışda bu tərəvəzlər zərərlidir.) Doktor Rəhmani söhbətinə davam edərək dedi: "İndiki zamanda müxtəlif fəsillərdə bütün meyvələri tapmaq olduğu üçün yaxşı olar ki, bu məsələlərə riayət edək, çünki qida cəhətdən dəyərsiz olduğu üçün məsləhət görülmür".
    Yeməkdən əvvəl və sonra duzun yeyilməsi
    Xəstəliyi aradan qaldıran müstəhəblər işlərdən biri də yeməkdən əvvəl və sonra duzun yeyilməsidir. Allahın Rəsulu (s) Əmirəlmömininə (ə) buyurub:
    "افتتح بالملح واختتم بالملح...
    "
    "Ey Əli yeməyi duzla başla və duzla qurtar. Çünki bu işdə 72 dərdin dərmanı var".("Eyni adlı kitab", səh.152 )
    Bu barədə həkimlər və alimlər çoxlu tövsiyələr etmişlər. Biz onlardan bir neçəsini kifayətlənərək istərik ki, məsumların digər göstərişləri kimi, bu əməlin də hikmətsiz olmadığını biləsiniz.
    Yeməkdən öncə duz
    Ağızda duzun olması potaş (qələvi ağ maddə) mühitinin apasını qoruduğuna görə nişastalı maddələr üçün faydalı olan ağız şirəsini ifraz olunmağa təhrik edən amillərdən hesab olunur. Duzun mədəyə daxil olması, bir növ nişastalı maddələrin həzminə köməkdir. Yeməkdən əvvəl duz yemək on iki barmaq bağırsağı əhatə edən turşunu zərərsizləşdirərək on iki barmaq bağırsaqda yara əmələ gəlməsinin qarşısını alır.
    Yeməkdən sonra duz
    Bir damcı duz bədənə o vaxt yayılır ki, mədə şirəsi nişastalı maddələrin qarşısında qeyri-fəal olur. Bu zaman duz qüvvətləndirmə rolunu ifa edir.("İlk universitet, son peyğəmbər", c. 3, səh. 142.)
    ÜÇ MƏSƏLƏ
    1- Duz kiməsə zərərlidirsə bu işi görməsin .
    2- Bu məsələdə duzu çox az (barmağın ucu qədər) istifadə etmək lazımdır.
    3- İstifadə edilən təbii və çıxarılmış duzun dəniz ya dağ duzu olması İslamın tələblərindən biridir. Qaynadılmış və qazana yığılmış duzun dəyəri yoxdur. Bir damcı olsa da belə təbii duz olsun.("İlk universitet, son peyğəmbər", c.4, səh.127.)
    Allahı zikr etmək
    Sağlamlığın alimlərindən biri də dua və zikirdir. O cümlədən: "Bismillahir-rəhmanir-rəhim La həvlə və la quvvətə illa billahil Əliyyil Əzim" zikri.
    Şeyx Abbas Qumi "Məfatih" kitabında yazır: İmam Sadiq və İmam Kazimdən (ə) nəql olunmuş mötəbər sənədli hədislərin birində deyilir: "Kim sübh və məğrib (şam) namazlarından sonra kəlmə kəsməmiş, hərəkət etməmiş bu duanı yeddi dəfə oxusa 70 cür bəla ondan uzaq olar. Bu bəlaların ən kiçiyi cüzam, ekzema, şeytanın və padşahların şərləridir." Bu zikrin sayı bəzi mötəbər rəvayətlərdə 3 dəfə bəzilərində isə 10 dəfə qeyd olunub. Ən aşağısı 3 dəfə ən yuxarısı 100 dəfə deyilib. Nə qədər çox oxunsa savabı bir o qədər çoxdur.("Məfatih", səh.141 və 142, sübh namazının təqibatında.)
    SƏDƏQƏ
    Sədəqə rəvayətlərdə sağlamlığın amillərindən biri kimi adı çəkilən işlərdəndir. "Ölümdən qurtarmaq və sağlamlıqla sədəqənin arasında nə kimi əlaqə var" sualının cavabında deməliyəm ki, bu bir mənəvi məsələdir. O Allah ki, canlarımız onun əlindədir sağlamlıq da ondandır. Allah-taala sədəqənin vasitəsiylə sağlamlığı və xəstəlikdən uzaq olmağı istəmişdir.(Əlavə məlumat üçün, yeddinci fəsildə "sədəqə, ziyarət və s. ilə ömrün uzun və qısa olması arasında əlaqəsi" bölməsinə baxa bilərsiniz.)
    Əziz Peyğəmbərdən nəql edilmiş hədisdə buyurulur: "Sədəqə 70 cür bəlanı dəf edir. Onlardan ən sadəsi cüzam və ekzemadır."("Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh. 575.)
    Bu barədə çoxlu rəvayətlər deyilib. Müxtəsər etmək üçün bununla kifayətlənirik.
    Təbii ehtiyacı dəf etmək
    A- Yatmazdan əvvəl təbii ehtiyacın dəf olunması:
    Həzrət Əli (ə) əziz övladı İmam Həsənə (ə) təbibə ehtiyacı olmasın deyə 4 şeyi tövsiyə etdi. Onlardan biri yatmazdan öncə özünü rahat etməsi idi.
    ELMİ BƏHS
    Doktor Şəhid Paknejad bu barədə deyir: "Bu söhbət mövzunun adət halına düşməsini çatdırır. Hər yatmazdan əvvəl ayaq yoluna getmək, tədricən adətə çevriləcək. Belə olmasaydı o həzrət ehtiyac olarkən ayaq yoluna getməyi buyurardı.
    Digər tərəfdənsə gecə istirahət zamanı olduğu üçün şübhəsiz bir neçə saat davam edəcək. Bildiyimiz kimi zaman keçdikcə nəcisin zəhərlərini cəzb etmək qüdrəti artır və istirahət zamanı (yəni yuxuda olarkən) kapiliyarlarda qan dövranının hərəkəti səbəbindən zəhərlər cəzb olduğu üçün narahatlıqlar yarana bilər. Belə ki, səhər yuxudan durub hərəkət etdikdən və qan dövranı işə düşdükdən sonra sıradan çıxır. Yatan və istirahət edən insan üçün nəcis olduqca ziyanlıdır. Kim yatmazdan əvvəl ayaq yoluna getməyi və sağlamlığı qəbul etməyi adət edə bilsə onun üçün faydalı olar. Ən mühümü də budur ki, ayaq yoluna getməzdən əvvəl bağırsaqların və böyrəyin boşalmaq istədiyini hiss etsin.(İlk universitet, son peyğəmbər", c.12, səh. 81.)
    B- Ehtiyac zamanı özünü rahat etmək
    İmam Rzadan (ə) nəql edilmiş rəvayətdə sağlamlıq üçün bir neçə işin adı çəkilib. Onlardan biri "sidik güc gələn zaman özünü rahat et" ifadəsidir.
    "İslamda tibb və gigiyeniya" kitabında yazılıb ki, "elə tənbəl və səhlənkar insanlar tanıyırıq ki, bu həyati vəzifəni yerinə yetirməyə də başısoyuqluq edirlər. Ehtiyac zamanı öz sağlamlıqlarının tələbini cavabsız qoyaraq bağırsaqlarını fəaliyyətdən saxlayırlar. Əslində öz daxili orqanizmlərinə "tənbəllik dərsini" öyrədirlər. Bu başısoyuqluğun nəticəsində həzmetmə sisteminin pozulması, qaraciyər, mədə, babasil, venanın yorğunluğu və bəzən də venada qanın hərəkətsizliyinə və limfotik yollarının tutulmasına gətirib çıxarır. Limfotik yolları tutularsa, sonda fil xəstəliyinə tutulurlar".(Fil azarı (elephantiasis) bədənin ayrı-ayrı üzvlərinin (çox vaxt ayaqların) həddindən artıq böyüməsindən ibarət xəstəlikdir (red.))
    SƏFƏR
    Peyğəmbər (s) buyurub:
    "
    سافروا تصحوا"
    "Sağlam olmağınız üçün səfər edin."("Mübəlliglərin mövzular üzrə ensiklopediyası", səh.220.)
    İstər iş üçün istərsə də əylənmək üşün olan səfərin sizin cisminiz və fikrinizə xeyli faydası ola bilər. Odur ki, səfərin sizin sağlamlığınız üçün olan bəzi faydalarına işarə edirik.
    1- Sizdə olan sıxıntı və stress azalar.
    Səfər, sizə bir az istirahət etmək və ruhi sıxıntıları özünüzdən uzaqlaşdırmaq imkanı verir. Səfəriniz işlə bağlı olsa belə və siz saatlarla konfranslarda iştirak etsəniz də əvəzində yeni ölkə ya şəhərlərlə tanış olacaqsınız.
    Ola bilsin səfərinizdə iztirab və stress də olsun. Xüsusilə əgər səfəriniz gəzinti ilə, görməli yerləri seyr etməklə keçərsə və ya sizin müxtəlif dillərlə tanışlığa ehtiyacınız olarsa, eləcə də, məqsədiniz izdihamlı şəhərlər olarsa. Amma bu stress müsbət bir stressdir və sizin işinizdəki, ya gündəlik həyatınızdakı keçirdiyiniz stresslər kimi deyil.
    Təzyiq və ruhi stresslərin azalması həmişə sizin sağlamlığınıza kömək edəcək.
    2- Yaşayışınıza müxtəliflik, dəyişiklik bəxş edir.
    "Hər bir dəyişiklik istirahət qədər yaxşıdır" - cümləsinə əsasən, hansı səfər olursa-olsun qısa müddətdə olsa belə sizi öz adi gündəlik həyatınızdan uzaqlaşdıracaq. Elə təkcə bu məsələnin özü sizə çoxlu qüvvət verəcək. Gündəlik proqramınızı dəyişmək istəyirsiniz, sizin üçün bir növ müalicə hesab edilir. Bu iş sizin fikir və cisminizi süstlükdən yayındıracaq. Səfər, bizi hər gün üzləşdiyimiz atmosferdən ayıraraq yorğunluqlara, əsəb sıxıntılarına və qəm-qüssəyə qarşı daha yaxın müqavimət göstərməyə kömək edir. Bu iş səfərin ən mühüm təsirlərindən biridir.("Səlamət” həftəlik jurnalının son paraqrafı, 1385 (h.ş) 73-sayı.)
    3- Açıq havadan bəhrələnəcəksiniz.
    Həmişə olduğu kimi idarədə otağınızın 4 divarı arasında olmağınızdansa səfər boyu siz daha çox evdən bayırda və açıq havada olacaqsınız. Bu yolla siz təmiz və təzə havadan daha çox həzz ala bilərsiniz. Gəzinti üçün dağlığa istirahət üçün dəniz kənarına getsəniz başqa günlərə nisbətən dərindən nəfəs alarsınız və bədəninizə daha çox oksigen daxil olar. Eləcə də günəş vannasından da istifadə etmək olar. Bu şərtlə ki, gün yandırmaması üçün lazımi ehtiyatlar yaddan çıxmasın.

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1672 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024