İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    5:43 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    BEŞİNCİ FƏSİL
    Cismani xəstəliklərin amilləri barəsində hədislər və onların elmi sübutu
    QƏM-QÜSSƏ
    (Buradada qəm-qüssə deyildikdə, maddi dünya üçün edilən qəm-qüssə nəzərdə tutulur. Çünki axirətlə bağlı olan qəm-qüssə insan həyatında müsbət təsirə və ruh yuksəkliyinə səbəb olur.)
    İmam Əli (ə) buyurub:
    "
    الحزن يهدم الجسد
    "
    "Qəm bədəni viran edir". ("Nəhcül-Bəlağə" (Feyz), səh.1143.)
    Başqa rəvayətdə buyurur: "Kədər qocalığın yarasıdır".("Qürərül-Hikəm", səh.23.) Ruhla bədən bir-birilə o qədər əlaqəlidirlər ki, hər birinin vəziyyətinin yaxşı ya pis olması digərinə sirayət edir. Buna görə də insanın ruhu bədəninin təsiri altındadır. İnsanın hüznlü vəziyyəti istər-istəməz onun bədəninə pis təsir qoyaraq cismini düzgün istqamətdən yayındırır. Qəm-qüssə, əsəblərin taqətdən düşməsi, qan təzyiqi, şəkər və iştahsızlıq, mədə qıcqırması və yarası və sair xəstəliklərin amilidir. Qüssənin təsirindən bədən açıq-aşkar əriməyə, arıqlamağa başlayaraq get-gedə öz müqavimət qüvvəsini itirir. Bununla da bədən müxtəlif xəstəliklərə məruz qalır. Həzrət Əli (ə) buyurub: "Kimin kədəri çox olarsa bədəni xəstə olar".
    ÇOX YEMƏK
    İslamda çox yemək məkruh və xəstəliklərin amillərindən biri sayılır.
    Allah taala Qurani-Kərimdə buyurur:
    "Yeyin, için israf etməyin"("Əraf", ayə 31.)
    Allahın Rəsulu buyurub: "Çox yeməkdən çəkinin ki, bədəni xarab edir, xəstəlik yaradır, və ibadət zamanı süstlük yaradır." Habelə buyurub: "Kimin yeməyi az olarsa bədəni sağlam qalar və ürəyi şəfa tapar (təmizlənər). Habelə kimin yeməyi çox olarsa sağlamlığı azalar".
    Əmirəlmöminin (ə) buyurub: "Çox yeyən insan sağlamlığı az olar". ("Mizan əl-Hikmə", c.1)
    İmam Rza (ə) buyurub: "Camaat yeməyinə fikir versəydi bədənləri sağlam olardı".("Aşiqlər diyarı", c.5, səh.342.)
    Az yemək və Mədinə xalqının sağlamlığı
    Peyğəmbərin (s) vaxtından əcəm şahlarından biri təcrübəli həkimlərdən birini xəstələri mualicə etsin deyə Mədinəyə Peyğəmbərin (s) yanına göndərdi. Təbib bir il Mədinədə qalmasına baxmayaraq, heç kim öz xəstəliyinin müalicəsi üçün ona müracət etmədi.
    Təbib Peyğəmbərin (s) yanına gedib giley-güzar etməyə başlayır ki, mən bura sizin dostlarınızı müalicə etmək üçün gəlmişəm. Amma bu müddət ərzində heç kim mənə müraciət etmədi ki, mənə tapşırılan vəzifəni yerinə yetirəm. Peyğəmbər (s) buyurur: "Bu insanlar həyatlarında bir yol seçiblər ki, iştah onlara qalib gəlməyənədək yemək yemirlər. Yeməklərini də iştahları kəsilməmiş və hələ doymamış bitirirlər (elə bu səbəbə görə də sağlamdırlar və heç bir təbibə ehtiyacları yoxdur). Həkim Peyğəmbərin (s) dediklərini təsdiq edərək təvazökarlıqla ona ehtiram edib çıxıb getdi.("100 mövzu və 500 dastan", səh.325.)
    Elm baxımından çox yeməyin cismi zərərləri
    Çox yemək çəkinin artmasına səbəb olur. Çəkinin artması isə (xüsusilədə qarının çıxmasıyla başlayarsa) müxtəlif xəstəliklərə, o cümlədən şəkər, ürək xəstəlikləri, infarkt və hətta xərçəng kimi ölümə bais olan bu dörd xəstəliklərə tutula bilərsiniz.
    Köklük, çəkinizin 20% faiz öz normal həddindən artıq olması deməkdir. Artıq çəki ürək və bütün bədən üzvlərinin sıxıntısına səbəb olur.
    Amerikalı Həkimlərdən biri olan Doktor Şeltun deyir: "Kim öz bədəninin normasını bilib o qədər yesə və o həddi aşmasa, sağlam qalar. Amma kim həddən artıq yeməyə adət edərsə öz əllərilə xəstəlik yaradır. Bu vəziyyətdə onun və heç kimin əlindən bir iş gəlmir.("Oruc həyatını xilas edə bilər", səh.154.)
    152 yaşlı Tomasın ölümünə səbəb çox yeməklik oldu
    Professor Huveflan İngiltərə sakini Tomas Bar adlı şux qoca bir kişi haqda deyir: "bu kişi 120 yaşında dul bir qadınla evlənir və miladi tarixilə 1575-ci ildə 152 yaşında dünyasını dəyişir". Professor Huveflan onun ölümünün səbəbini belə bəyan edir: "İngiltərə padşahı İ Şarl, bu kişinin uzunömürlü olmasını eşidəndə onu görmək üçün Londona öz sarayına dəvət edir. İngiltərə sarayında bir neçə gün qonaq olduğu müddətdə öz keçmiş az yemək adətinin əksinə olaraq ləzətli yeməklər yeməkdə ifrata yol verir. Onları həzm etməyə aciz qalaraq bu ifratın təsirindən öz canını əldən verir. Professor Huveflanın onun taleyindən danışmaqdan məqsədi, camaatı, yuxarı yaşlarda çox yeməyin və maddələrin tam surətdə həzm olunmmaası nəticəsində daxili zəhərlənmələrin səbəbindən baş verən ölümün tezləşməsindən xəbərdar etməkdir.("Uzunömürlülüyün sirri", c.1, səh.91)
    Nə qədər yeyək?
    Bu suala cavab vermək üçün hamının istifadə edə biləcəyi miqdarı təyin etmək olmaz. Ola bilsin təyin olunmuş miqdar bəziləri üçün az digərləri üçün çox olsun. Deyə bilərik ki, yarım kiloqram yemək hamı üçün yaxşıdır. Çünki, lazımlı yeməyin miqdarı hər bir insanda ayrı olur.
    Bu baradə meyar yeməyin o qədər yeyilməsidir ki, süfrədən durarkən özümüzü ağır hiss etməyək. Digər tərəfdənsə gərək zəiflik də hiss etməyək.
    ÇOX YATMAQ
    Əmirəlmöminin (ə) buyurub: "Çox yatıb ifratlıq etmək insanın vücudunu qüsurlu edir və insana çoxlu zərərlər gətirir".("Mizan əl-Hikmə", c.1, "əkl" babı.)
    Yuxu və tibb
    Bəzi həkimlər bədənin yuxuya ehtiyacını 7 bəziləri isə 8 saat bildiriblər. Elə həmin mütəxəsislər 9 saatdan artıq yatmağı bədən üçün zərərli hesab edirlər. Eləcə də az yatmaq da bədən üçün zərərlidir. Jurnallardan biri yazır ki, yuxu və istirahətinizə əhəmiyyət verməsəniz bilin ki, az yatmaq sizin şəkərinizin miqdarını pozaraq çəkinizin artmasına və solğunluğa səbəb olacaq. Diabet xəstəliyinə düçar olmaq qorxusunu artırır. Sonda isə beyninizə zərər vuracaq. Yuxusuzluq qalxanvari vəzinin hormonunu pozur, stress yaradır, yaddaşa mənfi təsir qoyur. Hətta bədənin immun sistemini zəiflədərək həddən artıq xəstəliklərə səbəb olur. Yuxusuzluq ürəyin sağlamlığı üçün təhlükə yaradır, bədənin maddələr mübadiləsini də pozur.
    İslamın bu məsələyə də fikir verməsi diqqətdən yayınmır. İmam Rza (ə) sağlamlıq barəsində etdiyi tövsiyələrin birinidə buyurub: "Yuxun gələn zaman yat".
    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 990 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024