İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    5:27 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    YEDDİNCİ FƏSİL
    ELMİ SÜBUTLARLA HƏDİSLƏRDƏ UZUN VƏ QISA ÖMÜRLÜLÜYÜN FAKTORLARI
    RƏVAYƏTLƏRDƏ ÖMRÜN UZUN OLMASININ AMİLLƏRİ
    Rəvayətlərdə ömrün uzanmasına səbəb olan bir neçə amilin adı çəkilib. Onlardan bəzilərinə qısa şəkildə işarə edirik. Qeyd etmək lazımdır ki, öz məhdud elimimiz səviyyəsində onların bir sıra elmi dəlillərinə işarə edirik. Elmi dəlillər hələ kəşf olunmayan onlardan digərlərinə isə toxunmuruq, amma bu hissənin sonunda bu barədə söz açacağıq. Rəvayətlərdə ömrün uzun olmasının amilləri aşağıdakılardan ibarətdir:
    1- Səhər yeməyinin tez yeyilməsi
    Doktor Şəhid Paknejad yazır: "Qidaşünaslıq ("Dietologiya".)kitablarında çox təəcüblü mətləblər görürəm. Sanki, 14 əsr bundan əvvəl İslamdan köçürülüb. (Misal üçün, yazılır ki,) Acmamış yemək yeməyin və doymamış əlinizi yeməkdən çəkin. Yatdıqdan və istirahət etdikdən sonra yaxşı yeyin. Yedikdən sonra isə yorğan-döşəyə tərəf getməyin.
    Ən üstün yeməyiniz səhər yeməyi üçün seçib sübh tezdən yeyin və s.
    Çazçucil adlı dieoloqun "Səhər yeməyi mühüm qidalardandır" - sözü düzgün fikirdir. Siz sübh çağı yaxşıca yeməyə adət etməmişsinizsə öz sağlamlığınızı və iş həcminizi təhlükəyə almış olursunuz. Səhər yeməyini az yeyənlər və ya ümumiyyətlə yeməyənlər karans (vitamin çatışmazlığı) xəstəliyinə başqalarından daha çox məruz qalır, öz işlərində çox səhvə yol verir və təhsildə az müvəffəq olurlar. Diqqət etməli məsələlərdən biri də budur ki, dietologiya üzrə mütəxəssislər yetərincə istirahətdən sonra yeyilən yeməyi çox faydalı bilirlər.("İlk universitet, son peyğəmbər", c.3, səh.288.)
    2- Münasib ayaqqabı
    Görəsən ideal ayaqqabı seçməyin şad və uzun ömür yaratmaqda nə kimi təsiri var ki, İmam onun qida maddələrindən sonra son dərəcə əhəmiyyətli olduğunu bildirib?
    Bu sualın cavabında demək lazımdır ki, bədənin müvazinətini qoruyan onurğa sütunudur. Onurğa sütununun əyilməsi bağırsaqların pozulması və narahatlıqlarına gətirib çıxarır. Bunların hamısı ayaqqabı seçimindən irəli gəlir. Bu halda yaxşı ayaqqabının təsirini biləcəksiniz.("İlk universitet, son peyğəmbər", c.18, səh.251.) Başqa məsələlərdə, o cümlədən: ayaqqabının şadlığa səbəb olacaq rənginə, çəkisinə, havasını dəyişmək üçün ayaqqabının açıqlığına, dabanına, pəncəsinə və sair kimi işlərə diqqət etmək lazımdır. Narahat ayaqqabıların törətdiyi zərərlərlə yaxından tanış olmaq üçün, onlardan bəzisinə işarə edirik.
    Dar uclu ayaqqabılar
    İndiki zamanda kişilərin saçları nə qədər çox pırtlaşırsa (mod üçün) qadınların ayaqqabılarının ucları bir o qədər daralır. Səbəbini soruşanda, bütün təqsirləri "mod" adlı sözün üzərinə atırlar. Bunuda qeyd etmək lazımdır ki, kişilərin ayaqqabıları heç də qadınların ayaqqabılarından geri qalmır. Get-gedə də ayaqqabıların ucu, quşların dimdiklərinə bənzəyir. Sanki, kişilərlə qadınların geyim tərzini müəyyənləşdirmək "dəbin" üzərinə qoyulmuşdur. Tərslikdən modelyerlər heç də insanların sağlamlıqları barəsində düşünmürlər. Beləliklə bunların zərərini çəkmək, belə geyimlərdən istifadə edən insanların üzərinə düşür.
    Bu cür ayaqqabılardan istifadə edən bəzi insanların dəlilləri budur: "Bəs necə ola bilər, bu qədər insanlar belə ayaqqabıları geyinirlər, amma xəstələnmirlər"? Hansı ki, bu cür insanların özlərindən soruşsanız, çoxlu acı xatirələr danışa bilərlər. Misal üçün, həmin xatirələrdən biri belədir: "Burunu dar ayaqqabılar yeni moda düşmüşdü. Mən də gedib onlardan birini alaraq bütün günü geyib gəzdim və özümü göstərdim. Sabahsı gün yenidən ayaqqabımı geymək istəyəndə baş barmağımda güclü ağrı hiss etdim. İlk önsə çoxda əhəmiyyət vermədim. Amma gördüm dözə bilmirəm. Ayağıma baxanda qızardığını gördüm. Ev ayaqqabısıyla həkimə getməyə məcbur oldum. Həkim, dırnağımın ətin arasına girdiyini və onu hökmən çıxarmaq lazım olduğunu dedi".
    Dar uclu ayaqqabıların zərərləri
    1- Dırnağın ətin arasına girməsi
    Bu dar ayaqqabıların geyilməsindən irəli gəlir. Bu da baş barmaqda yayılmış zərərlərdəndir. Bu xəstəlik də fiziki sıxıntılar səbəbindən adətən dırnaqkənarı toxuma sıxılır və dırnaq, toxumalara daxil olur. Adətən bu ağrı şiddətli olur və get-gedə infeksiya edir. Bunun qarşısını almaq üçün dırnaqları düzgün tərzdə kəsmək və dar ayaqqabılardan çəkimək lazımdır.
    2- Baş barmağı həmişəlik ikinci barmağa tərəf əyilməsi
    Bu çatışmazlıq "Elqus" və "Halus" adlanır.
    Səudiyyə Ərəbistanı alimləri tərəfindən aparılmış axtarışlar göstərib ki, qadınlar arasında Halus və Elqusxəstəliyi həmişə ucu dar ayaqqabı geyinmək nəticəsində yaranır.
    Beləliklə də deyəcəksiniz ki, uclu ayaqqabı geyinənlər məgər neçə nəfər Halus və Elqus xəstəliyinə tutulub ki, bu qədər onun barəsində səs-küy qalxıb?
    Bu sualın cavabında Səudiyyə Ərəbistanı ər-Riyaz şəhərinin "Məlik Səud" unversitetinin müəllimi Əbdülvəhhab deyir: "Uzun müddət ucu dar ayaqqabı geyinən insanların təxminən 81 faizi sonda Elqus və Halus xəstəliyinə tutulurlar.
    3- Ayaq döynəyi, qabar və barmaqların əyilməsi belə ayaqqabıların ziyanlarındandır.("Səlamət” həftəlik jurnalı. )
    Hündürdaban ayaqqabıların zərərləri
    Bu ayaqqabılarda burnu dar ayaqqabılar kimi ziyanlarla dolu dur. Onlardan bəzilərinə işarə edirik.
    A- Topuqun burxulması və sınması
    Bəlkə də bəzi qadınlar fikirləşirlər ki, 10 santimetirlik daban üstündən yıxılmamaq üçün bacarıq lazımdır və bir çox qadınlarda bu bacarıq olmadığı üçün yıxılırlar. Lakin yadda saxlamaq lazımdır ki, hündürdaban ayaqqabıların ziyanları təkcə topuğun burxulması və ya sınması deyil, çünki, hətta bütün ömür boyu 10-15 santimetir hündürlükdə olan ayaqqabıların üzərində gəzsəniz və heç vaxt yıxılmasanız yenə də onun başqa ziyanları ilə üzləşəcəksəniz .
    B- Baldır əzələlərinin gödəlməsi
    Qadınların 6 aydan çox ardıcıl olaraq hündürdaban ayaqqabılarda gəzməsi baldır əzələlərinin gödəlməsinə səbəb olar.
    Bu hadisənin nəticəsi ayağın əyri-üyrü olması və boyun balacalaşması deyil ki, bəzi hündürdaban ayaqqabı geyinən qadınlar desinlər: "Heç bizim ayağımızın əzələsi balacalaşmadı". Əksinə bu işin nəticəsi, pəncə qövsünün xarab olmasıyla qurtarır. Demək lazımdır ki, adətən insanlar ayaqlarının altının düzləşməsini hiss etmirlər. Amma mütləq sonralar ayağın altının düzlüyündən yaranan bel ağrıları onu incidəcək.
    C- Dizlərin gücə düşməsi
    Harvard universitetinin alimləri tərəfindən aparılan tədqiqatların nəticəsinə əsasən, enli və dikdaban ayaqqabılar dizlərə düşən gücün miqdarını 26 faiz artırır. Eləcədə dar və dikdaban ayaqqabılar dizlərə düşən gücün təsirini 22 faiz artırır.
    Q- Diz oynağının artrorz
    Diz oynağının sümükləri arasındakı, qığırdaq diz oynağı mayesinə bağlıdır. Belə ki, bu qığırdağın qidası, həmin maye vasitəsilə əmələ gəlir. Oynaqlara çox güc düşdükdə həm qığırdağa artıq təzyiq olur, həm də onun oynaq suyundan aldığı qidası çətinləşir. Zaman kedikcə bu hadisə diz oynağında artrorzun yaranmasına səbəb olur.
    D- Bel ağrısı
    Dabanın hündürlüyü 2 sm-ə qədər standarddır. Bu miqdardan hündür olarsa, yol gedərkən bədənin çox çəkisi ayağın qabaq hissəsinə düşdüyündən, bel əzələlərinin və ya dizin arxa nahiyəsi çəkildiyi üçün bel ağrısına və diz oynağının ağrılarına səbəb olar.
    3- Borclu olmamaq
    Ömrün az olmasının səbəblərindən biri də borcun çox olmasıdır. Ona görə ki, əsəb gərgintiləri insana güc gəlir. Bu əsəb gərginlikləri özü bir çox ölümün amilidir. Çox zamanlar borclu insan öz borcunu vaxtında qaytara bilmir. Bunun özüdə müxtəlif xəstəliklərə səbəb olur.
    "İslam və müasir tibb" kitabının yazarı doktor Əbdüləziz yazır: "Əsəb gərginliklərinin təsiri, borcunu qaytarmağa qüvvəsi olmayan zaman baş verir".
    Belə vəziyyətdə olan insanların sonunun şəkər xəstəliyi, qan təzyiqinin artması, mikroinfarkt və hətta dəlilik gətirən qan azlığı ilə bitməsini müşahidə etmişik.
    Çünki, əsəb gərginliyi bu vaxt cisimdə "adranalin" maddəsini artırır. Bu isə qan təzyiqinə və "Bankryas" sızmasına bais olur.
    4- Cinsi əlaqədə az olmaq
    Məkruh işlərdən biri də həyat yoldaşı ilə çoxlu əlaqədə olmaqdır. Bu iş müxtəlif xəstəliklərə və tez qocalmağa səbəb olur.
    Aristoteldən soruşurlar: "Nə vaxt yaxınlıq edək?"
    Deyir: "Nə vaxt zəif olmaq istəsən".
    "Yaz çiçəyi"(" Zəhr ər-Rəbi".) kitabında bir nəfər müdrik insandan soruşurlar: "İnsan nə qədər yaxınlıq edə bilər?" Deyir: "İldə bir dəfə" Deyirlər: Əgər səbr edə bilməsə? Deyir: Ayda bir dəfə Deyirlər: Əgər özünü saxlaya bilməsə? Deyir: Həftədə bir dəfə Deyirlər: Əgər qarşısını ala bilməsə? Deyir: sperma insanın canıdır, nə vaxt ürəyi istəsə onu bədəndən çıxarsın.
    5- Daim dəstamazlı olmaq
    Allahın Rəsulu buyurub: "Həmişə dəstamazlı olun ki, Allah-taala ömrünüzü uzatsın".("Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh.734)
    Bu məsələdə insan düçüncəsinin dərk etməyə qadir olmadığı mənəvi bir sirrin gizlənməsindən əlavə, sağlamlış gətirən və nəticədə ömürün uzun olmasına səbəb olan gigiyenik faydaları var.
    "İslam və müasir tibb" kitabının müəllifi doktor Əbdüləziz bu barədə deyir: "Dəstəmazın tibbi baxımdan da faydaları var. Bu mənada ki, gün ərzində ağızın bir neçə dəfə təmizlənməsi diş və damağ xəstəliklərinin qarşısını olmaq üçün mühüm vasitədir. Eləcə də bururun soyuq suyla yuyulması (Ağız və burunun yuyulması ilə dəstəmaz arasında nə kimi əlaqənin olması soruşularsa deməliyəm ki, dəstəmazdan öncə üç dəfə ağız və buruna su alaraq yaxalamaq müstəhəbdir. Burunu su ilə yaxalamaq, buruna daxil olan bir növ qurdun aradan getməsinə səbəb olur. Eləcə də soyuq su ilə dəstəmaz almaq da şəriətdə müstəhəb hesab edilir.) dəfələrlə qrip olmağın qarşısını almaq üçün ən yaxşı üslubdur. Digər tərəfdənsə bu iş (suyla burunun yuyulması) vaksenlə peyvənd etmə kimi təsirli və faydalıdır. Son zamanlar bu barədə burun mütəxəssisləri elmi tədqiqat aparıblar.
    Əl-üzün yuyulmasının faydaları aydındır. Çünki, üz və bədənin başqa üzvülərini adətən dəri və iltihab xəstəliklərinə tutularkən gün ərzində bir neçə dəfə yumaq sağlamlığı təmin etmək üçün ən yaxşı vasitədir.
    Son zamanlar aşkar surətdə məlum olub ki, əksər mikroblar dəridə yaranan çatların vasitəsilə bədənə daxil olur. Parazitlərin də həmin yolla bədənə daxil olması sübut olub. Şübhəsiz ki, ardıcıl yuyulma bu növ xəstəliklərin qarşısını almaq üçün ən təsirli və sadə yoldur. Çünki, dərinin üst qatı mikrobların bədənə daxil olmasının qarşısını alır. Yalnız dəridə çat olarsa mikrob bədənə girir. Bu zaman dəri öhdəsinə düşən işi əldən veriri və mikroblar bədənə rahat daxil olur. Bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, dəri çatının ən mühüm amili onun cod və xarab olmasıdır. Bunun da səbəbi natəmizlikdir.
    Amma ağız yolu ilə bədənə daxil olan mikroblar yalnız əllərin bulaşıq olmasından irəli gəlir. Əllər həmişə yuyulmuş və təmiz olarsa, təbiiki, xəstəliklərin qarşısını almaq üçün ən yaxşı vasitə olar.("İslam və müasir tibb", səh.)
    6- Yaxınlarla (ata, ana, bacı, qardaş və s.) ünsiyyət yaratmaq
    İmam Sadiq (ə) bir neçə vasitəylə Peyğəmbərdən (s) nəql edir: "Yaxınlarla ünsiyyət evləri abad və ömürləri uzun edər. Hətta bu işi görənlər yaxşı adam olmasa belə". Başqa rəvayətdə buyurur: "Yaxınlarla ünsiyyət qiyamət gününün sorğusunu asan edər və pis ölümdən qoruyar".
    İmam Sadiqin (ə) səhabələrindən biri olan Hənnan ibn Sədir deyir: "Mən bir neçə nəfərlə İmam Sadiqin (ə) yanında idim. Bizim aramızda Meysər adlı bir nəfər yaxınlarla ünsiyyətdən söz saldı. Imam Sadiq (ə) ona dedi: "Ey Meysər, bu vaxta qədər neçə dəfə sənin ölümün çatıb. Amma hər dəfə yaxınlarla ünsiyyəti kəsmədiyinə görə Allah-taala sənin ölümünü təxirə salıb. Ömrünün uzun olmasını istəyirsənsə ata-anana yaxşılıq et".("Günahın cəzası", c.2, səh.12. )
    Bu işin ömrün uzun olmasındakı rolunun elmi dəlillərindən biri, cəmiyyətin insana qoyduğu təsirdir. Bu kitabın bir neçə yerində ona işarə olunub. Bütün bunlardan əlavə, İsveçdə 29 yaşdan 74 yaşadək 17000 insanın üzərində aparılan 6 illik tədqiqata əsasən, bu insanların arasında daha çox təklik sevənlər, digərlərindən dörd dəfə çox vaxtsız ölümə məruz qalırlar. Habelə Pensilvaniyada Karenci Lun universitetinin müəllimi Şeldun Kuhən tərəfindən aparılmış axtarış göstərib ki, ailə və dostlarla ictimai bağlılıq, insanı infeksiyalı xəstəliklərdən qoruyur.("Ailə sağlamlığı", birinci il, 3-cü sayı, qış 1381 (h.ş).)
    7- Gözəl davranış və yaxşılıq (xüsusilə də valideynə)
    İmam Sadiq (ə) buyurub: "Dünyada xalqla gözəl darvranışla həyat sürən insanların ömrü təbii ömürlərilə yaşayanlardan çoxdur."(Günahın cəzası", c.2, səh.12.) Eləcə də buyurub: "Kim ailəsilə yaxşı davranarsa ömrü uzanar".
    8- Sədəqə vermək
    Başqa bir rəvayətdə Allahın rəsulu buyurub: "Sədəqə verin və öz xəstəliklərinizi sədəqə ilə sağaldın. Çünki, acı hadisələrin və xəstəliklərin qarşısını alaraq sizin ömrünüzü və yaxşılıqlarınızı artırar".
    9- İmam Hüseynin (ə) məzarını ziyarət etmək
    İmam Baqir (ə) buyurub: "Bizim ardıcıllarımıza İmam Hüseynin (ə) qəbrini ziyarət etmələrini tapşırın. Çünki, o həzrəti ziyarət etmək ruzini artırar, ömrü uzadar və pislikləri uzaqlaşdırar".("Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh.735.)
    10- Yaxşı niyyət
    İmam Sadiq (ə) buyurub: "Kim yaxşı niyyətdə olarsa, ömrü uzanar".(Həmin qaynaq.)
    Axırıncı qeyd olunan bir neçə məsələ ən üstün mənəvi təsirlərdən əlavə ruhi təsirlərə də malikdir. Bu da insanın ruhi aləminin dəyişilməsinə səbəb olur. Nəticə etibarı ilə, ruhla cisim qarşılıqlı əlaqədə olduğu üçün insan bədəni sağlam qalaraq ömrü uzanır.
    11- Əfv Etmək
    İslam Peyğəmbəri buyurur: "Əfvi, güzəşti çox olan şəxsin ömrü uzun olar".("Məcalis əl-Muhibbin", c.1, səh.435.)
    Əfv etmək və müasir elm
    Tədqiqatlar güzəşt etməyin ən azı iki işdə təsiri olduğunu gəstərirlər. Birincisi: intiqam almaq vəziyyətinin stressini azaldır. Belə ki, bu stress töhmət, qəzəb, düşmənçilik, nifrət, inciklik və qorxunun (inciməkdən ya yenidən təhqir olmaq qorxusunun) nəticəsidir. Bu hisslər qan təzyiqinin artması və hormonların dəyişməsi kimi fizioloji nəticələrə səbəb olur. Bu da ürək, damar xəstəliklərinə, bədənin təhlükəsizlik sisteminin korlanmasına, yaddaş və əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tədqiqat fondunun icraçı müdiri Ort Vortinqton, bağışlamaq barəsində deyir: "Siz hər dəfə intiqam hissi keçirəndə, öz sağlamlığınız üçün bir çətinlik yaradırsınız".("Səlamət” həftəlik jurnalı.)
    Güzəştin digər faydaları olduqca incədir. Tədqiqatlar dostları, qonşuları və ailəsi ilə güclü ictimai əlaqə yaradanların tənha yaşayan insanlardan daha sağlam olduqlarını göstərir. Əfv etməyən insanlarsa öz yaşayış əlaqələrinin əldən çıxmasına görə qibtə edirlər.
    QISA ÖMÜRLÜLÜYÜN AMİLLƏRİ
    1- Qohumlarla əlaqəni kəsmək
    2- Yalandan and içmək,
    3- Yalan danışmaq
    4- Zina (bu haqda elmi bəhs bəyan edildi)
    5- Müsəlmanların yolunu bağlamaq
    6- Haqsız rəhbərlik etmək
    İmam Səccad (ə) buyurub: "İnsanı məhv etməyə tələsən günahlar əlaqəni kəsmək, yalan and, yalan danışmaq, zina, müsəlmanların yolunu bağlamaq və haqsız rəhbərlik etməkdir".
    7- Leş (cəmdək) yemək
    İmam Sadiq (ə) buyurub: "Leşə yaxınlaşaraq onu yemək bədənin zəifləməsi, cismin arıqlaması, gücün süstləşməsinə səbəb olar. Leş yeyən insan, qəfildən ölər"("Böyük günahlar", c.2, səh. 156 – Leşin cismi zərərləri haqda daha artıq məlumat üçün, həmin kitabın "Cəmdək” haqqındakı bölməsinə müraciət edin.) ("Cəmdək” mövzusunda bu barədə elmi söhbət edildi).
    8- Yaşlı insanlarla cinsi əlaqədə olmaq
    Əmirəlmöminin Əli (ə) buyurub: "Qocalarla yaxınlıq etmək insanların ömrünü məhv edir və sağlam insanları xəstələndirir".("Həkim tibbi", səh.125 )
    Sədəqə, ziyarət və digər işlərin uzun və qısaömürlülüklə əlaqəsi
    Sağlamlığın və ömrün az ya çox olmasının, İmam Hüseynin ziyarəti, yalandan and içmək, daim dəstamazlı olmaq, sədəqə və buna bənzər işlərlə nə əlaqəsi ola bilər?
    Dünyanın bir çox müasir alimləri gördüklərini maddiyyat eynəyi ilə müşahidə edirlər. Təsəvvür edə bilmirlər ki, bu dünyada gözlə görünməyən, hiss edilməyən və dərk olunmayan həqiqətlər də var ki, öz növbəsində bu işlərdə təsirli rolu var. Doğrudur ki, bizim üçün də adi yollarla dərk olunan deyil, amma bizimlə onlar (müasir alimlər) arasında fərq var. O da budur ki, biz dinin böyük rəhbərlərindən və hörmətli İmamlarımızdan bir şey eşitdikdə başa düşürük ki, onlar bu mətləbi ilahi yolla əldə ediblər və şübhəsiz bunların hamısı danılmazdır. Bunu da qeyd etmək lazımdır ki, dünyanın bir çox alimləri Allaha və bu dünyanın digər gizli həqiətlərinə inanaraq ən çox bu dünyanın mürəkkəb sirrləri qarşısında öz acizliklərinə etiraf edirlər. Bunun üçün alimlərdən bir neçə sözü müddəamıza sitat gətiririk.

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1023 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024