İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    5:21 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    ALİMLƏRİN SÖZLƏRİ
    1- Muris Moterlinq
    O, tanınmış yazıçılardan və Avropanın böyük alimlərindən biridir. Onun ilk kitabı Nobel mükafatına layiq görülmüşdür. Məşhur Filosof Breksul onun barəsində deyir: "Əgər biz Moterlinqə əsrimizin Sokratıdır desək, Sokratı yüksəltmiş və Moterlinqi kiçiltmiş olarıq". O, 20-yə yaxın fəlsəfi kitab və elmi məqalələr yazmışdır. Kitabların hər biri orta hesabla 150 dəfə çap olunub və dünyanın müxtəlif dillərində tərcümə olumuşdur. Moterlinq deyir: "Mən nə qədər təkrar etməliyəm ki, heç nə bilmirəm və nə qədər deməliyəm ki, heç kim heç nə bilmir. Əgər kimsə nə isə bilsəydi, bildiklərini indiyədək hamıya demişdi. Hamı da dünyanın sirrindən xəbərdar olardı. Elə buna görə də, xilqət, dünyanın sirləri və onun sonu haqqında nə deyiriksə, fikrimizə gələn düşüncələrdir. Öz fikrimizə əsasən də bu məsələlər haqqında nəzər veririk. Bir gündən sonra dediklərimiz zehnimizdə süstləşərək dəyərsizləşir".(" Günahın cəzası", c.2, səh.5 və 6.)
    2- Abeyburinin sözləri
    O, deyir: "Çevrənin radiusu artdıqca sahəsi dəfələrlə böyüdüyü kimi, bizim də məlumatımız artdıqca məchullarımız qat-qat çoxalır. Çox təəssüflər olsun ki, qürurlu və özümüzdən razı olmağımıza baxmayaraq dizlərimizi yerə qoyaraq bu barədə heç nə bilmədiyimiz və varlığın sirrindən xəbərimizin olmadığını etiraf etməyə məcburuq. Həyatla ölüm, xilqətin fəlsəfəsi və bir çox başqa işlər hələ bizim üçün müəmmalı olaraq qalır. Ola bilsin bu tezliklə kəşf olunmasın. Nə üçün uzağa gedirik. Biz hələ özümüzü tanımırıq. Bilmirik kimik, təbiətlə nə əlaqəmiz var, hardan gəlmişik və sonda əjdaha kimi bütün insanları özünə tərəf çəkən o qorxulu zindanın qəbr qapısından hara gedəcəyik?
    Bəli biz heç nə bilmirik və bütün bu işlərin üzərinə sual işarəsi qoymağa məcburuq.("Günahın cəzası", c.2, səh.7.)
    3- Aleksis Karlın sözləri
    Nobel mükafatına layiq görülmüş bu fıransalı bioloq öz "İbadət" kitabında deyir: "Bəzən ibadətin heyrətləndirici təsiri olur. Elə xəstələr olub ki, təxminən bir anlığa cüzam, xərçng, böyrək çürüməsi, xroniki yaralar, ağ ciyər və sümük vərəmindən şəfa tapılar. Belə şəfa tapanlar təxminən həmişə birdir. Şiddətli ağrıdan sonra bir neçə dəqiqə ərzində şəfa tapır və ən çoxu bir neçə saatdan sonra xəstəliyin təsiri məhv olur. Onun cismi və anatomik yaraları da sağalır. Bu möcüzə o qədər sürətlə xəstəyə öz sağalmağını qaytarır ki, hətta bu gün cərrahlar və fizioloqlar təcrübə boyu müşahidə etməyiblər...”("Günahın cəzası", c.2, səh.21.)
    Həmin yazıçı "İnsan naməlum varlıqdır" kitabında bir sıra məsələlərdən sonra deyir: "Ola bilsin bizim üçün bu xariqüladə məsələlərin səbəblərini öz elmi axtarışımızla dərk edək".("Günahın cəzası", c.2, səh.23.)
    Böyük alimlərin yaradılış və dünyada baş verən hadisələr qarşınızda öz acizliklərini etiraf etmələrindən əlavə özümüz də əyani surətdə müşahidə edirik ki, dünyada adi insan dərki ilə izah oluna bilməyən bir çox fövqəltəbii hadisələr baş verir. Ona görə də bir şeyin səbəbini ağılla dərk edə bilmədikdə onu inkar etməməliyik (necə ki, bu kitabda qeyd olunmuş bir çox rəvayətləri əvvl başa düşmək olmur. Amma elmi tədqiqatlardan sonra müəyyən qədər dərk olunur). Onun səbəbini dərk etmədiyimizi deməliyik. İndisə minlərlə dərk olunmayan qeyri adi işlərdən ikisinə işarə edirik.
    1- Şeyx Həsənəli Noxudəki və su quyusu
    Bizim evimizə yaxın bağı olan Tehranın hörmətli tacirindən bir nəfər, bizim üçün belə bir əhvalat danışıb: "Biz bu bağı alarkən su sarıdan çətinlik çəkirdik. Su xətti də yox idi. Bu səbəbdən də məcbur olduq ki, bağda çox da dərin olmayan bir su quyusu qazaraq su matorunun köməyilə bağı suvaraq. Amma haranı qazırdıqsa, su çıxmırdı. Bu iş üçün xeyli xərc çəkməyimizə baxmayaraq yenə də bir nəticə əldə edə bilmədik.
    Bu müddət ərzində 8-ci imam həzrət Rzanı (ə) ziyarət etmək qəsdilə Məşhədə getdim. Mərhum hacı şeyx Həsənəli Noxudəki ilə çoxdankı tanışlığımıza görə onu görməyə getdim. Sohbət əsnasında Şəmiran bağında çoxlu su quyuları qazmağımız və heç bir nəticə ala bilməyərək ziyana düşməyimiz barəsində o mərhuma danışdıb, ondan kömək istədim. O mənə dedi: "Mənim sənə tapşıracağım işi Tehrana qayıdandan sonra etsən bu tapşırığa əsasən bağın harasını qazsan ordan su çıxacaq və bir də heç vaxt qurumayacaq. Nə qədər istəsəniz o sudan istifadə edin. Sizə kifayət edər.
    Bu şərtlə ki, camaatın, yoldan keçənlərin və qonşuların da o sudan istifadə etmələri üçün bağın kənarında bir kran qoyasan. Şərti qəbul etdim. O, balaca bir kağız götürüb onun üzərinə dua yazdı. Mənə verərək dedi: "Haranı istəsəniz qazın. Əvvəlcə bu kağızı qazmaq istədiyiniz yerə qoyun, daha sonra qazıntıya başlayın. Suya yetişdikdə, bu kağızı quyuya atın.
    Mən Tehrana qayıtdıqdan sonra onun tapşırıqlarını yerinə yetirdim. İndi neçə illərdir ki, il boyu o quyunun suyundan istifadə edirik. Bəzən də yayda hər gün saatlarla su matoru ilə o quyudan su çəkməyimizə baxmayaraq heç bir damcı da o sudan azalmır. O mərhumun göstərişinə əsasən bağ divarının arxasında kran qoymuşuq ki, bütün camaat o sudan istifadə etsin.("Günahın cəzası", c.2, səh.25.)
    2- Asketlə qatarın hekayəsi
    Misir jurnallarından biri materialist alimlərindən birinə xitab edərək deyir: "Ey alimlər, neçə il bundan qabaq baş vermiş hadisə, hansı elm və qanunla uyğun gəlir? Bunu necə dərk edirsiniz?" Daha sonra aşağıdakı hekayəni nəql edir:
    "12 il bundan öncə Hindistan şəhərlərinin birində, asketlərdən olan kasıb bir kişi qatara minir. Bir-iki dayanacaq ötəndən sonra adət üzrə qatar rəisi biletləri və sərnişinləri yoxlamaq üçün vaqonları gəzir. Bu kasıb kişiyə çatdıqda ondan bilet tələb edir. Asket biletinin olmadığını bildirir. Qatar rəisi: - qatarın pulunu ver sənin üçün bilet verim – deyir. Asket deyir: "O da yoxumdur".
    Qatar rəisi növbəti dayanacaqda asketi düşürmək üçün qatarın işçilərinə göstəriş verir. Qatar növbəti dayanacağa yetişir. İşçilər kasıb asketi düşürmək üçün onun yanına gəlirlər. Asket onlara üz tutaraq deyir: "Məni düşürsəniz qatar hərəkət etməyəcək". İşçilər istehza ilə gülərək onu qatardan düşürürlər. Asket yaxınlıqdakı təpəyə gedir. Təpənin üstündə səpələnib oturaraq göslərini qatara dikir. Qatarın işçiləri öz işlərini bitirdikdən sonra qatarın fitini çəkirlər. Sərnişinlər fit səsini eşitdikdə qatara daxil olurlar. Maşinist fiti çəkərək hərəkət düyməsini basaraq tormozu buraxır. Amma qatarın tərpənmədiyini müşahidə etdikdə heyrətə gəlir. Bir qədər o tərəf bu tərəfə baxaraq, qatarın vint və qaykalarını yoxlayır. Hamısının öz yerində olduğunu görür. Bununla belə qatarın nə üçün hərəkət etmədiyini başa düşə bilmir. Yavaş-yavaş qatarın və dayanacağın işçiləri və rəisləri yerə enərək mexanik gətizdirirlər. Nə qədər çalışırlarsa da bir nəticəyə gələ bilmirlər. Lokomotivin texniki qüsura düçar olduğunu və elə bu səbəbdən də qatarın hərəkət etmədiyini zənn edirlər. Bunun üçün başqa bir lokomotiv gətizdirib qatara qoşurlar. Bu lokomotivində tərpənmədiyini gördükdə təəccüblənirlər. Nəhayət işçilərdən biri deyir: "Ola bilsin qatardan düşürdüyümüz o kasıb kişinin işidir. Qatardan düşərkən "Məni düşürsəniz qatar hərəkət etməyəcək" – dedi. Bəlkə də o kişi asketdir və elə iş görüb ki, qatar tərpənmir". Beləliklə kasıb kişini axtarmağa başlayırlar. Onu yaxındakı təpədən tapırlar. Yanına gəlib üzrxahlıq etdikdən sonra, xahiş edirlər ki, pulsuz hara getmək istəyirsə qatara minsin. Amma o qəbul etməyərək deyir: "Nə vaxt qanun çıxarsanız ki, bu gündən etibarən hər bir kasıb asket istədiyi vaxt bir şəhərdən digər şəhərə pulsuz aparacaqsınız, qatara minərəm". Qəribə çətinliklə üzləşmişdilər. Nəhayət asketin təklifini qəbul edərək bu barədə ona söz verdikdən və sərnişinlər və işçilər xeyli təkid etdikdən sonra asket qalxaraq qatara mindi. Qatara daxil olmağı ilə qatar hərəkət etdi".("Günahın cəzası", c.2, səh.26. )
    Sonda qeyd etmək istərdim ki, bu yazı ilə oxucuların əhkama qarşı olan əqidələrinin artacağına və İslamın hərtərəfli, qlobal din olduğunu dərk edəcəklərinə ümidvaram. Elə bir din ki, heç bir din və elm onunla müqayisə edilə bilməz.

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 990 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024