Məstlərin üzünə küpü aç bir an! Havapərəstlərdən kənarda dayan! Varlığın sirrini qəbul et məndən, Məktəbdə dözümlü uşaq tək hər an! Təravət bəxş elə səfa gülünə, Sən ol yaz buludu, gülsə gülüstan! Onun camalının tarixçəsi ol, Dinlə nə söyləyir hezar dastan. Qaldır piyaləni, ucadan oxu, Yoxsul sərxoşlara bir belə dastan! Ey varlıq sirinin dönüş məqamı Al, iç dost əlindən məst edən camı! Şahidəm, bu şəhər mənə aşina, Şaham, sevdiyimdir sadə bir kəda. Aşiqlər fovcunun fərmandehiyəm, Mütiəm fəvasız yar fərmanına. Şəhəri çulğam şəmi şövkətim, Oyuncaq olmuşam tanışa, yada. Sərxoşam içdiyim o saf şərabdan, Sevgili yarımdan düşmüşəm cüda. Aşiqlər deyrini yaradan mənəm, Var-yoxun uduzmuş rindi-binəva. Ruhumdan bu nəğmə qopdu nagahan, Can, könül, dilimdən yüksəldi nəva. Ey varlıq sirinin dönüş məqamı Al, iç dost əlindən məst edən camı! Yengimin içində gizli bir sirr var, Ağlımın, dinimin rəmzi sayılar. Sərxoş aşiqlərin sıralarında, Nə barış, nə savaş mənə gələr ar, Fəzada quşların cərgəsindəyəm. Yerin halqasında dənəm aşikar. Aşiqlər gözündə eləyəm, elə. Saliklər baxanda belə sanarlar, Yarın camalına heyran olmuşam. Cənnət bağçasından düşmüşəm kənar, Gülüzlü yarımın göz qırpımından. Dilim varmasa da, deyərəm bunu, Nazənin gözəllər yanında aşkar. Ey varlıq sirinin dönüş məqamı Al, iç dost əlindən məst edən camı! Bir aşiq ağlayıb, qopardı şivən, Dostuna söylədi, yapış əlimdən. Dost onu gətirdi şərabxanəyə, Bəlkə tövbə tapa bir pir əlindən. Bir daha eşqdən söhbət açmaya, Fəqirlik kədəri silə könlündən. Keçməzsə həyatın bir dərviş kimi, Dilbərin hicrində düşüb ölərsən. Meyxana öyünmək yeri deyidir, Günahdan başını yerə dikərsən. Şirincə üz tutub bütün dostlara, Astaca, cürətlə belə deyərsən. Ey varlıq sirinin dönüş məqamı Al, iç dost əlindən məst edən camı! Səmavi aləmin gur səsi olan, Əbədi çağırışın bir timsalısan. Sən, ey dağ qülləsi eşqin, aşiqin, Zahirin, batinin mürşidi insan. «Ənəl-həqq» ömrünün kamal cilvəsi, Cahanın ən yüksək ərşidə duran. Ey eşqin ildırım görmüş Musası. Laməkan Turunun cilvəgahından, Sərmədi sirrinin nur aləmində. Şəcərəsi səndən zühura varan. Fani qələrdərlər cəmiyyətində. Lahut sirri kimi aç, eylə bəyan. Ey varlıq sirinin dönüş məqamı Al, iç dost əlindən məst edən camı! Ey uzağı görən, ey Puri-Azər! Görməyən haqq necə zavala gedər? Ey fəraq atəşi dünən gülşənə, Od səni görəndə soyuyar, sönər. Qaldır hicabı yarın üzündən, Gül kimi səfalı camalı göstər! Dildarın Ay üzü, gül yanağından, Oldu qələndərlər şəhri münəvvər. Zülfünün qıvrımı oldu pərişan, Batdı gül ətrinə aləs sərasər. Dərvişin qulağı, qəlbi ruhuna, Yüz dillə təkrar et bu sözü əzbər. Ey varlıq sirinin dönüş məqamı Al, iç dost əlindən məst edən camı! Dözümlü rindlərin uzağı görən, Dərviş önliklərin cərgəsindəsən. Rahib sifətlilər, əldə qədəhlər, Meydən sərxoş olub, özün itirən. Zahidlər səfində şərab içənlər, Alim sifətində pis iş görənlər. Dildara yetişmək yolunda hamı, Əl üzən dünyada baldan, zəhərdən. Aləmi unudan bir qədəh meylə, Bağrı qan meyxorlar, xəlvətgahımdan. Eşqdən məst olub, fəryad qoparar, Qəlbi pak, həyatdan əl üzənlərdən. Ey varlıq sirinin dönüş məqamı Al, iç dost əlindən məst edən camı! |