Ey məclisin şəmi olan xəstələrin, Ey dərdinə dərman sayılan xəstələrin. Gəl ol təbibim ölüm yatağımda mənim, Ey dərdi əliylə sağalan xəstələrin. Qəlbimdə sənə olmadan qərarım yoxdur, Ey dost, bir özgə qəmküsarım yoxdur. Divanə olub ağlımı başdan atdım, Sənsən diləyim, ağılla karım yoxdur. Ey çöhrəsi xəlvətgahım nur verən, Adıyla sınıq qəlbimi Tura çevirən. O sərvi-rəvanına gözəllik bağının, Naqis nəzəri ilə mən kimi yoxdu görən. Səndən kimə çatdırım bu fəryadımı mən? Sən tək dad alandan istəyim dadımı mən? Lütf et səni bir baxışla mən elə süzüm, Bu işdə unutdurum yüz ustadımı mən. Ey göz, qapıda, bucaqda gör yar üzünü, Hər yerdən qulaq dinlə onun xoş sözünü! Ey eşq, arayıb yarımı tap hər yerdə, Bağla ey ağıl, xəbərsiz olmaq gözümü! Ey adı sökün canlara ruş bəxş eyləyən! Mehrinlə yaralı qəlbə dərmansan sən. Zülfün toruma bütün könüllər düşmüş, Hər dində hamı xəbər tutan var səndən. Hər kəs ki, qədəm, mərifətullaha qoyar, Hər zərrədə, hər yerdə o, Allah arayar. Atmazsa, unutmazsa o, öz varlığını Şirkə qapanar, vəhdətin ətrini duyar. Müsa olmadan Kəlim ola bilməzsən, Tura yol alıb müqim ola bilməzsən. Həqq cilvəsi səndən səni qurtarmazsa, Yari-əzələ nədim ola bilməzsən. Çoxmu öz işimdən belə fəryad eləyim? Öz etdiyimə hara gedim dad eləyim? Taətlərimi günah sayarsanmı əgər, Onda günahımdan necə bəs yad eləyim? Ancaq yarasa camalına həsrət olar, Parlaq üzünün Günəş qədər şöləsi var. Bir sirdir hər nə var iki aləmdə, Hüsnün işığında onlar izhar olar. Fərzanə ol, at fərasəti, qafil ol! Elm ilə hünərdən həzər et, cahil ol! Addımla səfehlik, dəlilik yolları, Ya dosta yetiş, ya götür əl, aqil ol! Xoş gündür o gün ki, öz-özün tərk edəsən, Dərviş olub, hər iki cahandan keçəsən. Tüğyan edərək, hər nə ki, var yandırasan, Hər dini atıb, sidq ilə «ya həqq» deyəsən! Əfsus, keçi, getdi cəvan günlərimiz, Fani bu cahanda olmadı xoş dəmimiz. Dünya nə üçünmüş hələlik gizli qalır, Bir ömrü güman ilə başa verdik biz. Şəmin oduna düşübdü pərvanə könül, Mütləq ki, buraxmaz onu qəmxanə könül. Dərvişlər olan cərgədən əlbət qovular, Divanə sifət olmasa divanə könül. Dərviş məqamına çatan tək sənsən, Sən bu yaralı qəlbim üçün məlhəmsən. Tufan gəlir, güc məni qərq etmək üçün, Sal yadına yol öz gəminə göstərəsən. Dostlar, bizə, bağrımızdakı qanə baxın! Bu öldürücü bəlalı tufanə baxın! Şur ilə, nəva ilə dolu qəlbimdə, Asudə, üzüdönük o cananə baxın! Göyçək üzünün şəminə pərvanə mənəm, Şik qamətinin vurğunu, divanə mənəm! Dilbər gözəl, hicrində pərişan oldum, Aç üzdən hicabı ona biganə mənəm. Kuyunda məkan salmayım, bəs nə edim? Rüxsarına valeh olmayım, bəs nə edim? Zülfün telinə əsirəm, ey canı-cahan, Zəncirinə bağlı qalmayım, bəs nə edim? Dostlar, kömək eyləyin ki, yaxşı düşünüm, Keçsin özümə özüm yad olmaqla günüm. «Təkbir» dildə üz tutum Məhbuba, Xirqə soyunum, dərviş olub da öyünüm. Dostlar, yığılanda virdimiz adındır, Azadə o şəsdir ki, azadındır. Şirin ləb, o şirin xət, o şirin söz ilə, Kim fəxr ilə söyləməz Fərhadındır?! Ey dost, sənin eşqinə düçarıq hamımız, Hüsnün yadı ilə dağ darıq hamımız. Qovsan da bizi, əgər qəbul etsən də, Qəm kuyinə üz tutub qalarıq hamımız. Heç qəlbdə səndən özgəyə yoxdur həvəs, Səndən savayı dadə yetişməz bir kəs. Yox öylə könül ki, yanmasın eşqin ilə, Çatsan dadına könüllərin, olmaz əbəs. Ey dost, göz aç, hali-dili-zarımı gör! Bu başıbəlalı cani-bimarımı gör! Məhrum edəcəksən nə qədər vəslindən? Ey can, məni sarsıdan bu azarımı gör! Sən yoxsan əgər qəlbdə, o qəlb deyil, Eşqinlə döyünməyən ürək gildir, gil! Varsa elə kəs ki, yol tapanmaz qapına, Bar verməz ağac tək, ömrü verməz hasil. Qibləmdi qaşın taqı, namazım onadır, Könlümdə adın, razü-niyazım onadır. Hacət gözümü iki cahandan çəkərəm, Göz vursan əgər mənə, niyazım onadır. Ey pir mənim haqqımda da bir pirlik elə! Hal ver, dəli-divanə və zəncirlik elə! Əql ilə, biliklə yara çatmaq olmaz, Cəhl ilə bu yolda gəl mədədgirlik elə! Tuti kimisən, dəm vurarıq, ürfandan Qarışqa kimi təxti-Süleymana uman. Fərhad üzü görmüb öldürən Şirini, Yasar olmadan dəm vuran Salmandan. Aşiqlərinə haçan görünməzdin sən? Fərzanəm, haçan ayrı idiz can ilə sən. Varlıq kökünü kəsdim qəmi-tufana, Yarım, de haçan kəsildi ruhum səndən? Ey piri-muğan, könlümü abad eylə, Rəhm et, məni qulluğumdan azad eylə. Şadlıq onu görmədən əziyyətdi mənə, Könlümdən apar şadlığımı, şad eylə! Dostlar yığılan yerlə nə «püf» virdinə dəm, Sufilər arasında nə «la», var, nə «nəəm». Şadlıqla qəm istəsən uzaqlaş buradan, Sən burda nə şadlıq tapacaqsan, nə də qəm. Ya Rəbb, məni var-yoxun atanlardan et! Lütf eylə, könül əziz tutanlardan et! Qurtar məni xanəgəhdən, həm mədrəsədən, Məcnun kimi qəlbi yas tutanlardan et! Ey dost, mənə yardım et ki, bir seyrə çıxım, Tatətdən uzaqlaşım, işim xeyrə çıxım. Nə gizli, nə aşikar, nə sən-mən tanıyım, Bir yarı gəzə-gəzə gedib deyrə çıxım! Sərməst olaram içirtdiyin badəndən, Huşsuz düşərəm ayağının altına mən. Huşdan uzağam, çiyrimişəm məstlikdən, Ta şad olam ondan ki, mənə sən verəsən. Huşyarlığımı əlimdən al, məst eylə! Ver, Cəmi-Ələst meyi ilə sərməst eylə! Artıq kərəminlə günbəgün yoxluğumu, Əslində nəyəm, görünməmə qəsd eylə! Rüsğarına vurğun olduğum bir andan, Divanəsiyəm camalının ey canan! Gəlməz gözümə bir özgə kəs aləmdə, Qərq oldu kamalında yoxa çıxdı bu can. Səndə tapar həllini dəli-divanəm, Rüsxarın ilə işıqlanar kaşanəm. Qaldır bu hicabı ortadan, bəlkə tapa, Bir yol üzünə üzüm, yolu biganəm. Mənsursan «ənəl-həqq» deyərək dəm vurasan, Dostun üzünü görmədən qovğa qurasan. Özlük dağının tərkini qıl, Musa tək, Ta «bi ərən» cilvəsinə tuş olasan. Ta cilvəsi ilə itməmişdir dağlar, «Səq» ilə özündən olmamışam bizar. Daim qulağında «Lən tərani» eşidər, Fani ol, o yoxsa özlüyündən ayırar. |