İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    4:54 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    DÖRDÜNCÜ FӘSİL
    BEYNӘLXALQ ӘLAQӘLӘRİN ӘSASLARI
    GİRİŞ
    Dünyamız ayrı-ayrı müstəqil vahidlərə - dövlətlərə bölünmüşdür. Siyasi vahidlərdən hər biri siyasi, fiziki, fəza, iqtisadi, ictimai, mədəni və s. bu kimi cəhətlərdən xüsusi quruluşa malikdir ki, onların qarşılıqlı fəaliyyət və əlaqələri, hakim olan siyasi quruluşlar, nizamlar vasitəsilə idarə olunur.
    Yer kürəsi səviyyəsində fəzanın (atmosfera) bölünmə meyarı və milli səviyyələrin inkişafı sabit olmayıb, həmişə xüsusi şərait və amillər vasitəsilə dəyişiklikliyə uğrayır. Həmçinin, siyasi vahidlər də müstəqil dünya dövlətlərinin münasibətlərinə təsir göstərir.
    Hal-hazırda, yer kürəsində fəzanın siyasi coğrafiya və ya siyasi təşkilatını 199 müstəqil siyasi vahid təşkil edir. Bu dövlətlər arasından 185 ölkə dünya əhatəli bir təşkilatın, yəni Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olmaqla, onun tərəfindən qəbul olunan nizamnaməyə, siyasət və rəftar metodlarına riayət olunmasını özlərinə vəzifə borcu hesab edirlər. Dünya üsul idarəsində rolu olan bu siyasi vahidlərdən hər biri, beynəlxalq əlaqələr səhnəsində hələ də əsas rolu oynamaqdadırlar.
    "Dövlət”, "millət” və ya "milli dövlət” məfhumları əsasında vücuda gələn indiki siyasi vahidlərin tarixi, sülh müqaviləsinin bağlanma tarixinə (1648) qayıdır ki, yalnız ondan sonra beynəlxalq hüquq və dövlət quruluşunun güclənməsinə daha çox diqqət edilmişdir. Adı qeyd olunan sülh müqaviləsi, Avropanın katolik və protestantları arasında gedən otuz illik müharibədən sonra bağlandı. Bu, 1789-cu ildə baş verən Böyük Fransız inqilabından sonra daha da sürətləndi. Napoleon Bonapartın müxtəlif ölkələrə hücum etməsi ilə millətçilik, vətənpərvərlik və nasionalizm ruhiyyəsi güclənərək, milli ordular təşkil olundu. Milli ordular hərbi xidmətə çağırmaq sistemini təsis etməklə, ölkənin quru və su sahələrini müdafiə etmək ruhiyyəsini millətin beyninə yeritdilər. Bu iş, orduya malik olan millətlərin üstün olmasına təsir edərək, milli sərhəd və insan cəmiyyətlərinin parçalanmasını meydana gətirdi.
    Başqa tərəfdən də, ölkə və millətlərin ehtiyacları, onlar arasındakı əlaqələri genişləndirirdi. Baxmayaraq ki, bu əlaqələr həmişə sülhsevərlik və xeyirxahlıq səbəbindən deyildi və bəzi vaxtlar onların əlaqələri dəyişikliyə düçar olaraq, soyuqlaşır və ya qanlı və odlu çəkişmələrə çevrilirdi. Millət və dövlətlərin müxtəlif əlaqələrinin genişlənməsi yeni ideyaları vücuda gətirdi və ya keçmiş köhnə ideyaları yenidən formalaşdırıldı. Bu idealardan biri, blok, koalisiya və ittifaqların genişlənməsi, həmçinin milli və beynəlxalq təşkilatların yaranması idi ki, XIX və XX əsrlərdə sürətlə yayıldı. Bu ideyalardan digəri, millətlər arasında ixtilafların meydana gəlməsinin qarşısını almaq məqsədi ilə, vahid dünya dövləti və ya hökumətinin təsis olunması idi. Әlbəttə, bunun da qədim bir kökü var idi, lakin yeni dövrdə başqa bir şəkildə müzakiriyə qoyuldu. Lakin dövlətlərin milli məqsəd, fərz olunmuş milli mənafe və onlar arasında olan əks-təsirlər, beynəlxalq təşkilatları məmur olduqları meyarları həyata keçirməkdə müvəffəq olmağa qoymamışdır. Həmçinin, dünya dövləti ideyası da, nəzəriyyə həddini aşa bilməmiş və arzulanan bir hədəf şəklində qalmaqdadır.
    Ümumiyyətlə, dünyaya hakim olan beynəlxalq sistem iki cürdür. Başqa sözlə, dünya iki növ sistemlə üzləşir ki, onların da bir-birinə nisbətdə qarşılıqlı təsirləri vardır. Bu iki sistem hüquqi və geopolitik sistemlərdən ibarətdir. Müxtəlif növləri olan hüquqi sistemlər, hüquq və qarşılıqlı hörmət əsasında dövlətlərin suverenliyinin qorunması və onların idarə olunması əsasında vücuda gəlir. Bu sistemlər yerli, rayon və dünya təşkilatları səviyyələrində təşəkkül taparaq, siyasi təhlükəsizlik, iqtisadi, ixtisaslaşdırılmış və mədəniyyət təşkilat və sistemləri kimi müxtəlif forma və şəkillərdə olurlar. Bu sistemlər rəsmi surətdə, dövlətlərin rəsmi nümayəndələrinin qəbul (təsdiq) etməsi ilə həmçinin, qanunverici orqanlarda təsdiq olunmaqla vücuda gələrək, üzv olan dövlətlər arasında həmkarlıq əlaqələr nümunəsini təşkil edirlər. Həqiqətdə isə beynəlxalq təşkilatlar, bir qrup dövlətlər arasında bağlanan çoxtərəfli müqavilə əsasında vücuda gəlirlər. Bu dövlətlər müştərək hədəflərə çatmaq üçün bir-birlərilə həmkarlıq edirlər.
    Beynəlxalq təşkilatlar iki növ - dövlət və qeyri dövlət formasında mövcud olub, sabit rüknlərə malikdirlər. Dövlətlər beynəlxalq təşkilatlarda bərabər hüquq və vəzifələrə malikdirlər. Beynəlxalq hüquqların aşkar üsullarından biri, hakimiyyətin mahiyyəti və onların bərabər olmasından irəli gəlir. Dövlətlərin hüquq bərabərliyinin prinsipi 1975-ci ildə qəbul olunmuş "Beynəlxalq Hüquqi Әsaslar Bəyannaməsi”ndə aşkar şəkildə bəyan olunmuşdur. Adı qeyd olunan əsl budur: "Bütün dövlətlər hakimiyyətə əsaslanan bərabərliyə malikdirlər. Dövlətlər arasında iqtisadi, ictimai, siyasi və s. fərqlər mövcud olsa da hüquq və vəzifələri eynidir və beynəlxalq cəmiyyətin bərabər üzvləri kimi tanınırlar".
    Müxtəlif növləri olan geopolitik sistemlər, dünyanın siyasi vahidlərində güclü və qüdrətli olmağı münasibətlərində inikas etdirirlər. Dövlətlərin əlaqələri, onların gücünün icraçısı olan geopolitik çəki və dünya dövlətləri arasında tutduqları yerə əsasən tənzimlənir. Bu cür sistemlərin görə biləcək işi, siyasi vahidlərin təşkilatlanması onların ən qüdrətlisinin öhdəsindədir ki, bu cür əlaqələrin məhsul və nəticələri də hökmranlıq, hegemonluq, asılılıq, nökərçilik, müstəqilləşdirmə, istismar etmə, bloklaşma, və s. surətlərdə şəffaflaşır. Məzh bu səbəbdən, hər bir dövlət dünya məntəqələri üzrə olan sistemlərdə geopolitik dəyərini artırmaq, qüdrət əldə etməyə çalışır ki, nüfuz dairəsində olan məntəqənin milli təhlükəsizliyini təmin etmə, siyasi iradəsini tətbiqetmə qüdrəti, milli hədəf və ehtiyacları genişləndirsin.
    Qütbləşmə və hökmranlıq → Nüfuz dairəsinin genişlənməsi və iradə etmək → milli qüdrət → geopolitik çəki → zəmin və imkanlar əldə etmək
    Geopolitik sistemləri dünya, qitə miqyası, müxtəlif yerli, rayon və bir-birilə fərqlənən bir, iki və çox qütblü şəkillərdə təsəvvür etmək olar. Bunlar həmçinin, ierarxiya xidməti, hadisələrin mərkəzdən ətrafda, ya da qütbə tabeçilikdə olanlara doğru cərəyan etməsi xislətinə malikdirlər. Bu sistemlər müvəqqətidirlər, çünki geopolitik vəziyyət və çəkidə dəyişiklik edilməklə, onun üzvləri də dəyişikliyə məruz qalırlar. Bu səbəbdən, sistemlərə hökmranlıq edən hökumətlər arasındakı əlaqələr rəqabət, çəkişmə, daimi həmkarlığın gedişi, bölgə və ya dünya səviyyəsində, həmçinin iqtisadi, hərbi, siyasi, mədəni, informasiya və elm kimi müxtəlif forma və şəkillərdə olur.
    (4-1) BEYNӘLXALQ ӘLAQӘLӘR
    Beynəlxalq əlaqələr, humanitar elmlərin şaxələri və siyasi elmlərin tərkib hissələrindən biri kimi tanınaraq, siyasi vahid, beynəlxalq təşkilat, assosiasiya, ittifaq və qeyri-dövlət təşkilatlarının rəsmi və qeyri-rəsmi əlaqələrinin araşdırılması ilə məşğul olur. Bu səbəbdən, dövlətlərin bir-biri ilə əlaqələri yalnız beynəlxalq əlaqələr səviyyəsində həyata keçmir. Әksinə, ondan üstün formada olub, dövlət və qeyri-dövlət səviyyəsində ölkə, millət və milli dövlətlər arasında müxtəlif sfera və zəminələrdə olan rəsmi və qeyri-rəsmi əlaqələri diqqətlə araşdırır.
    II Dünya Müharibəsindən əvvəl beynəlxalq əlaqələrin araşdırılması, beynəlxalq hadisələrin siyasi analiz və təhlilləri formasında, həmçinin, tarixi əsərlərin və qəzetlərin verdiyi məlumatlar əsasında yerinə yetirilirdi və ümumi, əsas qaydaları ələ gətirmək üçün xüsusi quruluş və tərtiblərə malik deyildi. Beynəlxalq hüquqlar da Avropanın beynəlxalq əlaqələrinin tənzim olunmasını nəzərdə tutan qarşılıqlı əlaqə, münasibət və ehtiyaclardan asılı idi. Öz qüdrət və sərvətlərini artırmaq məqsədilə müstəmləkə uğrunda rəqabət arenalarına qoşulan Avropanın milli dövlətləri, Asiya, Afrika və Latın Amerikası qitələrində yeni əraziləri və onların mənfəət və məhsullarını ələ keçirmək üçün öz aralarında münasibətləri tənzimləyən qayda-qanunlara ehtiyaclı idilər. Hal-hazırki beynəlxalq hüquqların bünövrəsi də həmin qayda-qanunlardır ki, Avropa dövlətləri, dünya ölkələri və dənizlərində öz müstəmləkəçi hökmranlıqlarını təsbit etmək üçün icad edilmişdi.
    1914-cü ilə qədər və I Dünya Müharibəsi başlamazdan əvvəl, beynəlxalq əlaqələr üzrə olan bütün nəzəriyyəçilər mötəqid idilər ki, dünya sistemi dəyişikliyə uğraya bilməz. Bu səbəbdən beynəlxalq əlaqələrin araşdırılması, yalnız siyasi tarix, beynəlxalq hüquq və siyasi nəzəriyyələrin araşdırılmasını əhatə edirdi. Milli dövlətləri təsir altına salmaq və ya təsir altına düşmək kimi mürəkkəbləşən münasibətlərinin araşdırılmasına isə, heç bir diqqət olunmurdu. İ Dünya Müharibəsi (1914-1919) başlayandan sonra dünya sisteminin vəziyyəti tamam dəyişdi. Osmanlı, Çar Rusiyası, Avstriya və s. İmperiyalar dəyişikliyə məruz qalaraq parçalandılar. Daha sonra sülh konfransının yaranması ilə dünyada sakitlik icad olundu. Amerika prezidenti Vilsonun dörd maddədən ibarət olan bəyannaməsi, yeni beynəlxalq cəmiyyətin (sistem) təşkil olunmasında təsirli oldu. Bundan sonra beynəlxalq əlaqələr barəsində yeni ideya və fikirlər təqdim olundu ki, onlar da iki qrupa—idealistlər və realistlərə bölürlər. Vilsonun fikirlərini öz ideyalarının mehvəri qərar verən idealistlər, lap əvvəldə qalib idilər. İdealistlər beynəlxalq əlaqələrə optimist münasibət bəsləyir, ümumi tərk-silaha (silahsızlaşdırılma) təkid etmək və beynəlxalq təhlükəsizliyi və sülhü qorumaq üçün dövlətləri birgə həmkarlığa təşviq etməklə, ayrı-ayrı hakimiyyət dairələrinin məhdudlaşdırılmasına və beynəlxalq əlaqələrin genişlənməsinə təkid edirdilər. II Dünya Müharibəsi və birləşmiş millətlər cəmiyyəti ideyası layihəsinin məğlubiyyətə uğraması, idealistləri çıxılmaz vəziyyətdə qoydu. Daha sonra məxsusən, II Dünya Müharibəsinin sonundan 1960-cı ilin əvvəllərinə qədər realizm ideyaları formalaşmağa başladı.
    Amerikalı Hans Morqenta və fransalı Raymond Aron kimi məhşur sahibnəzərlər, bu baxışın əsasını qoydular. Morqentanın əqidəsinə görə, dövlətlərin beynəlxalq əlaqələrdəki rəftarlarının meyarı, qüdrət əldə etmək mehvərinə əsaslanır. Realistlər beynəlxalq siyasəti "qüdrət uğrunda çəkişmələr” baxışı altında araşdırır və müharibəni milli mənafe (mənfəət) və hədəflərin həyata keçməsi üçün bir vasitə hesab edirdilər. Həmçinin, mötəqid idilər ki, dövlətlərin qüdrətlərinin artması, qüdrət müvazinətliyinin qorunmasında mühüm amildir.
    II Dünya Müharibəsindən sonra beynəlxalq əlaqələr üzrə olan araşdırmalar öz elmi şəklini tapdı. Mühəqqiqlər yeni elmi üsullara çatmaqla, həmişə təkrar olunan sabit rəftar meyarlarını ələ gətirməyə çalışırdılar ki, ümumi xarakter daşıyan qanunlar və ümumi üsullar (əsaslar) əsasında siyasi vahidlərin rəftarlarını aydınlaşdırıb, proqnozlaşdıra bilsinlər. Beynəlxalq əlaqələr elminin genişlənməsi ilə əlaqədar olaraq, indi bu elm sahəsinin alimləri öz təhlil və araşdırmalarında elmi üsullardan bəhrələnməklə yanaşı, riyazi statistikalardan da istifadə edirlər. Bu səbəbdən, bu elm sahəsi humanitar elmlərin başqa sahələri ilə sıx rabitəyə girmişdir ki, onu orta sahəli bir elm hesab edirlər. Beynəlxalq əlaqələr psixologiya, sosiologiya, iqtisadiyyat, hüquq, coğrafiya, siyasət, diplomatika, tarix, incəsənət, ədəbiyyat və s. bu kimi müxtəlif ictimai elmlərlə əlaqədə olaraq, onların elmi nailiyyətlərindən bəhrələnir.
    Beynəlxalq əlaqələr elmi, ölkələrin beynəlxalq və xarici siyasəti ilə sıx əlaqədə olsa da, bəzi cəhətlərə görə onlardan fərqlənir. İşarə olunduğu kimi, beynəlxalq əlaqələr ümumi xarakter daşıyaraq, milli dövlətlər arasında bir-birilə mövcud olan bütün rəsmi, qeyri-rəsmi, xüsusi və dövlət səviyyəsində olan əlaqələri diqqət mərkəzində qərar verərək araşdırır. Bu əlaqələr mümkündür ki, geniş spektrlərə malik olan siyasət, iqtisadiyyat, mədəniyyət, müdafiə, təhlükəsizlik, informasiya vasitələrinin müasir texnologiyaya tətbiq edilməsi, pul və bank kimi əlaqə zəminələri olsun.
    Beynəlxalq siyasət, dövlət xadimlərinin beynəlxalq səhnələrdəki xarici siyasətlərini araşdırmaqla məşğul olur. Beynəlxalq siyasət, dövlətlərin əks-təsirləri və cəhdlərini, ümumiyyətlə, iki və ya artıq siyasi vahidin qarşılıqlı rəftar və əməllərini rəsmi surətdə diqqət mərkəzində qərar verir. Bu səbəbdən, inqilabçı təşkilatlar, azadlıq hərəkatları, çoxmillətli birliklər və qeyri-dövlət təşkilatları beynəlxalq əlaqələrin araşdırdığı mövzulara aid olmalarına baxmayaraq, beynəlxalq siyasət bəhslərində özlərinə yer tutmurlar.
    Xarici siyasət, dövlətlərin cərəyan edən bərabərsəviyyəli rəftarlarına aid olur ki, bu da həmin ölkə və dövlətlərin Xarici Işlər Nazirliyi tərəfindən həyata keçirilir. Әsl həqiqətdə, bir ölkənin xarici siyasəti aşağıdakılardan ibarətdir:
    Bir dövlətin xarici mühit (başqa dövlətlər) qarşısındakı rəftar və əməlləri, habelə milli mənafe və hədəflərin əldə edilə bilinəcəyi milli imkanatlara tətbiq olunması və araşdırılması əsasında təşkil olunan daxili şəraitdir. Xarici siyasət birtərəfli bir işdir. Bu həmçinin, bir rəftardır ki, bir dövlət tərəfindən başqa dövlət və beynəlxalq işlərlə əlaqədə təşkil olunur. Mümkündür, xarici siyasət, ölkə rəhbəri, Milli Təhlükəsizlik Nazirliyi və rəhbərlik edən heyətlər vasitəsilə qəbul olunsun. Lakin onun icraedicisi, Xarici Işlər Nazirliyinin dövlət orqanlarıdır.
    Beynəlxalq əlaqələr sahəsində geniş mövzu və zəminələr diqqət mərkəzində qərar tutularaq araşdırılır. Dövlət və millətlərin bir qayda olaraq hər gün rabitədə olduqları ən mühüm zəminələrdən bir neçəsi aşağıdakılardan ibarətdir:
    1. Siyasi əlaqələr: Bir dövlətin başqa dövlətlər tərəfindən tanınmasına, yoldaşlıq, dostluq müqavilələrinin bağlanmasına və qarşılıqlı əlaqələrə şamil olur;
    2. Konsulluq əlaqələri: Hər iki tərəf vətəndaşlarının gediş-gəlişlərinin (vizalarının) ləğv olunması haqqında razılaşma müqaviləsi kimi;
    3. Iqtisadi əlaqələr: Iqtisadi həmkarlıq haqqında razılaşma müqaviləsinin imzalanması. Məsələn, birgə neftayırma zavodunun təsis olunması kimi;
    4. Ticarət əlaqələri: Sənaye və xammallardan asılı olmayaraq malların alınması haqqında müqavilələr kimi;
    5. Mədəni əlaqələr: Institut müəllim və tələbəlri haqqındakı razılaşma müqavilələrinin imzalanması kimi;
    6. Hərbi əlaqələr: Bir dövlətin dənizdəki hərbi bazalarının başqa dövlət tərəfindən icarə olunması haqqındakı razılaşma müqaviləsi kimi;
    7. Strateji əlaqələr: Atom silahlandırılmasının və ya atom bombalarının sınaqdan keçirilməsinin məhdudlaşdırılması haqqındakı müqavilə kimi;
    8. Sakit (yaxşı) qonşuluq və dostluq əlaqələri: Sərhəd xəttlərinin təyin olunması və ya təcavüz etməmək haqqında müqavilənin bağlanması kimi;
    9. Kəşfiyyat informasiya əlaqələri: Hərbi, təhlükəsizlik və s. sahələrdə informasiya mübadiləsi haqqında ölkələr arasında bağlanan müqavilə kimi;
    10. Beynəlxalq təşkilatlarla olan əlaqələr: Məntəqə üzrə olan beynəlxalq birlik və konvensiyalara birləşmək və ya onlardan ayrılmaq. Misal olaraq, Dənizlərin Beynəlxalq Hüququ Haqqında Konvensiyasını (1982-ci il) göstərmək olar.
    Bu səbəbdən, beynəlxalq əlaqələrin diqqət mərkəzində olan spektri genişdir. Bu cəhətdən beynəlxalq əlaqələr sahəsinin elmi və ixtisaslaşdırılmış vəziyyəti keçmişlə müqayisədə qüvvətlənmiş və bundan sonra da qüvvətlənəcəkdir.
    (4-2) BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ HAKİM OLAN HÜQUQİ QAYDALAR
    Beynəlxalq cəmiyyəti, bir-birilə iki və ya çoxtərəfli əlaqə və münasibətləri olan ölkələr qrupu təşkil edir. Buna görə də, ölkələrin münasibətlərinin tənzimlənməsi və hüquqlarının qorunması üçün qayda-qanunlar təyin olunmalıdır ki, beynəlxalq məhkəmə orqanı, yəni Beynəlxalq Әdalət Məhkəməsinin (tribunalı) ümumi qanunlarına əsasən əməl etsinlər. Beynəlxalq Әdalət Məhkəməsi Әsasnaməsinin 38-ci maddəsinə əsasən, beynəlxalq əlaqələrdə hakim olan hüquqi qaydalar aşağıdakılardan ibarətdir:
    1. Aktlar, müqavilə və ya beynəlxalq konvensiyalar;
    2. Dövlətlərin ümumi ənənə və metodları şəklində qəbul olunmuş beynəlxalq ənənələr;
    3. Ümumi və tərəfli hüquqi əsaslar;
    4. Beynəlxalq məhkəmələrin mühakimə rəyləri kimi azəhəmiyyətli mənbələr və mötəbər hüquqşünasların əsər və kitabları.
    (4-2-1) BEYNӘLXALQ KONVENSİYALAR
    Konvensiya (saziş), beynəlxalq əlaqələrdə çox mühüm olan hüquqi mənbələrdən biri kimi tanınır. Buna görə də, bu sahə iki və daha artıq ölkənin azad iradə, fikir birliyi və həmrəyliyini ifadə edir. Konvensiya ölkənin daxili hüquqlarından fərqlənir. Bir ölkənin daxili hüququ birtərəfli iş olduğu üçün onun həyata keçmə və səlahiyyət dairəsi, ölkə sərhədləri çərçivəsində olmaqla, yalnız onun vətəndaşlarına şamil olur. Lakin konvensiya—hər biri dünya cəmiyyətinin bir üzvü kimi hesab olunan ölkələr qrupunun razılığa gəlməsinin son nəticəsidir. Beynəlxalq konvensiyalar çoxlu sayda dövlət və ölkələr arasında bağlandıqda, "Ümumi Konvensiya” adlanır. Lakin iki və ya bir neçə məhdud sayda ölkə arasında tənzim və təsdiq olunarkən, "Xüsusi Konvensiya” adlanır.
    Beynəlxalq konvensiyalar hüquqi cəhətdən də iki dəstəyə bölünürlər:
    Birinci dəstə müqavilə xarakteri daşıyaraq, iki tərəf üçün bərabərsəviyyəli mənafe və təəhhüdləri vücuda gətirən və üzvlərini hər hansı bir işin yerinə yetirilməsidə cavabdeh edən, iki və daha artıq ölkənin razılığı əsasında bağlanır. Konvensiyaların başqa dəstəsi, qanun və ya qanunvericilik xarakteri daşıyır ki, onu imza edənlər beynəlxalq cəmiyyət işlərinin necə idarə və təşkil olunması və ya ümumi xidmət növlərinin və ya ona oxşar işlərin yerinə yetirilmə metodları haqqında bir ölkənin qanunverici orqanlarının qəbul etdiyi qanunlar kimi qayda-qanunlar verilir. Bu cür konvensiyalarda birgə hədəfləri əldə etmək üçün dövlətlərin mövqe və mənafeləri nəzərə alınır və bir neçə dövlət arasında yazılmış müqavilə şəklinə düşür. Müqavilə adlarının "akt”, "saziş”, "protokol”, "nizamnamə xartiyası”, "konvensiya” və "memorandum” kimi çoxsaylı olması ölkələrin iradə, razılaşma və həmrəyliyini hər hansı bir mövzu və məsələdə münəkis etdirən müqavilələrinin tərkibinin mahiyyətinə heç bir təsiri yoxdur. Әlbəttə, protokol kimi bəzi adların şamil olmasının az əhəmiyyəti vardır. Çünki protokoldan daha çox, hər hansı bir mətləbin izahı və ya hər hansı bir şərtin bəyan edilməsi üçün istifadə olunur. Dövlətlərin və onların qanunverici orqanlarının təsdiq etdikləri rəsmi və qanuni müqavilələrlə yanaşı, səlahiyyəti müqavilələrdən az olan başqa sazişlər də mövcuddur. Bu cür sazişlər "sadə saziş” adlanır. Bu sazişlər ya memorandum, iclaslarda qəbul olunmuş protokol, birgə bəyannamə və ya məktublar vasitəsilə mübadiləsi ilə bağlanılır. Adətən, qanunverici orqanların onu təsdiq etməsinə ehtiyac duyulmur. Yalnız ölkə və ya onların rəsmi nümayəndələrinin imza və təsdiq etməsi kifayətdir. Beynəlxalq konvensiyaların son mərhələyə çatmasının xüsusi mərhələ və mərasimləri vardır. Әvvəl, təşkil olunan komissiya və ya konvensiyada şərik olan üzvlərdən ibarət iş komitəsi vasitəsilə müqavilənin ilk mətni hazırlanır. Daha sonra müqavilənin məzmununu üzv olan dövlətlərin rəsmi nümayəndələri imzalayırlar. Lakin onun icra olunması, müqavilədə qabaqcadan nəzərdə tutulan və dövlətlərin rəsmi nümayəndələri tərəfindən imzalanan bir sıra şərtlərin (ölkənin təsdiq, qəbul və birləşdirilməsi üçün müəyyən ediləcək həddin təyin olunması və lazımi sənədlərin müqaviləni hazırlayan katibliyə (büroya) təhvil verilməsi kimi) həyata keçməsindən asılıdır.
    Daha sonra müqavilə, səlahiyyətli orqanlarda təsdiq olunmaq üçün imza edilən ölkələrə göndərilir. Әgər dövlət və icraedici orqanların səlahiyyəti çatarsa, onun təsdiq olunmasını həyata keçirir, lakin bu mümkün olmadıqda onu, təsdiq olunmaq üçün lazımi orqanlara göndərirlər. Hər müqavilənin tarixi və onların təsdiq olunma vaxtı üzv olan dövlətlər və ya onların nümayəndələri vasitəsilə təyin olunur. Lakin onun icra olunması vaxtı, üzv olan ölkələrin(Yəni, öz üzvlüklərini (milli məclis kimi) milli səlahiyyətli orqanlar tərəfindən təsdiq etdirən ölkələr)sayı müəyyən edilmiş həddə çatdıqda, müqavilə və ya konvensiyaya əlavə olunan sənədlər təhvil verildikdən sonradır. Hərbi və təhlükəsizlik sahəsində olan müqavilələr istisna olunmaqla, imza olunmuş bütün müqavilələr Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeydiyyatdan keçirilməlidir. Həmçinin, bütün dövlətlərin ondan xəbərdar olmaları və hüquqi orqanların ona istinad edə bilmələri üçün onun çap olunması həyata keçirilməlidir. Təsdiq olunmuş müqavilə xüsusi hörmətə malikdir. Çünki, düzgün hüquqi qayda və üsullara riayət olunmaqla bağlanılan və təsdiq olunan beynəlxalq müqaviləyə hörmət qoymaq, beynəlxalq hüququn aşkar əsaslarından biridir. İmza edən ölkə və dövlətlər, imzalanmış saziş və ya müqavilədən doğan öhdəçilik və təəhhüdləri yerinə yetirməyə borcludurlar. Әlbəttə, dövlət və ya dövlətlərin müqavilənin sənədini imzalamaqla yanaşı, bəzi şərtləri də qeyd etməyə haqqları vardır. Saziş və ya müqavilənin imzalanması və rəsmi şəkildə ona qoşulmaq, ölkələrin daxili məhkəmələri üçün də zəruridir. Çünki, onun təəhhüdləri milli xarakter daşıyır və onu qəbul edən ölkənin bütün hökumət orqanları müqavilənin bütün öhdəçiliklərini yerinə yetirməyə börcludurlar. Beynəlxalq müqavilələrdən bəziləri, onu qəbul və təşkil edən ölkələrdən başqa üzv olmaq istəyən ölkələrə də şamil olur. Bəs, üzv olmağı arzulayan yeni ölkə, konvensiyanın məzmununu qəbul etməli və ya öz şərtlərini qeyd etməklə üzv olmaq istədiyini elan etməlidir. Müqavilə və konvensiyalar bir qayda olaraq, onların üzvlərinin razılığı ilə təyin olunan etibar və qüvvədəolma vaxtına malikdirlər. Lakin bəzi müqavilələr etibar vaxtına malik deyildir. Әlbəttə, bu cür müqavilələr şəraitin dəyişməsi ilə və ya imza edən bir və ya bir neçə üzvün etirazı ilə mümkündür ki, təxirə salınsın və ya ləğv olunsun. Bu səbəbdən müqaviləni hazırlayanlar onu ləğv etməyə qadirdirlər.
    Göründüyü kimi, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə iki nəfər məsul olduqda, ikitərəfli müqaviləni birtərəfli şəkildə pozmaq olmaz və hətta dövlət və hökumətin dəyişilməsi də onun icra olunmasına mane ola bilməz. Çünki, beynəlxalq hüququn əsas üsullarından biri budur ki, üzv olan ölkələrdən heç biri, müqavilə əsasında qəbul etdikləri öhdəçiliklərdən boyun qaçıra bilməz və həmçinin, başqa üzvlərin razılığı olmadan onun qayda-qanunlarında dəyişiklik edə bilməzlər. Müqavilələrdən bəziləri, məxsusən, ikitərəfli müqavilələr mümkündür ki, müharibə nəticəsində ləğv olunsun və ya təxirə salınsın. Lakin, əsirlərlə necə rəftar etmək və ya döyüş zamanı Qırmızı Xaç cəmiyyətinin fəaliyyət formasının təyin olunması kimi müharibələr özü haqqında olan müqavilələr mötəbərdir.
    Beynəlxalq müqavilə və konvensiyalar dövlət və millətlərin əlaqələrinin genişlənməsi ilə həmişə vüsət almaqda və çoxalmaqdadır. "Dənizlərin Hüquqları” haqqındakı 1982-ci konvensiyası kimi müqavilələrin bəziləri dünyaya hakim olan ümumi quruluşları (sistemləri) müəyyin edirlər. Birləşmiş Millətlər Təşkilatı məntəqə üzrə olan beynəlxalq təşkilatların və müxtəlif iqtisadi, ictimai, siyasi və mədəni sazişlərin fasiləsiz olaraq artmasını nəzərə alaraq, Beynəlxalq Hüquq Komissiyasını (I.L.C.) təsis etmişdir. Bu komissiya BMT tərəfindən beynəlxalq hüquqi qanunları tərtib etməyə məmur olunmuşdur. Adı çəkilən komissiya, BMT-nin Baş Məclisinin qərarı ilə seçilən və habelə dünya hüquq sistemlərinin nümayəndələri sayılan 34 müstəqil hüquqşünasdan ibarətdir.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 1020 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024