İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    4:51 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (4-2-2) BEYNӘLXALQ ӘNӘNӘ
    Әnənə, beynəlxalq hüququn mənbələrindən biri olaraq, ölkələrin əksər hissəsinin həyata keçirtdiyi tanınmış adət və əməllərə şamil olur. Məsələn, dövlətlərin öz ölkələrinin dənizləri üçün 12 millik enliyinin təyin olunmasında istifadə etdikləri rəftar və metodları göstərmək olar ki, "Dənizlərin Beynəlxalq Hüquqları”nda ona istinad olunmuşdur. Buna görə də mümkündür, ənənə bir hüquqi qaydanın bünövrəsinin qoyulmasında istifadə olunsun. Burada mühüm məsələ budur ki, ənənə və metod tərzi lazımi sayda olan ölkələr tərəfindən dəfələrlə təkrar olunmuş olsun.
    Әnənə iki ünsür vasitəsilə əmələ gəlir:
    1. maddi ünsür;
    2. mənəvi və yapsixoloji ünsür.
    Maddi ünsür, dövlətlərin dəfələrlə təkrar etdikləri eyni dərəcəli işlərdən ibarətdir. Bu səbəbdən, ənənə və metod tərzinin formalaşaraq sabit bir rəftara çevirilməsi üçün müəyyən bir vaxta ehtiyac vardır. Әlbəttə, ənənə zaman ötdükcə dəyişilərək, əvəz edilə bilər.
    Mənəvi və ya psixoloji ünsür, dövlətlərin etiqad bəsləməsi və ya onların ənənə və ondan doğan öhdəçilikləri hüquqi cəhətdən yerinə yetirməyə müvəzzəf olmalarından ibarətdir. Buna görə də, dövlətlər və beynəlxalq məhkəmələr üçün istinad oluna bilən ənənə, bir tərəf üçün hüquq və başqa tərəf üçünsə vəzifə icad edir. Politoloqlar, beynəlxalq ənənənin əsası kimi qəbul edilən "dövlətlərin razılığı” əsli ilə rabitəsi olan psixoloji ünsürü, ənənənin mövcud olub-olmamasının lazımi şərti hesab edirlər.
    Әnənə daha çox hallarda məhkəmələrin qərar çıxarıb hökm vermələri üçün mənbə rolunu oynayır. Beynəlxalq əlaqələrdə olan ümumi və hərtərəfli qaydalardan bəziləri də, ənənələr və hərəkət metodları əsasında formalaşmışdır. Məsələn, 1926-cı ildə Fransanın "Lotus” adlı sərnişin gəmisinin Türkiyənin kömürdaşıyan gəmisi ilə toqquşması hadisəsində Daimi Beynəlxalq Әdalət Məhkəməsinin qərarı, 1960-cı ildə Beynəlxalq Әdalət Məhkəməsinin Hindistan ərazisindən keçmək hüququ haqqındakı qərarı, 1871-ci ildə Atlantik okeanında Ingiltərə gəmisi ilə Amerika gəmisinin toqquşması və ya Şimal dənizi yaylası cərəyanında və ya sığınacaq kimi hadisələrdə beynəlxalq məhkəmələrin verdikləri hökmlərin mənbəyi, hərəkət metodu və ənənəsi olmuşdur. Həmçinin, beynəlxalq əlaqələrdə "Müqavilə hüquqlarında əhdə vəfa etmək”, "Әrazilərin və siyasi şəxsiyyətlərin təhlükəzliyinin toxunulmazlığı”, "Beynəlxalq Arbitransa müraciət etmək” və ya "Qanuni müdafiə” və s. bu kimi ümumi qaydaların formalaşması ümumiyyətlə götürdükdə, dövlətlər arasında təsirli olan ənənə və hərəkət metodu qaydalarıdır.
    Hal-hazırda Beynəlxalq Hüquq Komissiyası (I.L.C.) BMT-nin nəzarəti altında, ölkələrin iki və çoxtərəfli münasibətlərində olan ənənə və hərəkət metodlarının araşdırılması ilə məşğul olaraq, onu müqavilə və ya qayda formasında tərtib etməklə, ənənənin qəbulu və möhkəmlənməsini həyata keçirməyə çalışır. Müqavilə və ənənə bir-birilə əlaqəlidir. Әvvəla müqavilə, ənənənin rəsmiləşmiş və tərtib olunmuş formasıdır. Buna görə də müqavilə ürfə nisbətən üstünlük təşkil edir. İkincisi budur ki, müqavilə və ənənə bir qayda olaraq təkmilləşdirici rol oynayırlar. Bu mənaya ki, üzv olan ölkələr və ya müqaviləyə qoşulan tərəf müqavilə əsasında və müqaviləyə üzv olmayanlarsa, ənənə əsasında özlərini müqavilədəki şərt və zəruriyyatları yerinə yetirməyə borclu bilirlər. Hərçən ki, müqaviləyə üzv olmayan ölkələrin əlaqələri ənənə qaydalarına tabedir. Daimi Beynəlxalq Әdalət Məhkəməsi nizamnaməsinin 38-ci maddəsində və daha sonra Beynəlxalq Әdalət Məhkəməsinin nizamnaməsində ənənə müqavilədən sonra bəyan olunduğuna görə, mümkündür belə başa düşülsün ki, ənənənin əhəmiyyət və məqamı müqavilədən azdır. Halbuki, bu belə deyildir. Hər birinin özünəməxsus yeri vardır və xidmət iyerarxiyasını qəbul etmirlər. Həmçinin, bəzən məhkəmələrin qərarlarında ənənə, müqaviləni etibarsız elan etmişdir. Xüsusilə, müqavilə ənənənin yerini tutduqda. Buna görə də, bir müddət böhtançılıq və hərc-mərclik yaranır. Çünki, ölkələrin bəzisi müqavilə əsasında və bəzisi də ənənə əsasında əməl edirlər. Bu da istintaq işini və hökm çıxarılmasını çətinləşdirir. Məsələn, müqaviləyə əsasən, 12 milə qədər seçməyə imkanı olan ölkə, dənizi enliyi üçün üç dəniz mili qaydası və ürfünü misal göstərmək olar ki, bəzi ölkələr 12, bəziləri 3 və bəziləri isə 6 mil seçmişlər. Lakin, aşkar olan məsələ budur ki, beynəlxalq əlaqələrin hər gün artan vüsəti də tərif olunmuş dəqiq qaydaların onlara hakim olmasını tələb edir. Buna görə də, ürflər tədricən öz yerlərini müqavilələrə verməlidirlər. Hərçənd ki, bu keçid dövründə ölkələrin rəftarının yeni vəziyyətlə (müqavilələrin hüquqi qaydaları ilə) uyğunlaşması üçün çoxlu çətinliklər meydana gələcəkdir.
    Ürflər coğrafi cəhətdən və əhatə dairəsinə görə iki yerə bölünürlər:
    1. Çoxlu sayda ölkənin qəbul etdiyi dünya ürfü; (Әlbəttə, bununla müvafiq olmayan çox az sayda ölkələr ürf qaydalarının şamil olma dairəsindən xaricdirlər)
    2. Xüsusi coğrafi məntəqəyə aid olan. məntəqə və ya qitə üzrə olan ölkə və ya ölkələr qrupunun iki və ya çoxtərəfli münasibətlərində müşahidə olunan məntəqə ürfü.
    (4-2-3) ÜMUMİ VӘ HӘRTӘRӘFLİ HÜQUQİ ӘSASLAR
    Beynəlxalq Әdalət Məhkəməsi nizamnaməsinin 38-ci maddəsinə əsasən, mədəni millətlərin təsdiq etdikləri ümumi hüquqi əsaslar mötəbərdir və məhkəmənin istinad mənbəyinə çevrilir.
    Ümumi və hərtərəfli hüquqi əsaslar iki dəstəyə bölünürlər:
    Birinci dəstə, dünya hüquq sistemlərinin çoxunda və ya hamısında mövcud olan birgə hüquqi əsaslardan ibarətdir. Misal olaraq, "Xəsarəti ödəmə”, "Әhdə vəfa etmək” və həmçinin, "Xeyirxahlıq məramı”nı östərmək olar.
    Bu əsaslar dünya hüquq sistemlərində müştərək olmaqla yanaşı, həm də onlar tərəfindən qəbul olunmuşdur. Məhkəmənin nizamnaməsi də buna işarə etmişdir. Məhv bu səbəbdən, Beynəlxalq Әdalət Məhkəməsi Nizamnaməsinin 9-cu maddəsində qeyd olunmuşdur ki, "Məhkəmə hakimləri dünyanın əsas hüquq sistemlərinin nümayəndələri olmalıdırlar".
    Ikinci dəstə, dövlətlər arasındakı əlaqələri nəzərdə tutan beynəlxalq hüquqların ümumi əsaslarından ibarətdir. Misal olaraq "Dənizlərin azad olunması”, "Dövlət hakimiyyətlərinin bərabər olunması”, "Dövlətlərin müstəqilliyinə ehtiram qoyulması” və "Qanuni müdafiə”ni göstərmək olar.
    Buna görə də mümkündür ki, beynəlxalq məhkəmələr dünya hüquq sistemlərinin müştərək və həmçinin, beynəlxalq hüquqi əsasları nəzərdə tutmaqla hökm versinlər. Bu, məxsusən, beynəlxalq və məntəqə üzrə olan müqavilələr, hərəkət metodları və ürflər hər hansı bir məsələni həll etməyə qadir olmadıqda baş verir.
    (4-2-4) AZӘHӘMİYYӘTLİ (İKİNCİ DӘRӘCӘLİ) MӘNBӘLӘR (BAŞQA MӘNBӘLӘR)
    Qeyd olunmuş mənbələr ehtiyaclara cavab verə bilmədikdə, azəhəmiyətli mənbələr məhkəmələrin istinad mənbəyinə çevrilərək, ölkələrin əlaqələrindəki böhran və ixtilafları həll etməklə, dövlətlər arasındakı əlaqələrin tənzimlənməsinə səbəb olurlar.
    Azəhəmiyyətli mənbələrin sayı çoxdur. Biz yalnız onların mühüm olanlarını qeyd edirik.
    MÜHAKİMӘ PROSESİ VӘ MӘHKӘMӘLӘRİN HÖKMLӘRİ
    Bu mənbə Beynəlxalq Әdalət Məhkəməsi Nizamnaməsinin 38-ci maddəsində fəri (azəhəmiyyətli) mənbə kimi vəsf olunmuşdur. Әlbəttə, burada məqsəd beynəlxalq məhkəmələrin mühakimə hökm və prosesləridir. Burada daxili məhkəmə proseslərinin heç bir rolu yoxdur.
    MÖTӘBӘR HÜQUQİ İNSTANSİYALARIN NӘZӘRİYYӘ VӘ KİTABLARI
    Mümkündür ki, mötəbər olan beynəlxalq qanunlarda hüquqi şəxslərin kitab və sənədlərdə, nəşriyyat orqanları və məqalələrdə münəkis olunan nəzəriyyə və əqidələri də istifadə olunsun. Həmçinin, məşhur hüquqşünasların şəxsi rəy və əqidələrinə əlavə olaraq, hüquqşünaslar qrupunun səyi nəticəsində hasil olan hüquq elminin son fikir və əqidələrinə və ya müştərək rəy və əqidələrinə də diqqət olunur. Dünyada hüquqi cəmiyyət və təşkilatlar çoxdur. Onlardan ən məşhurları aşağıdakılardan ibarətdir:
    1873-cü ildə Londonda təsis olunan Beynəlxalq Hüquq Assosiasiyası, Beynəlxalq Hüquq Təşkilatı;
    1906-cı ildə Vaşinqtonda təsis olunan Amerika Beynəlxalq Hüquq Assosiasiyası;
    1912-ci ildə Vaşinqtonda təsis olunan Amerika Beynəlxalq Hüquq Təşkilatı;
    1933-cü ildə Haaqa şəhərində təsis olunan Beynəlxalq Hüquq Institutu. Hər il dünyanın müxtəlif nöqtələrindən olan beynəlxalq hüquq təhqiqatçılarını bu instituta dəvət edilir. Bu cür hüquqi təşkilatlar, dünyada kollektiv hüquqi əqidələrin formalaşdığı hüquq doktorları və ya da hüquq məktəblərinin meydana gəldiyi yerlərdir.
    BEYNӘLXALQ TӘŞKİLATLARIN QӘTNAMӘ VӘ QӘRARLARI
    Qətnamələr beynəlxalq hüquqi mənbələrdən sayılmır və yalnız informasiya xarakteri daşıyırlar. Lakin, hüquqi mənbə üçün zəminə ola bilərlər. Bu mənaya ki, yeni bir ürfün formalaşmasında və onun müştərək baxış və rəftarının icad olunmasında elə təsirləri olmalıdır ki, beynəlxalq məhkəmələrin diqqətini cəlb edə bilsin. Beynəlxalq təşkilat və assosiasiyalar tərəfindən verilən qətnamələrin dəyər və əhəmiyyəti eyni səviyyədə deyildir. Bu qətnamələrdən bəziləri dünya səviyyəli və ümumidir. Onun mötəvasını, dünyanın siyasi, hüquqi, ictimai, iqtisadi və mədəni məsələlər zəminəsində olan ümumi məsələlər təşkil edir. Qətnamələrdən bəzisi məntəqə xarakteri daşıyır. Bəzisi də xüsusi mövzu və ya məsələ barəsində verilərək, ixtisas xarakteri daşıyır. Məsələn, təbiətin mühafizəsi barəsində qətnamənin verilməsi və s.
    Beynəlxalq təşkilatların qətnamələri arasında, BMT-nin ümumi iclasında qəbul olunan qətnamələr fövqəladə əhəmiyyətə malikdir. Çünki bu qətnamələr dünyanın ümumi fikirlərini özlərində əks etdirirlər. Әvvəldə qeyd etdiyimiz kimi, qətnamələrin əməli xarakter daşıması o qədər də lazım deyil, əksinə, onların əxlaqi xarakter daşıması daha əhəmiyyətlidir. Lakin BMT-də qəbul olunan qətnamələr, üzv olan ölkələrin əksəriyyəti imzaladığı üçün böyük əhəmiyyətə malikdir. Bu qətnamələr həmçinin, beynəlxalq hüquqi qaydaların yaranması üçün zəminə yaratmağa qadirdirlər. Qətnamələrlə yanaşı, BMT-nin bəyannamələri də böyük əhəmiyyətə malik olaraq, beynəlxalq əlaqə və hüquqi qaydalarda özünəməxsus yer tuturlar. Buna misal olaraq aşağıdakıları göstərmək olar:
    Dünya Insan Hüququ Bəyannaməsi; Təbii Mənbələrə Daimi Hökmranlıq haqqında rəsmi bəyannamə; Beynəlxalq hüquq sistemlərinin ən böyük formalarından birinin, yəni 1982-ci ildə dünya dövlətlərinin təsdiq etdikləri "Dənizlərin Beynəlxalq Hüququ”nun formalaşmasında başlanğıc nöqtəsi olan 1970-ci ildə qəbul olunan Insanların Birgə Mirası haqqında bəyannamə.
    (4-3) BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ OLAN SİYASİ ÜSULLAR (ӘSASLAR), PRİNSİPLӘR
    Әvvəlki bəhslərdə işarə etdik ki, beynəlxalq əlaqələr hüquqi üsul (əsas) və qaydalar əsasında tənzimlənir. Ölkələr arasında olan əlaqələr iki və çoxtərəfli əlaqələrdən asılı olmayaraq, siyasi üsul və prinsiplərin təsiri altında qərar tuturlar. Bu üsullar mümkündür ki, ikili hüquqi və siyasi mahiyyətə malik olsunlar. Beynəlxalq əlaqələrdə olan siyasi üsulların ən əhəmiyyətlisi aşağıdakılardan ibarət idi:
    1. Ölkələrin bərabər olması prinsipi (əsli);
    2. Ölkələrin daxili işlərinə qarışmamaq prinsipi (əsli);
    3. Müstəqillik prinsipi (əsli);
    4. Dövlətlərin qarşılıqlı hörməti;
    5. Dinc yanaşı yaşamaq və bir-birlərinin ərazilərinə təcavüz etməmək prinsipi (əsli);
    6. Qarşılıqlı təhlükəsizlik və qanuni müdafiə prinsipi (əsli);
    7. Ixtilaflı məsələlərdə beynəlxalq mühakimə prinsipi (əsli);
    8. Tanıma prinsipi (əsli);
    9. Güc tarazlığı prinsipi (əsli).
    Adı qeyd olunan prinsiplərin hamısı və ya bəzisi BMT nizamnaməsinin birinci fəslinin birinci və ikinci maddələrində bəyan olunmuşdur. Həmçinin, 1970-ci il oktyabrın 24-də keçirilən BMT-nin təsis olunmasının 25 illik yubileyində verilən bəyannamədə. nizamnamənin birinci fəslinin məzmununa daha aydın şəkildə təkid olundu və yeddi prinsip diqqət mərkəzində qərar tutdu:
    1. Ölkələr öz əlaqələrində hər hansı ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı zor işlətməkdən və həmçinin, BMT-nin məqsədlərinə uyğun gəlməyən hər hansı hərəkət metodu seçməkdən çəkinməlidirlər;
    2. Ölkələr beynəlxalq sahədə olan ixtilaflarını, beynəlxalq ədalət, təhlükəsizlik və sülh metodları vasitəsilə həll etməlidirlər;
    3. BMT-nin nizamnaməsinə əsasən, ölkələrin bir-birlərinin daxili işlərinə qarışmağa haqları yoxdur;
    4. Ölkələr bir-birləri ilə BMT nizamnaməsi çərçivəsində həmkarlıq etməyə borcludurlar;
    5. Müxtəlif xalqların hüquq bərabərliyi və onların öz milli müqəddəratlarını təyin etməsi üçün (hüquq) bərabərliyə riayət olunmalıdır;
    6. Ölkələrin mütləq bərabərliyi nəzərdə tutulmalıdır;
    7. Ölkələr, BMT nizamnaməsi əsasında qəbul etdikləri öhdəçilikləri xeyirxahlıqla yerinə yetirməlidirlər.
    Indi isə beynəlxalq əlaqələrdə nəzərdə tutulan siyasi üsulları daha geniş araşdırmağa çalışacağıq.
    (4-3-1) ÖLKӘLӘRİN BӘRABӘR OLMASI PRİNSİPİ
    Bu prinsip həm hüquqi və həm də siyasi xarakter daşıyır. Bu prinsipə əsasən, hər müstəqil ölkə və dövlət, fiziki coğrafiya və antropoqrafiya cəhətindən tutduqları mövqelər nəzərdə alınmadan, yalnız müstəqil siyasi fəza mövcudluğuna görə, bütün zəminələrdə başqa ölkələrlə bərabər hüquqlara malikdir və başqa ölkələr kimi beynəlxalq əlaqələr sahəsində hüquqları bərabərdir.
    Diplomatik sahədə beynəlxalq müqavilələrin bərabərlik prinsipi parlaq şəkildə müşahidə olunur. O cümlədən, beynəlxalq konfranslarda iştirak edən ölkələr böyük-kiçikliyindən asılı olmayaraq, bərabər səs hüququna malikdirlər və konvensiyaların qəbul və təsdiq olunmasında hər ölkə bir rəyə (səsə) malikdir. Başqa məsələ odur ki, müqavilə və konvensiyaların imzalanması əlifba sırası ilədir. Bu tərtiblə heç bir ölkə böyük və ya kiçikliyinə görə başqa ölkələrdən üstün hesab olunmur. BMT Baş Məclisinin bərabərlik prinsipinin başqa parlaq nümunələrindən biri odur ki, hər ölkə Baş Məclisdə bir nümayəndə heyətinə malik olmaqla başqa ölkələrə nisbətdə hüquqları bərabərdir. Әlbəttə, təəssüflə deməliyik ki, BMT-nin Təhlükəsizlik Şurası xüsusi vəziyyətə malik olaraq, məntiqsiz və insafsız səbəblər üzündən Şuranın sabit üzvlərindən olan beş ölkəyə veto hüququ verilmişdir. Halbuki, başqa üzv olan ölkələr bu hüquqdan məhrumdurlar.
    (4-3-2) ÖLKӘLӘRİN DAXİLİ İŞLӘRİNӘ MÜDAXİLӘ ETMӘMӘK PRİNSİPİ
    Ölkələrin daxili işləri barəsində qərar çıxarmaq ixtiyarı, həmin ölkələrin öz öhdəsinə düşür və başqa dövlətlərin onların işlərinə müdaxilə etməyə haqları yoxdur. Çünki, dövlət və ölkələr öz suverenliyini təyin etmə prinsipinə əsasən, bərabər və oxşar vəziyyətlərə malikdirlər.
    Müdaxilə etməmək prinsipi bir qayda olaraq, problemlə qarşılaşanda icra olunur. Çünki, dövlət və ölkələr müxtəlif səbəblər üzündən başqa ölkələrin işlərinə müdaxilə edirlər ki, onların bu barədə olan izahatlarının çoxu da aşağıdakılar kimi siyasidir: milli təhlükəsizliyin təmin olunması; milli mənafelərin təhlükəsizliyi; humanitar yardımlar; vətəndaşların hüquqlarının qorunması və s.
    Dövlətlərin bir-birlərinin işlərinə müdaxilə etmələrinin müxtəlif problemləri vardır. Onlardan biri, ideoloji müdaxilədir. Dünyada olan siyasi quruluşlardan bəziləri ideoloji məktəblərə malik olduqlarına görə, öz əqaid və ideologiyalarının coğrafi dairəsini genişləndirməyə çalışaraq, onları başqa dövlətlər arasında yaymaq və ya onlara zorla qəbul etdirmək istəyirlər. Bu iki məsələ xüsusilə, inqilab baş vermiş ölkələrdə daha çox müşahidə olunur. Çünki, inqilabın yaratdığı ruh yüksəkliyi və onun dəyərlərinin yayılmasına olan həvəs, dövlətləri bu cür məqsədləri həyata keçirməyə təşviq edir. Məsələn, 1792-ci ildə Fransızların azadlıq istəyən ölkələrə kömək etməyə hazır olduqlarını elan etmələri və ya dünyada kommunizm sosialist inqilabı ideyalarının yayılması üçün Rusiya dövlətinin və "Komintern” təşkilatının 1919-1943-cü illərdə fəaliyyətlərinin genişlənməsi, Hitlerin hakimiyyəti dövründə nasizm siyasətinin yeridilməsi, Sudet əyalətində yaşayan almanlardan himayət etmək bəhanəsilə Çexoslovakiyanın daxili işlərinə ciddi şəkildə müdaxilə etməsi, inqilabi və Islami dəyərlərin genişlənməsi və eləcə də, dünya məhrumlarını müdafiə etmək məqsədi güdən Iran Islam Inqilabını misal göstərmək olar. XIX əsrin ikinci yarısında başqa dövlətlərin maliyyə işlərinə müdaxilə daha çox müşahidə edilir. Güclü və kapitalist dövlətlər öz vətəndaşlarının mülkiyyət hüquqlarını himayə etmək bəhanəsilə, kiçik dövlətlərin maliyyə işlərinə müdaxilə edirlər. Kapital qoyuluşunu həyata keçirən dövlətlərin vətəndaşları, kiçik ölkələrdə kapital qoyuluşunun mümkünlüyünü və bu sahədə olan gəlirin get-gedə artmasını nəzərə alaraq, onlara kredit verirlər. Lakin, kapital qoyulan ölkə öz öhdəsində olanları yerinə yetirməyə qadir olmadığı üçün kapital qoyanların mal və mənafeləri xətərə düşür. Buna görə də, kapital qoyan ölkənin özü, öz vətəndaşlarının hüquq və mallarını müdafiə etmək bəhanəsilə, kapital qoyulan ölkənin işlərinə müdaxilə edir. Buna misal olaraq, ABŞ-ın Mərkəzi və Cənubi Amerika ölkələrinin işlərinə olan müdaxilələri və ya Avropa ölkələrinin Mediteraniya və Şimali Afrika ölkələrinin maliyyə işlərinə olan nəzarətlərini göstərmək olar.
    Başqa dövlətlərin daxili işlərinə olan müdaxilələrdən biri də, hərbi və intizami müdaxilədir. Bu müdaxilələr diplomatik himayə, başqa ölkədə sakin olan vətəndaşların hüquqlarını müdafiə etmək, milli təhlükəsizliyin təmin olunması və həmçinin, milli mənafelərin təhlükəsizliyi kimi müxtəlif bəhanələr əsasında baş verir.
    Bir qrup dövlətin başqa bir ölkənin işlərinə qarışması da başqa ölkələrin işlərinə olan müdaxilələrdən biridir. Bu müdaxilələr insanpərvərlik, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması kimi müxtəlif bəhanələr əsasında baş verir. Misal olaraq, müttəfiq olan dövlətlərin Iranın işlərinə hərbi müdaxilə edərək, 1941-ci ildə onu işğal etmələri, BMT-nin böhran olan ölkə və məntəqələrə müdaxiləsi, həmçinin, Avropa ölkələri, NATO və Islam dövlətlərinin Bosniya, Hersoqoven və Kosovo arasında olan ixtilaflara qarışmalarını göstərmək olar.
    (4-3-3) MÜSTӘQİLLİK PRİNSİPİ
    Müstəqilliyi hökmranlığın əlaməti sayırlar. Yəni, hər hansı dövlət öz qərar çıxarmaqda başqa dövlət tabeçiliyində olmasın və öz mənafe və maraqlarını müəyyən etməkdə azad olsun. Müstəqilliyin o vaxt mənası var ki, dövlət, ölkənin coğrafi fəza dairəsi çərçivəsində azad şəkildə qərar çıxarmaq ixtiyarını əldən verməsin. Buna görə də, müstəqillik məfhumunun aşağıdakı formalardan birində idarə olunan ölkələr barəsində heç bir mənası olmayacaqdır:
    1. Yad ölkə tərəfindən hərbi yolla işğal olunan dövlətlər. Məsələn, 1990-cı ildə Küveytin Iraq vasitəsilə işğalını misal göstərmək olar;
    2. Müstəmləkə olmuş ölkələr. Afrika ölkələrinin çoxunu və Asiya ölkələrinin bəzisini buna misal göstərmək olar.
    3. Bəzi qismətləri üsyana, dövlətdən ayrılmağa və mərkəzi hökumətlə çəkişmələrə məruz qalmış ölkələr. İraqın şimal və Gürcüstanın qərb hissəsini buna misal göstərmək olar.
    Müstəqillik məfhumuna təkcə siyasi cəhətdən baxılmır. Әksinə, bunun mədəni müstəqillik, iqtisadi müstəqillik və s. kimi tərəfləri vardır. Әlbəttə, bunların hər biri siyasi müstəqillik sayəsindədir. Çünki, iqtisadi müstəqillik məfhumu beynəlxalq iqtisadiyyatdan ayrılmaq, ehtiyacın olmaması və ya asılı olmaq təsəvvürləri mənasında deyil, əksinə, təbii mənbələrə kamil şəkildə hakim olmaq mənasındadır. Müstəqil dövlətlərin öz coğrafi ərazilərində olan təbii mənbələrə sahib olaraq, öz siyasətlərinə uyğun şəkildə ondan bəhrələnmək haqqı vardır. Bu barədə, BMT-nin Baş Məclisi müxtəlif qətnamələr vermiş və iqtisadi müstəqilliyi, bir millətin təbii mənfəət və sərvətlərə daimi hökmranlıq hüququ mənasında götürmüşdür. 1952, 1958, 1960 və s. İllərdə olan qətnamələri buna misal göstərmək olar. 1974-cü ildə BMT-nin Baş Məclisi tərəfindən "Ölkələrin iqtisadi vəzifə və hüquqlarının nizamnaməsi” qətnaməsi qəbul olundu. Bu qətnamədə belə qeyd olunur: "Hər ölkə özünün bütün təbii mənfəət və sərvətləri və iqtisadi fəaliyyətləri üzərində tam hökmranlığa (hakimiyyətə) malik olaraq, bu hüquqlardan istifadə etməkdə azaddır. Bu mənfəətlərə malik olub onlardan bəhrələnmək hüququ və habelə, onları öz ixtiyarına almaq belə bir hakimiyyətdən irəli gələrək sərvət sahibi olan ölkəyə məxsusdur".
    (4-3-4) DÖVLӘTLӘRİN QARŞILIQLI HÖRMӘT PRİNSİPİ
    Hər ölkə və millətin özünəməxsus ləyaqət və heysiyyəti vardır. Millətlər də ayrı-ayrı şəxslər kimi heysiyyətə malik olaraq, özlərini möhtərəm, ləyaqətli və hörmətli sayır və öz milli heysiyyətlərinə daha çox bağlı olurlar. Müstəqillik prinsipi, millət və dövlətlərin azad və bərabər olması bais olur ki, onlar özlərini bu ləyaqətə layiq bilməklə, başqalarının da onlara və onların milli heysiyyətlərinə ehtiramla yanaşmasını istəyirlər.
    Bu iş təkcə ülvi, ruhi və məntiqi bir ehtiyac üzündən olmayıb, əksinə, müstəqillik prinsipi, millətlərin bərabər olması və hakimiyyəti nəzərdə tutulmaqla, bir hüquq şəklində meydana gəlmişdir. Millətlər nəinki başqalarının onlara hörmət etməsini istəyirlər, əksinə, bu işi yerinə yetirməyi özləri kimi başqa dövlətlərin də borcu hesab edirlər. Buna görə də, dövlət və millətlər çarəsizlik üzündən bir-birlərinə ehtiram etməli, bir-birlərinin milli heysiyyət, hörmət, ləyaqət və varlığını möhtərəm saymalı və bir-birlərinə etinasızlıq və hörmətsizlik etməməlidirlər. Әgər bu cür olmasa, onlar arasındakı əlaqələr, qızğın mübahisə və toqquşmaların meydana gəlməsi ilə nəticələnəcəkdir. Çünki, millətlər öz milli şərəf, izzət, ləyaqət və heysiyyəti hesabına kiminləsə müamilə etməyə hazır deyillər. Ola bilər təsəvvür olunsun ki, bəzi ölkələr müstəmləkəyə çevrilmiş ölkələr kimi başqalarının hökmranlığı altında olduğu üçün buna razı olsun. Amma əsl həqiqətdə bunların da buna o qədər də dözməyə halları yoxdur. Təcrübə olunduğu kimi onlar nəhayət, əsarət altından çıxaraq, öz izzət, şərəf və ləyaqətli vəziyyətlərinə qayıdır və onu qorumağa çalışaraq, öz milli heysiyyət və varlıqlarının həmişə əzəmətli görünməsini arzu edirlər. Necə ki, Iran milləti Amerika ağalığına dözə bilməyərək, qiyam etməklə öz milli qürur, izzət, hörmət və müstəqilliyinə nail ola bildi və bununla fəxr edir. Pakistan dövləti də Amerika senatorlarından birinin təhqirinə dözməyərək, güclü şəkildə etirazını bildirdi. Bu cür hadisələr çoxdur. Qarşılıqlı hörmət prinsipinin ən mühüm olan aşkar və rəsmi nümunələrindən biri, bütün ölkələr tərəfindən riayət olunan siyasi hüquqlar və onların toxunulmazlığıdır. Bu hüquqlara əsasən, ölkələrin bütün nümayəndəlik və diplomatları həmləyə məruz qalmaqdan və hörmətsizlikdən amandadırlar və bunu həyata keçirmək dövlətlərin vəzifə borcudur. Әn kiçik həmlə və hörmətsizlik iki ölkə arasında olan əlaqələrin kəsilməsinə və ya onların münasibətlərində qarşıdurmaya gətirib çıxara bilər. Necə ki, "Taliban” hərbi qüvvələrinin 1998-ci ildə (1377-ci ilin şəhrivər ayında) Әfqanıstanın Məzari-şərif şəhərində olan Iran konsulluğuna həmlə edərək, diplomatları qətlə yetirməsi, Iran hökumətinin və beynəlxalq təşkilatların xüsusilə, BMT və onun Təhlükəsizlik Şurasının güclü etirazına səbəb olmuşdu. Bu iş, Iranın Әfqanıstanla müştərək olan şərq sərhədlərində dolayı yolla hədə-qorxu gəlməkdən ötrü iki ağır hərbi manevr keçirməsinə səbəb oldu.
    (4-3-5) DİNC YANAŞI YAŞAMAQ PRİNSİPİ
    Bu prinsip 1954-cü ildə beynəlxalq əlaqələr sferasında zahir oldu. 1954-cü il 29 aprel tarixdə Çin və Hindistan dövlətləri arasında bağlanan bir müqavilə onun bünövrəsini qoydu. Adını qeyd etdiyimiz prinsip, bu müqavilədəki diqqəti cəlb edən aşağıdakı beş prinsipdən axırıncısı idi:
    1. Ölkələrin bir-birlərinin ərazi bütövlüyünə və hakimiyyətinə qarşılıqlı ehtiram bəsləməsi;
    2. Bir-birinə təcavüz etməmək;
    3. Bir-birinin daxili işlərinə qarışmamaq;
    4. İkitərəfli əlaqələrdə bərabərliyə riayət olunması və qarşılıqlı imtiyazların bərpa olunması;
    5. Sakit yanaşı yaşamaq.
    Adı qeyd olunmuş prinsiplər müxtəlif beynəlxalq müqavilələrdə diqqət mərkəzində olmuşdur. 1955-ci ildə Bandunq şəhərində keçirilən konfransda beynəlxalq əlaqələrdə nəzərdə tutulan daha geniş prinsiplər məcmusunu özündə cəmləşdirən 10 prinsipdən ibarət olan bəyannamə qəbul olundu. Bu konfransda aşağıdakı beş prinsip artırıldı:
    6. İnsanların hüquqlarına hörmət etmək;
    7. İrqlərin bərabərliyinin tanınması;
    8. Qüdrətli dövlətlərin mənafelərinin təmin olunması məqsədini güdən müqavilələri qəbul etməmək;
    9. Beynəlxalq sahədə olan hər hansı ixtilaflı məsələni sülh yolu ilə həll edilməsi;
    10. Beynəlxalq ədalət və təəhhüdlərə riayət olunması.
    Sakit, yanaşı yaşamaq prinsipi, ölkələr arasında olan müqavilə və bəyannamələrdə müxtəlif formalarda diqqət mərkəzində qərar tutmuşdur. Amma bu, əməldə bəzi vaxtlar pozulmuşdur. Necə ki, Çin və Hindistan, yəni birinci dəfə olaraq bu prinsipi bir müqavilədə diqqət mərkəzində qərar verən iki ölkənin bir-birilə olan əlaqələri 1962-ci ildə ixtilaf və qarşıdurmaya məruz qaldı.
    Sakit, yanaşı yaşamağın ümumi prinsiplərini tərtib etmək ideyası bir müddət BMT Baş Məclisinin iş proqramında qərar tutdu və 1962-ci ildə onun 17-ci iclasında bir qətnamə təklif olundu. Bu təklifin müzakirə olunması elə bir vaxta düşmüşdü ki, dünya, Kubada olan rus raketləri üstündə Amerika və SSRİ arasında olan qarşıdurmanın astanasında idi və nüvə müharibəsi təhlükəsi gözlənilirdi. BMT-nin ciddi cəhdlərinin nəticəsi, 1970-ci il oktyabrın 24-də BMT-nin 25 illik yubileyi münasibətilə qəbul olunan, BMT nizamnaməsi əsasında ölkələr arasında həmkarlıq və dostluq münasibətləri haqqında beynəlxalq hüquqi prinsiplərə aid olan bəyannamə barədə 2625 nömrəli qətnamənin qəbul olunması oldu. Bu bəyannamədə ölkələr arasında olan dostluq əlaqələri barədə yeddi əsas prinsipə diqqət olunmuşdur ki, bu prinsiplər, "Beynəlxalq əlaqələrdəki siyasi prinsiplər”ə aid olan bəhsin əvvəlində qeyd olunmuşdur.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 905 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024