İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    4:45 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (4-5) DÖVLӘTLӘR ARASINDAKI İNTEQRASİYA VӘ DEZİNTEQRASİYA PROSESLӘRİ
    Bu bölmə dövlətlər və ölkələrin bir-birinə nisbətən yaxınlaşması və ya uzaqlaşmasından bəhs edir. Milli dövlətlərin bir-birləri ilə yaxınlaşmasına "inteqrasiya”, uzaqlaşmasına isə "dezinteqrasiya” deyilir. İnteqrasiya prosesləri hətta bir siyasi vahidin daxilində də gedə bilər və bu hansısa dövlətin coğrafi baxımdan ayrı-ayrı əyalətlərinin daha sıx birləşməsinə və milli vəhdətin gerçəkləşməsinə səbəb olur. Әksinə, bir ölkənin müxtəlif coğrafi və ya inzibati bölgələri arasında dezinteqrasiya proseslərinin baş verməsi, millətin bölünməsi və milli vəhdətin pozulmasına gətirib çıxara bilir.
    Dövlətlərarası münasibətlərdə belə prosesləri doğuran amillərin ortaya çıxması, hərtərəfli təbiətə malikdir. Belə ki, inteqrasiyanı və ya dezinteqrasiyanı doğuran faktorlar mövcud olduqca, bu proseslər özləri də mövcud olacaq. Әksinə, həmin amillər aradan getdikdə, belə proseslər də ortadan qalxacaqdır. Çünki, amillər dəyişmək qabiliyyətinə malikdirlər və səbəbdən, həmin hadisələr dəyişə bilirlər.
    Məsələn, ümumi təhlükə qarşısında qalan ölkələrin inteqrasiyası və müttəfiqliyi üçün həmin təhlükə əsas yaxınlaşma amilinə çevrilə bilər. Bu halda, həmin ölkələr bir beynəlmiləl təhlükəsizlik qurumu çərçivəsində inteqrasiya olunurlar. Mümkündür ki, müxtəlif hissələrdən təşkil edilmiş bir dövlət üçün təhlükə mənbəyinə çevrilmiş başqa bir dövlət ilə dil tapa bilə, ya həmin ölkənin ayrı-ayrı hissələrində müəyyən dəyişikliklər baş verər və ya yeni yaranan hökumət onu təhdid edən dövlətlə sülh sazişi əldə edə bilər. Bununla da, vəziyyət tamamilə başqa şəklə düşər. Digər halda isə, yeni hökumətlərin yaranması ilə inteqrasiya prosesi dayandırılır və münasibətlər əks istiqamətə yönəlir. "Sento” blokunun dağılması bu mövzu üçün yaxşı nümunə ola bilər. Şah dövründəki Iran ABŞ-ın əlaltısı olaraq, SSRI-yə qarşı regionda yaradılmış "Sento” blokunun əsas üzvü sayılırdı və o, SSRI-ni özü üçün təhlükə mənbəyi sayırdı. İslam inqilabından sonra hökumətin dəyişilməsi ilə Iran müstəqil siyasət yürütməyə başladı və ABŞ-ın mövqeyini müdafiə etməyi birdəfəlik rədd etdi. Bununla da, bölgədəki ABŞ-ın maraqlarına qulluq edən inteqrasiya prosesi pozuldu.
    Inteqrasiya və dezinteqrasiyanın keçmiş tarixdə də nümunələri mövcud olmuşdur. Lakin, XIX və XX əsrlərdə "milli dövlət” anlayışının inkişafı və dövlətlərin qarşılıqlı münasibətlərə ehtiyacının artması habelə, beynəlxalq aləmdəki dəyişikliklər səbəbindən inteqrasiya prosesləri də inkişaf etməyə başladı. Belə ki, inteqrasiya daha rəsmi və mütəşəkkil formalarda ortaya çıxdı. Bu günkü regional və beynəlxalq qurum, ittifaq və başqa strukturlar bunun bariz nümunəsidir.
    (4-5-1) İNTEQRASİYANIN NÖVLӘRİ
    İnteqrasiya tarazlıq baxımından iki dəstəyə bölünür:
    1. Qarşılıqlı tarazlıq inteqrasiyası:
    Bu dəstəyə regional və beynəlxalq qurumlar çərçivəsində hakimiyyət, müstəqillik, bərabərlik və qarşılıqlı ehtiram əsasında, azad şəkildə əməkdaşlıq edən ölkələr daxildir. Onlar bir-birlərilə bərabər hüquqlara malik olaraq rabitələr qurub, birgə fəaliyyət göstərirlər. Belə ölkələr daxil olduqları qurumların hədəflərinə çatmaq üçün daim kollektiv şəkildə fəaliyyət göstərirlər. OPEK, Islam konfransı və BMT buna misal ola bilər.
    2. Qarşılıqlı tarazlığa malik olmayan ineqrasiya:
    Onun adətən daha çox geopolitik səciyyəsi olur. Bu cür birliklərdə aparıcı mövqeyə malik olan güclü bir dövlət, həmin qurumun mehvərini təşkil edir və strukturun hədəflərini habelə, fəaliyyət proqramını müəyyənləşdirir. Digər havadarlıq edən dövlətlər isə, onun ətrafında birləşirlər. Belə inteqrasiyada güclü və qüdrətli bir dövlət, öz imkanlarından istifadə edərək rəhbərliyi əlinə alır. Bu növ inteqrasiyanın mövcud olduğu regional və beynəlxalq qurumlara dünyada çox rast gəlmək olar. Nümunə üçün onların bir neçəsini göstərək:
    -Ingiltərənin rəhbərliyi altında, müştərək mənafeli ölkələrin ittifaqı (bu ölkənin 49 sabiq müstəmləkəsindən təşkil edilmişdir);
    -Rusiyanın başçılığı ilə sabiq SSRI-nin müştərək mənafeli ölkələrin ittifaqı.
    -Səudiyyə Әrəbistanının aparıcı rol oynadığı Fars körfəzi həmkarlıq şurası.
    -ABŞ-ın aparıcı rola malik olduğu NATO.
    -SSRİ-nin başçılığı altındakı keçmiş Varşova müqaviləsi ölkələri.
    -ABŞ-ın əsas mövqeyə malik olduğu iqtisadi neft birliyi.
    Inteqrasiyaları coğrafi əhatə dairəsi baxımından dörd dəstəyə bölmək olar:
    1. Məhəlli səviyyədə - iki və ya bir neçə qonşu ölkələrdən təşkil edilir. Məsələn, Türkiyə və Israil arasındakı təhlükəsizlik birliyi.
    2. Məntnəqə səviyyəsində - bir geopolitik hövzənin coğrafi əhatə dairəsini təşkil edir. Cənubi Asiya və ya Cənub-Şərqi Asiya kimi məntəqələrin inteqrasiyası.
    3. Kontinental səviyyədə; bir qitəni əhatə edir. Afrika ölkələri birliyi, Avropa birliyi buna misaldır.
    4. Ümumdünya səviyyəsində - bunun əhatə dairəsi bütün yer üzünə şamildir. Məsələn, BMT.
    Inteqrasiyalar mahiyyət və mövzu baxımından da bir-birindən fərqlənirlər. Onların bəziləri iqtisadi, bəziləri siyasi, digərləri isə təhlükəsizlik və müdafiə xarakteri daşıyırlar.
    (4-5-2) İNTEQRASIYANİN İLKİN ŞӘRTLӘRİ VӘ AMİLLӘRİ
    İnteqrasiyanın formalaşması və onun beynəlxalq yaxud, regional səviyyədə təşəkkül tapması, xüsusi şərait və şərtlərdən habelə amillərdən asılıdır ki, bunlar da aşağıdakılardan ibarətdir:
    1. Mədəniyyət, tarix, dil, din, məzhəb, ideoloji, irqi, milli və adət-ənənə müştərəkliyi;
    2. Coğrafi və təbii faktorlar baxımından yaxınlıq;
    Bir-birindən ayrı olan coğrafi vahidlər bu halda, yarımada, körfəz, kontinental şelf, qitə, dəniz, okean və materik kimi təbii-coğrafi amillərin müştərəkliyindən faydalanırlar. Məsələn, Afrika Birliyi Təşkilatı, Fars Körfəzi Həmkarlıq Şurası, Qara Dəniz Ölkələri Birliyi və s.
    3. Mədəni-maarif, iqtisadi-siyasi və təhlükəsizlik sahələri üzrə ümumi təhlükə qarşısında qalan ölkələrin inteqrasiyası;
    4. Әlaqə, mənafe və strateji planların müştərəkliyi baxımından olan inteqrasiya;
    7 inkişaf etmiş sənaye ölkəsinin birliyi, Avropa Birliyi, OPEK və sairi buna misal göstərmək olar.
    5. Müxtəlif şərtlər çərçivəsində qarşılıqlı ehtiyac və bağlılıqlara söykənən inteqrasiya;
    Məsələn, Asean, EKO və s.
    6. Inteqrasiya qurumunun rəhbərliyi və təsis edilməsini öz öhdəsinə almış daha üstün siyasi-geopolitik gücə və nüfuzedici qüdrətə malik olan dövlətlərin aparıcı rol oynadığı birliklər;
    Məsələn, fövqəldövlətlərin yaxud, regionda əsas nüfuza malik olan dövlətlərin təşkil etdiyi inteqrasiya qurumları.
    7. Ölkə başçılarının siyasi dostluq rabitələri əsasında yaranan inteqrasiya;
    Məsələn, BӘӘ fedorasiyası kimi qurumlar.
    8. Mədəniyyət baxımından bağlılıq əsasında olan inteqrasiya;
    9. p
    Islam mədəniyyəti, Avropa mədəniyyəti, Slovyan mədəniyyəti və s. bu kimi faktorlara istinad edən inteqrasiya.
    Qeyd olunan şərait, şərt və amillər tək və ya cəm şəklində beynəlxalq yaxud, regional inteqrasiya qurumlarının yaranmasında habelə, formalaşmasında həlledici rol oynayırlar.
    (4-5-3) DEZİNTEQRASİYANIN İLKİN ŞӘRTLӘRİ VӘ AMİLLӘRİ
    Milli və beynəlxalq səviyyədə olan həmin amillər və şərtlər həmişə diqqət mərkəzindədirlər. Beynəlxalq aləmdə dezinteqrasiyaya səbəb ola biləcək amillər aşağıdakılardır:
    1. Coğrafi fəza baxımından ayrılıq və bütövlüyün mövcud olmaması;
    Bütün Asiyanı əhatə edən birliyin formalaşmamasının səbəblərindən biri də, məhz bu faktordur.
    2. Mədəniyyət baxımından təzadların, qarşılıqlı ziddiyyətlərin və müttəfiqliyin mövcudluğu;
    3. Hər hansı bir regional qurumun üzvlərinin geopolitik vəzn baxımından nisbi bərabərlikləri, onlar arasında rəqabətin formalaşmasına səbəb olur ki, bu da dezinteqrasiyaya xidmət edir. EKO daxilindəki Türkiyə, Iran və Pakistanın bir-birlərilə apardığı rəqabəti buna misal göstərmək olar;
    4. Mənafelər baxımından qarşılıqlı ziddiyyətlər və düşmənçilik şəraiti habelə, bir-birlərinin təhlükəsizliyini təhdid edən vəziyyətin mövcudluğu;
    5. Müştərək hədəfin yaxud, təhlükənin məhv olması;
    6. Rəqib qüvvə və qurumların mövcudluğu;
    Çünki, onlar digər qurumların üzvlərini özlərinə tərəf çəkməyə qadir olurlar.
    7. Qurumun üzvlərinin siyasi quruluş, ideologiya və siyasi xəttlərində dəyişikliklərin ortaya çıxması üçün müxtəlif etimmulların mövcudluğu;
    8. mm
    (4-5-4) İNTEQRASİYA QURUMLARININ XÜSUSİYYӘTLӘRİ
    Bəzi mütəxəssislər bu barədə aşağıdakı xüsusiyyətləri qeyd etmişlər:
    1. Bu nizamlar demokratik üsulla idarə olunurlar və belə qurumların üzvləri ümumi qərarların qəbul edilməsində bərabər rol oynayırlar;
    2. Inteqrasiya nizamı və qurumunun üzvləri habelə, onların başçıları ölkədaxili və beynəlxalq həmkarlığa daha çox üstünlük verirlər;
    3. Bu üzvlər beynəlmiləl mənafeləri, milli mənafelərdən üstün tuturlar;
    4. Nizamın üzvləri və dövlətlərin siyasi başçıları sərbəst, azad düşüncə tərzinə malik olurlar;
    5. Qurumun üzvləri və dövlətlər bəşər cəmiyyəti qarşısında başqalarından daha artıq məsuliyyət hiss edirlər.
    (4-5-5) DAXİLİNDӘ DEZİNTEQRASİYA PROSESLӘRİ BAŞ VERӘN NİZAM VӘ QURUMLARIN XÜSUSİYYӘTLӘRİ
    1. Bu sistemin üzvləri və siyasi-ideoloji rəhbərləri daxiləqapanma və özünü təcrid hisslərinə mübtəla olurlar;
    2. Bu üzvlər adətən totalitar siyasi quruluşa və hökumətlərə malik olurlar;
    3. Qurumun üzvləri və onların rəhbərləri özlərini beynəlxalq müqavilələr və qanunlar qarşısında o qədər də cavabdeh saymırlar;
    4. Həmin siyasi sistemin üzvlərinin mövcudluğu müvəqqəti xarakter daşıyır və onlar başqalarının hakimiyyəti altına düşə biləcəkləri ehtimalına görə daim nigaran olurlar;
    5. Belə hökumətlər və siyasi quruluşlar millətçilik ideyalarının güclü təsiri altında olurlar.
    (4-6) XARİCİ SİYASӘT VӘ RABİTӘLӘRİ HӘYATA KEÇİRӘNLӘR
    Xarici siyasət üzrə işləri öz öhdəsinə almış şəxslər, bu istiqamətdə lazımi fəaliyyətlər göstərirlər ki, onları da iki əsas qrupa bölmək olar:
    1. Həmin siyasəti bilavasitə "qərargahdan”—mərkəzdən həyata keçirən şəxslər bu qrupa daxildirlər və onlar aşağıdakılardan ibarətdirlər: ölkə və ya dövlət başçısı; Nazirlər Kabineti, qanunverici məclis, Milli Təhlükəsizlik Şurası, Xarici Işlər naziri başda olmaqla, adı çəkilən nazirliyin bütün işçiləri. Әlbəttə, xarici işlər nazirliyi öz ölkəsinin başqa dövlətlərlə olan əlaqələrini tənzimləmək məsuliyyətini birbaşa daşıyır.
    2. Xarici siyasəti ölkədən xaricdə həyata keçirənlər 2-ci qrupu təşkil edirlər. Bunlar isə səfir, konsullardan, baş konsul, attaşe, diplomat və sairlərdən ibarətdirlər. Onlar xarici dövlətlərin ərazisindəki səfirlik və konsulluqlarda fəaliyyət göstərirlər. Bu qrupun üzvləri də iki yerə bölünür: biri diplomatik korpusun məmurları, digəri isə konsulluq nümayəndələri.
    (4-6-1) DİPLOMATİK NÜMAYӘNDӘLӘR VӘ MӘMURLAR
    Bu cür nümayəndəlik qədim tarixi köklərə malikdir. Hələ keçmiş dövrlərdə, dövlətlər öz nümayəndə və səfirlərini bir-birlərinin yanına göndərirdilər. Son əsrlərdə isə belə missiyalar daimi xarakter daşımağa başlayıb. Belə ki, 17-ci əsrdən bizim əsrə qədərki dövrlərdə daimi diplomatik səfirlərin başqa ölkələrə ezam olunması, hamılıqla qəbul edilən bir məsələyə çevrilib.
    Keçmişdə dövlətlərarası diplomatik əlaqələr və onları həyata keçirən şəxslərin hüquqları, həmin ölkələrin adət-ənənlərində hakim olan qayda-qanunlar çərçivəsində tənzimlənirdi. Lakin sonradan bunun kifayət etmədiyi sübuta yetirildi və bu səbəbdən, 1815-ci ildə həmin zəmində xüsusi qayda-qanunlar işlənib hazırlandı. Bu qaydalara təqribən 150 il müddətində əməl edilirdi. 1961-ci il aprelin 18-də öz işinə başlayan Vyana konfransında Beynəlxalq Hüquq Komissiyası tərəfindən hazırlanmış və dövlətlərarası diplomatik rabitələri tənzimləyən qanun layihəsi müzakirəyə çıxarıldı və son nəticədə yekdilliklə qəbul edildi. Haqqında söz gedən konfrans, BMT-nin nəzarəti altında keçirilirdi. Burada 81 ölkənin nümayəndələri iştirak edirdilər və 37 ölkənin təmsilçiləri elə oradaca həmin əhdnaməyə imza etdilər. Bu əhdnamə 1962-ci ilin aprel ayından icra olunmağa başladı və hal-hazırda, dövlətlərarası diplomatik əlaqələri tənzimləyən əsas hüquqi sənəd hesab edilir.
    1961-ci il Vyana konfransında qəbul edilən əhdnaməyə uyğun olaraq, diplomatik nümayəndəliklər dövlətlərarası qarşılıqlı razılaşmalar əsasında, bir-birlərinin ərazisinə ezam olunurlar və bu vaxt diplomatları qəbul edən ölkənin razılığı əsas şərt sayılır. Haqqında danışılan əhdnamədə diplomat barəsində belə deyilir: "Diplomat—bir ölkənin başqa dövlət ərazisindəki nümayəndəliyində siyasi yönümlü vəzifələri icra edən şəxslərdən biridir. "
    Siyasi nümayəndəliyin başçısı və onun məmurlarının yerinə yetirdikləri vəzifələr əhdnamənin 3-cü maddəsində bu cür açıqlanır:
    1. Qəbul edən ölkədə, göndərən ölkənin siyasi nümayəndəliyi;
    2. Öz ölkəsinin habelə, vətəndaşlarının maraq və mənafelərini beynəlxalq hüquq normaları çərçivəsində təmsil olunduğu ölkədə qorumaq;
    3. Qəbul edən ölkənin hökuməti ilə müzakirələr aparmaq;
    4. Səfir olduğu ölkənin müxtəlif sahələrdəki durumu haqqında, icazə verilən bütün üsullarla öz ölkəsinin rəhbərliyinə məlumat vermək;
    5. Qəbul edən ölkə ilə öz ölkəsi arasında dostluq əlaqələrini genişləndirmək habelə, iqtisadi, elmi və mədəniyyət sahələrində əməkdaşlığa nail olmaq.
    Diplomatik korpusun başçıları, ümumiyyətlə üç qismə bölünürlər:
    1. Ölkə başçılarına təqdim edilən səfirlər və həmçinin, onlarla eyni ranqda olan diplomatlar;
    2. Xüsusi diplomatik elçilər (bunlar da dövlət başçılarına təqdim edilirlər);
    3. Qəbul edən ölkənin Xarici Işlər nazirinə təqdim olunan digər diplomatlar.
    Hər hansı bir ölkə artıq maliyyə xərclərinin qarşısını almaq məqsədilə, qəbul edən ölkələrin razılığı əldə etdikdə, bir neçə ölkədə fəaliyyət göstərən, lakin, yalnız bir dövlətin ərazisində yerləşən siyasi nümayəndəlik yarada bilər. Әksinə, bir neçə ölkə birgə olaraq, hər hansı dövlətdə müştərək fəaliyyət göstərən, lakin vahid diplomatik nümayəndəlik təsis edə bilərlər.
    Diplomatik nümayndəliyin işçilərinin sayı adətən, ölkələrin qarşılıqlı razılaşmasına uyğun şəkildə təyin edilir və bu zaman qəbul edən ölkənin vəziyyəti nəzərə alınmalıdır. 1961-ci il Vyana əhdnaməsinə əsasən, diplomatlar toxunulmazlığa malikdirlər, o cümlədən
    - Tabe olduqları dövlətə bütün mümkün üsullarla məlumatların verilməsində heç bir maneə olmamalıdır;
    - Diplomatların öz ölkələrinə göndərdiyi poçt bağlamaları, əşyalar və sənədlər təmsil olunduqları ölkənin gömrük işçiləri tərəfindən yoxlanıla bilməz. Həmin şeyləri göndərmək üçün onlar diplomatik kuryerlərdən istifadə etmək hüququna malikdirlər;
    - Qəbul edən ölkə, diplomatik nümayəndəliyin başçısına, diplomatlara, habelə onların ailə üzvlərinə qarşı heç bir kobud hərəkətə yol verə bilməz, həmin şəxsləri həbs etməyə də icazə verilmir. Bundan əlavə, yoxlanış məqsədilə diplomatik nümayəndəliyin ərazisinə daxil olmaq və həmçinin, diplomatların avtomobillərini yoxlamaq qadağandır.
    - Qəbul edən ölkə, diplomatları məhkəmə və cinayət məsuliyyətinə cəlb edə bilməz. Yalnız onların ölkənin hüdudlarını tərk etmək tələbini irəli sürə bilər.
    Bütün bunlardan əlavə, diplomatların və siyasi nümayəndəliklərin bir sıra maddi imtiyazlardan istifadə etmək hüququ da vardır. Yanacaq, gömrük xidmətləri və s.-dən pul ödəməmək şərtilə istifadə olunmasını buna misal göstərmək olar.
    (4-6-2) KONSULLUQ MӘMURLARI
    Konsulluq xidmətinin də özünəməxsus tarixi mövcuddur. Konsulluqlar, beynəlxalq ticarət əlaqələrinin tənzimlənməsi, ölkələrarası iqtisadi rabitələrin genişlənməsi, öz həmvətənlərinə və ezam olunduqları ölkə vətəndaşlarının konsulluğun təmsil etdiyi ölkəyə gedib-gəlmələri və s. sahələrdə göstərilən xidmətlərlə məşğul olurlar.
    1963-cü ilin aprel ayının 24-də qəbul edilən, 95 ölkə nümayəndəsinin təsdiq etdiyi və 43 ölkə tərəfindən imzalanan konsulluq rabitələrinin tənzimlənməsinə yönələn əhdnamə, 1967-ci ilin martından icra olunmağa başlamışdır. Bu müqaviləni, BMT-nin beynəlxalq hüquq komissiyası tərtib etmişdi.
    Konsulluq heyətinin vəzifələri, diplomatik vəzifələrdən fərqli olur. Belə ki, dövlətlər öz aralarındakı diplomatik əlaqələri kəssələr də, konsulluq rabitələrini davam etdirə bilərlər.
    Konsulluq nümayəndələrinin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
    1. Tabe olduqları ölkənin gəmi və təyyarələri ilə bağlı işlərin, təmsil edildikləri ölkə ərazisində tənzimlənməsi;
    2. Öz ölkələrinin vətəndaşlarına hüquqi məsələlərdə yardım etmək;
    3. Pasport və vizaların hazırlanması;
    4. Öz ölkə və vətəndaşlarının hüquqlarının qorunması;
    5. Iki ölkə arasında iqtisadi, elmi və ticarət əlaqələrinin genişlənməsinə çalışmaq;
    6. Iqtisadi-ticarət məsələləri barəsində öz ölkələrinə məlumatlar göndərmək.
    Konsulluq nümayəndələri dörd qrupa bölünürlər: baş konsullar; konsullar; konsul köməkçiləri və konsulluq nümayəndələri.
    Mümkündür ki, bəzən ölkələr öz konsulluq nümayəndələrini qəbul edən ölkənin vətəndaşlarından seçsinlər. Amma, diplomatik nümayəndələrə nisbətən həmin iş qeyri-mümkündür.
    Konsulluq nümayəndələri də toxunulmazlıq statusuna malikdirlər. 1963-cü il, Vyana əhdnaməsinə əsasən, bu toxunulmazlıqlar aşağıdakılardan ibarətdir:
    1. Məkanlarının toxunulmazlığı;
    2. Arxiv və sənədlərin toxunulmazlığı;
    3. Məktub, bağlama, şifrli məlumatların bütün vasitələrlə göndərilməsi və qəbul edilməsi toxunulmazlığı (Әlbəttə, radioqəbuledici qurğulardan istifadə edilməsi, qəbul edən ölkənin razılığı əsasında həyata keçirilə bilər);
    4. Konsulluq işçiləri öz vəzifələrini həyata keçirən vaxt hər cür təqib və cəzalandırılmadan toxunulmazlıqda olurlar. Aydındır ki, şəxsi zəmində əgər cinayət etsələr, toxunulmazlıq hüququna malik deyillər.
    5. Diplomatik nümayəndələrin pulsuz istifadə etdikləri xidmətlərdən konsulluq işçiləri də eynilə bəhrələnə bilərlər.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 1050 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024