İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    4:43 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    BEŞİNCİ FӘSİL
    BEYNӘLXALQ TӘŞKİLATLAR
    Beynəlxalq təşkilatlar müəyyən hədəflərə yetişmək üçün müxtəlif dünya dövlətlərinin bərabər hüquqlar əsasında yaratdığı qurumlardırlar. Bunlar rəsmi surətdə, üzv dövlətlərin birgə yardımı ilə müştərək məqsədlərə nail olmaq üçün fəaliyyət göstərirlər. Beynəlxalq qurumlar öz mahiyyət, miqyas, forma və fəaliyyətlərinin coğrafi əhatə dairələrinə görə müxtəlif növlərdə olurlar. Onlar hal-hazırkı dövrdə dövlətlərin qarşılıqlı ehtiyac, mənfəət və müştərək hədəfləri hesabına yüksək inkişaf mərhələsinə qədəm qoymuşlar. Həmin təşkilatlar öz məqsədlərinin gerçəkləşməsi üçün münasib üsul və vasitələrdən istifadə edirlər. Bu cür qurumların sayı istər regional, istərsə də, ümumdünya səviyyəsində ildən-ilə artmaqdadır. Bəzi mütəxəssislərin fikrincə, gələcəkdə beynəlxalq qurumların qüdrəti çox yüksələcək və bu səbəbdən, milli dövlətlərin beynəlmiləl aləmdəki təsiri azalacaq. Nəticədə, beynəlxalq təşkilatlar milli dövlətlərin fəaliyyətlərini formalaşdırmaq qüdrətini əldə edəcəklər. Bununla da gələcək əsr, beynəlxalq təşkilatlar əsri olacaq.
    (5-1) BEYNӘLXALQ TӘŞKİLATLARIN FORMALAŞMASINA TARİXİ BAXIŞ
    Beynəlxalq təşkilatların yaranması və formalaşması rəsmi olaraq. XIX əsrdən başlayıb. Lakin onların hərtərəfli inkişafı, təkmilləşməsi və əsl "çiçəklənmə dövrü” XX əsrə aiddir. Dağıdıcı müharibə, inqilab, Elmi Texniki Tərəqqi, sənayenin və yeni texnologiyaların inkişafını beynəlxalq təşkilatların yaradılması üçün zəruri zəmin hazırlayan əsas amillərdən hesab etmək olar. XIX əsrdə beynəlxalq təşkilatların formalaşmasında aşağıdakı üç cərəyanın həlledici rolu olmuşdur:
    1. 1815-ci ildə çağırılmış Vyana konqresində Avropanın böyük dövlətləri bir ittifaq təşkil etmişdilər. Buna səbəb, Napoleonun Avropada apardığı müharibələrinin nəticələrini aradan qaldırmaq olmuşdu. Beləliklə, Avropa dövlətləri arasındakı münasibətləri tənzimləyən qayda-qanunlar qəbul edilmişdi.
    2. 1899 və 1907-ci illərdə keçirilən Haaqqa konfranslarında beynəlxalq hüquq normalarını dövlətlərarası münasibətlərdə əsas götürməklə, bərabər hüquqlu və müstəqil ölkələrin bir-birlərilə əlaqələrinin yaxınlaşdırılması istiqamətində qərarlar çıxarılmışdı.
    3. Beynəlmiləl ittifaqlar əvvəllər yalnız hərbi-siyasi və təhlükəsizlik sahələrində təşkil edilirdi. Lakin XIX əsrdə baş verən iqtisadiyyat və sənayenin inkişafı belə ittifaqların digər sahələrdə də yaradılması zəruriyyətini ortaya çıxartdı. Beynəlmiləl Komitə, Qırmızı Xaç cəmiyyəti, Ümumdünya Poçt Ittifaqı və Parlamentlərarası Ittifaqın yaradılmasını buna misal göstərmək olar.
    Lakin beynəlxalq təşkilatların mütəşəkkil, geniş tərkibli və çoxlu sayda dövlətlərin iştirakı ilə rəsmi surətdə fəaliyyət göstərən qurumlara çevrilməsində əsas rol oynayan faktor I Dünya Müharibəsi oldu. Müharibədən sonra, 1919-cu ildə təşkil edilən Paris sülh konfransında ABŞ prezidenti Vilsonun təklifi habelə, müttəfiq dövlətlər olan ABŞ, Böyük Britaniya, Fransa, Italiya və Yaponiyanın razılığı ilə "Millətlər cəmiyyəti”nin əhdnaməsi təsdiq olundu (28 aprel 1919-cu il). Bundan sonra isə Millətlər cəmiyyəti nəzdində Beynəlxalq Daxili Әdliyyə Məhkəməsi öz fəaliyyətinə başladı. Həmin məhkəmənin əsasnaməsi 13 dekabr 1920-ci ildə təsdiq edildi.
    1919-cu ildə Millətlər cəmiyyətinin üzvləri 42 ölkədən ibarət idi. Maraqlıdır ki, ABŞ bu təşkilatın yaradılması təklifini irəli sürən dövlət olmasına baxmayaraq, onun üzvü deyildi. 1934-cü ildə Millətlər cəmiyyətinin üzvlərinin sayı 58 ölkəyə çatdı. Lakin 1939-cu ildə üzv ölkələrin sayı 43-ə qədər azaldı və qüdrətli dövlətlər bu təşkilatı tədricən tərk etməyə başladılar. 1933-cü ildə Almaniya, 1937-ci ildə isə Italiya onu tərk etdilər. İtaliya bundan sonra Albaniyaya hücum edib, onunla müharibəyə başladı. SSRI isə, Finlandiya ilə müharibəyə başladığından, Millətlər cəmiyyətindən xaric edildi. 1937-ci ildə Yaponiya Çinin bəzi ərazilərini işğal etdi və o da Millətlər cəmiyyətindən çıxdı. Ümumiyyətlə, "Millətlər cəmiyyəti” ölkələrin həmin təşkilatdan xaric edilməsi mexanizminə malik deyildi və bəzi dövlətlər ümumi sülh və asayişi pozduğu vaxt onlarla necə rəftar olunması da məlum deyildi. Әgər hansısa dövlət bu təşkilatın əsasnaməsinə məhəl qoymurdusa, ona qarşı nə kimi tədbirlərin tətbiqi mexanizmi işlənib, hazırlanmamışdı. Bütün bunlara görə Millətlər cəmiyyəti iflasa uğradı və II Dünya Müharibəsinin başlanmasının qarşısını almaq üçün bu beynəlxalq təşkilat heç bir təsirli və əməli tədbiri görə bilmədi.
    II Dünya Müharibəsi zamanı ABŞ prezidenti Ruzveltin təşəbbüsü ilə yeni beynəlmiləl təşkilatın yaradılması ideyası ortaya çıxdı. BMT adlandırılan yeni beynəlmiləl təşkilatın nizamnaməsi 1945-ci il iyun ayının 26-da San-Fransisko şəhərində keçirilən beynəlxalq konfransda, 51 ölkənin nümayəndələri tərəfindən təsdiq edilib imzalandı. Bu beynəlxalq qurum 1945-ci ilin 24 oktyabrından rəsmi surətdə öz işinə başladı. Qeyd etmək lazımdır ki, hələ II Dünya Müharibəsinin alovları şiddətlənən vaxt, 1942-ci il yanvarın 1-də 24 ölkə "Antihitler koalisiyası”nı imzalayan zaman, Ruzvelt ilk dəfə olaraq "BMT” ifadəsini işlətmişdi.
    BMT-nin təsis edilməsindən məqsəd, dövlətlərin qarşılıqlı ehtiram və hüquq bərabərliyi, millətlərin istiqlaliyyəti prinsiplərinə əsaslanan, dünya xalqları arasında dostluq əlaqələrini möhkəmləndirmək, beynəlmiləl sülh və təhlükəsizliyi qorumaq olmuşdur. Beynəlxalq aləmdə əməkdaşlıq, siyasi azadlıqların təmin edilməsi və insan hüquqlarının qorunması və s. bu təşkilatın məramlarından hesab edilir. BMT prinsiplərinə görə, dövlətlər arasında ortaya çıxan ixtilaflar yalnız sülh yolu ilə, müzakirələr və danışıqlar vasitəsilə həll olunmalıdır. Ölkələrin ərazi bütövlüyünə və müstəqilliyinə ehtiram edilməlidir. Bu zaman hər cür güc işlədilməsindən çəkinmək məsələsinə xüsusilə təkid olunur.
    BMT özü bir neçə daxili struktur qurumlardan təşkil edilmişdir ki, bunlar da aşağıdakılardan ibarətdir: ümumi yığıncaq; təhlükəsizlik şurası; qəyyumluq şurası; beynəlmiləl ədliyyə məhkəməsi; ictimai və iqtisadi şuralar; katiblik.
    Ümumi yığıncaq, BMT çərçivəsində müxtəlif məsələlər barəsində müzakirələr aparıb, bunları üzv ölkələrə tövsiyə edə bilər. Amma, qərar çıxarıb, onu icra etmək ixtiyarına malik deyil.
    Təhlükəsizlik şurası 15 üzvdən təşkil edilib. (5 daimi —ABŞ, Çin, Rusiya, Fransa, Ingiltərə və 10 müvəqqəti üzv. )
    Bu qurum beynəlxalq sülh və təhlükəsizliyi təmin etməyi öz öhdəsinə almışdır və həmin məsələlərdə qərar çıxarmaq, habelə, onları icra etmək hüququna malikdir. Daimi beynəlmiləl məhkəməsinin yerini tutmuş Beynəlxalq Әdliyyə Məhkəməsi BMT-nin əsas orqanlarından biridir. O, dövlətlər və millətlər arasında ortaya çıxan ixtilafların həllinə çalışır, bu barədə hökm çıxarır. Lakin, həmin hökm və qərarların icrası təhlükəsizlik şurasının öhdəsindədir. Qeyd olunduğu kimi, BMT-nin əsas orqanlarından yalnız Təhlükəsizlik Şurası qərar qəbul etdikdən sonra onu icra etmək iqtidarına malikdir. Onun 5 daimi üzvü II Dünya Müharibəsinin qalib dövlətlərindən ibarətdir və bu dövlətlərin "veto hüququ” vardır. BMT-də veto hüququnun tətbiqi bu təşkilatın ən zəif nöqtəsidir və o, Təhlükəsizlik Şurasının 5 daimi üzvünün istəyinə uyğun qərarlar çıxarılmasına səbəb olur. Bununla da, digər millətlərin hüququ tapdalanır və belə nöqsana heç cür bəraət qazandırmaq olmaz.
    BMT yarandığı vaxtdan indiyədək, beynəlxalq sülh və təhlükəsizliyin qorunması yolunda 41 dəfə sülhsevər əməliyyatlarda iştirak etmiş və dünyadakı böhranlı bölgələrdə öz hərbi kontingentinin hüzurunu təmin edə bilmişdir. Belə bölgələrin 17-sində hələ də həmin vəziyyət davam etməkdədir.
    Bu qurum Soyuq Müharibə dövründə xüsusilə də, 1990-cı ildəki Iraqın Küveytə qarşı təcavüzündəən sonra beynəlxalq aləmdə çox fəal rol oynamağa başladı. BMT hal-hazırda, bütün dünyada nüfuz dairəsinə görə ən böyük rəsmi orqandır ki, 185 üzvdən, yəni, müstəqil ölkə və siyasi vahidlərdən təşkil edilib. Bu gün BMT təkcə beynəlxalq aləmdə sülh və təhlükəsizliyin təmin olunması ilə kifayətlənməyib, başqa sahələrdə də, o cümlədən, demoqrafiya, məskunlaşma, dəniz hüququ, ekologiya, insan hüquqları, elm və maarif, iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması və s. problemlərin həllində fəal surətdə çalışır. Bir sıra məsələlərin həlli yollarının tapılması eləcə də, dünya dövlətlərinin həmin problemlərə olan baxışlarının yaxınlaşdırılması üçün konfranslar və simpoziumlar təşkil edir.
    Ümumiyyətlə, beynəlmiləl rabitələr iki əsas faktorun güclü təsiri altında olur: Hüquqi və geopolitik faktor. Bu iki amil bir-birlərinə qarşılıqlı təsir göstərirlər. Beynəlxalq hüquqi məsələlər, onlara geopolitik amillərin nüfuzu ilə əlaqədar olaraq formalaşma, qərar şəklinə düşmə və icra olunma mərhələlərində müxtəlif dəyişikliklərə uğrayırlar. Bəzən isə, geopolitik amillərin təsir dairəsi hüquqi çərçivələrlə məhdudlaşdırılır. Məsələn, hər hansı bir rəsmi qurum ondan daha qüdrətli siyasi vahidin təsiri altında fəaliyyət göstərmək məcburiyyətində qalır. BMT-də Təhlükəsizlik Şurasının qərarları və onların icrası bunun bariz nümunəsidir. Bəzən isə hansısa regional və ya beynəlmiləl qurum, qüdrətli dünya dövlətlərinin müqabilində durub, onların işlərə nüfuz etməsinin qarşısını alır. Məsələn, Dəniz Hüququ Konvensiyası ABŞ və Ingiltərənin əlaqədar məsələlərdə daha artıq imtiyazlar tələb etmələrinə məhəl qoymur və yalnız əsasnaməsində nəzərdə tutulan hüquqi çərçivədə fəaliyyət göstərir. Bu misalda biz, hüquqi faktorun geopolitik amilləri cilovladığını görürük. Әslində, beynəlmiləl və regional təşkilatlar, beynəlxalq aləmdə hüquqi normaların əhəmiyyətini əks etdirən qurumlardır və onlar dünyada qəbul olunmuş hüquqi bazaya əsasən formalaşır və fəaliyyət göstərirlər.
    Qeyd edildiyi kimi, geopolitik amillərin dünyada çox böyük təsiri vardır və beynəlxalq aləmdəki rabitələrin formalaşması bir sıra faktorlardan asılıdır. Ona görə də, geopolitikanın beynəlxalq qurumlarda oynadığı mühüm rol, həmişə nəzərə alınmalıdır. Belə bir həqiqət heç kəsdən gizli deyil ki, hər hansı geopolitik regional təşkilat və ya qurumun fəaliyyətində, ona üzv olan dövlətlər arasında daha qüvvətlisi aparıcı funksiyalar icra edir.
    Demək olar ki, bütün ümumdünya səviyyəli təşkilatlarda böyük dövlətlərin nüfuzu təkzibolunmaz faktdır. Onlar müxtəlif formalarda bir-birləri ilə ya həmkarlıq edir, ya da rəqabət aparırlar və hadisələrdən öz xeyirlərinə istifadə etməyə çalışırlar. Bu cür vəziyyət özünü BMT təhlükəsizlik şurasının işində, xüsusən də, Veto Hüququnda daha qabarıq şəkildə büruzə verir (istər Soyuq Müharibə istərsə də, ondan sonrakı dövrdə). Ona görə də, BMT-nin dünya problemlərinin həllinə yönələn fəaliyyətlərinin, məhz bütün ölkələrin bərabər hüquqlu iştirakı əsasında və böyük dövlətlərin nüfuzunu nəzərə almadan həyata keçiriləcəyinə inanmaq sadəlövhlük olardı. Çünki, əslində BMT özü, II Dünya Müharibəsində qalib gəlmiş böyük dövlətlərin qüdrətlərinin hakim olduğu bir mühitdə təşəkkül tapmış qurumdur və bu səbəbdən asanlıqla zərərli təsirlər altına düşə bilir.
    (5-2) BEYN ӘLXALQ T ӘŞKİLATLARIN VӘ ORQANLARIN FORMALAŞMASININ ӘSASLARI VӘ ONLARIN YARADILMASININ ZӘRURİLİYİ
    Beynəlmiləl təşkilatların və orqanların yaranmasında həmçinin, inkişaf etməsində bir sıra amillər və zərurətlər mövcud olur ki, bunlar həmin qurumların formalaşmasında xüsusi rol oynayırlar. Adı çəkilən amillər və zərurətlər aşağıdakılardan ibarətdir:
    (5-2-1) MİLLӘTLӘRARASI MÜNASİBӘTLӘRDӘ VӘ DÜNYA İCTİMAİYYӘTİNDӘKİ ӘSAS DӘYİŞİKLİKLӘRİN MEYDANA ÇIXMASI
    Dünya ictimaiyyəti həmişə müxtəlif dəyişikliklərlə üzləşir. Bu səbəbdən millətlərarası münasibətlər də, öz növbəsində forma və keyfiyyət baxımından zaman ötdükcə dəyişikliyə uğrayırlar. Bu dəyişikliklər millət və dövlətlərin iqtisadi, dini, elmi, mədəni və s. fəaliyyət sahələrində bir-birləri ilə ya düşmənçilik, ya dostluq və ya da əməkdaşlıq münasibətlərinin yaranmasına səbəb olur. Bəzən inteqrasiya proseslərinin güclənməsinə, bəzən də separatçılıq meyillərinin artmasına xidmət edir. Həmin faktorlar isə, dünyanın geopolitik nizam-intizamında sürətli və dinamik dəyişikliklərin baş verməsi ilə nəticələnir. Belə başqalaşmaların bir-birindən fərqli, bəzən isə hətta ziddiyyətli cəhətləri olur. Rabitələrin keyfiyyət baxımından müasir mərhələyə qədəm qoyması, bəşər cəmiyyətini elektronika və yeni texnologiyalar dünyasındakı özünəməxsus qayda-qanunlar ilə üzləşdirir. Bütün bunlar insan qrupları arasında yeni qüvvələrin yaranması ilə eyni vaxtda baş verir.
    Beləliklə, beynəlmiləl aləmdə cürbəcür cərəyanların, ictimai-siyasi qrupların, müxtəlif tərzi-təfəkkürlərin və iqtisadi maraqların meydana çıxması beynəlxalq təşkilatların yaradılması zərurətini ortaya çıxarır ki, onların vasitəsi ilə dünyadakı prosesləri nəzarət altında saxlamaq daha asan olur.
    (5-2-2) MİLLİ DÖVLӘTLӘRİN ROLUNUN AZALDİLMASININ GÜCLӘNMӘSİ
    Milli dövlətlər iki istiqamətdə - ölkə daxili və xaricində öz iqtidarlarını gücləndirməyə səy göstərirlər. Bu işi beynəlmiləl səviyyədə milli mənafeləri, daxili müstəqillik və təhlükəsizliyi qorumaq bəhanəsi, ölkədaxili səviyyədə isə, inzibatçılığın möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və milli təhlükəsizliyin təmin olunması adı altında həyata keçirirlər. Lakin son vaxtlar milli dövlətlər öz iqtidarlarını qorumaq yolunda yeni-yeni çətinliklərlə üzləşir və bu məsələdə əvvəlki mövqelərini əldən verməyə səbəb olur. Ehtimal olunur ki, dünyada üç əsr müddətində formalaşmış milli dövlət nümunəsi, gələcəkdə güclü dəyişikliklərə uğrayacaqdır. Bu istiqamətdə üç əsas cərəyanın güclü təsiri hiss edilir ki, onlar da aşağıdakılardan ibarətdirlər:
    - Ümumi şəkildə, millətlər öz ictimai-siyasi müqəddəratlarının təyin olunması məsələsində daha artıq səhm tələb edir, dövlətlərdən demokratiya və siyasi azadlıqların yüksək səviyyədə genişləndirilməsini istəyirlər. Millətlər dövlət strukturlarından iqtidarın alınmasına və özlərinin tam müstəqilliyinə nail olmağa çalışırlar. Bu istiqamətdə qeyri-hökumət və milli-mədəni cəmiyyətlərin inkişafı və onların sayının sürətlə artması diqqətəlayiqdir.
    - Milli, mədəni, irqi və dini fərqlərə görə, separatçı meyillərin güclənməsi nəticəsində bəzi ölkələr müəyyən müddətdən sonra parçalanırlar. Sabiq SSRI-ni buna misal göstərmək olar.
    - Dövlətlərin siyasi quruluşu bəşər cəmiyyətinin inkişafından irəli gələn əsas ehtiyacların təmin olunmasına get-gedə kamil şəkildə cavab verə bilmir və hökumətlər cürbəcür bəhanələrlə özlərinə bəraət qazandırmağa çalışırlar. Nəticədə, millətlərin nəzərində yalançı kimi tanınırlar. Bu cür vəziyyət, daha çox zəif inkişaf etmiş ölkələrdə müşahidə edilir.
    Dövlətlər və millətlər arasındakı çəkişmələr, dünyadakı siyasi qurumların sayca çoxalmasına səbəb olur və bu da milli səviyyədən daha yuxarıda duran strukturların yaradılması zərurətini doğurur.
    (5-2-3) BEYNӘLXALQ İŞLӘRDӘ DÖVLӘTLӘRİN İQTİDARININ ZӘİFLӘMӘSİ
    Milli səviyyədə də dövlətlərin iqtidarı zəifləmək üzrədir və bu cür vəziyyət, hətta müstəqillik məfhumunun özünün anlaşılmasında belə dəyişikliklərə gətirib çıxarır. İctimai rabitə, informasiya vasitələri texnologiya, turizm habelə, transmilli şirkətlərin inkişafı və bütün bunların millətlərin ictimai, iqtisadi həmçinin, siyasi fəaliyyət sahələrinə güclü təsiri, qeyri-hökumət və beynəlmiləl qurumların nüfuz dairəsinin genişlənməsinə səbəb olur. Milli dövlətlərin beynəlxalq işlərdə iqtidarı isə, dövlətlərin şəriksiz səlahiyyətləri çərçivəsində idarə olunan işlər, istər-istəməz beynəlmiləl səviyyəyə köçürülür və beynəlxalq qurumların idarəsi altına keçir.
    (5-2-4) İKİ VӘ ÇOXTӘRӘFLİ QARŞILIQLI EHTIYACLAR
    Dövlətlərin və millətlərin qarşılıqlı münasibətləri həmişə dinamik inkişaf tələb edir. Bu münasibətlərin zəruriliyi və millətlərin bir-birləri ilə əməkdaşlığa olan ehtiyacları, müxtəlif zəminlərdə keçmiş dövrlərə nisbətən, xeyli artmışdır. Qarşılıqlı rabitələr çox mürəkkəb formalar almış, millətləri bir-birindən ayıran sərhədlərin rolunun bir növ zəifləməsinə səbəb olmuşdur. Millətlərin iqtisadi, siyasi, elmi-mədəni, ticarət, təhlükəsizlik, informasiya, texnologiya, xammal mübadiləsi, turizm, enerji daşıyıcıları və s. sahələrdəki əməkdaşlığı, onlar arasındakı rabitələrin inkişafına əlbəttə ki, yalnız kömək edir və qarşılıqlı ehtiyacların təmin edilməsində xüsusi rol oynayır. Aydındır ki, belə geniş spektrli əməkdaşlığın kamil surətdə idarə olunmasında, beynəlmiləl qurumlar daha effektli və çevik fəaliyyət göstərə bilərlər. Bu da, beynəlxalq təşkilatların yaradılması zərurətini bir daha təsdiq edir.
    (5-2-5) MÜŞTӘRӘK İŞLӘRİN VӘ MӘSӘLӘLӘRİN İDARӘ OLUNMASI
    Dünyada elə məsələlər mövcuddur ki, onların həlli, yaxud idarə olunması təkcə bir ölkə və ya dövlətin hüdudları çərçivəsinə sığışmayır. Buna görə də onlar regional və ya beynəlmiləl mahiyyətə malik olurlar. Belə səbkidən olan işlərin idarə olunması və tənzimlənməsi hökmən, hansısa regional, yaxud beynəlmiləl qurumun yaradılması zərurətini gündəmə gətirir. Həmin növ işlərdən bəzilərini göstərmək istərdik:
    1. Әtraf mühitin qorunması və ekoloji tarazlığın mühafizəsi (məsələn, Yer kürəsində qlobal istiləşmənin qarşısını almaq, torpaqların erroziyaya uğraması ilə mübarizə);
    2. Məhəlli və regional çəkişmələrin, böhranların aradan qaldırılması və onların genişlənməsinə yol verilməməsi;
    3. Təbii fəlakətlərə düçar olmuşlara yardım, habelə, konfliktlər zamanı zərər çəkənlərə köməklik göstərmək;
    4. Kütləvi qırğın silahlarına nəzarət və onların tamamilə məhv olunmasına çalışmaq, tərkisilah məsələlərinin həllinə səy göstərmək.
    5. Beynəlxalq aləmdə törədilən cinayətlərlə xüsusilə, terorizm, narkobiznes, mütəşəkkil cinayətkarlıq, hərbi cinayətlər, ətraf mühitin çirkləndirilməsi və s. İlə mübarizə, onlara qarşı cəza tədbirləri və cərimələrin tətbiq olunması;
    6. Iqtisadiyyatdakı dəyişikliklərə nəzarət etmək, regional və dünya səviyyəsində iqtisadi böhranların qarşısını almaq;
    7. Ümumdünya problemlərinin həlli istiqamətində dövlətlər arasında həmahənglik yaratmaq. Bu işlər müxtəlif sahələrə şamildir, o cümlədən, turizm, bank, idman, elm və maarif, müasir texnologiya, səhiyyə və s;
    8. Okeanlar, qütblər, meşələr, kosmos və göy cismləri kimi ümumi mühitlərdən bəhrələnmək üçün idarəetmə mexanizmlərini yaratmaq və onları tətbiq etmək;
    9. Dünya əhalisinin demoqrafiq dəyişikliklərinə nəzarət (tərkib, mühacirət, məşğulluq və artım baxımından);
    10. Rabitələrin texnologiyası və üsullarına nəzarət, habelə, onların ölkə və xalqların adət-ənənələrinə zərər yetirməyinin qarşısını almaq.
    (5-2-6) DÖVLӘT VӘ MİLLLӘTLӘRİN MÜŞTӘRӘK HӘDӘFLӘRİ
    Öz aralarında rəqabət və çəkişmələrə səbəb olan xüsusi hədəflərdən başqa, dövlət və millətlərin bir sıra müştərək hədəfləri mövcuddur. Bu cür hədəf və məqsədlərə nail olmaq üçün onlar istər-istəməz həmkarlıq edib, ümumi səylər hesabına mütəşəkkil qurumlar yaradırlar.
    Dövlətlərin müştərək hədəfləri mümkündür ki, ya regional xarakter daşısın, ya da ümumdünya səviyyəsində olsun. Həmin hədəf və məqsədlər aşağıdakılardan ibarətdirlər:
    1. Millətlərarası münasibətlərdə sülhsevər prinsipləri bərqərar etmək və sülhü bütün dünyada qorumaq;
    2. Beynəlmiləl təhlükəsizliyi qorumaq, dövlət və millətlərin bir-birinə qarşı təcavüzkarlıq etməsinə yol verməmək;
    3. Regional və ümumdünya səviyyəsində mövcud olan problemlərin həllində birgə həmkarlıq etmək.
    4. Həyat mənbələrindən (torpaq, hava, su və s. təbii ehtiyatlar) ən əlverişli şəkildə istifadə edilməsinə nəzarətin gücləndirilməsi;
    5. Aclıq, yoxsulluq və ictimai ədalətsizliklə mübarizə aparmaq (xüsusilə inkişafdan geri qalmış məntəqələrdə);
    6. Ictimai rifahın inkişafı və təkmilləşdirilmiş həyat səviyyəsinin təbliğ edilməsi;
    7. Səhiyyə xidmətlərinin yaxşılaşdırılması, epidemiya və yolxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi;
    8. Istehsal, əmtəə bölgüsü və müxtəlif xidmətlər sahəsində yeni texnologiyaların tətbiqinə nail olmaq;
    9. Әrzaq, su, enerji, məskən, məşğuliyyət, təlim-tərbiyə və s. sahələrdə insanların ehtiyaclarının təmin edilməsi istiqamətində yeni və daha münasib üsulların yaradılmasına çalışmaq.
    (5-2-7) İNSAN HÜQUQLARININ MÜDAF ӘSİ VӘ QORUNMASI
    Siyasi azadlıq və insan hüquqlarının qorunması məsələsinə, BMT-nin əsasnaməsində xüsusilə təkid olunur. Bundan əlavə, insan hüquqlarının qorunması haqqındakı bəyannamənin 30-cu maddəsində bu barədəki prinsiplər təsdiq edilir və həmin müddəalar 10 oktyabr 1947-ci ildə bütün dünyaya elan olunmuşdur. İnsan hüquqlarına həsr edilmiş iki beynəlxalq konfransda (Tehran-1967, Vyana-1993) bu prinsiplər dünyanın əksər dövlətləri tərəfindən təyid olunub, qəbul edilmişdir. Lakin bütün bunlarla yanaşı, insan hüquqları məsələsi öz tam həllini hələ də tapa bilməmişdir. Qəbul edilmiş öhdəliklərin icra olunmasına biganəliklə yanaşan bəzi dövlətlərdə, insan hüquqlarının kobud şəkildə pozulması hallarını müşahidə etmək, dünya ictimaiyyətinin narahatlığına səbəb olsa da, bu istiqamətdə köklü dəyişikliklər baş verməmişdir. Bu mövzuda maraqlı bir nöqtəni qeyd etmək yerinə düşərdi. ABŞ dövləti öz müxaliflərinə qarşı təzyiq vasitəsi kimi "insan hüquqları”ndan çox geniş surətdə istifadə edir. Halbuki, bütün dünya millətlərinin ən əsas hüquqlarını istədiyi vaxt tapdalamaq, ABŞ-ın xarici siyasətinin əsas nişanələrindəndir. Elə bu cəhətdən də, regional və dünya səviyyəsində insan hüquqlarını həqiqətən müdafiə edən beynəlxalq qurumların yaradılması zəruri bir məsələyə çevrilir.
    Insan hüquqları çox geniş spektrə malikdir ki, onların ən əsaslarını qeyd etmək istərdik:
    1. Müxtəlif təzyiqlər üzündən öz ölkələrini tərk edib, başqa dövlətlərə pənah aparan siyasi mühacirlərin hüquqları;
    2. Qanuni və ya qeyri-qanuni yolla başqa ölkələrin ərazisinə daxil olan mühacirlərin hüquqları;
    3. Səyahətçi və turistlərin hüquqları (bəzən daxil olduqları ölkələrdə onların hüquqları pozulur);
    4. Təbii, siyasi, ictimai və milli faktorların təsiri nəticəsində, digər ölkələrə pənah aparan qaçqınların hüquqları;
    5. Siyasi və ya qeyri-siyasi dustaqların hüquqları;
    6. Tarixi hadisələr nəticəsində, ədalətsizliklərlə üzləşmiş bəzi ictimai təbəqələrin hüquqları (məsələn: qadınlar, qocalar, uşaqlar, fəhlələr və s.);
    7. Təcavüzə məruz qalmış ayrı-ayrı millət və ya siyasi təqiblərlə üzləşmiş fərdlərin hüquqları (məsələn: siyasi xadimlər, qələm sahibləri, yazıçılar, alimlər və s.);
    8. Hərbi əsir və casusluq ittihamı ilə həbs edilən şəxslərin hüquqları.
    Bu zəmində dünya ictimaiyyətinin acı təcrübələri vardır. Milli dövlətlər "müstəqillik” və "daxili işlərə müdaxilə etməmək” məsələlərini əldə şüar tutaraq, beynəlxalq hüquq təşkilatlarının insan hüquqlarını müdafiə etməsinə çox vaxt mane olurlar.
    Somali, Iraq, Bosniya, Hersoqovina, Kosovo, Әfqanıstan, Filippin, Fələstində və s. ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulması, bəşəriyyəti həmişə narahat etmiş və bəzi bölgələrə BMT-nin sülhməramlı hərbi birləşmələrinin daxil edilməsi zərurətini yaratmışdır.
    Yuxarıda adı çəkilən səbəblər beynəlxalq qurumların və təşkilatların yaradılması üçün əsaslı zəmin hazırlayır. Belə qurumların təsis olunması zərurətini doğuran başqa amillər də mövcuddur ki, onlardan bəzilərini qeyd etmək istərdik:
    1. Geofiziki vəhdət
    Bəzi regional təşkilatlar, geofiziki faktorların eyniliyi və ya vəhdəti əsasında yaranır. Həmin faktorlar, materiklər, yarımadalar, okeanlar, dənizlər, körfəzlər və s. ola bilər. Belə təşkilatlara misal olaraq, Şimali Amerika Azad Neft Regionu, Sakit Hkean hövzəsi Ittifaqı, Cənub-Şərqi Asiya Ölkələr Ittifaqı, Fars Körfəzi Ölkələri Həmkarlıq Şurası, Qara Dəniz Hövzəsi Ölkələri təşkilatı və sairi göstərmək olar.
    2. Maarif və mədəniyyət vəhdəti
    Bəzi regional və ya beynəlxalq təşkilatlar, müştərək maarif, mədəniyyət, dil, din və məzhəb əsasında formalaşırlar. Fransız Dilli Ölkələrin təşkilatı və Islam Konfransı buna misal ola bilər.
    3. Irqi və milli vəhdət
    Müştərək irq və millət də həmçinin, bu cür təşkilatların formalaşması üçün əsas götürülə bilər. Buna misal olaraq, Әrəb Ölkələri Birliyi və Türkdilli Xalqların Ittifaqını göstərə bilərik.
    4. Müştərək iqtisadi fəaliyyət
    Bu cür fəaliyyətlər beynəlxalq qurumların yaradılmasına səbəb olur. Məsələn, OPEK üzvü olan ölkələr neft istehsalında müştərəkdirlər. Avropa Polad Istehsalçıları Birliyi və daş kömür istehsal edən ölkələrin iqtisadi təşkilatları da bu qəbildəndir.
    5. Ümumi təhlükə qarşısında yaradılan qurumlar
    Bəzi ölkələr müştərək təhlükə qarşısında hərbi-siyasi və təhlükəsizlik sahələrində müqavilə bağlayaraq, beynəlxalq təşkilatlar yaradırlar. Məsələn, SENTO, NATO, Varşova müqaviləsi və s.
    6. Siyasi amil
    Afrika Birliyi Təşkilatı və Avropa Ittifaqı kimi beynəlxalq qurumlar, onlara üzv olan ölkələrin müştərək siyasi məqsədləri əsasında yaranmışdır.
    7. Qarşılıqlı iqtisadi əməkdaşlıq ehtiyacından irəli gələn amil
    Iqtisadi baxımdan və dövlətlərin çoxtərəfli qaşılıqlı ehtiyaclarını təmin etmək üçün mövcud olan amillər, müxtəlif beynəlxalq təşkilatların yaranmasında böyük rol oynayan daha bir əsaslı faktordur. Belə qurumları üzv ölkələr öz milli iqtisadiyyatlarına kömək etmək məqsədi ilə yaradırlar və bəzən siyasi faktor bu cür təşkilatlarda heç bir təsirə malik olmur. Qeyd etmək lazımdır ki, bir çox regional birliklər məhz bu zəmində yaradılmışdır. EKO, Müştərək Mənafeli Ölkələr Birliyi, Şimali Amerika Azad Neft hövzəsi, Avropa Bazarı, ASEAN və s. təşkilatlar, qarşılıqlı iqtisadi əməkdaşlıq əsasında yaradılan beynəlmiləl qurumlara bariz nümunələrdir.
    8. Müştərək beynəlmiləl fəaliyyətlər
    Bu əsasda yaranmış təşkilatlara aşağıdakı qurumları misal göstərmək olar: Ümumdünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT, Yunesko, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Poçt Ittifaqı və s.
    9. Tarixi amil
    Ingiltərənin başçılıq etdiyi və onun keçmiş müstəmləkələrindən təşkil edilən Müştərək Mənafeli Ölkələr qurumu, tarixi amilin əsasında yaradılmış beynəlxalq təşkilatlardan biridir. Belə qurumlar əlbəttə ki, sıx iqtisadi əməkdaşlıqdan əlavə, digər sahələrdə də birgə fəaliyyət göstərirlər.
    (5-3) BEYNӘLXALQ TӘŞKİLATLARIN GӘLӘCӘYİ VӘ PERESPEKTİVLӘRİ
    Qeyd olunduğu kimi, beynəlmiləl təşkilatların meydana çıxması son iki əsrdə baş vermişdir. Bu müddət ərzində həmin təşkilatlar həm mövzu və mahiyyət, həm coğrafi əraziləri əhatə dairəsi, həm də say və həcm cəhətdən həmişə inkişaf etmişlər. Yəni, daim genişlənmək və inkişaf etmək, beynəlxalq təşkilatların səciyyəvi xüsusiyyətlərindəndir. Onların yaradılması zəruriyyətini doğuran amillər, qeyd edildiyi kimi, bir çox səbəblərdən irəli gəlir. Ölkələrin müştərək məqsəd və inteqrasiyaya meyillilikləri, beynəlxalq təşkilatların inkişafını daha da artırmışdır. Dövlət və millətlərin qarşılıqlı əməkdaşlığa olan ehtiyacları, bu təşkilatların artması və əsasən iqtisadi sahədə həmkarlığına səbəb olur.
    Digər tərəfdən, bəzi dövlətlər belə əməkdaşlığı xüsusi sahələrdə aparmağa daha çox səy göstərirlər. Bu isə öz növbəsində, beynəlxalq bazarın inhisari olmasına gətirib çıxarır. Məsələn, müasir elm və texnologiyalar sahəsində daha çox inkişaf etmiş bir ölkə, beynəlxalq aləmdə məhz bu istiqamətdə ixtisaslaşmağa çalışır və dünya bazarında öz xüsusi yerini tutur. Yaxud, əgər hansısa ölkə xüsusi bir məhsulun istehsalında digərlərindən nisbi üstünlüyə malik olduqda, dünya bazarındakı rəqabəti nəzərə almaqla, həmin sahədəki fəaliyyətinə daha çox əhəmiyyət verir və çalışır ki, bu sahədə istehsal və ixracı öz əlində inhisara çevirsin. Neft, mədən və süd məhsulları, kampyüterlər, dəqiq cihazlar və s. sahələrdə artıq ixtisaslaşmış bir çox ölkələr, beynəlmiləl aləmdə həmin xüsusi "bazarları” çoxdan öz inhisarlarına aid etmişlər. İqtisadiyyatın bu cür ixtisaslaşması ölkələrin bir-birləri ilə qarşılıqlı əməkdaşlığının inkişafına misilsiz yardım edir və əslində, onların bağlılığını gücləndirir. Belə ixtisaslaşma təkcə ölkə çərçivəsi ilə məhdudlaşmır, habelə, regional səviyyədə də özünü biruzə verir. Məsələn, Fars körfəzi hövzəsindəki ölkələr neft-qaz ixracı və istehsalı üzrə ixtisaslaşmış iqtisadiyyata malikdirlər. Bu cür ölkələr öz ümumi mənafelərinə qarşı təhlükə hiss etdikdə, aralarındakı rabitələri daha da gücləndirir və belə hallarda vahid beynəlmiləl və ya regional təşkilat kimi çıxış edirlər.
    Beynəlmiləl təşkilatların hal-hazırkı hər tərəfli inkişafını nəzərə alaraq, mütəxəssislər gələcəkdə onların sayca artacağı və fəaliyyət dairələrinin daha da genişlənəcəyini proqnozlaşdırırlar. Habelə, beynəlxalq əlaqələr üzrə mütəxəssislər gələcək əsrin "beynəlmiləl təşkilatlar əsri” və getdikcə milli dövlətlərin rolunun azalmağa başlayacağını bildirirlər.
    Beynəlmiləl təşkilatların güclü inkişafına səbəb olan amillər aşağıdakılardır:
    1. Millətlər və ölkələr arasında qarşılıqlı iqtisadi və elmi bağlılıqların get-gedə güclənməsi;
    2. Ölkədaxili və regional səviyyədə istehsalın ixtisaslaşması;
    3. Millətlərarası münasibətlərdə turizm və kütləvi informasiya vasitələrinin (radio, televiziya, qəzet, jurnal, internet və s. ) rolunun güclü əhəmiyyət kəsb etməsi;
    4. Elmi axtarışların və təhqiqatların ümumdünya səviyyəsində inkişafı;
    5. Qeyri-dövlət təşkilatlarının inkişafı, onların sayca artması və dünya millətləri arasında belə qurumların nüfuzunun qüvvətlənməsi;
    6. Regional və ya ümumdünya səviyyəsində bəşərin müştərək fəaliyyətlərinin genişlənməsi, bir çox sahələrdə beynəlxalq təşkilatların inkişafını zəruri edir. Həmin qəbildən olan fəaliyyət sahələrinə misal olaraq aşağıdakıları göstərmək olar, insan hüquqları, səhiyyə, müxtəlif xəstəliklərlə mübarizə, ekoloji problemlərin həlli, elm və təhsil, regional böhranlar, təbii fəlakət və hərbi münaqişələrdən zərərçəkənlərə yardım, kütləvi qırğın silahlarına nəzarət, regional və ümumi təhlükəsizlik məsələləri, idman, pul və bank sistemi, sığorta, demoqrafiya məsələləri, ictimai rifahın yüksəldilməsi və s;
    7. Dini, irqi və milli təmayüllərin baş qaldırması. Məsələn, xristian və müsəlman ölkələri təşkilatları, türkdilli xalqların cəmiyyətləri, ərəbdilli ölkələrin təşkilatları və s.-in inkişafı, bu zəmində beynəlmiləl qurumların artmasına səbəb ola bilər;
    8. Iqtisadi, siyasi və mədəniyyət sahələrindəki rəqabətlərdən irəli gələn müştərək təhlükələr, bəzi ölkələri beynəlmiləl təşkilatlar yaratmağa sövq edə bilər.
    Adı çəkilən bütün bu amillər heç də hərtərəfli təsir qüvvəsinə malik deyillər. Lakin onlar dünya millətlərinin inteqrasiyasına və müxtəlif sahələrdə müştərək fəaliyyət göstərmək üçün beynəlmiləl təşkilatların yaradılmasına misilsiz dərəcədə kömək edirlər.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 1007 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024