İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    2:49 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    HӘMKARLIQ ŞURASININ FӘALİYYӘTLӘRİNӘ BİR BAXIŞ
    Həmkarlıq Şurası, Fars körfəzinin cənub hissəsində yeni bir ictimai-siyasi əməkdaşlıq zonası yarada bilmişdir. Müdafiə və təhlükəsizlik məsələlərinə gəlincə, 1990-cı ildə Iraqın Küveyti işğal etməsi, şuranın bu istiqamətdəki üzvlərarası həmkarlığının lazımi səviyyədə olmamasını aydıncasına nümayiş etdirdi. Beynəlxalq aləmdə şura qərb dünyası ilə iqtisadi bağlılıqlara və məntəqənin ən qüdrətli dövləti Səudiyyə Әrəbistanın bölgədəki nüfuzuna baxmayaraq, özünəməxsus iqtisadi mövqelər qazana bilmişdir.
    Həmkarlıq Şurası məntəqədəki bir sıra münaqişələr dövründə səmərəli tədbirlər görə bilməmişdir. İran-Iraq müharibəsi zamanı bu şura, Iraqı dəstəkləyirdi. İraq Küveyti işğal etdikdən sonra isə Iranla öz münasibətlərini yaxşılaşdırdı. Bu şura məntəqədə indiyədək, hətta öz üzvləri arasındakı münaqişələrin həllində təsirli rol oynaya bilməmişdir.
    Lakin həmkarlıq Şurası ictimai-iqtisadi sahələrdə sözsüz ki, müəyyən müvəffəqiyyətlərə nail olmuşdur. O cümlədən, neft yataqlarının kəşfi, hasilatı, daşınması və satışı sahəsindəki siyasətlərin həmahəngliyi, gömrük rüsumlarının ləğvi və sərmayələrin azad şəkildə köçürülməsi, xarici köməklərdən birgə bəhrələnmək, üzv ölkələrin vətəndaşlarının gəmi və digər nəqliyyat vasitələrindən müştərək şəkildə istifadə edilməsi, körfəzdə sərmayə qoyuluşu şirkətinin təsis olunması, müştərək daşınma şirkətlərinin təsisi, ümumi pul vahidinin yaradılması imkanlarını təhqiq etmək, sənaye inkişafı üçün həmahəng fəaliyyətlərin bərpası və s.
    (5-7) BEYNӘLMİLӘL İQTİSADİ TӘŞKİLATLARDAN NÜMUNӘ
    Bu bölümdə iki beynəlxalq təşkilat, yəni, ümumdünya səviyyəsində olan Beynəlxalq Valyuta Fondu və regional təşkilat olan Iqtisadi Həmkarlıq Təşkilatı və EKO haqqında məlumat verəcəyik.
    (5-7-1) BEYNӘLXALQ VALYUTA FONDU
    I Dünya Müharibəsindən sonra dövlətlər milli valyutalarının dəyərini qiymətləndirmək üçün qızılın kursunu müəyyən etmişdilər. Lakin müharibə hələ davam edən vaxt qızılın kursu öz mövqeyini əldən vermiş və valyuta kursu onunla rəqabətə girmişdi. İI Dünya Müharibəsi və ondan sonrakı hadisələr valyuta kurslarının müəyyən edilməsi məsələsini zəruri bir iş etdi.
    Hərçənd ki, bəzi ölkələr müharibə başlamazdan əvvəl "qızıl kursu”nu tərk etmişdilər. Məsələn, 1931-ci ildə Ingiltərə və 1934-cü ildə Fransa bu işdə öncüllük etmişdilər. 30-cu illərdə valyuta kursuna keçid elə bir əhəmiyyət kəsb etdi ki, bəzi dövlətlər qiymətli kağızların ölkədən ixrac edilməsinə məhdudiyyətlər qoydular və daxili bazarda pulun dəyərinin azaldılmasına çalışırdılar. ABŞ, Ingiltərə və Fransa öz aralarında qiymətli kağızların dəyərinin dəyişdirilməsində birgə siyasət yeritmək haqqında müqavilə bağladılar.
    Müharibədən sonrakı problemlər səbəb oldu ki, 1945-ci ilin iyununda 44 ölkə nümayəndəsi Bretton-Vuds şəhərində toplanaraq, müvafiq müqavilələri imzaladılar və bunlar da öz növbəsində 3 komissiyadan təşkil edilmişdi. Birinci komissiyada Beynəlxalq Valyuta Fondunun yaradılması məsələsi müzakirə edilmişdi. İkinci komissiyada, Beynəlxalq Inkişaf və Yenidənqurma Bankının yaradılması, üçüncü komissiyada isə, Beynəlxalq Maliyyə Həmkarlığı mövzusu müzakirə obyekti olmuşdu. Birinci komissiyanın işinin nəticəsi, Beynəlxalq Valyuta Fondunun yaradılması oldu ki, onun əsasında də 1945-ci ildən 1973-cü ilədək icra olunan Beynəlmiləl Maliyyə Nizamı dünyada bərqərar edilmişdi. Bu sistemdə 3 əsas müddəa vardır:
    1. Qiymətli kağızların sabit dəyəri.
    2. Dəyişdirilmə qabiliyyəti.
    3. Dollar—dəyişdirilmə və ehtiyatda saxlama qabiliyyətidə malik valyutadır.
    Dəyəri qızıl ilə ölçülən dollar, II Dünya Müharibəsindən sonra nəinki əmtəələrin qiymətlərinin ölçü meyarına çevrildi, daha doğrusu o, beynəlxalq maliyyə əməliyyatlarında ən güclü və ən etibarlı ödəniş vasitəsi oldu.
    Bretton-Vuds pul sistemi 1971-ci il 15 avqust tarixindən, dolların qızıl ilə rabitəsinin pozulmasının Nikson vasitəsi ilə həyata keçirildiyi vaxt, böyük təhlükə ilə üzləşdi və qızıl, pulun dəyərinin meyarı funksiyasını əldən verdi. 1973-cü ildə dünyanın bir çox mötəbər valyutalarının qızılla ölçülən kursu ləğv olundu və valyuta kursları "üzən” oldular. Bundan sonra kursun təyini bazar mexanizmi və onun tələblərinə uyğunlaşdırıldı. Beynəlxalq Valyuta Fonduna üzv ölkələr də, öz milli valyutalarının dəyərini dollar və digər etibarlı valyutaların kursları əsasında formalaşdırmağa başladılar.
    Kursun "üzən” olması və 1974-cü ildə neftin qiymətinin artması beynəlxalq pul sistemində islahatların aparılması zərurətini doğurdu. Nəticədə, 1974-cü ilin yanvarında Beynəlxalq Valyuta Fondunun əsasnaməsində aşağıdakı ibarələr meydana gəldi:
    Sabit kursları azad buraxmaq, onları sərbəst və "üzən” şəkildə saxlamaq, ölçü vahidi kimi qızılı kənara qoymaq.
    Fond qızılı kənara qoymaqla, "xüsusi yığın hüququ”nu 1976-cı ildən ölçü vahidi kimi qəbul etmişdir. Dəyərlərin rabitəsi 16 əsas dünya valyutalarının bir-birlərinə nisbətən olan kursları ilə hesablanır. Fondun nəzdində beynəlxalq dəyər sistemi, maliyyə mənbələri, köçürməl və ödənişlərə nəzarət edən bir şura yaradılması nəzərdə tutulmuşdur.
    Beynəlxalq Valyuta Fondunun ümumi yığıncağı vardır ki, bu da onun ən ali orqanı sayılır. Hər üzv ölkəni burada bir nümayəndə təmsil edir. Bunlar da adətən, ya maliyyə nazirləri, ya da mərkəzi bankların rəhbərləri olurlar.
    Ümumi yığıncaq ildə bir dəfə öz iclaslarını təşkil edir. Gündəliyində əsas məsələlərin həlli durur, o cümlədən, yeni üzvlərin qəbulu, üzvlərin səhmlərinin təyini və ya səhmlərin dəyişdirilməsi, xüsusi yığın hüququnun verilməsi və s.
    Fondun digər əsas orqanlarından biri isə, 20 nəfərdən ibarət olan "idarə heyəti”dir. Bu nümayəndələrin 5 nəfəri fondda ən çox səhmə malik olan ölkələr tərəfindən təyin olunurlar. Qalan 15 nəfər isə, 2 il müddətinə ölkələrin coğrafi bölgüsünə görə fond üzvləri tərəfindən seçilirlər.
    Fondun digər struktur vahidi, icraçı direktor və Idarə Heyətinin Sədri hesab olunur. O, 5 il müddətinə idarə heyəti tərəfindən seçilir və ümumi yığıncağın nizamnaməsi, habelə fondun idarə heyətinin əsasnaməsi çərçivəsində onun fəaliyyətlərini idarə etmək məsuliyyətini öz öhdəsinə alır.
    Fondda səsvermə, üzvlərin səhmlərinin sayına görə hesablanır. Səhmləri çox olan ölkələr daha çox qüdrətə malik olurlar. ABŞ ən çox səhmə malik olduğundan, ümumi yığıncaqda da ən çox səs hüququna yiyələnib. Ondan sonra gələn Ingiltərə, Almaniya, Fransa və Yaponiya müvafiq paylarına görə səs hüququna malikdirlər.
    Beynəlxalq Valyuta Fondu, göstərilən vəzifələrdən başqa dünya pul sisteminin sabitliyin qorumaq, üzv ölkələrin maliyyə vəziyyətlərini yaxşılaşdırmaq, onlara kömək göstərmək, ölkələrin iqtisadiyyatını sağlamlaşdırmaq və məşğulluğun səviyyəsini yüksəltmək məqsədi tarazlaşdırılmış bir ticarət rejiminin yaradılması kimi mühüm işləri öz öhdəsinə almışdır. Fondun üzv ölkələrlə əməkdaşlığı iqtisadi tövsiyələr, maliyyə yardımı və s. formalarda həyata keçirilir. İqtisadi böhranların və maliyyə problemlərinin həlli ilə üzbəüz olan fondun, daim artan və çoxalan maliyyə vəsaitləri olmalıdır. Dünya iqtisadiyyatının yüksəlişi və beynəlxalq səviyyədə ticarətin inkişafı, fondun maliyyə qüdrətini şübhəsiz ki, yalnız artırır. Onun səhmlərinin vəziyyətinə hər beş ildən bir yenidən baxılır. 1995-ci il iyun ayına olan vəziyyətə görə ümumi səhmlər 125 milyard dollardan 185 milyarda qədər artmışdır. Fond, ölkələrin ehtiyaclarını təmin etmək və maliyyə böhranlarını aradan qaldırmaq üçün dünyanın müxtəlif maliyyə mənbələrindən borc ala bilər. Dünyanın 11 sənaye ölkəsi və Səudiyyə Әrəbistanı indiyədək özlərini bir sıra maliyyə ehtiyaclarını fondun ixtiyarına qoymuşlar.
    Fondda səsvermə bu qaydadadır: hər üzv 250 əsas rəyə malikdir və onun hər 100 min səhmi müqabilində bir səsdən artıq rəy əldə etmiş olur. Fondda çox səhmə malik olmaq, çox rəyə malik olmaq deməkdir. Bu isə öz növbəsində fondun icra heyəti, qərarları, əməliyyatları və əsas siyasətlərində daha artıq qüdrət qazanmaqla eynidir.
    (5-7-2) İQTİSADİ HӘMKARLIQ TӘŞKLATI VӘ YA EKO
    EKO təşkilatı regional iqtisadi qurumların bir nümunəsidir. Onun coğrafi əhatə dairəsi Iran, Qafqaz, Mərkəzi Asiya, Pakistan və Türkiyəyə şamildir. Aşağıda adları çəkilən 10 ölkə EKO-ya üzvdür: Azərbaycan, Türkiyə, Iran, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Әfqanıstan və Pakistan. Bu təşkilat dil cəhətdən 3 məntəqə dilinə—türk, fars və ordu dillərinə mənsub olur. İran bu regionda coğrafi mövqeyinə görə mərkəzdə yerləşir və EKO-nun əsas mərkəzi mehvərini Iran, Türkiyə və Pakistan təşkil edirlər.
    EKO, Iran Islam inqilabının qələbəsindən əvvəl regionda mövcud olmuş digər bir iqtisadi qurumun—”abadlaşdırma üçün məntəqə həmkarlıq təşkilatı”nın dəyişilmiş formasıdır. Həmin təşkilat Islam inqilabından sonra öz fəaliyyətini dayandırıb, daha sonra isə, başqa şəkildə və digər ad altında—EKO kimi işə başladı.
    SENTO adı ilə məşhur olan hərbi-siyasi mahiyyətli və bir növ iqtisadi təşkilat sayılan digər qurum isə Soyuq Müharibə dövründə kommunizmin nüfuzunun qarşısını almaq məqsədi ilə ABŞ və digər qərb dövlətlərinin strateji maraqlarını qoruyan, bölgədə Amerikanın "peykləri” hesab olunan Iran, Türkiyə və Pakistan tərəfindən təsis edilmişdi. İran SSRI-nin cənuba tərəf yönəlmiş təsirinin qarşısını almaq üçün nəzərdə tutulan "nazik rimland divarı” rolunu oynayırdı. Ona görə də, ABŞ və qərb üçün Iranın xüsusi əhəmiyyəti var idi.
    Qeyd etmək lazımdır ki, BӘS-cilərin qiyamından əvvəl, Iraq da SENTO-nun üzvü sayılırdı. Lakin SSRI-yə tərəf meyl etdiyindən, SENTO-dan çıxmışdı. Hərbi-siyasi qurum SENTO ilə paralel olaraq Iran, Türkiyə və Pakistandan ibarət olan Abadlaşdırma üzrə Regional Iqtisadi Təşkilat, 1974-cü ildə Ankarada həmin ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən konfransda təsis edildi.
    Bu dövr, Soyuq müharibə və fövqəldövlətlərin rəqabətinin ən yüksək zirvəyə çatdığı bir vaxta təsadüf edirdi. Adı çəkilən 3 ölkə isə ABŞ və qərbin düşərgəsində qərar tutmuşdular. Öz coğrafi, strateji və geopolitik mövqeyinə görə, Iran daha mühüm əhəmiyyət kəsb edirdi. Ona görə də, onun regiondakı rolu digər ölkələrdən üstün idi.
    Yuxarıda adı çəkilən iqtisadi təşkilatın əsas məqsədi, üzv ölkələr arasında ictimai, iqtisadi və texniki sahələrdə əməkdaşlığı gücləndirməklə, regionda iqtisadi inkişafa nail olmaq idi. Xüsusilə, ticarət əlaqələri, sənayenin inkişafı, daşınma, bank və sığorta sistemi, turizm və poçt xidmətləri, eləcə də texniki yardımların yüksək səviyyəyə qaldırılması nəzərdə tutulurdu. Abadlaşdırma üzrə Regional Iqtisadi Təkşilat, ABŞ və qərb ilə sıx bağlılığa baxmayaraq, özünün 15 illik fəaliyyəti dövründə nəzərə çarpacaq müvəffəqiyyətlərə nail ola bilmədi.
    Onun qəbul etdiyi qərarlarda sənaye inkişafına dair 30 və neft-kimya sənayesi sahəsində 13 layihə təsdiq edilsə də, bunların yalnız 3-ü kamil surətdə icra olunmuşdu. Ticarət, sənaye, əkinçilik, nəqliyyat daşınmaları, sığorta, bank sistemi, telefon-teleqraf və poçt, informasiya, texniki həmkarlıq və s. sahələrdə 16 müqavilənin imzalanmasını isə, bu qurumun müvəffəqiyyətli fəaliyyətlərinə aid etmək olar.
    EKO-NUN YARADILMASI VӘ TӘSİSİ
    Abadlaşdırma üzrə Regional Iqtisadi Təşkilatın Iran Islam inqilabı dövründə fəaliyyətində yaranmış süstlüyü aradan qaldırmaq üçün 1984-cü ildə üzv ölkələr Ankarada konfrans təşkil etdilər. Adı çəkilən təşkilatın əsasnaməsində bir sıra dəyişikliklər aparmaqla, baza sənədi kimi onu yeni qurumun—EKO-nun nizamnaməsi olaraq qəbul etdilər. 1990-cı ildə Iran, Pakistan və Türkiyə ölkə başçılarının Islamabadda keçirilən yığıncağında EKO-nun nizamnaməsi son variantda təsdiq olundu. SSRI-nin dağılması, Qafqaz və Orta Asiyada yeni dövlətlərin meydana çıxması ilə ticarət rabitələrinin yeni mərhələsi üçün EKO-nun əhdnaməsinə təzədən baxılması zərurəti yarandı. Həmin dövrdə əsasnamədə yenidən bir sıra dəyişikliklər aparıldı və Mərkəzi Asiya, Qafqazda təzə zühur etmiş dövlətlərin EKO-ya qəbul olunması üçün yol açıldı. Bu minvalla EKO üzvlərinin sayı 15-ə çatdı.
    Izmir əhdnaməsinin məqsədləri və ya EKO-nun əsasnaməsi:
    1. Daimi iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılması, məntəqənin ictimai-iqtisadi potensialından əlverişli şəkildə istifadə etməklə, üzv ölkələrin əhalisinin rifah halının və yaşayış səviyyəsinin yüksəldilməsi;
    2. EKO-nun şamil olduğu ərazilərdə dünya ticarəti üçün mövcud olan maneələrin aradan qaldırılması, regiondaxili ticarətin inkişafı, dünyadakı və digər regionlardakı iqtisadi yüksəlişin təcrübəsindən istifadə etməklə, transregional ticarətin inkişafı;
    3. EKO-nun dünya ticarətinə kömək etmək məqsədi və üzv ölkələrin əsas hədəflərinə uyğun olaraq, iqtisadi həmkarlığın təşviqi;
    4. Məntəqədə fəal həmkarlıq etmək və ictimai, iqtisadi, mədəni-maarif, elmi-texniki sahələrdə qarşılıqlı yardıma nail olmaq;
    5. Üzv ölkələri bir-birləri və dünya ölkələri ilə birləşdirən rabitələrin inkişafının sürətlənməsi;
    6. Ümumi və xüsusi sektorlarda inteqrasiyanın gücləndirilməsi, iqtisadiyyatın sərbəstləşdirilməsinə çalışmaq, müştərək sərmayə qoyuluşu yolu ilə məntəqədə xüsusi sektorun üstünlük qazanmasını təmin etmək;
    7. Məntəqədəki insani mənbələrinin inkişafı üçün müştərək proqramların hazırlanması;
    8. Məntəqənin təbii sərvətlərindən, xüsusilə də enerji mənbələrindən ən əlverişli surətdə istifadə etmək;
    9. Məntəqənin sənaye və əkinçilik sahəsindəki potensial imkanlarından səmərəli şəkildə bəhrələnmək üçün səylərin artırılması;
    10. Məntəqədə narkotiklərdən istifadə edilməsinin kökünü kəsmək üçün həmkarlığın inkişafı;
    11. Məntəqədə ətraf mühit və ekologiyanın qorunması istiqamətində həmkarlığın inkişafı;
    12. EKO və beynəlxalq maliyyə qurumları, habelə digər beynəlmiləl təşkilatlar arasında qarşılıqlı mənfəətləri nəzərə almaqla əməkdaşlığın gücləndirilməsi;
    13. Məntəqə sakinləri arasında mədəni-maarif və tarixi bağlılıqların daha artıq möhkəmləndirilməsi, turizmin inkişafı.
    Yuxarıda adı çəkilən məqsəd və hədəflər EKO-nun fəaliyyətində nəzərdə tutulan ən ümdə məramlardır.
    EKO TӘŞKİLATININ QURULUŞU
    Iki ildən bir təşkil olunan üzv ölkələrin dövlət başçılarının iclasından əlavə, EKO-nun digər əsas orqanları da vardır. Həmin orqanlar bir-birləri ilə qarşılıqlı həmkarlıq şəraitində fəaliyyət göstərərək, EKO-nun ümumi iş prinsiplərini formalaşdırırlar. Bu orqanlar aşağıdakılardan ibarətdirlər:
    Nazirlər şurası, daimi nümayəndələr şurası, regional proqramlar hazırlayan şura, regional qurumların ixtisaslaşmış müəssisələri, nazirlər şurasının təyin etdiyi xüsusi komitələr.
    Nazirlər şurası, EKO-nun qərar qəbul edən və onun əsas siyasətini həyata keçirən ən ali orqanı sayılır. Bu şura üzv ölkələrin xarici işlər nazirləri və ya həmin səlahiyyətlərə malik olan nümayəndələrdən təşkil edilir.
    Daimi nümayəndələr şurası, nazirlər şurası tərəfindən təyin olunmuş və həyata keçirilmək üçün nəzərdə tutulan planların icra edilməsi məsuliyyətini daşıyır. Haqqında qərar çıxarılmalı olan mövzuların tənzimlənməsi və bu barədə qəbul edilən nazirlər şurasının qərarlarının icrası da, daimi nümayəndələr şurasının öhdəsindədir.
    Bu şura daimi nümayəndələrdən və ya EKO yanında üzv ölkələrin səfirlərindən təşkil olunub. Onlar lazım olduqda, nazirlər şurasının iclasını çağıra bilərlər.
    Regional proqram və layihələr hazırlayan şura, üzv ölkələrin müvafiq yönümlü strukturlarının nümayəndələri və həmin dövlətlərin təklif etdikləri şəxslərdən təşkil olunur. Bu şura ən azı ildə bir dəfə və nazirlər şurasının illik iclaslarından əvvəl öz yığıncaqlarını çağırır. Adı çəkilən şura, EKO-nun məqsədlərinin gerçəkləşdirilməsi üçün elmi layihələri Nazirlər Şurasına təqdim edir, keçmişdə qəbul olunmuş proqramları təhqiq edərək, onların nəticələrini araşdırır.
    Təşkilatın katibliyi baş katibdən və onun müvafiq işçilərindən ibarətdir. EKO katibliyinin iqamətgahı Tehranda yerləşir. EKO-nun baş katibi 3 il müddətinə nazirlər şurasının rəyinə əsasən üzv ölkələrin namizədləri arasından seçilir. Baş katib Nazirlər Şurasının qarşısında EKO-nun bütün fəaliyyətlərinin icrasına cavabdeh olan və məsuliyyət daşıyan ən yüksək vəzifəli şəxs sayılır. O, səfir statusuna malik olur.
    Regional qurumların ixtisaslaşmış müəssisələri xüsusi fəaliyyətləri həyata keçirmək üçün yaradılıblar. Onların say, növ və hədəflərini EKO-nun Nazirlər Şurası təyin edir.
    Maliyyə məsələləri barəsində, habelə baş katibin seçilməsi, əməli iş planlarının təsdiqi, iqtisadi-maliyyə yardımları, müqavilə və xarici rabitələrin təkmilləşdirilməsi və s. bu kimi EKO üçün həyati əhəmiyyətə malik olan sair məsələlər haqqında (Nazirlər Şurasının razılığı ilə) qərarların qəbul edilməsi təşkilat üzvlərinin ümumi yekdil rəyi əsasında olur. Lakin EKO-nun digər mövzular barəsində qəbul etdiyi qərarlar nisbi səs çoxluğu əsasında da həyata keçirilə bilər.
    EKO-ya yeni üzvün qəbul olunması, coğrafi qonşuluq şərti ilə təşkilatın əsasnamə və nizamnaməsini qəbul etməklə, qurumun baş katibinə ərizə təqdim olunması yolu ilə mümkündür. Lakin bu qəbul ərizəsi EKO-nun Nazirlər Şurasının ümumi rəyi əsasında təsdiq olunmalıdır.
    EKO təşkilatı öz xarici münasibətlərini bir sıra regional və beynəlxalq qurumlar və ölkələrlə həmkarlıq əsasında bərqərar etmişdir. Әlbəttə, bu həmkarlığın növləri və hüdudları Nazirlər Şurasının ümumi rəyinə görə təyin olunur. Bu təkşilat üzvlərinin sayının artması səbəbinə görə, 1991-ci ildə BMT-nin ümumi yığıncağında müşahidəçi yer almağa nail olmuşdur.
    Həmçinin, EKO BMT-yə bağlı olan bir sıra regional və beynəlxalq qurumlar və orqanlarla ictimai-iqtisadi zəminlərdə həmkarlıq haqqında müqavilələr bağlamışdır. BMT-nin cəmiyyət bankı, narkotiklərin yayılmasının qarşısını almaqdan ötrü beynəlxalq proqram üzrə adı çəkilən təşkilatın müvafiq strukturları, abadlıq işləri ilə bağlı BMT-nin məlum orqanı, BMT-nin sənaye inkişafı üzrə qurumu ilə, habelə Islam Inkişaf Bankı, Islam Konfransı Təşkilatı, YUNISEF, YUNESKO və s. təşkilatlarla bağlanılan müqavilələr buna misal ola bilər.
    Indiyədək, EKO ictimai-iqtisadi sahələrdəki öz əsas fəalyyətlərini Izmir sazişinə və Istanbul bəyannaməsinə görə qurmuş və həyata keçirməyə çalışmışdır.
    Bu vaxta qədər EKO aşağıdakı qərarları qəbul etmişdir:
    1. Türkiyədə EKO-nun inkişaf və ticarət bankının təsis olunması;
    2. Türkiyədə EKO-nun təhsil üzrə qurumunun təsis olunması;
    3. İstanbulda sığorta şirkətinin təsisi;
    4. İslamabadda ticarət vizalarının çıxarılmasının asanlaşdırılması sahəsində imzalanan müqavilə.
    5. İranda aviasiya şirkətinin təsisi;
    6. İranda birgə gəmiçilik şirkəti yaradılması haqqındakı müqavilə;
    7. İranda EKO-nun mədəni-maarif müəssisəsinin yaradılması;
    8. Aşqabadda ticarət tranzitinə dair bağlanmış müqavilə;
    9. Aşqabadda ticarət tranzitinə dair bağlanmış müqavilə;
    EKO təşkilatı strateji həmkarlıq üzrə gələcək 10 il üçün (2005-ci ilə qədər) öncül istiqamətləri—ticarət, nəqliyyat, rabitə və enerji sahələrində öz fəaliyyət proqramını təyin etmişdir ki, bunlar da aşağıdakılardan ibarətdir:
    a) Ticarət:
    1. Digər iqtisadi bölgələrin təcrübəsinə əsaslanaraq, ticarət əlaqələrinə əngəl törədən maneələrin ləğvi;
    2. Üstün tariflərin tərtibinin genişləndirilməsi;
    3. Sərhədyanı və azad ticarət məntəqələrində ticarətin təşviqi;
    4. EKO məntəqələrində çoxtərəfli ödənişlər mexanizmindən istifadə edilməsi;
    5. Әmtəə standartlarının tədricən bərabərləşdirilməsi;
    6. Regional, xüsusilə də beynəlxalq ticarət qurumları ilə həmkarlıqda müştərək iş üslubunun seçilməsi.
    b) Nəqliyyat və rabitə:
    1. Poçt xidmətinin təkmilləşdirilməsi;
    2. Üzv ölkələr arasında uzaq məsafəli yollar şəbəkəsi rabitələrinin yaradılması;
    3. Mövcud peyk rabitələrindən daha yaxşı şəkildə istifadə etmək;
    4. Dəmiryolu, hava xəttləri və dəniz vasitəsilə olan nəqliyyat şəbəkələrinin inkişafı;
    5. EKO-nun bir məntəqəsindən digər bölgələrinə daşınmaların həyata keçirildiyi avtomobil yollarının inkişafı.
    v) Enerji:
    1. Məntəqənin ehtiyaclarını nəzərə almaqla, ümumi enerji proqramının hazırlanması.
    2. Məntəqə çərçivəsində mövcud ikitərəfli layihələrin qiymətləndirilməsi;
    3. Mövcud enerji mənbələri və imkanlarından daha yaxşı şəkildə istifadə edilməsi;
    4. Üzv ölkələrin neft və qaz nəqliyyatı üçün xüsusi tədbirlərin hazırlanması.
    q) Sənaye və kənd təsərrüfatı:
    1. Regionda sənayenin inkişafı üçün elmi yolların tapılması, xüsusi sektorun inkişafı;
    2. Müasir əkinçilik üsullarının tətbiqi üçün ümumi təftiş aparılması;
    3. Müştərək regional layihələrin icrası;
    4. EKO əkinçilik məlumatları bankının təsisi, təhlil və təhqiqat sahəsində həmkarlığın artırılması;
    d) Humanitar mənbələrin inkişafı:
    1. Hər üzv ölkə vasitəsilə digər məntəqə ölkələrinə birjalardakı səhmlərdən daha çox pay ayrılması;
    2. Dilçilik və sənətkarlıq sahəsində təlim-tədris ocaqlarının inkişaf etdirilməsi və bu istiqamətdə üzv ölkələrin ehtiyaclarının təmin edilməsi;
    3. Pakistan vasitəsilə təsis olunmuş EKO elmi müəssisəsinin imkanlarının yoxlanılması və lazımi təkliflərin irəli sürülməsi (Bu müəssisənin əsasnaməsi Iran, Türkiyə və Pakistan tərəfindən imzalanmışdır);
    EKO-YA ÜZV ÖLKӘLӘRİN BAŞÇILARININ YIĞINCAQLARI
    EKO üzvlərinin ölkə başçıları 1984-cü ildən 1996-cı ilə qədər ümumilikdə, aşağıda şərh olunduğu kimi 5 dəfə iclas keçirmişlər:
    1. EKO-nun təsisçi heyətinin birinci iclası 1984-cü ildə, məntəqənin ictimai-iqtisadi ittifaqının yeni şəklini formalaşdırmaq məqsədi və EKO-nu təsis etmək üçün keçirilmişdi ki, Türkiyə, Iran və Pakistan ona üzv olmuşdular. Bunun ardınca, 1990-cı ildə Islamabadda 3 ölkə başçısının iştirakı ilə iclas keçirildi və əsasnamədə lazımi islahatlar aparıldı.
    2. 1991-ci ildə Tehranda 2-ci iclas keçirildi. Mərkəzi Asiya və Qafqazda yaranmış yeni ölkələrin EKO-ya üzvolma məsələsi burada müzakirə edildi. EKO-nun coğrafi əhatə dairəsinin genişləndirilməsi və onun fəaliyyətlərinin inkişafı baxımından bu iclas böyük tarixi əhəmiyyət kəsb edir.
    Həmin iclasda EKO regionuna coğrafi mövqe cəhətdən uzaq olduğu üçün Rumınyanın üzvlüyə qəbul haqqındakı xahişi rədd edildi.
    3. 1993-cü ildə EKO-ya üzv olan 10 ölkənin başçılarının iştirakı ilə 3-cü iclas Istanbulda keçirildi. Burada xarici işlər nazirlərinin iclasında qəbul edilən fəaliyyət proqramının layihəsi üzv ölkələrin başçıları tərəfindən təsdiq olundu və bu barədə bəyannamə qəbul edildi.
    4. 1994-cü ildə 9 üzv ölkənin başçılarının iştirakı ilə Islamabadda 4-cü iclas keçirildi. (Azərbaycanın dövlət başçısı ölkədəki daxili siyasi böhran ücbatından iclasda iştirak etməmişdi)
    5. 1996-cı ildə Aşqabadda EKO-ya üzv ölkələrin başçılarının 5-ci iclası təşkil olundu. Bu iclas təsisçi ölkələrin hövzəsindən xaricdə keçirilən ilk iclas idi. Bu iclas, yeni Məşhəd-Sərxəs-Təcəl dəmir yolunun açılması mərasimindən sonra öz işinə başladı. İclasın sonunda 10 ölkə başçısının birgə bəyannaməsi elan olundu.
    (5-8) BEYNӘLXALQ HӘRBİ QURUMLARIN NÜMUNӘSİ
    Bu fəsildə nümunə üçün Şimali Atlantika Ittifaqı (NATO) haqqında ümumi məlumat veriləcək.
    II Dünya Müharibəsindən sonra Avropadakı geopolitik dəyişikliklər, ABŞ və SSRI arasında meydana çıxan kəskin rəqabət, 1949-cu ilin 4 aprel tarixində NATO-nun yaradılmasına səbəb oldu. ABŞ, Kanada, Islandiya, Ingiltərə, Fransa, Hollandiya, Belçika, Lüksemburq, Danimarka, Norveç, Portuqaliya və Italiya bu təşkilata üzv oldular. 1951-ci il Yunanıstan və Türkiyə NATO-ya daxil oldular. 1954-cü ildə AFR, 1982-ci ildən isə, Ispaniya NATO-nun siyasi müqaviləsinə qoşuldular.
    NATO-nun yaranmasında ən mühüm faktor ABŞ və SSRI-nin Avropadakı rəqabəti olmuşdur. 2-ci Dünya Müharibəsindən sonra SSRI, Mərkəzi Avropada böyük hərbi qüvvə saxlayırdı. 1948-ci ilin 22 fevralında Çexoslovakiyada kommunistlərin çevrilişi, həmin ildə Berlinin sovet qoşunları tərəfindən mühasirəsi, Yunanıstanda kommunist partizanların fəallaşması, SSRI tərəfindən Türkiyəyə göstərilən təzyiq və s. qərb dövlətləri və ABŞ-ı sovet rejiminə qarşı daha da bədbin etdi. 1946-cı ilin fevralında Ingiltərə hökuməti ABŞ prezidenti Trumenə sovetlərin Yunanıstan və Türkiyədə həyata keçirmək istədikləri təhlükəli gizli planlar barəsində məlumat verdi. Trumen də öz növbəsində konqresdən iki ölkəyə maliyyə yardımı göstərilməsi haqqında qərar çıxarmasını istəyərək, xarici təcavüz təhlükəsi ilə üzbəüz qalan xalqları himayə etməyi təkidlə tələb etmişdi. 1947-ci ildə ABŞ-ın tanınmış dövlət xadimi Corc Marşal iqtisadi yardım proqramını həyata keçirmək üçün Qərbi Avropaya səfər etdi. Belə bir şəraitdə o, Ingiltərənin xarici işlər naziri ilə birgə ilk dəfə olaraq, müəyyən təhlükəsizlik təşkilatının yaradılması məsələsini müzakirə etmişdi. Həmin ildə beş Qərbi Avropa ölkəsi—Belçika, Ingiltərə, Fransa, Lüksemburq və Hollandiya birgə müdafiə müqaviləsini Brüsseldə imzaladılar. Bu da, Qərbi Avropa Ittifaqının əsasını formalaşdırdı. SSRI-nin həmin dövrdəki siyasəti, Qərbi Avropa ölkələrini bu istiqamətdə daha intensiv müzakirələr aparmaq və hərbi ittifaq yaratmağa sövq edirdi. Nəhayət, 1949-cu ildə Vaşinqtonda "Şimali Aatlantika müdafiə Ittifaqının yaradılması elan olundu. NATO-nun əsasnaməsinin 5-ci maddəsində hər hansı Avropa və ya Şimali Afrika ölkəsinə edilən hərbi təcavüz bütün NATO-nun coğrafi nüfuz dairəsi bəyan edilir. Buraya üzv ölkələrin ərazisi, Şimali Avropa, Afrika, Atlantik okeanının şimalı, habelə həmin ərazilərdə üzən gəmi və uçan təyyarələr də daxil edilir.
    NATO-nun struktur cəhətdən və qərar qəbul etmək baxımından, bir siyasi rəhbərliyi var. O da, üzv ölkələrin xarici işlər nazirlərindən təşkil olunmuş qurumdan ibarətdir və NATO-nun Nazirlər Şurası kimi tanınır. Bu şura böhranlar baş verən vaxt təşkil olunur və onların həll edilməsi üçün qərarlar qəbul edir.
    NATO təhlükə ilə qarşılaşdıqda, dörd mərhələdə əks-əməl taktikasını həyata keçirməyə başlayır. Döyüş hazırlığının elan olunmasından tutmuş, hərtərəfli hərbi zərbələr vurmağa qədər olan bir sıra tədbirlər müxtəlif mərhələlərdə tətbiq edilə bilər.
    NATO bir neçə cinaha və ya cəbhəyə malikdir ki, bunlar da aşağıdakılardan ibarətdirlər:
    1. Cənub cinahı və ya cəbhəsi—Aralıq dənizi hövzəsi, Türkiyə, Yunanıstan, Italiya və Ispaniyaya şamildir.
    2. Qərb cinahı və ya cəbhəsi—Portuqaliya, Fransa, Almaniya, Belçika, Hollandiya, Lüksemburq və Ingiltərəyə şamil olur.
    3. Şimal cinahı və ya cəbhəsi—Danimarka, Norveç və Skandinaviya bölgəsinə şamildir.
    NATO bloku ABŞ və Kanada istisna olmaqla, coğrafi mövqe baxımından bir-birinə bağlı ölkələrdən ibarət olub, SSRI və Şərqi Avropa ölkələrinin Varşava blokunun müqabilində dayanan beynəlmiləl bir hərbi qurum idi. Hər iki hərbi blok müasir nüvə silahlarına yiyələnmişdi və üzbəüz dayanmışdılar. NATO-nun əsas hərbi qüvvəsini ABŞ ordusu, Varşava müqaviləsinin isə, SSRI silahlı qüvvələri təşkil edirdi. SSRI öz müttəfiqləri ilə ərazi baxımından birləşmiş vəziyyətdə idi. Amma, ABŞ ilə müttəfiqləri arasında Atlantik okeanı dururdu. NATO-nun nüvə strategiyasını seçməsi, məhz bu faktorla bağlı idi.
    NATO-nun baş qərargahı və iqamətgahı Brüsseldə yerləşir. Blokun fəaliyyətlərini uzlaşdıran baş katib və NATO-nun hərbi komitəsi də burada olurlar. Hərbi komitə üzv ölkələrin qərargah rəislərindən təşkil edilib. Lakin Fransa istisna olmaqla. Çünki Fransa 1966-cı ildən hərbi komitədən çıxıb.
    SSRI və Varşava bloku dağıdıldıqdan sonra, NATO-nun əsas yaranma səbəbi aradan getsə də, bu hərbi blok hələ də yaşamaqda davam edir və öz coğrafi nüfuz dairəsini genişləndirir. NATO bir sıra Şərqi Avropa ölkələrini öz tərkibinə daxil etməyə nail olmuşdur. İndi NATO-nun nüfuz dairəsi hətta Qafqaza qədər genişlənib. Zahirən, fərz olunan təhlükə mənbəyi, NATO üçün hələ də mövcuddur və Rusiya SSRI-nin canişini kimi tanınmaqdadır. Bundan əlavə, NATO özü üçün yeni təhlükənin cənubdan, yəni Islam, dünyası tərəfindən olduğunu fərz edir. İngiltərənin sabiq baş naziri Marqaret Teççer Varşava blokunun dağıdılmasından sonra qərb ölkələri üçün təhlükənin aradan getməməsini bəyan etmişdi. O bildirmişdi ki, təhlükə mənbəyinin yalnız istiqaməti dəyişib və biz, Islam dünyası tərəfindən qərbə yönələn yeni təhlükə ilə üzbəüz qalmışıq!
    Hal-hazırda NATO dünyaya öz hərbi qüdrətini göstərmək üçün bir sıra hərbi əməliyyatlar həyata keçirir. Yuqoslaviya böhranı zamanı Bosniya, Hersoqovina və Kosovada ruslar tərəfindən himayə edilən serblərə qarşı həyata keçirilmiş hərbi əməliyyatlar NATO-nun beynəlxalq aləmdə "özünü göstərməsi”nə misal ola bilər.
    (5-9) BEYNӘLXALQ MӘDӘNİ-MAARİF TӘŞKİLATLARININ NÜMUNӘSİ
    Indi də BMT-nin nəzdində elm, maarif və təhsil sahələrində fəaliyyət göstərən YUNESKO təşkilatı barəsində ümumi məlumatları diqqətinizə çatdırırıq.
    YUNESKO, II Dünya Müharibəsi başa çatdıqdan bir neçə həftə sonra Londonda müttəfiq ölkələrin elm və təhsil nazirlərinin birgə yığıncağında bünövrəsi qoyulan beynəlxalq bir təşkilatdır. Onun əsasnaməsi 1945-ci ildə adı çəkilən konfransda hazırlanmış və bir il sonra YUNESKO rəsmi olaraq fəaliyyətə başlamışdı.
    Bu təşkilatın təsis olunmasının əsas hədəfi, elm və təhsilin inkişafı yolu ilə beynəlmiləl sülh və təhlükəsizliyin, xalqlararası rabitələrin möhkəmləndirilməsi və beynəlxalq həmkarlığın bərqərar edilməsi kimi bəyan olunmuşdur. Sülh və əməkdaşlıq prinsiplərinin təbliği, ümumi rifahın təmini, təhsil almaq imkanını bütün insanlar üçün hazırlamaq, azad və sərbəst informasiya və fikir mübadiləsini bütün bəşər üçün təmin etmək və s. məsələlər YUNESKO-nun əsasını qoyanların diqqət mərkəzində olmuşdur.
    Ona görə də, YUNESKO ədalət, sülh və insan hüquqlarının qorunması prinsiplərinin bərqərar olunması, mədəni-maarif və humanitar sahələrdə daha çox fəaliyyət göstərir. Elmi təhqiqatlar, ekoloji problemlərin həlli, milli-mədəni dəyərlərin inkişafının təşviqi, xalqların mədəni irsindən daha çox faydalanmaq, elm-təhsil sistemində yeni üsulların tətbiqi, azad informasiya şəbəkələrinin genişləndirilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, ictimai və humanitar elmlərin yüksək səviyyəyə qaldırılması və s. məsələlər YUNESKO-nun fəaliyyətində əsas yer tutur.
    YUNESKO həmçinin müəllimlərin yetişdirilməsi, təhsil proqramlarının hazırlanması və onların həyata keçirilməsi, təhsil ocaqlarının təkmilləşdirilməsi, okeanşünaslıq, sinoptika, geologiya, ekologiya və s. elmlərinin inkişaf etdirilməsi istiqamətində də çox mühüm işlər görməkdədir.
    Humanitar və ictimai sahələrdə YUNESKO, insan hüquqları və demokratiyanın qorunması, ayrıseçkilik və ədalətsizliyin aradan qaldırılması, qadın və yeniyetmələrin vəziyyətinin yaxşılaşdırılmasına çalışır. YUNESKO-nun məşğul olduğu digər işlərdən biri kimi, bəşər sivilizasiyasının mədəni irsinin qorunmasını göstərmək olar. Dünyanın 100-dən artıq ölkəsində 400-ə qədər müxtəlif mərkəzlər məhz bu sahədə çalışırlar.
    Rabitələrin inkişafı zəmnində, YUNESKO inkişaf etməkdə olan ölkələrə (IEOÖ) köməklik göstərməkdədir ki, bununla da həmin ölkələrin əhalisinin intelektual səviyyəsi yüksəlir və insanlar daha məlumatlı və azad fikirli olurlar. Bu təkşilat özünün müxtəlif sahələrdəki fəaliyyətlərini daha da genişləndirmək üçün 600-dən artıq qeyri-dövlət qurumları, habelə regional və ümumdünya təşkilatları ilə həmkarlıq edir.
    1995-ci ilin statistik məlumatlarına görə YUNESKO BMT-yə üzv olan 183 ölkəni öz tərkibində birləşdirmişdir.
    Üzv ölkələrdən təşkil olunan YUNESKO-nun ümumi konfransı hər iki ildə bir dəfə keçirilir və qurumun siyasəti, proqramları və büdcəsi barəsində qərarlar qəbul edilir. Ümumi konfrans tərəfindən seçilən və 51 üzvdən ibarət olan YUNESKO-nun icraedici heyəti hər il iki dəfə öz iclaslarını keçirir. Bu orqan qəbul olunan qərarların icra edilməsi üçün məsuliyyət daşıyır. Üzvlər arasından YUNESKO-nun baş katibi seçilir. İqamətgahı və katibliyi Parisdə yerləşir. YUNESKO həm də aşağıda göstərilən üç mühüm mədəniyyət mərkəzinə malikdir:
    1. Elm və maarif üzrə həmkarlıq və fikir mübadiləsi mərkəzi—alim, yazıçı, sənət adamları, təlim-tərbiyə üzrə mütəxəssislərin beynəlxalq federasiyasına şamildir.
    2. Mədəni-maarif sahəsində yardım mərkəzi—üzv ölkələrə müxtəlif tövsiyə və məsləhətlər verməklə məşğuldur. Təlim-tərbiyənin müxtəlif zəminlərində, savadsızlıqla mübarizə, müəllimlərin yetişdirilməsi, kitabxanaların yaradılması, radio-televiziya şəbəkələri və digər kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində fəaliyyətlər həyata keçirir.
    3. Sülhün yayılması mərkəzi—ayrıseçkilik və irqçiliklə mübarizə, tərkisilah məsələləri, sülhün bərqərar edilməsi, insan hüquqlarının qorunması, humanizmin inkişafı və s. məsələlərlə məşğul olur.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 1056 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024