İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    2:43 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (6-1-2) VӘHHABİ HӘRӘKATININ KÖKLӘRİ, XÜSUSİYYӘTLӘRİ VӘ İDEOLOJİ-SİYASİ MÖVQEYİ
    Vəhhabiyyət cərəyanı, Islam tarixindəki keçmiş məzhəbi hərəkatlardan kök alır. İlk banisi və inkşafı yolunda gərginliklə çalışmış şəxsin Nəcdin h.q. XII əsrindəki alimlərindən Məhəmməd ibn Әbdülvəhhabın olmasına baxmayaraq, vəhhabilərin əqidələrini yaradan o deyil. Hələ ondan çox əsrlər öncə, bu əqidə və fikirlərin bir hissəsi müxtəlif formalarda söylənmişdi. Lakin münasib coğrafi, ictimai və siyasi şəraitin yoxluğu üzündən, yeni məzhəbə çevrilməyib, ətrafına çoxlu tərəfdar toplaya bilmədi. Bu əqidə sahiblərindən aşağıdakı şəxslərin adlarını çəkmək olar:
    1. Qəbirlərin ziyarətini qadağan etmiş IV əsr hənbəli alimi, Әbu Muhəmməd Bərbəhari;
    2. Peyğəmbərin ziyarətini və şəfaətini inkar etmiş, İbn Bəttə adı ilə tanınan Hənbəli alimi, Abdulla bin Məhəmməd Ukbəri (h.q. 387-ci ilində vəfat etmişdir);
    3. H.q. 387-ci VII-VIII əsrlərin hənbəli alimi, Ibn Teymiyyə (h.q. 728-ci ildə vəfat etmişdir);
    4. İbn Teymiyyənin şagirdlərindən olan Ibn Qəyyum Cəvziye (h.q. 751-ci ildə vəfat etmişdir).
    Bu şəxslərin arasında, Ibn Әbdül Vəhhabın fikirlərinə təsiri, daha çox Ibn Teymiyyə göstərmişdir və Ibn Әbdül Vəhhabın ən mühüm fikirləri ondan götürülmüşdür. Buna görə də, Ibn Teymiyyənin nəzərlərini aşağıdakı dörd cümlədə xülasə etmişlər:
    1. Allahın kitabına, Peyğəmbər (s)-ın sünnətinə qayıdış, Allahın sifətlərinə aid olan ayə və hədislərin dərk olunmasında saleh əcdadların yolu ilə getmək, filosof və sufi natiqlərin yolundan - saleh sələflərin yolu ilə uzaqlaşmadığına görə - imtina;
    2. Bidət və pisliklərlə, xüsusilə şirkə səbəb olan işlərlə mübarizə. O cümlədən, qəbir üzərinə əl qoymaq və onun kənarında namaz qılmaq, qəbir əhlindən arzu istəmək, Allahdan başqasından kömək istəmək, avam camaatın xeyir və şər gözlədiyi ağac və daşlardan imdad diləmək;
    3. Peyğəmbər (s) barəsində ifrat və yalan söyləməmək və yalnız, onun məsləhətlərinə əməl etmək;
    4. İctihad yolunun (imkanının) tam açıq olmasına etiqad və təəssübkeş ardıcılları ilə mübarizə.
    Hənbəli məzhəbindən olan, ruhani ailəsində böyümüş şeyx Məhəmməd bin Әbdül Vəhhab, Ibn Teymiyyə kimi bir çox keçmiş hənbəli alimlərinin əsərlərindən istifadə etmək imkanına malik idi. Bundan başqa o, digər ölkələrə səfərlərində hənbəli alimləri, o cümlədən Dəməşq alimləri ilə əlaqə qurmuş, Mədinədə Şeyx Abdullah bin Ibrahimin təsiri altında olmuşdur. Bəsrədə uzun müddət qalması, onun elmi şəxsiyyətinin və fikirlərinin formalaşmasında böyük rol oynamışdı.
    İbn Әbdül Vəhhabın təliminin əsas aspektləri və islahedici prinsiplərini aşağıdakı formada söyləmək olar:
    1. Şirk və xurafatla mübarizə və saleh əcdadların Islamına (əsl Islama) qayıdış.
    Şeyx Məhəmmədin əsas fikri, şirklə mübarizə və tövhidə - özünün uydurduğu tövhid - dəvət məsələsi idi. «Kitab ət-tohid kəşf şübəhat əl-üsul əs-səlasə» və «Məcmuətun-hədisun-nəcdiyyə» kimi əsərlərində fiqhi məsələ və hökümləri öz baxışlarına uyğun izah edirdi.
    2. Ağıl, fəlsəfə, ictihad, Quranın təfsiri, sufilik, irfan və istənilən yeniliklə, bidət adı altında mübarizə.
    İbn Әbdül Vəhhab əcdadlarından təqlid edərək, «İstənilən bidət yol azmaqdır və hər yol azma, atəşə girməyə səbəb olar» fikrinə inanırdı.
    3. Vəhdət və dini-ərəb xilafəti məsələsi və osmanlı türkləri ilə ziddiyyət;
    Vəhhabiyyət hərəkatı və Nəcdlə Hicazın dağınıq ərəb qəbilələri və köçəri tayfalarının Ali Səudun qüdrəti altında birləşdirilməsi, daha çox osmanlı əleyhinə milli hərəkata bənzəyir və vəhhabilərin, dinə qərb baxımından baxmalarından xəbər verir. Öz aralarında birliyə nail olmalarına və hökumət qurumlarına baxmayaraq, bu hərəkatın qərb cəmiyyətin və Islam dünyasında müsbət təsiri müşahidə edilir. Әksinə, Ibn Әbdülvəhhab və ardıcılları, hətta qeyri-ərəb sünnüləri də müsəlman saymamış və onlara qarşı döyüşmüşdür. Bu hərəkat, xilafətin ərəblərə məxsus olduğunu qeyd edirdi. Onu da demək lazımdır ki, vəhhabilərin osmanlılara zidd mövqe tutmaları, tamamilə ingilislərin siyasət və mənafeləri ilə üst-üstə düşürdü (bu barədə ötən səhifələrdə qeyd olundu).
    4. Şiələrlə düşmənçilik.
    Şiələrə qarşı məzhəbi-siyasi mövqe tutmaq, tarixi keçmişə malikdir. Vəhhabilər ağıl, fəlsəfə, ictihad, sufilik, irfan və zahirdən başqa digər təfsirləri inkar etməklə ağıl, fəlsəfə, ictihad və s. kimi əsaslara malik olan şiəliklə, tam qarşı-qarşıya durur. Onların şiələrlə düşmənçiliyinə, fikri amillərdən başqa, siyasi amillərdə təsir göstərmişdir. Onların əsas baxışlarında dəyişikliklərin baş verməsinə baxmayaraq, yarandıqları gündən indiyə qədər şiə ilə düşmənçilikləri, sabit və daimi bir mövqe olaraq qalmışdır. Hətta bəzi dövürlərdə, bu düşmənçilik qeyri-hənbəli sünnülərə qarşı da edilmişdir.
    (6-1-3) NӘTİCӘLӘR, ARAŞDİRMALAR VӘ QİYMӘTLӘNDİRMӘ
    Vəhhabi təcrübələrinin araşdırılması və ondan ibrət alınması, fikri və sosioloji baxımdan çox əhəmiyyətli və lazımlıdır. Vəhhabilər hərəkatı ilk dövürlərdə özünü islahatçı cərəyan - Islamın ilkin sadə formasına qaytarılması və bidətlə mübarizə məqsədilə - adlandırılmasına baxmayaraq, özü müsəlmanların təfəkkürünün inkişafı yolunda əngələ çevrildi. Belə ki, ardıcılları hətta bu yaxınlara qədər, ən geridə qalmış müsəlman millətlərində sayılırdılar və əslində, səhv və irticaçı bir hərəkətlə, müsəlmanların daxili geridə qalmasını və Islam ölkələrində törətdikləri qırğın və xarabalıqlarla, müsəlmanlar arasında firqə təəssübkeşliyini gücləndirdilər.
    Ancaq bu məzhəb, daxili və beynəlxalq çərçivədə zamanın tələblərinə cavab vermədiyi üçün, tədriclə öz mövqelərindən geri çəkilərək, mühafizəkarlıq yolunu seçdi. Belə ki, müqəddəs məkanların (Məkkə və Mədinənin) idarəsi və həmçinin, yeni qərb mədəniyyətinin ünsürlərindən istifadəsi üçün ictimai, iqtisadi və məzhəbi islahatlar apardı və bu yeniliklərə etiraz edən fundamentalist «Әxəvan» təşkilatının bir qrup rəhbərini edam edərək, vəhhabiliyin bir çox prinsip və hökümlərini mülayimləşdirdilər və yeni həyatın bir çox zəruriyyətlərini qəbul etməyin lazımlılığını, onlara qəbul etdirdi.
    Çoxmilliyyətli (transnasional) şirkətlərin və xüsusilədə, «Aramko»nun Әrəbistandakı hüzuru, ilkin vəhhabiliyin zahirdə məzhəbi qalmasıyla yanaşı, batininin dəyişməsi və tədriclə, kapitalizm sistemində əriməsinə və dinə əməl etməni, yalnız cəmiyyət üçün bir sıra qadağanlar qoymaq həddində həyata keçirməsinə səbəb oldu. Nəticədə, Әrəbistanın daxilində təzadlar artmışdır. Qədimi meyillər, sələfilik, qeyri-vəhhabi Islam məzhəbi liberal, modernizm və qərbpərstlik meyilləri güclənməkdə və bir-biri ilə mübarizə etməkdədir. Şərqşünasların, vəhhabi cərəyanının digər ölkə müsəlmanlarının, dini-siyasi rəhbərlərin Islami cərəyanların təfəkkürünə təsir dərəcəsi barəsində qərəzlə danışması və onu «islahatçı», «panislamist» və s. kimi adlarla adlandırmalarına, bunun da həmin cərəyan haqqında ifratçı və liberal fikirlərin yaranmasına səbəb olmasına baxmayaraq bunu demək olar ki, bu cərəyan öz təsirini göstərmişdir.
    VӘHHABİLİYӘ DAİR BAXIŞ VӘ TӘHLİLİLӘR
    1. Bu baxış «Mister Hemferin xatirələri», Nasir Səidin «Ali Səudun tarixi» kimi kitablara istinad edərək, Ibn Әbdül Vəhhabı və Ali Səudu ingilis imperializminin yetişdirməsidir.
    Yəhudi və yəhudilərin himayəsində olan adlandırır. Bütün məsələləri xaricilərə bağlayaraq, vəhhabi cərəyanını məzhəbi və islahatçı fikirlərə malik olmasını inkar edir.
    2. Növbəti baxış, vəhhabi cərəyanının əsl islahatçı cərəyan və dini məzhəbi fikirlərə malik bir hərəkat olması və Islam dünyasına müsbət və konstruktiv təsir göstərməsidir.
    3. Sadalanan ifrat və liberal baxışlardan fərqli olaraq bu baxış, Әrəbistanın ictimai və daxili vəziyyətini nəzərə alaraq - Әrəbistan da digər Islam ölkələri kimi tənəzzül, fikri, məzhəbi və ictimai gerilik içində idi – vəhhabi cərəyanın bu çatışmazlıq və geridəqalmalara qarşı məzhəbi reaksiya alması, bu cərəyanın özünün quru, donuq və təbəqə mahiyyəti səbəbindən həmin çatışmazlıqları həll edə bilməməsi və onları daha da gücləndirməsi fikrindədir.
    Vəhhabilik hərəkatı islahatçı, Islami şüarlar və iddialarına baxmayaraq, ictihadi, tənqidi, inqilabi və müasir təfəkkürə malik olmadığı və keçmişə meyilli olduğuna görə, hazırda yarımcan və sağalması mümkün olmayan bir hərəkata çevrilmişdir. Şübhəsiz, bütün oxşar cərəyanları bu cür sonluq gözləyir.
    (6-2) LİVİYADA SÜKUSİ HӘRӘKATI
    Vəhhabiliklə eyni zamanda fəaliyyətə başlamış cərəyanlardan biri də, Seyid Məhəmməd bin Әli Sükusiyə bağlı olan Sükusiyyə cərəyanıdır. Bu cərəyanı üç baxımdan araşdıracağıq:
    (6-2-1) YARANMA TARİXİ, FORMALAŞMA PROSESİ VӘ BANİSİ
    Nicatverici və səadət bəxş edən bir din olan Islam, hicrətin I əsrində Afrikaya gəlib çıxdı. Әvvəlcə Misiri və tədriclə digər Şimali Afrika ölkələrini, o cümlədən Sudan, Liviya, Zəngbar sahilləri və s. əraziləri əhatə edərək, Islam torpaqlarına qatdı. Hicrətin II əsrinin sonlarında müsəlman və şiə hökumətləri – Mərakeşdə idrisilər və Misirdə fatimilər kimi - hakimiyyət başına gəldi.
    III əsrdən başlayaraq, müsəlman təbliğatçıları bədəvi qəbilələr və bərbərlər arasında öz təbliğatlarına başladılar və Islamı sürətlə bu qəbilələr arasında yaydılar. Bu səy və zəhmətlərin nəticəsi, böyük və kiçik hərəkatların, o cümlədən Quran və Peyğəmbər (s)-ın dövrünə qayıdış şüarı ilə V əsrdə yaranmış və xalqın bir hissəsini özünə cəlb edərək, Mərakeşdə dövlət qurmuş, müqəddəs Islam dininin təbliğ və yaranması ilə məşğul olmuş «əl-mürabitun» hərəkatının yaranması oldu. Həmçinin «əl-müvəhhidin» hərəkatına da işarə etmək olar. Adı çəkilən hər iki silsilə sufilik və sufizm təriqətlərinin şiddətli təsiri altında idilər. Lakin hakimiyyətə gəldikdən sonra ilkin şüarlarının bəziləri və ya hamısından uzaqlaşdılar. Nəhayət, onların böyük və əzəmətli mədəniyyətlərinin sonu çatdı.
    İslam təbliğatçılarının təbliği və İslam mərkəzlərinin genişləndirilməsindən əlavə, ticarətin inkişafı, Islam dövlətlərinin rəftarı və əməlləri də, Islamın Afrikada yayılmasında mühüm rol oynamışdır. İslam Afrikada bir qayda olaraq dinc yolla, təbii formada və tədriclə genişlənirdi. Mərakeş istisna olmaqla, Afrikanın şimalındakı məntəqələrin osmanlı türkləri vasitəsilə tutulması və dörd əsr burada hakim olması, Islamın dünyanın hər hissəsində yayılması və genişlənməsinə böyük köməklik göstərmişdir. Lakin son əsrdə iki mühüm amil Afrikanın Islam cəmiyyətlərinin geriləməsi, zəifləməsi və tənəzzülünə səbbə oldu:
    1. Daxili quruluşların zəifliyi, türk və ya mənqətə hakimlərinin zülmkarlığı və pis rəftarı;
    2. Qərbin mədəni, siyasi və iqtisadi istismarçılarının dağıdıcı hücumları nəticəsində Afrikanın məhrum xalqları yoxsulluq, aclıq, cəhalət, fəsad, geridəqalmışlıq və bağlılığa düçar oldular.
    Azadlıq gətirən Islam məktəbi bir daha bu məntəqənin müsəlmanlarını, onların şücaətli, həqiqi dini rəhbərlərini oyanmağa və reaksiya göstərməyə çağırdı. Belələiklə, dini-siyasi islahatçı hərəkat və cərəyanlar - həmin iki məsələyə qarşı, yəni daxili tənəzzül və qərbin hücumu - yarandılar. Misal olaraq, hicri XII əsrdə indiki Mali, Qvineya və Seneqal kimi məntəqələrdə Fulani tayfasının imam qruplaşmaları və XII hicri əsrin sonlarında Housə məntəqəsində daha yaxşı ictimai quruluş yaratmaq məqsədilə yaranmış Şeyx Osman Dan Fudyu qiyamını - daha çox sufi təriqətlərindən bəhrələnirdilər - göstərmək olar. Bu hərəkatlar klassik çərçivə daxilində, eyni zamanda keçmiş və özləri ilə həmzaman olan islahatçı cərəyanların təsiri altında hərəkət edirdilər.
    Sükusi təriqəti və hərəkatı da, hicri 1253-cü ildə yarandı. Öz köklərini, həddindən artıq olan zahidliyi rədd edən məhşur Şazliyyə təriqətindən alırdı. Bu hərəkat həmçinin Ticaniyyə və xüsusilə də, Xızriyyə-Idrisiyyə təriqətinin təsiri altında idi. Lakin bu təriqət və Afrikanın keçmiş islahatçı cərəyanlarından təsir almasına baxmayaraq, növbəti səhifələrdə işarə edəcəyimiz özünəxas xüsusiyyətlərə də malik idi.
    İstismara zidd və islahatçı «sünni» hərəkatının banisi və rəhbəri Seyid Məhəmməd bin Sükusi (h.1206-0240) Әlcəzairin Müstəcanəm vilayətindən idi. Onun ailəsinin köklərini imam Әli (ə)-a bağlayırlar. Әcdadları bir zamanlar Mərakeşin əksər hissəsində hakimlik etmiş Həsən idrisiləri idilər.
    «Böyük Sükusi» adı ilə tanınan Məhəmməd ibni Әli bir müddət öz vətənində və sonra Fasda təhsil aldı. Orada Mərakeş sufiləri və xüsusilə də Ticaniyyə təriqətinin sufilərinin təsiri altına düşdü. O, sonralar daha çox təhsil almaq üçün Məkkəyə mühacirət etdi. Onun Məkkədəki müəllimi dini rəhbər kimi çox məşhurlaşmış və Xızriyyə-İdrisiyyə təriqətinin banisi Әhməd ibni Idris Fasi idi. Onun ölümündən sonra ardıcılları iki qrupa bölündülər:
    1. Məhəmməd Osman Әmir Qəninin rəhbərliyi ilə Әmir-qəniyyə firqəsi;
    2. Məhəmməd bin Әli Sükusinin rəhbərliyi ilə Sükusi firqəsi.
    Məhəmməd bin Әli Sükusi öz firqəsinin ilk özəklərini Məkkədə təsis etdi və bu da bəzilərinin Sükusi hərəkatının vəhhabilərdən təsir aldığını fikirləşmələrinə səbəb oldu. Lakin bu iki həkəratın təfəkkürünü diqqətlə araşdırdıqda, həmin fikrin tamamilə batil olduğu aydınlaşır.
    Bu dövrdə (1830-cu ildən başlayaraq) Şimali Afrikanın Әlcəzair və Liviya kimi mühüm məntəqələri rəsmi olaraq, Osmanlı dövlətinin bir hissəsi sayılırdılar. Avropalıların və xüsusilə Fransa, Ingiltərə və Italiyanın geniş hücumlarına və işğalına məruz qaldı.
    Osmanlı dövləti daxili problemlər və avropa dövlətləri ilə digər məntəqələrdəki çəkişmələri üzündən, bu cəbhədə müqavimət göstərə bilmirdi. Bu səbəbdən, məntəqənin müsəlmanları avroplı işğalçılara qarşı xalq hərəkatı yaratdılar və Sükusi hərəkatı onların ən böyük çətinliklərindən biri idi. Beləliklə, bu hərəkat qərbi istismarçıların hərbi hücumlarına qarşı etiraz əlaməti olaraq yarandı və şimalı Afrikanın əxlaqi, məzhəbi, ictimai və daxili tənəzzülünə də böyük diqqət yetirdi.
    Belə bir vəziyyətdə Məhəmməd bin Әli Sükusi ərəb ölkələrinin böyük Islam mərkəzlərində təhsil və tədrisdən, şimali Afrikanın bəzi Islam ölkələrinə səfərindən və müsəlmanların təfriqəsini, zəif yerlərini, geridəqalmışlığını, əxlaqi və ictimai tənəzzülünü gördükdən sonra Sirnaikdə yaşamağa başladı və özünün ilk məktəbini 1843-cü ildə yaratdı və daha sonra bu məktəbi genişləndirməyə başladı. Sükusi əvvəlcə «Ixvan» adı altında gənclərdən ibarət bir qrup yaratdı və bu ilk ardıcıllar Ixvanın şimalı Afrikada sonrakı hərəkatlarını planlaşdırdılar. Bu hərəkat müsəlmanların əsas prinsiplərdən uzaqlaşmamasının, onların zəifləməməsinin və geridə qalmamasının əsas səbəbi olmasını gördükdən sonra «Islama qayıdış», «kitab və sünnətə qayıdış», «Allah yolunda qardaşlıq» şüarlarını özünün əsas prinsipləri elan etdi və digər Islam məzhəblərinin heç birini inkar etmədi. Maliki məzhəbinə əməl etmələrinə baxmayaraq, heç bir digər dini rəhbəri inkar etmədilər. Sükusinin özünü müctehid saymasına baxmayaraq, bəzi hallar istisna olmaqla, Malikin fitvalarından kənara çıxmadı. Bu növ təbliğ çox cəzbedici idi və Tunis, Trinopolin, Misir, ərəb və bərbərlərin bir çoxunun ona qoşulmasına səbəb oldu. Yeni bir müsəlman bu təriqətə qoşulduqda, ondan tələb edilən yeganə şey, Fatihə surəsinin öz andı ilə birlikdə oxumağı idi. Bu hərəkat öz ardıcıllarını təbəqələrə ayırdı. Birinci təbəqə «Xəvvas» idi. Ondan sonrakı «qardaşlar» və sonuncusu «havadarlar» adlanırdı. Bu təbəqələr arasındakı yeganə fərq elm, ixlas, xoş rəftar və başqalarını sevməyin miqdarıqda idi. Yeri gəlmişkən, bu təriqətin ali dərəcələri yalnız Sükusi ailəsinin yaxınlarına xas deyildi. Başqaları da bu dərəcələri qazana bilərdilər.
    Afrika və müsəlman cəmiyyətlərinin dini əsaslarını dağıtmaq və onlar üzərində hakim olmaq məqsədilə gəlmiş Avropa dövlətlərinin, bu islahatlar, Islam və Islam birliyinin yeniləşməsi ilə mübarizə etməsi və onların fəaliyyətini dayandırmağa çalışması təbii idi. Lakin bu hərəkat çox yayıldığına görə, əvvəlcə öz məqsədlərinə çata bilmədilər. Sükusi hərəkatının banisi 1859-cu ildə vəfat etdi və oğlu Məhəmməd Məhdi onun yerini tutdu. Həmin dövrdə onların bölmələrinin sayı iyirmi ikidən az idi. Lakin 1884-cü ildə bölmələrinin sayı yüzə çatdı və onlar hər il yüzlərlə təbliğatçını şimali Afrikanın bütün nöqtələrinə göndərirdilər. Nəhayət, Sükusi hərəkatı Sinaikdə müstəqil hökumətin yaranması ilə nəticələndi və bütün Liviya ərazisində yayılmağa başladı.
    Sükusi hərəkatının vəhdət yaratmaq və ictimai yaşama yollarını göstərmək qabiliyyətini, bu yayılmanın səbəbi saymaq olar. Məhəmməd Məhdinin ölümündən sonra hərəkatın rəhbərliyi Seyid Әhməd Şərif Sükusiyə çatdı. O, sükusiyyətin başçısı Seyid Məhəmmədin nəvəsi idi. Həmin dövrdə Liviya Italiyanın işğalı altında idi. Tezliklə onun rəhbərliyi şimali Afrika ölkələrinin diqqətini özünə cəlb etdi. Sükusilər onun rəhbərliyi altında Italyan işğalçılarına qarşı gərgin mübarizədə mühüm rol oynadılar. Seyid bu işğala etiraz olaraq, Osmanlı hökumətinin panislamist çağırışları ilə eyni zamanda hicri 1330-cu ildə özünün ayə və rəvayətlərə əsaslanan məhşur «cihad elan»ını müsəlmanları cihada və düşmənlə mübarizəyə çağırmaq məqsədilə açıqladı. Seyid Әhməd Şərif bu elanda cihadın kifayi vaciblərdən olmasını, lakin düşmən hücum edərsə, labüd vaciblərdən, zəruriyyətlərdən olmasını, cihadı tərk etmənin dindən çıxmaq olmasını və cihaddan boyun qaçıran hər bir kəsin kafir olduğunu demişdi. Bu elan döyüşçülərin cihadda iştirak etmək məqsədilə, Osmanlı və ərəb qoşunlarına birləşmələrinə səbəb oldu. Bu könüllü səfərbərlik Italyan ordusunun Liviyada ağır məğlubiyyətə uğraması və böyük xəsarətlərə düçar olması ilə nəticələndi.
    Sükusilərin rəhbinin cihad elan etməsi və məntəqə əhalisinin geniş rəğbəti Islam ölkələrində böyük əks-səda yaratmışdı. Belə ki, bu elanın mətni tərcümə olunaraq Iran, Hindistan və digər ölkələrin qəzetlərində çap olundu. Lakin onlara tibbi yardımlardan savayı lazımi köməklik göstərilmədi. Osmanlı türklərinin Seyid Әhməd Şərifdən Italyan qoşunlarına qarşı müharibəsini davam etdirmələrini istəmələrinə baxmayaraq, sonadək köməklik və himayət etmədilər. Siraniki tərk edib, Liviya əhalisini öz torpaqlarını müdafiə etmə işində tək qoydular. Bununla belə, Şeyxül-Islam və Osmanlı xəlifəsinin I Dünya Müharibəsinin başlancığından hicri 1332-ci ildə müttəfiqlər əleyhinə cihad etməsinin ardınca, sükusilər müsbət reaksiya göstərmiş və müttəfiqlər əleyhinə görüşmüş azsaylı cərəyanlardan idilər. Seyid Әhməd Şərif bütün I Dünya Müharibəsi ərzində Osmanlı türklərinə vəfadar qaldı. İtaliyan qoşunlarına şiddətli zərbələr vurmuş bu mübarizə, sonralar sükusilərin beynəlxalq səhnəyə çıxmalarına səbəb oldu. Nəticədə, Trinopol rəhbərləri ilə Siranikin rəhbərliyi arasında ixtilaf yarandı. Bu səbəbdən də, Seyid Әhməd Şərif özünün siyasi hakimiyyətini əmisi oğlu Məhəmməd Idrisə verib, özü yalnız Sükusi təriqətinin ruhani başçılığı ilə kifayətləndi. Nəticədə, hərəkatın rəhbərliyi və mübarizlərin arasında ikitirəlik yarandı. Seyid Әhməd Şərif Istambula getdi və Məhəmməd Idris müqqəfiqlərdə saziş bağladı. Seyid Әhməd Şərifin ardıcılları o Istambula getdikdən sonra sükusi məktəblərindən birinin şagirdlərindən olan Ömər Muxtarı özlərinə rəhbər seçdilər və 20 il ərzində onun rəhbərliyi altında yadlara qarşı partizan müharibələri formasında şiddətli mübarizə apardılar. Lakin Ömər Muxtarın tutulması və xalqın gözü qarşısında edamı ilə (1931-ci il) silahlı qiyam sona çatdı və 1932-ci ildən Liviya tamamilə Italiyanın müstəmləkəsinə çevrildi. Beləliklə, sükusi firqəsi ləğv və əmlakı Italiyanın faşist dövləti tərəfindən müsadirə edildi.
    II Dünya Müharibəsinin başlanğıcından bir az əvvəl Siranik və Trinopolun yerli rəhbərləri əməkdaşlıq və birliyə ehtiyac olduğunu hiss edərək, Seyid Idrisi rəhbər seçdilər. İI Dünya Müharibəsi ərzində Ingiltərə Siranik və Trinopol üzərində hakimiyyət qazanmaq məqsədilə, Seyid Idrisin siyasi rəhbərlik və dini hakimiyyətini rəsmi surətdə tanıdı və onun tərəfdarlarının köməyi ilə məntəqəyə hakim oldu. Dünya müharibəsi qurtardıqdan sonra müharibədə qələbə çalmış dörd qüdrət, Liviya barəsində razılığa gələ bilməyib, onu BMT-yə tapşırdılar. Bu təşkilat öz növbəsində 1951-ci ildə həmin ölkəyə rəsmi müstəqillik verilməsini qəbul və elan etdi. Bunun ardınca müttəfiqlərin və Ingilislərin xeyrinə beynəlxalq səhnəyə daxil olmuş Seyid Әhməd Idris, Məlik Idris adı ilə birləşmiş Liviyanın padşahı elan olundu. Lakin bu səltənət rejimi 1969-cu ilə general Kəzzafinin rəhbərliyi ilə baş vermiş çevriliş nəticəsində dağıldı və üç prinsipə - azadlıq, sosializm və ərəb birliyi - əsaslanan Liviya ərəb cəmahiriyyəsi yarandı.
    Yeni rəhbərlər 1973-cü ildə mədəni inqilab elan etməklə, Islam prinsiplərinə qayıdış, Quran qanunlarına əsaslanan cəmiyyətin yaradılması və idxal edilən bütün ideologiyaların məhv edilməsini özü üçün məqsəd və hədəf seçdilər.
    (6-2-2) XÜSUSİYYӘTLӘR VӘ FİKRİ-SİYASİ MÖVQELӘR
    Sükusi hərəkatının xüsusiyyətlərinə keçən bəhslərdə ötəri toxunulmasına baxmayaraq, bir daha geniş açıqlanılması yaxşı olardı. Bu hərəkat qərbin və Avropa dövlətlərinin fikri, hərbi hücumlarına qarşı etiraz edərək, siyasi, hərbi xüsusiyyətlərə malik idi və güclü islahatçı ideyalarla çıxış edirdi. Sükusinin ardıcılları Allahın və Peyğəmbər (s)-ın əmrlərinə itaət etməklə, bidətlər və xürafatlardan uzaqlaşmağa və müsəlmanların ictimai həyatını yaxşılaşdırmağa səy göstərirdilər. Onlar sufiliyə əsaslanan əxlaqi və ictimai tərbiyəni özləri üçün əsas vəzifə seçərək, mərkəz və bölmələrdə geniş formada müsəlman və qeyri-müsəlmanların cəzb edilməsinə başladılar. Zor və vəhşilikdən istifadə etməkdən tamamilə çəkinir, mülayim və qənaətedici təlim formaları ilə Afrika müsəlmanlarının ürəklərinə yol tapırdılar. Bəzi sufizm firqələrinin ifratçılığını və vəhhabilərin qruplaşma xüsusiyyətlərini kənara qoyaraq, təbliğat işlərini ciddi sayıb, bu işə başladır. Onlar ictimai xüsusiyyətləri və əkinçilik, ticarət, təhsil, hərbi sahə və s. işlərdə insanların iştirakını genişləndirərək, Liviya səhralarının abadlaşdırılması, güclü ordunun təşkili və siyasi, ictimai, mədəni orqanların yaradılmasında müvəffəqiyyətə nail oldular və güclü dövlət qurdular. Sufilərin adi sistemlərinə zidd olaraq, nizam və təşkilat, icma və ümumi birlik kimi iki prinsipə əsaslanan yeni sistem qurdular. Sükusilər rəhbər və imama itaət və qayda-qanunlara əməl etmək üzərində təkid edirdilər. Onlar məhkəmə sistemi və ictimai təhlükəsizliyin təmini quruluşlarını yaratdılar və nəhayət, bu səylərin səmərəsi «xalq hökuməti» oldu. Lakin Islam hökmlərini həyata keçirmək istəyən bu yeni hökumət, işlərin icrasında bir çox əməli problemlərlə üzləşdi. Bunun da səbəbi, ictihadi baxışların yoxluğu və cari hökumət məsələlərinin Islam hökmləri və qanunları ilə uyğun gəlməməsi idi. Sükusilərin rəhbəri, yəni Məhəmməd ibni Әlinin ictihad etməsi iddiasına baxmayaraq, ağıl və dəlilə meyillərin yoxluğu üzündən, güclü ictihada malik deyildi. Məhz bu amil, cəmiyyət və hökumətin idarə edilməsi zamanı onların nəzəri və əməli problemlərini ikiqat artırırdı. Bu problem müxtəlif daxili və xarici çətinliklərlə üzləşmiş Seyid Әhməd Şərifin rəhbərliyi dövründə daha çox nəzərə çarpırdı. O, təsiredici cihad hökmü verməsinə baxmayaraq, sonda hökumətin idarə edilməsindəki problemlər səbəbindən yaradılmış vəziyyətə tabe olaraq, siyasi rəhbərlikdən imtina etdi.
    Sükusilərin digər fikirlərindən (etiqadlarından) misal, yadların hücumu müqabilində müsəlmanların vəhdətinə inamını yad etmək olar. Belə ki, daxildə yumşaqlıq və mülayimlik, düşmənlərlə rəftarda isə cihad, mübarizə və müharibə tərəfdarı idilər. Bəlkə də onları, «Әşəddu ələl kuffar, rahmə beynəhum»un bariz nümunəsi adlandırmaq olardı. Bu ruhiyyə həmin hərəkatın Osmanlı dövlətinə baxışının mülayim olması, Osmanlı xəlifəsi ilə dostluq əlaqələrinin qurulması və müştərək düşmənlərə qarşı Osmanlıların kömək və himayəsindən yararlana bilmələrinə səbəb olmuşdur. Sükusilər öz təlimlərinin prinsiplərinə uyğun olaraq, çağırış və güclərinin tədriclə bütün Islam dünyasına yayılması, Islam ölkələrinini azadlıqları və özlərinin qəbul etdiyi xəlifənin rəhbərliyi altında bütün müsəlmanların birləşməsinə çalışırdılar. Bu xəlifə mütləq sükusi olmalı idi. Lakin hadisələrin gedişatı, bu böyük hədəflərin həyata keçirilməsi və icrası üçün onlara aman vermədi. Yalnız öz hakimiyyətləri altında olan ərazilər, siyasi hökumətlər və ictimai, iqtisadi və siyasi sahələrində fəallıqla layihə quraraq, yaxşı nəticələr əldə etdilər.
    (6-2-3) NӘTİCӘLӘR, ARAŞDIRMA VӘ QİYMӘTLӘNDİRMӘ
    Sükisiyə müstəqil məzhəb olmadığına görə, - islahatçı və maliki məzhəbinə tabe olduğu üçün - Mərakeş, Səhran və Sudanın xalqları üzərində yaxşı təsir buraxdı. Bu nəticə, hələ də həmin məntəqə xalqlarının canlarında, ürəklərində mənəvi bir qüvvə kimi qalaraq, onları abadlıq və yaxşılığa doğru aparır. Bu hərəkat malik olduğu əsl mahiyyət və məna ilə daxili tənəzzül və qərb istismaçılarına qarşı münasibətdə böyük gücə malik olduğunu göstərdi. Lakin bir sıra dəlillər, o cümlədən:
    1. Rəhbərlə arasında ictimai təfəkkür və ictihadın olmaması;
    2. Xarici təzyiq və müharibələr;
    3. Bir sıra yerli feodalların müxalifəti;
    4. Hərbi imkanlara malik olmaması səbəbindən məğlub oldu.
    Әn mühüm dəlil bu yeni hökumətin yeni problemlərə dini baxımda sürətli cavab verməməsi idi. Nəticədə, hərəkatın əsl rəhbəri olan Seyid Әhməd Şərif, siyasi rəhbərlikdən əl çəkdi və onun yerinə Seyid Məhəmməd Idris, yalnız hərəkatın siyasi rəhbərliyini öz üzərinə götürdü. O, ölkəni dünya səhnəsinə çıxarmaqla yanaşı, Osmanlı hökumətinin ardınca gedərək, müttəfiqlərin cərgəsinə qoşuldu. Belə bir həssas və qeyri-bərabər şəraitdə gedən proseslərə qoşulmaq, yalnız müstəqil hərəkət etməni itirmək və böyük qüdrətlərin əlində oyuncağa çevrilməklə nəticələndi. Bu səbəbdən, Seyid Məhəmməd Idris Avropa dövlətləri ilə razılığa gələrək, həqiqi islahatçı və inqilabi rəhbərliyi mühafizəkar və asılı rəhbərliyə çevirdi. Onun bu addımı hərəkatın tam məğlubiyyəti üçün şərait yaratdı. Hər halda, sükusiyyə də vəhhabiliyin aqibəti ilə üzləşdi. Bir fərqlə ki, güclü islahatçı, əxlaqi və mənəvi anti-imperialist əsaslara malik olduğu üçün Afrikanın şimal və şərqindəki müsəlmanların anti-imperialist və islahatçı cərəyanları, o cümlədən sudanlı Mehdi hərəkatı üzərində böyük təsir buraxdı. Hazırda bu hərəkatın qiymətli tarixi Liviya xalqı üçün çox əzizdir və Seyid Әhməd Şərif və Ömər Muxtarın xatirələri həmin ölkənin rəhbərləri və mücahidləri kimi yad edilir. Bəlkə də Kəzzafi hökumətinin sabitliyinin, bu qiymətli mirasın nəticəsi olduğunu söyləmək olar.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 957 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024