İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    9:13 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (6-3) SUDANLİ MEHDİ HӘRӘKATI
    Sudanın - Afrikanın ən böyük ölkəsi - ərazisi 2,505,813 km-dir. Müxtəlif məzhəb və millətlərdən olan əhalisinin sayı 25 milyondan artıqdır. Dini tərkibi müsəlman, məsihi və anemistlərdən ibarətdir. Ömər əl-Bəşirin rəhbərlik etdiyi hərbi şura tərəfindən idarə olunur.
    Sudan XIX əsrin sonlarınadək şimal və cənub hissələrə bölünmüşdür. Ölkənin şimal hissəsi əvvəlcə Osmanlı imperiyasının, daha sonra isə Misirin bir hissəsi idi. Ölkənin cənub hissəsində dağınıq qəbilə hökumətləri ağalıq edirdilər. 1881-ci ildə «Mehdi» adı ilə məhşurlaşmış Sudanın məzhəbi rəhbəri Məhəmmədin Әhməd ibni Abdullah ölkənin şimal və cənubunu birləşdirərək, Misir və Ingiltərənin müştərək istilasına qarşı hərəkat yaratdı. Biz bu hərəkatı üç mərhələdə araşdıracağıq:
    (6-3-1) TARİXİ KEÇMİŞİN YARANMA PROSESİ VӘ BANİSİ
    Sudanın XIX əsrin 80-cı illərin əvvəllərinə qədər şimal və cənub hissələrinə bölündüyünü nəzərə alaraq, üç qrupun zülmündən əziyyət çəkirdi:
    1. Bəzi vaxtlarda təbliğatçı geyimi ilə gələn Ingilis istismarçılar;
    2. Türk və Misir hakim və məmurları;
    3. Qul, acağ şirəsi və sümük satmaqla məşğul olan yerli və məntəqə tacir və əyyanları.
    Bu qrupların pis rəftarı, Sudanın müsəlman əhalisinin tədriclə başlanan dağınıq etiraz və çıxışlarının başlanması və genişlənməsinə səbəb oldu. Bu çıxışlar XIX əsrin 80-cı illərinin əvvəllərindən başlayaraq, geniş bir qiyama çevrildi. Sudan hakimlərinin pozğunluqlarından yaranmış hakimiyyət boşluğu, Xədiv Ismayılın devrilməsi və Xədiv Tofiqin canişinliyi ilə baş verən hakimiyyət dəyişikliyi, Sudan müsəlman əhalisinin 1881-ci ildə sudanlı Mehdinin başçılığı ilə etdikləri qiyamın yaranması üçün xas amillər
    idi. Deməli, belə bir iddianı irəli sürmək olar ki, bu hərəkatın yaranma köklərini və səbəblərini, Sudanın daxili vəziyyətində axtarmaq lazımdır. Bu hərəkat ərəb vilayətinin cənubunda başlayaraq, tədriclə Sudanın digər məntəqələrinə də yayıldı.
    Bu geniş hərəkatın rəhbəri Məhəmməd Әhməd ibni Abdulla idi. Onun atası qayıqdüzəldən idi. Atası və qardaşı ilə birlikdə bütün Sudanı gəzmiş və həmin ölkə əhalisinin adət-ənənələrini yaxşı bilirdi. Atasının ölümündən sonra o dəyanətlə Sudanın şimalında dini təhsillə məşğul oldu. Bir müddətdən sonra dərviş libası geyərək, «Səmaniyyə» sektasına üzv oldu. Sudanlı Mehdinin kökü imam Hüseyn ibni Әli ibni Әbu Talib (ə)-a çatır. Deyilənlərə görə, onun yaxın əcdadları Fustat yaxınlığında yaşadıqdan sonra bir müddət Munəyyədə qalmışlar. Sonradan onlardan bəziləri Nubəyə getmiş və daha sonra Nəqlədə yaşamışlar. Bir müddətdən sonra onun atası, yəni Abdulla Xartuta köçmüş və orada xarratlıq, qayıq və gəmi düzəltməyə başlamışdır. Nəhayət, Om-Durmanın ətraf kəndlərindən olan Kürdidə vəfat etmişdir.
    Abdullanın həyat yoldaşı Aminə 1845-ci ildə bir övlad dünyaya gətirdi. Onun adını Məhəmməd qoydular. Məhəmməd uşaqlıq dövrundə ata və anasını itirdi. Onun dini təhsil alması və çox ədəbli və imanlı olması, ona böyük nüfuz qazandırdı.
    O, Xartumun cənubundakı Aba adasını özü üçün yaşayış yeri seçdi və oranı təlim-tərbiyə mərkəzinə və öz çağırışları üçün bazaya çevirdi. O imam və rəhbər kimi xalqı cəmiyyətdə olan zülm və qarətçilik üzündən yerli hakimlərə qarşı qiyama çağıraraq, ilkin Islama əməl etməyi, bərabərlik, ədalət, qardaşlığı, Islam birliyi və Quranla, sünnətə əsaslanan Islam dövlətinin yaradılmasını tələb etdi. Bu şüarlarla o, öz ətrafına çoxlu tərəfdar toplaya bildi və öz hərəkatını yaratdı. Belə ki, hökumət qoşunları onu tutmaq üçün adaya gəldikdə, məğlubiyyətə uğradılar və qiyamçıların qələbəsi möcüzə kimi qələmə verildi.
    Kürdəfan əhalisi də hökumətdən narazı idi. Məhəmməd Әhməd oraya getməklə, onları öz ətrafına topladı və özünün minlərlə üzvü olan cəmiyyətini «Әnsar» adlandırdı. Әnsar və onun ardıcılları faktiki olaraq üç qrüpdan təşkil olunmuşdu.
    Birinci təbəqə həqiqi xeyirxahlar, yəni Islamın ilk dövrlərindəki hökumətə uyğun hökumət qurulmasını istəyən şagirdlər idi. İkinci qrup, Sudanın ərəb hissəsinin cənubunda yaşayan və qayıqçılıqla məşğul olan narazı ərali idi. Üçüncü dəstə, Bəqarə köçərləri və öz muxtariyyətlərini itirmiş, hökumətin onlar üzərində nəzarətinə etiraz edən Fer qəbiləsi kimi qəbilələr idi. Bu qrup, hərəkatın əsas qüvvəsini təşkil edirdi. Sudanlı Mehdinin inqilabı, təbliğat fəaliyyətinin, onun fikirlərinin yayılmasının və Misir dövlət qüvvələrinin ardıcıl məğlubiyyətinin nəticəsi idi.
    Nəhayət, sonra bu hərəkat məzhəbi, siyasi, islahatçı, anti-imperialist bir hərəkata çevrildi. Nəticədə, on minlərlə kəndli və köçəri ərəblərdən təşkil olunmuş nizam-intizamlı bir ordu quruldu və bu hərəkat aqressiv forma aldı.
    Bu təşkilat özünün ilk qələbə bayramını Kürdəfanın fəthi ilə qeyd etdi. 1883-cü ildə Hiks döyüşündə qəzəbə qazanmaqla - bu döyüşdə dövlət qoşunlarının Ingilis sərkərdəsi general Hiks öldürüldü - sabit və ümidverici bir formaya düşərək, növbəti qələbələri ilə 1884-cü ilin əvvəlində bütün ölkəni öz hakimiyyəti altına keçirdi. Bu qələbə Ingiltərə siyasətinin dəyişəsinə səbəb oldu. Bu minvalla Ingiltərə sudanlı Mehdi ilə barışmaq və saziş bağlamaq üçün onun qiyamını Misir istilasına qarşı qiyam elan etdi. Daha sonra Sudanın hökumətini Misir hökumətindən ayıraraq, general Qordonu ali icra hakimi elan etdi. O, 1984-cü ilin fevralında Xartuma gəldikdən sonra siyasi məhbusları və ödənilməmiş vergiləri əhv edərək, özünü Sudanın ali hakimi, Mehdini isə Kürdəfanın sultanı elan etdi. Bu mövzu, sudanlı Mehdinin şiddətli qəzəbinə səbəb oldu və o, Xartutu tutmaq qərarına gəldi. Xartuma hücum edərək, oranı mühasirəyə aldı. Nəhayət, 1885-ci ilin yanvarında ingilislərin hərbi hissəsini tutub general Qordon və digər ingilisləri öldürərək, ingilis hökumətinə böyük zərbə vurdu. O paytaxtı Om-Durmana köçürtdü və Xartumun tutulmasından az bir müddət sonra 1885-ci ilin iyununda qısa sürən qəfil bir xəstəlikdən sonra dünyadan köçdü. Hərəkatın rəhbərliyi onun Abdulla adlı dostuna verildi. Sudanlı Mehdi ölümündən öncə ilkin Islam və Peyğəmbər (s)-ın dövründən təqlid edərək, öz yaxın dostlarından üç nəfərə, yəni Abdulla ibni Məhəmməd, Әli ibni Məhəmməd Hilu və Məhəmməd Şərif ibni Həlidə sıra qaydası ilə «xilafətus-siddiq» (Әbu Bəkr), «xilafətul-faruq» (Ömər) və «xilafətul-kərrar» (Әli (ə)) ləqəblərini vermişdi. Osmanın ləqəbini Mehdi sükusiyyə - Sükusiyyə hərəkatının rəhbərinə versə də, bu fikir qəbul edilmədi və həmin vəzifə boş qaldı.
    Sudanlı Mehdinin ölümündən sonra bir-birinə köməklik etməklə qələbə qazanmış üç qrup rəqibə çevrildilər. Birləşmək əvəzinə, qoşunlardan bir-birinə qarşı istifadə etdilər. Әsas rəqabət cənub məntəqəsinin şərifləri - Mehdinin qohumları və Nəqqarə qəbilələri arasında gedirdi. Lakin zahidilər və ruhanilər qrupu - yəni Mehdinin şagirdləri - xəlifə Әli ibni Məhəmməd Hilunun rəhbərliyi ilə sülh yaratmaq üçün barışdırıcı rolunu ifa edirdilər. Həmin rəqabət nəticəsində Abdullanın hökuməti ciddi böhranla üzləşdi. Qəbilələr tərəfindən rəsmi surətdə qəbul olduğuna baxmayaraq, hökumət və ordunun içində dövlətin ömrüboyunca sürəcək bir ixtilaf yarandı. Elə buna görə də, onun rəhbərliyinə boyun əymədi və Abdulla ciddi problemlərlə üzləşdi.
    Bu problemlərdən biri də avropalıların, o cümlədən ingilislərin güclü hücumları idi. Abdullanın səhvlərindən biri, xaricilərə göstərdiyi etimad idi. İngilislərin keçmiş hökumətinin məmurlarından biri olan avstraliyalı Slatinlə Misirli əsirlər məsələsində hərbi təlim və intizam sahəsindəki əməkdaşlıq, hərəkat daxilində mənfi reaksiya yaratdı. Həmçinin problemləri həll etmək üçün öz həmqəbilələrinə etimad göstərdi. Bu da daha bir çətinlik yaratdı və daxili ixtilafları bir az da genişləndirib, şəriflərin və Әl-bələd əhalisinin, yəni hərəkatın əsas qüvvələrinin məğlubiyyətinə səbəb oldu. Tədriclə sudanlı Mehdinin hərəkatından yaranmış dövlət islahatçı xüsusiyyətlərini milli və inqilabi bağlılığını itirərək, totalitar, bərabərsizlik və ədalətsizliklərlə dolu bir dövlətə çevrildi. Xalqın dəstəyini itirməklə, avropalıların hücumları qarşısında zəiflədi. Belə ki, Eritreyə hücum edərkən, Italiya tərəfindən məğlubiyyətə uğradıldı. Bu məcburiyyət, avropa dövlətlərinin yeni dövlətin zəif olmasını anlamalarına səbəb oldu. Onlar dəqiq plan quraraq, 1896-1898-ci illərdə dörd tərəfdən (Italiya şərqdən, Belçika cənubdan, Ingiltərə şimaldan və Fransa qərbdən) birbaşa Mehdinin və Abdullanın dövlətinə qarşı hərbi əməliyyatlara başlayaraq, onların qoşunundan bir neçə min nəfəri öldürməklə, Islam dövlətini məğlub etdilər. Abdullanın qoşunları qərbə istiqamətində Kürdəfana tərəf geri çəkildilər. Fransa və Ingiltərənin qoşunları Abdullanın qüvvələrini təqib etməkdən əl çəkərək, Sudanı ələ keçirmək üçün mübarizəyə başladılar. Bu rəqabət 1899-cu ilə qədər davam etdi. Afrika səhnəsinə yeni rəqibin - yəni Almaniyanın - çıxması ilə, bu rəqabət sona çatdı. 1899-cu il müqaviləsinə əsasən, Sudanın şərqi ingilislərə verildi və Ingiltərə ilə Misirin işğalı altına düşüb, «Ingilis və Misir Sudanı» adı ilə tanındı.
    Bu müqavilədə ali hökumət, ordu, qanunverici və icra hakimiyyəti, ali baş hakimə tapşırıldı və həmin şəxs, Böyük Britaniya dövlətinin təklifi və Misir Xədivinin təsdiqi ilə təyin edildi. 1899-cu ildən başlayaraq, müştərək hökumətin sonuna qədər - yəni 1955-ci ilədək - bütün valilər, Ingiltərə vətəndaşlarından təyin edilir və Sudana hakimlik edirdilər. Bu minvalla Sudan Böyük Britaniyanın tam müstəqilliyinə çevrildi.
    Ingiltərə mehdiçilərin mütəşəkkil müqavimətini qırmaq üçün 1899-cu ilin noyabrında hücuma keçərək, Abdullanı və hərəkatın bəzi rəhbərlərini öldürüb, bəzilərini də əsir tutdu. Sudanlı Mehdinin ardıcılları mütəşəkkillik və pərakəndə halında ictimai yaşayışlarını davam etdirdilər. Әlbəttə, bəzi vaxtlarda kiçik üsyanlar etsələr də, bu üsyanlar ingilislərin fəaliyyətlərinə bir o qədər də təsir göstərmirdi.
    Bu arada, Sudanda şimal və cənub söhbəti ortaya çıxdı. Sudanın işğalında Ingiltərə və Misir, «alimlər heyəti» vasitəsilə xüsusi dini siyasət yeridirdilər. Bu siyasətə əsasən, sudanlı Mehdinin «Ratib» adlı ibadət kitabı və bəzi sektaların fəaliyyəti qadağan edildi. Lakin cənubda dini siyasəti, yalnız Ingiltərə həyata keçirirdi və cənubu, şimalın mədəniyyətindən, siyasət və dinindən ayırmaq məqsədilə planlar cızaraq, müsəlmanları cənubdan çıxartdı. Әrəb dilində danışığı və ərəb geyimləri geyməyi qadağan etməklə bərabər, cənubun «Təbaşir» məntəqəsində fəaliyyət göstərən təşkilatları azad buraxdı. Məsihi missionerlərinin planlı fəaliyyəti bu gün də Sudan və Afrika üçün problemə çevrilmiş məsələlərə zəmin yaratdı.
    (6-3-2) XÜSUSİYYӘTLӘR VӘ FİKRİ-SİYASİ MÖVQELӘR
    Bu hərəkatın rəhbəri Məhəmməd Әhməd Islamı sufiliklə qarışdırmış və sufi təriqətlərinin təsiri altında olan xalqın içində yaşayırdı. O, bir müddət təhsillə məşğul olaraq, məntəqənin vəziyyəti ilə yaxından tanış oldu. Onun əl-Mehdi - Məhəmməd ibni Әli Sükusinin canişini - kimi şəxslər və Seyid Cəmaləddin Әsəbadi hərəkatı ilə tanışlığı, bu hərəkatın köklərini bir tərəfdən islahatçı və ictimai meyilli sufi məzhəb və təqirətlərinə, digər tərəfdən, Seyid Cəmaləddin Әsəbadinin təlimi və bir az da Sükusinin islahatçı və inti-imperialist hərəkatına bağlamışdı. Məhəmməd Әhməd Sudan müsəlmanlarının əxlaqi və ictimai tənəzzülünü, artan fəsad və cinayəti, zəiflik və dağınıqlıqlarını, Misirli hakimlər, yerli sahibkarlar və ingilislər tərəfindən onlara qarşı edilən ədalətsizlik və zülmləri gördükdə, bu problemləri həll etmək məqsədilə, cihad və silahlı qiyama başladı. Sudanlı Mehdinin islahatçı çağırışlarının və dəvətinin mühüm şüar və hədəfləri aşağıdakılardan idarətdir:
    - Şirk, bidət və xürafatla mübarizə;
    - Yolunu azmışlar və zalımların bidətlərindən pak olan tövhid və Islam dininə qayıdış;
    - Qurana əməl və Islam hökuməti qurmaqla, Islam hökmlərinin icrası;
    - Istismarçılarla mübarizə və Islam dünyasının xaricilərin nüfuzundan qurtarması məqsədilə, müsəlmanların birliyi;
    - Ictihad, hicrət, imamlıq və rəhbərlik kimi prinsip və əsaslar üzərində təkid.
    Bu hərəkatın bariz xüsusiyyətlərindən biri, ədalət və bərabərlik tələb etməyə meyl və Sudan xalqının təfəkkür və əməllərinə «cihad» sözünün daxil edilməsi idi. Digər bir xüsusiyyət bu idi ki, onlar öz mübarizələrində müstəqil rəftar etmələri ilə yanaşı, sükusilər kimi Osmanlı imperiyasına qarşı hörmət və dostluq mövqeyi tuturdular. Hərəkatın rəhbəri «türk mürtədləri» dedikdə, bu ölkə üzərində ağalıq edən və ölkəni çatıb talayan şəxsləri nəzərdə tuturdu.
    Sudanlı Mehdi yer üzərində zülm və ədalətsizliyi məhv etməklə, ədaləti və bərabərliyi yaymaq və Islam və müsəlmanların keçmiş əzəmətini qaytarmaq istəyirdi. O, bu böyük hədəfə çatmaq üçün həzrət Mehdi (ə)-ı uzun zaman gözləməkdə olan və qiyamət gününün əlamətlərinin - yəni fəsadın yayılması, vəziyyətin pisləşməsi və küfrün iman üzərində qələbəsi - baş verməsinin gerçəkləşdiyini zənn edən Sudan xalqının təfəkküründə yaranmış bu zəminədən istifadə edərək, öz hərəkatına başladı. Özü üçün adı ilə birlikdə səslənən üç sözdə - imam, Allahın rəsululunun canişini və həzrəti Mehdi (ə) əks olunmuş vahid məqam iddiası etdi. O, öz vəzifəsinə tam inanırdı. Çünki öz ətrafında xalqın ona iman gətirməsinə və onun sayəsində həqiqətlərə çatacaqlarını gözlədiklərinə dair çoxlu dəlillər görürdü. Buna görə də, əmir və sultanlara çoxlu məktublar yazaraq, onları, özünü qəbul etməyə çağırırdı. İnkar edəcəkləri halda isə işin sonluğu ilə qorxudurdu. O, öz məktublarından birində belə yazır: «Allahın Rəsulu (s) mənə xəbər vermişdir ki, sənin Mehdi (ə) olmağına inanmayanlar, Allah və Rəsuluna qarşı küfr etmiş olur və o, bu cümləni üç dəfə zikr etmişdir».
    Hərəkatın rəhbərlərinin fikirlərinin mehdilik iddiasına doğru meyl etməsində Abdulla - xəlifə və onun canişini - böyük rol oynamışdır. Sudanlı Mehdi özünü daha çox mehdiləşmiş sayırdı. Özü və ya Abdulla kimi dost və tərəfdarlarının onu «Mehdi» adlandırmalarını zənn etsək, məqsədlərinin «Mehdi»-nin həqiqi mənası deyil, Әbu hüceyrənin rəvayətlərindən - Allah-təala hər yüz ildə ümmət üçün onun dediklərini yenidək quracaq və qaydaya salacaq bir insan göndərir - çıxartdıqları mənanı söylədikləri məlum olur.
    Bu hədisin sənədli əsası və tarixi təsdiqi olmamasına baxmayaraq, bəzi şiə və sünni alimləri bu rəvayətə diqqət yetirmiş və ona istinad etmişlər.
    Sudanlı Mehdi öz hərəkatını sufi sektalarının klassik baxışı - mürid və mürad (ustad), imamlıq və rəhbərə biət - ilə uyğun gələn bu əsaslar üzərində qurdu. Yuxarıda sadalanan xüsusiyyətlər, bu hərəkatda xüsusi yer tuturdu. Anti-imperialist və xüsusilə anti-ingilis xüsusiyyəti təkcə Sudan və Misirin azadlığı üçün çalışmasına deyil, çağırışının dünyəvi əhəmiyyət daşımasına inandığı üçün Peyğəmbər (s)-dan təqlid edərək, digər ölkə padşahları üçün məktub yazmasına səbəbə oldu. O, hətta çağırışlarını Islam dünyası ilə məhdudlaşdırmayaq, Həbəşistan padşahı Yuhənnaya məktub yazaraq, onu Islamı və Mehdini qəbul etməyə çağırdı. Onun Sudanın azad olması, Islam hökumətinin qurulması və xalqın birliyi ilə azadlığında müvəffəqiyyət qazanmasına baxmayaraq, bu hərəkat heç zaman dünya miqyasına çata bilmədi və təəssüflər olsun ki, bir çox yaradıcı və islahatçı prinsip və ideyalar, canişini dövründə tədriclə unuduldu. Nəticədə, onun planlaşdırdığı siyasi rejimin zahiri qaldı. Onun hökumət və dövlətinin mənəvi, islahatçı və inqilabi ruhu unuduldu və ölkəni ağır vergilər, bürokratizm və zamanın tələblərinə təslim olmaq kimi ağır nəticələrlə üzləşdirdi. O dövrün hakimləri, tayfa və qəbilələrə imtiyazlar verməklə, hərəkatı tənəzzülə doğru sürüklədilər və tədriclə, son məğlubiyyət üçün zəmin yaratdılar.
    (6-3-3) NӘTİCӘLӘR, ARAŞDIRMA VӘ QİYMӘTLӘNDİRMӘ
    Ümumiyyətlə, sudanlı Mehdi hərəkatı Sudan müsəlman əhalisinin dini, fikri və siyasi həyatında çox mühüm rol və təsirə malik olub, Afrika xalqının anti-imperialist ruhundan xəbər verir. Sudanı azad etməklə bərabər, qərb dövlətlərinin, xüsusilə Ingiltərənin məntəqə ölkələri üzərində ağalığının qarşısını aldı. Həmçinin, Afrika müsəlmanlarının inti-imperialist mübarizələrinin artma gedişinə də böyük təsir göstərmişdir. Somali xalqının azadlıq hərəkatı və Molla Məhəmməd Abdulla qiyamı (1899-1920-ci əllərdə) da bu hərəkatın nəticələrindəndir.
    Mehdi hökuməti və dövlətinin ingilislərin əli ilə dağılmasından sonra onun ardıcılları «Әnsar» firqəsi və «Ümmət» partiyası çərçivəsində, Sudanın siyasi səhnəsində fəaliyyət göstərirdilər. Misir və Ingiltərənin 54 illik (1899-1953) müştərək istilası dövründə şücaətlə mübarizə aparaq, ölkənin azadılığı üçün çalışdılar və beləliklə, sudalı Mehdinin islahatçı məktəbi, qiymətli bir irs kimi Sudanın və məntəqə əhalisinin inti-imperialist mübarizəsinə arxa olurdu. İngiltərənin islamçıları, Mehdi hərəkatının tərəfdarları və ardıcıllarını susdurmaq, nəzarət altına almaq və din rəhbərlərinin qəti təsirlərini məhv etmək üçün çoxlu səy göstərməsinə baxmayaraq, bu hərəkatı Islam ümmətindən ayıra bilmədi.
    Buna görə də, I Dünya Müharibəsi dövründə Osmanlı xəlifəsinin cihad elan etməsi və müctehidlərə qohulmasının ardınca Әnsar firqəsi Mehdinin oğlu - Seyid Әbdül Rəhmanın başçılığı altında reaksiya göstərərək, ingilislərin nigarançılığına səbəb oldu. Lakin ingilislərin təfriqə salması, təsirsiz qalmadı və Seyid Әhbül Rəhmanın havadarlarından bir hissəsi ondan ayrıldılar.
    Sudana müstəqillik qazandırmaq məqsədilə, «Ümmət» siyasi partiyasını yaratdılar. Bu partiyanın daxilindən «Milli cəbhə» adlı digər partiya yarandı. İngiltərədən müstəqillik alaraq Misirə birləşmək arzusunda olan Xətmiyyə fiiqəsinin rəhbəri Seyid Әli Mir Qəni də onları himayə edirdi. 1956-ci ildə Sudanın müstəqillik qazanması və yeni respublika qurulmasına baxmayaraq, Mehdinin ardıcılları olan qrup və firqələrin heç biri bu ölkədə siyasi hakimiyyətə ələ ala bilmədilər.
    Seyid Әdbül Rəhmanın bu dövrdəki xidmətlərini hamı xatırlayır. O, 1959-cu ilin martında vəfat etdi və Әnsarın rəhbərliyi oğlu Seyid Siddiqə keçdi. 1961-ci ildə Seyid Siddiqin ölümü ilə, Әnsarın dini rəhbərliyi qardaşı oğlu Seyid Hadiyə, siyasi rəhbərliyi isə oğlu Seyid Sadiqə keçdi. Həmin dövrdə hakimiyyət general Ibrahim Әbdulun başçılığı ilə hərbiçilərdə idi. Bu dövrdə iki ifratçı siyasi qrup - yəni kommunistlər və Ixvanul-müslimin - çox genişlənmişdilər. Kommunistlər öz faəliyyətlərinə 1944-cü və Ixvanul-müslimin isə Misirdəki mərkəzi şöbənin təsiri altında, 1928-ci ildən başlamışdılar.
    1969-cu il çevrilişindən sonra Cəfər Nəmiri hakimiyyətə gəldi. Çinə meyilli olduğu üçün kommunistlərin nüfuzu və əməkdaşlığı, islamçı qrupların, o cümlədən Ixvanul-müslimin və Әnsarın sıxışdırılması başlandı. O, Әnsarın rəhbərinin yaşadığı Aba adasını bombalayaraq, onu - Imam Hadi əl-Məhdi, sudanlı Mehdinin nəvəsi - öldürdü. Nəmirinin bu dəhşətli cinayətindən sonra Әnsarın siyasi arenadakı hüzurunun azalması nəzərə çarpır.
    Lakin Sudanın siyasi səhnəsində digər islamçı partiya və qruplar fəaliyyət göstərirdi. Onlardan ən mühümü Doktor Turabinin rəhbərlik etdiyi və Ixvanul-müsliminin bir budağı olan «Islam cəbhəsi»idi. Bu cərəyan general əl-Bəşirin çevrilişini himayə etməklə, onu hamının qəbul etdiyi bir hökumətə çevirmişdir. Әl-Bəşir hökuməti yoxsulluq və aclıq, güclü tənəzzül, cənub və oradakı separatçı məsihilər məsələsi, siyasi, iqtisadi və mədəni sahələrdə imperializmin hücumu və mühasirə etməsi kimi problemlərlə üzləşmişdi.
    Hazırkı partiyalardan biri də, Sadiq əl-Mehdinin rəhbərlik etdiyi «Ümmət» partiyasıdır. O, iki dəfə hakimiyyətə çatmasına baxmayaraq, digər partiyalarla möhkəm blok yarada bilmədiyinə görə, öz proqramlarını həyata keçirə bilməmişdir. O, insana hörmətin qorunması, yeni Islam sistemlərinin yaradılması, milli və islami birlik, şimalla cənubun əməkdaşlığı, xaricə bağlılığın ləğvi, zülmə əl atmamaq, ictimai və Sudanın problemlərinin həlli üçün ictimai və sülhsevər yolların tapılmasının vacibliyi fikirləri ilə sudanlı Mehdinin siyasi səhnədə qalan ardıcıllarındandır.
    Sadiq Abdulla əl-Macidin rəhbərliyi ilə Ixvanul-müslimin qrupu Osman Mərcəninin rəhbərliyi ilə Millətçi Demokratik Birliyi Partiyası, Sudanda siyasi və ictimai fəaliyyət göstərən digər mühüm partiyalardandır.
    Hər halda, sudanlı mehdi hərəkatı bu hakimiyyəti ələ almaq iqtidarında deyil. Başqa sözlə, hərakatın rəhbərinin ölümündən sonra onun canişinləri daxili ixtilaflar üzündən, hərakatın ilkin hədəflərini icra etmək gücündə deyildilər. Çünki birincisi əxlaqi və sufizm əsaslarına malik olmaq və ağlı, dəlili, fəlsəfəni kənara qoymaqla, yeni hökumət məsələlərini həll edə bilmirdi. İkincisi, işlərin icrası zamanı keçmiş idarə sistemindən istifadə və bu keçmiş dövlət məmurlarını əməkdaşlığa dəvət edirdi. Onlar da casusluq və sair əməllərlə, hərəkatın əxlaqi və hökumət süqutu üçün zəmin yaradırdılar. Bu təcrübə həm qələbə, həm də məğlubiyyət üçün yaxşı dərs ola bilər. Cihad, mübarizə, şəhidlik, haqq uğrunda mübarizə, inti-imperializm və birliyin olmamasından, ağıl və ictihaddın səhv dərki və onların məğlubiyyəti üçün zəmin yaratmış yeni məsəllərə qarşı anlayışın olmamasından irəli gələn ibrət dərsidir.
    (6-4) İXVANUL-MÜSLİMİN HӘRӘKATI
    Bu cərəyan Islam dünyasının ən səsli-küylü, eyni zamanda ən sirli və qapalı, az tanınan siyasi qruplarından biridir. Fəaliyyət mərkəzi Orta Şərqin müsəlman ölkələri və yaranma mərkəzi, Afrikanın şimal-şərqində yerləşən Misirdir.
    Misir, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun tarixi, miladdan 5000 il öncəyə gedib çıxır. İlk padşah silsilələri - Firon adı ilə məhşurdurlar - miladdan 3200 il öncə Misirdə hakimlik edirdilər.
    Fironların Misir üzərində hakimiyyəti b.e.ə 1341-ci ilə qədər davam etmişdir. Ondan sonra iranlılar, yunanlılar və romalılar Misirə hakim oldular. Daha sonra miladın III-VII əsrlərində Misir, Bizans imperiyasının bir hissəsi idi. Miladın VII əsrində, ərəblər bu ölkəyə hakim oldular və Misir 1250-ci ilə qədər ərəblərin işğalı altında qaldı. Ondan sonra məmlüklər Misirə ağalıq etdilər və 1517-ci ildə bu hökumətin süqutu ilə, Misir Osmanlı imperiyasının tərkibinə daxil oldu. 1914-cü ildə Ingiltərənin bu torpaqlar üzərində hakimiyyəti rəsmiləşdi. 1922-ci ildə Ingiltərə Misirin bir şahlıq ölkəsi kimi istilasını rəsmi surətdə tanıdı və osmanlılıların təyin etdiyi sonuncu hakim Xədiv Ismayılın oğlu məlik Fuad Misirin ilk şahı kimi taxta çıxdı. İI Dünya Müharibəsinin alovu Misiri də bürüdü və Misir torpağını qanlı döyüşlər səhnəsinə çevirdi.
    Müharibədən sonra inglis qoşunlarının Misir torpaqlarında qalması, misirlilər və xüsusilə gənc misirli zabitlər arasında inti-ingilis hisslərini gücləndirdi. 1952-ci ilin yanvarında Məhəmməd Nəcib və Camal Әbdül Nasirin çevrilişi ilə, şahlıq rejimi devrildi və respublika sistemi, Misirin siyasi sistemi elan edildi, Məhəmməd Nəcib prezident oldu.
    1929-cu ildə Həsən Bənna tərəfindən təsis edilmiş Ixvanul-müslimin - müsəlman qardaşlar - hərəkatının Misirin siyasi sisteminin dəyişilməsindəki rolu heç kimdən gizli deyil. Xüsusilə, padşahlıq rejiminin devrilməsində müstəsna rol oynamış Camal Әbdül Nasir, bu hərəkatın təfəkküründən və təlimlərindən bəhrələnmişdir. Bu müqəddiməni söyləməklə, indi də həmin hərəkatı araşdırmağa başlayırıq.
    (6-4-1) YARANMA FORMASI VӘ BANİSİ
    Tərəfdarlarının Ixvanül-müslimin adlandırıdığı bu hərəkat, XX əsirin islamçı dini-siyasi cəmiyyətlərinin ən güclülərindən biridir. 1929-cu ildə Misirin Ismailiyyə şəhərində Şeyx Həsən ibni Әhməd ibni Әbdül Rəhman Bənna (h.q. 1324-1368, miladi 1900-1948) tərəfindən təsis edilmişdir.
    Həsən Bənna Misirdə Iskəndəriyyə yaxınlığındakı Mahmudiyyə adlı qəsəbədə doğulmuşdur. İbtidai təhsilini doğulduğu yerdə və daha çox hənbəli məktəblərində almışdır. Sonra Qahirənin Darul-ulum məktəbinə daxil olmuş, 1927-ci ildə diplomunu alaraq, Ismailiyyə şəhərində müəllimliyə başlamışdır.
    Həmin dövrdə müxtəlif şəhərlərin əhalisinin psixologiyasını öyrənməyə başlamış, hökumət aparatının fırıldaqları, ingilislərin müdaxiləsi, ümumi yoxsulluq və cəmiyyətdəki təbəqələrarası fərqi görərək, Misir xalqının sadəlövhlüyünü anlayıb və onların Islamın həqiqi mənasını bilmədiklərini başa düşdü. Bu amillər, onun həmin maneələri aradan qaldırmaq və dəyən ziyanların yerini doldurmaq üçün yollar axtarmasına səbəb olaraq, «Ixvanul-müslimin» adlı cəmiyyətin təsisi ilə nəticələndi.
    I Dünya Müharibəsindən sonra ziyalılar və savadlılar arasında dinsizliyin sayılması, xüsusilə «əlmaniyyət» yaxud «dünyapərəsilik» fikrinin Atatürkün qələbəsindən sonra Türkiyədə yayılması və xəlifəliyin ləğv olunması, misirlilərin ingilislərə qarşı milli hisslərinin alovlanması ilə xalqın Misirin daxili vəziyyətini islah etmək kimi qəti istəyi, bu cərəyanın yaranmasına səbəb oldu. Həsən Bənna öz xatirələrində belə yazır: «Miladi 1928, h.q. 1347-ci ilin zil-qədə ayında qardaşlardan altı nəfər mənimlə görüşə gəldilər. Gələnlər bunlar idi: Hafiz Әbdül Həmid, Әhməd Misri, Fuad Ibrahim, Әlbül Rəhman Həsbullah, Ismail Әzz vəz Zəki Məğribi. Bu qardaşlar, mənim dərs və çıxışlarımın təsiri altına düşənlərdən idilər. Onlar səsləri qüdrətlə dolu, gözləri parıldayan və üzlərində iman və qəti qərar ifadəsi olan bir halda idilər: «Biz eşitməli olduqlarımızı eşitdik və bizə təsir etdi. Lakin Islamın hörmətinin bərpası və müsəlmanların xeyrinin praktiki yolunu bilmirik. Biz zillət dolu yaşayış və icbari məhdudiyyətlərdən cana gəlmişik. Özün bu ölkədə ərəblərin və müsəlmanların heç bir hörmət və heysiyyətə malik olmadıqlarını görürsən. Onlar xaricilərdən asılı bir vəziyyət düşmüşlər. Bizim damarlarımızdan axan qaynaq qan, imanla dolu ruh və övladlarımız üçün güc olan azacıq puldan başqa təqdim edəcək bir şeyimiz yoxdur. Әməl olunacaq yolu, vətənə, dinə və ümmətə xidmət yolunu sənin kimi bilmirik. İndi biz Allah qarşısında borcumuzu yerinə yetirmək üçün malik olduğumuz şeyləri sənə təqdim etmək istəyirik. Sən də Allah qarşısında bizim böyüyümüz ol və əməllərimizin məsuliyyətini qəbul et. Sidqi ürəklə, Allahın və Allah dininin razılığı üçün canlarımızdan keçməyə hazır olan bu qrup aydındır ki, hətta sayları az olsa belə, qələbəyə layiqdirlər».
    Sidq ürəklə deyilmiş bu sözlər mənə çox təsir etdi və üzərimə qoyduqları məsuliyyətdən boyun qaçıra bilmədim. Çünki özüm də bu yolda fəaliyyət göstərir, xalqı da bu yola çağırırdım. Dərin təsirlə onlara dedim: «Allah sizə əvəzini versin, sizin bu yaxşı niyyətinizi mübarək etsin və hamımıza yaxşı işlər görmək imkanı yaratsın. Həm Allahın razılığını cəlb edəcək, həm də xaqlın xeyrinə olacaq işlərdir. Biz işləməli və iş görməliyik. Müvəffəqiyyətimiz Allahdadır. Biz Allah qarşısında Islam dəvətinin əsgərləri kimi vətənimizin nicatı və xalımızın izzəti yolunu getmək üçün biət edirik. Biət etdik və Islam yolundan qardaş kimi əməl etməyə və vuruşmağa and içdik».
    Oradakılardan biri dedi: «Özümüzə nə adı verək? Özümüzü cəmiyyət, klub, təriqət və ya birlik kimi rəsmiləşdirəkmi?». Mən dedim: «Nə birincisi və nə də ikincisi. Çünki biz özünütəbliğ və rəsmilik dalında deyilik. Әksinə, biz Islamın xidmətində olan qardaşlarıq. Deməli biz, «Ixvanul-müslimin»-ik».
    Beləliklə, «müsəlman qardaşlar» ifadəsi təsadüfən ağzımdan çıxdı və Ixvanul-müsliminin ilk özəyi, həmin altı nəfərin iştirakı ilə yarandı».
    Buna əsasən o, «Darul-ixvan»-ı təsis edərək, 1929-cu ildə onun varlığını elan etdi və özünü «Mürşüdül-am» adlandırdı. İxvan hərəkatı Ismailiyyədə məscid və məktəb qurmaqla, ilk fəaliyyətinə camaat namazı keçirmək və sair işlərlə başladı. Az bir müddətdən sonra fəaliyyətini Ismailiyyə hüdudlarından kənara yaydı. İsmailiyyənin 15 km-də yerləşən Әbu Savir, fəaliyyətlərini başladıqları ikinci yer oldu. Sonrakı yerlər isə Pur Səid, Bəhrus-səğir və Sutez idi. İxvanul-müsliminin əsas mərkəzi 1932-ci ilin əvvəllərində Qahiriyyəyə köçdü və Həsən Bənna Şeyx Әli Həddavini özünün Ismailiyyədəki nümayəndəsi elan etdi. Bu dövrdə hərəkatın əsas fəaliyyəti jurnal və qəzet nəşri, seminarlar və konfransların keçirilməsi idi. Burada onlar əvvəlcə Islam məsələlərinin öyrədilməsi ilə məşğul idilər. İkinci mərhələdə, xarici istismarları, Misirin himayədə olan ölkə olmasını və onun hakimlərini tənqid edir və səltənət taxtının bünövrəsini silkələyirdilər. O zaman bu hərəkat öz ömrünün yeddinci ilini yaşayırdı.
    (6-4-2) İXVANUL-MÜSLİMİNİN İDARӘETMӘ SİSTEMİ
    Həsən Bənna deyir: «Ixvanul-müsliminin hədəfi, mənəvi və pratik bir hədəfdir. İdarə və təşrifat (zahir) hədəfi deyil. Qardaşlar bu məsələni nəzərə almalı və bu idarə sistemlərinin yalnız nizam-intizam yaratmaq üçün olmasına inanmamalıdırlar». Sonra Ixvanın idarə heyətlərini belə bəyan edir:
    1. Həzrət ustad «mürşidi-kull» (baş mürşid);
    2. Baş maarif idarəsi;
    3. Məntəqə nümayəndələrinin də daxil olduğu ümumi şura məclisi;
    4. Məntəqə və bölmələrə təyin olunan nümayəndələr;
    5. Şöbələr üzrə nümayəndələr;
    6. Mərkəzi şura məclisi (iclasları);
    7. Məntəqə konfransları
    8. Nümayəndəliklərdən gəlmiş nümayəndələr;
    9. Səfər qrupları;
    10. Bağlıların (qardaşların) qrupları.
    Ixvanın nişanları:
    Ixvan sair qruplardan seçilmək məqsədilə, özünə üzərində "qul təaləv...” cümləsi yazılmış on bucaqlı gümüş üzük şəklini gerb və nişanə seçdi. Üzvlərin hər biri bu formada üzük hazırlayaq, sağ əlin kiçik barmağında gəzdirməli idilər. Bu üzük üçün üzvlərdən beş qruş alınaraq, sonralar onlara verilirdi.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 951 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024