İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    9:00 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    YEDDİNCİ FӘSİL
    İSLAM DÜNYASININ MÜASİR BÖHRANLARI
    Islam dünyasının müasir (hazırkı) böhranlarına toxunmazdan öncə islam dünyasının ərazisi, xüsusiyyətləri, ölçüləri haqqında-böyük bir mədəni və coğrafi ərazi ünvanı ilə-bilməyimiz zəruridir.
    (7-1) İSLAM DÜNYASININ ӘRAZİ VӘ COĞRAFİ XÜSUSİYYӘTLӘRİ
    İslam dünyası, Atlantik okeanın sahillərindən başlayaraq, təqribən cənub-qərbi, şimal-şərqi istiqamətində Çinin qərbinədək uzanan əsas əraziyə malikdir. Bu birləşmiş və tam ərazidən savayı, onun ətrafında və dünyanın digər yerlərində, əhalisinin tam əksəriyyəti və ya nisbi çoxluğunu müsəlmanların təşkil etdiyi kiçik hissələr də vardır. Bu hissələr Avropa, Amerika və Asiya qitələrində yerləşir və əsas etibarilə: Benqal körfəzinin şimalında Banqladeş, Asiya və Okeaniya arasındakı Indoneziya adalar qrupu, Filippinin cənubunda müsəlmanlar yaşayan adalar, Malaqa yarımadası, Hind okeanında Maldiv adalar qurpu, Komor adaları, Cənubi Amerikada Tviana, Avropada Albaniya, Bosniya və Hersoqovinadan ibarətdir.
    Islam dünyası, coğrafi mövqe baxımından 18º cənub en dairəsi, 58º şimal en dairəsi, 7º qərb uzunluq dairəsi və 135º şərq uzunluq dairəsi arasında yerləşmişdir. Yəni onun coğrafi uzunluğu və eni, 72º coğrafi en və 152º coğrafi uzunluqdan ibarətdir.
    Islam dünyasının coğrafi ərazisi, əhalisinin 50%-dən çoxunun müsəlman olması ilə bərabər, 10 kiçik coğrafi məntəqəyə bölünür:
    1. Asiyanın cənub-şərqi: Filippinin cənubu, Bruney, Indoneziya, Malaziya, Sinqapur. Bu qrupda ən böyük ölkə, Indoneziya və ondan sonra Malaziyadır.
    2. Asiyanın cənubu: Banqladeş, Pakistan, Maldiv və Hindistanın müsəlmanlar yaşayan məntəqələri. Burada, ən böyük ölkə Pakistan və Banqladeşdir.
    3. İran platosu (yaylası): Iran, Әfqanıstan və Kəşmirdən ibarətdir. Әn böyük ölkə, Irandır.
    4. Mərkəzi Asiya: Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Çinin qərb məntəqələri (Sin Kyanq). Әn böyük ölkələr, Qazaxıstan və Özbəkistandır.
    5. Qafqaz və Türkiyə: Azərbaycan, Türkiyə, Çeçenistan, Dağıstan, Kiprin və Gürcüstanın bir hissəsi. Әn böyük ölkələr Türkiyə, daha sonra Azərbaycandır.
    6. Cənub-şərqi Avropa: Albaniya, Bosniya və Hersoqovina. Әn böyük Albaniya dövlətidir.
    7. Afrikanın şimalı: Misir, Әlcəzair, Liviya, Tunis, Mərakeş və Saxara. Әn böyük dövlət Misirdir.
    8. Afrikanın şərqi: Somoli, Sudan, Efiopiya, Eritreya, Tanzaniya, Komor və s.
    9. Afrikanın qərbi: Mavritaniya, Seneqal, Qvineya, Syera-Leone, Qambiya, Kot Divur (fil sümüyü sahili) və Nigeriya. Nigeriya başqalarından daha böyükdür.
    10. Mərkəzi Afrika: Mali, Çad, Niger, Burkina Faso (Yuxarı Volta). Әn böyük ölkə, Malidir.
    11. Әrəbistan yarımadası: Səudiyyə Әrəbistanı, Iraq, Suriya, Livan, Iordaniya, Fələstin, Yəmən, BӘӘ, Qatar, Bəhreyn, Oman və Küveyt. Bunlardan ən böyükləri, Səudiyyə Әrəbistanı və Iraqdır.
    Adını çəkdiyimiz və əhalisinin çoxunu müsəlmanlar təşkil etdiyi bu on bir məntəqədən savayı, dünyanın digər yerlərində də, azlıq kimi tanınan müsəlmanlar yaşayırlar.
    51 ölkədən ibarət olan Islam dünyasının ərazisi, 32,422,852 km-dir və bu da təqribən, Yer kürəsinin quru sahəsinin 22%-ni təşkil edir.
    Islam dünyası müsəlmanlarının bu və digər yerlərdəki müsəlman azlıqları təqribən 1,200,000,000 nəfərdir və onlar, yer üzünə yayılmışlar(51 Islam ölkəsinin əhalisinin ümumi sayı 1190,1 milyon nəfərdir və onların bir hissəsini, qeyri-müsəlmanlar təşkil edir.). Bu da, dünya əhalisinin təqribən 21%-i deməkdir. İslam dünyasında əhalinin sıxlığı, hər 1 km-də 40 nəfər təşkil edir. Səth baxımından, Islam dünyası quru çöllərin hündürlüklərindən, səhralardan, bərəkətli çəmənlərdən, yaylalardan, yarımadalardan, adalardan və s.-dən ibarət parçalanmış ərazi kimi nəzərə çarpır. İslam dünyasının məşhur hündürlükləri: Afrikanın şimalındakı hündürlüklər - Atlas və ya Atlantik; Pindus hündürlükləri (Albaniya); Toros və Anti Toros, Pontin (Türkiyə); Qafqaz dağları, Elbrus, Zaqros, Süleyman, Hinxuş və Pamirdən ibarətdir. İslam dünyasının məşhur yaylaları sırasına; Anadolu, Iran, Әrəbistan, Pamir və Somoli yaylaları daxildir.
    Islam dünyasının bərəkətli çöllərinə: Mesepotamiya (Iki çayarası), Nil, Xuzistan, Gilan və Mazandaran, Sind və Pəncab, Mavəraünnəhr, Qaiq, Niger, Qvineya körfəzi və vadilərini aid etmək olar.
    Islam dünyasının məşhur dəniz və körfəzləri bunlardır: Fars, Benqal, Әdən və Qvineya körfəzi; Qırmızı, Xəzər, Qara, Oman və Aralıq dənizi.
    Islam dünyasının tanınmış çöl və səhralarına bunlar daxildir: Afrikanın Böyük Səhrası (dünyanın ən böyük səhrası), Әrəbistan, Lut və Kəvir, Türküstan, Qaraqul və Qobi səhrası (Asiyanın cənubu).
    Iqlim baxımından, coğrafi mövqeyinə görə, ərazisinin böyüklüyü və hündürlüklər, dəniz və okeanlar kimi, müxtəlif yerlərin mövcudluğuna görə təbii ki, müxtəlif hava şəraitinə malikdir. İslam dünyasının ən yaxşı iqlim nümunələri bunlardır:
    1. Asiyanın cənubu, Afrika ekvatorial və Hind okeanı adalarında ekvatorial qurşaq;
    2. Ekvatorun ətrafında subekvatorial (yarım ekvatorial) qurşaq;
    3. Türkiyə, Iran, Kəşmir, Әfqanıstan və Qafqazda dağlıq qurşağ;
    4. Afrikanın şimalında, Mediteraniyanın şərqində, Türkiyə, Albaniya və s.-də araqlıq qurşağ;
    5. İranın şimalında Xəzər qurşağı;
    6. Asiyanın cənubundakı (Banqladeş, Pakistan və s.) mövsümi qurşaq;
    7. Afrika, Iran yaylasın, Әrəbistan yayla və yarımadasında, Asiyanın cənubunda (Pakistan və Hindistan) və Mərkəzi Asiyadakı səhra qurşağı (tropik);
    8. Səhraların kənarı və səhralarla dağların arasındakı yerlərdə subtropik (yarımsəhra) qurşağı.
    Islam dünyası dünyaya coğrafi baxımından, Atlantik, Hind və Sakit okeanlarına, həmçinin Asiya, Afrika, Avropa və Okeaniya kimi qitələrə çıxışa malikdir.
    Su mənbəyinə gəldikdə, dünyanın azad su mənbələrinə çıxışdan əlavə, çay və göl su ehtiyatlarına malikdir: Nil, Qanq, Sind və Pəncab, Seyhun, Ceyhun (Amu-Dərya və Sır-Dərya), Sefidrud, Kərxə, Karun, Dəclə, Fərat, Kür, Niger və Seneqal çayları; Xəzər, Viktoriya, Çad, Balxaş, Urmiya, Van, Aral və s. göllər.
    Su mənbələri, Islam dünyasının səhra məntəqələrinin problemlərindən biridir - xüsusilə, Orta Şərq və Fars körfəzində - və bu mənbələrin suyun mübadiləsi və ötürülməsi yolu ilə, gələcəkdə bu problemi həll etmək olar.
    Iqtisadi baxımdan torpağa (yerə) bağlıdır və onun əsas iqtisadi fəaliyyətləri: yeraltı sərvətlərin, neft və qaz kimi enerji mənbələrinin çıxarılması, vadi, çöl və düzənliklərdə əkinçilik və heyvandarlıq məqsədilə istifadədən ibarətdir. Təəssüflər olsun ki, sənaye istehsalında rol oynayan bir neçə Islam ölkəsindən savayı, digərləri bu imkana malik deyildirlər. Onların sənaye istehsalının əksər hissəsi, daxili ehtiyaclara yönəldilir və dünya bazarına çıxmaq iqtidarında deyildirlər. Yalnız Türkiyə, Qazaxıstan, Malaziya, Indoneziya, Pakistan və Iran istisnadır. Onların da bu imkanları, məhdud səviyyədədir.
    Islam dünyasının əkinçilik məhsulları, bunlardır:
    Yeyinti məhsulları: buğda, arpa, meyvə, düyü və s. dənli bitkilər;
    Sənaye məhsulları: pambıq, şəkər qamışı, kətan, yağ dənələri (soya, günəbaxan və s.), tibbi bitkilər, kauçuk, tütün, tənbəki və s.
    Islam dünyasının yeraltı mənbələrini, əsasən Fars körfəzi, Afrikanın şimalı və Asiyanın cənubunda yerləşən neft və qaz təşkil edir. Bu baxımdan Islam dünyası, dünyanın başqa məntəqələrinə nisbətən, xüsusi üstünliyə malikdir. Digər yeratlı mənbələr bunlardır: uran, dəmir, mis, qurğuşun, qalay, manqanz, xrom, boksit, nikkel, qızıl, gümüş, qiymətli daşlar, almaz, arxetektura və tikinti daşları, potasium, xörək duzu, təbaşir və s. Bunlardan əlavə, Islam dünyası əkinçilik, heyvandarlıq, meşə və ağac sənayesi, balıqçılıq, hidroelektrik və günəş enerjisi və s.-ə malikdir. Bunlar da, öz növbəsində mühüm sərvət mənbələrini, müsəlmanların ixtiyarına qoyur.
    Islam ölkələri arasında - ərazi baxımından - ən böyüyü Qazaxıstandır (2,717,300 km). Bu növ statistik rəqəmlərdə yalnız bir «vergül»dən istifadə edilir. Bu rəqəm 2717,3 km olmalıdır. Ümumiyyətlə, bütün statistik rəqəmlər dəqiqləşdirilməlidir} və ən kiçiki Maldivdir (298 km). Әhalinin sayına görə ən böyüyü Indoneziya (197,6 milyon nəfər) və kiçiyi Maldivdir (250000 nəfər).
    Әrazisinə görə Islam dünyasının ən böyük beş ölkələri bunlardır: Qazaxıstan, Sudan, Әlcəzair, Səudiyyə Әrəbistanı və Indoneziya. Həmçinin, əhalinin sayına görə birinci 5 ölkə - Indoneziya, Pakistan, Banqladeş, Nigeriya və Türkiyədir. Hərbi gücünə görə ilk beş ölkə bunlardır (sıra ilə): Pakistan, Iran, Türkiyə, Misir və Suriya.
    Islam dünyası dünya əhalisinin 21%, dünya torpaqlarının 22%, dünya müstəqil ölkələrinin 27% və BMT üzvlərinin 27,5%-ini təşkil edir. Başqa sözlə, BMT Ümumi Yığıncağının 27,5% səsinə malikdir. İslam dünyası hərbi qüvvələrinin ümumi sayı, piyada, hava və dəniz qüvvələrində çalışan 5,5 milyon əsgərdən ibarətdir. İslam dünyasının güc mənbələrini, əhalidən savayı torpaq və ərazi, BMT-də xüsusi yer və diqqətəlayiq hərbi qüvvə və aşağıdakılardan ibarət digər amillər təşkil edir:
    - Üç böyük okeana və dünyanın 4 qitəsinə birbaşa çıxış;
    - Dünya neftinin 70% və dünya qazının 28%-nə malik Fars körfəzinin ərazisi. Bunlardan əlavə, Islam dünyası Afrikanın şimalında və Asiyanın cənub şərqində böyük ehtiyatlara malikdir;
    - Bərəkətli və dünyada tayı-bərabəri olmayan vadilər;
    - Çay və göl kimi şirin su mənbələri;
    - Səhra və qeyri-səhra məntəqələrində günəş enerjisi istehsalı üçün münasib şərait və imkanlar;
    - Metal və qeyri-metallardan ibarət mühüm yeraltı mənbələr;
    - Müxtəlif iqlim və hava qurşaqları, müxtəlif əkinçilik, meyvə və heyvandarlıq məhsulları;
    - Dünyanın - Malaqa, Babül-Məndab, Hörmüz, Cəbəlüttariq, Bosfor və Dardanel boğazları, Süveyş, Tirana və s. kimi mühüm(Məşhur Portuqaliya dənizçisi Albu Krek demişdir: «Hörmüz, Babəl-Məndab və Malaqa boğazlarına malik olan ölkə, dünyaya hakim olacaq». Napoleon demişdir: «Әgər biz 6 saat dünya boğazlarına hakim olsaq, dünyaya ağalıq edəcəyik». Boğazlar hələ də dünyanın qitələr və okeanlararası əlaqələrində öz mühüm rolunu saxlamış və «Beynəlxalq Dəniz Hüququ Konvensiyasında» xüsusi yer almışdır. Bəziləri onları «Həyat xətti», digərləri isə «dünyanın açarları» adlandırırlar.) kanallarıdır.
    Islam dünyasında müxtəlif hökumətlərin olmasına baxmayaraq, onlardan yalnız bə’ziləri öz adlarında «Islam» sözündən istifadə ediblər. Məsələn, Iran Islam Respublikası, Pakistan Islam Respublikası, Mavritaniya Islam Respublikası, Komor Federativ Islam Respublikası, «Әfqanıstan Islam Dövləti və s. Әlbətdə, onların əksəriyyətinin mahiyyəti fərqlidir və belə görünür ki, yalnız Iran Islam Respublikası mahiyyətləri ilə düz gəlir.
    Təəssüflər olsun ki, Mali, Çad, Әfqanıstan, Somali və Tanzaniya kimi - adambaşına düşən illik gəliri 200-250 dollar olan - dünyanın ən kasıb ölkələri Islam dünyasına daxildirlər. Başqa tərəfdən, Islam dünyasının ən varlı ölkələri, Iran körfəzi hövzəsində yerləşmişlər. Həmin ölkələr bunlardır: Küveyt, Səudiyyə Әrəbistanı, BӘӘ və s. İslam dünyasının ən varlı və ən kasıb ölkəsi arasındakı fərq, 1:120 nisbətindədir. Məsələn, Әfqanıstan adam başına düşən 200 dollarla ən kasıb və BӘӘ 24000 dollarla Islam dünyasının ən varlı ölkəsidir.
    (7-2 )İSLAM DÜNYASINDA BÖHRANLAR
    Təssüflər olsun ki, Islam dünyası bir çox böhran məntəqələrinə malikdir və onları, həmcivar və daxili azlıq olaraq iki qrupa bölmək olar.
    1. SӘRHӘDYANI VӘ MӘNTӘQӘDӘN KӘNAR BÖHRANLAR
    Bu böhranlar, Islam dünyasının sərhədləri və islam dünyası ərazisinin qeyri-islam dünyası ilə toqquşduğu - xüsusilə mədəni - sahədə baş vermişdir. Әslində, Islam dünyası ilə qeyri-islam dünyasının toqquşma nöqtələri, böhranlı məntəqələrə çevrilmişdir. Sözü gedən böhranlar əsasən bunlardır:
    1. Avropanın cənub-şərqi (Bosniya və Herseqovina);
    2. Kəşmir;
    3. Qafqaz (Azərbaycan və Ermənistan);
    4. Fələstin;
    5. Filippin.
    2. DAXİLİ VӘ YA MӘNTӘQӘDAXİLİ BÖHRANLAR
    Bu böhranlar, Islam dünyasının daxilində müşahidə olunur və iqtisadi, ictimai, siyasi, məzhəbi və s. kimi müxtəlif köklərə, səbəblərə malikdir.
    Bu böhranlar da iki qrupa - ölkədaxili və ölkələrarası - bölünür.
    1. Ölkədaxili böhranlar
    Bu böhranlar iki formada - millətlə millət və dövlətlə millət arasında - yaranır və böhranın mövzusu hakimiyyətin ələ keçirilməsi, siyasi sistemin dəyişilməsi, yeni hökumətin qurulması, hökumətin islahı, məzhəbi çəkişmələr, tayfa, icma, yer çəkişmələri və s. olur.
    Bu böhranlara misal olaraq Pakistan, Әfqanıstan, Iraq, Türkiyə, Tacikistan, Indoneziya, Әlcəzair, Somali, Livan və s. ölkələri göstərmək olar.
    2. Ölkələrarası böhranlar
    Bu böhranlar mülayim ya güclü, qısa və ya uzunmüddətli, iki və ya bir neçə müsəlman ölkəsi arasında olur. Səbəbi, sərhəd ixtilafları və yeraltı sərvətlər, milli məsələlər, mənafelərin toqquşması, rəqabət və ümumiyyətlə, geopolitik proseslərdir. Bu növ böhranlara Yəmən və Әrəbistan, Suriya və Iraq, Iraq və Iran, Iraq və Küveyt, Iran və Әfqanıstan, Sudan və Misir, Tükiyə və Suriya, Iran və BӘӘ, Qatar və Әrəbistan, Әrəbistan və Iraq və s. ölkləri aid etmək olar.
    Әlbətdə, Islam dünyasının məntəqədaxili və daxili böhranlarının mənbəyi, tamamilə onun daxilində deyil. Bə’zi vaxtlarda Islam dünyasında mövcud olan şərait, kənar müdaxiləçi ölkələr və ya dünya güclüləri tərəfindən istifadə edilir. Belə ki, Fars körfəzi geostrateji məkanında Amerikanın müdaxiləçi qüvvələri, məntəqə böhranının genişlənməsinə səbəb olur. Çünki Amerikanın milli mənafeyi, məntəqədə bu cür böhranların olması ilə qorunur.
    Islam dünyasının sərhədyani və daxili böhranları çox olduğu üçün - onları araşdırmaq müəyyən zaman və imkan tələb edir - indi onlara toxunmağa vaxt yoxdur. Buna görə də, Islam dünyasının yalnız mədəni-dini ərazisinin digər ölkələrlə toqquşma nöqtələrində olan sərhədyani böhranların qısa bəyanı ilə kifayətlənəcəyik. Bu səbəbdən də Fələstin, Kəşmir, Bosniya və Herseqovina, Filippin və Qafqaz kimi məntəqə böhranlarını, qısa şəkildə araşdıracağıq.
    (7-2-1) FӘLӘSTİN BÖHRANI
    Aralıq dənizinin şərqində, Asiya qitəsinin qərbində yerləşən və Asiya ilə Afrika qitələrinin kəsişdiyi məntəqə, Fələstin adlanır. Onun kənarında, dünyanın strateji su yollarında olan Süveyş kanalı yerləşir. Bu kanal, Qırmızı və Aralıq dənizləri vasitəsilə, Hind və Atlantik okeanlarını, bir-birinə birləşdirir.
    Fələstin diyarı, dünyanın üç böyük dininin - yə’ni islam, xristianlıq və yəhudilik - ardıcıllarının müqəddəs torpağıdır. Әrazinin məhdudluğu, əhalinin çoxluğu və mədəni cəhətdən parçalanmaları, həmin diyarın xüsusiyyətlərindən biridir. Fələstin torpağı, şirin və acı tarixi xatirələri və müxtəlif dinlərin şəfqət, hiss və din bağlılıqlarını yada salır.
    Strateji coğrafi mövqe, uzun tarix və dünyanın böyük dinlərinin ardıcıllarının xatirələri və hissləri, Fələstin sakinlərinin mədəni və dini fərqləri, dünya qüdrətlərinin mübarizəsi və onların məntəqəyə baxışı hamısı birlikdə, Fələstin məntəqəsində böhranlı şəraitin yaranmasın səbəb olmuşdur. Bu da özünü, müsəlman və yəhudi qəsbkar sakinlər arasında təzad və qarşıdurmada göstərir. Bu məntəqə, dünyanın ən mühüm böhran ocaqlarından biridir və yerli, ikitərəfli, beynəlxalq sə’ylərə baxmayaraq, hələ də, bu böhran səngiləşmiş və əksinə, zaman ötdükcə daha da dərinləşir.
    FӘLӘSTİNİN QISA TARİXİ
    Deyilənlərə görə, b.e. 3500 iləvvəl, sam tayfaları Әrəbistandan şimala, Iraq, Misir, Suriya və Livan torpaqlarına doğru mühacirət etməyə başladılar və onlardan «Kənanilər» adı ilə tanınanlar, indiki Fələstində yaşamağa başladılar. Bu qövm, e.ə. İI minillikdə (4000 min il bundan əvvəl), Kənaniyə adlı dövlət qurdular. E.ə. 1225-ci ildə, Həzrət Musa (ə.s.)-ın rəhbərliyi ilə Bəni-Israil xalqı, Fələstini özü üçün yaşayış yeri seçdi. Misirdən başlanan bu hicrət, həmin xalqın bu torpaqlara və ya «vəd olunmuş yerlərə» ikinci səfəri idi(Ilk hicrət barəsində deyilir ki, Tanrı Ibrahim (ə) və ardıcıllarına, Mesopotamiyadan Kənan torpaqlarına (Fələstinə) doğru getmək əmri verdi. Tanrının verdiyi vədə əsasən, həmin yerlər işgəncə və əziyyətli bir dövrdən sonra onların olacaqdır. Aclığın başlanması ibraniləri (israilliləri), Misirə köçməyə məcbur etdi. Oradan da qovularaq, Həzrət Musa (ə)-ın rəhbərliyi ilə yenidən vəd olunmuş torpağa qayıtdılar.). İki ayrı döyüşçü qəbilələrindən təşkil olunmuş bu xalq, Şaulun rəhbərliyi ilə bir padşahlıqda birləşdilər və bu hökumət sonralar, Davud (ə)-ın oğlu Süleyman» (ə) Ibrani (Israil) dövlətini və ilk məbədi Yerusəlim şəhərində, e.ə. X əsrdə yaratdı. Süleyman (ə)-ın şahlığı, təqribən 200 il çəkdi və onun vəfatından sonra, dövlət «Israil» və «Cuda» adlı iki hissəyə parçalandı. E.ə. 721-ci ildə, aşurilər Israili tutaraq, dağıtdılar və e.ə. 586-cı ildə həmin bəlanı Cudanın başına gətirdilər. Onlar Davud (ə)-ın Yerusəlimdə tikdirdiyi israillilərin ilk məbədini dağıtdılar və oranın bir çox sakinlərini Babilə sürgün edildilər. Babil, e.ə. 589-cu ildə Iran şahı Kirin tərəfindən işğal olundu. İsrailli və buddist əsirlər, azad edildilər. Beləliklə, 40000 nəfər yenə öz torpaqlarına qayıdaraq, ikinci məbədi düzəltdilər. Bu tarixdən başlayaraq, Fələstin torpağı növbə ilə makedoniyalılar və melevkilərin hakimiyyəti altına keçdi.
    E.ə. 63-cü ildə, Romalıların nəzarəti altına düşdü. Yəhudilər 64 və 135-ci miladi illərində, üsyan etdilər. Nəticədə, romalılar onların məbədini dağıtdaraq, qətillərə, qul əsir almağa və yəhudilərin sürgününə başladılar. Həmin dövrdən təqribən 1800-ci ilə qədər, yəhudilər dağınıq halında yaşadılar. Әlbətdə, Fələstində az sayda yəhudi yaşayırdı və 1914-cü ilə qədər Fələstin sakinlərinin yalnız 10%-ni yəhudilər təşkil edirdi.
    Digər tərəfdən milladdan təqribən 1000 il əvvəl Fələstin adlı başqa bir xalq məntəqəyə gələrək, Kənanilərin yerini tutdular və israillilərin dağınıq olduğu dövrlərdə - ola bilsin ki, orada əhli yox idi - digər Fələstin xalqları və ərəblər, məntəqəyə daxil oldular. Belə ki, hazırkı əsrin əvvəllərinə (XX əsr nəzərdə tutulur-tərc.) qədər, Fələstin əhalisinin əksəriyyətini, ərəblər təşkil edirdi. Digər tərəfdən, IV əsrdə Roma dövlətinin parçalanması ilə Fələstin torpağı, Şərqi Roma imperiyasının ərazisi kimi tanındı. Həmin dövrdə əhalinin çoxunu, xristianlar təşkil edirdi. Lakin həmin ərazilər, Islamın şimala doğru yayılmağa başladığı ilk dövrlərdən - yəni VII əsrin ortalarından - müsəlmanların ixtiyarına keçdi. Bundan əlavə, Islam peyğəmbəri həzrəti Məhəmməd (s)-ın Yerusəlimdəki «Məscidül-Әqsa» (Әqsa məscidindən)-dan meraca getməsi, bu məkanı müsəlmanların müqəddəs yerləri sırasına daxil etdi.
    Bütün yuxarıdakılara əsasən, Fələstin torpağı Islam, xristianlıq və yəhudi dinlərinin ardıcılları üçün müqəddəs məkan və diqqət mərkəzinə çevrildi. İI Dünya Müharibəsinədək, orada müsəlmanlar hakimlik edirdi. Lakin dağınıq halda yaşayan yəhudilər, «vəd olunmuş torpaq»-la bağlı tarixi inam və dini baxışları əsasında, həmişə bu əraziyə qayıtmaq arzusu ilə yaşayırlar. Onların daxilində siyasi ideya formalaşmışdı və bu ideyaya kömək edən amillərdən biri, yəhudilərin avropa ölkələrindəki vəziyyəti idi. Avropada onlar təhqirlərə, əziyyətlərə məruz qalır və məhrumiyyət içində yaşayırdılar. Yəhudilər, avropa xristianları tərəfindən də sıxışdırılır, didərgin və dağınıq xalq kimi, müxtəlif şəhərlərdə yaşayırdılar. Məsələn, 1391-ci ildə Ispaniya yəhudiləri (70 min nəfərə yaxın) ölümlə xristianlığı qəbul etmək arasında birini seçmək məcburiyyətində qaldılar. Bu səbəbdən də, şərqə doğru - Şərqi Avropa və Rusiyaya qaçdılar. XIX əsrin axırlarında rus çarı da, yəhudiləri sıxışdıraraq, onların kütləfi qətlə yetirməyə başladı. Bunun ardınca təqribən 2,5 milyon yəhudi 1800-1914-ci illərdə Şərqi və Mərkəzi Avropadan qaçdılar və əksəriyyəti, Şimali Amerikaya getdi. Bu didərginlik vəd olunmuş yerlərə və ya «Sion»a qayıtmaq arzusunu yəhudilər arasında gücləndirərək, «yəhudi dövləti»-nin qurulması kimi siyasi ideyanı doğurdu. Yəhudi millətçilik hərəkatı ilk dəfə bir rus fiziki tərəfindən 1882-ci ildə müstəqil dövlət qurmaq, sami və ərəb xalqlarından müstəqil və qarşıdurma fikri ilə bir jurnalda çap olunaraq irəli sürüldü. O, Fələstin torpaqlarını yəhudi dövləti qurmuq üçün münasib yer kimi təklif etdi. Millətçilik fikrinin yaranması və yəhudilərin siyasiləşməsi, Teodor Hertselin 1895-ci ildə «Yəhudi dövləti» adlı kitab çap etməyi üçün zəmin yaratdı və o, 1897-ci ildə Isveçrədə, «Dünya sionist konfransını» təşkil etdi. Bu konfransın son qətnaməsində sionizmin hədəfinin, yəhudi xalqı üçün Fələstində vətən yaratmaq olduğu vurğulandırdı.
    FӘLӘSTİNDӘ SİONİST REJİMİNİN QURULMASI
    I Dünya Müharibəsi dünyada qüvvələrin xüsusi düzülüş formasını doğurdu. O cümlədən, Osmanlı imperiyası Almaniya ilə əlbir olaraq Ingiltərə, Fransa və Rusiyaya qarşı çıxırdı. Bu minvalla, məntəqədə yerləşən qüdrətli «Ingiltərənin dövlət xadimlərini inandırmaq» kimi sionizmin siyasi ideyasının yaranması üçün yəhudi rəhbərlərinin göstərdikləri səylər müvəffəqiyyət qazanaraq, yəhudi dövlətinin yaranması üçün lazımi siyasi şəraiti meydana gətirdi.
    1910-1917-ci illərdə Ingiltərənin Misirdəki ali komissarı Mak Haun ilə Məkkədəki Şərif Hüseyn arasında müsbət əlaqələr yarandı. Britaniya fürsətdən istifadə etdi. Әrəbləri, onlara böyük zülmlər etmiş Osmanlı dövlətinə qarşı çıxamağa təhrik etmək üçün özünü, ərəbləri himayə etməyə borclu olduğu kimi göstərdi. Lakin həmin dövrdə Ingiltərə üç məntəqəni bu öhdəçilikdən istisna etdi. Həmin məntəqələrdən biri, Fələstin idi. Bunun özü, həmin məntəqədə qeyri-ərəb dövlətinin yaradılması üçün planın hazırlanmasından xəbər verir.
    Ingiltərə bir tərəfdən ərəbləri Osmanlıya qarşı təhrik edirdi. Digər tərəfdən də 1916-cı ildə «Says Piko» müqaviləsi, Anadolu yarımadası və Halal Xəsib (Meopotamiyadan Aralıq dənizinin sahilinədək) məntəqələrinin - bunlar, Osmanlı dövlətinin ərazisi idi - avropalıların nüfuz dairəsinə keçməsinə səbəb oldu. Adı çəkilən müqaviləyə əsasən, Fələstinin əksər hissəsini, beynəlxalq bir təşkilatın idarə etməsi qərara alındı. Bu hadisənin ardınca və I Dünya Müharibəsinin sonunda, Ingiltərə dövləti 1917-ci ilin noyabrında «Balfor bəyannaməsi»-ni elan etdi. Həmin bəyannaməyə əsasən, Fələstində yəhudilər üçün vətən yaradılmasına razılıq verilmişdi və Ingiltərə, bu hədəfin həyata keçməsi üçün səy göstərməyi və bununla yanaşı, digər qeyri-yəhudilərin dini və vətəndaşlıq hüquqlarını qorumağı özünə borc bilirdi.
    Ingiltərə bu hərəkətlə, qeyri-müsəlman dövləti yaratdı. Onun itaətindən istifadə edərək, Orta Şərqdə özü üçün möhkəm dayaq nöqtəsi yaratmağa müvəffəq oldu. Həmçinin, Avropa-Hindistan strateji və dəniz şəbəkəsi daxilində Süveyş kanalının təhlükəsizliyini təmin etməyi bacardı.
    Yəhudilər, Britaniyanın bu hərəkətini yaxşı qarşıladılar. Hertsel demişdi: «Yəhudilər Fələstində, Avropanın Asiya əleyhinə istehkamının bir hissəsini və bərabəliyə qarşı, mədəniyyət bazası yaratmışdırlar».
    1920-ci ilin «San-Remo konfransı»-nın qərarlarına əsasən Fələstin, Iraq ətrafı və Iordaniya ərazilərinə nəzarət Ingilətərəyə, Suriya və Livana nəzarət isə Fransaya tapşırıldı. İ Dünya Müharibəsindən sonra yaradılmış Birləşmiş millətlər liqası, həmin məntəqələrin qəyyumluq hüququnu Ingiltərəyə və Fransaya verdi. 1922-ci ildə rəsmi olaraq Ingiltərəyə verilmiş bu qəyyumluq, həmin ölkəyə yəhudilər üçün vətən yaratmaq, onların mühacirətini asanlaşdırmaq və onları Iordan çayının qərb sahilində sıx yaşayışa həvəsləndirmək vəzifəsini tapşırmışdı. Həmçinin ərəb və ingilis dilləri ilə yanaşı, ivrit dilinin də rəsmiləşməsi qərara alındı.
    Әslində «Balfor bəyannaməsi»-nin icrası olan bu hərəkətlər, I Dünya Müharibəsinin sonunda əhalinin 90%-i ərəb olan Fələstinin dəyişilməsi və yəhudi mühacirlərinin sayının artmasına gətirib çıxardı. Belə ki, 1931-ci ilə qədər 174 min yəhudi Fələstinə daxil oldu və əhalinin 28%-ni yəhudilər təşkil etdi.
    II Dünya Müharibəsi və Hitlerin Almaniyada yəhudilərə qarşı zülmü, mühacirətlərin sürətini artırdı. Belə ki, 1946-cı ildə - yəni Israilin təsisindən 2 il öncə - Fələstin yəhudilərinin sayı 583 min nəfərə - yəni 1922-ci ildəkindən 7 dəfə çox- çatdı və bu, Fələstin əhalisinin 31%-i demək idi. Әlbətdə, ərəblərin və yəhudilərin əhali rəqabəti artıq başlamışdı və bu da, əhalinin nisbətinə təsir edirdi. Mühacir yəhudilər coğrafi baxımdan, dini əqidələrinə yaxın yerlərdə və Yerusəlmdə daha az yerləşirdilər. Onlar daha çox, əlverişli əkinçilik sahələri olan sahil torpaqlarına köçürdülər. Yəhudilər xüsusi agentliklər vasitəsilə və ya təkbaşına, xüsusilə Beyrut və ya Dəməşqdə yaşayan böyük torpaq sahibləri olan ərəblərdən torpaq alaraq, tədriclə həmin torpaqlarda işləyən, müsəlman və ərəb kəndlilərini oradan çıxardılar. Mühacir və yerli yəhudilər, əksəriyyətin sosialist olması üzündən müştərək əkin sahələri və kəndlər - bunlar «kibutes» adlanırdı - yaratdılar. Yəhudilər ingilislərin qəyyumluq dövrünün sonunadək, Fələstinin əkin üçün yararlı sahələrinin yalnız 13%-nə sahib idilər. İngiltərənin qəyyumluğunda olan Fələstinin ərazisi 26320 km, uzunluğu 225 km və eni 75 km idi. Yəhudilərin əməlləri, millət yaratma və dövlət qurma prosesinin ilk mərhələsi olan mühacirətlər - bu hərəkətlər, məntəqənin qəyyumu olan Ingiltərə tərəfindən himayə olunurdu - «Balfor bəyannaməsi»-nə əsasən, Fələstin ərəbləri və müsəlmanları arasında güclü narahatlığa səbəb olub, yəhudilər və Britaniyalı istismarçılarla əlaqələrdə, gərginlik yaratdı və qiyamlar əmələ gəldi. Bu qiyamlara, 1936-1939-cu illərdə Izzüddin Qəssamın başçılığı ilə olan qiyamları, misal göstərmək olar. Bu üsyanlar ərzində 3-5 min nəfər öldürülmüş, 110 nəfər edam edilmiş və 6000 nəfər həbs olunmuşdur. Bu hadisələrdən sonra Ingilis dövləti, münaqişə edən tərəflərə - ərəblərə və yəhudilərə - bir-birinə zidd vədlər vermək siyasətinə başladı. Lakin müvəffəqiyyət qazana bilmədi. Hər iki tərəf, bu siyasətin üstünü açmışdı və bu da onların, xüsusilə ərəblərin və müsəlmanların, ingilislərə qarşı etimadsızlığına səbəb olmuşdu.
    II Dünya Müharibəsinin gedişində Ingiltərə, I Dünya Müharibəsindəki siyasətinin müttəhidlər tərəfindən istifadə ediləcəyin və ərəblərin, özlərinə qarşı təhrik ediləcəklərindən ehtiyat edirdilər. Elə buna görə də, zahirdə ərəbləri himayə etdiyini göstərməyə çalışdı və Fələstini, yəhudi dövlətinə çevirmək fikrində olmadığını, açıqcasına elan etdi. Әrəbləri öz istəklərinə zidd olaraq, belə bir dövlətə tabe etdirmək olmazdı. Bu siyasət, II Dünya Müharibəsinin təzyiqləri, Süveyş kanalının və Orta Şərqin neft quyularının əldən çıxmasının qorxusu altında, ortaya atılmış hiylə idi. Təəssüflər olsun ki, ərəblər yenə də Ingiltərənin himayəsinə aldandılar. Bəlkə də həmin günlərdə, dünyaya hakim kəsilmiş siyasi-strateji proseslər haqqında düzgün anlayışın olmaması, ərəblərin məsələni düzgün dərk etməsi və ingilislərin siyasi oyun planını anlamasına mane olmuşdu. Hər halda, II Dünya Müharibəsi, yəhudilərin nasistlər və Hitler tərəfindən qətliamı, dünyada yəhudilərə qarşı ürək yanğısı və rəhmin yaranmasına - bu da, yəhudi dövlətinin yaranmasını əsaslandırırdı - səbəb oldu. Әrəblər də bu məsələyə reaksiya göstərərək, deyirdilər: «Niyə bu hadisnin zərərini, biz ödəməliyik?»
    Tərəflərin Ingiltərə əleyhinə etiraz etdikləri, Ingiltərənin, məsələnin həllində aciz qaldığı bir şəraitdə, nəzərləri başqa tərəfə yönəldib, özünü bu tələdən xilas etdi. Belə ki, BMT-nin yaranmasından sonra, Ingiltərə bu fürsətdən istifadə etdi və 1947-ci ildə, məsələnin həllini BMT-yə tapşırmağı qərara aldı.
    BMT-nin Baş Asambleyası, məsələnin həlli yolunu tapmaq üçün Fələstinlə bağlı 11 nəfərdən ibarət xüsusi komitə yaratdı. Sözü gedən komitə, fasiləsiz olaraq Ingiltərə tərəfindən Fələstinə müstəqillik verilməsi təklifini irəli sürdü. Onların ilkin planı, BMT-nin nəzarəti altında Yerusəlim azad məntəqəsi və Fələstin dövləti idi. 1947-ci ilin noyabrında Baş Asambleya, Fələstinin bölünməsi haqqında qərar çıxardı.
    Fələstinin bölünməsinə dair BMT-nin qətnaməsi və Ingiltərənin öz qoşunlarının 1948-ci ilin 15 mayında Fələstindən çıxarması qərarından sonra məntəqədə sakitlik yarada biləcək gücün olmaması üzündən, 1948-1949-cu illərdə ilk ərəb-israil müharibəsi baş verdi və yəhudilər, daha çox torpaq tutmaq məqsədilə, ərəblərin ərazilərinə hücum etdilər. Әrəblər də yəhudi məntəqələrinə qarşı hücuma keçdilər. Bunun ardınca 1948-ci ilin 14 mayında Israil öz müstəqilliyini - müstəqil yəhudi dövləti adı ilə - elan etdi və müharibənin sonunadək, Fələstin torpaqlarının 77%-nə sahib ola olaraq, Әqəbə körfəzinə də yol tapdı. Nəticədə bir çox fələstinlilər didərgin düşdülər, onların kəndləri boşaldı və dağıldı. Beləliklə, Fələstin dövlətinin ləğvi və Israil dövlətinin yaranması ilə yanaşı, prosesin ilk mərəhələsi həyata keçdi.
    ӘRӘB-İSRAİL BÖHRANININ GÜCLӘNMӘSİ
    1948-ci ilin (işğalçı Israilin yarandığı il) mayından əvvəl, yuxarı və orta təbəqələrdən olan təqribən 200 min fələstinli məntəqəni tərk etdilər və ərəblərlə israil arasındakı 1949-cu ilin atəşkəsinə qədər, bu rəqəm 700 min nəfərə çatdı. Didərginlərin yarısı Iordaniyaya, qalanı isə Misir, Livan və Suriyaya, daha sonra digər ərəb ölkələrinə sığındılar. Həmin dövrdə, Israil hökuməti yəhudilərin qayıtması və onlara tam vətəndaşlığın verilməsi haqqında, qanun qəbul etdi. Elə həmin ildə (1949) nasistlərin qırğınlarından canlarını qurtarmış, təqribən 250 min yəhudi, Fələstinə gəldilər və sonrakı 3 ildə, mühacirlərin sayı 680 min nəfərə çatdı. Yəni fələstinli didərgin ərəblərin yeri, onlar qədər yəhudi mühacirlər ilə dolduruldu. Әrəblərin əmlakı zəbt edildi və heç bir təzminat ödənilmədən, mühacir yəhudilər arasında bölüşdürüldü. Yəhudilər fələstinlilərin çıxış yolu açıq qoymuş, geriyə dönmək yollarını isə bağlamışdılar. İşğalçı Israil dövləti də 1948-ci ildən başlayaraq, milli şəxsiyyətə malik olacaq Fələstin ərəb dövlətinin varlığını - keçmişdə və indinin özündə də, ərəblərin və fələstinlilərin, Israil dövlətinin varlığını inkar etdikləri kimi - inkar edirdi.
    Bu hadisələr və qarşıdurmalar, ərəblərlə Israil arasındakı ixtilafları gücləndirdi. Hələ də yəhudi mühacirləri ilə fələstinlilər arasında əhali bərabərliyi yox idi. 1948-ci ildə fələstinlilərin sayı 4,4 milyon nəfər, israillilərin sayı daha da az idi. Lakin Amerika və Ingiltərənin himayəsi və daha yüksək texnoloji imkanlara malik olduqları üçün özlərinin strateji üstünlüklərini saxlayırdılar. Әvvəlcə fələstinli didərginlər, ərəb ölkələri tərəfindən himayə edilirdilər. Lakin onları müdafiə etmək üçün ərəblər də lazım olan gücə malik deyildilər. Onlar «Fələstin dövləti» siyasi ideyasının axtarışları ətrafında, tədriclə təşəkkül tapdılar və öz daxillərində fələstin milləçilik ruhunu yaratdılar. Onlar hətta Fələstinin coğrafi şəklini şerdə, ədəbiyyatda, rəsm əsərlərində, mahnı və musiqidə əks etdirdilər. Məntəqənin savadlı təbəqələrindən sayılan fələstinlilər, 1960-cı ildən başlayaraq siyasi, hərbi, ictimai və s. təşkilatlar yaratmağa başladılar. Bu təşkilatlardan ən mühümü, Fələstin Azadlıq Təşkilatı (FAT.) idi. Həmin təşkilat 1964-cü ildə yaradılmış və Israil əleyhinə siyasi və hərbi əməliyyatlara rəhbərlik etməklə yanaşı, didərgin fələstinlilərin bəzi ictimai məsələləri ilə də məşğul olurdu. Bu təşkilat 1974-cü ildə BMT-də müşahidəçi kimi qəbul edildi.
    Fələstinli təşkilatlardan biri də, Fələstin Milli Şurasıdır. Həmin təşkilat parlamentə bənzəyir və müxtəlif qurpları özündə birləşdirir. FAT öz əsasnaməsində, Israilin ləğvi və qeyri-məzhəbi demokratik bir dövlətin qurulmasını istəyirdi. Lakin bir müddət sonra təşkilat daxilində fikir ayrılıqları yarandı. Onun siyasi rəhbərləri - xüsusilə Yasir Әrəfat - 80-cı illərin hadisələri, Israilin hərbi hücumları və didərginlərin sayının artmasından sonra, öz mövqe və hədəflərində dəyişikliklər etdilər. Belə ki, bu dəyişikliklər Israil dövləti ilə bir başa sülh danışıqlarının keçirilməsi və Fələstin Muxtar Dövlətinin yaranması ilə nəticələndi. FAT «Təl-Әviv» razılaşması, 1993-cü ilin 13 sentyabrında Vaşinqtonda, Ağ Evdə 2500 nəfərin hüzurunda imzaladı. Bu razılaşmanın gedişində, Amerika dövləti təyinedici və vasitəçi rolunu ifa edirdi. Yeri gəlmişkən, bəzi ərəb dövlətləri də bu hadisəyə heç bir reaksiya vermədilər. Әrəfatın bu əməli, muxtar dövlətin yaranması ilə nəticələndi. Prosesin təkmiledici danışıqları, 1377-ci ilin mehr ayında (oktyabr 1998-ci il) Amerikada keçirildi. Bu danışıqlar «Merilənd razılaşması» kimi tanınır. İsrailin baş naziri Netanyahu və Fələstin Muxtar Dövlətinin rəisi, Әrəfat təsdiq etdikləri bu müqaviləyə əsasən, aşağıdakı mövzular barəsində razılıq əldə edildi:
    1. Məntəqədə terrorizmin məhvi üçün təhlükəsizlik planı;
    2. İsrail qüvvələrinin 90 gün ərzində, Iordan çayının qərb sahilində 13,1% ərazidən çıxarılması;
    3. Qərb sahilindəki ərazilərin 14,2%-nin Fələstin Muxtar Idarəçilərinə verilməsi;
    4. Fələstin Milli Bəyannaməsinin, Israillə düşmənçilik bəndlərinin ləğvi;
    5. Qəzza bölməsi ilə Qərb sahili arasında iki dəhlizin təhlükəsizliyinin təmini;
    6. Ordunun çıxarılması barədə danışıqların 3-cü mərhələsinin Israil tərəfindən keçirilməsi öhdəçiliyi;
    7. 750 fələstinli məhbusun, 3 mərəhələdə azad olunması;
    8. Qəzza bölməsində, fələstinlilərə məxsus aeroportun yaradılması.
    Әlbətdə təcrübə göstərir ki, Israil dövləti öz vədələrinə az əməl edir və əksər vaxtlarda, öz istəklərini diktə edir. Merilənd razılaşmasının bəndlərini nə qədər yerinə yetirəcəyi bilinmir.
    FAT-nın Israilə qarşı mövqeyinin dəyişməsi, Fələstin siyasi cinahları arasında reaksiyalara səbəb oldu. Bunun nəticələrindən biri də, xalq içində güclü dayaqları olan «Intifazə hərəkatı»-nın yaranması oldu. Bu hərəkatın, həmin müqəddəs amal yolunda çoxlu şəhid verməsinə baxmayaraq, Israil rəhbərlərinin narahatçılığına səbəb olmuşdur. İntifazə hərəkatının göstərdiyi təzyiqlərin, Israil dövlətinin FAT-a qarşı mövqeyinə təsir etdiyi ehtimal olunur. Fələstinin köhnə və yeni təşkilatlarının əksəriyyəti, barışma prosesini və Әrəfatla Israil arasındakı sülh danışıqlarını rədd və pisləyirdilər. Misal üçün Corc Həbəşin rəhbərliyi ilə «Fələstinin azadlığı üçün xalq cəbhəsi» və Nayif Həvatimənin rəhbərlik etdiyi «Fələstinin azadlığı üçün demokratik cəbhə», Israillə razılaşmanı Fələstin millətinin ideyalarına böyük xəyanət kimi qiymətləndirir, rəsmi olaraq FAT-ın Icraiyyə Komitəsindəki nümayəndələrin istefasını elan edirdilər. Həmçinin Әbu Nəzala bağlı olan «Fəth hərəkatı»-nın inqilabi şurası da, Yasir Әrəfatı xəyanətkar elan edərək, terrorla hədələmişdir.
    Bundan başqa, yeni yaradılmış - şəhid doktor Fəthi Şəqaqinin rəhbərliyi ilə yaradılmışdır - «Islam cihadı hərəkatı» və Şeyx Әhməd Yasin Ramazanın rəhbərlik etdiyi «Islam müqaviməti hərəkatı» (Həmas) da razılaşmanın gedişi ilə müxalif olduqlarını elan etmiş və xalqı Israillə Әrəfat arasında yaranmaqda olan müqaviləyə qarşı müqavimət göstərməyə çağırmışlar.
    Amerika və Israil dövlətlərinin və FAT-ın nəzərində Fələstin böhranı, Fələstin Muxtar Dövlətinin Israil dövlətinin tərkibində yaranması yolu ilə həll edilə bilər. Bəzi ərəb, qeyri-ərəb və müsəlman dövlətləri də buna ümidvardırlar və ya buna qarşı heç bir reaksiya göstərmirlər. Digər tərəfdən, bəzi ərəb dövlətləri - Suriya və s. - və IIR kimi qeyri-ərəb dövlətləri və bəzi fələstinli təşkilat və qrupların nəzərində, sözü gedən məsələ yalnız Israilin varlığı olmadan həll edilə bilər. Deməli fərq və ixtilaf, Israilin varlığının qəbul edilməsindədir. Onu da bilməliyik ki, 1977-ci ildə Misir prezidenti Әnvər Sadatın Təl-Әvivə səfərindən öncə, fələstin xalqı, eləcədə də ərəb və qeyri-ərəb dövlətləri arasında vahid bir fikir var idi. Yəni hamı Israilin varlığını qəbul etməkdən imtina edirdilər. Lakin ola bilsin ki, ərəblərlə Israil arasında baş vermiş dörd müharibənin nəticəsi, FAT-ın müharibədəki uğursuzluqlar, 80-cı illərdə Israilin bu təşkilatı dağıtmaq və Amerikanın, ərəb və Islam dövlətlərini Israilin varlığını qəbul etməyə razı salmaq üçün göstərdiyi səylər, müsəlmanların və ərəblərin sıralarında fikir ayrılıqlarının yaranmasına səbəb oldu. Bəzilərinin böhranı həll etmək üçün Israilin varlığını qəbul etmək strategiyası və müzakirə yolunu seçmələri, Israil dövlətinin tərkibində muxtar dövlət formasını qəbul etmələri və hətta bu yolda çalışmaları ilə nəticələndi. Bunun əksinə olaraq, digər bir neçə qrup hələ də Israilin inkar və Israil qarşısında mübarizə və müqavimət strategiyası üzərində təkid edirlər. Onların nəzərində, Israili qəbul etmək və onunla razılığa gəlmək, Fələstin ideyalarına xəyanət və bütün müsəlmanlar üçün ciddi təhlükədir.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 1074 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024