İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    8:58 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    ӘRӘB-İSRAİL MÜHARİBӘLӘRİ
    FAT rəhbərləri və bəzi ərəb və Islam dövlətləri arasında, Israillə razılığa gəlmək fikrinin yaranmasına müxtəlif amillərin təsir etdiyi və onlardan birinin Әrəb-Isril müharibələrinin nəticələri olması haqqında söz açıldı.
    1. Birinci müharibə 1948-1949-cu illərdə baş verdi və 700 min fələstinlinin didərgin düşməsi ilə nəticələndi. Həmçinin, Israil öz mövqeyini gücləndirdi və bir dövlət kimi, öz varlığını elan etdi.
    2. İkinci müharibə, 1956-cı ildə baş verdi. Misirin prezidenti Әbdül-Nasir Süveyş kanalını milliləşdirdi. Bunun ardınca Israil, Fransa və Ingiltərə müştərək formada, hücum planı hazırladılar. Bu plana əsasən, Israil Sina səhrasına, Fransa və Ingiltərə kanala hücum etməli idilər. Misirə qarşı edilən bu üçtərəfli hücum dünyanın və xüsusilə, Amerikanın reaksiyasına səbəb oldu. Nəticədə, plan yarımçıq qaldı və qələbə qazanılmadı. İsrail dörd aydan sonra Sina səhrasından geri çəkilməyə məcbur oldu.
    3. Üçüncü müharibə, 1967-ci ildə baş verdi və 6 gün çəkdi. Bu müharibə BMT qoşunlarının Nasirin xahişi ilə geri çəkilməsi, Israil qoşunlarının sərhəd boyunca hərbi düzülüşü və Misirlə Iordaniya arasında hərbi müqavilə imzalanmasının ardınca baş verdi. Həmin müharibədə, Israil cəld hərəkət edərək, iyunun 5-də Misir, Suriya, Iordaniya və Iraqın hava limanlarına hücum edib, təyyarələrini partlatdı. Adı çəkilən ölkələri, hava qüvvələrindən məhrum edərək, bir neçə saat ərzində səmada üstünlük qazandı. Özünün piyada qüvvələrinin köməyi ilə Qəzza bölməsi, Qərb sahili, Yerusəlim və Colan təpəliklərində müxtəlif məntəqələri tutub, Sina səhrasını işğal etdi. Misir qoşunlarını, Süveyş kanalının o biri tərəfinə qovaraq, Tiran boğazını da ələ keçirdi. Bu müharibə, Israilin nəzarəti altında olan torpaqların sahəsini, 3 dəfə artırmaqla, Israilin ərəblərdən üstün hərbi gücə malik olduğunu göstərdi. Süveyş kanalının və Sina səhrasında iki neft ayırma zavodunun və neft quyularının bağlanması, Port-Səid, Ismailiyyə və Süveyş şəhərlərində problemlərin yaranması və misirli didərgin və qaçqınların artması, Misir qarşısında bir çox iqtisadi çətinliklərin yaranmasına səbəb oldu. Bundan əlavə, Iordaniyanın iqtisadiyyatı dağıldı və çox sayda didərgin, Iordaniya və Suriyaya pənah gətirdi. Həmin müharibə, tamamilə Israilin xeyrinə və ərəblərinə zərərinə başa çatdı.
    4. Dördüncü müharibə 1973-cü ildə, Misir və Suriyanın Israilə qarşı qəfil hücumlarının ardınca başladı. İsraillilərin başı «Kipur günü» bayramına qarışdığı üçün əvvəlcə hərbi əməliyyatlarda ərəblərə qələbə qazanırdılar. Lakin israillilər cəld özlərinə gələrək, mübarizəyə başladılar və Misirin qüvvələrini Süveyş kanalının, Suriya qoşunlarını isə Colanın arxa tərəfinə qovdular. Bu hadisədən sonra Amerikanın vasitəçiliyi ilə 1974-cü ildə Israil-Misir və Israil-Suriya arasında müharibələrin tərki razılaşması imzalandı. Bu müqaviləyə əsasən, Israil Süveyş kanalı və Sina səhrasının qərbində ensiz bir zolaq, həmçinin Suriyanın Qənitərə şəhərindən geri çəkildi. Әrəb-Israil müharibələri, Orta Şərqdə hərbi rəqabət üçün şərait yaratdı və tərəflərdən hər biri, öz təchizat və hərbi avadanlığını, əsgərlərinin sayını artırmağa səy edirdi. Orta Şərq güclü ölkələrin, xüsusilə Amerika və SSRI-nin silah sənayesi üçün münasib satış bazarına çevrildi. 1977-ci ilin noyabrında Misirin prezidenti Әnvər Sadat Israil parlamentində sülh haqqında məruzə söyləmək üçün Israilə daxil oldu. Bir il sonra, 1978-ci ilin sentyabrında Kemp-Deviddə, Israillə Misir arasında sülh müqaviləsi hazırlandı və 1979-cu ilin martında imzalandı. Bu rüsvayedici müqaviləyə görə, Israil bir neçə mərhələli plan əsasında Sina səhrasını tərk edərək, bu ərzini Misirə təhvil verirdi. Həmçinin, hər iki ölkə bir-birinin hakimiyyət hüququ, ərazi bütövlüyü və siyasi müstəqilliyini rəsmi surətdə tanımaq və bir-birinə hörmət halında razılığa gəldilər. 1982-ci ilin aprelində, yəni Sadatın öldürülməsindən 6 ay sonra, Israil Sina yarımadasından çıxaraq, onu Misirə təhvil verdi. Kemp-Devid razılaşması, əslində Israil dövlətinin Misir adlı böyük ərəb ölkəsi tərəfindən tanınması və qəbul edilməsinin başlanğıcı idi. İlk dövrlərdə, ərəb ölkələri buna etiraz edirdi və hətta, Misiri Әrəb Liqasından ixrac etdilər.
    1982-ci ildə Israil tərəfindən Livan və Livanın cənubunda yerləşən fələstinli qaçqınların düşərgələrinə qarşı birtərəfli müharibə başladı. Bu müharibədə, Amerikanın şərti himayəsi ilə 40 min Israil əsgəri, Livanın cənubuna hücum etdi və Beyruta qədər irəlilədi. Həmin hücumda Israilin məqsədi, FAT-ın tam ləğvi, Fələstin dövlətinin təşkili kimi siyasi ideyanın məhv edilməsi, suriyalıların Livandan çıxarılması və Beyrutda oyuncaq xristian hökumətinin qurulması idi. Həmin müharibədə, digər qərb ölkələri iştirak etmirdi və öz qüvvələrinin 1/3-ni itirmiş suriyalılar, atəşkəsi qəbul etməyə məcbur oldular. Tənha qalmış fələstinlilər, özlərinə arxalanmaq və müharibə etmək yolunu seçdilər. Lakin Israilin hərbi təzyiqi çox güclü idi və fələstin partizanları, Beyrutdan çıxmağa məcbur oldular. Həmin hadisədən sonra 1983-cü ildə Israil və Livan hökumətləri müqavilə imzaladılar. Bu müqaviləyə əsasən, Livanın cənubunda Israil üçün təhlükəsizlik məntəqəsi yaradılmalı idi. Lakin bu müqvilənin Livan xalqı və xüsusilə, «Hizbullah» qüvvələri tərəfindən pislənməsinin ardınca, 1984-ci ildə Livan hökuməti onu ləğv etməyə məcbur oldu. Livanın cənubunda şiə Hizbullahın hücumlarının güclənməsinin ardınca, Israil bu məntəqəni boşaltmağa məcbur oldu. FAT öz siyasi idarəsini Tunisə köçürdü və Әrəfat da, ora getdi. İsrail, onların Tunisdəki mərkəzlərinə də hücum etdi. Lakin Әrəfat, canını qurtara bildi. Həmin hadisələr və uğursuzluqlar, Livandakı Hizbullah və işğal olunmuş Fələstin ərazilərində Intifazə kimi xalq müqaviməti qruplarına qarşı az diqqət yetirilməsi, Israillə razılığa gəlmək fərziyyəsinin yaranmasına - xüsusilə Amerikanın təhriki ilə - təsirsiz ötüşmədi və belə görünür ki, bir tərəfdən xalqın yeni imkanlarına arxalanmamaq, digər tərəfdən, Amerikanın Islam dövlətlərini Israili qəbul etməyə həvəsləndirməsi və Amerikanın Israili Orta Şərqdə öz bazası ünvanı ilə gücləndirmək kimi strateji hədəfi, Israil və Әrəfatın razılıq prosesinin yaranması və bəzi məntəqə ölkələrinin razılıqla susmasına təsir göstərir. Hər halda, bu böhran məntəqədə ciddi şəkildə özünü biruzə verir və Fələstinin muxtariyyat alması planı, böhrana son qoymaq üçün münasib plana bənzəmir. Planın qaranlıq nöqtələri və Israilin ona əməl etməməsi, Fələstin xalqı arasında daxili etirazların varlığı, Fələstinin siyasi qüvvələri, Islam ölkələri arasında yaranmış ziddiyyət və ixtilafları nəzərə alsaq, sözü gedən plan müvəffəqiyyəsizliyə uğrayacaq. Bu böhran, öz həllini tapmayacaq. Yeganə yol budur ki, məzlum Fələstin xalqı öz itirilmiş hüquqlarını əldə etsin (həmin günün gələcəyi ümidi ilə).
    (7-2-2) KӘŞMİR BÖHRANI
    Təlatümlü tarixə malik olan Kəşmir xalqı, inglislərin Hind yarımadasına gəlməsindən, 1819-cu ildə sinklərin hakimiyyətinin başlanması və 1846-cı ildə Kəşmirin ingilislər tərəfindən Kolab Sinkx və Duqreyə satılmasından sonra, əzabla dolu yaşayışa düçar oldular. Sinkx və Duqre hakimləri, Kəşmirin müsəlman xalqına qul kimi baxır və onlarla qeyri-insani rəftar edirdilər. Buna görə də həmin dövrü Kəşmir xalqının qara dövranı adlandırırlar. Hind yarımadasının parçalanması, Hindistan və Pakistan dövlətlərinin yaranmasından sonra, təəssüflər olsun ki, Kəşmir xalqının yaşayışı və taleyində heç bir dəyişiklik yaranmadı. Әvvəlki iki qrupun hakimiyyəti, Kəşmir müsəlmanlarının hərəkatı üçün yeni fürsət yarananadək davam etdi. Lakin hərəkat rəhbərlərinin siyasi və islamçı baxışlarının zəifliyi üzündən, həmin fürsətdən yaxşı istifadə edilmədi. Pakistanın müstəqilliyindən sonra Kəşmir diyarının siyasi tarixi, bir neçə məntəqədaxili baxışlar halqasına düşdü: Pakistan və ya Hindistana birləşmək, Hindistan tərkibində muxtariyyat və tam siyasi müstəqillik və s. İngilis dövlətinin siyasəti və Kəşmirin siyasi rəhbərlərinin səhv mövqeyi, Hindistanın həmin məntəqə üzərində ağalığının davam etməsinə kömək etdi və Kəşmirin müsəlman xalqını, Hindistan dövlətinin nəzarəti altında saxladı. Başqa tərəfdən, Kəşmirin Hindistan və Pakistanla nisbətdə coğrafi mövqeyi və xüsusiyyətləri, onlar arasında münaqişənin yaranmasına səbəb oldu. Hətta 1948, 1965 və 1971-ci illərdə siyasi və hərbi çəkişmələrlə nəticələndi. BMT iki qətnamə çıxarmaqla, Kəşmirin taleyini öz xalqının öhdəsinə buraxdı. Lakin Hindistan dövləti qətnamələrin hökümlərini qəbul etməkdən boyun qaçırdı və hərbi qüvvədə istifadə edərək, Camu və Kəşmir üzərindəki hakimiyyətini qoruyub saxladı. Vəziyyətin bu cür davam etməsi, məntəqənin iqtisadi, ictimai və mədəni inkişafında qeyri-müəyyənliyin yaranmasına səbəb oldu. Nəticədə, yoxsulluq və inkişafdan gerililik, həmin məntəqəyə hakim kəsildi. Kəşmir böhranı, özünəməxsus xüsusiyyətlərə malikdir:
    1. İslam və Hind mədəniyyətləri arasında ziddiyyət
    Islam mədəniyyəti, məntəqədə üstünlük təşkil edir. Həmin iki mədəniyyətin siyasi nümunələrini bir tərəfdən islamçı və xalq hərəkatlarında, digər tərəfdən Hind dövlətində görmək olar. Mədəniyyət arasında qeyri-bərabərliyin yeri, Kəşmirdəki istismarı və hakimiyyət davamının qorunması məqsədilə, geniş hərbi qüvvələrinin hüzuru vasitəsilə doldurulur.
    2. Atom silahlarına malik qonşuların mənafelərindəki ziddiyyətlər
    Keçmiş SSRİ-in dağılmasından əvvəl, Kəşmir diyarı dörd atoma malik ölkə (SSRİ, Çin, Hindistan və Pakistan) tərəfindən əhatə olunmuşdu və hazırda, ən azı üç atoma malik ölkə (Çin, Hindistan və Pakistan) tərəfindən əhatə olunub. Adı çəkilən dövlətlərdən hər biri, Kəşmir məntəqəsində öz mənafeini təmin etməyə çalışır. Buna görə də, onların iddia etdikləri Kəşmirdəki mənafelərini təmin etmək üçün rəqabətləri, münaqişənin genişlənməsi və hərbi münaqişənin baş vermə ehtimalına kömək edir. Aydındır ki, bu cür hərbi münaqişə, Asiyanın cənubu və bütün dünya üçün dəhşətli nəticələrə gətirib çıxara bilər.
    3. Böhranın məntəqədaxili olması
    Belə ki, beynəlxalq səhnəyə çıxmış bir çox böhranlı strateji məntəqələrin ziddinə olaraq, Kəşmir böhranı məntəqədaxilidir və münaqişə onun qoşunları arasında gedir. Geosiyasi və geostrateji üstünlüklərindən əlavə, Kəşmirdəki hakimiyyət boşluğu da, qoşunlar arasında Kəşmirə nəzarətetmə üstündə münaqişəyə səbəb olmuşdur. Çünki əgər Kəşmirin siyasi müstəqilliyi təmin edilərsə, müstəqil siyasi hakimiyyətlə birlikdə, qonşularla bərabər xarici əlaqələr yaradılarsa, onlar arasındakı rəqabət üçün şərait zəifləyəcəkdir. Lakin hazırda, qonşular arasında Kəşmirin sahibsiz olması kimi müştərək fikirin mövcudluğu və «kim Kəşmirə sahib olarsa, öz təhlükəsizliyini təmin edəcək və rəqibi olan qonşuya qarşı, üstünlüyə malik olacaq» ideyası kimi qonşular arasında müştərək fikirlərin olması üzündən, onlar Kəşmirdəki nüfuzlarının artırılmasına çalışırlar.
    KӘŞMİRİN GEOSTRATEJİ VӘ GEOSİYASİ ÜSTÜNLÜKLӘRİ
    Pamir bəndinin əksəriyyətini təşkil edən Kəşmir məntəqəsi, qonşularının nəzərində onun strateji əhəmiyyətini artıran, gestrateji və geosiyasi üstünlüklərə malikdir. Həmin üstünlüklər bunlardır:
    1. Coğrafi vəziyyəti
    Kəşmir ərlverişli təbii şəraitə malik olmaqla yanaşı, dünyanın güclü və ikinci dərəcəli dövlətlər sırasına daxil olan müxtəlif ölkələrin qonşuluğunda yerləşir. SSRİ-in parçalanması və Әfqanıstanın azad olunmasından sonra dünyanın hegemon dövlətlərindən birinin Kəşmirin qonşuluğundan çıxmasına baxmayaraq, sair qüdrətli dövlətlər hələ də bu məntəqə ilə qonşudur. Şimalda və Şərqdə ən böyük sərhəyə malik olan Çin, birinci yerdə və elə bu cəhətdən də qərbdə, Pakistan ikinci yerdə yerləşir. Cənubdan Hindistan - müştərək sərhəd baxımından - üçüncü və Әfqanıstan dördüncü yerdə gedir.
    2. Hündürlük
    Kəşmir məntəqəsi, Yerin tavanı sayılan Pamir hündürlüklərinin bir hissəsini təşkil edir. Bu baxımdan ətrafındakı alçaq məntəqələr üzərində nəzarət imkanına malikdir. Yəni Dəkən və Hindistan yaylası, Iran yaylasının şərqi, Әfqanıstan, Pəncab düzənliyi, Pakistan, Mərkəzi Asiya və Tacikistan, Tibet yaylası və Çinin qərbindəki Sin Kyanq məntəqəsi, Kəşmir məntəqəsinin ətrındakı alçaqlıqlarda yerləşir. Bu səbəbdən də həmin məntəqələr hərbi baxımdan Kəşmiri təhlükə sayır və qonşuların hər birinin orada yerləşməsini, özünə qarşı qısa və ya uzunmüddətli təhdid və təhlükə mənbəyi sayır. Həmin məsələ şəhərlər, böyük yaşayış məntəqələri və hətta paytaxtların onun yaxınlığında yerləşməsinə görə əhəmiyyətli olur. Bu baxımdan, Pakistan daha çox təhlükəyə məruz qalır. Çünki paytaxtı və böyük şəhərləri, həmin məntəqəyə yaxın yerlərdə yerləşir. Çin və Hindistanın həmin məntəqənin hündürlüklərini ələ keçirmək üstündəki rəqabətinin və Syaçin diyarının strateji əhəmiyyətinin mənşəyi, həmin mövzudur - yəni Kəşmirin hündürlükdə yerləşməsidir.
    3. Rabitə və əlaqə əhəmiyyəti
    Kəşmir və xüsusilə onun şimal hissəsi, Cənubi Asiya ilə Mərkəzi Asiya və Tibet və Çinin qərbi ilə Sin Kyanq və Asiyanın şərqi arasında rabitənin yaradılmasında mühüm rol oynayır. Ravilpəndi-Kalgit-Kaşğar asfalt yolu bu rabitəni asanlaşdırır. Bu səbəbdən də, həmin yol strateji əhəmiyyətə malikdir. Çünki Pamir hündürlükləri və Himalay dağları, Asiyanın cənubu ilə mərkəzi və şərqi arasındakı əlaqəni çətinləşdirir. Həmin yol şimal məntəqələrindən keçir və Pakistanın nəzarəti altındadır.
    4. Sind və Pəncab mənbələrində yerləşmə
    Kəşmir məntəqəsi, Hindistanın şimal hissəsi və Tibetin qərbi beş çayın - Sind, Cəhlom, Çinab, Qavi və Sətlic çaylarının - mənbəyini əhatə edərək, vahid bir topoqrafik məcmuə təşkil edir. Onun dərələri və su damarlarının istiqaməti, Pəncab düzənliyinə tərəf yönəlmiş və təbii surətdə yerləşmişdir. Buna görə də, Keşmir məntəqəsinin öz yaşayışını Pəncab və Sind çayların və məhsuldar düzənliklərdən asılı sayan Pakistan üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Pakistanın rəqibinin ona nəzarət etməsi, Pakistan üçün ciddi təhlükə mənbəyi ola bilər.
    Göründüyü kimi, sadalanan coğrafi üstünlüklər Kəşmirə xüsusi strateji əhəmiyyət kəsb etdirir. Onun hamısı və ya bir hissəsinə hər bir qonşu ölkənin nəzarət etməsi, başqalarının nəzərində milli təhlükəsizlik və milli mənafe üçün ciddi təhlükə sayıla bilər. Orada hakimiyyət və müstəqil siyasi sistemin olmaması, qonşular arasında rəqabəti gücləndirmiş və Kəşmir böhranının zahirini dəyişdirmişdir. Buna görə də, həmin məntəqənin böhranının mahiyyətini, onun geostrateji və geosiyasi əhəmiyyəti çərçivəsində axtarmaq lazımdır.
    KӘŞMİRİN QONŞULARININ GEOSİYASİ BAXIŞLARI
    Deyildiyi kimi, Kəşmirin qonşuları dünya və məntəqə əhəmiyyətli güclü dövlətlərdir. Buna görə də, onlardan hər biri öz mənafeini nəzərə almaqla, Kəşmir haqqında xüsusi geosiyasi baxışlara malikdirlər:
    1. Çinin mövqeyi
    Çin ortaq sərhəddə malik olduğu üçün digər qoşunlara nisbətən daha çox məntəqədə maraqlıdır. Çünki birincisi qərb sərhədlərinin təhlükəsizliyini təmin edir. İkincisi, həm separatçılığa meyili və həm də, Çinin siyasi mərkəzindən uzaqda yerləşən məntəqələrdən sayılan Tibet və Sin Kyanq əyalətlərinə separatçılıq fikir və meyillərinin soxulmasının qarşısını alır. Üçüncü, Pakistan, Kəşmir və Әfqanıstan müsəlmanlarının Sin Kyanq əyalətinin və Çinin qərbindəki müsəlman əhali ilə əlaqəsinə mane olur. Xüsusilə, SSRI-nin dağılmasından sonra məntəqədə baş verən yeni dəyişikliklər, Çinin nəzərində oranı münaqişə üçün yararlı zonaya çevirir. Dördüncüsü, Çin Kəşmirdə nəzarət etməklə, Asiyanın cənubu və Hind okeanının şimalına daha çox nəzarət etmək və əlaqə yaratmaqla imkanı əldə edir. Beşincisi, Çinlə Hindistan arasında münaqişə olduğu üçün, Kəşmir hündürlüklərinə nəzarət, təkcə rəqibin - yəni Hindistanın - orada hüzurunun və üstün mövqedə yerləşməsinin qarşısına almır, həm də Çinin özünə starteji üstünlük qazandırır.
    2. Pakistan
    Pakistan sərhəd qoşunluğu baxımından, ikinci yerdə yerləşir və özünün, Kəşmirə nisbətən nadir vəziyyəti üzündən, onun məsələləri ilə maraqlanmağa məcburdur. Çünki birincisi, paytaxt Islamabad, Lahur, Feysəlabad, Sahival, Salkut, Ravilpəndi, Pişavər, Qucərat, Qucəranəvalə, Sərqudha, Moltan, Müzəffərgər və Şeyxupurə kimi böyük şəhərləri olan və çox saylı əhaliyə malik Pəncab diyarı, Kəşmirlə sərhəddə yerləşir. Rəqibin Kəşmirdə yerləşməsi, milli təhlükəsizlik üçün ciddi təhlükə sayılır. İkincisi, Pakistan, Pəncab və Sind əyalətlərinin böyük şəhərlərinin əhalisinin 80%-nin iqtisadi həyatının asılı olduğu Pakistanın su mənbələri, öz başlanğıcını Kəşmirdən götürür. Pakistan, onların axınının təhlükəsizliyi, sağlamlığı və qorunmasından arxayın olmaq məcburiyyətindədir. Üçüncüsü, Kəşmirin əksər əhalisi müsəlmandır və Pakistan xalqı ilə dini, mədəni, milli, ictimai və tarixi ortaqlıqlara malikdirlər. Bu səbəbdən də, Pakistan onların taleyinə biganə qala bilməz. Çünki Pakistandakı milli istək, hökumət və dövləti Kəşmirin işləri ilə məşğul olmağa vadar edir. Qarşılıqlı olaraq Kəşmir xalqı da, Pakistanın həmin rolu ifa etməsi istəyindədir. Dördüncüsü, Pakistan həm iqtisadi və həm də təhlükəsizlik baxımından Çin, Asiyanın şərqi və Mərkəzi Asiya ilə əlaqə saxlamağa məcburdur. Kəşmirin şimalından keçən Ravilpəndi - Kaşğar yolu, Pakistanın öz ehtiyacını ödəyə bilər. Onu da deməliyik ki, Pakistanla Hindistan arasında müharibə baş verəcəyi və Asiyanın cənubunda yeni vəziyyətin yaranacağı təqdirdə, sözü gedən yol, Pakistan üçün geostrateji əhəmiyyətə malik olacaq.
    3. Hindistan
    Hindistan, Kəşmir cənubunda onunla həmsərhəddir və Kəşmirin, öz ərazisinə nisbətən mövqe baxımından, bu məntəqədə maraqı var. Çünki birincisi: onu Hindistanın şimalı, Dehliyə - ölkənin paytaxtına - və «Amritsar» dini mərkəzinə nəzarət mərkəzi sayır və rəqiblərinin - yəni Çin və Pakistanın - Camu və Kəşmirdə yerləşməsini, özü üçün təhlükə sayır. İkincisi, məntəqədə yerləşməklə, Çinin öz şimal sərhədlərinə yaxınlaşmasının qarşısını alır. Üçüncüsü, məntəqəyə nəzarət etməklə, ondan Pakistan əleyhinə təzyiq vasitəsi kimi istifadə və Pakistanın xarici siyasətini passivləşdirə bilər.
    4. Keçmiş SSRI
    Bu ölkə Әfqanıstana nəzarət etməklə, Kəşmirə daha çox çıxış əldə edirdi. Lakin Kəşmirin digər qoşunları ilə müqayisədə, böyük mənafei yoxdur və Kəşmirlə yaxınlıqda, yalnız Tacikistan Respublikası yerləşir. Buna görə də, Kəşmir tərəfindən heç bir təhlükə hiss etmirdi. Yalnız, müştərək sərhəddə münaqişələri olan Çinin cənub sərhədlərində yerləşməsi, istisna idi. Bununla belə, SSRI-nin Kəşmirdə heç bir marağının olmadığını fikirləşmək olmaz. Çünki birincisi, SSRI Çinin öz cənub sərhədlərində yerləşmək təhlükəsinin qarşısını alır. İkincisi, Kəşmirdən Çin əleyhinə - Çinin qərbindəki separatçılıq meyilləri ilə bağlı - təzyiq vasitəsi kimi istifadə edir. Çünki, soyuq müharibə dövrünün bloklaşmasında, sovetlər birliyi Pakistanı öz qarşısında bir blok hesab edirdi. Dördüncüsü, Kəşmir SSRI-nin Asiyanın cənubuna çıxması üçün Hindistan yeganə quru rabitə yolu idi. Soyuq müharibə dövründə Hindistan bitərəf ölkələr sırasında olmasına baxmayaraq, dünya bloklaşmasında SSRI-yə meyilli idi və həmin mövzu, möhkəm və birbaşa əlaqənin zəruriliyini ortaya çıxarırdı.
    5. Әfqanıstan və Tacikistan: Bu ölkələrin, Kəşmirlə sərhəd əlaqələri çox zəifdir və Kəşmir böhranında, həlledici rola və öz maraq dairələrini təyin və təmin etmək iqtidarında da deyildirlər. Ancaq sərhədlərin təhlükəsizliyinin təmin və qorunması, onların mənafei sayıla bilər.
    KӘŞMİRİN QONŞULARI ARASINDAKI QARŞILIQLI GEOSİYASİ REAKSİYALARIN FORMASI
    Dediyim kimi, Kəşmirin qoşunları dünya və məntəqə miqyasında güclü dövlətlərdir və həmin dövlətlər, Kəşmirdə müstəqil hakimiyyət və siyasi sistemin olmaması üzündən, bir-biri ilə qarşılıqlı çəkişmədədirlər. Hər birinin digərinə nisbətdəki vəziyyəti, Kəşmir barəsindəki və məntəqədəki yaxınlaşma və konfrontasiya haqqındakı məsələlərdəki rəftarına təsir edir. Kəşmirin qonşularının vəziyyəti və onların məsələyə baxışı, keçmiş SSRI-nin dağılmasından sonra dəyişikliyə məruz qalmış, xüsusi geosiyasi formanın yaranmasına səbəb olmuşdur.
    SSRI-nin parçalanmasından öncə, bu formanı həmsərhəd ölkələrin qarşıdurması və qarşıduran ölkələrin razılaşması təşkil edirdi. Bu xüsusiyyət, məntəqədə bərabərlik yaradırdı. SSRI dağılmazdan öncə, Kəşmirin ətrafını 4 güclü ölkə əhatə etmişdi və onların hər biri, özüylə həmsərhəd olan digər 2 güclü ölkə ilə münaqişə və qarşıdurma halında idilər. Yəni Çin, Hindistan və SSRI ilə, SSRI Çin və Pakistanla, Pakistan SSRI və Hindistanla, Hindistan, Pakistan və Çinlə rəqabət və münaqişə halında idilər. Lakin çarpaz formada və hər iki ölkədən biri, bir-biri ilə razılığa gəlmiş, anlaşmış və məntəqədə, bir növ yaxınlaşmaya nail olmuşdular. Yəni Çin və Pakistan bir-biri ilə və SSRI Hindistanla, bir-birini yaxşı anlayırdılar və razılığa gəlmişdilər. Başqa sözlə, bu geosiyasi məsələ də, qonşu ölkələrin yaxınlaşması ilə qarışmışdı.
    SSRI-nin razılaşması ilə məntəqədə iki siyasi qüdrət (Әfqanıstan və Pakistan) yarandı. Həmin ölkələrin Kəşmirdə heç bir mənafei yoxdur. Әksinə, onların başı öz daxili məsələlərinə qarışıb. Bundan əlavə, rol oynamaq, Kəşmirdə öz mənafeini təmin etmək və rəqabət meydanında yarışmağa gücləri yoxdur. Bu səbəbdən də, SSRI-nin dağılmasından sonrakı yeni geosiyasi durumda, yalnız üç ölkə qalmış və Kəşmirin şimalında güclü ölkə boşluğu yaranmışdır. Onun məntəqədəki rolu və Kəşmirin qərbində və şərqindəki ölkələr üçün yaratdığı təhlükə sovuşmuşdur. Durumdakı qüvvələr bərabərliyi pozulmuşdur. Çünki, Kəşmirin qərb və şərqindəki ölkələrin (Pakistan və Çin) yaxınlığı, hələ də qalmaqdadır. Şimal və cənubdakı ölkələrin (SSRI və Hindistan) yaxınlığı, pozulmaya məruz qalmışdır. Digər tərəfdən, Çin və Pakistan əleyhinə müştərək təhlükə, yəni SSRI dağılmışdır. Buna görə də, yeni durumda, şərqlə qərbin (Çin və Pakistan) yaxınlaşması, geosiyasi üstünlüyə malikdir. Hindistan əvvəlki durumdan fərqli olaraq, qeyri-münasib vəziyyətdədir və şimal tərəfdən daha çox təhlükə hiss edir. Bu səbəbdən də, xarici siyasətdə özünün Kəşmirdəki mövqeyini möhkəmləndirir və Kəşmirin məzlum xalqına qarşı mehribanlığını artırır. Hindistanın Çin və hətta Pakistanın rəqibi olan Amerika (müştərək hərbi manevr həddinədək) və Pakistan və Çinlə qədimdən yaxşı əlaqələrə malik olan IIR-lə yaxınlaşmasını, sözü gedən geosiyasi durumun dəyişməsi çərçivəsində təhlil etmək olar.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 1001 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024