İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    8:23 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (7-2-5) QAFQAZ BÖHRANI
    DAĞLIQ QARABAĞ MӘSӘLӘSİ
    Qarabağ, Qafqaz bölgəsində yerləşən məntəqədir və coğrafi baxımdan, Azərbaycan ölkəsinin tərkibində yerləşir. əhalisinin əksəriyyətini xristianlar və ermənilər təşkil edir. Qafqaz iki böyük dini-mədəni məktəbin - yəni xristian və islam dünyaları - kəsişmə nöqtəsidir. Xristinalıq dünyasının Qafqazdakı ərazisi, ortodoks və erməni qrupları ilə yaranmışdır. İslam dünyasının Qafqazdakı ərazisi və nüfuz dairəsi, Azərbaycan və Naxçıvanın şiə müsəlmanları ilə məhdudlaşır və bu iki hövzə, məhz Qafqazda bir-biri ilə kəsişir.
    Әslində, Azərbaycan türkləri Türkiyə türklərindən, ermənistan xristian hövzəsi vasitəsilə ayrılmışlar. Әlbətdə, onu da nəzərə almaq lazımdır ki, erməni xristianları xristianlığın digər qollarından fərqlənirlər. Ancaq hər halda, məsihi dini şəxsiyyətlə tanınırlar. Sözü gedən məsələlərə - yəni, Qafqaz bölgəsində dini və milli fərqlərin olmasına - diqqət salsaq, Qarabağ adlı bir böhranın yaranması, bir o qədər də qəribə görünməz. Çünki Qarabağ, Ermənistanla eyni əhali tərkibinə malik olması ilə yanaşı, müsəlman Azərbaycan ölkəsinin coğrafi ərazisində yerləşir və müsəlmanlar yaşayan ərazilərlə, əhatə olunmuşdur. Buna görə də, mövcud coğrafi şərait bir-biri ilə fərqlənən iki toplum - yəni türklər və ermənilər - arasında böhranın yaranmasına səbəb olmuşdur.
    Muxtar vilayət olan Qarabağ, 4400 km əraziyə malikdir və onun mərkəzi, Xankəndi (Stepanakert) şəhəridir. Bu vilayət Mardakert, Әsgəran, Martuni, Şuşa və Hadrut rayonlarına bölünür.
    Həmin vilayət, Azərbaycan ərazisinin 5,1%-ni təşkil edir. Әhalisinin sayı 1989-cu ildə 189039 nəfər olmuşdur və bunun 77%-ni ermənilər, 21,5%-ni isə azərbaycanlılar təşkil edirdilər. Әlbətdə, Qafqazda digər millətlər də - ruslar, ukraynalılar və digər slavyan xalqları da vardır.
    Tarix boyu, Qafqaz Iranın bir hissəsi sayılmışdır. Buna görə də, Qarabağda Iranın bir hissəsi sayılmışdır. (Tərcüməçi, bu cəfəngiyyatla razı deyil.) lakin XIX əsrin 1-ci yarısında, Iran-Rus müharibələrindən sonra - Türkmənçay (1828) və Gülüstan müqavilələrindən sonra - Qafqaz Rusiyaya təhvil verildi və keçmiş SSRI dağılana qədər, onun bir hissəsi sayılırdı. Lakin Qafqazın etnik və mədəni tərkibinə əsasən, ölkənin daxili siyasi parçalanmaları əsasında, məntəqənin hər biri siyasi müstəqillik iddiası irəli sürdülər. Onların hər birinin tərkibində də, bir sıra müstəqil və muxtar vilayətlər yarandı. Qafqazın müsəlman yaşayan hissəsi, 1991-ci ildə «Azərbaycan» adı ilə müstəqil oldu. Bu ölkənin daxilində, iki muxtar nahiyə də vardır.
    Biri, Azərbaycanın əsas torpağından kənarda yerləşən və müsəlmanlar yaşayan Naxçıvan Muxtar Respublikasıdır. Ermənistan, Iran və Türkiyənin mühasirəsindədir və Azərbaycan daxilində xüsusi siyasi fəaliyyətə malikdir.(Azərbaycanın bir çox siyasi rəhbərləri, naxçıvanlıdır. Məsələn, keçmiş prezident Elçibəy, indiki prezident Heydər Әliyev.) Ikinci siyasi qurum Dağlıq Qarabağ Muxtar Vilayətidir (hazırda muxtariyyatı ləğv olunub-tərcüməçi). Azərbaycanın daxilində, Ermənistanın qonşuluğunda yerləşir. Әhalisinin əksəriyyəti, ermənidir. Ermənistan əhalisi, Qarabağ əhalisi ilə milli, etnik, dini və mədəni bağlılığa malik olduqları üçün onlarla həmrəylik göstərir və onları himayə edirlər.
    Qafqazda ikinci müstəqil siyasi nahiyə, 1991-ci ildə müstəqilliyini elan etmiş Ermənistandır. O öz torpağı ilə, Azərbaycanın ermənilər yaşayan məntəqələri arasında əlaqə yaratmaq və daha sonra, həmin məntəqəni - Qarabağı - özünə birləşdirmək istəyir.
    Məntəqənin 3-cü siyasi vahidi milli, dini və mədəni baxımdan digər iki ölkədən fərqlənən Gürcüstandır. Hətta onların xristianlığı, ermənilərin xristianlığından fərqlənir. Lakin Azərbaycan və Ermənistanla mehriban qonşuluq əlaqələrinə malikdir. Bu ölkə bir tərəfdən Rusiya, digər tərəfdən Qara dənizlə coğrafi əlaqəyə malikdir. 1991-ci ildə ölkənin müstəqillik qazanmasından sonra Abxaziya muxtar məntəqəsi (Gürcüstanın qərb hissəsində yerləşir) Rusiyanın himayəsi ilə, Gürcüstanın mərkəzi hakimiyyəti ilə şiddətli münaqişəyə başlamış və həmin münaqişə, 1994-cü ilin 14 mayında Moskvada atəşkəs müqaviləsi imzalanana qədər davam etmişdi.
    Həmçinin, Rusiyanın Qafqazda yerləşən cənub torpaqlarının - əhalisi müsəlman olduğu üçün - ruslarla nə milli, nə də dini bağlılığı yoxdur. Nəticə olaraq, bütün Qafqazı bürümüş müstəqillik hərəkatının ardınca, Qafqazın Çeçen Inquş muxtar məntəqəsində yaşayan Rusiyanın cənub müsəlmanları da, müstəqillik iddiası edərək, Rusiya qüvvələri ilə şiddətli mübarizəyə başladılar. Çoxlu insan itkiləri, maddi ziyan çəkmələri və öz prezidentləri Cövhər Dudayevi də əldən vermələrinə baxmayaraq, Rusiya dövləti məntəqə əhalisinə müəyyən azadlıqlar verməyə məcbur oldu. Lakin onlar, öz müstəqillik arzularına çatmadılar.
    Qeyd olunanları nəzərə alaraq, Qafqaz böhranını üç hissəyə bölmək olar:
    1. Çeçenistan böhranı: Rusiyanın tərkibində muxtar respublika əhalisinin, həmin ölkənin hökuməti ilə münaqişəsi idi. Xarici himayənin olmaması və daxili imkanların məhdudluğu üzündən, xalqın müstəqillik üçün göstərdiyi şücaətli və şiddətli müqavimətinə baxmayaraq, müvəffəqiyyət qazanmadı və ruslar tərəfindən, amansızcasına yatırıldı. Lakin əvvəlkinə nisbətən daha çox yerli (məntəqədaxili) azadlıq əldə etdilər.
    2. Abxaziya böhranı: Gürcüstan daxilində yerləşən muxtar vilayətin əhalisinin, mərəkəzi hökumətlə münaqişəsidir. Rusiyanın işə qarışması və Abxaz separatçılarını himayə etməsi, məntəqənin Tbilisidən uzaqda və Gürcüstanın şimal qərb hissəsində, Qara dəniz sahilində yerləşməsi üzündən, bu böhran Gürcüstan hökumətini təzyiq altında və qeyri-fəal mövqeyə salaraq, atəşkəs müqaviləsi imzalanmağa məcbur etdi (1994-cü il, Moskva). Həmin məntəqənin əksər hissəsi, Abxaz separatçılarının əlindədir və Rusiya qüvvələri, orta xəttə nəzarət edirlər. Belə görünür ki, bu hadisələrdən sonra, Gürcüstan Rusiya ilə əməkdaşlıq və hərbi müqavilə imzalamaq məcburiyyətində qalmış və MDB-yə üzv olmuşdur.
    3. Qarabağ böhranı: Bu böhran Ermənistanın əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ muxtar vilayətini özünə birləşdirmək iddasından sonra başladı. Azərbaycan üçün daxili problem sayılan həmin böhran, dövlətlərarası münaqişəyə çevrilmiş və Qafqazda, iki müstəqil dövlətin münaqişəsinə səbəb olmuşdur. Bu səbəbdən də Ermənistan və Azərbaycan, 90-cı illərdə müstəqillik qazanmalarının ilk dövrlərindən, bir-biri ilə münaqişədə olublar. Həmin böhranı, Qafqazın digər böhranlarından - Çeçen və Abxaz böhranları - fərqləndirən xüsusiyyətləri bunlardır:
    1. Böhranın ölkə səviyyəsində ölkələrarası müstəviyə çıxması və iki müstəqil ölkə - yəni Ermənistan və Azərbaycan - arasında əsl müharibə;
    2. Münaqişə tərəfləri arasında dini, milli və mədəni fərqlər. Yəni, bir tərəfdə xristian ermənilər və digər tərəfdə, Qafqaz müsəlmanları - azərbaycanlılar - durmuşlar.
    Ermənilər xristianlıqda özünəxas təfəkkür, milli xüsusiyyətlər, həmçinin say və coğrafi ərazi məhdudiyyəti baxımından, qapalı millət sayılırlar. Onlar özlərinin qərb, şərq və cənubuna qarşı - bu məntəqələrdə onlarla dini, mədəni və milli bağlılığı olmayan azərbaycanlılar və müsəlmanlar yaşayır - biganə və yaddırlar. Әvəzində, Qafqazın xristian əhalisi yaşayan ölkəsi, yəni Rusiya ilə bağlılıq və əlaqələrini gücləndirməyə çalışırlar. Bu səbəbdən də ermənilər, azərbaycanlılar və müsəlmanlarla rəqabətdə, həmişə ruslar tərəfindən himayə edilirlər. İndinin özündə də, Qafqaz böhranı ilə bağlı olan bir çox blok və təşkilatlarda, ruslar daha çox Ermənistanla əməkdaşlıq edirlər. Həmin vəziyyət, rusların Qafqazdakı yenidənqurma işlərində, ictimai xidmətlərdə, ordu və ictimai işlərdə, həmçinin sənaye, ticarət və təbii ehtiyatların və xüsusilə Bakı neftinin çıxarılması işində, ermənilərin başqa xalqlara nisbətən daha çox bəhrələnməsinə səbəb olmuşdur.
    Müsəlman azərbaycanlılar və xristian ermənilər arasındakı əsaslı, dini-mədəni, iqtisadi-ictimai fərqlərin güclənməsi, həmçinin XX əsrin əvvəllərində dünyada siyasi dəyişikliklərin baş verməsi, ermənilər və azərbaycanlılar arasındakı çəkişmələrin genişlənməsinə səbəb oldu. Xüsusilə, Rusiya ilə Osmanlı imperiyasını üz-üzə qoymuş, I Dünya Müharibəsi, Qafqazın da bu prosesə qoşulması, təbii olaraq, Qafqaz azərbaycanlıları və ermənilərin bir-biri ilə döyüşməsilə nəticələndi. Qafqaz və Osmanlının şərqindəki ermənilərin siyasi rəftarı, Rusiyanın meyilləri ilə üst-üstə düşürdü. Buna görə də, məntəqə türkləri və azərbaycanlılarının osmanlılarla siyasi rəftarı, Qafqazdakı münaqişələri gücləndirdi. Belə ki, bir əsr ərzində, onlar arasında 1905-1906, 1918 və 1988-ci illərdə üç güclü münaqişə yarandı. Xüsusilə, Rusiyanın bölgədəki siyasi nüfuzu zəiflədiyi zaman, ermənilərin ruspərəst rəftarı və Osmanlının I Dünya Müharibəsi dövründə Rusiya ilə üz-üzə durması üzündən, türk və erməni millətlərinin xatirəsində qalmış dəhşətli hadisə baş verdi. Həmin hadisə, (I Dünya Müharibəsi zamanı) 1915-ci ildə Osmanlı imperiyası tərəfindən ermənilərin qətlə yetirilməsi idi. Hətta Iran erməniləri, hər il həmin hadisənin ildönümünü qeyd edirlər.
    XX əsrin ilk iki onilliyində, Qafqazda ermənilər və türklər arasındakı münaqişələr, bölgədə üstün bir qüvvənin olmaması üzündən baş verdi və Qafqaz bölgəsində millətlərin əməkdaşlığının qarşısını aldı. Qafqaz böhranının yaradılması məqsədi ilə, «Qafqazda federasiya yaradılması» ideyası meydana çıxdı və yalnız 1918-ci ildə, 4 həftə ərzində həyata keçdi. Qafqaz federalizmi dini-mədəni fərqlər, millətlər arasında təzadların artması, bölgədə üstün bir qüvvənin olmaması, həmçinin «Böyük Ermənistan» və «Böyük Turan» kimi siyasi ideyalara meyillərin mövcud olması üzündən, müvəffəqiyyətsizliyə uğradı. Lakin 1917-ci ildə Rusiyada kommunistlərin qələb qazanması və onların Qafqazda da nüfuz və iqtidar qazanmaları ilə, Rusiyanın Qızıl Ordusu Azərbaycan, Ermənistan və Gürcüstanı (1920-1921-ci illərdə) işğal edə bildi və onların yeni qazandıqları müstəqilliyə (1918-1920) son qoydu. Qarabağ məsələsi, həm yeni müstəqillik qazanmış respublikaların münaqişələri (1917-1920), həm də rusların yenidən Qafqaza hakim olmaları dövründə (1920-ci ildən başlayaraq), həmişə bölgənin siyasi problemlərindən biri olmuşdur. 1919-cu ilin 22 avqustunda, yeni müstəqillik qazanmış Ermənistan və Azərbaycan respublikaları arasında Qarabağın Azərbaycanın tərkibində qalması şərti ilə muxtariyyatı razılaşması imza edildi. Lakin 20-ci illərin əvvəllərində, Qarabağ erməniləri Ermənistanın köməyi ilə, Qarabağın azərbaycanlı hakimlərinə qarşı əsl müharibəyə başladılar və Azərbaycan, hətta Naxçıvandakı bəzi əraziləri və Zəngəzuru, Ermənistana verməyə razılaşdı. Bu hadisə, Qızıl ordunun bölgəyə girməsi ilə üst-üstə düşdü. Stalin dövründə, Qızıl Ordu Rusiyanın bölgədəki hakimiyyətini möhkəmlətdi və yerli çaxnaşmalara son qoydu. 1921-ci ilin yayında, Dağlıq Qarabağı rəsmi olaraq Azərbaycanın tərkib hissəsi elan etdi. Bəlkə də, Türkiyə və Osmanlının həmişə, Qarabağın Azərbaycana birləşdirilməsi üzərindəki təkidi, Stalinin qərarına təsir göstərmişdi. Lakin ermənilərin göstərdiyi səylər nəticəsində, Rusiya yenidən 1923-cü ildə Qarabağ bölgəsinə Azərbaycan Respublikasının tərkibində muxtariyyat verdi. Stalinin hakimiyyəti dövründə, bölgədə heç bir problem yox idi. Lakin onun ölümü və Xruşovun hakimiyyətə gəlməsi ilə, Qarabağ böhranı yenidən özünü göstərdi. Belə ki, Qarabağ erməniləri 1964-cü ilin 19 mayında Xruşova yazdıqları məktubda, Azərbaycanın ermənilər əleyhinə davam edən ayrı-seçkilik və təcavüz siyasətinə etiraz etdilər. Qarabağın Azərbaycandan ayrılaraq, Ermənistana birləşdirilməsini istədilər. Həmin istəyin həyata keçməsi üçün fürsət olmadı və Xruşovun siyasi səhnəni genişləndirmək siyasəti dövrü də başa çatdı. Məsələ, 1985-ci ilə qədər - həmin dövr, SSRI-də Qorbaçovun hakimiyyətə gəlişi, bir sıra iqtisadi-siyasi islahatlarla(Yenidənqurma və aşkarlıq) müşayiət edilirdi və cəmiyyətin siyasi ab-havası, Xruşov dövründən daha açıq olmuşdu. SSRI-də yeni dəyişikliklərin baş verməsi və ilk ocağı, 1986-cı ildə Qazaxıstan milli hərəkatı olan milli hisslərin oyanışı ilə, Qarabağ erməniləri də 90 min nəfərin imzası ilə SSRI-nin Ali Məhkəməsinə məktub yazaraq (1987-ci il payız), bir daha öz istəklərini bəyan etdilər. 1987-ci ilin yanvar-fevral aylarında, Qarabağ vilayətinin mərkəzi olan Stepanakert şəhərində, mitinqlərə başladılar. Bu tələblərin ardınca SSRI hökuməti bəyanat yayaraq, Qarabağın Ermənistana birləşdirilməyəcəyini və respublikaların ərazisində heç bir dəyişikliyin olmayacağını elan etdi. Qarabağ ermənilərinin xahişindən sonra, Ermənistan erməniləri də onların istəyini müdafiə etdi. Qarabağın parlamenti və yerli hakimləri də, 1988-ci ilin 12 iyununda, Qarabağın Ermənistana birləşməsi haqqında qərar qəbul etdilər. Ermənistan parlamenti də, 1988-ci ilin iyununda SSRI Konstitusiyasının «millətlərin muxtariyyatı və onların istədikləri respublikaya birləşmək azadlığı haqqında» 70-ci maddəsinə istinad edərək, səsvermə keçirdib, Qarabağı, Ermənistanın tərkib hissəsi elan etdi. Həmin hadisələr, Azərbaycanın Ermənistanla əlaqələrinin gərginləşməsinə səbəb oldu. SSRI-nin mərkəzi hökuməti, Qarabağın hakimiyyətinin Azərbaycandan alaraq, bir rus rəhbərlik və üç erməni və 1 azərbaycanlının müavinlik etdiyi xüsusi komisiyaya tapşırdı (12 Yanvar, 1989-cu il). SSRİ-nin bu hərəkəti həm Azərbaycan, həm də Ermənistan tərəfindən şiddətli etirazına səbəb oldu və Azərbaycanla Ermənistan arasında, günbəgün dərinləşən dağınıq münaqişə ilə nəticələndi. Bu gedişlə, SSRI-nin Qafqazdakı hakimiyyətinin zəifləməsi ilə eyni zamanda, bölgə daxili münaqişə üçün zəmin yarandı və Azərbaycanla Ermənistan arasında 3-cü müharibə başlandı.
    1990-1991-ci illər, Qafqazda mühüm hadisələrlə zəngin idi. 1991-ci ilin 23 dekabrında SSRI-nin dağılmasının yəqinləşməsi, respublikaların bir-birinin ardınca müstəqillik elan etməsi ilə nəticələndi. Qafqazda ilk olaraq 1990-cı ilin avqustunda, 183 səs çoxluğu ilə Ermənistan parlamenti ölkənin müstəqilliyi haqqında bəyanat qəbul etdi. Lakin ölkənin müstəqilliyi, 1991-ci ilin 23 sentyabrında qəbul edildi. Azərbaycan, SSRI Qızıl Ordusunun 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı hadisələrin ardınca, 1991-ci ilin 30 avqustunda, öz müstəqilliyini elan etdi. Gürcüstan da, 1991-ci ilin aprelində, özünü müstəqil elan etdi. Azərbaycan və Ermənistanın müstəqillik qazanması və ermənilərlə azərbaycanlılar arasındakı münaqişənin güclənməsinin ardınca, 1991-ci ilin sonlarında Qarabağda vəziyyət gərginləşdi və bu, çoxlu sayda Qarabağ və Naxçıvan ermənilərinin Ermənistana və Ermənistan və Qarabağ azərbaycanlılarının Azərbaycana qaçmasına səbəb oldu. Həmin dövrdə, Azərbaycan daxili siyasi çəkişmələr burulğanına düşmüşdü. Demoktartik kommunist Mütəllibovla Xalq cəbhəsi kimi milli qüvvələr arasındakı münaqişə və Bakıda hakimiyyətin sürətli yerdəyişməsi, milli hakimiyyətin zəifləməsinə və Ermənistanın fürsətdən istifadə etməsinə səbəb oldu. Belə bir şəraitdə, erməni qüvvələri iki istiqamətdə - xüsusilə Laçın istiqamətində - hücuma keçərək, Ermənistanla Qarabağ arasında dəhliz aça bildilər. Ermənistan Iran və Avropa Ittifaqının üzvü olan 12 dövlətin etirazı ilə (1992-ci il 19 may) üzləşdi. Həmin dövrdə, Naxçıvan Muxtar Respublikasının XI naziri, Türkiyədən müasir təchizat göndərməsini xahiş etdi. Lakin Ermənistan, öz hərbi və siyasi məqsədlərinin ardınca gedərək, Qarabağla Ermənistan arasında rabitə yaratdı və son olaraq, oranı işğal etdi. İki ölkə arasındakı böhran və münaqişə, 1993-cü ildə öz kulminasiya həddinə çatdı və ermənilər, öz diqqətini Naxçıvana yönəltdilər. Lakin NATO-ya üzv olan Türkiyənin şiddətli reaksiyası(Türkiyənin o dövrdəki prezidenti Turqut Özal elan etdi: «Gərək vaxtı itirmədən, Naxçıvana hərbi qüvvə göndərək. Әks halda, Qarabağ hadisələri burada da təkrarlana bilər».) ilə üzləşdilər. Türkiyə əvvəldən Azərbaycanı himayə etməyi öz siyasəti elan etmiş və Azərbaycanla ilk diplomatik əlaqə qurmuş ölkə idi. Türkiyənin şiddətli reaksiyası, Ermənistanı hərbi əməliyyatları dayandırmağa məcbur etdi. Bu hərəkət, Rusiyanın da sürətli reaksiyasına səbəb oldu və MDB Hərbi Qüvvələri Baş Komandanı olan Şapoşenko həmin xəbərdarlığın ardınca, Türkiyəyə xəbərdarlıq elan edərək, Qarabağ böhranına istənilən xarici müdaxilənin böyük hərbi münaqişəyə çevriləcəyini bildirdi. Qarabağ böhranı və Azərbaycanla Ermənistanın arasındakı ixtilafa Iran, Türkiyə və Gürcüstan kimi bölgə ölkələri, Rusiya, Avropa Şurası və Amerika kimi bölgədən kənar qüvvələr də müdaxilə edərək, böhranı həll etməyə səy göstərdilər. Lakin bu məsələ, hələ də həll olunmamış qalır və Ermənistanın Qarabağa nəzarət etməsi ilə davam etməkdədir.
    Qafqaz, xristian və müsəlmanların münaqişəsinin bariz nümunəsinə çevrilmiş, Azərbaycanla Ermənistan arasındakı hərbi böhran, 1993-cü ildə öz son həddinə çatdı və Ermənistanın Laçın dəhlizi və Qarabağ bölgəsinə nəzarətin qalması ilə yanaşı, 1994-ci ildə iki ölkə arasında müvəqqəti atəşkəs elan edildi və həmin atəşkəs hal-hazırda da davam etməkdədir.
    Qarabağ böhranı yerli xüsusiyyətlərindən əlavə, bölgədaxili və beynəlxalq müstəviyə də çıxmışdır. Laçın kordorunun və Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı - işğalçı və üçüncü ölkə kimi - türklər və ermənilər arasındakı gərginliyin davam etməsi, coğrafi, dini, mədəni və milli fərqlər, erməni və azərbaycanlı icmaları arasında münaqişənin prespektivlərini, narahatlıq doğuran bir həddə gətirib çıxarmışdır. Həmin yerli xüsusiyyətlərdən əlavə Iran, Türkiyə, Gürcüstan, Rusiya və Israil, Amerika, Avropa Şurası və NATO kimi bölgədən kənar qüvvələrin xüsusi fikirləri, Qafqaz böhranını daha da dərinləşdirir. Belə ki, böhranın nəzarət altına alınmasından danışmaq lazımdır. Çünki onun həlli çox çətindir və münaqişənin sakitləşməsi, yerli razılıq (tərəflərin razılaşması) və bölgədəki beynəlxalq qüvvələrin necə bloklaşmasından asılıdır.
    (7-3) İSLAM DÜNYASININ BÖHRANLARI HAQQINDA SON SÖZ
    Islam dünyasının böhranları iki qrupa bölünür: Daxili və həmsərhəd.
    Daxili böhranlarda iki - ölkədaxili və ölkələrarası - yerə ayrılır. Bu hadisədə, Islam dünyasının Fələstin, Filippin, Keşmir, Bosniya-Hersoqovina və Qafqaz kimi həmsərhəd böhranları araşdırıldı. Həmin böhranların hamısı, Islam dünyasının kənar ərazilərinin digər dini-mədəni ərazilərlə həmsərhəd bölgələri və kəsişmə nöqtələrində yerləşir.
    Әslində böhranın kökü, ictimai rəftar səviyyəsini adlamış və siyasi ideala çevrilmiş, mədəni-dini fərq və rəftarlara qayıdır. Yəni onların hamısı qüdrət, hakimiyyət və siyasi müstəqillik istəyir. Ya mədəni-dini şəxsiyyət və varlıqlarını müstəqil siyasi bir qurum, ya da digər müsəlman siyasi qurumlarla birgə yaşayış halında.
    Fələstində böhran fələstinli müsəlmanlarla israilli yəhudilər arasındakı çəkişmələrdən alovlanmışdır və Israilin fələstinlilərə işğal olunmuş torpaqlarda nisbi muxtariyyat verməyə hazır olmasına baxmayaraq, böhranın həllində hələ də aydın prespektiv görünmür.
    Filippində böhran, cənub adalarındakı Moro müsəlmanları ilə filippinin xristianları və xüsusilə, şimal adalarındakı katoliklərlə köhnə və tarixi çəkişmələrindən yaranmış və hazırda Filippinin tərkibində cənub muxtar dövlətinin yaranması ilə, nisbətən sakitləşmişdir.
    Kəşmirdəki böhran, müsəlmanlar və hindular arasındakı çəkişmələr və Hindistanla Pakistanın, Kəşmirin strateji xüsusiyyətlərini ələ keçirmək üçün apardıqları rəqabətdən yaranmış və hələ də, davam etməkdədir. Lakin Hindistan hökuməti, hərbi qüvvədən və Kəşmirin siyasi qüvvələrini, hərəkatlarını əzməkdən və özünün seçdiyi yerli hakimiyyəti gücləndirməkdən istifadə etməklə, oranı öz hakimiyyəti və nəzarəti altında saxlamağa səy göstərir.
    Bosniya və Hersoqovina böhranının kökləri, cənub-şərqi Avropa müsəlmanlarının serb ortodoks və xorvat katolik xristianları ilə mədəni, dini ixtilaflarına gedib çıxır və sözü gedən böhran, Yuqoslaviyanın parçalanması ilə, bəşəriyyət üçün bir insan faciəsinin yaranmasına səbəb oldu. Həmin böhran, üç müxtəlif dini-mədəni xüsusiyyətlərə malik - yəni serblər, müsəlmanlar və xorvatlar - icma əsasında qurulmuş müştərək siyasi sistemin yaradılması ilə həll edilmişdir. Lakin aydın perespektivləri görünmür.
    Qafqazda böhran, azərbaycanlı müsəlmanlarla bir tərəfdən pravoslav rus və digər tərəfdən erməni xritianları arasındadır. Әslində dini, milli və mədəni ixtilaflar bir yerə toplanaraq, əsaslı və dərin böhran yaratmışdır. Həmin böhran, dini və islamçı bağlılıqların zəifliyi üzündən, müsəlmanlar tərəfindən az himayət edilir və daha çox, milli simaya malikdir. Təəssüflər olsun ki, Qafqaz böhranı Islam dünyasının və hətta Islam Konfransı Təşkilatının himayəsini qazanmışdır. Yalnız Türkiyə, milli dil və bağlılığını əsas tutaraq, Azərbaycanı himayə etmişdir. Bu üzdən də güclü Azərbaycan, zəif Ermənistana nisbətən daha zəif mövqeyə malikdir! Və öz torpaqlarının işğalına, istəməyərəkdən dözür. Ola bilsin ki, həmin vəziyyətin səbəblərindən biri, Azərbaycan xalqının şiə olmasıdır və digər müsəlmanlar da, onu himayət etməyə meyl göstərmirlər və yeganə bariz şiə ölkəsi olan İİR-də, həmin böhran müqabilində geostrateji mövqe seçə bilməmişdir. Bu səbəbdən də, Qafqazda bir çox imkanları itirmiş və Türkiyə, Iranın bölgədəki rəqibi kimi-həmin imkanlardan istifadə etmişdir.
    Islam dünyasının həmsərhəd böhranları, sözü gedən münaqişələrlə bitmir. Haqqında danışdıqlarımız, həmin böhranların ən mühümləri və ən böyükləri idi. İslam dünyasının digər dini-mədəni ərazilərlə kəsişmə nöqtəsində müşahidə edilən kiçik böhranlara, Asiyanın cənub-şərqində müsəlmanlar, buddistlər və hindlilər arasındakı milli və hökumət səviyyəsindəki ixtilafları və Afrikda müsəlmanlarla məsihilər və yerli dinlər arasındakı, dağınıq toqquşmaları misal götərmək olar. Әlbətdə, digər cəmiyyətlərdə müsəlmanların sayı az olduğu üçün onlar barışıq yolunu tutmuş və böhranı minimum həddə çatdırmışlar. Bəlkə də, yeganə çıxış yolları bu imiş.

    MӘNBӘLӘR:
    a. Fars dilindəki mənbələr:
    1. Azərməkan, Möhsün, «Bosniya-sevimli torpaq», Avropa-Amerika baş mədəniyyət idarəsi, Tehran;
    2. Aftab, Әsgər, «Kəşmir hədiyyəsi», birinci çap, «Qaran» nəşriyyatı, Lahur - 1992;
    3. Әrfəqi, Aliyə, «Dağlıq Qarabağ məsələsi», Mərkəzi Asiya və Qafqaz araşdırmaları jurnalı, 1-ci il, nömrə 2, hicri şəmsi ili - 1371;
    4. Alasdiyer Drasiydel və Cerald, Ç.Bleyk, «Orta Şərqin və Şimali Afikanın siyasi coğrafiyası», Siyasi beynəlxalq araşdırmalar mərkəzi, Tehran, h.ş. İli - 1369;
    5. Almasiyyə, Məhəmməd Rəsul; «Filippinin mədəni durumuna bir baxış», h.ş. İli - 1374;
    6. İv Laqust, «Geosiyasi məsələlər», Islam mədəniyyətinin yayılması mərkəzi, Tehran, h.ş. İli - 1378;
    7. Bəxtiyari, Səid, «Qitəşünaslıq atlası», Qitəşünaslıq təşkilatı, Tehran, h.ş. İli - 1376;
    8. Təvəkküli, Məhəmməd Kazım, «Moro müsəlmanları», Әmir Kəbir nəşriyyatı, Tehran, h.ş. İli - 1361;
    9. Cövhəri, Әbdülrəzzaq, «Coğrafi kəşflər tarixi», tərcümə: Müttəqizadə Bəradəri, Әmir Kəbir nəşriyyatı, Tehran, h.ş. İli - 1374-cü;
    10. Hafizniya, Məhəmmədrza, «Islam dünyasının ümumi vəziyyəti», Təhsil nazirliyinin hərbi xidmətdə təhsil idarəsi, Tehran, h.ş. İli - 1367;
    11. Hafizniya, Məhəmmədrza, «Azərbaycan Respublikasında nələr baş verir», «Islam qoruyucusu» jurnalı, 190-193-cü nömrələr; mehr, aban və dey ayları, h.ş. İli - 1376;
    12. Xaksari, Qulamrza, «Filippinin müasir tarixinə bir baxış», h.ş. İli - 1371;
    13. Rəzəvi, Seyyid Səccad; «Kəşmir böhranı», Keyhan mətbəsi, Tehran;
    14. «Cumhuriye-Islami» qəzeti, bazar günü, 22/09/1377 h.ş. say 3922, səh. 12;
    15. «Cumhuriye-Islami» qəzeti, çərşənbə axşamı, 14/08/1375 h.ş, say 359, səh.12;
    16. «Cumhuriye-Islami» qəzeti, çərşənbə axşamı, 30/11/1375 h.ş. səh.11;
    17. «Cumhuriye-Islami» qəzeti, şənbə, 09/08/1375 h.ş. say 3619, səh.12;
    18. «Keyhan» qəzeti, (Bosniya-Hersoqovina, xüsusi buraxılışı), cümə axşamı, 1371,07,16 h.ş. say 14594;
    19. «Keyhan» qəzeti, şənbə, 1372/06/27 h.ş. say 14868, səh. 16;
    20. «Keyhan» qəzeti, bazar, 1377/08/03 h.ş. say 16355, son səh;
    21. «Keyhan» qəzeti, bazar, 1372/02/27 h.ş. say 14769, səh. 16;
    22. Әzhər, Seyyid Ünsür; «Keşmir tarixinə əlavələr», Ticab Universiteti, Lahur, 1992-ci il;
    23. Kətani Әli; «Müasir dünyada müsəlman azlıqları», Әmir Kəbir nəşriyyatı, Tehran, 1368-ci h.ş. İli;
    24. Kərəmi, Tağı; «Azərbaycanla Ermənistan arasındakı münaqişənin uzanmasının səbəbləri», Orta Şərq» jurnalı, Orta Şərq elmi və strateji araşdırmalar mərkəzi, 2-ci il, say 2, yay, 1374-ci h.ş. İli;
    25. Güli Zəvarə, Qulamrza; «Islam torpağı», Islam ölkələrinin tanınması, Islam təbliğatı mərkəzi, Qum,1377-ci h.ş. İli;
    26. Münfərd, Әfsanə, Bəyat, Kavə; «Çeçenlər tarix ərzində», Islam Ensklopediyası Mərkəzi, Tehran, 1374-ci h.ş. İli;
    27. Filippini dövləti ilə Moro Azadlıq Cəbhəsi arasında sülh müqviləsi, 1996-cı il, İİR-nın Səfirliyinin mədəni attaşeliyi, Manila, 1375-ci h.ş. İli;
    b. Latın mənbələri:
    28. Bamzai Geography of Jamoo and Kashmir state, Shirkat Printing Press, Lahore, 1991;
    29. Hafeznia, Mohamad Reza, Geopolitical Ana Lysis of the Kashmir Crisis. Sooth Asian Stodies Journal, Punjub Universitey, Vol.11, No1, 1994;
    30. Khazim Khan, Fazle, A Geograph of Pakistan, Oxford Universitey Press, Karachi, 1992.
    31. Kayhan Havai, February,9, 1993, Issve No.1053;
    32. Lamb Alastair, Kashmir, A Disputed Legasy, Oxford Universitey Press, Re Printed in Pakistan, 1992;
    33. The Unital Nations At 50, United Nations, New York, 1995;
    34. The World Almanac 1997, World Almanac Books, New Jersy, USA 1997;
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 1029 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024