İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:37 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    BİRİNCİ FӘSİL
    SİYASӘT ELMİNİN ӘSASLARI
    Siyasət, uzaq keçmişdən götürülmüş bir kəlmədir. Hələ qədim zamanlardan insanlar onunla yaxından tanış və sıx əlaqədə olmuşlar. Siyasi tərzi-təfəkkürün qədim İran və Yunana qayıdan dərin kökləri vardır. Onun elm halına düşməsi isə, son illərə qayıdır. Siyasət kəlməsi üçün müxtəlif məna və məfhumlar qeyd etmişlər. O cümlədən, hökmranlıq, ölkə idarə etmə, tənbeh, cəzalandırma, hiylə, kələk, düşünüb-danışmaq və s...
    Bu səbəbdən siyasət (politologiya) elmi, günün siyasi məsələləri, diplomatiya, beynəlxalq əlaqələr, dövlət, hakimiyyət və bu kimi mövzuları əhatə edir.
    Keçmiş zamanlarda siyasi məsələlər əksər hallarda hakim təbəqə tərəfindən həll olunurdu. Lakin zaman keçdikcə, ölkə və dövlətlərin əhatə dairəsi genişlənmiş və onların sayəsində azadlıq və demokratiya məfhumu geniş vüsət halını taparaq, böyük insan kütlələri dövlət və siyasi məsələlərdə iştirak etməyə başlamışdır. Siyasi partiya, sinfi və siyasi təşkilatlar kimi ictimai birliklər meydana gəldikdən sonra səsvermə və hakim təbəqənin əhali tərəfindən seçilib təyin olunması, siyasi bir məsələ kimi cəmiyyətdə geniş vüsət halını tapmışdır. Beləki, bu kimi cəmiyyətlərdə cəncəl və ixtilaflara səbəb olan da, məhz siyasi məsələlərdir. Xüsusilə də, demokratiyanı təzə təcrübə edən İranda şahənşahlıq dövlətinin süqut etməsi bir tərəfdən, digər tərəfdən də müxtəlif ölkələrin məntəqə uğrunda bir-birləri ilə rəqabət aparması, əhalinin böyük bir hissəsində siyasi şüur və tərzi-təfəkkürün meydana gəlməsinə səbəb oldu. Belə ki, hal-hazırda elə bir məclis və yığıncaq tapmaq olmaz ki, orada siyasi məsələlər haqqında söhbət açılmasın və cəsarətlə deyə bilərik ki, İran əhalisinin diqqətini cəlb edən də, məhz siyasi məsələlərin cəmiyyətdə açıqlanması və ümumi kütlənin diqqət mərkəzində olmasıdır.
    (1-1) SİYASӘT ELMİNİN TӘRİF VӘ MӘFHUMU
    İnsan, ictimai və həyatı qarşılıqlı münasibətlərdən asılı olan bir varlıqdır. O, həyatda göstərdiyi fəaliyyətləri nəzmə salmaq və qarşısına qoyduğu hədəf və məqsədlərə çatmaq üçün bir sıra qanun və qaydalara ehtiyac duyur. Bərqərar etdiyi ictimai münasibətlər və onunla əlqəli olan məsələlərdə isə o, xüsusi qanun, cəmiyyətin özündən olan qüdrətli qanunvericilik və onun icraçısına ehtiyac duyur. Belə olduqda isə həmin qüdrət, yalnız "dövlət" və "hakimiyyətdən" ibarət olur. Qanunları təyin və onları qüvvəyə mindirdikdən sonra icra edən də dövlətdir. O, tutduğu mövqe və ixtiyarında olan qüdrətdən istifadə edərək, istədiyi qanunları qüvvəyə mindirir və onların icrasına nəzarət edir. Qanuna tabe olmayanları isə cəzalandıraraq, hərc-mərcliyin qarşısını alır. Dövlət, ictimai münasibətlərin nəzmə salınması və ictimai ədalətin bərqərar olunması üçün cəmiyyət üzvlərinin hüquqlarının keşiyində durur və onların hüquqlarının tapdanmasının qarşısını alır. Qanunların icra olunduğu belə bir cəmiyyət "siyasi formalaşmış cəmiyyət" və ya "dövlət" adlanır.
    Әslində siyasəti, dövlət idarəetmə elmi və ya siyasi qanunlar əsasında formalaşmış cəmiyyət də adlandırmaq olar.
    Dövlət isə iki ünsürdən, yəni qanuna tabe olan qüdrətli hakimiyyət və müəyyən hüquq və vəzifləri olan azad millətdən ibarətdir.
    Siyasət (politologiya) hökumət quruluşu, qüdrət və iqtidarı, hakimiyyət, cəmiyyət üzvləri ilə hökumət arasında olan münasibətlər və azadlıq çərçivəsində insanların üzərlərinə düşən vəzifələr haqqında söhbət açan bir elmdir. Başqa sözlə desək, siyasət, hökumətin iqtidarından başlayaraq insanların azadlıqlarınadək, şamil olan bütün ictimai məsələlərə deyilir. Dövlətlərarası qarşılıqlı münasibətlər və yaradılan əlaqələr də, eyni qayda olaraq siyasət elminə daxildir. Dövlət, özünə məxsus xüsusiyyətlərə malik olmaqla yanaşı, dünyanın hansı nöqtəsində olursa-olsun sabit qalmayıb, daim dəyişikliklərə məruz qalır.
    Bəşər dünyaya qədəm qoyduğu ilk gündə nə dövlət olmuşdur, nə də dövlətçilik. Lakin sonralar cəmiyyət inkişaf etdikcə, tədriclə müxtəlif xüsusiyyətlərə malik olan dövlətlər meydana gəlmişdir. İranda - qədim Həxaməneşin, Hindistanda - Muryan, cənubi Avropada - Camaat və Qədim Yunanda - Şəhərlər dövləti(Qədim Yunanda bütün məntəqələr mərkəzi şəhərləri ilə birlikdə "şəhərlər dövləti"ni təşkil edirdi (sity-state). Aten şəhər dövlətlərindən biri olmuşdur.) imperatorluqlarını buna misal çəkmək olar.
    Sonrakı dövrlərdə dünyanın digər məntəqələrində Osmanlı, İngilis müstəmləkəsi, Jermen, Sovet İttifaqı dövlətləri, habelə Amerika və Hind federal imperatorluqları meydana gəlmişdir.
    1648-ci ildə bağlanılan "sülh müqaviləsi" nəticəsində meydana gəlmiş və bu günlər bir çox dövlətlər üçün örnək olan milli dövlətçiliyi, tarix boyu fəaliyyət göstərən dövlətlərdən biri hesab etmək olar.
    Dövlət və hökumətlərdə baş verən dəyişikliklər, hal-hazırda da davam etməkdədir və bu dəyişikliklər bəlkə də gələcəkdə böyük birliklərə səbəb olacaqdır.
    Dövlətlərdə baş verən dəyişikliklər və bu dəyişiklərə təsir göstərən qüvvələr, siyasət elmində araşdırılır. Dövlətlərin meydana gəlməsi, habelə onlarla əlaqəli olan nəzəriyyələr, məhz siyasət elmi çərçivəsində araşdırılır. Bu səbəbdən də siyasət, tarixi baxımdan qədim, müasir və gələcək dövlətlər çərçivəsində müzakirə olunur. Nəzəri baxımdan siyasət elmlərində dövlət və dövlətçilik barədə söhbət açılır. Burada dövlət nəzəriyyələri, hökumət, qanun vericilik, habelə dövlətin meydana gəlmə səbəbləri, onun fəlsəfə və fəaliyyətlərinə geniş yer verilərək, onların hər biri haqqında geniş söhbət açılır. Cəmiyyət üzvlərinin siyasi səhnədə ifa etdikləri rol, dövlət və hökumətlərin meydana gələrək göstərdikləri fəaliyyətlər və əhali ilə hökumət arasında olan münasibətlər burada müzakirə olunduğu üçün siyasət, bir elm kimi bir çox sahələri əhatə etməyə başlamışdır.
    Bir çox mövzuları əhatə etdiyi üçün də, politoloqlar siyasət elminə müxtəlif təriflər vermişlər. Üç amerikan alimi deyir: "Siyasət elmini, dövlətçilik elmi və ya dövlətin quruluş terriyası ilə əlaqəli olan sosialogiya elminin bir qolu kimi də tərif etmək olar"(Әbdül Həmid, Әbul Әhəd "Siyasət elmlərinin əsasları”, 1-ci cild, 7-ci çap. Tus nəşriyyatı, Tehran, 1376-cı il, 23-cü səh). Әbdül Həmid Әbul Әhəd özünün "Siyasət elmlərinin əsasları" adlı kitabında yazır: "Siyasət elə bir elmdir ki, müxtəlif dövr və məkanlarda qüdrətin (ölkə və dövlət) əlaqələrinin bütün çətinliklərini əhatə edib, ondan necə istifadə etməyi və hansı səmtə istiqamətləndirilməli olduğunu göstərir"(Həmin mənbə). Göründüyü kimi siyasət elminin mövzusu, verilən ilk tərifdə "dövlət"(State), ikinci tərifdə isə "qüdrət"(Power) kimi mənalandırılmışdır.
    Әlbətdə, bu iki məfhum (qüdrət və dövlət) arasında sıx bağlılıq vardır. Belə ki, qüdrət olmadığı bir yerdə hökumət və siyasət heç bir məna və məfhum kəsb etmir. Qüdrət, siyasətin təyin, icra, açıqlanma və formalaşmasının ən başlıca ünsürünü təşkil edir. Buna görə də, Rassel, Hans Morkent, Harvel Lassel və Maks Veber kimi mütəfəkkirlər, qüdrəti, siyasətin ən başlıca məfhumu hesab etmişlər(Alim Әbdürrəhman, "Siyasət elminin əsasları", 3-cü çap, Ney nəşriyyatı. Tehran, 1376-cı səh, 28-ci səh). Alimlərin başqa bir qismi isə, siyasəti belə tərif etmişlər: "Siyasət, insan, partiya və qruplar, ictimai birliklər, ölkələrarası və ya ölkələr daxilində əlaqələr yaradan sülhməramlı və ya qeyri-sülhməramlı məsələlərə rəhbərlik edən bir qüdrətdir"(Həmin mənbə).
    Ümumilikdə götürsək, verilən təriflər ya dövlət və onun quruluşu ətrafında dövr edir ya da məsələyə daha dərindən nəzər salıb, millətin siyasi əks əməlini, ölkənin daxilində baş verən siyasi keşməkeşləri, siyasi fəaliyyətlər nəticəsində əldə olunan nəaliyyətləri, habelə beynəlmiləl səviyyəni diqqət mərkəzində saxlayır. Bir sözlə dövlət və qüdrət, siyasət elminin əsas mövzusunu təşkil edir.
    Son dövrlərdə dövlət və siyasətin məna və məfhumu bir qədər dəyişilmiş və başqa məna daşımağa başlamışdır. Məsələn, professor Katlin belə bir fikirdədir ki, siyasi qüdrət dedikdə, mümkün qədər çox qüdrət əldə etmək üçün qrup, birləşmə və ictimai təbəqələr arasında gedən ixtilaf və keşməkeşlər nəzərdə tutulur. Belə bir nəzəriyyəyə əsasən, dövlət bir qüdrət stimulu kimi ictimai qüvvələrin bir-birləri ilə toqquşması nəticəsində meydana gəlir və bunun üçün də biz onu "qüdrət və qüvvə birliyi" də adlandıra bilərik. Beləliklə siyasət elmini, "cəmiyyətdə formalaşmış qüdrət elmi” kimi tərif etməli olacağıq.
    Bu, olduqca ümumi bir tərifdir. Çünki, bəzi cəmiyyətlər kifayət qədər qüdrətə malik olmalarına baxmayaraq, dövlət kimi tanınmırlar. Qəbilə və sülalələri buna misal çəkmək olar. Onlarla yanaşı, cəmiyyətdə qüdrətli ordu, təsir və nüfuz, əqidə, sərvət, şan-şöhrət, ictimai mövqe və sair formalarda da müşahidə etmək olar.
    Belə ki, onlardan bir qismi siyasi mahiyyətə malik, digərləri isə ondan məhrumdurlar. Bəzən siyasət yalnız qüdrətlə əlaqəli olmur. Belə ki, bəzən ictimai rifah kimi ümumi xarakter danışmalı olur. Bu səbəbdən, siyasət elminə daha geniş tərif vermək lazımdır.
    Siyasət elmi sosioloji elmlərinin bir qolunu təşkil edir. O, vahid formada dövlət və hökumətin mahiyyət və mənşəyini, təkamül və inkişafını, habelə onun müxtəlif formalarını dəqiqliklə araşdırır, hədəf, quruluş və iş strukturunu ortaya çıxarır. Bütün bunlarla yanaşı siyasət elmi, dövlətlərarası və cəmiyyət üzvləri arasında bərqərar olunan əlaqələrə diqqət yetirib, onların mahiyyətini üzə çıxarır.
    * * * *
    (1-2) SİYASӘT ELMİ İLӘ DİGӘR ELMLӘR ARASINDA OLAN ӘLAQӘLӘR
    Müxtəlif elmlər, xüsusilə də humanitar elmlər müştərək mövzuya, bir-birlərinə oxşar xüsusiyyətlərə malik olmaqla yanaşı, bir-birlərinin təkmilləşdirilməsində də böyük rol oynayırlar. Onlardan hər birinin özünəməxsus baxışı olsa da, bəzən aralarında ixtilaf və ziddiyyətlər də meydana gəlir.
    Elmin bəzi şaxələri digər sahələr arasında bir növ vasitəçi rolunu oynayır. Bunun üçün də bəzən elə bir məsələlərə toxunulur ki, digər sahələrdə də həmin mətləb barədə fikir irəli sürülmüş olsun. Demək, bütün elmi sahələr istər sadə və ya mürəkkəb, istərsə də humanitar və ya texniki, bir-birləri ilə sıx əlaqəli və həmahəng olurlar.
    Siyasət elmi sadə olsa da, digər elmi sahələrlə eyni xüsusiyyətə malik olub, humanitar elmlərə daxil olduğu üçün digər humanitar elmlərlə sıx əlaqədə olur. Tarix, iqtisadiyyat, coğrafiya, hüquq, sosiologiya, əxlaq və statistika elmlərini buna işarə etmək olar. İndi isə, siyasət elmi ilə onlardan bəziləri arasında olan əlaqələr haqqında söhbət açaq.
    (1-2-1) SİYASӘT ELMİ VӘ TARİX
    Siyasətlə tarix arasında olduqca sıx əlaqə mövcuddur. Can Seyli bu haqda deyir: "Siyasət elmi olmadan tarix, tarixdə olmadan da siyasət elmləri heç bir məna və məfhum kəsb etmir." Bunun isə səbəbləri artıq məlumdur. Çünki, siyasət elminin bünövrəsi tarixdə baş vermiş hadisə və yaranmış cərəyanlar nəticəsində qoyulmuşdur. Belə ki, tarix keçmişdə baş vermiş hadisələrin mahiyyət və səbəblərini axtarıb üzə çıxarır və bizə məlumat dairəmizi daha da genişləndirməyə imkan verir. Tarix, müxtəlif dövlət və cərəyanların meydana gəlib göstərdiyi fəaliyyətlər haqqında söz açır və siyasət elminin meydana gəlməsinə lazımi şərait yaradır.
    Lazımi şəraitlər isə aşağıdakılardan ibarətdir:
    1-Keçmiş zamanlarda meydana gəlmiş dövlət və hökumətlərin keçdikləri təkamül mərhələləri, fəaliyyət, tətbiq etdikləri qanun və nizamnamələr barədə kifayət qədər məlumatlara yiyələnməli;
    2-Siyasət elminin qanun və nizamnamələrini tətbiq və tənzim etmək üçün lazımi təcrübələr əldə etməli;
    3-Siyasi rəftar və tərzi-təfəkkürün məhdudiyyətlərini, habelə keçmiş zamanlarda siyasətin əldə etdiyi müvəffəqiyyət və uğradığı məğlubiyyətləri biruzə verməli.
    Bütün bunları nəzərə alaraq deyə bilərik ki, siyasət tarixə böyük ehtiyac duyur. Lakin bu ehtiyac qarşılıqlı xarakter daşıyır. Siyasət elmi, tarixi hadisələrin əsasında baş verən təkamül qanunlarının təməlini qoymağa qadirdir. Bununla yanaşı o, tarixi cərəyanların mahiyyətini, habelə onların hansı istiqamətdə aparıldığını özündə əks etdirir. Məsələn, götürək iki qonşu ölkə olan Hindistan və Pakistanın son yüz illik tarixini. Bu dövr bizə bir çox mühüm hadisələrdən xəbər verir. Onlardan biri də budur ki, həmin dövrdə bu iki ölkədə azadlıq uğrunda ingilis istemarına qarşı mübarizə aparılmış və bütün bu hadisələr siyasi milliyyətçiliyin təsiri altında baş vermişdir.
    Göründüyü kimi, tarixlə siyasət arasında sıx bağlılıq vardır və onlar baş verən hadisə və cərəyanların səbəb və mahiyyətlərini aşkara çıxarmaqda bir-birlərinə yaxından köməklik edirlər. Daha dəqiq desək, biri digərinə ehtiyac duyur.
    (1-2-2) SİYASӘT ELMİ VӘ SOSİOLOGİYA
    Ağacla budaq arasında hansı bağlılıq və əlaqə varsa, sosiologiya elmləri (ictimaiyyət) ilə siyasi elmlər arasında da həmin əlaqə mövcuddur. Yəni siyasət elmi, ictimaiyyət elmlərinin bir hissəsi, ictimaiyyət elmləri də öz növbəsində humanitar elmlərin bir hissəsini təşkil edir. Cəmiyyətin quruluş və xüsusiyyətlərini araşdıran sosiologiya elmi, ictimaiyyət elmlərinin əsasını təşkil edir. İctimai bir varlıq kimi insan müxtəlif rəftar və fəaliyyətlərə malik olur. Onun barəsində ayrı-ayrılıqda və eləcə də, ümumilikdə də söhbət açmaq olar.
    İctimaiyyət elmi, insanın bütün ictimai məsələlərinə xüsusi diqqət yetirib onun mahiyyəti, meydana gəlmə və digər sahələri haqqında da geniş söhbət açır. Burada həmçinin iqtisadi, dini, siyasi məsələlərə də toxunulur və ictimai təbəqələr, onların şüur və tərzi-təfəkkür səviyyəsi geniş şəkildə araşdırılır və müxtəlif dərəcələrə bölünür. Bir haldakı, siyasət "dövlət" adını öz üzərinə götürərək cəmiyyətin yalnız siyasi məsələlərini araşdırır, bu səbəbdən də siyasət, insanın siyasi həyatından bəhs edən ictimaiyyətə xas olan bir elmdir. İctimiyyət elmi, ictimaiyyətin xüsusiyyətlərini araşdırdığı bir halda, siyasət ona fərd kimi nəzər yetirir. İctimaiyyət elmi müxtəlif ictimai qurumlardan, siyasət isə onun yalnız "dövlət" adlı bir qolundan söhbət açır. İctimaiyyət elmi böyük əhatə dairəsinə malikdir. Bu səbəbdən də onun siyasi yönümünü, yalnız siyasət elmi təşkil edir. Lakin bütün bunlarla yanaşı, bu iki elmi sahə bir-birlərinə yaxından köməklik edirlər. Məsələn, siyasi elmlər ictimaiyyətə dövlətin quruluş, fəaliyyət, tətbiq etdiyi qanunlar, mənşə və meydana gəlməsi haqqında dəyərli məlumatlar verir və eyni zamanda, özü ictimai qanunlara ehtiyac duyur. Bir çox sahələrdə onlar bir-birlərini təkmilləşdirir və ehtiyacları qarşılıqlı olaraq aradan qaldırılır. Professor Qidinqez bu haqda deyir: "Siyasi elmlər fakultəsinin tələbələri öz elmi işlərini, ictimai məsələləri mütaliə etməklə başlamalıdırlar. Çünki, ictimaiyyətin ibtidai məsələləri ilə tanış olmayan şəxsin dövlət nəzəriyyəsini öyrənmək istəməsi, Nyutonun hərəkət qanununu bilmədən, astronomiya və ya termodinamika elmlərinə yiyələnməsi kimi bir şeydir."
    Bu səbəbdən də, hər bir siyasətçi alim eyni zamanda sosioloq, sosioloq da öz növbəsində siyasətçi olmalıdır.
    Bu iki elm arasında bütün bu yaxınlıqların olmasına baxmayaraq, müəyyən fərqlər də vardır:
    1-İctimaiyyət elminin mövzu və əhatə dairəsi daha geniş və çox şaxəlidir: Çünki, ictimaiyyət bir elm kimi insanın həyatının bütün sahələrinə şamil olur. Bir haldakı, siyasət yalnız insanın özü tərəfindən meydana gəlmiş siyasi məsələlər və siyasi baxımdan formalaşmış cəmiyyət haqda söhbət açır;
    2-Cəmiyyət dövlətdən əvvəl meydana gəldiyi üçün ictimaiyyət elmi də siyasət elmindən əvvəl fəaliyyət göstərməyə başlamışdır. İnsan, siyasətçi olmazdan əvvəl, ictimai varlıq olmuşdur;
    3-Siyasət, insanın siyasi bir varlıq olduğunu fərz edir, lakin ictimaiyyət bunun səbəblərini, insanın siyasi həyatının sair cəmiyyət və təşkilatlardan necə mütəəssir olduğunda açıqlayır;
    4-İctimaiyyət, tarixdəki həqiqi ictimai orqan və təşkilatları, siyasət isə keçmiş, gələcək və hal-hazırki dövlətlər və siyasi təşkilatların vəziyyətini təhlil və mütaliə edir.
    Lakin necə olursa-olsun, hər iki sahə qarşılıqlı olaraq bir-birlərinə təsir göstərir. Aparılan yeni ictimai mütaliələr isə, siyasi tərzi-təfəkkürə daha çox təsir bağışlayır.
    (1-2-3) SİYASİ ELMLӘR VӘ İQTİSADİYYAT
    İqtisad, keçmiş zamanlarda dövlətçiliyin bir hissəsini təşkil etmiş və "Siyasi iqtisadiyyat” adını daşımışdır. Klassik iqtisadiyyatın atası kimi şöhrət tapmış Adam Smit, özünün "Sərvət və millətlər" adlı kitabında yazır: "İqtisadiyyat iki mühüm mövzu haqqında söhbət açır:
    1-Camaatın gəliri kifayət qədər təmin olunmalı;
    2-Әldə olunan kifayət qədər gəlirdən istifadə edərək, ümumi rifahı yaxşılaşdırmalı və cəmiyyətə xidmət etmək üçün lazımi tədbirlər görülməli”.
    Onun fikrincə siyasi iqtisadiyyat, əhali və hakim təbəqənin varlanma yollarını göstərir. Müasir iqtisadiyyat bu elmin siyasətdən ayrı olduğunu hesab edir, lakin bununla belə, bir neçə halda onunla müştərək xüsusiyyətə malik olmalı olur. İqtisadiyyat, dörd mühüm hissədən - insanların ictimai rifahını araşdırmaq, istehsal, mübadilə və istehsal olunmuş malların yayılmasından ibarətdir. Onların hər biri digəri ilə müştərək xüsusiyyətə malik və bununla yanaşı, həmin müştərək məsələ həmçinin müştərək nəzəriyyə əsası fəlsəfənin diqqət mərkəzindədir. [iqtisadiyyat dörd mühüm hissədən ibarətdir: istehsal, bölgü, mübadilə və istehlak]
    İqtisadiyyatla siyasət isə bir-birləri ilə aşağıdakı hallarda əlaqəli olur:
    1-İqtisadiyyat və siyasi əmin-amanlıq;
    İqtisadi fəaliyyətə yalnız siyasi əmin-amanlığın bərqərar olduğu bir şəraitdə nail olmaq olar. Belə ki, hərci-mərclik və qanunsuzluq daim iqtisadi fəaliyyətin qarşısını alıb, ümumi rifaha nail olmağa maneə törədir.
    2-İqtisad və ümumi rifahın yaxşılaşdırılması;
    Sağlam həyat və ictimai təbəqələrin yaşayış səviyyəsini yaxşılaşdırmaq, hər bir dövlətin qarşısına qoyduğu ən başlıca məqsədlərdən birini təşkil edir. Məhz bu səbəbdən, dövlətlər iqtisadi məsələlərə müdaxilə edir və bu sahədə müxtəlif tədbirlərə əl atırlar. Məsələn, qiymətlər gözlərilmədən qalxdıqda, dövlətlər müxtəlif yollara əl atır və yaranmış böhran vəziyyətindən çıxmağa çalışırlar. Onlar ya iş vaxtını artırır, ya yeni qanunlar tətbiq edir, ya da şəraitdən asılı olaraq, digər lazımi yollar axtarıb tapırlar. Әslində yeni dövlət, ictimai rifah dövlətidir.
    3-Məsrəf, iqtisadi mübadilə və bank sistemi.
    Bu günlər. yeni yaranmış dövlətlər bütün iqtisadi fəaliyyətlərdə o cümlədən pul, qiymət, bank sistemi və s. məsələlərə bir başa nəzarət edirlər. Böyük həcmli pulun əllərdə olması, milli iqtisadiyyat üçün ciddi təhlükə yaradan infilyasiya və qiymətlərin armasından xəbər verir. Bunun üçün dövlət infilyasiya və qiymətlərin artmasının qarşısını almaq məqsədilə, pul dövriyəsi, eləcə də malların istehsalı (və ya istehsalat) və satışına (və ya istehlaka)ciddi nəzarət edir.
    Dövlətlər, xüsusilə də geridə qalmış ölkələrdə [və ya inkişaf etməkdə olan ölkələr (İEOÖ)] istehsal və əkinçiliyi bank sisteminin köməyi ilə genişləndirməyə çalışırlar.
    İqtisadiyyat ilə siyasətin bir-birləri ilə əlaqəli olmasına səbəb olan amillərdən biri də, bir tərəfdən istehsal olunmuş malların və xidmətin bərabər şəkildə bölünüb göstərilməsi, digər tərəfdən də milli sərvət pula çevrilərkən (mübadilə) baş verir. Pul vahidinə çevrilməsi də milli sərvətin ya xammal, ya emal olunmuş məhsul kimi istehlak olunmasından sonra baş verir] və gəlirin cəmiyyət üzvləri arasında ədalətli bölüşdürülməsidir. Bölgü və xidmətin bərabər şəkildə aparılması üçün dövlət bütün bunları öz nəzarəti altında saxlamalıdır, məsələn, kapitalizm iqtisadiyyatında istehsal olunmuş mal cəmiyyət üzvləri arasında ictimai bərabərsizliyə səbəb olduğu bir tərzdə bölünür və bunun nəticəsində təbii olaraq ictimai inqilablar və siyasi iğtişaşlar meydana gəlir. Sosializm və komunizmin siyasi və iqtisadi fəlsəfəsinin, habelə Çin və keçmiş Sovet İttifaqı, kommunist və sosialist dövlətlərin meydana gəlməsinə səbəb olan ən başlıca amillərdən biri də, məhz bu olmuşdur.
    İqtisadiyyat ilə siyasətin bir-biri ilə əlaqəli olmasına səbəb olan amillərdən biri də, istehsal olunmuş malların və ya mənfəətin bölüşdürülməsidir. Burada bir-birinə zidd olan iki nəzəriyyə mövcuddur: sosiolizm və kapitalizm nəzəriyyəsi.
    Sosializm nəzəriyyəsinə görə, istehsal olunmuş mal və ya mənfəət cəmiyyət üzvləri arasında bərabər bölüşdürülməlidir. Lakin kapitalistlər bu nəzəriyyəni rədd edirlər. Onlara görə, istehsal olunmuş malların və ya mənfəətin bölüşdürülməsi, hər bir cəmiyyət üzvünün sərf etdiyi əmək müqabilində, ədalətli bölüşdürülməlidir. Onlar ədalətli bölüşdürməni "Әməyə görə Bölgü Qanunu”na əsaslandırırlar.
    Kapitalizm iqtisadiyyatında istehsal olunmuş malların bölgüsü ictimai bərabərsizliyə səbəb olduğu üçün təbii olaraq, ictimai inqilablar və iğtişaşlar meydana gəlir. Bu amil bəzi kapitalist iqtisadiyyatı olan ölkələrdə (məsələn, Çin, Sovet İttifaqı) iqtisadiyyatın sosializmə keçməsinə səbəb olmuşdur. Lakin nəzərdən qaçırmaq olmaz ki, sosializm iqtisadiyyatında yaranan və onun tənəzzül olmasına səbəb olan amil, məhz bu sahədə - istehsal olunmuş malların bölüşdürülməsi və bu bölüşdürmənin cəmiyyət üzvləri arasında bərabər aparılması olmuşdur]
    Keçmiş zamanlarda cəmiyyətdə belə bir tərzi-təfəkkür hökm sürülmüşdür ki, ölkənin iqtisadiyyatı, hökmən onun qanun və nizamnaməliyinin təsir və nəzarəti altında olmalıdır. Eyni zamanda belə bir əqidəyə malik olmuşlar ki, hər bir ölkə və ya dövlətin siyasi quruluşu, onun yaşayış və iqtisadi vəziyyətini özündə əks etdirir. Hətta sosializmin banisi olan Karl Marks belə, tarixin iqtisadi və siyasi cəbr məsələsini ortaya atmışdır. O, belə bir əqidədə olmuşdur ki, hər hansı bir cəmiyyətin iqtisadi şəraiti, onun ictimai-siyasi quruluşunu müəyyən edir. Bu nəzəriyyə iqtisadiyyatla siyasət arasında olan bağlılıq və əlaqəni açıq-aşkar üzə çıxarır. Hal-hazırki cəmiyyətlərdə də hər iki sahə bir-birlərinə qarşılıqlı təsir göstərir. Məsələn, dövlət qiymətlər barədə hər hansı bir qərar qəbul etdikdə, istər-istəməz cəmiyyətdə infilyasiyaya təsir göstərməli olur. Belə bir şəraitdə camaat dərhal əks-əməl göstərdiyi üçün dövlət məcburiyyət qarşısında məsələyə yenidən nəzər salmalı olur. Hətta infilyasiyaya səbəb olmadıqda belə, istehsal, ixracat və sair məsələlərə görə müəyyən dəyişikliklər edə bilər.
    İqtisadiyyatla siyasət arasında olan əlaqələr günbəgün genişlənir və digər sahələrə də təsir göstərməyə başlayır. Məsələn; işçi qüvvəsi, istehsal və satış, ixracat və idxalat, pul və bank sistemi, qiymət və gəlir, sərmayəçi və qoyulan kapital, infilyasiya və büdcə gəliri, qiymətlərə nəzarət, ölkənin sənayeləşdirilməsi, əkinçilik və heyvandarlığın mexanizmləşdirilməsi, ümumi mülkiyyətdə əsaslı dəyişiklər aparılması, yer mülkiyyəti, istehsal alətləri və bu kimi bir çox sahələr iqtisadiyyatla siyasətin təsiri altına düşdüyü üçün bir başa dövlətin nəzarəti altına düşür.
    (1-2-4) SİYASӘT VӘ COĞRAFİYA
    Siyasətlə coğrafiya arasında da qarşılıqlı əlaqələr vardır və onlardan hər biri digərinə öz təsirini göstərir. Siyasi elmlərlə coğrafiya arasında olan bağlılıq coğrafiyanın, siyasi coğrafiya və geopolitologiya kimi sahələrinin köməyi ilə meydana gəlir. Coğrafiya, insanın onu əhatə edən mühitə olan münasibətindən və bu münasibətdən əldə olunan nəticə barədə söhbət açır. İnsanın təbii mühit və insani amillərə qarşı göstərdiyi siyasi əks-əməl isə, siyasət elminin əhatə dairəsində müzakirə olunur. Siyasətdə nəzərdə tutulan məsələlərin böyük bir hissəsi coğrafi mahiyyətə malik olur. Həmçinin coğrafiyada da nəzərdə tutulan məsələlərin böyük bir hissəsi siyasi mahiyyətə malik olur. Göy və göy cisimlərinə aid olan dəyişikliklərin əksəriyyəti, habelə insan və mühitin qarşılıqlı əks-əməllərinin böyük bir hissəsinin, ölkə və dövlətlərin rəftar və gəldikləri qərarlarla əlaqəlidir. Milli qüdrət və mövqeiyyət, milli müdafiə və əmin-amanlıq, beynəlxalq əlaqələr, dövlətlərin müharibə kimi göstərdikləri əks-əməllər, milli birlik, ictimai rifah, dövlət quruluşu, ətraf mühitin qorunması, iqtidarı gücləndirmək, yer və hava sərhədlərinin qorunması, məhəlli və beynəlmiləl həmrəylik kimi məsələlər daim həm siyasət, həm də coğrafiyanın diqqət mərkəzində olur və əslində bu iki elmin müştərək nöqtəsini təşkil edir. Siyasət yuxarıda qeyd olunan məsələləri araşdırmaqda istər sabit olsun, istərsədə dəyişkən, bütün coğrafi ünsürlərə ehtiyac duyur. Coğrafiya da öz növbəsində varlıqları təhlil etmək, insanla ətraf mühit arasında olan əlaqələri, dövlətlərin quruluş və tərkib hissəsini onun qəbul etdiyi qərarları və göstərə bildiyi təsiri arayıb-araşdırmaq üçün siyasətə böyük ehtiyac duyur. Məsələn, hər hansı bir millət və məntəqə sakinləri dövlət və hökumətin istər sadə olsun, istərsə də mürəkkəb, meydana gəlməsinə, hökumətin siyasi rəftar və davranışı da öz növbəsində həmin millətin ictimai quruluşuna və onun oxşarlığının az və ya çox olmasına öz təsirini göstərir. Bu dəyişikliyin özü də yenidən hökumətin özünə örnək götürdüyü sahəyə də təsir bağışlayır. Dövlət və hökumətin quruluşuna nəzər saldıqda bir daha məlum olur ki, coğrafiya ilə siyasət arasında sıx bağlılıq vardır.
    Coğrafi amillərdən biri kimi qeyd olunan amillərdən biri də mövqeiyyətdir. Belə ki, hər hansı bir ölkənin malik olduğu coğrafi mövqe, onun digər ölkələrlə sıx əlaqələr yaradıb siyasi əks-əməl nəticəsində qüdrət baxımından zəifləmə və güclənməsinə səbəb ola bilər. Məsələn, iki qüdrət arasında yerləşən hər hansı bir coğrafi mövqe müxtəlif əks-əməl göstərə bilər. Çünki, bütün bu əks-əməllər, hökumətin siyasi quruluşundan və idarəetmə sistemindən asılıdır. Dövlət bitərəf və fəal əks-əməl göstərməklə, öz mövqeiyyətini qüdrətə çevirərək, beləliklə öz milli təhlükəsizliyini təmin edə bilər. Başqa bir dövlət isə özünü siyasi səhnədən uzaqlaşdırıb, fəaliyyətsizliyi ilə özünü başqa dövlətlərdən asılı vəziyyətə sala bilər.
    (1-2-5) SİYASӘT VӘ PSİXOLOGİYA
    Psixologiya insanın zehni bacarığı, onun fərdi və ya kütləvi rəftar və davranışları haqqında söhbət açır. Habelə, həmin rəftar və davranışların səbəblərini açıqlayıb ayrı-ayrılıqda izah edir. İctimai psixologiya isə insanın ictimai münasibətləri haqqında söhbət açır.
    Psixologiya insanın siyasi faliyyətləri ilə əlaqəli olan münasibətlərini siyasi elmlərin ixtiyarına qoya bilər. Götürək, insanların (istər namizəd olsun, istərsə də adi səs verən) seçkilər zamanı təbliğat və rəy sorğusunda biruzə verdikləri rəftar və davranışlarını. Әslində bütün bunlar barədə psixoloji təhqiqatlar aparılmalıdır. Bu sahədə təhqiqat aparmış psixoloqlar siyasətçilərin ixtiyarına dəyərli məlumatlar qoymuşlar. Onlar məhz bu təhqiqatlar əsasında ümumi rəyi özlərinə cəlb edib, camaatın rəğbətini qazana bilərlər. Bunun üçün də məhz belə bir üsuldan istifadə edərək, hər hansı bir millətin rəftar və davranışlarını əvvəlcədən təyin etmək olar. Millətin rəftar və davranışları din, ictimai və iqtisadi məsələlərlə, fərdi ruhiyyə və nümayəndə olaraq seçilmiş şəxslərin cismi və fiziki xüsusiyyətləri ilə formalaşa bilər. Nümayəndələrdə camaatın ehtiyac və tərzi-təfəkkürü ilə tanış olmaqla, apardıqları təbliğatlarda onların rəy və rəğbətini qazana bilərlər. Siyasətçilərin ən başlıca məqsədi, tutduqları mövqeiyyəti qoruyub-saxlamaq olduğu üçün bu mövqeiyyəti, qüdrət və hakimiyyətə meyilli olan şəxslərin ixtiyarına qoymaq məqsədilə, demokratiyanın geniş şəkildə yayıldığını və camaatın fəal iştirakını nəzərə alaraq, onların razılığını mümkün qədər çox qazanmağa çalışmalıdırlar. Onlar ictimai psixologiya və cəmiyyətin siyasi tərzi-təfəkkürü ilə yaxından tanış olduqları üçün qüdrət əldə edib, bir müddət ona arxalana bilərlər. Әlbətdə diqqət yetirmək lazımdır ki, bu kimi hallarda heç də hər zaman camaatın siyasi tərzi-təfəkkürü hər şeyi həll etmir. Belə ki, iqtisadi qüdrət bu kimi şeylərdə öz təsirini göstərib, həlledici rollardan birini oynayır. Çünki siyasi tərzi-təfəkkürün təbliğ və öz yerini tapması iqtisadi mənbələrin təmin olunmasına böyük ehtiyac duyur.
    Sonda bunu da qeyd etmək lazımdır ki, siyasət humanitar elmlərinin hüquq, əxlaq, idarəetmə və sair sahələri ilə sıx əlaqəli və onlardan ayrılmazdır. Lakin biz burada bununla kifayətlənib, bu əlaqələrin hər biri haqqında ayrı-ayrılıqda söhbət açmırıq. Maraqlananlar əlavə məlumatlar əldə etmək üçün siyasət elminin əsasları barədə təlif olunmuş digər kitablara müraciət edə bilərlər.
    (1-3) DÖVLӘT VӘ ONUN QURULUŞU
    Dövlət kəlməsi iki məna daşıyır:
    Onlardan biri müəyyən quruluşa malik olan ümumi məna ifadə edir. Bu məna siyasi coğrafiyada müstəqil ölkə müqabilində işlənilir. Lakin siyasi elmlər və hüquq kimi sahələrdə müstəqil ölkə və ya dövlətin quruluş ünsürü, siyasi coğrafiyada nəzərdə tutulan ünsürdən qat-qat aşağıdır. Yəni siyasi coğrafiyada bu ünsürlər siyasət və hüquq sahələrində nəzərdə tutulan ünsürlərlə iştirak etməklə yanaşı, bir çox başqa ünsürlərə də malikdir və onlar yalnız siyasi coğrafiyada diqqət mərkəzində olur və biz növbəti fəsillərdə onlar barədə ayrı-ayrılıqda söhbət açacağıq. Dövlət kəlməsinin daşıdığı ikinci məna, yəni hökumət və ölkənin siyasi təşkilatı birinci mənadan məhdud olmaqla yanaşı, daim siyasət və hüquq sahələrinin əsas mövzularından birini təşkil etmişdir. Belə bir ünvan hökumətin tərkibində olan icraedici orqana da verilmişdir. İngilis dilli ölkələrin bəzilərində dövlət yerinə, hökumət kələməsindən istifadə olunur. Burada isə dövləti təşkil edən ünsürlər barədə ayrı-ayrılıqda izahatlar vermək istəyirik(İranda hökumət və dövlət kəlmələri bir-birlərinin yerində istifadə olunur. Bəlkə də bu söz ilkin adlandırılmalardan irəli gəlmişdir (Belə ki, dövlət sözü state, hökumət sözü isə GOVERNMENT kimi tərcümə olunmuşdur. Lakin dövlət sözünün GOVERNMENT, hökumətin isə state kimi tərcümə olunmaları daha məqsdə uyğundur).).
    (1-3-1) DÖVLӘTİ TӘŞKİL EDӘN ÜNSÜRLӘR
    Bir qədər əvvəl qeyd etdik ki, dövlət özünün ümumi mənasında quruluş ünsürləri - siyasi coğrafiya, hüquq və siyasət baxımından fərqli olan müstəqil ölkə mənasında işlənilir. Burada yalnız hüquq və siyasətin diqqət mərkəzində olan beş ünsür barədə söhbət açacaq, digər ünsürlərə isə siyasi coğrafiya bölümündə işarə edəcəyik.
    1-Әrazi
    Әrazi, dövlət və hökumətin səlahiyyətini özündə əks etdirən hər hansı bir siyasi-coğrafi əraziyə deyilir. Belə ki, o burada lazımi qanun və nizamnamələr tətbiq edib, əməli olaraq icra və ondan boyun qaçıran şəxsləri cəzalandıra bilsin. Bunun üçün ərazisiz dövlət heç bir məna və məfhum kəsb etməyir.
    Hal-hazırda yer kürəsi 200 siyasi-coğrafi məntəqəyə bölünmüş və onların hər biri onları digər məntəqələrdən ayıran müəyyən siyasi sərhədlərə malikdir. Bu sərhədlər quru, dəniz və havada təyin və bütün ölkələrin razılığı ilə dəqiqliklə müəyyənləşdirilir. Hər bir dövlət (ya hökumət) öz əhatə dairəsində müxtəlif səlahiyyətlərə malik olur. O, öz təbii sərvətlərindən bəhrələnir, iqtisadiyyat və ictimai rifahı yaxşılaşdırmaq məqsədilə, müxtəlif tədbirlərə əl atır və digər dövlətlərin müdaxiləsi olmadan istədiyi qərarları qəbul edir.
    * * * *
    2-Cəmiyyət
    Dövlətin əsasını təşkil edən ikinci ünsür cəmiyyətdir. Müştərək xüsusiyyətləri səbəbindən bir-birləri ilə əlaqəlidirlər. Dövlət və hökumət, cəmiyyət və millət olmadıqda heç bir məna və məfhum kəsb etməyir. Belə ki, sakin və əhalisi olmadığı üçün Antarktida qitəsində nə bir dövlət var, nə də hökumət. Bunun üçün də digər dövlətlər onu öz aralarında bölmüş və hal-hazırda şərikli olaraq oradan istifadə edirlər.
    Mühüm məsələlərdən biri də cəmiyyətin, yerli əhalinin həmin əraziyə hakim olan dövlətə tabe olmasından ibarətdir. Onlar yalnız belə bir şəraitdə ictimai, siyasi, iqtisadi hüquqa malik ola bilərlər.
    3-Hökumət
    Dövlətin əsasını təşkil edən üçüncü mühüm ünsür, Hökumət və siyasi idarəetmədir. Hökumət sərhədləri müəyyən olunmuş ərazi də millətin siyasi formalaşması nəticəsində meydana gəlir və öz qanuni fəaliyyətini həmin məntəqənin əhalisindən alır. Hökumət, millətin işlərini idarə edən siyasi bir təşkilatdır. Onun üzərinə düşən digər vəzifələrdən biri də, ictimai ədaləti və coğrafi bərabərliyi təmin edib, milləti yadelli dövlətlərin təhlükəsindən qorumaqdır. O, millətin ehtiyaclarını aradan qaldırıb, maddi və mənəvi təkamülünü, yəni milli təhlükəsizliyini təmin etməlidir.
    Hökumətlər müxtəlif quruluşa malik olurlar. Coğrafi baxımdan onlar sadə, federal, məhəlli və ya hər hansısa bir məntəqəyə xas olan hökumətlərə bölünürlər. Quruluş və mahiyyət baxımından da onlar bir-birlərindən fərqli xüsusiyyətlərə malik olurlar. Dünyanın bir çox ölkələrinə hakim olan respublika, Böyük Britaniya krallığı, demokratik, Səudiyyə Әrəbistan səltənəti, İran İslam respublikasının dini hakimiyyəti, diktatorluq, sosializm, faşizm, və anarxiya hakimiyyət üsullarını buna misal çəkmək olar.
    Dövlət kabineti, ordu və məhkəmə bütün dövlətlərin müştərək sahələrini təşkil etsə də, bütün bunlara baxmayaraq, onların hər biri özünə məxsus quruluş və idarəetmə strukturuna malik olur.
    4-Hakimiyyət
    Hakimiyyət, istiqlaliyyət və milli iqtidarı əks etdirən bir ünsürdür. Başqa sölə desək, hakimiyyət hər hansısa bir dövlətin ondan güclü və ya eyni səviyyədə olan dövlətlərin kənarında müstəqil olaraq istədiyi qanunları tətbiq edib, milli mənafelərini qoruyub-təmin edə bilməsinə deyilir. Lakin belə bir tərif əsasən istemarçı ölkələri hakimiyyət hesab edə bilmərik. Hərçənd bəzən müstəqil ölkələr də digər ölkələrin nüfuzu altına düşərək, öz azadlıqlarından məhrum olurlar.
    5-Rəsmi tanınma
    Bu ünsür hüquqi və etibar baxımından əhəmiyyət kəsb edir və bu səbəbdən də sair ünsürlər kimi həlledici rol oynamayır. Onun təkmilləşdirici xüsusiyyətinə yalnız dövlətin quruluşda diqqət yetirilir. Çünki, əgər hər hansı bir müstəqil dövlət digər dövlətlər tərəfindən tanınmadıqda, təklənib olduqca ağır şəraitlə üzləşmiş olur. Siyasi, iqtisadi, ictimai və mədəniyyət baxımından bir-birlərindən asılı olan millət və dövlətlər qarşılıqlı olaraq bir-birlərinin ehtiyaclarını aradan qaldırır və qarşılaşdıqları çətinlikləri həll edirlər. Bunun üçün də sair dövlətlər hər hansı bir dövləti rəsmi olaraq tanımadıqda, onunla əlaqə yartmaqdan imtina edir və onu bir çox çətinliklərlə qarşı-qarşıya qoymuş olur. Bu səbəbdən də təkmiləşdirici xarakter daşıyan tanışlıq ünsürü, hər bir müstəqil dövlətə beynəlmiləl səhnədə öz uğurlu addımlarını atmağa yaxından köməklik edir.
    (1-3-2) DÖVLӘTİN MӘNŞӘYİ
    Dövlət və hökumətin mənşəyi haqqında adətən irəli sürülən nəzəriyyələr iki hissəyə - zehni və tarixi nəzəriyyələrə bölünür.
    Zehni nəzəriyyələr aşağıdakılardan ibarətdir:
    1-İlahi iradə nəzəriyyəsi;
    2-Güc və zorakılıq nəzəriyyəsi;
    3-İctimai qərardad nəzəriyyəsi.
    A) İLAHİ İRADӘ NӘZӘRİYYӘSİ
    Qədim zamanlardan bəri haqqında söz açılan nəzəriyyələrdən biri də, dövlətin mənşə və meydana gəlməsinin Allahın istək və iradəsindən asılı olması ilə əlaqəlidir. Bu nəzəriyyəyə əsasən, dövlət Allah tərəfindən yaradılmış, Onun hakim nümayəndəsi də yer üzərindədir. Hakim təyin etdiyi şəxsin verdiyi hökmlər də Onun əmr və qanunları ilə tamamilə müvafiq olmalıdır. Ona tabe olmaq vacib, verdiyi hökmlərdən boyun qaçırmaq isə günah hesab olunur.
    Nəzəriyyə sahibləri həm dini rəhbərlər, həm də padşah və hakimlər olmuşlar. Padşahlar daim öz hakimiyyətlərinin qanuni olduğunu sübuta yetirməyə və bu yolla camaatı özlərinə tabe etməyə çalışmışlar. Bu kimi hakimlər həm müsəlmanlar, həmdə digər dinlərə mənsub olan millətlər arasında hökmüranlıq etmiş və din rəhbərlərinin köməyi ilə hakimiyyətlərinin qanuni olduğunu sübuta yetirməyə çalışmışlar.
    İslam dini bu nəzəriyyəni qəbul etmiş və hakimin hansı şəraitdə təyin olub və nə kimi xüsusiyyətlərə malik olmalı olduğunu əvvəlcədən müəyyən etmişdir. Dini rəhbərlər, dünyəvi rəhbərliklə yanaşı, cəmiyyətin mənəvi və ruhi rəhbərliyini də öz üzərlərinə götürmüşlər. Nisa surəsinin 59-cu ayəsində onlara tabe olmağın vacibliyi beləcə bəyan olunur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!”.
    İslam dini (xüsusilə də şiə məzhəbi) baxımından, qeyri-dini hakimlərin rəhbərliyə heç bir hüquq və səlahiyyəti çatmır və cəmiyyətə rəhbərlik edən şəxslər əslində din rəhbərlərinin çıxardıqları hökmlərin icraçısı hesab olunurlar.
    * * * *
    b) Güc və zorakılıq nəzəriyyəsi
    Bu nəzəriyyəyə əsasən dövlət zorakı güclülərin gücsüzlərə göstərdikləri təziqlər nəticəsində meydana gəlmişdir. Belə ki, onlar güc və qüdrətdən məhrum olan şəxsləri özlərindən asılı vəziyyətə salaraq, dövlət qurmuş və bunun, tamamilə qanuni olduğunu sübuta yetirməyə çalışmışlar. Qəbilə, dövlət və güclü ictimai təbəqələri buna misal çəkmək olar.
    v) İctimai müqavilələr nəzəriyyəsi
    Siyasi təşkilatın meydana gəlməsi üçün ictimai birlik və həmrəyliklə birgə olan bu nəzəriyyə ictimaiyyətin təbii halda iğtişaş və hərci-mərcliyə düçar olduğu halda meydana gəlmişdir. Yaranmış belə bir şəraitdə cəmiyyət üzvləri bir yerə toplaşaraq, cəmiyyəti idarə etmək üçün vahid siyasi təşkilatin yaradılmasının zəruriliyini müzakirə etmişlər və bu siyasi təşkilat sonralar dövlət və ya hökumət adlandırılmağa başlamışdır. Bu nəzəriyyənin tarixi kökləri olub qədim Rum və Yunanıstana qayıtsa da, son dövürlərdə Habez, Lak və Russo kimi mütəfəkkirlər məhz belə bir əqidəyə əsaslanmışlar. O şəxslər ki, irəli sürdükləri nəzəriyyələr uzun müddət Avropaya hakim olmuşdur.
    Tarixi dövlət nəzəriyyələri isə bunlardan ibarətdir;
    a) Təbii dövlət nəzəriyyəsi;
    Bu nəzəriyyə Aristotel tərəfindən irəli sürülmüşdür. Belə bir tərzi-təfəkkürə əsasən, dövlətin əsası insanların təbii ehtiyacları ilə əlaqəli olur. Çünki, dövlətin meydana gəlməsinin ən başlıca fəlsəfəsi, insan və insanın fizioloji ehtiyacları əsasında meydana gələn ailənin ehtiyaclarını aradan qaldırmaqdan ibarətdir. O da cəmiyyətlərin bütün ehtiyaclarını aradan qaldıra bilmədiyi üçün dövlət və hökumətin mövcud olması zəruri bir hala çevrilir, belə çıxır ki, dövlət cəmiyyətlərin bütün bu ehtiyacları ödəyə bilmədiyi üçün dövlət və hökumətin mövcud olması zəruri bir hala çevrilir. Dövlət mövcud olduğu bir halda, "dövlətin mövcud olması zəruriliyi” uyğun gəlmir. Bu fikir bu cür ola bilər ki, cəmiyyət təkbaşına öz ehtiyaclarını ödəyəbilmə qüdrətinə malik olmadığı üçün dövlət və hökumətin mövcud olmasını zəruri bir hala çevrilir]
    b) Dövlətin varislik nəzəriyyəsi
    Bu nəzəriyyəyə əsasən, dövlət ailənin genişlənməsi nəticəsində meydana gəlir. Yəni vahid bir ailə bir neçə hissəyə bölünərək, getdikcə genişlənmişdir. Belə olduqda, bu böyük ailəyə daha dəqiq desək sülaləyə, yaşlı bir şəxs rəhbərlik etməyə başlayır. İlkin olaraq qəbilə başçıları qadınlar olmuş və bu səbəbdən belə bir rəhbərlik matriarxat üsul adlandırılmışdır. Bir çox hallarda isə kişilər rəhbərlik etdikləri üçün belə bir rəhbərlik patriarxat üsul adlandırılmışdır. Bəzən də bu sülalələr müəyyən məntəqədə məskunlaşmış qəbilə və tayfalara çevrilmiş və beləlik də, dövlətin meydana gəlməsi üçün münasib şərait yaranmışdır.
    v) Dövlətin tarixi təkamül nəzəriyyəsi
    Doktor Karnerin fikrincə, dövlətlər nə Allah tərəfindən, nədə zorakılıq və ailələrin genişlənməsi nəticəsində meydana gəlmişdir. O, dövlətlərin meydana gəlməsinin ən başlıca səbəbini, insanın ictimai təkamülündə görür. İctimai təkamüldə payı olan ən başlıca amillər isə bunlardan ibarətdir:
    1-Qohumluq əlaqələri;
    2-Din və məzhəb;
    3-Sehr və cadu;
    4-Malikiyyət və iqtisadi təbəqələrin meydana gəlməsi;
    5-Müharibə və zorakılıq;
    6-Zirəklik və siyasi bacarıq;
    Yeni dövlətlərədək bütün ilkin dövlətlər qeyri-münəzzəm təkamül mərhlələrini ötüb keçmişlər. Dövlətlərin tədrici təkamülünü isə aşağıdakı hissələrə bölmək olar:
    1-"İlkin imperatorluqlar"
    Bu imperatorluqlar qəbilə dövlətlərinin patriarxat və ya matriarxat formasında yarandıqdan sonra meydana gəlmişdir. İlk dəfə olaraq belə bir imperatorluqlar şərqdə yaranmışdır. Sumeriya, Aşuri, İran, Misir və Çinlilərin imperatorluqlarını buna misal çəkmək olar.
    2-İlkin şəhərlər dövləti
    Bu dövlətlər ilk dəfə olaraq Egey dənizinin sahilində və Balkan yarmadasının müxtəlif məntəqələrində meydana gəlmişdir. Bu məntəqələrin təbii şəraiti sükunət yerlərinin bir-birlərindən ayrı düşmələrinə səbəb olmuş və nəticədə, yarımadada məskunlaşmış qəbilələr dövlət halına çevrilmişlər. Qədim Afina və Spartada yaranmış dövlətləri buna misal çəkmək olar. Yunanlılar yaranmış bu kiçik dövlətləri "polis” adlandırardılar. Onlar adətən yüksəkliklərdə möhkəm qalalar qurar və təhlükə ilə üzləşdikdə oraya pənah aparardılar. Bu şəhər və ya polislərin hər biri təbii şəraiti (adanın coğrafi mövqeiyyəti) nəzərə alaraq, ümumi sığınacaq yerini möhkəmləndirmək üçün əhatə dairələrini genişləndirməyə çalışardılar.
    3-Rum imperatorluğu
    Rumlular çox gözəl idarə olunan imperatorluq təsis etməyə nail olurlar və bunun üçün bir sıra qanun və nizamnamələr yazıb, əməli olaraq onları icra etməyə başlayırlar. Onlar birlik olmadan demokratiyanı əldə edən yunanların əksinə olaraq, siyasi birliyə demokratiyanı qurban verməklə nail olurlar.
    4-Feodal hökuməti
    Feodal hökumətin dəqiq tarixi bizə bir o qədər də bəlli deyildir. Lakin bəlli olan budur ki, o Rum imperatorluğunun süqutundan və daxili hərc-mərclik yarandıqdan sonra meydana gəlmişdir. Rum imperatorluğuna qarşı çıxan nisbi azadlıq və muxtariyyata malik olan qəbilələr, ixtiyarlarında olan əraziləri ən başlıca gəlir mənbəyi hesab edirdilər. Yaranmış belə bir şəraitdə böyük mülkədarların rəhbərlik etdikləri qüdrətlər meydana gəlir. Mülkədarların torpaqlarından istifadə edən əkinçilər isə onların tam tabeçiliyində idilər. Feodallara gəldikdə isə onlar dövlətin meydana gəlməsinə böyük maneə yaradırdılar.
    5-Yeni dövlət
    Feodalizm genişləndikcə və latın dili öz yerini məhəlli dillərə verdikcə, müxtəlif millətlərin yaşadıqları ərazilər bir-birlərindən fərqlənməyə və milliyyətçilik hissi özünü biruzə verməyə başlayır. Eyni zamanda, şəhərlər inkişaf edərək genişlənir və ticarət daha geniş vüsət halı tapmağa başlayır. Yeni-yeni ixtiralar olunur və protestant hərəkatının köməyi ilə camaat arasında dini inqilab baş verir. Fərdi və ümumi tərzi-təfəkkür getdikcə güclənir və vətən sevgisi qəlblərdə özünə yer etməyə başlayır. 1648-ci ildə İngiltərədə baş verən inqilab İngiltərənin özündə, Fransa və İspaniyada dövlət və dövlətçiliyin yeni məfhumunun meydana gəlməsinə səbəb olur. Orta təbəqənin meydana gəlməsi və ümumi kütlənin siyasi azadlıq və demokratiya istəyi, tədriclə dövlətlərin güclənməsinə gətirib çıxarır. İndinin özündə də müstəqil ölkələrin bir çoxunu məhz belə bir hakimiyyət üsulu idarə edir və hal-hazırda bu müstəqil ölkələrin sayı iki yüzə çatır.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 1471 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024