İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:37 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild

    (1-4) DÖVLӘT QURULUŞU
    Dövlət, qüdrətlərin ayrılması nəzəriyyəsinə əsaslanan üç hissədən ibarətdir. Aristotelin zamanında qədim Yunanda siyasi mütəfəkkirlər hökumətin ixtiyarında olan qüdrətləri üç hissəyə bölmüşlər;
    1-Qanunverici (və ya qanunları tənzimedici qüdrət);
    2-İcraedici (icraçı qüdrət);
    3-Məhkəmə.
    Onlardan hər biri isə özünə məxsus quruluşa malik olur.
    XVIII əsrin görkəmli fransız mütəfəkkiri Mentesyu, fərdi azadlıq və hüquqları müdafiə etmək məqsədilə, qüdrətin ayrılma nəzəriyyəsini müdafiə edən ilk şəxs olmuşdur. Onun dövründə Fransaya zalım və sitəmkar padşahlar hökmüranlıq edirdi. Lakin İngiltərə heç də bu vəziyyətdə deyildi. Monteskyu İngiltərədə olduğu müddətdə orada Fransadan fərqli olaraq camaatın fərdi azadlıqdan bəhrələndiyini və onlara dövlət tərəfindən heç bir zorakılığın tətbiq olunmadığını müşahidə edir. Gördüyü şəraitdən mütəəssir olaraq o, 1748-ci ildə özünün "Qanunular ruhu" adlı məşhur əsərində qüdrətlərin ayrılma nəzəriyyəsini geniş şəkildə şərh edir. O, irəli sürdüyü bu nəzəriyyədə hökumətin üç əsas qüdrətinə, yəni qanunvericilik, icraedici və məhkəmə sisteminə işarə edərək, fərdi azadlığa nail olmaq üçün bu üç qüdrətin və ya onlardan ikisinin fərd və ya kütlənin ixtiyarına qoyulmamasına təkid edir. Çünki, bütün bunlar zorakılıq və diktatorluğa gətirib çıxarır. Monteskyu qüdrətlərdən birinin digəri ilə birləşməsini nəzərə alaraq, bütün fərdi azadlığa zərbə vura biləcəyini açıqlamış və buna görə də, qüdrətlərin bir-birlərindən ayrı olmalarını zəruri hesab etmişdir. Sonralar İngilis və Amerikan mütəfəkkirləri də Monteskyunun irəli sürdüyü bu nəzəriyyəni dəstəkləmiş və qüdrətlərin bir-birlərindən ayrı olmalarının zəruriliyinə təkid etmişlər. Xüsusilə də ona görə ki, bu nəzəriyyə fərdi azadlığın zəruriliyə və onun müdafiə olunmasına xüsusi diqqət yetirmişdir. Monteskyunun irəli sürdüyü bu nəzəriyyə, Amerika cəmiyyəti və İngilis istemarçılarına qarşı mübarizə aparmalarına böyük təsir qoymuşdur. Onlar İngilis istemarını yaxından hiss edir, onun ağrı və acılarını dadmalı olurdular. Həmin dövrdə icraedici qüvvə ilə qanunverici qüvvələr arasında ardı-arası kəsilməyən ixtilaf və qarşıdurmalar müşahidə olunurdu və bütün bunlar təbii olaraq onları narazı salırdı. Buna görə də, hökuməti idarə etmək üçün bu iki qüdrəti bir-birindən ayırmağı ən uğurlu addım hesab etmişlər.
    Məhz bu səbəbdən, Monteskyunun irəli sürdüyü bu nəzəriyyə federal dövlətin konstitusiyasına böyük təsir qoyur və Amerika bu qanunu təsdiq etdikdən sonra qeyd olunan teoriyanı əməli olaraq icra etməyə başlayır. Әlbətdə, bu heç də qüvvələrin tam mənada bir-birlərindən ayrılması demək deyildi. Bəlkə əksinə olaraq, onlar bir-birlərinə qarşılıqlı təsir göstərməyə başlayırdı. Qüvvələrin ayrılma nəzəriyyəsi özünün bəzi çatışmamazlıqlarına baxmayaraq, hökumətin siyasi quruluşuna böyük təsir göstərə bilir və özünü demokratik ölkələrin konstitusiya qanunlarında əks etdirərək özünəməxsus yer tapa bilir. Bu prinsip, respublika ölkələri ilə yanaşı İngiltərə (inqilabdan əvvəl), İran, Tayland və s. şahənşahlıq ölkələrində qanunun diqqət mərkəzinə çevrilirdi.
    (1-4-1) QANUNVERİCİLİK
    Qanunverici, verilən yeni-yeni qanunlarda müdaxilə etmək hüququna malik olan xüsusi dövlət orqanına deyilir. Bu orqan fərdin bütün cəmiyyət üzvlərinin, habelə dövlətin rəftar və davranışlarını müəyyən edərək cəmiyyəti fərdin ictimai hüquqlarının qorunması və təkamülə doğru qədəm qoyması üçün nəzm, intizama doğru sövq edir.
    Müxtəlif ölkə və cəmiyyətlərdə qanunvericiliklə əlaqəli olan orqanlar müəyyən oxşarlıqlara malik olsalarda, bəzi məsələlərdə bir-birlərindən fərqli və müxtəlif xüsusiyyətlərə malik olurlar.
    Bir çox ölkələrdə fəaliyyət göstərən mühüm qanunvericilik orqanlarından biri də, ölkənin Milli Məclisidir. MM camaat tərəfindən seçilmiş nümayəndələrdən ibarət olur və onların sayı hər bir ölkənin qanun çərçivəsində müəyyənləşdirilir. Dövlət tərəfindən gündəliyə salınmış və ya nümayəndələrin özləri tərəfindən irəli sürülmüş təkliflər burada müzakirə olunur və yetkin qərara gəldikdən sonra MM-in ümumi yığıncağına təqdim olunur. Nəzərdə tutulan məsələ qəbul olunduqda, qanunvericilikdən başqa daha yüksək orqan olmadıqda, qərarın qəbul olunduğu dövlətə xəbər verilir.
    İkinci qanunverici orqan MM-in qəbul etdiyi qərarlara nəzarət edir. Bu orqanın iş funksiyası müxtəlif ölkələrdə adətən bir-birindən fərqli olur. Bəzi ölkələrdə bu orqanlara "Senat", bəzilərində isə "Lordlar Palatası" deyilir. Orqan üzvləri isə, ya dövlətin bir nömrəli şəxsi (prezident, baş nazir və s.) tərəfindən ya da digər yollarla seçilir. Bəzi ölkələrdə isə (xüsusilə federal ölkələrdə) onlar bərabər olaraq bütün əyalətlərdən seçilir və həmin bu şəxslər federal əyalətlər arasında olan əlaqələrin qorunub-saxlanılmasında mühüm rol oynayırlar.
    Bu orqan bəzən qəbul olunmuş qərarlara yenidən nəzər salıb, onları araşdırmaq hüququna da malik olur. Qəbul olunmuş qərarları dini hökmlərlə müqaisə edib, onlara qarşı öz nəzərlərini bildirən orqanları buna işarə etmək olar. Məsələn, Pakistanda İslami ideolaji və İran İslam Respublikasında isə Nəzarətedici şura, MM-in qəbul etdiyi qərarların dini hökmlərlə və konstitusiya qanunları ilə həmahəng olub-olmadıqlarına nəzarət edib son nəticədə öz rəyini bildirir.
    Üçüncü qanunverici orqan, sadə federal dövlətlərdə bir-birlərindən fərqli olan ayrı-ayrı məntəqələrə xas olan qanunverici orqanlardır. Federal dövlətlərin əyalət və məntəqələrində əhali tərəfindən seçilmiş nümayəndələrdən ibarət olan əyalət qanunverici məclislərdə fəaliyyət göstərir. Onların üzərinə düşən ən başlıca vəzifə əyalətə məxsus qanunlar qəbul etməkdən ibarətdir. Sadə quruluşa malik olan dövlətlərdə məhəlli qanunları təsdiq etmək üçün iqtisadi, ictimai, abadlıq, mədəni və sair məslələrə dair qanun təyin edəcək dövlət funksiyasını daşıyan məhəlli orqan fəaliyyət göstərir. Bu orqanlar bəzən məhəlli şura, məhəlli təşkilat, məhəlli idarəetmə orqanı və s. ünvanlarla adlandırılır. Məntəqə sakinləri yaşadıqları kənd, qəsəbə, rayon və şəhər çərçivəsində məhəlli orqanlara üzv seçirlər. Şübhəsiz ki, bu orqanlar MM-dən tam asılı vəziyyətdə olub, onun tək müstəqil qanunvericilik hüququna malik olmurlar.
    Ümumilikdə götürsək, qanunvericilik orqanın üzərinə müxtəlif vəzifələr düşür və onlar aşağıdakılardan ibarətdir:
    1-Qanunvericilik
    Üzərinə düşən ən başlıca vəzifə qanunları təsdiq və qüvvəyə mindirmək mindirməkdən ibarətdir.
    2-Әsas qanuna yenidən baxış
    Bir müddət keçdikdən sonra ölkələrin əsas qanunlarına yenidən baxış zərurəti qarşıya çıxır. Buna görə də qanunverici qüvvə əsas qanunu yoxlamaq və onda dəyişiklik aparmaq işi ilə məşğul olur; onu referendum və xalqın ümumi müzakirəsi şəklində həyata keçirir.
    3-Dövlət adamlarının təyin və çıxarılması
    Qanunverici orqan prezident, nazir və digər dövlət adamlarının təyin və çıxarılmasına müdaxilə edir və dövlət nümayəndələrinin rəy və təkliflərini nəzərə alaraq, onlar barədə fikir irəli sürür. Әlbətdə, ayrı-ayrı ölkələrdə bu iş bir-birlərindən fərqli olaraq, müxtəlif formalarda həyata keçirilir. Məsələn, İran İslam Respublikasında qanunvericilik orqanının bir hissəsi olan Nəzarət şurası, seçkilər zamanı üzərinə düşən vəzifələri yerinə yetirməli olur.
    4-İqtisadiyyata müdaxilə
    Dövlət gəlirinə nəzarət, illik büdcənin təyin olunması və iqtisadi, ictimai və mədəni tərəqqi yolunda atılan addım və görülən tədbirlər ölkənin qanunvericilik orqanının üzərinə düşən digər vəzifələrdən birini təşkil edir.
    5-Bəzi icra olunası işlərə müdaxilə
    Qanunverici orqanlar icra olunacaq işlərin bir qisminə müdaxilə etmək hüququna malik olurlar. Ölkənin beynəlmiləl təşkilatlara üzv olması, dövlətin maliyyə işlərinə nəzarəti, qəti qərar qəbul edən orqan və təşkilatlarda iştirak etməyi buna misal çəkmək olar.
    6-Mühakimə
    Qanunverici orqan Amerika və Fransa kimi ölkələrdə dövlətin yüksək vəzifəli icraçı şəxslərini mühakimə etmək hüququna malikdir.
    7-Təhqiq və araşdırma
    MM nazir və nazirliklərin göstərdikləri fəaliyyət və iş funksiyası, habelə dövlətin qarşılaşdığı böhran vəziyyətini təhqiq və araşdırma hüququna malikdir.
    8-Məlumatlandırma
    Qanunvericiliyə dair baxış və məlumatların genişləndirilməsi ən ömdə və zəruri məsələlərdən biridir. Bu səbəbdən qanunverici orqan ona lazım olan məlumatları genişlərdirmək məqsədilə, bu istiqamətdə addım atır. İran İslam Respublikasının İslam şurasını buna misal çəkmək olar. Qarşıya qoyulan bu məqsədə çatmaq üçün kompyüterləşdirilmiş informasiya və MM-in Təhqiqatlar Mərkəzi dövlət vəkillərinin məlumatlarını daha da genişləndirmək üçün müxtəlif mövzularda məqalə yazmağa və seminarlar keçirməyə başlamışlar.
    (1-4-2) İCRAEDİCİ ORQAN
    İcraedici orqan dövlətin ixtiyarında olan qüdrətin böyük bir hissəsini təşkil edir. Tarix boyu aparıcı rol oynayan və tam şəkildə dövlətin qüdrət və gücünə nəzarət edən bu orqan, demokratiya genişləndikdən sonra məhkəmə və qanunvericilik orqanları ondan ayrıldıqları üçün öz funksiyasını məhdudlaşdırmalı olmuşdur. Maliyyə, idari məsələlər, nizam-intizam, təhlükəsizliyin təmin olunması və məlumatların əldə olunmasına nəzarət edən bu dövlət orqanı, digər sahələrə də öz təsirini göstərə bilir.
    Halbuki, icraedici orqanda hegemon qurumların işləri qanuna salınmış və onlara zəmanət verilmişdir. Lakin, əmələ gəldikdə hegemon qurumlar tərəfindən sui-istifadə olunmuşdur.
    İcraedici orqan dövlət strukturunun bir hissəsini təşkil edir və o iki hissədən yəni dövlət rəhbərindən (prezident) və baş nazirdən ibarətdir. İran və Amerika kimi ölkələrdə isə, hər iki vəzifəni dövlət rəhbəri yəni prezident idarə edir. İran İslam Respublikasında prezident qanunverici, icraedici və məhkəmə orqanlarını bir-birlərini həmahəng edən rəhbərliyin nəzarəti altında icraedici orqana rəhbərlik edir. Dünyanın bir çox ölkələri respublika və demokratik üsulla idarə olunurlar. Ölkəyə rəhbərlik edən prezident üçlük təşkil edən dövlət orqanlarını (yəni qanunvericiliyi, icraedici və məhkəməni) bir-birləri ilə həmahəng etməklə yanaşı, icraedici orqanda da üzərinə düşən vəzifələri yerinə yetirir. Prezident icraedici orqana daha çox meyl etdiyi üçün onun rəhbərlik etdiyi bu orqan digər sahələrə daha çox təsir göstərir.
    İcraedici orqanın özü isə bir neçə təşkilatlardan ibarət olur:
    1-Nazirlər kabineti
    Müxtəlif nazirliklərdən ibarət olan bu orqan, cəmiyyətin idarə olunması, ehtiyaclarının aradan qaldırılması və dövlətlər arasında sıx əlaqələrin yaradılması və sö məsələləri öz üzərinə götürür və bütün bunlar icraedici orqanın qanunları çərçivəsində həyata keçirilir. Dövlət üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün bütün nazirlik və təşkilatlarda idarəetmə üsulunu genişləndirməli olur. Qəbul olunmuş qanunları icra etməklə yanaşı, özü də qanunvericilik prosesində yaxından iştirak edir. Onun iştirakı isə, aşağıdakı iki halda mümkün olur:
    1-Hər hansı bir layihəni təklif və təşkil etməklə nəzərdə tutulmuş qanun layihəsi parlamentə təklif olunur və onun əsasını qoyur.
    2-Qəbul olunmuş qanunlar üçün nizamnamə hazırlayıb, onu təsdiq edir. Bu isə tək qanuni və siyasi xarakter daşımayıb, bəzən hətta qəbul olunmuş qanunları açıqlayır.
    Әslində qanunvericiliyin mahiyyətini təşkil edən də məhz nizam-intizamın bərqərar olunmasıdır.
    Nazirlər kabineti bir çox ixtiyarlara malik olsa da, qanunverici orqana tabe olur və bunun üçün də öz fəaliyyəti üçün parlamentdən etimad rəyi almalı olur.
    Özünün qanuni fəaliyyətinə isə, yalnız millət vəkillərinin müsbət rəylərini aldıqdan sonra başlayır. Parlamentin etimadını qazanmadıqda, onlar üzərlərinə düşən məsuliyyətlərdən dərhal kənarlaşdırılırlar.
    2-Ordu və müdafiə
    Böyük qüdrətə malik olan ordu, ölkənin təhlükəsizliyini təmin etmək və xarici təcavüzlərin qarşısını almaq məqsədilə təsis olunur. Orduya rəhbərlik və ondan istifadə isə, birbaşa ölkə başçısının öhdəsinə düşür. Çünki ordu icraedici orqanın bir hissəsini təşkil edir.
    Ordudan istifadə qanuni olsa da, lakin nizam-intizamı bərqərar etmək məqsədilə, qiyam və çevrilişlərin yatırılmasında icraedici orqanın ixtiyarında olur. Belə bir istifadə qanuni olsa da, yadelli təcavüzkarların qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədi ilə yaradılmış ordunun iş funksiyası bir qədər fərqlənməyə başlayır. Bu kimi hallarda ordu özünün müdafiəetmə funksiyasını təhdükəsizliyi təmin etməklə, əvəz edərək tənəzzülə uğrayır.
    3-Kütləvi informasiya vasitələri (KİV)
    Cəmiyyətin dünya görüşü və tərzi-təfəkkürünün artmasına səbəb olan ən başlıca amillərdən biri də, kütləvi informasiya vasitələridir. Radio, televiziya, qəzet, jurnal və müxtəlif vasitələrlə yayımlanan elmi, iqtisadi, ictimai, siyasi və s. məlumatlar, ümumi kütlənin dünya görüşünü daha da genişləndirir və onlara daha sağlam tərzi-təfəkkürə yiyələnməyə köməklik edir.
    KİV-in apardıqları təbliğatlar o qədər güclü olur ki, bir çox hallarda dövlət və dövlət orqanlarının məkirli niyyətlərini araşdırıb üzə çıxarır. KİV istər dövlətin olsun, istərsə də ayrı-ayrı şəxslərin, bir çox hallarda icraedici orqanın sui-istifadəsinə səbəb olur.
    (1-4-3) Məhkəmə
    Məhkəmə orqanının üzərinə düşən ən başlıca vəzifəsi, fərdi və ya ictimai hüquqları qorumaq, qanunsuzluğa yol verən şəxsləri müvafiq qanunlar çərçivəsində cəzalandırmaq və cəmiyyət üzvlərinin bir-birlərinə qarşı yürütdükləri ittihamların qarşısını almaqdan ibarətdir.
    Məhz bu orqan sayəsində cəmiyyət üzvləri və cəmiyyətlə dövlət arasında olan münasibətlər daha da yaxşılaşaraq, öz adi axarına düşmüş olur. Başqa sözlə desək, qanun icra olunmaqla, cəmiyyətdə ictimai ədalət bərqərar olunmuş olur. İctimai ədalətin bərqərar olunması məhz məhkəmə orqanının üzərinə düşür.
    Hər bir ölkənin məhkəmə orqanı öz hüquq və ixtiyarlarını həmin ölkənin konstitusiyasından, o da öz növbəsində qanunverici orqanın qəbul etdiyi qanunlardan götürür.
    Məhkəmə, ictimai pozğunluqların qarşısını almaq üçün polis və onun tabeliyində olan digər təşkilatlardan istifadə etmək hüququna malikdir. Bununla yanaşı o, son anda icraedici orqanın tabeliyində olan təhlükəsizliyi təmin edən digər qüvvələrdən də kömək ala bilər.
    Məhkəmə sisteminin özüdə müxtəlif vəzifələr icra edən ayrı-ayrı hissələrdən ibarət olur.
    1-Konstitusiya məhkəməsi
    Üzərinə düşən ən başlıca vəzifə, konstitusiyaya nəzarət və onu qorumaqdan ibarətdir.
    2-Ümumi məhkəmə
    Ümumi qanun pozuntuları barədə müvafiq hökm çıxarır.
    3-Mətbuat məhkəməsi
    Mətbuatda yol verilən qanun pozuntularına dair müvafiq hökmlər çıxarır.
    4-Ordu məhkəməsi
    Orduda yol verilən qanun pozuntularına dair müvafiq hökm çıxarır.
    5-Siyasi məhkəmə
    Siyasi qanun pozuntularına dair müvafiq hökm çıxarır. Bəzi ölkələrdə siyasi məhkəmə təhlükəsizlik komitəsinin nəzarəti altında olur.
    6-Sinfi məhkəmə
    Ticari məsələlərdə yol verilən qanunsuzluqlara dair müvafiq hökmlər çıxarır.
    7-Xüsusi məhkəmə
    Xüsusi hallarda təşkil olunur: İnqilab məhkəməsi, ailə məhkəməsi, yoldaşlıq məhkəməsi və s. məhkəmələri buna misal çəkmək olar.
    8-Hakimlər məhkəməsi
    Hakim və məhkəmə işçilərinin yol verdikləri qanun pozuntularına dair müvafiq hökmlər çıxarır.
    9-Müştərək məhkəmə
    Digər orqanlarla, xüsusilə icraedici orqanla birgə təşkil olunur və ictimai təhlükəsizlik kimi məsələlərə dair müvafiq hökmlər çıxarır.
    10-Tabeçilikdə olan digər təşkilatlar
    Cəmiyyət üzvlərinin hakimiyyət orqanlarından etdiyi şikayətlərə baxan Dövlət idarələri üzrə Әdalət Məhkəməsi və Dövlət Baş Nəzarət İdarəsini bu misal çəkmək olar.
    Məhkəmə sistemi sair orqanların, xüsusilə də icraedici orqanın müdaxiləsi olmadan fəaliyyət göstərməlidir. Bu məsələ müxtəlif ölkələrdə bir-birlərindən fərqli olsa da, bir çox ölkələrdə məhkəmə və onun çıxardığı hökmlər dövlət və qeyri-dövlət partiya və siyasi qurumlarının təsiri altına düşür. Belə ki, bəzən siyasi partiya və qururmların arasında məhkəmədən hesabat aparıcı bir vasitə kimi istifadə olunur. Bu günlər isə, məhkəmə sisteminin üzərinə düşən vəziflərin icrasında əldə etdiyi müstəqilləyə xüsusi diqqət yetirmək lazımdır.
    (1-5) SİYASİ PARTİYA VӘ QÜDRӘTLӘR
    Rəy və tərzi-təfəkkür, inam və etiqadların və cəmiyyət üzvlərinin bir-birlərindən fərqli olan təmayülü, cəmiyyətdə müxtəlif siyasi cərəyanların meydana gəlməsinə səbəb olmuşdur. Yaranmış belə bir şəraitdə millət müxtəlif ictimai quruplara bölünür və təbii olaraq, onların hər biri özünə məxsus tərzi-təfəkkür və siyasi amala tabe olmalı olur. Bu isə, cəmiyyətdə siyasi fəaliyyətə gətirib çıxaran və mürəkkəb qalmaqal və qarşıdurma ilə nəticələnən siyasi qüdrətlərin meydana gəlməsinə səbəb olur.
    Hər hansı bir cəmiyyətin siyasi quruluşu, milli və ya məhəlli səviyyədə meydana gəlir. Milli səviyyədə olan siyasi qüdrətlər öz üzvlərini bütün ölkə boyu cəmiyyətin öz içindən seçdikləri üçün milli birliyə, onun möhkəmlənməsinə və cəmiyyət üzvlərinin ölkədən asılı olduqlarını dərk etmələrinə köməklik edirlər. Lakin bəzi siyasi qüdrətlər, hərəkət və dəyişikliklərdə olduqları müddətdə ya dövlətlə qarşı-qarşıya durur, ya müstəqillik, ya da dövlətin öz qüdrət və səlahiyyətini azaltma tələblərini irəli sürürlər. Başqa sözlə desək, milli səviyyədə olan siyasi qüdrətlər, milli birliklə əlaqəli olaraq həmrəylik, məntəqə səviyyəsində olan siyasi qüdrətlər isə, bunun əksinə olaraq, pərakəndəlik xüsusiyyətinə malik olurlar. Әlbətdə, irəli sürülən tələblər heç də tam müstəqillik və mərkəzi dövlətdən ayrılmaq xarakteri daşımır. Sadəcə olaraq dövlətlə sülh və həmkarlıq şəraitində yaşayıb, daha çox azadlıq və məntəqələrə aid olan məsələlərin həll olunmasında onlara da müəyyən hüquqların verilməsini tələb edirlər. Belə bir vəziyyəti federal dövlətlərdə daha çox müşahidə etmək olar.
    Aydındır ki, siyasi quruplaşmaların və cəmiyyətdə gizli və aşkar, rəsmi və qeyri-rəsmi təşkilatların meydana gəlməsi, siyasi iradənin yaranması üçün siyasi fəaliyyətləri özündə əks etdirir və ya özünün siyasi maraqlarını tətbiq edib nəzərdə tutduğu hakimiyyəti təsis etmək üçün ya siyasətlər üzərinə təsir qoyur, ya da siyasi mövqeyə malik olub, mühüm vəzifələri ələ keçirir.
    Ümumilikdə götürsək, siyasi quruplaşmaları iki hissəyə bölmək olar:
    1-Dövlətlə müxalif və ona qarşı mübarizə aparan siyasi quruplar;
    2-Dövlətlə həmrəy olan siyasi quruplar.
    Adətən, dövlətlər onlarla müxalif olan qruplaşmaların fəaliyyətinə dözməyib, onları oradan götürməyə çalışırlar. Yaranmış belə bir şəraitdə hər iki tərəf digərini məhv edib aradan götürmək istəyir. Dövlətlər onların havadarlarının kim olduğunu, harada və necə meydana gəldiklərini üzə çıxarıb əks təbliğat apararaq, ümumi münasibətin onlara qarşı mənfi olmasına çalışırlar. Mübarizə üsulları isə, dövlətlərin hakimiyyət quruluşundan fərqli olaraq qətl, edam, işgəncə, ictimai fəaliyyətdən məhrum etmək, terror və sair üsullarla aparılır. Dövlətlə müxalif olan siyasi qurumlar öz növbələrində terror, şayiələr yaymaq, üsyan və çevrilişlər etmək, ölkədaxili və xaricində dövlət əleyhinə əks-təbliğat aparmaq, ictimai və iqtisadi böhranlardan bəhrələnmək, gizli məktub və elanlar yaymaq və bu kimi digər üsullardan istifadə edərək dövlətin nüfuzunu azaldıb, onu camaatın gözündən salmağa çalışır. Müxalif siyasi qruplaşmalar qarşılarına qoyduqları hədəfə çata bildikdə, hakimiyyəti çevirib qüdrəti öz əlinə ala bilərlər.
    Hal-hazırda, müxtəlif ölkələrdə qüdrəti əldə etmək üçün aparılan mübarizələrin şahidi oluruq və bütün bunlar son nəticədə qüdrətlərin yerbəyer olmaları ilə başa çatır.
    İkinci hissəyə aid olan siyasi qüdrət və dövlət daxili qruplar adlanır. Bu kimi qruplar ayrı-ayrılıqda təşkilat halında gizli və ya aşkar, rəsmi və ya qeyri-rəsmi şəkildə fəaliyyət göstərir. Qarşılarına qoyduqları ən başlıca məqsəd isə, yalnız dövlətin siyasi qüdrətini ələ keçirib, ölkənin idarə olunması üçün təyin olunan siyasətə öz təsilərini göstərməkdədir. Onlar ölkənin qanun və siyasi struktrunu qəbul edir və qanun çərçivəsində öz məqsədlərinə çatmaq üçün dövlətlə qərəzli və ya sülhamiz rəqabət aparırlar. Әlbətdə, bəzi hallarda onların siyasi tələbləri ilə konstitusiya arasında ixtilaf və ziddiyyətlərdə meydana gəlir. Belə olduqda, onların fəaliyyəti dövlət tərəfindən pislənir və mənfi münasibət bəslənməyə başlanır. Son nəticədə isə, bu kimi qruplaşmalar ya öz fəaliyyətini dayandırır, ya da siyasətini yeni istiqamətə yönəldib, dövlətə müxalif qruplaşmalardan birinə çevrilirlər. Bunun əks tərəfi də baş verə bilər. Yəni müxtəlif səbəblər üzündən məsələn, müxalif siyasi qruplar qüdrət əldə etməklə, dövlətin onlara olan münasibəti tamamilə dəyişib, hətta hakimiyyətdə onlara yer belə verə bilər. Nikaraqua və Tacikistanda baş verənləri buna misal çəkmək olar. Dövlətlə siyasi qruplar arasında meydana gələn bu qarşıdurma başa çatmaya da bilər, lakin bu onların hər ikisinin zəifləyib və ya geriləməsinə səbəb ola bilər.
    Siyasi qüdrətlərin özləri isə üç hissəyə bölünürlər:
    1-Siyasi partiyalar(Political party);
    2-Qruplaşmalar(Factions);
    3-Təziqgöstərici qruplar(Pressure Groups).
    (1-5-1) SİYASİ PARTİYALAR
    Siyasi partiyalar cəmiyyətin formalaşmış siyasi qüdrətini təşkil edir və eyni zamanda müasir və demokratik dövlətlərin ən bariz xüsusiyyətlərindən biri hesab olunur. Onlar ilk dəfə olaraq XIX və XX əsrlərdə İngiltərə və Amerikada meydana gəlmişlər.
    Siyasi partiyaların meydana gəlməsi, cəmiyyətin müxtəlif qrupların siyasi formalaşmasına və rəsmi qüdrət əldə etmələrinə şərait yaradır. Siyasi partiyanın ən başlıca məqsədi, qüdrəti ələ keçirməkdən ibarətdir. Qüdrət dedikdə isə, ölkəyə rəhbərlik, baş nazir, müxtəlif nazirliklər və bu kimi yüksək vəzifələr nəzərdə tutulur.
    Partiyanın rəhbər və mərkəzi komitəsinin üzvləri, onun siyasi yolunu təyin edir və partiyanın amal və ideologiyasına sadiq olan şəxslərin namizədliyini dövlət postlarını tutmaq üçün irəli sürür.
    Bütün bunlarla yanaşı, seçkilərdə əhalinin rəy və rəğbətini qazanmaq üçün onlarla geniş şəkildə müzakirə və təbliğata başlayır. Məsələn, Pakistan kimi ölkələrdə prezident senat və qanunverici məclis tərəfindən seçilir. Lakin İran İslam Respublikasında və digər ölkələrdə prezident vətəndaşlar, ölkəyə rəhbərlik isə ruhanilərin təşkil etdiyi "xubrəqan məclisi"(Yüksək Mütəxəsislər Məclisi) tərəfindən seçilir. Әlbətdə, bütün bunlar siyasi formalaşmış, xüsusilə də demokratik ölkələrin əldə etdikləri nəticələrdir.
    Bu kimi cəmiyyətlərdə qüdrəti əldə etmək üçün siyasi partiyalar arası rəqabət aparılır. Lakin Səudiyyə Әrəbistanı tək qeyri-demokratik, ya Birma kimi ordu tərəfindən idarə olunan və ya təkpartiyalı İraq, eləcə də sosialist və kommunist kimi ölkələrdə partiyalararası rəqabət və mübarizə heç bir məna və məfhum kəsb etmir.
    Siyasi partiyaların müxtəlif tələb və dayaq nöqtələri olur. Onlardan bəziləri insanın təbiəti əsasında, cəmiyyətin adət-ənənələrinə sadiq qalaraq meydana gəlir. Məsələn, mühafizəkarlıq, təəssüb, azadlıqsevərlik və bu kimi hisslərə yiyələnmək, hər hansı bir siyasi partiyanın meydana gəlməsinə səbəb ola bilər.
    Bəziləri isə yoxsul və varlıların, fəhlə sinfinin tərəfdarı olan partiyalar kimi, ictimai-iqtisadi fərq və ictimai təbəqələr arasında olan qarşıdurmalar əsasında meydana gəlir.
    Siyasi partiyalar məntəqəyə xas olan xüsusiyyətlər əsasında da meydana gələ bilər. Kanadada meydana gəlmiş ingilis, fransız və ya müəyyən məntəqəyə xas olan kürd və puştun partiyalarını buna misal çəkmək olar.
    Siyasi partiyaların başqa bir qismi isə, dinə və məzhəbə olan etiqad əsasında meydana gəlir. İrandakı "İslam" və Pakistanda fəaliyyət göstərən "İslami camaat", "Cəfəriyyə təhrik" [Cəfəriyyəyə təhrik] partiyalarını buna misal çəkmək olar.
    Siyasi pariyaların başqa bir qismi isə kommunist fəlsəfi tərzi-təfəkkür və ideologiya əsasında meydana gəlir. İraq və Suriyyadakı "Bəs” partiyaları kimi. Bu partiyaların üzərinə bir neçə mühüm vəzifə düşür:
    1-Millət və əhali arasında birliyi bərqərar etmək;
    2-Siyasi rəqabətlər zamanı əhaliyə nəzəri, əməli və siyasi təlimlər vermək;
    3-Әhali ilə dövlət arasında vasitə amillərini təmin etmək;
    4-Әhalinin ümumi siyasi məlumatlarını genişləndirmək və seçki azadlığı üçün lazımi şərait yaratmaqla, demokratiyanın verdiyi nəticələri geniş şəkildə işıqlandırmaq;
    5-Mətbuat, çıxış və yığıncaqlar vasitəsilə dövlətin buraxdığı səhvlərə irad tutmaq;
    Bütün bunlar dövlət adamlarının ictimai məsələlərə etinasız olmalarının qarşısını almaqla yanaşı, tənqid olunmasınlar deyə, hər zaman gördükləri işləri diqqət yetirmələrinə və səhvə yol verməmələrinə səbəb olur.
    6-Nüfuz sahibi olan qüdrətləri aşkara çıxarıb, onları cəmiyyətə tanıtdırmaq;
    Çünki, partiyalar nüfuza malik olan bu kimi şəxslərlə yaxından tanış olmaqla, seçkilərdə vətəndaşlara daha layiqli şəxslərə səs vermələrinə köməklik edə bilərlər.
    7-Ümumi əqidə və tərzi-təfəkkürü nizama salıb, vətəndaşların istək və arzularının həyata keçməsi üçün lazımi şərait yaratmalı, onlara milli və ümumi məsələlərin həll olunmasında müdaxilə etməyə köməklik etməli;
    8-Qüdrəti ələ keçirib rəy toplamaq üçün sadiq nümayəndələrin namizədliyini irəli sürməli və rəqib partiyaların qüdrəti ələ keçirmələrinə mane olmalı.
    Bütün bu tədbirlərlə yanaşı, siyasi partiyalar şəraiti nəzərə alaraq, ümumi mənafeyə səbəb olan işlərdə, ictimai məsələlərdə, partiyanın büdcəsini ödəmək üçün iqtisadi fəaliyyətlərdə, xüsusi nəşriyyənin buraxılmasında, kitabların çap və ya vətəndaşların ümumi məlumatlarının artırılmasında yaxından iştirak edə bilərlər. Ölkə və millətlər isə, siyasi partiyaların fəaliyyəti baxımından bir hissəyə bölünürlər:
    1-Partiyasız dövlətlər
    Şahlıq hakimiyyət üsulu ilə idarə olunan bu ölkələrdə heç bir siyasi partiya fəaliyyət göstərmir.
    Fars körfəzinin şahlıq hakimiyyət üsulu ilə idarə olunan bəzi ərəb dövlətlərini buna misal çəkmək olar.
    2-Tək partiyalı ölkələr
    Onların özləri də iki hissəyə bölünürlər:
    1-Vahid kommunist partiyası tərəfindən idarə olunan sabiq Sovetlər İttifaqı və Çin kimi ölkələr:
    2-İraqdakı "Bəs" və inqilabdan əvvəl İranda bütün partiyalara Dirçəliş partiyasının fəaliyyətində məhdudlarşdıran Pəhləvi diktatorluğu kimi.
    3-İki partiyalı ölkələr
    Bəzi ölkələrdə iki qüdrətli siyasi partiya fəaliyyət göstərərək, hakimiyyəti əldə etmək üçün daim bir-birləri ilə mübarizə aparırlar. Әlbətdə, onlarla yanaşı digər siyasi partiyalarda fəaliyyət göstərə bilər, lakin nüfuz və qüdrət baxımından onlardan üstün ola bilməzlər. Respublikaçı və demokrat partiyalı ABŞ-ı, İşçi və mühafizəkar partiyalı İngiltərəni bu ölkələrə aid etmək olar.
    4-Çox partiyalı ölkələr
    Çox partiyalı ölkələrdə bir neçə siyasi partiya fəaliyyət göstərsə də, orada adətən bir, iki və ya üç siyasi partiya qüdrətə, nüfuza malik olur. Bu kimi ölkələrdə siyasi partiyalar daim bir-birləri ilə rəqabət apararaq, qüdrəti əldə etməyə can atırlar.
    Siyasi partiyaların oxşarlıqlar, malik olduqları fərqlər və qüdrətin parçalanması bu kimi ölkələrdə adi hal hesab olunur. Türkiyə və Hindistan kimi çox partiyalı ölkələri bu ölkələrin sırasına daxil edə bilərik.
    (1-5-2) Qrup və dəstələr
    Onlar milli mənafe, dövlətin istək və tələblərinin müqabilində öz istəklərinə nail olmaq istəyən birləşmiş azad, lakin vahid təşkilat halında olmayan qruplaşmalardan müştərək əqidəvi, ideoloji, məhəlli və sinfi xüsusiyyətlər əsasında meydana gələ və ya hər hansı bir siyasi partiyanın bir hissəsini təşkil edə bilərlər. Bir sözlə, rəsmi siyasi partiyalar tək fəaliyyət göstərmirlər. Onlar bəzən dövlətlə qarşı-qarşıya durub, onun müxaliflərindən birinə çevrilə bilərlər Әlbətdə, onlar qüdrəti əldə edib çevirə belə bilərlər.
    (1-5-3) Təzyiqedici qruplar
    Onlar müxtəlif cəmiyyətlərdə fəaliyyət göstərən və ən başlıca məqsədi dövlətin siyasətinə təsir göstərmək olan rəsmi və qeyri-rəsmi, gizli və aşkar qruplaşmalardan ibarətdirlər. Təzyiqedici qruplaşmalar, qəbul olunan qərar və siyasəti öz mənafelərinə doğru istiqamətləndirər və ya onlara qarşı hər hansı bir qərarın qəbul olunmasına mane olarlar.
    Milli mənafe haqqında çox az fikirləşən bu şəxslərin ən başlıca məqsədi, adətən yalnız sinfi mənafe təmin etmək olur. Qarşılarına qoyduqları məqsədə çatmaq üçün nüfuzlu şəxs və təbəqənin diqqətini özünə cəlb edər, mühüm dövlət orqanlarına nüfuz edər, elanlar paylayar, hədə-qorxu gələr, kimlərisə şirnikləndirər [rüşvət vasitəsilə satın alar], terror edər, mitinq, piket, küçəyürüşü keçirər, qərar qəbul edən şəxslərin diqqətlərini cəlb etmək üçün müzakirələr aparar və s. tədbirlərə əl atarlar. Beləliklə, təzyiqedici qruplaşmalar müştərək sinfi maneələrini müdafiə etmək üçün dövlətdən xaricdə və mədəni təşkilatlar çərçivəsində meydana gəlir və dövlət adamlarını yerbəyer etməklə, istədiyi hökmün icrası, islahat işlərinin aparılması və ümumi siyasətin tətbiq olunmasına nail olarlar. Sinfi təşkilatlar, iqtisadi və ictimai komitələri bu kimi qruplaşmalardan hesab etmək olar.
    Təzyiqedici qruplaşmaların ən başlıca xüsusiyyətləri isə bunlardan ibarətdir:
    1-Şəxsi mənfəət;
    Qrup üzvləri şəxsi mənafeə xatirinə bir yerə toplaşır və onun uğrunda birgə fəaliyyət göstərirlər.
    2-Gizli və ya aşkar siyasətə yiyələnmək;
    Onların şəxsi mənafeləri ciddi təhlükə ilə qarşı-qarşıya gəldikdə, mübarizə aparmaq üçün gizli və ya aşkar üsullara əl atır və onlara dəyən xəsarəti aradan aparmağa çalışırlar.
    3-Ümümilik;
    Təzyiqedici qruplaşmalar bütün dövlət və cəmiyyətlərdə ümumdünya ictimai təşkilat kimi fəaliyyət göstərirlər. Bəlkə də, milli beynəlmiləl səviyyədə qeyri-dövlət təşkilatları(Non-Govermental-Qrganization.) təzyiqedici qruplaşmaların bir hissəsini təşkil edir.
    (1-6-) DÖVLӘTLӘRARASI ӘLAQӘLӘR
    Öz ölkə və millətinin nümayəndəsi olan dövlətlər istər-istəməz bir-birləri ilə sıx əlaqələr yaratmalı olurlar. Bu əlaqələr qədim zamanlardan bəri qarşılıqlı ehtiyaclar əsasında bərqərar olunmuşdur. Ehtiyaclar isə, digər sahələrdə hiss olunsa da, adətən özünü yalnız iqtisadiyyat və ticarətdə biruzə verirdi. Keçmiş zamanlarda tacirlər öz mallarını bir ölkədən başqa bir ölkəyə aparar və beləliklə, qarşılıqlı ticarət əlaqələrinin meydana gəlməsinə lazımi şərait yaradardılar. Məsələn, İran tacirləri Şərqi Asiya tacirləri ilə Aralıq dənizinin sahillərində, cənubi Asiya tacirləri ilə ədəva, qiymətli daşlar, dəmir, paltar və s. şeylərin alqı-satqısını aparırdılar. Beləliklə, qitələrarası böyük quru və dəniz ipək yolları meydana gəlmişdir.
    Müxtəlif millətlər arasında bərqərar olunan ticarət əlaqələri, onların bir-birləri barədə kifayət qədər məlumat əldə etmələrinə və bu məlumatların digər ölkələrdə yayılmasına, bütün bunlar isə, ölkələrarası siyasi əlaqələrin yaranmasına səbəb olurdu. Bu səbəbdən, dövlətlər bir-birləri ilə sıx əlaqələr yartmış və siyasi, mədəni, hərbi və s. sahələrdə birgə əməkdaşlıq etmişlər.
    XVI və XVII əsrlərdə İranda Səfəvi və Hindistan yarımadasına hakim olan Teymuri padşahlarının qeyd olunan sahələrdə etdikləri sıx əməkdaşlıqlarını buna misal çəkmək olar. Әlaqələr genişlənməklə, təbii olaraq dini və milli dəyərlər, mədəniyyət və adət-ənənələr də yayılmağa və geniş vüsət tapmağa başlamışdır. Belə ki, yeddi əsr əvvəl İranın dini və mədəni dəyərləri, Seyyid Әli Həmədaninin və onunla birgə Kəşmirə səfər edən şəxslərin vasitəsilə ilk dəfə olaraq orada tanınmış və zaman keçdikcə, dərin köklər salmağa başlamışdır. Həmin cərəyan siyasi məmurlar, dini və ticari missionerlər tərəfindən Afrika, Asiya və Amerika qitələrində də təkrar olunmuş və beləliklə, məsihiyyət dini və Avropa mədəniyyəti həmin məntəqələrdə geniş şəkildə yayılmağa başlamışdır. Bütün bu proseslər isə millətlərin və onların ardınca da dövlətlərin bir-birlərinə yaxınlaşmalarına səbəb olmuşdur.
    Dövlətlərarası əlaqələrə gəldikdə bilməliyik ki, dövlətlərarası əlaqələr heç də hər zaman sülh və dostluq şəraitində olmamışdır. Belə ki, tarix boyu dəfələrlə dövlətlərarası ixtilaf və münaqişələr baş vermiş və bu müharibələrin bəziləri tarixin qara səhifələrində qalaraq, sonralar da öz mənfi təsirini göstərmişdir.
    Bu günlər dövlətlər arasında bərqərar olunan əlaqələri keçmiş zamanlarla müqaisə etdikdə, onun qat-qat artıq və çox şaxəli olduğunun şahidi oluruq. Belə ki, heç bir ölkə digər ölkələrlə əlaqə yaratmadan, təklikdə öz həyatına davam edə biləcəyinə heç cür zəmanət verə bilməz. Bunun üçün dövlətlərarası əlaqələr onların hər biri müəyyən müsbət xüsusiyyətə yiyələndikləri üçün istər-istəməz bərqərar olunur.
    Dövlətlərarası qarşılıqlı münasibətlər bir çox hallarda iqtisadi, ticari, siyasi, mədəni, təhsil, elmi, sənət və müdafiə (hərbi) sahələrində daha çox genişlənmiş və vüsət halını tapmışdır. Zaman keçdikcə bu münasibətlər ya yaxşılaşmış, ya da əksinə olaraq, pisliyə doğru getmişdir. Qarşılıqlı həmkarlıq, yaxınlıq və uzaqlıq, sülh və müharibə, dostluq və düşmənçilik, dövlətlərarası iki müxtəlif münasibətlərdən xəbər verir. İki dövlət uzun müddət sülh və dostluq şəraitində yaşaya bilər, lakin hər hansı bir xarici və ya daxili cərəyan nəticəsində milli mənafenin təhlükə ilə üzləşdiyini görüb, bir-birlərinin qatı düşmənlərinə çevrilib, hər şeyi alt-üst edə bilərlər. Dövlətlərarası əlaqələr iki tərəfli surətdə bərqərar olunur və bu əlaqələr ümumilikdə qanun, müstəqillik və qarşılıqlı hörmət və ehtiram əsasında qurulur. Әlbətdə, bu heç də hər zaman belə olmur. Belə ki, bəzən əlaqələr bərabər olaraq dəyişilir və eyni səviyyəli əlaqələrə çevrilir və beləliklə birtərəfli əlaqə, hökmüranlıq və hökmüranlığa tabeçilik və ya asılı müstəqilliyə çevrilir. İEÖ-lə geridə qalmış və ya İEOÖ arasında yaradılan əlaqələr, müstəqillik, şərəf və asayiş baxımından zəif ölkələri öz tabeçiliyində saxlayan İEÖ-in yaratdıqları birtərəfli əlaqələrdən xəbər verir. Sülh şəraitli ikitərəfli əlaqələr qarşılıqlı ehtiyac və münasibətlər əsasında meydana gəlir. Çox tərəfli əlaqələr isə, bir neçə ölkənin müştərək ehtiyac və ya müştərək təhlükə əsasında meydana gəlir. Belə bir əlaqələri, müştərək ölkələrin işlərini bərabər hüquq, ixtiyar və məsuliyyətlər əsasında idarə etmək üçün beynəlmiləl çərçivədə müşahidə etmək olar. XIX və XX əsrlərdə təsis olunmuş beynəlmiləl təşkilatlar bir o qədər də böyük tarix və təcrübəyə malik deyillər. Birinci və ikinci dünya müharibələrinin baş verməsi, bu təşkilatların təsis olunmasına səbəb oldu və hal-hazırda özünü ümumdünya işlərinin nəzarətçi və icraçısı hesab edən BMT, bu təşkilatların ən əhəmiyyətlisi hesab olunur.
    Hal-hazırki dövrdə dövlət və millətlər bir-birlərinə qarşılıqlı ehtiyac duyub siyasi, iqtisadi, ictimai, mədəni, elmi, sənət və bu kimi sahələrdə əməkdaşlıqlarını genişləndirdikləri üçün, beynəlmiləl, ümumdünya və ya müəyyən məntəqələrə xas elan təşkilatlar günbəgün artmaqda və genişlənməkdədir. Bəzi nəzər sahibləri gələn əsri, beynəlmiləl təşkilatlar və milli dövlətlərin iqtidarının zəifləyəcəyi əsr olacağını hesab edirlər. Məsələn, Avropada milli dövlətlər öz ixtiyarlarını üzv olduqları beynəlmiləl təşkilatlara verir və beləliklə, milli iqtidarın nüfuz və qüdrətini azaltmış olurlar.
    Konsulluq məmuriyyətləri diplomatiyadan daha qədim olsa da, ondan daha az əhəmiyyət kəsb edir. Müxtəlif şəhərlərdə fəaliyyət göstərən konsulluqların üzərinə aşağıdakı vəzifələr düşür: ölkə barədə mühüm məlumatlar əldə etmək, bazar tapmaq üçün ölkənin istehsal etdiyi mallar haqda məlumatlar vermək, yerləşdiyi və konsulluğunu qəbul etdiyi ölkələrin əhalisinə qarşılıqlı xidmətlər təklif etmək, fəaliyyət göstərdiyi ölkələrdə öz vətəndaşlarının hüququnu müdafiə etmək və s.
    Səfirlik və Xarici İşlər nazirliklərində fəaliyyət göstərən diplomatların üzərlərinə düşən vəzifələr isə aşağıdakılardan ibarətdir:
    1-Saziş və müqavilələrin bağlanması üçün iki və ya çoxtərəfli əlaqə və müzakirələrə lazımi şərait yaratmaq;
    2-Ölkənin xarici siyasətinə təsir qoya biləcəyi bir halda baş verən iqtisadi, ictimai, siyasi və mədəni dəyişiklər barədə fəaliyyət göstərdiyi ölkəyə məlumat vermək;
    3-Ölkə siyasətində qəbul olunan qərarlara dair lazımi tövsiyələr vermək;
    4-Pasport və bu kimi mühüm sənədləri vermək;
    5-Fəaliyyət göstərdiyi ölkələrin dövlət rəhbərlərini rəsmi və ya qeyri-rəsmi müzakirələr yolu ilə əlaqələrin genişlərdirilməsinə çağırmaq.
    İSTİFADӘ OLUNAN MӘNBӘLӘR
    1-Әbul Həmid, Әbdül Həmid, "Siyasətin əsasları”, cild İ, çap - 7, Tus nəşriyyatı, Tehran - 1376;
    2-Reni, Astin; "Hökumət-siyasət elmi ilə tanışlıq”, tərcümə edən Leyla Sazqar, Universitet nəşriyyatı, Tehran – 1374;
    3-Roriş, Vilfred, "Siyasət elmi”, tərcümə edən Məlik Yəhya Salehi, Semət nəşriyyatı, Tehran - 1372;
    4-Tahiri Әbül Qasim, "Məhəlli hökumətlər”, çap - 3, Qomes nəşriyyatı, Tehran - 1375;
    5-Alim, Әbdürrəhman, "Siyasət elminin əsasları”, çap - 3, Ney nəşriyyatı - 1376;
    6-İran İslam Respublikasının Konstitusiyası, Әləmi nəşriyyatı, Tehran - 1372;
    7-Mir Heydər, Durrə, "Siyasi coğrafiyanın əsasları”, çap - 3, Simət nəşriyyatı - 1373;
    8-Qazi, Әbülfəzl, "Hüquq və siyasi təşkilatlar”, cild İ, Tehran universiteti - 1373;
    9-Blondel, Jean, ComParative Government, Philip Allan, Great Britain – 1990;
    10-Mahmood, Safdar, İnternational Affairs, Sang_e_Meel Poblications, Pakistan – 1990;
    11-Mazhar-ul-Hag, Principles of Political Scince, Bookland, Pakistan (Lahore) – 1990;
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 695 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024