İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:32 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    İSLAMIN BEYNӘLXALQ ӘLAQӘLӘRİNӘ HAKİM OLAN ÜMUMİ QANUNLAR
    Qədim zamanlardan bəri müxtəlif millətlər öz ehtiyaclarını aradan qaldırmaq üçün qonşuluqlarında yaşayan digər millətlərlə qarşılıqlı iqtisadi, ticari və mədəni əlaqələr yaratmış və bir-birlərinin hüquqlarına riayət edərək, keçirdikləri siyasəti səmimi münasibət və əlaqələr əsasında qurmuşlar.
    Dövlətlər meydana gəlib onların aralarında sərhədlər təyin olunduqdan sonra beynəlmiləl əlaqələr özünün yeni mərhləsinə qədəm qoyur. 1789-cu ildə Böyük Fransa İnqilabı baş verməklə, milli hakimiyyət nəzəriyyəsi və beynəlmiləl əlaqələr bir elm kimi daha da təkmilləşmişdir.
    Bu fəsildə riayət olunduğu təqdirdə, dövlət və millətlərin hakimiyyət və müstəqilliklərinin qorunmasına səbəb olan və müqəddəs İslam dininin beynəlmiləl əlaqələrdə qüvvədə olan pozulmaz qanunlarından biri hesab olunan prinsiplərə işarə etmək istəyirik. Prinsip isə, hər şeydən əvvəl əməli olaraq icra olunan bünövrəli qanuna deyilir. İslamın hüquqi prinsiplərinə gəldikdə, onlar zamanın keçməsinə baxmayaraq, öz etibarını itirməyən ümumi və əbədi qanunlar məcmuəsidir.
    Onlar aşağıdakılardan ibarətdir:
    1-Sülh və əmin-amanlıq şəraitində müştərək həyat prinsipi (beynəlmiləl anlaşıqlıq);
    2-Ümumdünya çağırış prinsipi;
    3-Müdaxilə etməmək;
    4-Әhdə vəfa prinsipi (Beynəlmiləl sazişlərin zəruriliyi);
    5-Qarşılıqlı mübarizə;
    6-Dövlətlərin tam azadlıq hüququna dair bərabərlik prinsipi, müstəqillik və hakimiyyət;
    7-Azadlıq hərəkatlarından müdafiə prinsipi.
    (2-2-1) SÜLH VӘ ӘMİN-AMANLIQ ŞӘRAİTİNDӘ MÜŞTӘRӘK HӘYAT PRİNSİPİ;
    Müqəddəs İslam dini müsəlman və qeyri-müsəlmanların sülh və əmin-amanlıq şəraitində müştərək həyat tərzi sürmələrinə xüsusi diqqət yetirir. Halbuki, bəzi qeyri-müsəlman yazıçı və mütəfəkkirlər belə bir əqidədədirlər ki, müsəlman və qeyri-müsəlmanlar arasında bərqərar olunan adi əlaqələr, heç vaxt sülh və əmin-amanlıq şəraitində olmamış və onlar daim bir-birlərinə qarşı müxalif mövqe tutmuşlar. Beləliklə də, onları bir-birlərinə qarşı qoymağa çalışmışlar.
    Böyük Fransız mütəfəkkiri Menteskyu deyir: "Biz məsihiyyət dinini əxlaqda dəyişikliyə səbəb olduğu üçün İslam dinindən üstün hesab edirik. Lakin İslam, əxlaqın daha da güclənməsinə səbəb olur."
    Digər mütəfəkkirlər isə bu nəzəriyyənin müqabilində, İslamın müsəlman və qeyri-müsəlman millətlərin arasında bərqərar olunan əlaqələrin daha da genişləndirdiyini bildirmişlər.
    Görkəmli Misir fəqihi Mahmud Şilten deyir: "İslam, müsəlmanlara sülh sevər siyasəti tətbiq etməyi tövsiyə edir. O, müsəlmanları unudub və qeyri müsəlmanların haqlarının taptalanmamasını istəyir və eyni zamanda, onların zor gücünə müsəlman olmalarını da tövsiyə etməyir. "İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?”(Yunus surəsi, ayə 99).
    Bir sözlə İslam, həm təcavüz xarakterli döyüşləri, həm də gedən döyüşlərdə hər hansı bir təcavüzü haram etdiyi üçün sülh və əmin-amanlıq şəraitində müştərək həyat prinsipinin ən başlıca tərəfdarıdır və bu insan fitrəti ilə tam mənada həmahəng olan islami beynəlmiləl əlaqələrdə ilk hüquqi prinsipi təşkil edir. Misal olaraq bir neçə ayəyə işarə edirik:
    1-İman gətirmək icbari deyildir: "Kim istəyir inansın, kim də istəyir inanmasın [kafir olsun]”(Kəhf surəsi, ayə 29).
    2-Sülh xarakterli dəvət üsulları: "[Ya Məhəmməd!] İnsanları hikmətə [Quranla, tutarlı dəlillərlə], gözəl öyüd nəsihət [moizə] ilə Rəbbinin yoluna [İslama] dəvət et, onlarla ən gözəl surətdə [şirin dillə, mehribançılıqla, əqli səviyyələrinə müvafiq şəkildə] mübahisə et)(Kəhf surəsi, ayə 125).
    3-Sülh və müştərək həyatı yaşatmaq: "Әgər onlar sülhə [barışığa] meyl etsələr, səndə sülhə meyl et”(Әnfal surəsi, ayə 61).
    4-Sülh: "Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə [İslama] gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir(Bəqərə surəsi, ayə 208 ).
    (2-2) PEYĞӘMBӘRİN (S) RӘFTAR VӘ DAVRANIŞLARI
    SÜLH VӘ ӘMİN-AMANLIQ ŞӘRAİTİNDӘ MÜŞTӘRӘK HӘYAT TӘRZİ
    İstər hakimiyyətin ilk illərində, istərsə də kifayət qədər qüdrət əldə etdikdən sonra Peyğəmbər (s) müsəlmanlar və qonşu kafir qəbilələr ilə son dərəcədə mehribanlıq və gülər üzlə davranmışdır. Misal üçün ilk dəfə olaraq, Mədinədə yazılmış qanunun iyirmi beşinci bəndinə nəzər salaq: "Bəni Ouf yəhudiləri möminlərlə bir ümmətdirlər. Fərq yalnız bundan ibarətdir ki, yəhudilər öz ayinlərinə, müsəlmanlarda öz ayinlərinə əməl edirlər".
    Mədinədə atılan bu uğurlu addım, Peyğəmbərin (s) sülh əhval ruhiyyəli müştərək həyata can atmasından xəbər verir. Belə ki, bir gündə altı müxtəlif məntəqəyə dəvət məktubu göndərir. İbni Səd yazır: "Göndərilən hər bir məktub həmin məntəqənin dilində yazılırdı və orada onlara tövsiyə olunaraq deyilirdi: "Yalnız Allah xatirinə Onun bəndələrinə tövsiyə edin. Allah-təala cənnəti, camaatın işlərini öhdəsinə götürmüş, lakin xeyirxahlıqla onların öhdəsindən gəlməyənlərə haram edər. İndi isə gedin və İsa (ə)-ın qasidləri kimi olmayın".
    Edilən tövsiyədə sülh və əmin-amanlığa dəvət, qəzəb və kin-küdurətdən uzaq olmaq müşahidə olunur və bütün bunlar, İslamın sülh və müştərək həyat tərəfdarı olduğundan xəbər verir.
    İSLAM FİQH VӘ İQTİSADIYYATINDA MÜŞAHİDӘ OLUNAN MÜŞTӘRӘK HӘYAT PRİNSİPİ
    İslamın olduqca zəngin mədəniyyətində dostluq və səmimiyyətlə sıx bağlılığı olan müştərək həyat tərzinə dair kifayət qədər nümunələrə rast gəlmək olar. Ümumi kütlənin zəkat vergisindən istifadə etməsi, qeyri-müsəlmanların ödədikləri zəkatlardan bəhrələnib, zəkat vergisi ilə tikilmiş məktəb, xəstəxana və bu kimi ümumi yerlərdən istifadə etmələrini, habelə yoxsul və ehtiyacı olanlara olunan maddi yardımları buna misal çəkmək olar. Qurani-kərimdə zəkatın bölünməsi haqqında buyurulur: "Sədəqələr [zəkatlar] Allah tərəfindən müəyyən edilmiş bir fərz [vacib əməl] olaraq, ancaq yoxsullara [ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən], miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri [müsəlmanlığa] isnişib bağlanmaqda olanlara [iman gətirib hələ kamil mömin olmayanlara], həmçinin [borcu ödəməyə imkanı olmayan] borclulara, Allah yolunda cihad edənlərə və yolçulara [pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə] məxsusdur. Allah [hər şeyi] biləndir və hikmət sahibidir”(Tövbə surəsi, ayə 60 ). Yəni zəkatdan istifadə etməyə hüququ çatan şəxs və hallar bunlardan ibarətdir.
    1-Yoxsullar;
    2-ehtiyacı olanlar;
    3-zəkat vergisini toplayan İslam dövlətinin məmur və işçiləri;
    4-qeyri-müsəlmanların İslama cəzb olunması;
    5-köləlikdə olanların azadlığa buraxılması;
    6-borcu olan və müflis olmuş şəxslər;
    7-pulu qurtarıb yolda qalanlar;
    8-Allah yolunda (yeni ümumi mənafeə xarakteri daşıyan məscid, xəstəxana, kitabxana, məktəb, yol və körpülərin tikilməsinə və s.)
    Göründüyü kimi, zəkatın sərf olunduğu yerlərdən biri də, ürəkləri İslama isnişib bağlanmaqda olan qeyri-müsəlmanların İslama cəzb olunmasıdır.
    Zəkatın bir hissəsinin bu kimi şəxslərə sərf olunması dini termin olaraq "qəlblərin isnişlənməsi" adlanır. Tarixə nəzər saldıqda bu kimi hallara tez-tez rast gəlməli oluruq.
    Hüneyn döyüşündən sonra Peyğəmbər (s)-ın əldə olunan qənimətlərin bir hissəsini iman gətirməmiş Səfvan bəni Üməyyə və Müaviyyəyə verməsini buna misal çəkmək olar. Həmin illərdə müsəlmanlarla yəhudilər arasında bağlanmış sazişi bu həqiqəti sübuta yetirən başqa bir hal hesab etmək olar. Misal olaraq, bağlanılmış sazişin bir neçə bəndinə nəzər salaq:
    1-Müsəlmanlarla yəhudilər arasında nəsihət höküm sürməli;
    2-Hər iki tayfa Mədinəyə hücum edən təcavüzkarlara qarşı mübarizə aparmalı;
    3-Әhd-peyman bağlanılan yəhudilərə kömək olunmalı, müsəlmanlar onlarla sülh sazişi bağlamaq istədikdə qəbul etməli və qarşılıqlı olaraq yəhudilər sülh sazişi bağlamaq istədikdə, müsəlmanlar bunu onlardan qəbul etməlidirlər;
    4-Hər iki tayfa xarici təcavüzkarlara qarşı mübarizə apardıqda, hər biri öz əhdinə sadiq qalmalıdır;
    5-Bir-birləri ilə qarşılıqlı əhd-peyman bağlayan müsəlman və yəhudilər "vahid ümmət" və onların hər birinin öz dini olacaqdır;
    6-Müsəlman və yəhudilər bu sazişə düşmənçilik edən şəxslərlə, birgə mübarizə aparmalıdırlar;
    7-Kimsə saziş bağladığı şəxsin cinayət törətdiyi üçün mühakimə olunmamalıdır;
    8-Hər zaman zülmə məruz qalanlara köməklik olunmalıdır;
    9-Hər iki tayfanın razılığı olmadan heç bir kafirə iş tapşırılmamalıdır;
    10-Kimsə öz qonşusuna qarşı haqsızlıq edib, onların hüquqlarını taptamamalıdır.
    (2-2-2) ÜMUMBӘŞӘRİ ÇAĞIRIŞ PRİNSİPİ
    Təkallahlığa dəvət, İslam dininin ümumdünya çağırışlarındandır. Peyğəmbər (s) dəvətinin ilk günündən sonunadək, yalnız Allahın vücudunu sübuta yetirən və ondan başqa hər şeyi inkar edən təkallahlıq (La ilahə illəllah - Allahdan başqa Allah yoxdur) şüarını əsas tutaraq, bir anda olsun geri çəkilməmişdir. Belə ki, Məkkə müşrikləri, Әbu Talibdən onlarla müxalif olmaqdan əl çəkməsini istədikdə buyurur: "Mən onlardan bir kəlmə sözü iqrar etmələrindən savayı bir şey istəmirəm. Elə bir kəlmə ki, onu iqraq etməklə, bütün ərəblərə rəhbərlik edib, qeyri-ərəbləri də özlərinə tabe edə bilərlər. O, "La ilahə illəllah - Allahdan başqa Allah yoxdur" kəlməsidir və bunu iqrar etməklə, büt və bütpərəstlikdən əl çəksinlər".
    O, məsihi padşahlarına göndərdiyi məktubların bir çoxunda Ali-imran surəsinin 64-cü ayəsinə işarə edər və onları gətirdiyi İslam dininə dəvət edərdi. Ayədə deyilir: "[Ey Məhəmməd!] Söylə ki, ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin! [O kəlmə budur ki] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək!".
    Peyğəmbər (s)-ın digər ümumbəşəri çağırışı, camaatın onun sünnətini yaşadıb ona əməl etmələridir. Çünki Qurani-kərim Peyğəmbər (s)-ın ən gözəl örnək və nümunə olduğunu bəşəriyyətə beləcə bəyan edir: "Həqiqətən, Allahın Rəsulu, Allaha, qiyamət gününə ümid bəsləyənlər [Allahdan, qiyamət günündən qorxanlar] və Allahı çox zikr edənlər üçün gözəl nümunədir”(Әhzab surəsi, ayə 21).
    Bunun üçün ölkə rəhbərlərinə göndərdiyi məktublarda Allaha iman gətirib, Onun birliyinə şəhadət verməklə yanaşı, Allahın Peyğəmbərinə də iman gətirməyin zəruriliyinə də təkid edərdi. Göndərilən məktublarda deyilirdi: "Salam olsun haqq yolunun davamçılarına və Allaha, Onun Peyğəmbərinə iman gətirib Allahın birliyinə şəhadət verən şəxslərə! O Allah ki, nə şəriki, nə zövcəsi, nə də övladı var".
    Səba surəsinin 28-ci ayəsi bir daha bu mətləbi sübuta yetirir: "[Ya Məhəmməd!] Biz səni [təkcə öz qövmünə deyil] bütün insanlara [möminlərə cənnətlə] müjdə verən, [kafirləri isə cəhənnəm əzabı ilə] qorxudan bir peyğəmbər göndərdik”. Başqa bir ayədə isə buyurulur: [Ya Məhəmməd!] De ki, ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm(Әraf surəsi, ayə 158).
    İslam insan fitrəti ilə tam həmahəng olduğu üçün nə müəyyən zaman, nə də məkan tanıyır. Demək, İslam əbədi bir dindir və onun ümumdünya çağırışı, bəşəriyyətə fitri din olduğunu çatdırmaqdan ibarətdir.
    Deyilənlərdən belə məlum olur ki, ümumbəşəri çağırışla sülh şəraitli müştərək həyat prinsipləri arasında sıx bağlılıq və həmahənglik vardır. Hərçənd bəziləri bunun tam əksini fikirləşərək belə bir əqidədədirlər ki, ümumbəşəri çağırış küfr ilə birgə və müştərək həyat, habelə qarşılıqlı anlaşıqlıq onunla zidd olduğu üçün bir-birlərindən tam fərqli olurlar. Lakin müştərək həyat və qarşılıqlı anlaşıqlıq, küfrün qarşısını alaraq dinsiz şəxslərin islah olunmasında ən gözəl vasitə olduğu üçün belə bir nəzəriyyəni qəbul etmirik. İslam dininə gəldikdə isə bəzi hallar istisna olmaqla, insan hər zaman qəzəb və xəbislikdən uzaq olmalıdır.
    (2-2-3) MÜDAXİLӘ PRİNSİPİ
    Duxan surəsinin 21-ci aysində deyilir: "Әgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun”.
    Başqa bir ayədə deyilir: "Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərinə vuruşmaqdan ürəkləri sıxılaraq sizin yanınıza gələn şəxslər müstəsnadır. Әgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar Әgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz”(Nisa surəsi, ayə 90).
    Ayənin məzmunundan belə məlum olur ki, düşmən bitərəf mövqe tutduqda, artıq müsəlmanların onlara qarşı təcavüz etmələrinə heç bir ehtiyac qalmır. Daha dəqiq desək, onların buna hüququ belə çatmır. Çünki, düşmən artıq düşmənçilik mövqeyindən çıxış etmir. Buna görə də, beynəlmiləl hüquqda bu haqda deyilir: "Bitərəf olmaq, tək kənarda durub tamaşa etmək demək deyildir. Bu o deməkdir ki, bir-birlərinə düşmən gözü ilə baxan hər iki tərəf yaranmış şəraiti nəzərə alaraq, qarşılıqlı sülh şəraitində yaşamağa razı olmuş olsun".
    Tarixə nəzər salarkən bunun şahidi oluruq ki, Peyğəmbər (s) Mədinədə dövlət qurduqdan sonra müsəlmanların qüdrətlərini daha da gücləndirmək məqsədilə, bəzi qeyri-müsəlman - xüsusilədə Məkkə və Şam ticarət yolunda yaşayan - qəbilələr ilə bir neçə bitərəf saziş imzalamışdır. Məsələn, hicrətin 2-ci ilinin səfər ayında Bəni Zəmrə qəbiləsi ilə bağlanılan sazişdə deyilirdi: "Həzrət Məhəmməd (s), Bəni Zəmrə qəbiləsinə hücum etməyəcəkdir və onlarda öz növbələrində müsəlmanlara hücum etməməlidir. Hər iki tərəf digərinin düşmənlərinə heç bir köməklik etməyib onları gücləndirməyəcəkdir".
    Bütün bunlara əsasən, əgər İslamın beynəlmiləl əlaqələrində ümumbəşəri çağırış və müştərək həyat prinsipini qəbul edəriksə, onda sülhsevər ölkələrin daxili işlərinə müdaxilə olunmamasını da qəbul etməliyik. İslamda bu məsələyə hörmətlə yanaşılsa da, bəzi hallarda, xüsusilə müsəlmanların ümumi mənafeyi ciddi təhlükə ilə qarşılaşdıqda, pozulması zəruri bir hala çevrilir.
    Başqa sözlə desək, bitərəflik prinsipi təbliğat və ümumbəşəri çağırışa maneəçilik yaradıb onu təxirə salmamalıdır. İslam dövləti müdaxilə etməmək prinsipini elan etməklə, iqtisadi və fikir mübadilələrin kəsilməsinin deyil, sülh və əmin-amanlıq tərəfdarı olduğunu bildirir. İslam, bitərəflik prinsipini qəbul etməklə, mədəni və ideoloji qarşılıqlı mübadilələrə can atır. O, belə bir prinsipi həyata keçirməklə, mədəni və ideoloji sahələrdə müxtəlif millətlərin üzünə geniş bir yol açdı. Bu yolda onun qarşısında duran və maneəçilik törədən bütün qüvvələrə qarşı isə barışmaz mövqe tutaraq, onlarla mübarizə aparır. Bunu da qeyd edək ki, İslam tarixində bu kimi hallara çox rast gəlmək olur.
    (2-2-4) QARŞILIQLI MÜBARİZӘ PRİNSİPİ
    İslamın nəzərdən qaçırmadığı məsələlərdən biri də, qarşılıqlı mübarizə prinsipidir. Bu prinsipdən təcavüzün qarşısının alınması və ərazi bütövlüyünün qorunulması məqsədilə, beynəlmiləl konvensiya və bəyanatlarda istifadə olunur.
    Bu günlərdə müxtəlif dövlət və millətlər ondan haqlı olaraq istifadə edərək, öz mövcudluğunu sübuta yetirir. Bu prinsip bəşəriyyət tərəfindən qanun şəklinə salınmazdan əvvəl Qurani-kərimdə belə açıqlanmışdır: "Sizə qarşı həddini aşanlara, sizdə həmin ölçüdə həddi aşın [cavab verin]. Allahdan qorxun [qədərindən artıq əvəz çıxmayın] və bilin ki, Allah müttəqilərlədir”(Bəqərə surəsi, ayə 194).
    Allah-təala ümumi bir höküm verərək, hər bir müsəlmana həddi aşmadan təcavüzkarın qarşısında dayanıb, onlarla göstərdikləri təcavüzün müqabilində mübarizə aparmağı əmr edir. Belə bir əks-əməl yaradılış qanunu ilə də tam həmahəngdir. Bunun nəticəsində hətta bədənin sellulları belə, zərərverici mikrobların qarşısında durub, onların orqanizmə nüfuz etmələrinə imkan vermir. Heyvanat və bitkilər aləmi də, məhz bu yaradılış qanunundan istifadə edərək, təbii hadisələrin müqabilində müqavimət göstərə bilirlər.
    İslam, "Әgər bir tərəfinə sillə vurarlarsa, o biri tərəfinə də çevir, qoy oraya da vursunlar" deyən bu günki məsihiyyətin əksinə olaraq, heç vaxt öz davamçılarına belə bir höküm verməmişdir. İslam deyir: "Sənə qarşı nə qədər haqsızlıq olunubsa, bir o qədər mübarizə aparıb haqqını tələb et". Bu səbəbdən Quran müqavimət dedikdə həyat, rüsvaycasına təslim olmaq dedikdə isə, ölüm və fəlakəti nəzərdə tutur. Hətta əgər ölümlə nəticələnsə belə. Budur İslam məntiqi! Әlbətdə, deyilənlər xarici düşmənlərə aiddir və bunun, dostların əfv və güzəşt olunması ilə heç bir ziddiyyəti yoxdur.
    Bu kimi hallarda həddi aşmayıb təcavüzkara təcavüzünün müqabilində cavab vermək, olduqca vacib və riayət olunması zəruri olan məsələlərdəndir. Demək, düşmən təcavüz etməyənədək, bitərəflik və müdaxilə etməmək prinsipinə riayət olunmalıdır. Lakin hər hansı bir ölkə İslam ölkəsinə qarşı öz bitərəfliyini pozarsa, yaranmış şəraiti nəzərə alaraq, eyni əks-əməl göstərməlidir. Çünki, müvafiq əks-əməl göstərilmədikdə, müsəlman cəmiyyəti olduqca ağır şəraitlə üzləşməli olur. Demək, həddi aşmadan mübarizə aparmağın özünəməxsus məntiqi vardır. Bu bir növ cəzalandırma üsuludur. Elə bir cəzalandırma üsulu ki, onunla həm təcavüzə son qoyulur və eləcə də, özünümüdafiə qununi şəkildə həyata keçirilir. Bütün bu qarşıdurmaların məsuliyyəti isə, təcavüzkarın üzərinə düşür.
    Bir sözlə, İslam dövlətinin qorunması üçün təcavüzkarlara qarşı mübarizə aparılmalıdır. Әks təqdirdə, qeyd olunduğu kimi müsəlmanlara qarşı edilən təcavüzlərin sayı artacaq, hüquqları isə, daha da çox tapdalanacaqdır.
    (2-2-5) ӘHDӘ VӘFA PRİNSİPİ
    Beynəlmiləl əlaqələrdə böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də, əhdə vəfa prinsipidir. Bu məsələyə İslam dinində də böyük yer verilir. Belə ki, Qurani-kərimdə bu mətləbə işarə olunaraq deyilir: "O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırışlmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər”(Möminun surəsi, ayə 8), "Әhdə vəfa edin. Çünki [insan] əhd barəsində [qiymət günü] cavabdehdir”(İsra surəsi, ayə 34), "Ey iman gətirənlər! Әhdlərə sadiq olun”(Maidə surəsi, ayə 1).
    Yuxarıda qeyd olunan ayələrdən belə məlum olur ki, əhdə sadiq qalıb onu qorumaq, tək müsəlmanların daxili əlaqələrinə deyil, bəlkə İslamın beynəlmiləl əlaqələrinə şamil olan olduqca gözəl bir xüsusiyyətdir. Peyğəmbərinin (s) həyat tərzinə nəzər saldıqda, o böyük şəxsiyyətin bağladığı saziş və əhdnamələrə daim sadiq qaldığının şahidi oluruq. Məsələn, Qureyş qəbiləsi ilə bağladığı sülh sazişinin beşinci bəndində deyilirdi: "Qureyşdən kim ağasının icazəsi olmadan Məhəmməh (s)-a qoşularsa, dərhal geri qaytarılmalıdır". Әbu Bəsir Məkkədən Mədinəyə gəlib orada sığınacaq almaq istədikdə, Peyğəmbər (s) Qureyş qəbiləsindən olan İbni Məğmundan Әbu Bəsirin geri qaytarılmasına dair məktub alır. Məktubda deyilirdi: "Bilirsən ki, səninlə şərt bağlayıb belə razılığa gəlmişik ki, bizlərdən birisi sənin yanına gəlib orada sığınacaq almaq istədikdə, ona sığınacaq verməyib geri qaytarmalısan. İndi bizim adamımızı geri qaytar". Peyğəmbər (s) sazişin beşinci bəndinə əsasən Әbu Bəsiri Məkkəyə geri qaytarır. Hərçənd Qureyş Әbu Bəsiri təhvil aldıqdan sonra yenidən Məkkədən qaçıb Mədinədə müsəlmanların yanına gəlir.
    Sülh sazişinin səkkizinci bəndinə - Umrətul quzaya əsasən, müsəlmanlar yalnız üç gün Məkkədə qala bilərdilər. Üç gün başa çatdıqdan sonra Qureyş onlara müddətin başa çatdığın elan edərdi. Peyğəmbər (s) müsəlmanlarla birlikdə Məkkəni tərk edər və buyurardı: "Müsəlmanlardan kimsə Məkkədə qalmamalıdır".
    Tarixə nəzər saldıqda, biz Peyğəmbər (s)-ın bağladığı digər sazişlərin də şahidi oluruq. Misal olaraq onlardan bir neçəsinə işarə edirik:
    1-Mədinədə kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində müştərək həyata dair bağlanılan saziş;
    2-Qureyş müşrikləri ilə bağlanılan müvəqqəti sülh sazişi;
    3-"Nəcran məsihiləri" ilə bağlanılan daimi sülh sazişi;
    4-Müştərək müdafiə xarakteri daşıyan Bəni Qəffar və Bəni Zəmrə kimi müşrik ərəb qəbilələri ilə bağlanılan hərbi saziş.
    Peyğəmbər (s)-ın həyat tərzinə nəzər saldıqda, bir daha bu həqiqətin şahidi oluruq ki, mövcud şəraitin olduqca ağır olmasına baxmayaraq, hər zaman bağlanılan saziş və əhd-peymanlara sadiq qalmış və bir dəfə də olsun şəxsi mənafei xatirinə onlara qarşı çıxamamışdır.
    Onun sadiq davamçıları olan məsum imamların həyatında da bu kimi hallara tez-tez rast gəlmək olur. Misal olaraq Әli (ə)-ın Malik Әştərə göndərdiyi məktuba nəzər salaq. Məktubda deyilir: "Düşmənlərinlə saziş bağladıqdan sonra ona sadiq qalmağa çalış. Nəbada bağladığın saziş və əhd-peymana qarşı çıxasan... Çünki əhd-peymanı bədbəxt insanlardan savayı kimsə ayaqları altına atmayır".
    Demək, müsəlmanlar istər özlərinin daxili məsələlərində, istərsə də beynəlmiləl səhnədə öz əhdlərinə sadiq qalmalı və bunu da nəzərə almalıdırlar ki, bir qədər əvvəl qeyd olunan prinsiplərin özləri əhdə sadiq qalma prinsipinə səbəb olur. Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, sülh əhval ruhiyyəli qarşılıqlı münasbət və ümumbəşəri çağırışlar üçün beynəlmiləl sazişlərin möhkəmlənib özünə yer tapması, olduqca vacib və zəruri məsələlərdəndir.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 831 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024