İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:31 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    (2-2-6) DÖVLӘTLӘRİN TAM AZADLIQ HUQUQUNA DAİR BӘRABӘRLİK PRİNSİPİ
    MÜSTӘQİLLİK VӘ HAKİMİYYӘT
    Bu məsələyə böyük əhəmiyyət verən İslam dini hesab edir ki, bütün dövlətlərin azadlıq, müstəqillik və hakimiyyət baxımından bərabər hüquqa malik olub və bu hüquqdan daxili və xarici əlaqələrində istədiyi kimi istifadə edə bilərlər. Hər hansı bir dövlətin bir qrup cəmiyyət üzvlərini bu hüquqdan məhrum etməsi İslam nöqteyi-nəzərindən, bəşəriyyətə qarşı xəyanətdir. Bütün bunlar diktator dövlətin daxili ixtiyar və hüquqlarından hesab olunmur.
    İslam, hər hansı bir dövlətin istədiyi siyasəti yürüdərək digər millətləri istismar edənlərlə tamamilə müxalif olub, onların öz qanuni hüquqlarından istifadə edib azadlıq, müstəqillik və milli hakimiyyətdən bəhrələnmələrini dəstəkləyir. O, öz hüquqlarını müdafiə etməyi və lazım gəldikdə, təcavüzkar qüvvələrə qarşı dayanaraq, onlarla mübarizə etməyi bacarmalıdır. Bu kimi hallarda məzlumları müdafiə edib təcavüzkarı geri oturtmaq tək İslam dövlətinin deyil, bəlkə bütün müsəlmanların vəzifəsidir.
    Quran ayələrinə, Peyğəmbər (s) və məsum imamların həyat tərzinə nəzər saldıqda, dəfələrlə dövlətlərin azadlıq, müstəqillik və hakimiyyət məsələlərində yiyələnməli olduqları bərabərlik prinsipinin şahidi oluruq.
    Həzrət Məhəmməd (s) bəşəriyyətin cəhalət əsarətindən azad olunması üçün peyğəmbər təyin edilmişdir.
    İslam, azadlıq dinindir. Әraf surəsinin 175-ci ayəsində bu haqda deyilir: "Onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar [şəriətin çətin hökümlərini götürər] və onun yerinə insan fitrəti ilə müvafiq olan asan din gətirər”.
    Qurani-kərim "Hər firqə öz dininə sevinir”(Möminun surəsi, ayə 53) ayəsini bəyan etməklə atdığı ilk addımda, dinin təbliğ olunmasına geniş yer verir və heç bir qurumun azadlığını təhlükə ilə qarşı-qarşıya qoymur.
    "Dində məcburiyyət [zorakılıq] yoxdur!”(Bəqərə surəsi, ayə 256 ) ayəsi ilə də insana xurafat və cəfəngiyyatdan yaxa qurtarıb, həqiqi İslamı dərk etmək üçün azadlıq hüququ bəxş edir. Qurani-kərim müsəlmanlara, onlarla düşmənçilik etməyən şəxslərlə ədalətlə rəftar edib, onları rəsmi olaraq tanımağa icazə verir. "Allah, din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara ədalətlə rəftar etməyi sizə qadağan etməz”(Mumtəhinə surəsi, ayə 8).
    (2-2-7) AZADLIQ HӘRӘKATLARINDAN MÜDAFİӘ PRİNSİPİ
    Qurani-kərim azadlıq hərəkatlarını dəstəkləyir və onlardan bir neçəsinə işarə edərək buyurur: "Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə [qiyamət günündə] yardım edəcəyik”(Möminun surəsi, ayə 51).
    Başqa bir yerdə isə buyurulur: "Әgər sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik”(Həşr surəsi, ayə 11).
    Digər ayələrdə isə, haqq-ədalət uğrunda aparılan mübarizələrin himayə olunmaması qətiyyətlə pislənilir. "Sizə nə olub ki, bir-birinizə kömək edə bilmirsiniz”(Saffat surəsi, ayə 25). Kömək istəmək, zülmə məruz qalan şəxslərin haqqıdır və köməklik istədikdə, onlara hökmən yardım olunmalıdır: "Zülmə məruz qaldıqdan sonra [həddi aşmadan] onun əvəzini çıxanlara, heç bir cəza verilməz [onların heç bir günahı yoxdur, çünki uğradıqları haqsızlığın əvəzini çıxmışlar]”(Şura surəsi, ayə 41).
    Әnfal surəsinin 72-ci ayəsində isə deyilir: "Әgər onlar din yolunda istəsələr, onlara kömək göstərmək sizə vacibdir”.
    İnsaf və ədalət, haqq yolunda aparılan mübarizə və hərəkatların himayə olunmasını tələb edir. Lakin hal-hazırda sülh və əmin-əmanlıq bəhanəsi ilə BMT-nin ədalətsizliyə yönəldiyi hiss olunur. BMT-nin nizamnaməsinin 33-cü bəndində deyilir: "Beynəlmiləl əmin-amanlığı təhlükə ilə üzləşdirə biləcək bütün ixtilaflar hər şeydən əvvəl müzakirə, vasitəçilik, saziş, mühakimə və müxtəlif təşkilatlara müraciət etməklə həll olunmalıdır".
    Maddədən belə bir nəticəyə gəlmək olur ki, zəiflə güclü, zalımla məzlum, haqlı ilə haqsız arasında meydana gələn bəzi ixtilafların həlli güclü və zalım tərəfin xeyrinə nəticələnməlidir. Şübhəsiz ki, bu maddə zülmə məruz qalmış və azadlıq uğrunda mübarizəyə atılan millətlərin daha çox istismar olunmalarına münasib şərait yaratmış olur. Çünki, bu mübarizələr beynəlmiləl təhlükəsizliyi ciddi təhlükə ilə üzləşdirə bilər. İstismarçı ölkələrin tabeçiliyində olan qruplaşmaların azadlıq uğrunda apardıqları hərəkatlar, beynəlmiləl səviyyədə himayə olunmalıdır. Bütün bunlardan ən başlıca məqsəd, haqq-ədalətə əsaslanan beynəlmiləl təhlükəsizliyin qorunub saxlanılmasıdır. Peyğəmbər (s)-dan nəql olmuş rəvayətlərdən birində deyilir: "Müsəlmanlardan yardım istəyən bir şəxsin fəryadını eşidib ona cavab verməyən şəxs, müsəlman deyildir."
    Rəvayətdə fəryad dedikdə, yardım nəzərdə tutulur və yardım istəyən şəxs istər müsəlman olsun, istərsə də qeyri-müsəlman, əgər müsəlmanlardan yardım istəmişsə, heç bir fərq qoymadan səsinə səs verib, yardım əl uzadılmalıdır.
    Rəvayət, din və milliyyətlərdən asılı olmayaraq yardım səsini ucaldan bütün insanlara köməklik olunmasının zəruriliyini çatdıran onlarla nümunədən birini təşkil edir. Bir çox hallarda isə, qeyri-müsəlman dövlətlər müsəlman təbliğatçılarına haqqı tapdanılan şəxsləri, İslam qanunları ilə tanış etməyə imkan vermirlər. Bu səbəbdən cəmiyyət müsəlmanların hədəf və amallarının ədalətli olduğu və onların haqqı tapdanılan şəxsləri müdafiə etdiklərini bilib əxlaqi dəyərlərinə iman gətirmələri kifayət edər.
    Haqq-ədalət və azadlıq uğrunda aparılan hərəkatlardan himayə prinsipi, heç də hər hansı bir şəxsin təşəbbüsü ilə həyata keçirilən prinsip deyildir. Bəlkə, bu mühüm işi öhdəsinə götürmüş qüvvələrə aiddir. İmam Sadiq (ə)-dan nəql olmuş rəvayətdə İslamın bu məsələyə yetirdiyi diqqət, belə açıqlanır. Әbu Әmr Zubeyri deyir: "İmam Sadiq (ə)-a dedim: "Camaata Allaha doğru çağırmaq və Allah yolunda vuruşmaq barədə açıqlamalar verməyinizi istərdim. Buna yalnız müəyyən şəxslərin haqqı çatır, yoxsa Allaha və Onun peyğəmbərinə iman gətirmiş hər bir şəxs insanları təkallahlığa çağırıb Onun yolunda cihad edə bilər?" İmam Sadiq (ə) sualın cavabında buyurur: "Bunlar yalnız müəyyən şəxslərə aiddir və onlardan savayı kimsə bu işləri görməz". Onların kim olduğunu soruşduqda, İmam Sadiq (ə) buyurdu: "O kəslər ki, Allah-təala mübarizə üçün onlara lazımi şərait yaratmış olsun. Kim bu şəraitə malik olarsa, başqalarını təkallahlığa çağırıb Onun yolunda cihad da edə bilər. Lazımi şəraitə malik olmayan şəxslərin isə nə Allah yolunda cihad etməyə, nə də camaatı təkallahlığa dəvət etməyə haqqı vardır." Daha sonra İmam Sadiq (ə)-dan həmən şəraitlərin açıqlanmasını xahiş etdim. Buyurdu: "Allah-təala öz kitabında (Quran) insanların Ona tərəf dəvət olunmalarına dair lazımi məlumatlar verir və bu ağır məsuliyyəti üzərinə götürmüş şəxsləri gözəl adlarla vəsf edərək, onların yüksək məqamlara nail olacaqlarını bildirir. Allah-təala bildirir ki, Hamıdan əvvəl O, özünü Ona tabe olmağa çağırmışdır."
    Yunus surəsinin 25-ci ayəsində bu haqda buyurulur: "Allah [bəndələrini] əmin-amanlıq yurduna [cənnətə] çağırır və istədiyini doğru yola salır”.
    Başqa bir yerdə Peyğəmbər (s) haqqında söz açıb buyurur: "[Ya Məhəmməd!] İnsanları hikmətlə [Quranla, tutarlı dəlillərlə] gözəl öyüd-nəsihət [moizə] ilə Rəbbinin yoluna [İslama] dəvət et. Onlarla ən gözəl surətdə [şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə] mübahisə et”(Nəhl surəsi, ayə 125).
    Demək, Allahın göstərişləri ilə müxalif olan və insanları Quranla deyil, digər vasitələrlə Allaha tərəf çağıran şəxslər həqiqi Allah mübəlliğləri hesab olunmurlar. Allah-təala başqa bir ayədə Peyğəmbər (s)-a müraciət edərək buyurur: "Sən düz yola yönəldirsən”(Şura surəsi, ayə 52 ). Yəni düz yola hidayət edirsən. Üçüncü mərhələdə isə, Quran haqda söz açaraq buyurur: "Həqiqətən, bu Quran [bütün bəşəriyyəti] ən doğru yola [İslama] yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir”(İsra (Bəni İsrail) surəsi, ayə 9).
    Ali-imran surəsinin 104-cü ayəsində isə, Allah və Onun peyğəmbərindən sonra insanları haqqa dəvət edən şəxslərə işarə olunaraq buyurulur: "[Ey müsəlmanlar!] İçərinizdə [insanları] yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, [bu camaat] həqiqətən, nicat tapmış şəxslərdir”. Daha sonra onların kim olduqlarını açıqlayır: "İbrahim və İsmayıl (ə)-ın nəslindən olub Məkkədə məskunlaşmış bu şəxslər, Allahdan başqa ayrı bir varlığa pərəstiş etməz və hər zaman bu iki peyğəmbərin başladıqları hərəkatı davam edərlər. Onlar o kəslərdirlər ki, Allah-təala bütün eyb və nöqsanlardan uzaq etmiş və onları yüksək məqamlarla mükafatlandırmışdır”.
    Yusif surəsinin 108-ci ayəsində də məhz bu mətləbə toxunularaq buyurulur: "[Ya Məhəmməd!] De ki, bu mənim [təbliğ, dəvət] yolumdur. Mən və mənə tabe olan [möminlər] açıq-aşkar bir dəlillə [insanları] Allaha çağırırıq”. Yəni Peyğəmbər (s)-ın arasında zühur etdiyi və ona iman gətirən ümmət, heç vaxt Allahdan başqa ayrı bir varlığa ibadət etməmiş və Ona şərik qoşaraq küfr çirkabına aludə olmamışlar. Başqa bir ayədə Allah-təala peyğəmbərinin davamçılarını yaxşı işlərə dəvət, pis işlərdən çəkindirən və insanları Ona doğru çağıran bir ümmət kimi vəsf edir: "[Ya Peyğəmbər!] Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər”. Daha sonra Peyğəmbər (s)-a tabe olub onun davamçılarına çevrilmiş möminləri vəsf edərək buyurulur: "Məhəmməd ələyhissəlam Allahın peyğəmbəridir. Onunla birlikdə olan [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər. Sən onları [namaz vaxtı] rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir. [Qiyamət günü onlar üzlərindəki möminlik nuru, alınlarındakı möhür yeri ilə tanınarlar.] Bu onların Tövratdakı vəsfidir”(Fəth surəsi, ayə 29). Başqa bir ayədə isə deyilir: "O gün Allah öz peyğəmbərini və onunla birlikdə iman gətirənləri rüsvay etməz. "Onların [iman] nuru [qıl körpüsü üstündə onlara yol göstərmək üçün] önlərindən və sağ tərəflərindən axıb şölə saçar”(Təhrim surəsi, ayə 8). Möminun surəsinin 1-ci ayəsində isə belə vəsf olunurlar: "Həqiqətən, möminlər nicat tapmışlar”. Həmin surənin növbəti ayələrində başqalarının özlərini onların cərgəsinə sala bilməmələri üçün buyurulur: "O kəslər ki, namazlarında [hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha] müti olub Ona boyun əyərlər! [Allahın qarşısında kiçilərlər!]”. "O kəslər ki, zarafatdan, lüzumsuz şeylərdən [qadağan olunmuş əməllərdən] üz döndərərlər”(Möminun surəsi, ayə 1-3).
    Nəhayət, həmin surənin 11-ci ayəsində buyurulur: "Firdovsi cənnətinə varis olanlar, orada əbədi qalarlar!”
    Furqan surəsinin 68 və 69-cu ayələrində onların fəzilət və üstün xüsusiyyətləri haqqında buyurulur: "Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd və zina etməzlər. Hər kəs bunu [bu işləri] etsə, cazasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o əzab içində zəlil olub? daim qalar”.
    Daha sonra mömin və onların xüsusiyyətlərinə malik olan şəxslərin can və mallarını Onun yolunda döyüşüb, ölüb-öldürdükləri üçün cənnət bahasına aldığını bildirir: "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin can və mallarını Tövrat, İncil və Quranda haqq olaraq vəd edilmiş
    cənnət müqabilində satın almışdır”. Ayənin davamında Allahın verdiyi vədəyə əməl edəcəyi haqda buyurulur: "Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə [müamiləyə] görə sevinin. Bu ən böyük qurtuluş və uğurdur!”. Bu ayə nazil olduqdan sonra bir şəxs Peyğəmbər (s)-ın yanına gəlib ondan soruşur: "Ey Peyğəmbər! Sənin nəzərincə, qılıncını siyirib Allah yolunda cihad edən və döyüş meydanında həlak olmuş, lakin günah da edən bir şəxs şəhid hesab olunurmu?" Elə həmən an Allah-təala Peyğəmbər (s)-a bu ayəni nazil edir: "[Onlar Allaha] tövbə edən, ibadət və şükr səna edənlər, oruc tutanlar [və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər], rüku və səcdə edənlər [namaz qılanlar] yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlərdir. [Ya Məhəmməd!] Belə möminləri [Cənnətlə] müjdələ”(Tövbə surəsi, ayə 112).
    Sonra Peyğəmbər (s) mömin mücahidlərə belə bir böyük mükafatla müjdə verib buyurur: "Tövbə edib günahdan uzaq olanlar, Allaha şərik qoşmayıb yalnız ona pərəstiş edənlər, Allaha istər adi halda olsun, istərsə də çətinliklərdə şükr və səna edənlər, namaz qılıb oruc tutanlar, səcdə və rükuya getdikdə son dərəcədə diqqətli olanlar, namazlarını vaxtlı vaxtında qılanlar və bütün bunlarla yanaşı, başqalarını xeyirli işlərə dəvət edib özləri də ona əməl edənlər və başqalarını pis işlərdən çəkindirib özləri də onlardan uzaq olanlara öldürüldükdə, cənnət müjdəsi veriləcəkdir". Nəhayət Həcc surəsinin 38 və 39-cu ayələrində yalnız bu xüsusiyyətə malik olan şəxslərə döyüş izni verildiyinə işarə olunaraq buyurulur: "(Şübhəsiz ki, Allah iman gətirən kəslərdən [kafirlərin əzab-əziyyətini] dəf edər. Allah həqiqətən, heç bir xaini və nankoru sevməz”, "Zülmə məruz qaldıqlarına görə vuruşanlara [kafirlərə qarşı Allah yolunda döyüşməyə] izn verilmişdir. Allah onlara kömək etməyə əlbətdə qadirdir”.
    Çünki, yerdə və göylərdə mövcud olan bütün varlıqlar Allaha, Onun peyğəmbərinə və qeyd olunan xüsiyyətlərə malik olan möminlərə məxsusdur. Demək, Quranın işarə etdiyi xüsusiyyətlərə malik olan şəxslər mömin hesab olunurlar. Zülmə məruz qalıb haqları tapdalandıqda isə, onlara cihad və mübarizə icazəsi verilir.
    Bir qədər əvvəl qeyd olunan Həcc surəsinin 39-cu ayəsinə istinad edərək belə bir nəticəyə gəlmək olar ki, kamil imana malik olmayan şəxslər tövbə edənədək, mübarizə aparılacaq şəxslərin sırasına daxildirlər. Möminlərin malik olduqları xüsusiyyətlərin tam əksinə malik olan şəxslər, zülmə məruz qalanların sırasına deyil, zalimlərin sırasına daxildirlər və onlar heç bir səlahiyyətə malik olmadıqları üçün nə cihad, nə təkallahlığa dəvət və nə də yaxşı işlərə sövq edib pis işlərdən çəkindirə bilərlər. Әleyhinə cihad olunan şəxslər cihad etmək, təkallahlığa dəvət olunan şəxslər başqalarını təkallahlığa dəvət etmək, yaxşı işlər görməyə sövq olunan şəxslər başqalarını yaxşı işlər görmək və pis işlərdən çəkindirilən şəxslər başqalarını pis işlərdən çəkindirməkdə heç bir hüquqa malik deyillər. Bir sözlə, Allahın müəyyən etdiyi xüsusiyyətlərə malik olan şəxslər təbii olaraq zülmə məruz qalanlardan olacaqlar. Məhz buna görə də, onlara cihad izni verilir. Necə ki, Peyğəmbər (s)-ın yaxın əshabları həmin xüsusiyyətlərə malik olmuş və zülmə məruz qaldıqları üçün Allah yolunda cihad etmişlər. Çünki, bəzi hallar istisna olmaqla bəzi məsələlər hamıya vacib olduğu kimi, Allahın verdiyi bu höküm də əvvəlkilər üçün necə zəruri olmuşsa, gələcəkdəkilər üçün də eyni qayda olaraq, vacib və zəruri olacaqdır. Yəni əvvəlki ümmətlərin üzərinə hansı vəzifə düşmüş və məsuliyyət daşımışlarsa, gələcək ümmətlərin üzərinədə həmən vəzifələr düşüb eyni qaydada olaraq məsuliyyət daşıyacaqlar.
    Әvvəlki ümmətlər necə mühakimə olmuşlarsa, onlar da həmin şəraitdə mühakimə olunacaqlar. Demək, şəxs möminlərə xas olan xüsusiyyətlərə malik olmayınca, Allah yolunda cihad edib mübarizə aparmaq üçün heç bir səlahiyyətə malik deyil və o belə bir addımı yalnız müəyyən olunmuş xüsusiyyətlərə malik olduqdan sonra ata bilər. Bütün bunları nəzərə alaraq, insan Allahdan qorxmalı və Allahın onu uzaq olmağa əmr etdiyi nəfsani istəklərə tabe olmamalıdır. O, özünü aldanıb Allah və Quran barədə uydurulan iftiralara əsaslanaraq, Quran hafizləri və din qoruyucularından uzaq düşməməlidir. Allahdan qorxmalı və Onun bərabərində əsassız və şübhəli dəlillər gətirməlidir. Çünki, Allah yolunda şəhadətə nail olmaqdan başqa ikinci böyük bir məqam yoxdur.
    Bu səbəbdən hər bir şəxs, özünü dəyərləndirməyi və özü haqda hökm çıxarmağı bacarmalıdır. O, Quranı hər şeydən üstün tutaraq, əməllərini onunla müqaisə etməlidir. Çünki, insanı özündən yaxşı kimsə tanımır. Buna görə də şəxs, cihad üçün lazım olan xüsusiyyətləri özündə müşahidə etdikdə, dərhal mübarizə meydanına atılmalıdır. Özünüzdə nöqsan və çatışmamazlıq müşahidə etdikdə isə, Allahın cihad üçün müəyyən etdiyi xüsusiyyətlərə nəzər salıb, həmin xüsusiyyətləri özündə cəm etməyə çalışmalıdır. Cihad etmək istəyən şəxslərə "cihad etməyin" demək istəməyirik. Demək istədiyimiz şey bundan ibarətdir ki, insan Allahın Onun yolunda mübarizə aparmaq istəyən şəxslər üçün müəyyən etdiyi xüsusiyyətlərə nəzər salmalı və özündə müşahidə etdiyi çatışmamazlığı aradan qaldırmağa səy etməlidir. Özlərini islah edib həmin xüsusiyyətlərə yiyələndikdə isə, cihada izn verilmiş şəxslərin sırasına daxil olarlar. Günah çirkabına qərq olub itaətsizliyə davam etdikdə isə, məhşərdə mühakimə olunub layiqli cəzalarına çatarlar.
    Bu haqda nəql olmuş rəvayətlərdən birində deyilir: "Allah-təala dini, fəzilət sahiblərinin vasitəsilə yaşadar”.
    Demək, insan Allahdan qorxmalı və qeyd olunan mənfi xüsusiyyətlərə yiyələnən şəxslərdən uzaq olmalıdır. Artıq hər şey açıqlandı və bundan belə kimsə bilməyib xəbərsiz olduğunu bəhanə edə bilməz. Allahdan böyük qüdrət sahibi yoxdur və Allah kifayətdir bizə. Ona arxalandıq və son dönüş Ona doğrudur("İslamın təkamül mərhələsi” Cəlaləddin).
    (2-3) QURAN VӘ BEYNӘLXALQ ӘLAQӘLӘR
    Әn kamil ilahi kitab və müsəlmanların qanun məcəlləsi olan Quran "Allah suda və quruda nə varsa bilir”(Әnam surəsi, ayə 59 )həqiqətini bəyan etməklə, "Bu [Quran] insanlar üçün bəsirət gözüdür”(Casiyə surəsi, ayə 20)şüarı ilə müsəlmanlar və digər millət və dövlətlərin beynəlmiləl əlaqələrinin əsasını qoyur.
    İslam, insan fitrəti ilə tam həmahəng və ümumbəşəri çağırışa malik olduğu üçün insan təbiəti onu bir gün bu müqəddəs dinə üz tutmağa vadar edir. Qurani-kərim bu haqda ayələrin mübəlliğ və icraçısı olan Peyğəmbərə (s) işarə edərək bu mətləbi, yəni İslamın ümumbəşəri din olduğunu bir daha sübuta yetirir:
    1-"[Ya Məhəmməd!] De ki, ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm”(Әraf surəsi, ayə 158).
    Göründüyü kimi bu ayədə Allah-təala öz peyğəmbərinə, bütün insanlar üçün göndərilmiş peyğəmbər olduğunu əmr edir.
    2-"Allah yanında [məqbul olan] din, əlbətdə İslamdır”(Ali-imran surəsi, ayə 19).
    Dinin ruhunu, mahiyyətini Haqqın qarşısında təslim olmaq təşkil edir. Bütün dövrlərdə Allahın nəzərində həqiqi din və dinin ruhu, təslim olmaqdan ibarət olmuşdur. Peyğəmbər (s)-ın gətirdiyi din də, ilahi dinlərin ən üstünü olduğu üçün "İslam" adlandırılmışdır. Bu səbəbdən bu ilahi din, bütün dövrlərə şamildir.
    3-"Səni də [Ya Məhəmməd!] aləmlərə [bütün insanlara və cinlərə] ancaq bir rəhmət olaraq göndərdik”(Әnbiya surəsi, ayə 107).
    Ayədə Peyğəmbər (s)-ın vücudunun aləmlər üçün rəhmət olduğuna işarə olunur. Quran, istər kafir olsun, istərsə də mömin, bütün insanların Peyğəmbərin (s) rəhmətinə borclu olduqlarını bildirir. Çünki, o ümumbəşəri bir dini öz öhdəsinə götürmüş və onların nicat tapmasına da səbəb olan məhz onun özüdür. Yox əgər camaat ondan lazımınca istifadə edə bilməmişlərsə, artıq bu onların özlərinə aiddir və bunun bağışlanmanın, rəhmətin hamıya şamil olmasına heç bir təsiri yoxdur. Məhz buna görə də, bu ayədən İslam dininin ümumbəşər bir din olduğu bəlli olur.
    İndi isə Quran nöqteyi-nəzərindən İslamın xarici siyasət üsullarına nəzər salaq:
    (2-3-1) İSLAMA DӘVӘT
    Müsəlmanlar və onlara rəhbərliyi öz üzərinə götürmüş şəxs, yaranmış ilk fürsətdə kafirləri [dinsizləri] təkallahlığa, Həzrət Məhəmməd (s)-ın peyğəmbərliyi və İslamın digər əqidəvi məsələlərinə dəvət etməlidir. Demək dəvət, müsəlmanların başqalarından din və əqidələrini qəbul etmələrini istəmələrindən ibarətdir. Belə bir ağır məsuliyyəti üzərinə götürmüş şəxs, bu istiqamətdə gördüyü bütün işləri Allah dərgahında qəbul olunması üçün saf niyyət və səmimiyyətlə yerinə yetirməlidir. Quranın bir neçə ayələrində bu məsələyə birbaşa işarə olunduğu üçün İslama dəvət, dinin ən ümdə və zəruri məsələlərindən biri hesab olunur. Dəvət, şəxsi rəy (ictihad) əsasında həyata keçirilmədiyi üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bunun üçün də böyük fiqh alimləri təlif etdikləri kitablarda cihad (Allah yolunda savaş) barədə söz açarkən, bunu kafirlərə qarşı silahlı mübarizədən daha önəmli hesab etdikləri üçün bu mətləbə xüsusi yer vermişlər.
    Qeyd etdiyimiz kimi, dəvət ibadi məsələlərdən birini təşkil edir və bu səbəbdən Allahın razılığını qazanmaq məqsədilə, yalnız Ona xatir həyata keçirilməlidir. İndi isə, bu mətləbə dəlalət edən Quran ayələrinə nəzər salaq. Nəhl surəsinin 125-ci ayəsində deyilir: "[Ya Məhəmməd!] İnsanları hikmətlə [Quranla, tutarlı dəlillərlə], gözəl öyüd-nəsihət [moizə] ilə Rəbbinin yoluna [İslama] dəvət et, onlarla ən gözəl surətdə [şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə] mübahisə et. Həqiqətən Rəbbin yolunda azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!”.
    Ayənin əvvəlində istifadə olunan "dəvət et" felindən və Peyğəmbər (s)-ın siyasi həyatında dəvətə verilən əhəmiyyətdən belə bir qənaətə gəlmək olar ki, müşrik və kafirlərin İslama dəvət olunması, hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən birini təşkil edir. Buradan belə bir sual meydana çıxır: dəvət hər bir müsəlman tərəfindən ayrı-ayrılıqda olmalıdır, yoxsa müəyyən şəxslərin bu işlə məşğul olması yetər?
    Alimlərin bir çoxu bu barədə belə bir fikirdədirlər ki, bir qrup şəxs kafirlərlə silahlı mübarizə apararaq cihadın vacibliyini başqalarının üzərindən götürdükləri kimi, müəyyən şəxslərdə bu işlə məşğul olmaqla, hökmün vacibliyini başqalarının üzərindən götürmüş olurlar. Demək, dəvət etməzdən əvvəl heç bir müsəlmanın kafirlərlə cihad etməyə haqqı yoxdur. Səfəvilər dövründə yaşayıb fəaliyyət göstərmiş Şeyx Bəhayi özünün Came Abbasi adlı təlif etdiyi kitabında düşmənlə cihad etməzdən əvvəl üç vacib məsələyə işarə edərək, yazır: "... Müsəlmanlar düşmənlə mübarizəyə, yalnız imam (və ya onun nümayəndəsi) onları təkallahlığa, Həzrət Məhəmməd (s)-ın peyğəmbərliyinə, Әli (ə) və onun övladlarının imamətinə və dinin digər göstərişlərinə dəvət etdikdən sonra başlaya bilərlər. Müsəlmanlardan biri onlardan hər hansı birini İslama dəvət etməzdən əvvəl öldürərsə günah etmiş olur, lakin bunun müqabilində nə qisas alınır, nə də qan bahası verilir".
    Məşhur şiə alimlərindən olan Mərhum Әllamə Hilli də özünün Təbsirət ül-Mütəəllimin adlı kitabında dəvətin cihad və mübarizədən əvvəlki mərhələ olduğuna işarə edir. Şura surəsinin 15 və Fussilət surəsinin 33-cü ayələrində bir daha məlum olur ki, hər bir müsəlman qeyri-müsəlmanları İslama dəvət etməli və İslam dövləti digər dölətlərlə məhz bu prinsip əsasında əlaqə yaratmalıdır.
    Yuxarıda qeyd olunan ayələrdə deyilir: "[Ya Məhəmməd!] Buna görə də, sənə əmr edildiyi kimi bu yolda səbatlı ol”, "[Xalqı] Allaha tərəf çağırın, yaxşı iş görən və "Mən müsəlmanam!"-deyən kəsdən daha gözəl danışan kim olar bilər?”
    İslam dövlətinin qeyri-İslam dövlətlərinə səfir və nümayəndələr göndərərək o ölkə əhalisini İslam dininə dəvət etmələri, bu sahədə görülən ən mühüm işlərdən birini təşkil edir. Peyğəmbər (s)-ın müxtəlif məntəqələrə elçi və nümayəndələr göndərməsindən ən başlıca məqsədi də məhz bu olmuşdur.
    (2-3-2) QURANIN İCBARİ ӘQİDӘYӘ MӘNFİ MÜNASİBӘTİ
    Әqidə azadlığını "Dində məcburiyyət [zorkılıq] yoxdur”(Bəqərə surəsi, ayə 256), heç bir halda heç nəyə göz dikməməyi "Kim yaxşı bir iş görərsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar”(Casiyə surəsi, ayə 15) və nəhayət, düzgün təbliğat üsulunu "[Ya Məhəmməd!] İnsanları hikmətlə [Quranla, tutarlı dəlillərlə], gözəl öyüd-nəsihət [moizə] ilə Rəbbinin yoluna [İslama] dəvət et, onlara ən gözəl surətdə [şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə] mübahisə et”(Nəhl surəsi, ayə 125)bəyan edən bu üç ayə inkar olunmaz prinsiplərdir. Bu üç prinsipi diqqətdən keçirməklə belə bir qənaətə gəlmək olar ki, Quran icbari əqidəni qətiyyətlə rədd edir. Bu səbəbdən əqidəvi mübarizə (İslama dəvətin) sülh şəraitində aparıldığı kimsədə şübhə doğurmamalıdır. İnsanları hidayət və onların dünya görünüşünü islah etmək hər bir müsəlmanın vəzifəsidir. Әslində, bu İslam vasitəsilə əldə olunan böyük ilahi nemətlərin şükrünü yerinə yetirmək mənasını daşıyır. Elə bir şükr ki, onun xeyiri Allaha deyil, yalnız Onun bəndələrinə şamil olur.
    Beynəlmiləl səhnəyə nəzər saldıqda, müsəlmanların dini təbliğ etdikləri ölkələrdə, dövlət rəhbərlərinin maddi və siyasi çətinliklərlə qarşılaşdıqlarını görərkən, dərhal İslam və müsəlmanlara qarşı silahlı mübarizələrə başladıqlarının şahidi oluruq.
    İslam "icbari hidayət" və "icbari xoşbəxtlik"i qəbul etməyir. Belə ki, bir qrup şəxs dünya görüşlərinin artması və xoşbəxtliyə can atmadıqda, İslam müsəlmanlara öz əqidələrini icbari olaraq onlara qəbul etdirmələrinə icazə vermir. İnsanların hidayət olunmaları müsəlmanlar üçün yalnız o zaman vəzifəyə çevrilir ki, onlar hidayət və səadətə can atmış olsunlar və onların üzərinə düşən ən başlıca vəzifə, insanlarda istək və iradə yaratmaq deyil, onlara nail olmağa köməklik etməkdən ibarətdir. Yalnız belə bir şəraitdə onlar apardıqları mübarizələrdə qalib gələrək, qarşılarına qoyduqları hədəfə çata bilərlər.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 977 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024