İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:28 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    (2-3-2) QURANIN QEYRİ-MÜSӘLMANLARLA SAXLANILAN ӘLAQӘ VӘ SӘMİMİ DOSTLUQ MÜNASİBӘTLӘRİNӘ OLAN BAXIŞI
    İslam dostluq, həmrəylik, qarşılıqlı anlaşıqlıq və nəhayət, fitri bir din olduğu üçün insanın fitrət və təbiət ilə əsla ziddiyyətlik təşkil etmir. Mumtəhinə surəsinin 8-ci ayəsində bu haqda deyilir: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxışılıq və onlara ədalətli rəftar etməyi qadağan etməz”.
    Göründüyü kimi, Quran qeyri-müsəlmanlarla bərqərar olunan əlaqələri adi hal kimi qiymətləndirir. Әlbətdə bir şərtlə ki, aşağıdakı hallara yol verilməmiş olsun:
    1-Bərqərar olunan dostluq əlaqələri bir tərəfli, yəni yalnız müsəlmanlar tərəfindən deyil, hər iki tərəfdən olaraq qarşılıqlı xarakter daşımalıdır;
    Ali-imran surəsinin 118-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur: "Ey iman gətirənlər! Özünündən başqasını özünüzə dost tutmayın”. Həmin surənin 119-cu ayəsində buyurulur: "Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməz”.
    2-Bərqərar olunan dostluq əlaqələri, müsəlmanların qeyri-müsəlmanlara itaət və tabe olmalarına səbəb olmamalıdır;
    "Ey iman gətirənlər! Әgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri [öz dinlərinə] döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz”(Ali-imran surəsi, ayə 149).
    3-Qeyri-müsəlmanlara arxa olub, onlara etimad olunmamalıdır;
    "Zülm edənlərə [rəğbət bəsləməklə, kömək göstərməklə,] meyl etməyin”(Hud surəsi, ayə 113).
    Belə ki, qeyri-müsəlmanlara etimad edib onlara arxa olmaq, bir çox hallarda onların daha da qüvvətlənməsinə səbəb olur. Onların qüvvətlənməsi isə zülm və haqsızlığa gətirib çıxarır.
    4-Qeyri-müsəlmanların qarşısında sadəlövhlük göstərib onlara aldanılmamalı;
    "[Ya Məhəmməd!] Küfr edənlərin diyar-diyar gəzib-dolanması [ticarətdən, əkinçilikdən mənfət əldə edərək, xoş güzəran keçirməsi] səni aldatmasın”(Ali-imran surəsi, ayə 196).
    Bütün dövrlərdə insanları belə bir sual maraqlandırmışdır. O da ki, görəsən nə üçün zalım və fironlar daim gözəl və tam təminatlı həyat tərzi keçirmiş, haqsevər iman sahibləri isə, həyatlarını ehtiyac və yoxsulluq içində başa vurmuşlar? Quran bu suala cavab verərək buyurur: (Dünya özünün zahiri ləzzətləri ilə fani, və keçicidir.) Demək başqalarının var-dövləti aldadaraq özünə aludə etməməlidir.
    5-Kafirlərin rəhbərliyi qəbul olunmamalıdır.
    Nisa surəsinin 144-cü ayəsində bu mətləbə toxunularaq buyurulur: "Ey iman gətirənlər! Möminləri qoyub, kafirləri dost tutumayın”. Bu kimi dostluqlar kafirlərin möminlərin üzərinə hakim olmaları ilə nəticələndiyi üçün qətiyyətlə pislənilir və bu məzmunda nazil olmuş digər, ayələrdə müsəlmanlara buna yol verilməmələri əmr olunmuşdur.
    Bərqərar olunan dostluq əlaqələri öz çərçivəsindən çıxıb bir qədər əvvəl qeyd olunan beş haldan birinə səbəb olduqda, Quran nöqeyi-nəzərindən qətiyyətlə pislənilir və bu əlaqələrə son qoyub, onlarla həmfikir olan şəxslərlə münasibətdə olmağa əmr olunur.
    (2-3-4) QURANIN HÖKMRANLIQ MӘSӘLӘSİNӘ OLAN MӘNFİ MÜNASİBӘTİ
    Kafirlərin müsəlmanların üzərinə hakim olmalarına yol verməmək, dinin ən mühüm məsələlərindən birini təşkil edir. Nisa surəsinin 144-cü ayəsində bu haqda deyilir: "Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz”. (Və lən yəcələllahu lilkafirinə ələl mumininə səbilə).
    "Səbil" kəlməsinin lüğəvi mənası "yol" olsa da, İslam dinində xüsusi termin olaraq "qanun" və ya "şəriət" mənalarını daşıyır.
    Allah-təala, kafirlərə möminlərin üzərinə hakim olacaq heç bir yol qoymamaqla yanaşı, müsəlmanlara da buna şərait yaradacaq hər hansı bir iş görməyi haram etmişdir. Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, bu məsələ İslamın xarici əlaqələrində bir növ "veto" xarakterini daşıyır. Әgər kafirlərin hökmüranlığına səbəb olacaq hər hansı bir iqtisadi, siyasi, mədəni saziş bağlanılar, hətta əgər bu və digər sahələrdə məqalə və çıxış dərc olunarsa, bu qanuna əsasən, batil və əsassız hesab olunur. Hətta əgər tərəflər arasında saziş rəsmi olaraq imzalansa belə, "əhdə sadiq qalma prinsipi” ilə ziddiyyətlik təşkil etdiyi və müsəlman cəmiyyətinin zərərinə olduğu üçün öz etibarını itirib ləğv olunur. Ayənin əvvəlində gələn "lən" bütün zamanlara şamil olan qəti inkaredici şəkilçi və qeyri-müəyyənlik halında gələn "səbil" kəlməsindən belə bir qənaətə gəlmək olur ki, Allah-təala kafirlər üçün müsəlmanların üzərinə hakim olacaq heç bir yol qoymamışdır.
    Munafiqun surəsinin 8-ci ayəsi bu həqiqəti bir daha sübuta yetirir: "Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha məxsusdur”.
    Demək, belə bir qəti höküm verildiyi bir halda Allahın müsəlmanların xar və rüsvay olmalarına səbəb olan hər hansı bir şeyə yol verilməsi, muhal və qeyri-mümkün bir məsələdir.
    Peyğəmbər (s)-dan nəql olmuş "İslam hər şeydən ucadır və heç bir şey ondan uca deyildir”(Hürr Amuli "Vəsail uş-şiə” 17-ci cild, səh 367) hədisi bir daha bu mətləbi sübuta yetirir. Demək ayə və nəql olmuş hədislərin məzmunu ümumi xarakter daşıyıb, müsəlmanların kafirlərlə bərqərar etdikləri əlaqələrin bütün sahələrinə şamil olur.
    (2-3-5) QURANIN MÜXTӘLİF MİLLӘTLӘRİN TANINILMASINA OLAN BAXIŞI
    Hücərat surəsinin 13-cü ayəsində bu haqda deyilir: "Ey iman gətirənlər! Biz sizi kişi və bir qadından [Adəm və Həvvadan] yaratdıq. Sonra bir-birinizi tanıyasınız [kimliyinizi biləsiniz] deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınız və pis əməllərdən ən çox çəkinəninizdir. Həqiqətən, Allah [Hər şeyi] biləndir, [hər şeydən] xəbərdardır”.
    Ayədə bəşəriyyətin müxtəlif xalq və millətlərdən təşkil olduğuna işarə olunsa da, sonda hədəfin yalnız həyatın asanlaşması və onların bir-birlərini tanımalı olduqları bildirilir. Bütün bunlar maddi həyata aiddir. Mənəvi həyata gəldikdə isə, təqva və imandan savayı başqa heç bir şey nəzərdə tutulmur.
    İslamın xalq və millətləri müxtəlif qruplara bölməsinə səbəb, bəlkə də aşağıdakı iki amil olmuşdur:
    1-Bəşərin hələ də bütün ixtilafları kənara qoyub, vahid ümmət halında yaşamaq tərzi-təfəkkürünə yiyələnməməsi.
    2-Müxtəlif millət və xalqlar bir-birlərindən fərqli maddi və mənəvi ehtiyaclara malik olması və bu sahədə düzgün siyasətin aparılmaması.
    Hərçənd ki, hal-hazırki beynəlmiləl hüquq nizamnaməsində bu məsələ ilə əlaqədar XVİİ əsrdə tətbiq olunmuş qanundan istifadə olunur.
    İslam, müxtəlif millət və xalqlarla bərqərar etdiyi əlaqələrdə bu həqiqəti onlara çatdırmışdır ki, tanışlıq onun nöqteyi-nəzərindən təbii bir hal almaqla yanaşı, həm də olduqca zəruri bir məsələdir. Mədinədə Peyğəmbər (s) ilə məsihi və yəhudi qəbilələri arasında yazılan ilk saziş, bu məsələ ilə əlaqəli olan heç bir şübhəyə yer qoymur. Hərçənd İslam, yer üzündə yaşayan bütün insanları vahid "möminlər ictimaiyyətinə” çevirmək istəyir. Yəni qarşıya qoyulan məqsədə - təkamülə çatmaq üçün bəşəriyyətin bütün fəaliyyətlərini bir səmtə istiqamətləndirib, onları ideal cəmiyyətə çevirmək istəyir. Lakin eyni zamanda bəşəriyyət həyatına hasil olan inkarolunmaz acı həqiqətləri də beləcə bəyan edir:
    1-İnsanlar ixtilafa düçar olmazdan əvvəl vahid ümmət halında olmuşlar;
    "İnsanlar [əvvəlcə] ancaq tək bir ümmət idilər [eyni bir dində idilər]. Sonra [aralarına ixtilaf düşdüyü üçün] ayrıldılar”(Yunus surəsi, ayə 19).
    2-Yaranmış bu çatışmamazlığı aradan qaldırmaq üçün onlara peyğəmbərlər göndərilmişdir;
    "İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən [əzabla qorxudan] peyğəmbərlər göndərdi”(Bəqərə surəsi, ayə 213).
    3-Sonra bu cəmiyyət - müsəlmanlar başqalarına örnək olsun deyə, orta və ədalətli bir ümmət halına çevrilir.
    "[Ey müsəlmanlar!] Beləliklə də, sizi orta [ədalətli və seçilmiş] bir ümmət etdik”(Bəqərə surəsi, ayə 143). Hər bir millət istədiyi halda onlara birləşib müştərək hədəfə yiyələnə bilər.
    "Allah yanında [məqbul olan] din, əlbətdə, İslamdır”(Ali-imran surəsi, ayə 19) həqiqətini bəyan etməklə, "Budur sizin ümmətiniz - vahid və yeganə ümmət və Mənəm sizin pərvərdigarınız. Elə isə Mənə ibadət edin”(Әnbiya surəsi, ayə 93) meydana gələn ümmətin mahiyyət və üzərinə düşən vəzifəsini açıqlayır.
    (2-3-6) QURANIN BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ ӘLDӘ OLUNMALI OLAN SÜLH VӘ BİRLİYӘ BAXIŞI
    Sülh və birliyə dair iki ümumi baxış mövcuddur və bu iki baxışa Qurani-kərimdə işarə olunmuşdur:
    1-Sülh və birliyə müştərək əqidə əsasında çağırış;
    "[Ya Məhəmməd!] Söylə ki, ey kitab əhli, sizinlə bizim aramızda eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin! [O kəlmə budur ki] Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub, bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək!”(Ali-imran surəsi, ayə 64).
    Ayədən belə bir nəticəyə gəlmək olar ki, təkallahlıq səmavi dinlər arasında müştərək bir nöqtədir. Bu səbəbdən bu müştərək qüdrətə arxalanıb, sülh və birliyi onun əsasında bərqərar etmək lazımdır. Peyğəmbər (s) Rum imperatoru Herakl və Misir padışahı Məquqəsə göndərdiyi dəvət məktubunda da məhz bu ayəyə istinad etmiş və onları sülh və birliyə çağırmışdır.
    2-Sülh və birliyin tam əksini təşkil edən düşmənə qarşı mübarizə, yeri gəldikdə müharibənin elan olunması.
    "Kafir olanları, [insanları] Allah yolundan döndərənləri, sonrada kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır! Buna görə də [cihadda] zəiflik göstərməyin və [kafirlərə] üstün [qalib] gəldiyiniz zaman [onları] sülhə dəvət etməyin. Allah sizinlədir”(Surənin adı və ayənin nömrəsi verilməyib ).
    Bu kimi hallarda düşmənlə sülh saziş bağlayıb onların qarşısında yumşaqlıq göstərmək, müsəlmanlar üçün haram və yolverilməz bir haldır. Yaranmış belə bir şəraitdə onlara qarşı müvafiq əks-əməl göstərilib gördükləri işlərdən əl çəkməyə vadar olunmalıdırlar.
    Çünki onların müxalifəti, Allah, Onun Peyğəmbəri (s) və bütün müsəlmanlarla müxalifət etmək deməkdir. Bu isə müəyyən zaman və şəraitə deyil, bütün dövr və məkana şamildir. Demək bu kimi müxalifətlər olduqda, sülh və birlik heç bir məna və məfhum kəsb etmir.
    Başqa bir ayədə buyurulur: "Әgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Әgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə [itaətinə] qayıdana qədər vuruşun. Təcavüzkarlıq edən [Allahın əmrinə] qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər”(Hucərat surəsi, ayə 9).
    (2-3-7) QURANIN MÜQAVİLӘ ӘSASINDA BӘRQӘRAR OLUNAN ӘLAQӘLӘRӘ OLAN MÜNASİBӘTİ
    Beynəlmiləl əlaqələrin bərqərar olunmasında istifadə olunan müəssir üsullardan birini də, məhz bu təşkil edir. İslam, beynəlmiləl əlaqlərdə nəinki bunun dəyər və əhəmiyyətini azaltmır, bəlkə əksinə olaraq onun zəruriliyinə təkid edir. Bu səbəbdən İslamın siyasi ideologiyasında beynəlmiləl əlaqələrin yaradılmasına böyük yer verilmişdir. Məhz buna görə də, İslamın xarici əlaqələrində, sazişlərin bağlanılması və sülh sazişlərinin daha da möhkəmləndirilməsi üçün yaranmış fürsətlərdən lazımi qaydada istifadə olunur.
    İslam beynəlmiləl saziş və əlaqlərə böyük əhəmiyyət verməklə yanaşı, müxtəlif millət və qruplaşmaları da sülh müqavilələrini bağlamağa dəvət edir və eyni zamanda, İslam cəmiyyətinə bu sahədə ilk addımı ataraq, əlaqələri genişləndirmək və gücləndirməyi tövsiyə edir. Belə ki, tarix boyu sülh müqavilələrinin bağlanılması, hakimiyyəti öz üzərinə götürmüş İslam dövlətinin əsas vəzifələrindən biri hesab olunmuşdur. Nisa surəsinin 9-cu ayəsində bir başa bu mətləbə işarə olunaraq buyurulur: "Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövlərilə vuruşmaqdan ürəkləri sıxılaraq [xoşlanmayaraq], sizin yanınıza gələn şəxslər müstəsnadır”(Nisa surəsi, ayə 90).
    Bir qədər əvvəl əhdə sadiq qalmağın zəruriliyi haqqında söz açarkən qeyd etdik ki, Quran ayələrinə əsasən bağladığımız əhd-peymanların qarşısında məsuliyyət daşısaq da, bəzən yaranmış şəraiti nəzərə alaraq onlara qarşı çıxıb, pozmalı oluruq. Bu kimi hallar isə daha tərəf müqabili öz əhdini pozduğu təqdirdə baş verir.
    "Məscidül-həramın yanında [Hudeybiyyədə] müqavilə bağladığınız kəslər [Bəni-Zəmirə, Kinanə qəbilələri] istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizinlə doğru-düzgün davrandıqca [əhdi pozmadıqca] siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri [xəyanətdən, əhdi pozmaqdan çəkinənləri] sevər”(Tövbə surəsi, ayə 7).
    Әnfal surəsinin 56, 57 və 58-ci ayələri də bu mətləbə dəlalət edir: "(Әgər [əhdi bağladığın] bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, [döyüşə başlamazdan əvvəl] onlarla olan əhdini pozduğunu açıq-aydın [mərdi-mərdanə] özlərinə elan et. Çünki, Allah xainləri sevməz”(Әnfal surəsi, ayə 58), "Onlar [sənə qarşı müharibə etməmək barədə] əhd bağladığın kimsələrdir ki, [onu bağladıqdan] sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar. Әhdi pozanları müharibədə ələ keçirtsən, onlara elə bir divan tut ki, arxalarınca gələnlərini də qorxudub dağıt. Bəlkə [bundan] ibrət alsınlar! [Və bir daha əhdi pozmağa cürət etməsinlər!]”(Әnfal surəsi, ayə 56, 57).
    Demək, Quran ayələrinin bir qismi tərəf müqabili bağladığı əhd-peymana sadiq qaldığı təqdirdə, müsəlmanlara da ona sadiq qalmaları, pozduqda isə eyni əks-əməl göstərib, bağladıqları əhd-peymanlara qarşı çıxıb onları pozmalarını əmr edir.
    (2-3-8) QURANIN CİHADA OLAN BAXIŞI
    Bu barədə müxtəlif məsələlər ortaya çıxır və onlar bir neçə hissəyə bölünür:
    1-Cihadın fəziləti
    Qurani-kərim cihad və onun fəzilətinə böyük əhəmiyyət verir, lakin cihad hökmünü verməzdən əvvəl güzəşt və dözümlüyə çağırır: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!"(Әraf surəsi, ayə 199).
    Başqa bir ayədə isə pisliklərin müqabilində yaxşılıq etməyi əmr edir. Qeyri-müsəlmanlar Peyğəmbər (s) və möminlərdən səmimi münasibət görüb, İslama meyl edə bilərlər: "Yaxşılıqla pislik eyni ola bilməz! [Ey mömin kimsə!] Sən pisliyi yaxşılıqla dəf et! [Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!] Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!)(Fussilət surəsi, ayə 34).
    Cihadın fəzilət və əhəmiyyəti haqda isə buyurulur: "Allah yolunda öldürülənlərə [şəhid olanlara] "ölü" deməyin. Әksinə, onlar [Allah dərgahında] diridirlər, lakin siz bunu dərk etmirsiniz”(Bəqərə surəsi, ayə 154).
    Cihaddan boyun qaçıranlar isə belə məzəmmət olunurlar: "Ancaq varlı olduqları halda [döyüşə getməmək üçün] səndən izn istəyənlər məzəmmətə layiqdirlər. Onlar [cihada getməyib] arxada qalanlarla [qadınlar və uşaqlarla] bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini [qazandıqları günaha görə] möhürləmişdir. Buna görədə onlar [başlarına gələcək müsibəti] bilməzlər”(Tövbə surəsi, ayə 93).
    2-Səfərbərlik və döyüş əmri
    Səfərlik dedikdə, canlı qüvvə və döyüş alətlərinin hazırlıq vəziyyətinə gətirilməsi nəzərdə tutulur.
    Әnfal surəsinin 60-cı ayəsində bu haqda deyilir: "[Ey möminlər!] Allahın və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və [cihad üçün bəslənilən] döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi sizə artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz”(Nisa surəsi, ayə 84).
    Allah-təala öz qoşununa cihad iznini verərək, buyurur: "Allah yolunda vuruş [cihad et]”(mənbə verilməyib).
    3-Müharibəyə qanunilik verən səbəblər
    Qurani-kərim müsəlmanlara qarşı hər hansı bir təcavüzə yol verildikdə və ya onlarla bağlanılan sülh sazişi tərəf müqabilləri tərəfindən pozulduğu təqdirdə, özlərini müdafiə etmək üçün onlara döyüş izni verir: "Zülmə məruz qaldıqlarına görə vuruşanlara [kafirlərə] qarşı Allah yolunda döyüşməyə izn verilmişdir. Allah onlara kömək etməyə, əlbətdə, qadirdir!”(Həcc surəsi, ayə 39), "O kəslər ki haqsız yerə və ancaq "Rəbbimiz Allahdır" dediklərinə görə yurdlarından çıxarıldılar. Әgər Allah insanların bir qismini digər qismi ilə [müşrikləri möminlərlə] dəf etməsəydi, sözsüz ki, soməələr [rahiblərin yaşadıqları monastırlar], kilsələr, yəhudi məbədləri və içərisində Allahın adı çox zikr olunan məscidlər uçulub dağılmışdı. Allah Ona [öz dininə] yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət və qüdrət sahibidir”(Həcc surəsi, ayə,40).
    4-Döyüşün qayda-qanunları
    Cihad hökmü verilən digər ayələrə nəzər salaq: "Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara sizdə həmin ölçüdə həddi aşın [cavab verin]”(Bəqərə surəsi, ayə 194).
    1-Döyüşün başlanması;
    "Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib, silahınızı götürün və [düşmənə qarşı cihada] ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!”(Nisa surəsi, ayə 71 ).
    2-Döyüş zamanı;
    "[Ya Məhəmməd!] Haram olan ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: "O ayda vuruşmaq böyük günahdır”(Bəqərə surəsi, ayə 217).
    3-Döyüş məkanı.
    (Onlar sizinlə Məscidül-həram yanında vuruşmayınca, sizdə onlarla vuruşmayın!”(Bəqərə surəsi, ayə 191).
    5-Quranın cihada olan baxışı və aparılan döyüşlərdən məqsəd
    Aşağıdakı ayələrdə kafir və müşriklərlə aparılan döyüşlərdən hədəf və məqsədlər beləcə açıqlanır:
    1-Fitnənin aradan qaldırılması;
    "Müşriklərin fitnəsi aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək, onlarla vuruşun”(Bəqərə surəsi, ayə 193).
    2-Zəif və çarəsizlərə yardım;
    "[Ey müsəlmanlar!] Sizə nə olub ki, Allah yolunda və [hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb] "ey Rəbbimiz, bizi əhalisi zalim olan bu şəhərdən [Məkkədən] kənara çıxart, bizə Öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!" - deyə, dua edən aciz kişi, qadın və uşaqlar uğrunda vuruşmursunuz?”(Nisa surəsi, ayə 75).
    3-Dinin qorunması
    "Әgər onlar din yolunda kafirlərə qarşı sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir”(Әnfal surəsi, ayə 72).
    (2-4) DÖVLӘT KONSTİTUSİYASININ İRANIN XARİCİ SİYASӘTİNӘ OLAN BAXIŞI
    Deyilənlərə nəzər saldıqdan sonra İran İslam Respublikasının Konstitusiyasında onun xarici siyasətinə dair qüvvədə olan nizamnaməyə diqqət yetirməyi daha məqsədə uyğun hesab edirik. 1358-ci hicri-şəmsi (miladi - 1979-cu il) ilində qüvvəyə minmiş və 1368-ci ildə (1989) islahatlar aparılmış bu nizamnamə aşağıdakı bəndlərdən ibarətdir:
    maddə - 152:
    İran İslam Respublikasının xarici siyasəti, digər dövlətlərin hökmüranlığına tabe olmamaq, onları öz tabeçiliyinə vadar etməmək, ölkənin ərazi bütövlüyü və müstəqilliyinin bütün sahələrdə qorunması, bütün müsəlmanların hüquqlarını müdafiə etmək və müharibə aparmayan dövlətlərlə sülh şəraitində olub, istismarçı qüdrətlərin müqabilində heç bir vəzifə daşımamaq əsasında qurulmuşdur.
    maddə - 153:
    Yadelli dövlətlərin ölkənin mədəniyyət, iqtisadiyyat, ordu, təbii sərvətlər və s. sahələri ələ keçirmələrinə dair onlarla hər hansı bir saziş və ya müqavilə imzalamaq qadağan və yolverilməzdir.
    maddə - 154:
    İran İslam Republikası insanların xoşbəxtliyini özünün ən başlıca hədəfi və müstəqillik, azadlıq və ədalətli Hakimiyyəti bütün insanların haqqı hesab edir. Bunun üçün də digər dövlətlərin daxili işlərinə müdaxilə etməməklə yanaşı, istismarçı qüvvələrə qarşı azadlıq və haqq-ədalət uğrunda mübarizə aparan müstəzəfləri himayə edir.
    maddə - 155:
    İran İslam Respublikası dövlət qanunlarına əsasən xain və tamahkar kimi tanınan şəxslər istisna olmaqla, bu ölkədən siyasi sığınacaq istəyən digər şəxslərə siyasi sığınacaq verə bilər.
    İSTİFADƏ OLUNAN MƏNBƏLƏR
    1. Cavadi Amuli, "Din fəlsəfəsi”, "Bəşəriyyətin hüquq fəlsəfəsi”, İsra nəşriyyatı, 1-ci çap, 1374-cü hicri şəmsi ili (1996);
    2. Səid Cəlili, "Peyğəmbər (s)-ın xarici siyasəti”, İslami təbliğat nəşriyyatı, 1-ci çap, 1368-ci hicri şəmsi ili (1988), bahar;
    3. Doktor Səid Xəlil Xəlilyan, "İslamın beynəlmiləl hüququ”, İslam mədəniyyət mərkəzi nəşriyyatı 3-cü çap, 1368-ci hicri şəmsi ili (1988) bahar;
    4. Abbasəli Әmid Zəncani, "Siyasi fiqh”, "İslamın beynəlmiləl hüququ”, 3-cü cild, Әmir Kəbir nəşriyyatı, 2-ci çap, 1373-cü hicri şəmsi ili (1991);
    5. Doktor Әhməd Bəxşayeşi Әrdistani, "İran İslam Respublikasının üsulları”, Nur səsi nəşriyyatı, 1-ci çap, 1375-ci hicri şəmsi ili (1995);
    6. Şeyx Tusi konfransında iştirak edən təhqiqatçıların birgə elmi işi, "İslam və cəmiyyət”, 1-ci cild, Şeyx Tusi konfransının nəşriyyatı, 1-ci çap 1376-cı hicri şəmsi ili (1997).
    7. Doktor Məhəmməd Həmidulla, tərcümə edən Seyyid Məhəmməd Hüseyni, "Həzrət Məhəmməd (s)-ın siyasi məktub və sazişləri, İslamın zühur etdiyi ilk illərin rəsmi sənədləri”, Süruş nəşriyyatı, 1-ci çap, 1374-cü hicri şəmsi ili (1995);
    8. Rəsul Cəfəriyan, "İslamın hicrətin 4-cü ilinədək siyasi tarixi”, 2-ci cild, İslam mədəniyyət mərkəzi nəşriyyatı, 2-ci çap, 1369-cu hicri şəmsi ili (1990) payız;
    9. Ustad Abbasəli Әmid Zəncani, "İslamın siyasi ideologiyasının əsasları”, İslam mədəni və ideoloji təhqiqatlar nəşriyyatı, 1-ci çap, 1374-cü hicri şəmsi ili (1995);
    10. Şeyx Taifə Cəfər Məhəmməd ibni Әli Tusi, "Təhzibul Әhkam", Әli Әkbər Ğəffarinin düzəliş və əlavələri ilə, 6-cı cild, Şabək nəşriyyatı, 1-ci çap, 1372-ci hicri şəmsi ili (1997);
    11. Cavad Mənsuri, "İslam İnqilabına qarşı aparılan mədəni müharibə”, Astan Quds Rəzəvi nəşriyyatı, 2-ci çap, 1372-ci hicri şəmsi ili (1991);
    12. "Qurani-kərim”;
    13. "Nəhcül Bəlağə”, Doktor Sübhi Saleh, Beyrut çapı, 1378-ci hicri şəmsi ili (1999), İran çapı 1359-cu hicri şəmsi ili (1980);
    14. "İran İslam Respublikasının Konstiusiyası”, Dövlət orqanı nəşriyyatı, 1368-ci hicri şəmsi ili (1991). 152, 153, 154 və 155-ci maddələr;
    15. "İslam və Әrəb svilizasiyası”, tərcümə edən Fəxr Dai Gilani;
    16. "İbni Hişamın Sirəsi”, 4-cü cild, Әbdül Məlik, Sirətun-nəbəviyyə, Darul əhya turasul ərəbiyyə nəşriyyatı, (tarixsiz);
    17. Surinsen;
    18. İbn Səd, Təbəqat, Həmidulla nəql edərək, Siratut-təbəqat ul-kubra, Beyrut çapı, 1959-cu il;
    19. "Nəhcül Bəlağə”, tərcümə edən Mohsen Farsi;
    20. "Təfsiri-nümunə”, 6, 2, 13, 9, 3, 22 və 21-ci cildlər;
    21. "Ruh ul-yəqin”, tərcümə edən Әli Әkbər Muhtədi;
    22. "İslamda qununvericilik fəlsəfəsi”, Sübhi Məhməsani, tərcümə edən Gülüstani, Tehran, Әmir Kəbir nəşriyyatı 1358 (1979);
    23. Bizans tarixi, 1-ci fəsl;
    24. Məkatiburrəsul, Әli Әhməd Miyanəci, 1-ci cild, 104, 117, 118, 121, 133, 134 və 169-cu səhifələr;
    25. Sivilizasiya tarixi, Vil Dorant;
    26. Hicrətin 4-cü ilində İslamın svilizasiya tarixi, Müəllif Adam Metz, tərcümə edəni Әlirza Zəkavəti, 1-ci cild, 1 və 2-ci fəsllər;
    27. İslamın Osanlı imperatorluğu dövründə beynəlmiləl əlaqələri (məqalə N.12);
    28. Dünyada yazılmış ilk konstitusiya;
    29. Afrika hərəkatları, müəllif Petros Qali, tərcümə edən Doktor Fərəculla Nasiri;
    30. Svilizasiya tarixi, Corci Zeydan, Әrəb qəbilələri haqda söhbət açılan fəsil;
    31. Cəlinin Sirəsi, 1-ci cild və "Məsnəd" Әhməd İbni Hənbəlin 1-ci cild;
    32. İslamın siyasi tarixi, 1-ci cild.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 829 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024