İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:22 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    (3-1-4) SİYASİ MӘNTӘQӘLӘRİN NÖVLӘRİ
    Siyasi məntəqələr bir neçə hissədən ibarət olur və ümumilikdə, onları dörd hissəyə ayırmaq olar.
    1-Milli səviyyəli siyasi məntəqələr;
    Bu kimi məntəqələrin özləri iki hissədən ibarət olur:
    a) ölkə və ya müstəqil siyasi məntəqələr;
    Siyasi məntəqənin ən gözəl nümunəsini də məhz onlar təşkil edir. Bir qədər sonra onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacağıq.
    b) Qeyri-müstəqil siyasi məntəqələr
    Onlar adətən müstəqil məntəqələrə tabe və ya onlardan asılı vəziyyətdə olurlar. Bu kimi məntəqələrin müstəqil məntəqələrlə çox oxşarlığı olsa da, müstəqil ölkəyə xas olan müstəqillik və rəsmi tanınma kimi xüsusiyyətlərə malik olmurlar. Qeyri-müstəqil məntəqələr bir neçə halda mövcud olmuş və ya hal-hazırda mövcud olmaqdadır.
    1) İstismar olunmuş məntəqələr;
    Qədim zamanlarda bu kimi ölkələrə xüsusilə, Asiya və Afrikada çox rast gəlmək olardı. İİ Dünya Müharibəsindən sonra baş verən cərəyan və dəyişikliklərdən sonra onlar öz müstəqilliklərini əldə edib, ölkə halına çevrildilər.
    Bu günlər Sakit okeanda yerləşən adamların bir neçəsi hələ də Afrika, Fransa və İngiltərənin müstəmləkəsi altında, yarı-müstəqil halda qalmaqdadır.
    2) Bitərəf məntəqələr
    1969-cu ilədək İraqla Küveyt və 1981-ci ilədək İraqla Səudiyyə Әrəbistanı arasında iki bitərəf ərazi yerləşirdi. Bu günlər isə bu ərazilər həmin dövlətlər arasında bölünmüş və artıq heç bir bitərəflik xüsusiyyətinə malik deyillər. Lakin Fars körfəzinin cənub sərhədlərində hələ də bu kimi ərazilərə Dubay, Әbu Zəbi, Oman, Әcman Әrəb Әmirlikləri arasında rast gəlmək olar.
    3) Müştərək hakimiyyət əraziləri
    Bu kimi ərazilər iki dövlət tərəfindən idarə olunur. İspaniya və Fransa tərəfindən idarə olunan Andorra, Amerika və Yeni Zellandiya tərəfindən idarə olunan Tokalo kimi.
    4) Himayə altında olan ərazilər
    Bu ərazilər, İ və İİ Dünya Müharibələrində məğlub olmuş ölkələrin müstəmləkələri olmuşlar. İ Dünya Müharibəsindən sonra o dövrdə fəaliyyət göstərən Xalqlar Birliyi, İİ Dünya Müharibəsindən sonra isə BMT-nin nəzarəti altında qeydiyyata alınmışlar. Bu təşkilatlar öz nəzarətlərini qorumaq üçün onlardan bir neçəsini müharibədən qalib çıxmış dövlətlərə həvalə etmiş və onların müstəqilliyi üçün lazımi şərait yaratmışlar. 1994-cü ildən etibarən BMT-nin Himayə Şurasının himayəsi altında olan son əraziyə - Palaoya müstəqillik verərək, Sakit okeanda yerləşən Mikrenezi adalarında faktiki olaraq öz fəaliyyətini dayandırdı.
    2-ÖLKӘ DAXİLİNDӘ YERLӘŞӘN SİYASİ MӘNTӘQӘLӘR
    (AVTONOM VİLAYӘTLӘR)
    Ölkənin tabeliyində olan ərazilərə istənilən səviyyədə xidmət göstərilməsi üçün onlar ayrı-ayrı vilayətlərə bölünür və bu bölgü ya şəhər ya da ölkə halında aparılır.
    Bütün şəhərlər sabit məntəqə, prospekt və küçələrdən ibarət olur. Lakin ölkələrə gəldikdə, bu kimi bölgülər onların dövlət quruluşuna müvafiq olaraq aparılır və bunun üçün də onların arasında bəzi fərqlər nəzərə çarpır. Federal hakimiyyət qurluşunda ölkə, "əyalət" (ştat) adlı bir neçə siyasi məntəqəyə bölünür və bu əyalətlərin hər biri qeyri-federal dövlət kimi vilayət, şəhər, rayon və kəndlərdən ibarət olur. Lakin bəzi federal və qeyri-federal dövlətlərdə məntəqəyə xas (siyasi-idari) ixtiyarlara malik olan siyasi məntəqələr müşahidə olunur. Bosniya və Hersoqovinada aparılan siyasi bölgü, Fələstində, sabiq Sovetlər İttifaqında, Rusiyadakı Dağıstan, Çeçen və İnquşetiya və Çindəki muxtar vilayətləri kimi buna misal çəkmək olar.
    3-Ölkə xaricində olan siyasi nahiyələr
    Bu kimi nahiyələr bir neçə müstəqil ölkə və ya siyasi məntəqələr və ya müştərək hədəf və amala malik olan ümumi və xüsusi qruplaşmalar təşkil edir. BMT və iki ümumi siyasi təşkilat olan EKOA və Avropa Polad və Daşkömür Birliyi ixtisas birliklərini təşkil edir.
    Ölkəxarici siyasi məntəqələr coğrafi və ərazi bölgü baxımından bir neçə hissəyə bölünür:
    1)Məntəqə - EKO, İran körfəzinin Həmkarlıq Şurası, Sakit Okean, Şimal-cənub dəhliz təşkilatları kimi.
    2)Qitə - Avropa birliyi və Afrika birlik təşkilatı kimi.
    3)Qitəxarici - İslam Konfransı kimi.
    4)Ümumdünya - BMT və onun tabeliyində olan Yuniko, Yunisef, EKAO və sair təşkilatlar kimi.
    5)Siyasi təşkilatların meydana gəlməsinə səbəb olan meyarlar;
    Hər bir siyasi təşkilatın meydana gəlməsi üçün bir və ya bir neçə əsas şərt lazımdır və bu meyarlar aşağıdakılardan ibarətdir:
    1)Müəyyən təbii sərhədlər və vahid coğrafi fəza(Topoqrafiya) (ərazi)”
    2)Təcrübələrlə birgə qədim tarixə və müştərək tarixi əfsanələrə yiyələnmək”
    3)Müştərək ağrı-acılar və olunan təhdidlər;
    4)İctimai quruluş, irq və müştərək insani xüsusiyyətlər - qövmiyyət;
    5)Din, dil, əlifba, musiqi, adət-ənənələr kimi müştərək mədəni xüsusiyyətlər”
    6)Müştərək siyasi hədəf və amal;
    7)Ölkə xaricində siyasi qüdrətlərin hegemonluq məqsədilə apardıqları rəqabətlər;
    8)Siyasi qüdrətlərin nüfuz dairəsi;
    9)Qarşılıqlı iqtisadi, ictimai, mədəni bağlılıqlar;
    10)Müştərək mədəniyyətə hər hansı bir millət və ya cəmiyyətin əhatə dairəsi;
    11)Müştərək mənafe, nümünəvi məişət və birgə iqtisadi perepektivlər.
    (3-1-5) ÖLKӘ VӘ YA MÜSTӘQİL SİYASİ MӘNTӘQӘ
    1-Tərif
    Müstəqil siyasi məntəqə, hər hansı bir cəmiyyətin hakimiyyət dairəsində məskunlaşmış coğrafi ərazidən ibarətdir.
    Demək, müstəqil siyasi məntəqə və ya ölkə aşağıdakı üç əsas ünsürdən meydana gəlir:
    1) Әrazi və ya coğrafi məntəqə;
    2) Cəmiyyət və ya yerli əhali;
    3) Hakimiyyət və ya siyasi quruluş.
    Yer quru sahələri, onu əhatə edən su hövzəsi və orada yerləşən adalar ölkə və dövlətlər halında müxtəlif hissələrə bölünmüş və dünyanın siyasi xəritəsini meydana gətirmişlər. Dünyanın belə bir siyasi bölgüsü və onun ardınca ölkələrin sayı daim dəyişməkdə olur.
    Hal-hazırda adalarla birlikdə yer üzərində 199 müstəqil ölkə və ya müstəqil siyasi məntəqə fəaliyyət göstərir və onların 185-i BMT-nin üzvüdür(BMT-nin Tehranda yerləşən nümayəndəliyinin 1997-ci ilin statistikası).
    2-Ölkənin meydana gəlmə gedişatı
    Bu günki ölkə və ya müstəqil siyasi məntəqələr aşağıda qeyd olunan amil və gedişatlar nəticəsində meydana gəlmişlər:
    1)Tarixi amil: hər hansı bir ölkə və ya dövlətin davam gətirməsinə səbəb olmuşdur: İran, Misir və Çin dövlətləri kimi.
    2)Sülh və Vestifaniya(Almaniyanın qərb əyaləti) müqaviləsi amili: 1648-ci ildə milli dövlətləri rəsmi olaraq tanıdı və bunun nəticəsində bir neçə dövlət meydana gəldi.
    3)İstismar amili: bir vaxtlar dünyanın böyük bir hissəsi hegemon dövlətlərin istismarı altında idi. Lakin onlar öz hakimiyyətlərini əldən verdikdən sonra həmin ölkələr öz müstəqilliklərini əldə edib müstəqil dövlətlərə çevrildilər.
    İİ Dünya Müharibəsindən sonra Avropa dövlətlərinin bir çox müstəmləkələri Asiya, Afrika, Amerika, Avstraliya qitələri və Okeaniyada müstəqil dövlətlər halına çevrildilər.
    4)Millətlər təşkilatı amili: öz himayəsi altında bəzi müstəmləkələrin müstəqilliyinə lazımi şərait yaratdı.
    5)Regional və ümumdünya hegemon dövlətlər qüdrətqoruyucu ölkə təsis etmək məqsədilə, öz rəqiblərini siyasi səhnədən uzaqlaşdırmağa çalışırdılar. Bunun nəticəsində təsis olan Әfqanistan və Livan dövlətlərini buna misal çəkmək olar.
    Qeyd olunduğu kimi dünyada mövcud olan dövlətlərin sayı daim dəyişilmiş və eyni zamanda, milli və ərazi, birlik və pərakəndəliklər müəyyən şəraitdə ərazi və orada məskunlaşmış cəmiyyətin tərkib hissəsinə təsir göstərmişdir. Bəzi sabiq Sovetlər birliyi kimi bir ölkə bir neçə hissəyə bölünmüş, bəzən də şərqi və qərbi Almaniya və ya şimali və cənubi Yəmən kimi bir ölkə birləşərək, vahid ölkəyə çevrilmişlər.
    Lakin ümumi cərəyan dəyişikliyə doğru getmiş və tədriclə ölkələrin sayı artmağa başlamışdır.
    Məlum olduğu kimi, XX əsrin əvvəllərindən İİ Dünya Müharibəsinin sonunadək, ölkələrin sayında çox az irəlləyiş olmuşdur. Lakin İİ Dünya Müharibəsindən sonra Avropa istismarı və Sovetlər birliyi süquta uğradığı üçün müstəmləkə ölkələr öz müstəqilliyini əldə etmişlər.
    3-Ölkələr barədə statistik məlumatlar
    Qeyd olunduğu kimi hal-hazırda dünyanın beş qitəsində 199 ölkə və ya müstəqil siyasi məntəqə fəaliyyət göstərir. Afrikada qitəsinin payına 59 ölkə ya 29,5%, Asiya qitəsinin payına 47 ölkə ya 24%, Avropa qitəsinin payına 43 ölkə ya 21,5%, Amerika qitəsinin payına 35 ölkə ya 17,5%, Okeaniyanın payına isə 15 ölkə ya 7,5% düşür.
    Həmin 199 ölkədən isə 185-i BMT-NİN üzvüdür və bundan 53 ölkə ya 28,5%-i Afrika qitəsinin, 46 ölkə ya 25%-i Asiya qitəsinin, 41 ölkə ya 22%-i Avropa qitəsinin, 35 ölkə ya 19%-i Amerika qitəsinin və 10 ölkə ya 5,5%-i Okeaniyanın payına düşür.
    Birləşmiş millətlər təşkilatına üzv olan ölkələr. (1995 Mart)
    Ölkələrin adı Üzv olma tarixi
    Azərbaycan Respublikası 1992-ci il 2 mart
    Anqola 1976-cı il 1 Dekabr
    Andora 1993-cü il 28 Yanvar
    Atiqu Avbarbuda 1981-ci il 11 Noyabr
    Avstraliya 1945-ci il 1 Noyabr
    Argentina 1945-ci il 24 Oktyabr
    Cənubi Afrika 1945-ci il 7 Noyabr
    Albaniya 1995-ci il 14 Dekabr
    Almaniya 1973-ci il 17 Sentiyabr
    ABŞ 1945-ci il 24 Oktyabr
    Mərkəzi Afrika Respublikası 1960-cı il 20 Sentyabr
    Barbados 1966-cı il 9 Dekabr
    Bahama 1983-cü il 18 Sentyabr
    Bəhreyn 1971-ci il 21 Sentyabr
    Braziliya 1945-ci il 24 Oktyabr
    Brunoyi 1962-ci il 18 Sentyabr
    Bruney 1984-cü il 21 Sentyabr
    Belgiya 1945-ci il 27 Sentyabr
    Bolqarıstan 1995-ci il 14 Dekabr
    Beliz 1981-ci il 25 Sentyabr
    Banqladeş 1974-cü il 17 Sentyabr
    Benin 1960-cı il 20 Sentyabr
    Butan 1971-ci il 21 Sentyabr
    Botsvana 1966-cı il 17 Oktyabr
    Burkinafaso 1960-cı il 20 Sentyabr
    Bosniya Hersoqovina 1992-ci il 22 May
    Başviya 1945-ci il 14 Noyabr
    Belarus 1945-ci il 24 Oktyabr
    Vanvato 1981-ci il 15 Sentyabr
    Venesuela 1945-ci il 15 Noyabr
    Vyetnam 1977-ci il 20 Sentyabr
    Qırğızıstan 1992-ci il 2 Mart
    Qazaxıstan 1992-ci il 2 Mart
    Qatar 1971-ci il 21 Sentyabr
    Qabon 1960-cı il 20 Sentyabr
    Qambiya 1965-ci il 21 Sentyabr
    Qrenada 1974-ci il 17 Sentyabr
    Qvatemala 1945-ci il 21 Noyabr
    Quyan 1966-cı il 20 Sentyabr
    Qana 1971-ci il 17 Oktyabr
    Danimarka 1945-ci il 20 Oktyabr
    Dominiken 1945-ci il 24 Oktyabr
    Dominika 1978-ci il 18 Dekabr
    Efiopiya 1945-ci il 13 Noyabr
    Estoniya 1995-ci il 17 Sentyabr
    Ekvador 1945-ci il 21 Dekabr
    Ermənistan 1992-ci il 2 Mart
    Әfqanistan 1946-cı il 19 Noybar
    Әlcəzair 1962-ci il 18 Oktyabr
    Birləşmiş Әrəb Әmirlikləri 1971-ci il 9 Dekabr
    Səudiyyə Әrəbistanı 1945-ci il 24 Oktyabr
    Zabiya 1964-cü il 1 Dekabr
    Zimbabve 1980-cı il 20 Avqust
    Zair 1960-cı il 20 Sentyabr
    İndoneziya 1950-ci il 28 Sentyabr
    İspaniya 1995-ci il 14 Dekabr
    İsrail 1949-ci il 11 May
    İngiltərə 1945-ci il 24 Oktyabr
    İordaniya 1995-ci il 14 Dekabr
    İslandiya 1945-ci il 19 Noyabr
    İrlandiya 1955-ci il 14 Dekabr
    İtaliya 1959-ci il 14 Dekabr
    İran 1945-ci il 24 Oktyabr
    İraq 1945-ci il 21 Dekabr
    İsveç 1946-ci il 19 Noyabr
    Kosta-rika 1945-ci il 2 Noyabr
    Kamboçiya 1955-ci il 14 Dekabr
    Kamerun 1960-ci il 20 Sentyabr
    Şimali Koreya və Cənubi Koreya 1991-ci il 17 Sentyabr
    Kanada 1945-ci il 9 Noyabr
    Krovasiya 1992-ci il 22 May
    Kolumbiya 1945-ci il 5 Noyabr
    Kenya 1963-ci il 16 Dekabr
    Kipr 1960-ci il 20 Sentyabr
    Kuba 1945-ci il24 Oktyabr
    Ketdivuar 1960-cı il 20 Sentyabr
    Kaif 1975-ci il 12 Noyabr
    Küveyt 1963-ci il 14 May
    Kipverdi 1975-ci il 16 Sentyabr
    Kenya 1957-ci il 12 Dekabr
    Ginestevao 1967-ci il 12 Noyabr
    Gürcüstan 1992-ci il 31 Yanvar
    Ginebisao 1974-ci il 17 Sentyabr
    Yeni Ginea papua 1975-ci il 10 Oktyabr
    Livan 1945-ci il 24 Oktyabr
    Latviya 1991-ci il 17 Sentyabr
    Luksenburq 1945-ci il 24 Oktyabr
    Litva 1991-ci il 17 Sentyabr
    Liberiya 1945-ci il 2 Noyabr
    Libiya 1955-ci il 14 Sentyabr
    Laoe 1955-ci il 14 Dekabr
    Lesoto 1966-ci il 17 Oktyabr
    Lixteşteyn 1990-ci il 18 Sentyabr
    Madaqaskar 1960-ci il 20 Sentyabr
    Miliviya 1964-ci il 1 Dekabr
    Malta 1964-ci il 1 Dekabr
    Maldiv 1965-ci il 21 Sentyabr
    Malaziya 1957-ci il 17 Sentyabr
    Mali 1960-ci il 28 Sentyabr
    Macarıstan 1955-ci il 14 Dekabr
    Misir 1945-ci il 24 Oktyabr
    Mərakeş 1956-cı il 12 Noyabr
    Monqolustan 1961-ci il 27 Oktyabr
    Meksika 1945-ci il 7 Noyabr
    Mavritaniya 1961-ci il 27 Oktyabr
    Moris 1968-ci il 24 Aprel
    Mozambik 1975-ci il 16 Sentyabr
    Moldaviya 1992-ci il 2 May
    Monaqua 1993-cü il 28 May
    Myanmar 1948-ci il 19 Aprel
    Marşal adaları 1991-ci il 7 Dekabr
    Mikroneziyo federal respublikası 1991-ci il 17 Sentyabr
    Makedoniya 1993-cü il 8 Aprel
    Monaqua 1993-cü il 28 May
    Namibiya 1990-cı il 23 Aprel
    Nepal 1955-ci il 14 Dekabr
    Norvegiya 1945-ci il 27 Noyabr
    Niger 1960-cı il 20 Sentyabr
    Nigeriya 1960-cı il 7 Oktyabr
    Nikraqua 1945-ci il 24 Oktyabr
    Oristoriya 1993-cü il 28 May
    Oman 1971-ci il 17 Oktyabr
    Özbəkistan 1992-ci il 2 May
    Polşa 1945-ci il 24 Oktyabr
    Paraqvay 1945-ci il 24 Oktyabr
    Pakistan 1947-ci il 30 Sentyabr
    Palao 1994-ci il 15 Dekabr
    Panama 1945-ci il 13 Noyabr
    Portuqaliya 1955-ci il 14 Dekabr
    Peru 1945-ci il 31 Oktyabr
    Ruanda 1962-ci il 18 Sentyabr
    Rumıniya 1955-ci il 14 Sentyabr
    Rusiya federasiyası 1945-ci il 24 Oktyabr
    San Marino 1992-ci il 2 Mart
    Sevaziland 1968-ci il 24 Sentyabr
    Sudan 1956-cı il 12 Noyabr
    Surinam 1975-ci il 4 Dekabr
    Suriya 1945-ci il 24 Oktyabr
    Somali 1960-cı il 20 Dekabr
    Siralion 1976-cı il 26 Sentyabr
    Sisil 1976-cı il 21 Sentyabr
    Salvador 1945-ci il 24 Oktyabr
    Sloveniya 1992-ci il 22 May
    Solomen adaları 1978-ci il 19 Dekabr
    Sirilien 1976-cı il 26 Sentyabr
    Samua 1976-cı il 15 Dekabr
    Sau tume və Perensib 1975-ci il 16 Sentyabr
    Sen lusya 1979-cu il 18 Sentyabr
    Sen vinsent və Karnadin 1980-cı il 16 Sentyabr
    Sinqapur 1965-ci il 21 Sentyabr
    Seneqal 1960-cı il28 Sentyabr
    Türkiyə 1945-ci il 24 Oktyabr
    Türkmənistan 1992-ci il 2 May
    Tacikistan 1992-ci il 2 May
    Tayland 1946-cı il 16 Dekabr
    Trininad və Tobaqo 1962-ci il 18 Dekabr
    Toqo 1960-cı il 20 Sentyabr
    Tunes 1956-cı il 12 Noyabr
    Tanzaniya 1961-ci il 14 Dekabr
    Uruqvay 1945-ci il 18 Dekabr
    Ukrayna 1945-ci il 24 Oktyabr
    Uqanda 1962-ci il 25 Oktyabr
    Fransa 1945-ci il 24 Oktyabr
    Fillandiya 1955-ci il 14 Dekabr
    Fiçi 1970-ci il 13 Oktyabr
    Filippin 1945-ci il 24 Oktyabr
    Yaponiya 1956-cı il 18 Dekabr
    Yamayka 1963-cü il 18 Sentyabr
    Yəmən 1947-ci il 30 Sentyabr
    Yuqoslaviya (Serbiya və montineqro) 1945-ci il 24 Oktyabr
    Yunanıstan 1945-ci il 25 Oktyabr
    Hindistan 1945-ci il 30 Oktyabr
    Hollandiya 1945-ci il 10 Dekabr
    Haiti 1945-ci il 24 Oktyabr
    Honduras 1945-ci il 17 Dekabr
    Çexoslavakiya 1993-cü il 19 Yanvar
    Çin 1945-ci il 24 Oktyabr
    Çad 1960-cı il 20 Sentyabr
    Çibuti 1977-ci il 20 Sentyabr
    Cəmi 185 üzv
    Yuxarıda qeyd olunan ölkələrlə yanaşı, dünyada müsəlmanların 50%-ini təşkil edən və hamılıqla BMT-yə üzv olan başqa 51 ölkə də fəaliyyət göstərir.
    Məhz bu ölkələr milli təhlükəsizlik şurasının ifa etdiyi rola baxmayaraq, BMT-nin 28% iqtidarını təşkil edir. Dünyanın bu ölkələri isə, Asiyadan-Tayvan, Avropadan-Vatikan və İsveçrə, Avstraliya və Okeaniadan beş və Afrikadan altı ölkə BMT üzvlüyünə daxil deyillər.
    4-Ölkə və ya müstəqil siyasi məntəqələrin xüsusiyyətləri
    Hər bir ölkə ya müstəqil siyasi məntəqə, özünə məxsus xüsusiyyətlərə malik olmalıdır. Onların bəzilərinə siyasi məntəqələrin xüsusiyyətləri barədə söhbət açarkən işarə etdik. Bu xüsusiyyətlər isə aşağıdakılardan ibarətdir:
    1)-Quru, hava və dəniz sərhədlərinə malik olmaq;
    2)-Müəyyən siyasi mərkəz dairəsinə yiyələnmək;
    3)-Siyasi təşkilatçılıq, siyasi quruluş və ya hakimiyyətə yiyələnmək;
    4)-Müxtəlif sahələrdə silsiləvari nəzarət və idarəetmə orqanlara yiyələnmək;
    5)-Hakimiyyət və ya siyasi quruluşa malik olmaq;
    6)-Siyasi iqtidarı mərkəz dairəsindən ətraf dairələrə azaltmaq;
    7)-Onu tanıtdıran atributlara yiyələnmək;
    8)-Həmahəng qovşaqlar əlaqələrinə yiyələnmək
    Bu xüsusiyyətlərlə yanaşı, hər bir ölkə və ya müstəqil siyasi məntəqə beynəlmiləl hüquq, siyasi coğrafiya və siyasətdə haqqında söhbət açılan digər xüsusiyyətlərə də malik olur və bu xüsusiyyətlər aşağdakılardan ibarətdir:
    1)Әrazi;
    Hər bir müstəqil dövlət quru, hava və dəniz sərhədləri ilə onu digər ölkələrdən fərqləndirən müəyyən əraziyə malik olmalıdır.
    2)Cəmiyyət;
    Cəmiyyət, dövlətin ən başlıca ünsürlərindən birini təşkil edir, bunun üçün də onu yerli əhali təşkil etməlidir. Әlbətdə, beynəlmiləl sazişlərə əsasən, dövlətlər digər ölkələrin vətəndaşlarına öz ərazisində yer verib, onları da öz vətəndaşlığına qəbul edə bilərlər.
    Bu halda, hüquqi və ictimai baxımdan onlarla yerli əhali arasında heç bir fərq olmur.
    3)Milli iqtidar və müstəqillik
    Bu o deməkdir ki, hər bir dövlət özünə aid olan məsələlərdə istədiyi hökm və qərarı qəbul edə bilsin və digər dövlətlər onu nəzərdə tutduğu qərarın tam əksinə olan başqa bir qərar qəbul etməyə vadar etməsin. Bunun üçün də müstəmləkə ərazilərini dövlət hesab etmək olmaz.
    Digər tərəfdən də, bu günlər müstəqillik nisbi bir məsələyə çevrilmişdir Çünki xarici qüvvələr bir çox milli dövlətlərin daxili işlərinə müdaxilə edir və onlar da bütün bu müdaxilələrin qarşısını ala bilmirlər. Hal-hazırki dövrdə dövlətlərin müstəqilliyinə zərbə vuran amillər aşağıdakılardan ibarətdir:
    1)-Beynəlmiləl təşkilatların dövlətlərə etdikləri təkliflər, verdikləri tapşırıqlar, onların yerinə qəbul etdikləri qərarlar və həmin dövlətlərin irəli sürülən tələbləri qəbul edərək, yerinə yetirmələri;
    Milli dövlətlər beynəlmiləl təşkilatların meydana gəlməsin və qəbul etdikləri qərarlar icrasında təsir göstərsə də, həmin təşkilatların qəbul etdikləri qərarlar, heç vaxt onların xeyrinə olmur. Digər tərəfdən də beynəlmiləl təşkilatlara üzv olub nizamnamələrə tabe olduqları üçün onların qarşısında təslim olmaqdan başqa bir çıxış yolu görmürlər. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarları, dənizlərin beynəlmiləl hüquq konvensiyasını, beynəlmiləl məhkəmə, ali Lahe məhkəməsini və ya Yunesko və BMT-nin ictimai-iqtisadi şurasını buna misal çəkmək olar.
    2)İctimai, iqtisadi, hərbi və digər sahələrdə qoyulan beynəlmiləl qadağa (enbarqo) və cəzalandırmalar;
    Təhlükəsizlik Şurasının İraqa qarşı tətbiq etdiyi sanksiyanı və bu ölkənin müstəqilliyini əldən verməsini buna misal çəkmək olar.
    3)Böyük qüdrətlərin zəif dövlətlərdə qarşılarına qoyduqları hədəf və məqsədlər; Bəzən hegemon dövlətlər kiçik və zəif dövlətlərdə iqtisadi-strateji və s. mənafe məqsədilə, bir tərəfli addımlar atır və həmin dövlətləri azad hakimiyyət və müstəqillikdən məhrum edirlər. İİ Dünya Müharibəsində İranın müttəfiqləri tərəfindən işğal olunduğunu və Amerikanın Panamaya hərbi müdaxiləsini buna misal çəkmək olar.
    4)Böyük qüdrətə malik olan qüdrətlərin fəaliyyəti;
    Bu kimi qüdrətlərin fəaliyyətini zəif dövlətlərin daxili işlərinə olunan qeyri-rəsmi və gizli müdaxilə adlandırmaq da olar və bu müdaxilələr siyasi, iqtisadi, ictimai, mədəni, din, elm və s. sahələrdə özünü biruzə verir.
    Bu kimi hallarda zəif dövlətlər, adətən öz şəxsi mənafeinə göz yumub, ona təzyiq göstərən hegemon dövlətin irəli sürdüyü tələblərə tabe olmağa məcbur olurlar. Çünki onlara qarşı müxalif əks-əməl göstərdikdə, hegemon dövlətlərin daha güclü təzyiq və hədə-qorxularına məruz qalmış olurlar.
    5)Rəsmi tanınma
    Hər bir dövlət və ya müstəqil siyasi məntəqəyə xas olan xüsusiyyətlərdən biri də onun digər dövlətlər tərəfindən rəsmi olaraq tanınmasıdır. Belə ki, beynəlmiləl hüquq nizamnaməsinə əsasən, hər bir dövlət özünün coğrafi dairəsində bərabər hakimiyyət hüququna malik olur. O, belə bir hüquqa eyni qayda olaraq, beynəlmiləl səhnədə də malik olur. Bu səbəbdən hər bir dövlət və ya müstəqil siyasi məntəqə təsis olunduqdan sonra onun digər dövlətlər tərəfindən rəsmi olaraq tanınması, onun üçün böyük əhəmiyyət kəsb edir. Onların hakimiyyət halında belə rəsmi olaraq tanınması böyük əhəmiyyət kəsb edir. Çünki siyasi məntəqə kimi rəsmi olaraq tanınmadıqda - Siralionda hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirən üsyançılar kimi - böyük çətinliklərlə qarşılaşmalı və bir müddətdən sonra süquta uğrayıb aradan getmiş olur. Çünki dövlətlər bir-birlərinə qarşılıqlı olaraq ehtiyac duyur və heç bir dövlət bağlı ada kimi öz həyatını davam edə bilmir. Tanınmış dövlətlərdə tətbiq olunan hər bir yeni hakimiyyət üsulu tanılmağa ehtiyac duyur və o hər zaman bunun, digər dövlətlər arasında daha çox rəğbət qazanmasına can atır.
    6. Özünəməxsus iqtisadi qurluşa yiyələnmək;
    Hər bir müstəqil dövlət özünə məxsus iqtisadi quruluşa malik olur və o digər ölkələrin iqtisadi qurluşu ilə bəzi oxşarlığa malik olsa da, özünə məxsus iqtisadi qurluşu, malikiyyəti, pulu, bank və gömrük sistemi, maliyyə və sosial təminatı, qiymətlərə nəzarət və onların təyin olunması, idxalat və ixracatı ilə digər dövlətlərdən fərqlənmənir. İqtisadi ünsürlərin eyni və bərabər səviyyədə olduğunu beynəlmiləl təşkilatların hakimiyyət dairəsinin genişlənməsi və onun nəticəsində dövlətlərin qüdrət və iqtidarının məhdudlaşmasında da müşahidə etmək olar. Avropa cəmiyyətinin buna misal çəkmək olar.
    7. Özünəməxsus ictimai qurluşa yiyələnmək
    Yuxarıda qeyd olunan xüsusiyyətlər, siyasi coğrafiya baxımından yalnız siyasi müstəqil məntəqəyə, yəni ölkəyə xas olan xüsusiyyətlərdir. Onlar ümumi şəkildə bütün siyasi məntəqələrə şamil olmasa da, bir qədər əvvəl qeyd etdiyimiz səkkiz xüsusiyyət müstəqil siyasi məntəqə və ya ölkəyədə şamil olur. Buna görə də, siyasi coğrafiya baxımından müstəqil ölkə və dövlətlərin ən azı on dörd xüsusiyyətə malik olduqlarını hesab edə bilərik. Lakin siyasi hüquq və digər elmlər baxımından adətən dörd və ya beş ən başlıca xüsusiyyətlərlə, yəni ərazi, cəmiyyət, hakimiyyət, müstəqillik və digər dövlətlər tərəfindən rəsmi tanınma ilə kifayətlənilir. Siyasi coğrafiyada nəzərdə tutulan xüsusiyyətlər isə bunlardan ibarətdir.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 1087 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024