İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:18 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    (3-1-6) MİLLİ DÖVLӘT (Siyasi coğrafiyada milli dövlət dedikdə ərazi, yerli əhali, siyasi quruluş və müstəqil idarəetmədən ibarət olan quruluş nəzərdə tutulur.) VӘ YA SİYASİ MӘNTӘQӘLӘRİN NÖVLӘRİ
    Yaşadığımız dünyada milli dövlətlərin müxtəlif növləri vardır və biz onları siyasi coğrafiya baxımından üç hissəyə bölə bilərik:
    Sadə və ya unitar dövlətlər;
    Federal dövlətlər;
    Regional dövlətlər.
    1-SADӘ VӘ YA UNİTAR DÖVLӘTLӘR
    Belə bir dövlətçilik üsulu dünyanın digər ölkələrinə, xüsusilə müstəmləkə ölkələrə Fransadan yol tapmışdır. Napaleon siyasətindən meydana gəlmiş dövləti sadə (və ya unitar) dövlətlərin ən bariz nümunəsi hesab etmək olar. Fransa, Napaleondan əvvəl qeyri-sadə və mərkəzləşməmiş bir ölkə olmuşdur. Lakin Napaleon təşkilatçılıq siyasətini irəli sürməklə, Fransa əhalisinin regional asılılıqlarına son qoyaraq, qüdrəti Parisdə mərkəzləşdirməyə nail olur. Bu tarixi gedişat da siyasi mərkəzə çevrilmiş Parisin payına çox şey düşürdü. Hal-hazırda dünyanın beş qitəsində yüzdən çox unitar dövlət fəaliyyət göstərir. Sadə dövlətlərin nümunəsini isə aşağıdakı dövlətlərdə daha çox müşahidə etmək olar.
    1. Milli və ərazi parçalanma təhlükəsi qarşısında duran İndoneziya və Çili kimi dövlətlərdə;
    2. Fransanın sabiq müstəmləkəsi olan və Parisin təyin etdiyi siyasət üzrə idarə olunan Kamboça kimi dövlətlər;
    3. Bəzi kommunist və ya Fars körfəzində yerləşən dikdator dövlətlər kimi;
    4. Müxtəlif millətlərdən ibarət olan İran, Türkiyə,İspaniya və Hollandiya kimi ölkələr;
    Adı çəkilən ölkələrdə əhalinin əksər hissəsi birlik və həmrəyliyə malikdirlər və azlıq təşkil edən digər millətlər, ölkənin ətraf məntəqələrində məskunlaşmışdır.
    5. Danimarka kimi kiçik, sıx və tək milliyyətli ölkələr.
    Belə ki, milli həmrəylik bu ölkədə əhali arasında bərqərar olunan əlaqələrin daha da genişlənməsinə yaxından köməklik edir.
    SADӘ (UNİTAR) DÖVLӘTLӘRİN NÖVLӘRİ
    Sadə dövlətlər mərkəzləşmə baxımından iki hissəyə bölünürlər:
    Mərkəzləşmiş dövlətlər;
    Siyasi quruluşa və mərkəzləşdirilmiş idarəçiliyə malik olan bu dövlətlərdə, bütün siyasi və idari qərarlar mərkəzdə qəbul olunur və icraedici orqan ondan aşağı mərhələdə yerləşir. İran və Şimali Koreyanı bu ölkələrə daxil etmək olar.
    Mərkəzləşdirilməmiş dövlətlər.
    Bu dövlətlər siyasi, siyasi qərar qəbul etmə və qanunvericilik baxımından mərkəzləşdirilmiş, idari və sair baxımdan isə mərkəzləşdirilməmiş hesab olunurlar və onlar məhəlli dövlətlər tərəfindən idarə olunurlar. Yaponiya, İtaliya, Cənubi Koreya və İndoneziyanı buna misal çəkmək olar.
    Sair sadə dövlətlər isə siyasi və idari mərkəzləşmə baxımından bu iki dəstənin arasında yerləşirlər. Unitar dövlət əhalinin hakimiyyətdə ifa etdiyi rol baxımından iki hissəyə bölünürlər:
    1. Danimarka, İsveç, İran, Fransa, İtaliya kimi yüksək demokratiyaya malik olan ölkələr;
    2. Səudiyyə Әrəbistanı və Şimali Koreya kimi demokratiyanın olduqca zəif olduğu ölkələr.
    Belə bir bölgüyə əsasən, digər ölkələr də bu iki dəstənin arasında yerləşir.
    Sadə dövlətlər əhalinin tərkib hissəsi və milli həmrəylik baxımından da iki hissəyə bölünürlər:
    1. Fransa, Danimarka və İsveç kimi güclü milli həmrəyliyə malik olan ölkələr;
    2. İraq və Әfqanıstan kimi olduqca zəif milli həmrəyliyə malik olan ölkələr.
    Digər dövlətlər də bu iki dəstənin arasında yerləşirlər.
    UNİTAR DÖVLӘTLӘRİN XÜSUSİYYӘTLӘRİ
    Unitar dövlətlər aşağıdakı xüsusiyyətlərə malik olurlar:
    Xalqın istəyi, işlərin gedişatının zəif olduğundan qaçmaq amili və bu kimi digər bəhanələrlə hakimiyyət mərkəzləşdirilmir;
    Milləti tanıtdıran və milli xüsusiyyətləri özündə mərkəzləşdirən mərkəz dairəsinə malik olur;
    Konstitusiya milli və məntəqə səviyyəsində qanun və nizamnamələr təyin etmək və bu kimi bütün ixtiyarları, hökumət və milli səviyyədə olan təşkilatların üzərinə qoyur və onlar da öz növbələrində qanun qarşısında cavabdeh olurlar;
    Vahid milli qanunvericilik orqanına malik olur və aşağı orqan və təşkilatlar heç bir qanunvericilik səlahiyyətinə malik olmurlar;
    Başqa sözlə desək, unitar dövlətlər vahid mərkəzləşdirilmiş hüquqa malik olurlar.
    Siyasi qüdrət, ictimai, iqtisadi, mədəni ideal ölkə və dövlətin bütün sahələrində eyni qaydada tətbiq olunur;
    Belə bir üsul milli birliyə nail olmaq məqsədilə, ölkənin müxtəlif ərazilərində aydın şəkildə həyata keçirilə bilər.
    Təcrübələr göstərmişdir ki, unitar dövlətlər eyni siyasəti icra etmək və milli səviyyədə müxtəlif nizamnamələr qəbul etməklə, böyük ziyan və xəsarətlərə uğramışlar və bununla yanaşı nəzərdə tutduqları siyasəti, yəni bərabərlik siyasətini də əməli olaraq həyata keçirə bilməmişlər.
    Çünki zaman keçdikcə və bərabərlik siyasətinə arxa olan siyasi qüdrət aradan getdikdən sonra məntəqə təəssübü yenidən biruzə vermiş, özünə qayıdış daha kəskin şəkildə ortaya atılmışdır. Yuqoslaviya, komunist Sovetlər İttifaqı və Fransanın uğursuz təcrübələri bütün bu iddiaların şahididir.
    Mərkəzi dövlət, dövlət və milli büdcəni təyin, mərkəzi məclis (parlament) isə təsdiq edir. Ölkənin gəlir və məxaricinin hesablanması da mərkəzi dövlətin üzərinə düşür. Lakin belə bir üsul milli inkişafa mənfi təsir bağışlayır.
    Hökumət təşkilatları milli səviyyədə özünə yer tapır;
    Bu zaman dövlət bir nömrəli şəxsin əlində mərkəzləşir və ya müxtəlif təşkilatlar arasında bölünür. Üçlük təşkil edən qanunvericilik, icraedici, məhkəmə və ya mətbuat, kütləvi informasiya vasitələri və bu kimi sair təşkilatlar.
    Unitar dövlətlər bərabər quruluş (siyasi və idari), ictimai birlik (hamının qanun qarşısında bərabər məsuliyyət daşıması) və bərabər əraziyə (qanunun ölkənin bütün ərazisində bərabər olaraq icra olunması) malik olur.
    Məhəlli dövlətlər və ictimai təşkilatlar, mərkəzi və milli dövlətin qəbul etdiyi qərarlar və qanunverici orqan tərəfindən təsis olunur;
    İqtidarın bütün səlahiyyətləri də mərkəzi dövlət və qanunvericilik orqanın tam ixtiyarında olur. Bu səbəbdən milli səviyyədə olan qanunvericilik orqanı, ona verilən ixtiyarları geri ala və ya həmin məhəlli və ictimai təşkilatların fəaliyyətini dayandıraraq, rəy verə bilər.
    İctimai və məhəlli ixtiyarların verilməsi və ya əhalinin ictimai, iqtisadi hətta siyasi məsələlərdə iştirak etməsi, mərkəzi dövlətin məhəlli və ictimai təşkilatlar arasında yaradılan əlaqə və münasibətlərindən asılıdır. Belə ki, münasibətlər yüksək səviyyədə olduqda, onlara daha çox ixtiyar verilir. Әks təqdirdə mərkəzi dövlət və milli məclis, ya onları malik olduqları ixtiyarlardan məhrum edir, ya da dövlətin icraedici orqanları müxtəlif vasitələrdən istifadə edərək, milli və ictimai təşkilatların qarşısına məhdudiyyətlər qoyur və nəticədə birgə iştirak heç bir məna və məfhum kəsb etməyir.
    Mərkəzləşdirmə cəmiyyətin inkişafının qarşısında maneələr yaratdığı üçün ixtiyarlar milli səviyyədən aşağı səviyyəyə enir və eyni zamanda yüksək vəzifəli şəxslər olduqca aşağı səviyyəyə enməli olurlar.
    UNİTAR DÖVLӘTLӘRİN ÜSTÜNLÜKLӘRİ
    Böhran şəraitində dərhal lazımi qərar qəbul etməsi;
    Milli həmrəylik yüksək səviyyədə qorunur və milli parçalanmaya olan meyl zəifliyə doğru gedir.
    UNİTAR DÖVLӘTİN ÇATIŞMAMAZLIQLARI
    Demokratiyanın səviyyəsi azalır və onun ardınca əhalinin siyasi azadlığı məhdudiyyətlə qarşı-qarşıya durur. Bütün bunlarla yanaşı, onların siyasi, ictimai, iqtisadi və mədəni fəaliyyətləri bərabərləşərək, eyni səviyyəyə düşür;
    Bürokratiya sürətlə artır, xalq və dövlət təşkilatları bir çox çətinliklərlə üzləşir. Məntəqə və xalqla əlaqəli olan işlərin icrası təxirə salınaraq ləngidilir;
    Məntəqənin iqtisadi, ictimai və mədəni məsələlərinin aradan qaldıra bilinməməsi, coğrafi bərabərsizlik və ədalətsizliklər nəticəsində şəhərlərin zəngin və yoxsul məhəllələrə bölünməsi;
    Təhsil, demokratik təcrübələr və əhalinin kütləvi iştirakında müşahidə olunan zəiflik və çatışmamazlıqlar və bu sahələrdə camaata qarşı tətbiq olunan diktatura;
    Hakim və dövlət rəhbərlərinin əhaliyə qarşı olan laqeyidsizliyi və birtərəfli mövqe tutmalarının özünü biruzə verməsi;
    Әhalinin şüur, istedad və bacarıqlarında heç bir irəlləyişin hiss olunmaması.
    Nəticədə əhali və dövlətdə fəaliyyət göstərən aşağı vəzifəli şəxslər, üzərlərinə heç bir məsuliyyət qəbul edə bilmir və beləliklə, bu təbəqədə dövlətə qarşı etimadsızlıq hissi yaranmağa başlayır.
    2-FEDERAL DÖVLӘTLӘR
    Müstəqillik uğrunda aparılan müharibələrdən sonra 1787-ci ildə ilk dəfə olaraq ameriklılar "federal” adlı dövlətçilik üsulunu təsis etmişlər. Müstəqillik əldə olunduqdan sonra Amerikada Konfederal dövlətçilik üsulu təsis olunur, lakin altı illik təcrübədən sonra federal dövlətçilik üsulu onun yerini əvəz edir və indi dövürədək fəaliyyət göstərir.
    Hal-hazırda, dünyada 12 federal ölkə fəaliyyət göstərir və onlar aşağıdakılardan ibarətdir: Amerika, Kanada, Avstraliya, Argentina, Braziliya, Meksika, Almaniya, İsveç, Nigeriya, Hindistan, Pakistan.
    Prezident və baş nazirin rəhbərlik etdiyi federal ölkələr qanunverici, icra edici, senat, parlament, federal ədalət və konstitusiya məhkəməsi tərəfindən idarə olunur. Müdafiə, xarici siyasət, xarici əlaqələr, pul, bank və gömrük sistemi kimi ümumi məsələlər isə, müştərək olaraq vahid və qanun nizamnamələri çərçivəsində icra olunur. Federal və əyalət dövlətlərin hüquq və nizamnamələri konstitusiyada müəyyənləşdirilmişdir. İxtilaf doğuran məsələlərə federal məhkəmədə baxılır.
    FEDERAL DÖVLӘTLӘRİN NÖVLӘRİ
    Keçmiş və hal-hazırkı federal dövlətləri beş hissəyə bölmək olar:
    1. Olduqca sadə əraziyə malik olan Argenina və Avstraliya kimi dövlətlər;
    Bu kimi dövlətlərdə belə bir şəraiti yalnız ərazisinin böyüklüyü və cəmiyyətin siyasi əhval-ruhiyyəsi meydana gətirir.
    2. Pakistan, Nigeriya və Kanada kimi müxtəlif regional xüsusiyyətlərə malik olan ölkələr;
    Bu məntəqələr ölkə məsələlərində payları düşən şeylərdə nisbi bərabərliyə malik olurlar.
    3. Parçalanaraq aradan getmiş Yuqoslaviya, Sovet İttifaqı, Mərkəzi Afrika və üç illik Misir və Suriya federasiyası kimi ölkələr;
    4. Unitar dövlətçilik üsulunu federal dövlətçilik üsulu əvəz etmiş Kamerun, Kenya, Tanzaniya və Uqanda kimi ölkələr;
    5. Federal təşkilatlar meydana gəlməzdən əvvəl vahid birlik halında fəaliyyət göstərmiş Birləşmiş Әrəb Әmirlikləri və Malaziya kimi ölkələr.
    Onların bir dövlət kimi meydana gəlməsinə səbəb olan amil, məhz həmin birlik olmuşdur. Bu kimi dövlətlərə federasiya adı verilsə də, əslində federal dövlət hesab olunmurlar. Bəlkə də, onları bir növ regional dövlət adlandırmaq olar.
    FEDERAL DÖVLӘTLӘRİN XÜSUSİYYӘTLӘRİ
    Geniş və müxtəlif coğrafi əraziyə malik olan federal dövlətlər aşağıdakı xüsusiyyətlərə malik olurlar:
    1. Yüksək siyasi hüquqi xüsusiyyətlərə malik olan əyalət, dövlət və məntəqələrə yiyələnir və özünün adət-ənənəsi, mədəniyyət və ideologiyası ilə həmahəng olan qanun və siyasət tətbiq edir;
    2. Digər məntəqələrdən fərqlənən özünə məxsus məntəqələrə, habelə ictimai-siyasi baxımdan böyük əhəmiyyət kəsb edən nüvə silahı mərkəzlərinə malik olur;
    3. Siyasi mərkəz və ya ölkənin paytaxtı əyalətlərin birgə rəyi əsasında müəyyənləşdirilir və onlardan heç birinə aid olmayıb, federal dövlətin səlahiyyət çərçivəsində idarə olunur.
    Vaşinqton, Ottava, Kamberra və İslamabadı buna misal çəkmək olar.
    4. Federal dövlətlər əyalətlərin siyasi razılıqları əsasında meydana gəlir və onun qorunması bir çox səylər tələb edir;
    5. Federal dövlətlərdə ən başlıca məqsəd birlik və həmrəyliyə nail olmaq deyil, sülh, əmin-amanlıq və həmkarlıq şəraitində yaşamaqdır;
    6. İctimai-iqtisadi proqram və siyasətini həyata keçirməklə maliyyə, vergi, sərmayə qoyuluşu kimi məsələlər və eyni zamanda, ictimai və iqtisadi sahələrdə inkişaf və rəqabət meydana gəlir.
    7. Federal dövlətlərdə bir-biri ilə zidd olan iki yönüm fəaliyyət göstərir. Federal dövlət əyalət dövlətin mərkəzləşdirilməsinə, əyalət dövlətlər isə federal dövlətin iqtidarının zəifləməsinə və mərkəzləşdirilməyə yol verməməyə can atır;
    8. Federal dövlətlərdə ikilik təşkil edən - federal və əyalət - təşkilatlar üç hissədən ibarət ayrıca quruluşa malik olurlar. Yəni onların hər birində xüsusi qanunverici, icraedici və məhkəmə orqanları və özünəməxsus nazirliklər fəaliyyətlər göstərir;
    Bu təşkilatlar federal dövlətlərdə bir-birlərindən fərqlidə ola bilərlər. Әyalətlərin özündə də federal dövlətə məxsus olan gömrük, polis, universitet və bu kimi sair müəssisələr təsis olunur.
    9. Әyalət və federal dövlətlərin hər biri ayrıca büdcə, gəlir və mühasibata malik olur.
    10. Әyalət dövlətlər, senatdakı nümayəndələrinin vasitəsilə icbari deyil, ixtiyari olaraq federal məsələlərdə iştirak edir və federal dövlətin qorunub saxlanılmasını, əyalətlərarası əlaqələri, icraedici orqanın nəzarət və idarə olunmasını təmin edirlər;
    11. Әyalətlər arasında bərqərar olunan əlaqələr daxili, digər ölkələrlə yaradılan əlaqələr isə, beynəlmilələ hüquq əsasında qurulur.
    Başqa dövlətlərlə əlaqələr yaratmaq federal dövlətlərin üzərinə düşür. Әlbətdə, Kanada və ya sabiq Sovet İttifaqında hər bir əyalət və ya respublika, digər ölkələrlə birbaşa əlaqələr yarada bilər (və ya bilərdi).
    12. Federal dövlət beynəlmiləl hüquq, ərazi bütövlüyünün qorunub saxlanılması, milli təhlükəsizliyin təmin olunması, qanunvericilikdə (tərcümə olunmayıb kitab 168, vərəq 442-ci səh. Bax)
    FEDERAL DÖVLӘTİN FӘALİYYӘTLӘRİ
    1. Әyalətlər arası təcrübə mübadilələrinə münasib imkan yaranır. Hətta çatışmamazlıqların nədən ibarət olduğunu bilmək üçün dövlətin nəzərdə tutduğu proqramları sınaq məqsədilə əyalətlərdən birində həyata keçirmək olur;
    2. Coğrafi ərazinin bölünmə prinsipini nəzərə alaraq, federal dövlətlərdə qüdrətin mərkəzi dövlətin əlində mərkəzləşdirilməsinin qarşısı alınır və əvəzində fərdi və kütləvi siyasi azadlıq, unitar dövlətlərdən daha yaxşı təmin olunur;
    3. Mərkəzi hakimiyyətin vəzifələri azaldığı üçün bürokratiya və müdiriyyətin mərkəzləşdirilməsi də azalmağa doğru gedir, yəni ümumi məsələlər, məsuliyyət və təzyiqlər hamının üzərinə düşdüyü üçün mərkəzi hakimiyyətin üzərinə düşən yük dəfələrlə yüngülləşmiş olur;
    4. Federal dövlət, əhalinin müştərək siyasi fəaliyyəti üçün təlim və tərbiyəvi rol oynayır və eyni zamanda, cəmiyyətdəki siyasi əhval-ruhiyyəni, habelə xalqla dövlət arasında olan əlaqələri həmkarlıq və həmrəylik əsasında öz axarına salır;
    5. Məhəlli təşkilat və dövlət aparatının müxtəlif sahələrində tərzi-təfəkkür, məsuliyyət hissi daha da inkişaf edir və özünə arxayınlıq əhval-ruhiyyəsi güclənərək, özünün son mərhələsinə çatır.
    FEDERAL DÖVLӘTİN ÇATIŞMAMAZLIQLARI
    Әyalət, dövlətlərin birgə iştirakından asılı olduğu üçün milli məsələlərin icrası üçün nəzərdə tutulan qərarlar təxirlə qəbul olunur.
    Səlahiyyət, federal və əyalət məsələlərində milli dövlətin malik olduğu ixtiyarların üzərində milli dövlətlə əyalət dövlətləri arasında gedən keşməşkeşlər geniş vüsət halını tapır.
    Milli mənafe və mənbələri ələ keçirmək üçün əyalətlər arasında aparılan rəqabət və məntəqə təəssübkeşliyi daha da çox güclənməyə başlayır.
    FEDERAL VӘ KONFEDERAL DÖVLӘTӘLӘR ARASINDA OLAN FӘRQLӘR
    Konfederal dövlətlər bir neçə müstəqil dövlətin iqtisadiyyat, müdafiə və bu kimi sahələrdə bir-birləri ilə həmrəy və müştərək hədəfə malik olmaları nəticəsində meydana gəlir. Bu kimi dövlətçilik üsulunda müstəqil dövlətlər bağladıqları sazişə əsasən, hakimiyyətlərinin bir hissəsini ayrıca olaraq konfederal dövlətlərə həvalə edir və ondan ayrı və azad olmağa can atırlar.
    Konfederal dövlətçilik üsulu qanunverici təşkilatlardan, müştərək ordu, məhkəmə sistemindən ibarət olsa da, qeyri-sabit olur. O ya öz fəaliyyətini dayandırıb aradan gedir, ya da federal dövlətçilik üsuluna üz tutur. Çünki onun təşkilatları lazımi qüdrətə malik olmurlar. Buna görə də, beynəlmiləl əlaqələrdə konfederal sistemə üzv olan dövlətlər müstəqil addımlar ata bilir. Misal olaraq, bir neçə nümunəyə işarə edirik:
    -İsveç özünəməxsus coğrafi mövqeyə malik olan bir dövlətdir. 1971-ci ildə ilk dəfə olaraq üç Kantuldan (inzibati ərazi bölgəsi) ibarət olan konfederal dövlətçilik üsulunu təsis etsə də, 1848-ci ildə onu federal dövlətçilik üsulu ilə əvəz etdi.
    -1815-ci ildə 38 ölkənin üzvülüyü ilə Jerman konfederasiyası təsis olunur və 1846-cı ildə müəyyən dəyişikliklərdən sonra federal dövlət üsula çevrilir. İİ Dünya Müharibəsindən sonra 1949-cu ildə Hindistan, Çin, Hollandiya və ya İndoneziya kimi ölkələrlə birlikdə meydana gələn Fransa konfederasiyaları, 1353 və 1354-cü illərdə öz fəaliyyətini dayandırırlar. Hal-hazırda heç bir konfederal təşkilat fəaliyyət göstərmir. Hərçənd, Avropa birliyi və BMT-nin bəzi sahələrdə göstərdiyi fəaliyyətləri buna bənzətmək olar.
    Federal və konfederal üsullar arasında olan fərqlər:
    1. Konfederal təşkilatlarda ən başlıca yeri ona üzv olan hakimiyyət və dövlətlərin müstəqilliyi tutur. Konfederal təşkilatlar məhdud ixtiyarlara malik olsalar da, federal hakimiyyət üsulunda, mərkəzi dövlətin hakimiyyətinə daha çox yer verilir və burada əyalət dövlətləri daha az ixtiyarlara malik olurlar.
    2. Konfederal hakimiyyət üsulunda ona üzv olan dövlətlərarası əlaqələr beynəlmiləl hüquq əsasında, federal hakimiyyət üsulunda isə əyalət dövlətləri arasında yaradılan əlaqələr və daxili hüquq əsasında tənzimlənir.
    3. Konfederal hakimiyyət üsulunda ona üzv olan dövlətlərin digər dövlətlərlə yaratdığı əlaqələr həm konfederal təşkilatların vasitəsi, həm də birbaşa olaraq bərqərar olunur. Lakin federal dövlətçilik üsulunda əyalət dövlətlərinin digər müstəqil dövlətlərlə yaratdığı əlaqələr yalnız federal dövlətin vasitəsilə mümkündür.
    4. Federal dövlətçilik üsulu, konfederal üsuldan daha çox davam gətirir. Belə ki, konfederal hakimiyyət üsulları bu vaxtadək ya zəifləyib aradan getmiş, ya da federal hakimiyyət üsuluna çevrilmişdir.
    3-REGİONAL DÖVLӘTLӘR
    Məşhur ispan alimi Xoan Fernando mərkəzləşdirmə və onun tam əksi olan iki dövlətçilik üsullarını, yəni federal və unitar dövlətçilik üsullarını nəzərdən keçirdikdən sonra "Regional dövlətçilik" nəzəriyyəsini irəli sürmüşdür. Belə bir dövlətçilik üsulunda unitar mərkəzi dövlət özünün siyasi qüdrətinin bir hissəsini daxili məntəqələrə həvalə edir. Bu məntəqələrdə özünə məxsus mədəniyyət millətçilik hissinə malik olaraq, mərkəzi dövlətə təzyiq göstərib azadlıq və müstəqillik şüarını verə bilər. Bütün bunların qarşısını almaq məqsədilə, mərkəzi dövlət həmin məntəqələrə müəyyən siyasi səlahiyyət verir. Bu kimi muxtar vilayətləri İtaliya, İspaniya, Finlandiya, Rusiya, Azərbanycan və Çində müşahidə etmək olar. İngiltərəni isə qədim regional dövlət hesab edə bilərik. Bu ölkədə Şotlandiya, Şimali İrlandiya və Uels muxtariyyata malik olsalar da, bütün hüquq və ixtiyarlar İngiltərə parlamentində müəyyənləşdirilir.
    Regional Muxtar vilayətlər unitar dövlətlərin daxilində iki formada fəaliyyət göstərir:
    1. İcbari muxtariyyat - mərkəzi dövlət bu kimi vilayətləri xalqın tələb və göstərdikləri təzyiq nəticəsində təsis edir;
    2. Azad muxtariyyat - mərkəzi dövlət onu azad ticarət və ya iqtisadi zonaya yiyələndiyi üçün oranın ifa etdiyi rol və malik olduğu xüsusiyyətləri nəzərə alaraq, ölkə daxilində könüllü olaraq muxtar vilayətlər təsis edir.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 1144 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024