İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:14 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    (3-1-7) MÜSTӘQİL DÖVLӘT VӘ YA ÖLKӘNİN TӘHLİL VӘ ARAŞDİRMASİ
    Bir qədər əvvəl ölkə və ya dövləti təşkil edən ünsürlər haqqında, yəni coğrafi mövqeyyət, ərazi və quruluş, paytaxt və siyasi mərkəz dairələri, sərhəd və oraya hakim olan siyasi əhval-ruhiyyə barədə ixtisarlada olsa, söhbət açdıq. Burada isə onların hər biri barədə ayrı-ayrılıqda söhbət açaraq, müəyyən izahatlar verməyi daha məqsədə uyğun hesab edirik.
    1-DÖVLӘTİN MEYDANA GӘLMӘ SӘBӘBLӘRİ
    Hər bir dövlətin meydana gəlib fəaliyyət göstərməsinə bir və ya bir neçə amil səbəb olur. Bəzən bu amillər aradan gedir və onları digər amillər əvəz edir və ya ölkənin fəaliyyət göstərməsinə zəmanət verir. Dövlətlər mövcudiyyət və fəaliyyətin əhəmiyyətini nəzərə alaraq, onların güclənməsinə daha çox diqqət yetirir və bu da amillərin artmasına səbəb olur. Məsələn, millətlər arasında olan oxşarlıq dövlətin meydana gəlməsi üçün müəssər amillərdən biri ola birlər.
    Belə ki, bu amilin qorunub-saxlanılması, ölkənin də qorunub-saxlanılmasına səbəb olur. Millətlə ərazini bir-birinə bağlayan ən başlıca amil, millətin məskunlaşdığı ərazi hesab olunur. Buna görə də, dövlətlər ərazi bütövlüyü və milli birliyin qorunub*saxlanılmasına çalışırlar. Bu da siyasətçilər və dövlət rəhbərləri arasında ixtilaf və qarşıdurmalara səbəb olan ən başlıca amillərdən biri hesab olunur.
    Dünya ölkələrinin meydana gəlmə amillərini iki hissəyə bölmək olar: daxili və xarici amillər.
    Bəzən bu iki amil bir-birlərinə qarşılıqlı əksül-əməl göstərir və hətta xarici amillərin təsiri altında meydana gəlmiş dövlətlər daxili amil və ya amillərə arxalanır.
    a) Xarici amillər
    Xarici amillər aşağıdakılardan ibarət olur:
    1. İstismar;
    Avropa istemarçıları Afrika, Latın Amerikası, Okeaniya və Avstraliya qitələrində böyük əraziləri işğal edərək, onları öz aralarında müxtəlif nahiyələrə bölmüşlər. Müstəqilliklərini əldə etdikdən sonra həmin ərazilər, ayrı-ayrılıqda müstəqil dövlət halında fəaliyyət göstərməyə başlamışlar.
    2. Məntəqə və ümumdünya hegemon dövlət arasında gedən rəqabətlər;
    Nüfuza malik olan xüsusilə qonşu hegemon ölkələr arasında gedən mübarizələr, vəziyyətin daha da genişlənməsinə səbəb olur. Buna görə də? onlar bəzən yaranmış gərgin vəziyyətin qarşısını almaq məqsədilə, sipər ölkəsini təsis etməli olurlar. Pakistan, Әfqanıstan, İran və Livan belə bir mövqedə yerləşmiş dövlətlər hesab olunurlar.
    3. İİ Dünya Müharibəsi
    İİ Dünya Müharibəsi yeni ölkələrin təsis olunmasında iki mühüm təsir bağışladı:
    a) Müharibədə qarşı-qarşıya duran qüdrətlərin zəifləməsi;
    Bir vaxtlar böyük əraziləri istismar edən həmin hegemon dövlətlər artıq onları idarə edə bilməyir, digər tərəfdən də yerli əhalinin siyasi azadlıq hərəkatı onları öz müstəmləkələrinə müstəqillik verməyə vadar edirdi. Cənubi, cənub-şərqi Asiya və Afrika dövlətlərinin əldə etdikləri müstəqilliyi buna misal çəkmək olar.
    b) Millətlər Təşkilatının təsis olunması;
    Məğlub olmuş dövlətlərin müstəmləkələrinin himayəsini öz üzərinə götürmüş bu təşkilat, lazımi şərait yaratmaqla, həmin ərazilərə müstəqillik verməyə çalışmışdır və bu günlər həmin uğurlu addım həyata keçmiş və həmin ərazilər adı çəkilən təşkilatın himayəsi altında müstəqilliklərini əldə etmişlər.
    4-Dünyada qütbləşmənin dağılması və Soyuq Müharibənin sona çatması;
    Bu cərəyan Sabiq Sovetlər İttifaqında on beş, Yuqaslaviyada altı, Çexoslavakiyada iki yeni müstəqil respublikanın meydana gəlməsi, şərqi və qərbi Almaniyanın, habelə şimali və cənubi Yəmənin birləşməsi nəticəsində baş verdi.
    5-Xarici təhdidlər
    Hər hansı bir ərazinin başqa bir dövlət tərəfindən siyasi və ya hərbi sahələrdə təhdid olunması, millətin birlik və həmrəyliyinin artmasına gətirib çıxarır. Belə bir amil həm Serblərin təhdidlərinin müqabilində Bosniya və Hersoqovina kimi dövlətlərin təsis olunmasına, həm də İran İslam Respublikası kimi bir dövlətin İraq və Amerika təhdidlərinin müqabilində milli həmrəyliyini qoruyub saxlamasına yaxından kömək edə bilər.
    a) Daxili amillər:
    1. Tarix;
    Coğrafi ərazidə Misir, Yunanıstan, İran və Çin kimi dövlətlərin qədim və köklü tarixə malik olması, onun uzun müddət dövlət halında fəaliyyət göstərməsindən xəbər verir. Hər hansı bir coğrafi ərazinin əhalisinin uzun müddət orada məskunlaşması, ictimai əlaqələrin genişlənməsi, birlik və həmrəyliyə nail olmaları ilə nəticələnir. İnsanlar həyatın ağrı-acılarını, sevinc və şirinliklərini birgə daddıqları üçün bir növ bir-birlərində asılılıq hissi tapmağa başlayırlar. Müştərək sevinc, qəm-qüssə və tale onları bir-birlərinə yaxınlaşdıraraq, aralarında sıx birlik yaradır.
    2. Әrazi birliyi;
    Әrazi, müəyyən insan kütləsinə özünə məxsus cazibə və bağlılıqları ilə yer verən əhatə dairəsindən ibarətdir. İran kimi böyük coğrafi əraziyə malik olan bir ölkə orada insan kütləsi və vahid mədəniyyətin meydana gəlməsinə səbəb olur. Sivilizasiyaya nail olmuş bir çox ərazilərdə coğrafi dairənin təbii sərhədləri, mədəniyyət və sivilizasiya sərhədləri ilə birgə olur. Çünki sərhədə malik olan coğrafi ərazi sakinləri, orada yaşayan və bir-birlərinə yaxın münasibətdə olan evə bənzəyir. Bu kimi müştərək həyat tərzindən meydana gələn belə bir birlik və bağlılıq millətin təməlini qoyan mədəni insan kütləsinin yaranmasından xəbər verir.
    3. Mədəniyyət;
    Mədəniyyətin müxtəlif sahələrdə bir-birilə oxşar və həmahəng olması millətin birliyinə və vahid şəxsiyyətin formalaşmasına köməklik edir. Mədəniyyətin özü müxtəlif amillərin təsiri altına düşsədə din, dil və ədəbiyyat, əlifba, adət-ənənələr, milli atributlar, milli qəhrəmanlar və əfsanələr, milli bayram, geyim, mətbəx və s. kimi amillər hər hansı bir millətin meydana gəlməsinə səbəb ola birlər.
    4. İrq;
    İnsan kütlələri arasında olan bağlılıqlar, qohumluq əlaqələri və müştərək cismani xüsusiyyətlərə yiyələnmək, digər müştərək xislət və ünsürlərlə yanaşı, bəzən ruslar, jermen və serb kimi irqlərin meydana gəlməsinə səbəb olur.
    5. Siyasi hədəf
    Siyasi hədəf, hər hansı bir coğrafi ərazidə məskunlaşmış insan kütləsinin müştərək dəyərlər əsasında təsis etdikləri hakimiyyət, onun çərçivəsində fərd və ya ümumi kütlə üzərində tətbiq etdiyi qanunlardan və idarəetmə üsulundan ibarətdir. Siyasi hədəf, müəyyən baxışın və vahid siyasi quruluşu təsis etməyə can atan kütlənin müştərək istək və tələblərinin mənşəyini təşkil edir. Bu səbəbdən, siyasi hədəfin ifa etdiyi ən başlıca rol, milli birliyi yaratmaq və onu genişləndirməkdən ibarətdir. Siyasi hədəflər isə aşağıdakı hallarda özünü biruzə verir:
    a) İdeal şəxsə təmayül;
    Millətin müəyyən bir şəxsə göstərdiyi siyasi bir meyl. İran camaatının İmam Xomeyniyə, yuqoslaviyalıların Titova və çinlilərin Maoya olan siyasi rəğbətlərini buna misal çəkmək olar.
    b) Dinə yönəlmə;
    İran İslam Respublikasında olduğu kimi camaatın dini ideologiya üzərində qurulmuş siyasi quruluşa olan meyl və istəyini buna misal çəkmək olar.
    v) Millətçilik;
    Coğrafi əhatə dairəsi ilə birgə müştərək milli dəyərlər, milli və ərazi asılılıqlar əsasında meydana gəlir və orada milli mənafe və onun üzvlərinə, digər millətlərdən daha çox diqqət yetirilir.
    q) İrqçilik;
    Nasizm Almaniyasında olduğu kimi irqçiliyə olan siyasi meyl.
    ğ) Fəlsəfi təmayül;
    Kommunizm, anarxizm və bu kimi məktəblərdə olduğu kimi özünə məxsus fəlsəfə ilə ideoloji məktəbə olan etiqad.
    d) Regional təmayül
    Siyasi hədəfin, vətən və müştərək regional dəyərlər üzərlərində formalaşması.
    Artıq məlumdur ki, hər bir ölkənin dövlət rəhbərləri və siyasətçilərini özünə cəlb edən ən mühüm məsələ, dövlətin davam gətirməsinə səbəb olan ən başlıca amil, yəni milli həmrəyliyi qoruyub-saxlamaqdan ibarətdir. Belə ki, onlar heç vaxt bu məsələyə biganə olub, etinasızlıqla yanaşa bilməzlər. Bu səbəbdən milli həmrəyliyi qoruyub-saxlamaq üçün müxtəlif üsullardan istifadə olunur. Biz onlardan bir neçəsinə işarə edirik:
    Milli hisslərin gücləndirilməsi;
    Bu isə, adətən dövləti meydana gətirən daxili amillərin əsasında mümkün olur.
    Ölkənin adı, bayraq, gerb, himn, adət-ənənə, milli bayramlar, milli idmanlar, milli komanda, milli pul vahidi, milli istehsal və dövləti tanıtdıran bu kimi digər yeni atributların təsis, köhnələrinin isə gücləndirilməsi;
    Milli münasibətlərin, qəhrəmanlıq və fədakarlıq nümunələrinin, söz və qələm ustalarının, elm xadimlərinin və digər milli iftixarların dirçəldilməsi;
    Siyasi partiyaların təşkili və ölkə səviyyəsində onlara üzv olmaq üçün şəraitlərin yaradılması;
    Milli kökləri gücləndirmək və ölkənin sərhədlərini qorumaq məqsədilə, ordudan istifadə edilməsi, lazım gəldikdə, ölkə ərazisində yerlərininin dəyişdirilməsi;
    Milli həmrəyliyi gücləndirmək və əhalinin rəftar və tərzi-təfəkkür səviyyəsini qaldırmaq məqsədilə, kütləvi informasiya vasitələrindən istifadə edilməsi;
    Dərsliklərin təlif və təlim-tərbiyə ocaqlarında istifadə edilməsi;
    Vahid dil və əlifbadan istifadə edilməsi;
    Әhalinin paytaxt və ölkənin siyasi mərkəz dairələrinə olan asılılıqlarını gücləndirmək məqsədilə, mərkəzi dövlət idarələrindən istifadə edilməsi;
    Әhkam arasında həmrəylik yaratmaq məqsədilə, bir və ya bir neçə siyasi amal meydana gətirilərək, təbliğ edilməsi;
    Siyasi məsələlərə dair qərar qəbul etdikdə, ölkənin bütün məntəqələrinin nümayəndələri, milli partiya və qruplaşmaların iştirakı ilə yanaşı, ümumi kütlənin cəlb olunması;
    Məntəqələrarası ictimai, iqtisadi və mədəni münasibətləri genişləndirmək məqsədilə, bu sahələrdə nəzərə çarpan boşluqların aradan qaldırılması;
    Dövlət, yüksək vəzifəli şəxslərin ictimai coğrafi ədalətə riayət edərək, ölkə daxilində yaşayan millətlərə qarşı birtərəfli mövqe tutmayıb, onlarla bərabər şəkildə davranmalı;
    Xarici ölkələr arasında yaranmış ixtilaflardan səmərəli istifadə etməli və əhali arasında milli həmrəyliyin daha da gücləndirilməsinə xüsusi diqqətin yetirilməsi.
    İran İslam Respublikasının ölkə xaricində İraqla ABŞ arasındakı ixtilaflardan səmərəli istifadə edərək, milli həmrəylik yolunda atdığı addımları buna misal çəkmək olar.
    2-COĞRAFİ MÖVQE VӘ ONUN SİYASİ ROLU
    Hər bir ölkənin coğrafi mövqeyi, onun siyasi rəftar və davranışları və milli qüdrətinə müxtəlif təsirlər göstərə bilər:
    Riyazi mövqe;
    Ölkənin ekvator xəttinə və ya coğrafi enə yaxın və ya uzaq olması, oranın ab-hava, iqtisadi fəaliyyət, əkinçilik və əhalinin cismani qurluşuna böyük təsir qoymaqla yanaşı, onun milli qüdrətinin azalıb çoxalmasına da köməklik edir.
    Ayırıcı mövqe;
    Әgər hər hansı bir ölkə iki və ya daha artıq ölkə arasında yerləşib, qüdrətli bir ölkə olarsa, özünün tam müstəqilliyini qoruyub-saxlaya bilər. Lakin heç bir qüdrətə malik olmayıb ölkə zəif olarsa, digər hegemon ölkələr onun daxili və xarici siyasətinə müdaxilə edəcəklər. İran, Әfqanıstan və Livanın XX əsrdə qarşılaşdığı belə bir acınacaqlı vəziyyəti buna misal çəkmək olar.
    Strateji mövqe;
    Strateji mövqe, hər hansı bir ölkənin başqa bir ölkə ilə apardığı böyük hərbi əməliyyatlar nəticəsində malik olduğu mövqeiyyətə deyilir. Sülh şəraitində bu kimi ölkələrdən hərbi hissə, müharibə şəraitində isə işğal və hərbi əməliyyatlar aparmaq məqsədilə istifadə olunur. İİ Dünya Müharibəsində İran, Türkiyə, Belgiya, Yaponiya və Cənubi Koreyanın belə bir mövqeiyyətə malik olmalarını buna misal çəkmək olar.
    Keçici mövqe;
    Hər hansı bir ölkə ərazisinin bütün və ya bir hissəsindən insan, mal və məmulatların bir ölkədən başqa bir ölkəyə keçirilməsində istifadə olunmasına keçici mövqeiyyət deyilir və təbii olaraq, bu kimi ölkələr daim digər ölkələrin diqqət mərkəzində olur. İran, Panama, Nikaraqua, Polşa və Türkiyə kimi ölkələrin belə bir dünya əhəmiyyətli strateji mövqeiyyətdə - körfəz zonalarında yerləşmələrini buna misal çəkmək olar.
    Nisbi mövqe;
    Bir ölkənin digər ölkə və ya coğrafi nahiyələrə qarşı malik olduğu mövqeiyyətə, nisbi mövqeiyyət deyilir.
    a) Dəniz sərhədləri;
    Dəniz və ya digər su hövzələri ilə sərhədə malik olan ölkələr, dünyanın digər ölkələri ilə azad əlaqələr yaratmaqla yanaşı, dəniz qüvvələrinə də yiyələnmək imkanına malik olurlar. Bu günlər dəniz vasitəsilə yaradılan əlaqələr və yükdaşıma sənayesi əvvəlki dövrlərlə müqaisədə daha çox inkişaf etmişdir. Hələ son beş əsrdə İngiltərə, Hollandiya, İspaniya, Portuqaliya, Fransa, İtaliya, Almaniya və Amerika kimi hegemon ölkələr açıq dənizə birbaşa çıxışa malik olmuş və bu sahədə böyük irəliləyişə nail olmuşlar.
    b) Quru sərhədləri;
    Bəzi ölkələr yalnız quru sərhədlərinə malikdirlər və bu günlər onların sayı otuza çatır. Yalnız quru sərhədlərə malik olan ölkələr daim ərazilərindən istifadə etdiyi digər ölkələrin qarşısında təvazökar olmaqla yanaşı, bir çox hallarda xəsarət çəkməli olurlar. Bu səbəbdən zəif və geridə qalmış ölkələr sırasına daxili olurlar. Әlbətdə, sabiq Sovet İttifaqı və ya bu günki Rusiya Federasiyası bəzi "quruluq qüdrəti” də adlanır. Hərçənd bu ölkənin okean və azad sulara kifayət qədər çıxmaq imkanı vardır.
    v) Qonşuluq mövqeyi;
    Qüdrətli ölkələrlə qonşuluq edilərək onlarla yaradılan əlaqələrə, qonşuluq münasibətləri deyilir. Qüdrətli ölkələrlə qonşuluq edən, lakin onlarla yaxşı münasibətdə olmayan ölkələri Hindistan kimi qüdrətli ölkə ilə qonşuluq edən Pakistanı daimi təhlükə gözləyir. Banqladeş tək Hindistanla gözəl münasibətlər yaradan və ya güclü müdafiəyə malik olan ölkələr isə qənaət bəxş qonşuluq mövqeiyyətinə malik olmağa nail olurlar.
    Bərabər qüdrətə malik olan, lakin bir-birlərinə qarşı qərəzli mövqe tutan İranla İraq kimi ölkələr isə daim biri digərinə düşmən gözü ilə baxır və bir-birlərini zərərsizləşdirməyə çalışırlar. Lakin İranla Pakistan kimi iki qonşu ölkə arasındakı əlaqələr yüksək səviyyədə olduqda, hər iki tərəf bir-birlərinə yaxından köməklik və ehtiyaclarının aradan qaldırılmasında birgə əməkdaşlıq edirlər. Qonşu ölkədən qüdrətli olan hər bir ölkə, təhlükəsizliyini daha çox yaxşı təmin edərək, onların daxili və xarici siyasətlərinə daha çox təsir göstərə bilir. Hətta beynələmiləl məsələlərdə məntəqə daxili təşkilatlar da onların rəhbərliyini öz üzərinə götürə bilir. Səudiyyə Әrəbistanının Fars körfəzinin Həmkarlıq Şurasında, Hindistanın Hindistan yarmadasında, Negeriyanın qərbi Afrikada və Avstraliyanın okeaniyadakı fəaliyyətini buna misal çəkmək olar.
    q) Təbii sərvət və ehtiyat mövqeyi
    Hər hansı bir ölkənin yanacaq, enerji, dəmir və sair təbii sərvətlərə, habelə həyat üçün zəruri olan qida məhsullarına malik olması, həmin ölkəyə ehtiyat mövqeiyyətini bəxş edir. Şimaldan Xəzər dənizi, cənubdan isə Fars görfəzinin təbii sərvətlərindən bəhrələnən İran İslam Respublikasını buna misal çəkmək olar. Ölkənin yerləşdiyi belə bir mövqeiyyət daim qüdrətli ölkələrin diqqətini özünə cəlb edir və sözün əsl mənasında həmin ölkələrin rəqabət meydanına çevrilir. Kifayət qədər qüdrət və bacarığa malik olduqda, malik olduğu mövqeiyyətdən milli təhlükəsizliyin təmin olunması və qarşısına qoyduğu hədəfə çatmaq üçün lazımınca istifadə edə bilir.
    3-ӘRAZİ
    Ölkə və ya dövləti təşkil edən ünsürlər haqqında söhbət açdıqda, ərazi genişliyi, quruluş, təbii mənbə və relyefə həmin ərazinin xüsusiyyətlərindən biri kimi nəzər salınır.
    ӘRAZİ GENİŞLİYİ
    Hər hansı bir ölkənin geniş, xüsusilə də münbit əraziyə malik olması onun böyük qüdrətə yiyələnməsindən xəbər verir. Bütün bunlarla yanaşı, ölkənin geniş əraziyə malik olması, ona milli ehtiyaclarını aradan qaldırmağa yaxından köməklik edir. İqtisadi-ictimai abadlaşdırılma sahələrində aparılan fəaliyyətlərin günbəgün artması, şəhər və kəndlərin genişləndirilməsi üçün daha geniş ərazilər tələb edir. Bu səbəbdən geniş əraziyə malik olan dövlətlər abadlaşdırılma və tikinti sahələrində çətinliklərlə olduqca az qarşılaşırlar. Belə ki, ərazi, iqlim, mövqeiyyət, təbii sərvət və münbit torpaq kimi müsbət xüsusiyyətlərə malik olduqda, inkişaf və irəliləyişə də bir o qədər çox nail olmuş olur. Sabiq Sovet İttifaqı kimi bir ölkənin geniş əraziyə malik olması müsbət amil hesab olunsa da, bu geniş ərazidə səhra, çöllüklər, dağlıqlar, bataqlıqlar və bir-birindən fərqli ərazilərin mövcud olması onun üçün ciddi çətinliklər yaradırdı. Belə ki, müxtəlif iqlim və coğrafi mövqeiyyətə malik olan belə bir ölkənin sərhədlərinin qorunması və milli təhlükəsizliyinin təmin olunması çətin olmaqla yanaşı, onun parçalanması üçün də ciddi təhlükə yaradır. Necə ki, geniş və müxtəlif iqlim və coğrafi şəraitə malik olan Sovet İttifaqında belə oldu.
    ӘRAZİ QURULUŞU
    Ölkənin ərazi quruluşu onun siyasi mərkəz dairəsi, idarəçiliyi, mərkəzi hakimiyyətin daxili nəzarəti, milli həmrəylik və onun xarici işlərinə böyük təsir göstərir. Ümumiyyətlə, ölkənin ərazi quruluşu aşağıdakı qrupların birindən ibarət olur:
    1. Sıx quruluş;
    Belə bir quruluşa malik olan ölkələr, adətən dairə və ya kvadrata bənzər əraziyə malik olurlar. Qısa sərhədlər, asan müdafiə, asan və yüksək səviyyəli nəzarət bu kimi ərazilərin ən başlıca xüsusiyyətlərini təşkil edir. Belçika, Polşa, Kamboça, Fransa və Amerikanı bu xüsusiyyətə malik olan ölkələr sırasına daxil etmək olar.
    2. Uzunluq;
    Çili, İtaliya və İsveç kimi ölkələri belə bir özünə məxsus quruluşa malik olan ölkələrdən hesab etmək olar. Onlar müxtəlif iqlim və mühitə malik olsalar da, onları daim parçalanma və ayrılma təhlükəsi gözləyir.
    3. Pərakəndəlik;
    Bəzi ölkələr ərazi quruluşu baxımından digər ölkələrdən fərqli olaraq pərakəndə quruluşa malik olurlar və bu ölkələr ya İndoneziya, Yaponiya və sair ölkələr kimi pərakəndə adalardan və ya Hormoz boğazının cənubunda yerləşən Oman kimi vahid adadan ibarət olurlar. Belə bir xüsusiyyətə malik olan ölkələr daim iki ciddi çətinliklə qarşılaşmalı olurlar:
    - Bir-birindən ayrı və pərakəndə halında olan ərazilər arasında birlik və həmahənglik yaratmaq;
    - Әrazilərin qüdrət əldə etdikləri təqdirdə, mərkəzi hakimiyyətdən ayrılma təhlükəsi.
    Banqladeşin Pakistandan və Timur adasının İndoneziyadan ayrılmasını buna misal çəkmək olar.
    4. Nüfuzedici quruluş;
    Tayland, Әfqanıstan və Namibiya kimi ərazi quruluşuna malik ölkələrin ərazilərinin bir hissəsi qonşu ölkələrin ərazisinə nüfuz etmiş və buna görə də, "nüfuzedici quruluş” adını almışlar.
    5. Әrazisinin bütün hissəsinin başqa bir ölkənin daxilində olan ölkələr, daxili quruluşa malik olan ölkələrin sırasına daxildirlər. İtaliyanın ərazisində yerləşən Andora və Cənubi Afrika Respublikasının ərazisində yerləşən Lesotanı buna misal çəkmək olar.
    RELYEF
    Hər bir ölkənin ərazi bərabərsizliyi onun mədəni və milli həmrəyliyinə, habelə hakimiyyət quruluşuna böyük təsir göstərir. Məsələn, İsveçrədə aparılan ərazi bölgüsü coğrafi şəraitin bərabərsizliyindən, mədəni və insani bölgüdən mütəəssir olmuş və buna görə də, istər-istəməz federal dövlətçilik üsulunu qəbul etmişdir. Ekvadorda ərazi bərabərsizliyinin təsiri altına düşərək, üç insani-mədəni məntəqəyə bölünmüşdür. Bütün bunlarla yanaşı, Norvegiyada məhəlli hökumətlərin meydana gəlib geniş vüsət halını tapmasını da, ərazi bərabərsizliyi ilə əlaqələndirmək olar.
    Әrazi bərabərsizliyi yol tikintisi, yük daşıma, əhalinin səfər və gəzintiyə çıxmalarına böyük çətinliklər yaradır. Geologiya elmi baxımından cavan ərazilərin quruluş və bərabərsizliyi, zəlzələ və yer sürüşgənliyi kimi təbii hadisələrin baş verməsi, vaxtaşırı milli sərvətlərin məhv olub aradan getməsi və nəhayət ölkənin qüdrət əldə etməsinin qarşısını ala bilər.
    İran İslam Respublikası seysmik zonada yerləşən ölkələrdən biri hesab olunur. Buna görə də, hər il onun maddi mənbələri, milli ehtiyatları və canlı qüvvəsi ağır itkilərlə üzləşməli olur. Lakin Almaniya, İngiltərə və Avropanın digər şərq və qərb ölkələri bu kimi çətinliklərlə üzləşmirlər.
    TӘBİİ MӘNBӘLӘR
    Hər bir ölkə müxtəlif təbii mənbələrə böyük ehtiyac duyur. İnsan həyatı üçün zəruri olan torpaq, su, hava, bitkilər aləmi və iqlim, yerin dərin qatlarından ixrac olunan neft, qaz, daş kömür və sair yanacaq vasitələri təbii mənbələrin əsas hissəsini təşkil edir. Sənətdə istifadə olunan əlvan metal, daş, duz və müxtəlif üsullarla əldə olunan mis, qızıl, gümüş, aliminium, almaz, marqanis və sair əlvan metallar, habelə meşə və dənizdən əldə olunan məhsullar təbii sərvətlər hesab olunurlar.
    Təbii sərvətlər ölkənin qüdrət və mövqeini gücləndirdiyi üçün müasir avadanlığa malik olan hər bir ölkə onlardan səmərəli istifadə edərək, milli sənaye və iqtisadiyyatda nəzərə çarpacaq tərəqqiyə nail ola bilər. Müasir avadanlığa malik olmayan və ehtiyaclarının aradan qaldırılması üçün təbii sərvətlərin ixracatına göz dikən ölkələr, qüdrətli ölkələr arasında gedən rəqabətlərdə həmin mənbələrə ehtiyac duyurlar.
    Yerli və yad qüvvələrin apardıqları gizli danışıqlar və daxili siyasi cərəyanların meydana gəlməsi, onlardan mütəssir olaraq belə bir ölkələrin daxili və xarici siyasətinə öz təsirini göstərir.
    Təbii sərvətlərin aparılan siyasətlərə qoyduğu təsir o qədər bəlli və göz qarşısındadır ki, onların miqdar və yerləşdiyi mövqe barədə ətraflı məlumatlar əldə etməklə, ölkənin gələcək siyasətini tənzim və müəyyən belə etmək olar.
    MİLLӘT
    Millət-hər hansı bir ərazidə müştərək xüsusiyyət, birlik və həmrəyliyə malik olan məskunlaşmış yerli əhaliyə deyilir.
    Millətlər tarix, mədəniyyət, dil, irq, din, siyasi amal, ərazi və vahid coğrafi mövei kimi müştərək amillər əsasında meydana gəlir və hər hansı bir millətin meydana gəlməsi üçün yuxarıda qeyd olunan amillərdən bir və ya bir neçəsi bir-birlərinə təsir göstərə bilərlər.
    Sadə millət:
    Müştərək sifət və xüsusiyyətə malik olan bir millətə sadə millət deyilir. Alman, Fransız və Türk millətlərini buna misal çəkmək olar. Milli azlıqlar isə ya bu kimi xüsusiyyətə malik olmur və ya olduqca az əhəmiyyət kəsb edirlər.
    Mürəkkəb millət:
    Adətən, bir neçə ictimai qruplaşma və ya milli azlıqlardan ibarət olur. Bu kimi millətlər tərkib baxımından ictimai qruplaşmalara daxil olurlar. Kiçik milli qruplaşmalar birgə olaraq ictimaiyyətin tərkibi və ölkənin bütün ərazisində pərakəndə şəkildə yaşayırlar. Amerikadakı dini və irqi azlıqları buna misal çəkmək olar. Bu kimi ölkələrdə adətən siyasi və təhlükəsizlik aksiyaları, habelə dini və irqi qruplaşmalar arasında gedən toqquşmalar özünü biruzə verir. Lakin ölkənin parçalanma ehtimalı olduqca zəif olur. Coğrafi tərkib də, ölkənin ətraf məntəqələrində məskunlaşmış ayrı-ayrı qövm və qruplaşmalardan meydana gəlir.
    İranın ətraf məntəqələrində məskunlaşmış dini azlıqları, sabiq Yuqoslaviya və Sovet İttifaqının ərazisində yaşayan müxtəlif millətləri buna misal çəkmək olar. Bu kimi ölkələrdə məskunlaşmış azlıqlar coğrafi əraziyə malik olduqları üçün müstəqillik və ayrılıq tələbləri irəli sürməyə başlamışlar.
    Sabiq Sovet İttifaqı, Yuqoslaviya və Çexoslavakiyanın ərazisində baş verənləri buna misal çəkmək olar. Bəzən də iki hissəyə bölünmüş bir dövlət, baş verən cərəyanlar nəticəsində yenidən öz birliyini əldə edir. Soyuq müharibələrdən sonra Şimali və Cənubi Yəmən, şərqi və qərbi Almaniyanın birləşməsini də buna misal çəkmək olar.
    Millətlərin başqa bir bölgüsü, stabil və qeyri-stabil dəstələrə bölünmüş azlıqlar əsasında aparırlır. Stabil dəstələrə aid olan azlıqlar, istər ictimai baxımdan olsun, istərsə də coğrafi, ərazi baxımından nisbi bərabərliyə malik olurlar və belə olduqda, ölkə federal dövlətçilik üsulunu qəbul edir.
    Pakistan, Sabiq Sovet İttifaqı və Yuqoslaviyanı buna misal çəkmək olar. İctimai baxımdan siyasi qüdrət milli səviyyədə - dövlət, parlament və sair orqanlar arasında bölünür.
    Qeyri-stabil millətlər də cəmiyyəti əksəriyyətlə birgə, bir və ya bir neçə azlıqlar təşkil edir. Belə bir ictimai qurluşu İranda, əhalinin əksəriyyətini təşkil edən fars və türklərlə birgə kürd, ərəb, lor, bəluç, türkmən kimi azlıqları müşahidə etmək olar. Bu kimi millətlərdə siyasi qüdrət, əksəriyyətin ixtiyarında olur və əksəriyyət iqtisadi, mədəni, hərbi və siyasi iqtidardan istifadə edərək, daxili ixtilaf və parçalanmaya düçar olmasın deyə, bərabərlik və azlıqlar arasındakı həmrəyliyi qoruyub-saxlamağa çalışır. İctimai azlıqlar və ya az cəmiyyətli kiçik coğrafi ərazilər, adətən mövcudluğunu qoruyub-saxlamaq üçün mərkəzi hakimiyyətlə öz səmimi münasibətlərini qoruyub saxlamağa və onunla müxalifət etməməyə çalışırlar.
    İstər sadə olsun, istəsədə mürəkkəb bütün millətlər toplum və özəyə malik olurlar. Unitar millətlərdə bir, İran, Hindistan, Rusiya, Çin və İngiltərə kimi ölkələrdə isə bir-birlərindən aralı bir neçə pərakəndə özək məntəqə mövcuddur. Özək məntəqə isə hər hansı bir millətin ərazisində o məntəqələrə deyilir ki, müştərək dəyərlər, millət və ya milli azlıqların xüsusiyyətləri orada digər məntəqələrdən daha çox nəzərə çarpmış olsun.
    Məsələn fransız millətinin özək məntəqəsi Parisin, rus millətinin özək məntəqəsi isə Moskva şəhərinin ətraf məntəqələri hesab olunur.
    SİYASİ MӘRKӘZ DAİRӘSİ
    Paytaxt, dövlətin siyasi qüdrət, rəhbərlər, dövlət adamları, nazirlik və səfirliklərinin yerləşdikləri siyasi mərkəz dairəsindən ibarətdir. Paytaxtlar tarix boyu iqtidara malik olduqları, milli təşkilatlar, iqtisadi fəaliyyətlər, pul dövriyyəsi və bank sistemini özündə cəmləşdirdikləri üçün adətən ölkənin ən böyük şəhərlərindən biri, milli mədəniyyət mərkəzi və ən mühüm tarixi ocaqlardan biri olmuşdur. Paris, London, Bağdad, Pekin, Berlin və sair paytaxt şəhərlərinə işarə etmək olar.
    Paytaxt şəhərlər
    Uzun müddət ərzində paytaxta xas olan və paytaxtın üzərinə düşən vəzifələri icra edən London, Paris, Berlin və Rom kimi böyük şəhərləri qədim paytaxt şəhərləri sırasına daxil edə bilərik.
    Yeni paytaxtlar
    Onlar ya qədim paytaxları əvəz etmiş və ya federal dövlətçilik üsuluna çevrilmişlər.
    Ankara, İslamabad, Braziliya, Kamberra və Ottava kimi şəhərləri buna misal çəkmək olar.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 922 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024