İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:11 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    PAYTAXTLARİN TӘSİS OLUNMASINA TӘSİR GÖSTӘRӘN ӘN MÜHÜM AMİLLӘR
    Tarix və milli baxış;
    Paytaxt uzun illər boyu öz mövqeyyətini qoruyub saxladığı və siyasi baxımdan ölkə üçün böyük əhəmiyyət kəsb etdiyi üçün əhali belə bir mərkəz dairəsinə yiyənlənməyi özünə lazımlı və zəruri hesab edir. Dəməşq, Rom, Paris və Afina kimi qədim paytaxt şəhərlərini buna misal çəkmək olar.
    Hakim qruplaşma;
    Qeyri-stabil bir neçə milliyyətli ölkələrdə siyasi iqtidar və qüdrət, hakim qruplaşmanın ixtiyarında olduğu üçün daim siyasi qüdrəti öz əhatə dairəsində qoruyub saxlamağa çalışır. Sabiq Sovet İttifaqının paytaxtı olan Moskva, Tehran və Belqrad kimi şəhərləri buna misal çəkmək olar.
    Xarici əlaqələr;
    İstismar olunmuş ölkələrdə, istismaçı və istismar olunmuş ölkələr arasındakı əlaqələrin və həmin ölkələrdən aparılan təbii sərvətlərin daşınılmasının asanlaşdırılması üçün paytaxt şəhərləri adətən dəniz kənarında salınırdı.
    Pakistanın ilk paytaxtı Kəraçi, Cənubi Afrikanın paytaxtı Keyptanu, Nigeriyanın paytaxtı Laos və Kvineya körfəzində yerləşən bir çox ölkə paytaxtlarını buna misal çəkmək olar.
    Müdafiə-strateji mövqe;
    Bir tərəfdən nisbi təhlükəsizliyi təmin etmək, digər tərəfdən də ölkə sərhədlərindən xaricdə yerləşən bəzi məntəqələrə diqqət yetirmək üçün dövlətlər paytaxtın harada təsis olunmasına xüsusi diqqət yetirirlər.
    Pakistanın İslamabad və İranın Tehran və digər tarixi paytaxt şəhərlərini buna misal çəkmək olar.
    Siyasi razılaşma;
    Bəzi paytaxtlar siyasi təşkilatların və məhəlli dövlətlərin gəldikləri razılaşma əsasında təsis olunur. Avstraliyadakı Kamberra, Kanadadakı Ottava və Amerika Birləşmiş Ştatlarında təsis olunan paytaxt şəhərlərini buna misal çəkmək olar.
    Mərkəziyyət
    Ölkənin müxtəlif məntəqələrində məskunlaşmış əhalinin ehtiyaclarını aradan qaldırmaq və siyasi nəzarətin istənilən səviyyədə aparılması üçün bəzən paytaxtın ölkənin mərkəzi və strateji əhəmiyyət kəsb edən şəhərlərindən birində təsis olunmasına səy göstərilmişdir. Hələ qədim zamanlarda Polşanın Varşava, İspaniyanın Madrid, Banqladeşin Dəkkə paytaxt şəhərləri təbii olaraq təsis olunmuş, müasir dövrdə isə Türkiyənin Ankara və Qazaxıstanın Astana paytaxt şəhərləri məhz bu zərurət üzündən seçilmişdir.
    Paytaxtlar yuxarıda qeyd olunan amillərin bir və ya bir neçəsindən meydana gəlsələr də, zaman keçdikcə qüdrətə yiyələndiyi üçün özünə məxsus xüsusiyyətə malik olmağa başlayır və hər şeydən başlıcası ölkənin ictimai təşkilatları arasında mərkəz dairəsinə çevrilir. Beləliklə, özü-öz iqtidarını qoruyub saxlayır və milli mənbələri özünə doğru cəlb edərək, tez bir zamanda əhatə dairəsini genişləndirməyə nail olur. Belə bir halı bir çox hallarda üçüncü dünya ölkələrində və qədim müstəmləkələrdə müşahidə etmək olar.
    Avropa və dünyanın digər inkişaf etmiş ölkələrində idarəetmə, nəzarət, milli sərvətin ölkə ərazisində yayılması, digər şəhərlərə diqqətin yetirilməsi, qiymətlərin aşağı salınması və əhalinin sayının nisbi artırılmasını həyata keçirməklə paytaxt şəhərlərinin genişlənmələrinin qarşısını alsalar da, yenə də bu şəhərlər öz aparıcı rolunu qoruyub saxlayır və ölkənin bir nömrəli şəhərləri hesab olunurlar.
    SӘRHӘD
    Sərhəd iki qonşu ölkəni və ya iki siyasi məntəqəni bir-birindən ayıran coğrafi zolağa deyilir.
    Qədim zamanlarda qonşu ölkələr arasındakı sərhədlər dəqiq müəyyənləşdirilməmişdir. Bu səbəbdən də həmin ərazilər "sərhəd məntəqəsi” adlandırılmışdır. Lakin bu günlər ölkələrarası sərhədlər dəqiqliklə müəyyənləşdirilmiş və xüsusi şərti işarələrlə əlamətləndirilmişlər.
    Sərhədlərin ifa etdiyi ən başlıca rol, ölkə və məntəqələri bir-birindən ayırmaq olsa da, bu günlər ölkələrin qarşılıqlı ehtiyac və əlaqələri günbəgün genişləndiyi üçün sərhədlər onlara xas olan bu xüsusiyyəti əldən verməli olmuşlar. Bəlkədə yaxın gələcəkdə dünyanın bəzi məntəqələrində sərhədlər öz əhəmiyyətini itirərək, tamamilə aradan götürələcəkdir. Necə ki bu günlər Avropa, EKO, Fars körfəzinin Həmkarlıq Şurası və Şimali Amerika (Nefta) ölkələrində buna artıq nail olunmuş və ölkələrarası sərhədlər demək olar ki, aradan götürülmüşdür.
    SӘRHӘDLӘRİN İFA ETDİYİ ROL
    Ayırıcı;
    Sərhədlə iki siyasi quruluş - dövlət, millət və mədəniyyət arasında ayrılıq salır.
    Birlik və həmrəylik;
    Sərhədlər ölkə daxilində yaşayan millətləri bir-birləri ilə həmrəy və həmfikir edir.
    Fərqləndirmə;
    Sərhədlər iki ölkənin iqtisadi, ictimai və siyasi məsələlərdə arasında olan fərqi özündə əks etdirir.
    Keşməkeş;
    Sərhədlər rəqib qonşu dövlət və millətlərin mübarizə və qarşıdurma meydanıdır. İrqi, milli, dini, mədəni, ərazi, iqtisadi və bu kimi digər ixtilaflar iki qonşu dövlət arasında düşmənçilik və müharibənin yaranmasına belə səbəb ola bilər.
    Әlaqələr
    Sərhədlər müxtəlif dövlət və millətlərin qarşılıqlı əlaqə və münasibətlər dairəsi hesab olunur. Bu münasibətlər rəsmi və qeyri-rəsmi halda müxtəlif sahələrdə bərqərar olunur. Rəsmi əlaqələr gömrük, qeyri-rəsmi əlaqələr isə sərhəd zonasının müxtəlif nöqtələrində yaradılır. Ölkəyə daxil olan qaçaq mallar və müsafirlər qeyri-rəsmi əlaqələrə aiddirlər.
    SӘRHӘD NÖVLӘRİ
    Sərhədlər üç hissəyə, yəni quru, dəniz və hava sərhədlərinə bölünürlər və üçü birlikdə yer üzərində yerin mərkəzindən sərhəd nöqtələrinədək müəyyən məntəqələr təşkil edərək, vertikal istiqamətdə hava sərhədlərinin son nöqtəsində başa çatır.
    Yer altı, yer üstü, su və hava əhatə dairəsini də, nəzərdə tutduğu qanunları tətbiq və icra etmək üçün milli dövlətin hakimiyyəti və ya ərazi dövlətinin ixtiyarına qoyur.
    TORPAQ SӘRHDLӘR
    Torpaq sərhədləri ya dağ, çay və bu kimi təbii əlamətlər və ya coğrafi enlik və uzunluqla müəyyən olunur. Amerika ilə Kanada arasında təyin olunmuş 49 dərəcə şimali enlik sərhəd zolağını buna misal çəkmək olar.
    Bunlardan əlavə sərhədlərin təyin olunmasında, insani amillər də mühüm rol oynayır. Yəni hər hansı bir ictimai qrupun məskunlaşdığı məntəqə, ölkənin sərhəd zolağı təyin olunur və bu sərhədlərə "tətbiq olunmuş sərhədlər” deyilir. Ermənistanla Türkiyə arasındakı sərhəd zolağını buna misal çəkmək olar.
    Bəzi sərhəd zonaları da icbari olaraq, yəni ya keçmiş işğalçılıq siyasətini, ya ümumdünya və ya regional hegemon ölkələrin şəxsi mənafeləri əsasında müəyyənləşdirilmişdir. Buna görə də, bəzən müəyyən ərazilər iki və ya daha artıq hissəyə bölünərək, dövlətlər arasında ciddi qarşıdurmalara gətirib çıxarır.
    DӘNİZ SӘRHӘDLӘRİ
    Dəniz sərhədləri, 1982-ci ilin Hüquq Konvensiyasına əsasən təyin olunur və onlar bir neçə ölçü vahidinə malik olurlar. Onlardan ən çox istifadə olunanı - 12 dəniz milidir və sahil dövlətin əhatə dairəsi məhz bu ölçü vahidi ilə müəyyənləşdirilir. Ümumiyyətlə, suda ərazinin əhatə dairəsi 12 milə qədər çəkilir. Suda sərhəd zolağının təyin olunması üçün əvvəl sahil haşiyəsi olan "başlanğıc xətt" adlı bir xətti çəkilir. Әraziyə aid olan məntəqənin kordinatları müəyyən olunduqdan sonra dəniz sərhədləri müəyyən fasilələrlə həmin xəttdən təyin olunur.
    Bu məsələlər isə aşağıdakılardan ibarətdir:
    1. Dəniz əhatə dairəsi, 3-12 dəniz milinədək;
    2. Nəzarət məntəqəsinin əhatə dairəsi, 12 dəniz mili;
    3. İqtisadi məntəqənin əhatə dairəsi 176 dəniz mili.
    4. Qitə plato əhatə dairəsi - fəza məhdudiyyəti olmadıqda, ya 2500 metrlik dərinlik və ya 350 dəniz mili ölçüsündə xətt çəkilir. Lakin adətən fəza məhdudiyyətləri belə bir genişliyə mane olur;
    5. Azad dənizin və ya insanların müştərək ərazilərinin əhatə dairəsi.
    Bu kimi ərazilərdən əldə olunan təbii sərvətlər bütün bəşəriyyətin payına düşür.
    HAVA SӘRHӘDLӘRİ
    Hər bir ölkənin hava sərhədləri torpaq sərhədlərinin üzərində yerləşən hava qatlarından başlayaraq, son fəza qatlarınadək davam edir. Hava sərhədlərinin son əhatə dairəsi - atmosfer qatı məfhum baxımından müəyyən, ölçü baxımından isə heç də belə deyildir. Çünki müxtəlif hündürlüklərdə hava qatları bir-birlərindən fərqli olur. Buna görə də 150-120 milə yaxın hündürlükləri ölkələrin hava əhatə dairəsi nəzərdə tutulmuşdur.
    1947-ci il icrası zəruri olan 1919-cu ilin Paris və 1944-cu ilin Çikaqo konvensiyasına əsasən, hər bir dövlətin hava və dəniz sərhədlərinə olan tam hakimiyyəti təyid və təsdiq olundu. Bundan belə heç bir təyyarələri ölkənin icazəsi olmadan, onun hava sərhədlərinə daxil olaraq orada uçuşlar apara bilməzdi. Buna riayət olunmadıqda, hava sərhədləri pozulmuş ölkələrə həmn ölkəyə məxsus olan təyyarələri vurmaq ixtiyarı verilirdi. 1960-cı ildə Sovet İttifaqının kəşfiyyat, 1983-cü ildə Saxalin üzərində vurulan sərnişin təyyarələrini buna misal çəkmək olar.
    Hava qatlarının arxa tərəfində heç bir ölkənin ixtiyarında olmayan və azad okean məntəqələri kimi bütün ölkələrin sülh məqsədilə istifadə edə bildikləri sonsuz fəza yerləşir. 1957-ci ildə yer kürəsinin ətrafında ilk kosmik dayanacaq yerləşdirildikdən sonra düzgün istifadəetmə qanunlarının tənzim olunma fikri irəli sürüldü və beləliklə, 1967-ci ildə beynəlmiləl saziş imzalanaraq, qüvvəyə mindi. Bu sazişdə kosmonaftlarla davranış tərzi, qeyri-dövləti təşkilatların fəzadakı fəaliyyəti, atom bombaları və kütləvi qırğın silahları arasında olan bağlılıqlar və fəzadan sülh məramlı məqsədlər üçün istifadə etmək kimi məsələlər müzakirə olunaraq qüvvəyə mindi.
    ӘRAZİNİN SİYASİ İDARӘETMӘ VӘ TӘŞKİLATÇILIĞI
    Dövlətlər ixtiyarlarında olan əraziləri daha yaxşı idarə etmək üçün ölkə ərazisini müxtəlif məntəqə və nahiyələrə bölür və oraya olan nəzarət və idarəetmə imkanlarını daha da genişləndirməyə nail olurlar. Ölkə ərazisində aparılan bölgülər müxtəlif amillərdən asılıdır və onlar aşağıdakılardan ibarətdir:
    ӘRAZİLӘRİN SİYASİ TӘŞKİLATÇILIĞINA NӘZARӘT EDӘN AMİLLӘR
    1. Әhalinin sayının artması və ehtiyacların aradan qaldırma zərurətləri;
    2. Həyat tərzinin dəyişilməsi və yeni-yeni ehtiyacların meydana gəlməsi;
    3. Texnologiya və istehsalda baş verən dəyişiklər, yüksək və yeni texnologiyanın yayılması;
    4. İnsanların dünya görüşlərinin ardıcıl olaraq artması, onların dövlət məsələlərində daha çox iştirak etməyə meyillənmələri və iqtidarın zəifləməsini arzulamaları;
    5. Yaşayış üçün yararlı olan ərazilərin azalması və dövlətin həmin ərazilərdən səmərəli istifadə və sabit inkişaf etmək üçün həyata keçirdiyi tədbirlər;
    6. İctimai, iqtisadi, mədəni fəaliyyətlərin və coğrafi məntəqələrin artması;
    7. Әhalinin suallarına cavab, qadağa və nəzarətin gücləndirilməsi kimi siyasi zərurətlər;
    8. Beynəlmiləl və azad qüvvələrin fəaliyyəti
    ӘRAZİLӘRİN SİYASİ TӘŞKİLATÇILIĞINDAN MӘQSӘD VӘ YA ÖLKӘ BÖLGÜSÜ
    Әhaliyə daha yaxşı xidmət göstərmək, onların ən başlıca ehtiyaclarını aradan qaldırmaq və ictimai-iqtisadi rifahın yaxşılaşdırılması;
    Məntəqənin daha yaxşı idarə olunması üçün idarə rəhbərlərinin üzərinə düşən vəzifələri azaltmaq, ölkənin kiçik məntəqə və nahiyələrə bölünməsi;
    Milli hədəflərə çatmaq üçün aparılan siyasi nəzarət və bərabərsizlik, narahatçılıq və ayrılıq tələblərinin qarşısının alınması;
    Әhalinin siyasi, iqtisadi və mədəni sahələrdə öz müqəddəratlarını həll etməsi üçün lazımi şəraitin yaradılması;
    Məntəqənin inkişaf planının həyata keçirilməsi və ya məntəqədaxili iqtisadi, ictimai və mədəni imkanların kənara qoyulması;
    Dövlət aparatındakı idarəçilik və təşkilatçılığı genişləndirmək məqsədilə, lazımi coğrafi əhatə dairəsinin əsasını qoymaq.
    ӘRAZİNİN MÜTӘŞӘKKİL HAL TAPMASI ÜÇÜN LAZIM OLAN ŞӘRTLӘR
    Siyasi ərazinin (ölkənin) idarə olunması üçün aşağıdakı prinsiplərə riayət olunur:
    1. Әhaliyə göstərilən xidmətlərin asanlaşdırılma prinsipi;
    2. Әhalinin xidmət mərkəzlərindən istifadə edə bilmə prinsipi;
    3. Әhalinin razılıq prinsipi;
    4. Әhalinin ölkə və ya məntəqənin qəbul etdiyi qərarlarda iştiraketmə prinsipi;
    5. Məhəlli işlərin, məhəlli təşkilatlara həvalə olunma prinsipi;
    6. Milli birliyə sadiq qalma prinsipi;
    7. İdarə və təşkilatçılıq birlik prinsipi;
    8. Məntəqənin fəaliyyət və ifa etdiyi prinsipi;
    9. Regional imkanat prinsipi;
    10. Milli və məhəlli təşkilatların oxşarlıqlar prinsipi;
    11. Ümumi təhlükəsizlik prinsipi;
    12. Milli siyasətin təyin olunmasında əldə olunan mərkəzləşdirilmə, icrasında mərkəzləşdirilməmə prinsipi.
    SİYASİ ӘRAZİNİN (ÖLKӘ VӘ MӘNTӘQӘ) TӘŞKİLATLANDRILMASINDA DİQQӘT YETİRİLMӘSİ LAZIM OLAN MӘSӘLӘLӘR
    Әrazinin bölünməsinə dair irəli sürülən siyasətin həyata keçirilməsinin mümkün olub-olmadığını müəyyənləşdirilməyin mümkünlüyü;
    Belə bir təşkilatçılıqda üzərlərinə düşən vəzifələri və ifa etdikləri rolu müəyyənləşdirmək üçün şəhər və məntəqələrin müxtəlif dərəcələrə bölünməsi;
    Çünki bərabər şəraitə malik olan məntəqələr heç vaxt biri digərinin tabeçiliyinə düşmək istəmir və onlardan hər biri qüdrətin öz ərazisində mərkəzləşdirilməsinə can atır.
    Münasib quruluş;
    Әrazinin sıx quruluşa malik olması ölkə üçün daha əlverişlidir. Bunun üçün də hər bir ölkə ərazisinin - xüsusilə sərhəd zonalarında - uzun və qeyri-bərabər quruluşa malik olmasına can atır.
    Qeyri-bərabər məntəqələrin ölkə ərazisindən ayrılması üçün adətən ölkənin digər vilayət və məntəqələrindən birinə əlavə olunur;
    Siyasi məntəqənin və ona tabe olan ərazinin tarixi keçmişə malik olması yeni təşkilatçılıqdan hesab olunur;
    Özünütəmin gedişatının genişlənməsi üçün məntəqənin iqtisadi, ictimai və mədəni bacarıqlarına diqqət yetirmək lazımdır;
    Mərkəz dairəsinin təyin olunmasında əhalinin əlinin asanlıqla oraya çatması və oranın əhali tərəfindən qəbul olunmasına diqqət yetirmək lazımdır.
    COĞRAFİ ӘSASLAR
    BEYNӘLXALQ ӘLAQӘLӘRDӘ MÖVCUD ZİDDİYYӘTLӘR
    Adətən dövlətlər, daxili və xarici - insani və ya təbii - amillərə, qonşu və ya hegemon ölkələrdən fərqli baxışa malik olurlar.
    Belə bir şəraitdə, onlar arasında ixtilaf və qarşıdurmalar meydana gəlir. Dövlətlərarası münasibətlərə təsir göstərən amillər aşağıdakılardan ibarətdir:
    1. Torpaq və ərazi;
    Kiçik və qüdrətli ölkələr daim qonşu dövlətlərin ərazilərinə göz dikir, hətta onların ərazilərin işğal etməkdən belə çəkinmirlər. Fələstin ərazilərinin İsrail dövləti və ya digər qüdrətli ölkələrin müxtəlif əraziləri işğal etmələrini buna misal çəkmək olar.
    2. Әlaqə yolları;
    Dənizə çıxışı olmayan ölkələr, xarici aləmlə əlaqə yaratmağa ehtiyac duyurlar. Bəziləri də ticarət və döyüş gəmilərinin gediş-gəlişi üçün öz ixtiyarlarında olmayan boğazlara ehtiyac duyurlar. Bunun üçün də bir tərəfdən keçid və boğazlara ehtiyac duyan ölkələrin göstərdikləri səylər, digər tərəfdən də həmin boğazlara yiyələnən ölkələrin ixtiyarlarında olan imkanlardan mümkün qədər çox bəhrələnmək istəyi, bir çox hallarda dövlətlərarası ixtilaf və narazılıqlara səbəb olur. Panama ölkəsinə hakim olan dövlətlərin aqibətini buna misal çəkmək olar.
    3. Çayların mənbə və mənşəyi;
    Çayın öz axarını dəyişməsi nəticəsində ölkələr arasısərhəd ixtilafları meydana gəlir. Amerika ilə Meksika arasında yerləşən Reo-Qrande və İranla İraq sərhədlərində cərəyanda olan Әrvənd çaylarını buna misal çəkmək olar. Әlbətdə, bu kimi hallarda iki qonşu dövlətlər ixtilafların aradan qaldırılması üçün lazımi tədbirlər görür. Lakin görülən tədbirlər heç bir nəticə vermədikdə, ixtilafların güclənəcəyini ehtimal vermək də olar.
    4. Bir neçə ölkənin ərazisindən keçən və onların su ehtiyaclarını qismən də olsa təmin edən Fərat, Dəclə, Nil, Qanq və Hirmend çayları kimi ərazilərindən çay keçən bu ölkələrin, hər biri özlərini suyun həqiqi sahibi hesab edir və onlardan istədikləri kimi istifadə etdikləri üçün (suvarmada həddindən artıq istifadə etmək, su bəndələri tikmək və s.) ixtilaf və qarşıdurmaların meydana gəlməsinə səbəb olur.
    5. Müştərək dəniz sərhədləri;
    Müştərək dəniz sərhədlərindən düzgün istifadə etmə qanunları dəniz hüququ konvensiyasında müəyyənləşdirilsə də, bəzən dəniz altı təbii sərvətlər, heyvanat və bitkilər aləminə yiyələnmə və onlardan istifadə ölkələrarası ixtilaflara səbəb olur. Sakit Okenda yerləşən Sprateli adalarına görə yaranmış ixtilafları buna misal çəkmək olar.
    6. İxtilaf doğuran göllərin alt sərhədlərinin təyin olunması;
    Uzun müddət hüquqi statusu və dəniz sərhədlərinin təyin olunmasında ixtilaf və bəzi hallarda qarşıdurmalara səbəb olan Xəzər dənizini buna misal çəkmək olar.
    7. Sərhəd zonasında yerləşən təbii sərvətlər;
    Belə ki, qonşu ölkələr arasında təbii sərvətlərdən istifadə olunmasına dair razılıq əldə olunmadıqda, aralarında ixtilaf və qarşıdurmalar belə meydana gələ bilər. Fars körfəzinin neft və qaz ehtiyatlarına görə yaranmış ixtilafları buna misal çəkmək olar.
    8. Paytaxt və ya ölkənin böyük şəhərlərindən birinin sərhəd zonasında yerləşməsi və oranın təhlükəsizliyinin qorunması;
    1939-cu ildə Sovet İttifaqının Leninqradın təhlükəsizliyini təmin etmək bəhanəsilə Finlandiyanı işğal etməsini buna misal çəkmək olar.
    9. Strateji mövqeiyyətə yiyələnmək;
    Belə bir mövqeiyyətə malik olmaq, ölkənin siyasi qüdrətinə böyük təsir göstərir və ona digər dövlətlərin təzyiq göstərsinə imkanı vermir. Pakistanla Hindistanın Keşmir uğrunda apardıqları uzun illik mübarizəni buna misal çəkmək olar.
    10. Ölkənin külli miqdarda yanacaq və mineral ehtiyaclarına yiyələnməsi; Qonşu və ya hegmon ölkələr, adətən bu kimi dövlətlərin təbii sərvətlərinə göz dikir və onları öz ixtiyarına keçirməyə can atırlar. ABŞ-ın Fars körfəzində öz qonşularını yerləşdirməsi və 1990-cı ildə İraqın Küveyti işğal etməsini buna misal çəkmək olar.
    11. Rütubət yaratmaq məqsədilə süni buludlardan istifadə;
    Lakin belə bir addım kifayət qədər illik rütubətdən bəhrələnən ölkələrin etirazına səbəb olur. İrana çatmaq üçün müxtəlif ölkələrdən ötüb keçən Aralıq dənizinin üzərində cərəyandan olan buludları buna misal çəkmək olar.
    12. Yaylaq və qışlaq köçərilərindən asılı olan köçəri insanların sürdükləri belə bir həyat tərzi, dövlətlərarası ixtilaf və qarşıdurmalara səbəb olur;
    Çünki bəzi hallarda köçəri tayfaların yeni otlaqlar tapmaq məqsədilə digər ölkələrin ərazilərinə nüfuz etməsi, həmin ölkələrin etirazına səbəb olur. İranın qərb köçəri tayfalarının İraq ərazilərindən istifadə etmələrini buna misal ola bilər.
    13. Milli azlıqların ayrılıq tələbləri;
    Hər hansı bir ölkənin ərazisində məskunlaşmış dini və milli azlıqlar kifayət qədər geopolitik imkanlara malik olduqda və eyni zamanda, xarici amillər onlara köməklik etdikdə, ana ölkəyə qarşı çıxaraq, onunla arxasında duran ölkələr arasındakı əlaqələrə böyük təsir göstərir. Acarların Gürcüstandan və Kürdlərin İraq və Türkiyədə irəli sürdükləri azadlıq tələblərini buna misal çəkmək olar.
    14. Ana ölkənin ərazisisində məskunlaşmış azlıqlar Azərbaycanın dağlıq Qarabağ vilayətində məskunlaşmış ermənilərin, Ermənistan erməniləri tərəfindən dəstəklənərək, ayrılıq tələblərini irəli sürmələri və bunun nəticəsində Azərbaycanla Ermənistan arasında ciddi qarşıdurmaların meydana gəldiyini buna misal çəkmək olar.
    15. Sərhədlərin iki tərəfində məskunlaşmış pərakəndə azlıqlar;
    İran, Türkiyə, İraq və Suriya ərazilərində pərakəndə olaraq məskunlaşmış və vahid amal "Azad Kürdüstan" uğrunda mübarizə aparan və məntəqədə meydana gəlməsinə səbəb olan kürd hərəkatlarını buna misal çəkmək olar.
    16. Bir ölkədən başqa bir ölkəyə gəlmiş və orada yayılmış azlıqlar;
    Ölkənin ətraf məntəqələrində məskunlaşmış azlıqlar əslində başqa bir ölkənin millətinin nümayəndələri hesab olunurlar. Çünki, o millətlər bir çox oxşarlıqlara malikdirlər və ana dövlətlər istəsələr, bu kimi azlıqlardan istifadə edərək qonşu dövlətlərə qarşı təzyiq məqsədilə istifadə və ya onları o ölkədən ayrılıb onlara qoşulmalarına sövq edə bilərlər. Alman dövlətinin qurduğu plan əsasında Polşanın Çuert vilayətində məskunlaşmış milliyyətcə alman olan əhalinin Polşadan ayrılıb Almaniyaya birləşməsini buna misal çəkmək olar.
    Pakistan puştunlarının Pakistanın Sind əyalətinin hindu qaçqınları ilə birgə qarşılaşdığı vəziyyəti başqa bir misal kimi göstərə bilərik.
    17. Mədəni ziddiyyətlər
    Bəzən qonşu millətlər dini və mədəni xüsusiyyətlər baxımından bir-birləri ilə tam müxalif olurlar və buna görə də bu ixtilaflar onların arasında müharibə və qarşıdurmalara səbəb olur. 1958-ci ildə İraqda baş verən dövlət çevrilişindən sonra İranla İraq, Hindistan yarmadasında müsəlmanlarla hindular, (və bunun nəticəsində Pakistanın meydana gəlməsini), ərəb və İsrail, erməni və türklər, serb və müsəlmanlar arasında tarix boyu gedən müharibələri buna misal çəkmək olar.
    İSTİFADӘ OLUNAN MӘNBӘLӘR
    1. Preskat, "Siyasi coğrafiyada yeni sahələr”, tərcümə edəni Doktor Dərrə Mir Heydər, Tehran universiteti – 1358
    2. Hafiz Niya, Məhəmmədrza, coğrafi amillərin insana təsir qoyması sahəsində İbni Xəldunun irəli sürdüyü nəzəriyyələr, Müdərris jurnalı, 2-ci buraxılış, 1-ci nömrə, qış 1358-ci il
    3. Sadiqpur, Әbülfəzl, bir neçə məqalə. Dövlət idarəetmə hazırlıq mərkəzi, Tehran – 1369
    4. Tahiri, Әbülqasim, Regional dövlətlər və mərkəzləşdirilməmək, Qomes nəşriyyatı 3-cü çap, Tehran – 1375
    5. Alim Әbdürrəhman, "Siyasət elminin əsasları”, 3-cü çap, Ney nəşriyyatı, Tehran - 1376
    6. Qazi, Әbülfəz, "Siyasi təşkilatların hüquq nizamnamələri”, 1-ci cild, Tehran – 1373
    7. Kelyar, Klud Albert, "Beynəlmiləl əlaqələr təşkilatı”, tərcümə edəni Hidayət İlahi Fəlsəfi, No nəşriyyatı, Tehran – 1368
    8. Muqtədir, Huşəng, "Ümumi beynəlmiləl hüquq”, 3-cü çap, Siyasi və Beynəlmiləl mütaliə mərkəzi, Tehran – 1374
    9. Mir Heydər, Dərrə, Siyasi coğrafiyanın istifadə olunduğu yer və qoyulan məhdudiyyətlər. "Siyasi-iqtisadi mütaliələr”, 128-137-ci nömrə, 12-ci il, 1377 (fərvərdin-ordibehişt)
    10. Mir Heydər, Dərrə, "Siyasi coğrafiyanın əsasları”, 3-cü çap, Simət mütaliə və təsis təşkilatı Tehran - 1373 (h.ş.) (1994)
    11. Nəbəvi, Mustafa, "İranda idari mərkəzləşdirmə və mərkəzləşdirilmənin həyata keçirilməsi”, Tehran - 1356-cı il (1978)
    12. Haket, Piter, "Yeni coğrafi tərkib”, 2-ci cild, tərcümə edəni Doktor Şapur Qudərzinejad, Simət nəşriyyəsi, Tehran - 1375 (1996)
    13. Henceni, "Beynəlmiləl hüquq”, dərslik, Şəhid Behişti universiteti, Tehran - 1369-7 (1992-93)
    14. Adhikati, Suderta, "Siyasi coğrafiya”, Ravat nəşriyyəsi, Yeni Dehli – 1997
    15. Dikşit, R.D. "Siyasi coğrafiya”, 2-ci çap, Tata Mak-Qravhil, Yeni Dehli – 1995
    16. Qlassnet, "Siyasi coğrafiya”, Çon Viley və Sons, Nyu-york – 1993
    17. Conston, R.C. "Regional coğrafiya” London – 1990
    18. Muir Riçard, "Müasir siyasi coğrfiya”, Mak Milan Pres, London – 1975
    19. Pacion, M. "Progress in to Political Geograpy”, Groom Helm, U.S.A – 1985
    20. Şort R.C. "Siyasi coğrafiyanın quruluşu”, London, Rutled nəşriyyəsi, 1921 və 1993-cü illər
    21. Taylot, R.”Siyasi coğrafiya”, 3-cü çap, Nyu-york – 1993
    22. Birləşmiş Millətlər 50, Birləşmiş Millət, Nyu-york – 1995
    23. ”Yeni coğrafi quruluş”, London - 1989
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 1008 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024