İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7:00 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    2-DӘYİŞKӘN GEOPOLİTİK AMİLLӘR
    Cəmiyyət;
    Cəmiyyət kəmiyyət və keyfiyyət baxımından ölkənin siyasət və milli qüdrətinə müxtəlif təsirlər qoyur və cəmiyyət ən başlıca ehtiyaclarını aradan qaldırmaq üçün kifayət qədər enerji və təbii sərvətə malik olduqda, qüdrət mənşəyidə ola bilər; Çünki bir tərəfdən istehsal amili olan canlı qüvvəni təmin edir, digər tərəfdən də istehsal olunmuş malların istehlak olunması üçün münasib şərait yaradır və bütün bunlar, milli iqtisadiyyatın inkişaf etməsinə yaxından köməklik edir.
    Bütün bunlarla yanaşı, əhalinin çoxluğu ölkənin müdafiə və təhlükəsizliyinin təmin olunmasın, müharibə zamanı sərhədlərin keşiyində durulması, habelə əhalinin səfərbər olunması, hərbi sənayenin inkişafı və hərbi ləvazimatların modernləşdirilməsində aparıcı rol oynaya bilər. Әhalinin çoxluğu hər zaman hərbi əməliyyatlarda həlledici rol oynadığı kimi çox güman ki, gələcəkdə öz əhəmiyyətini qoruyub saxlayacaq və öz əhəmiyyətini qoruya bilməsində ən başlıca amillərdən biri hesab olunacaqdır. Lakin əhalisi çox olan və milli sərvətləri mövcud ehtiyacları aradan qaldırmadığı ölkələrdə yoxsulluq baş alıb gedir və olduqca məhdud olan milli sərmayə əhalinin zəruri ehtiyaclarının aradan qaldırılmasına sərf olunur. Bütün bunlar milli sərmayənin hər hansı bir sahəyə qoyulmasına mane olur. Nəticədə, ölkə öz milli istehsal qüdrətindən məhrum olur. Bu kimi ölkələrdə əhalinin çoxluğu nəinki qüdrət və iqtidar mənşəyinə səbəb olmur, bəlkə əksinə olaraq, milli qüdrətin zəifləməsinə gətirib çıxarır. Bəzi Afrika, Latın Amerikası və Hindistan kimi ölkələri buna misal çəkmək olar. Әlbətdə, bəzi ölkələr əhalinin ehtiyaclarını aradan qaldırmaq imkanına malikdirlər, lakin beynəlmiləl iqtisadi əlaqələr və bu ölkələrə hakim olan hakimiyyət və idarəetmə üsulu, orada süni yoxsulluğun meydana gəlməsinə səbəb olur.
    Cəmiyyət keyfiyyət baxımından da müxtəlif təsirə malik olurlar. Hər hansı bir ölkənin əhalisi əgər yüksək təhsil səviyyəsi və standarta [dünya standartlarına] uyğun ictimai rifaha yiyələnərsə, sözsüz ki, milli qüdrətə yiyələnmək imkanına da malik olacaqdır. Yaponiya, İngiltərə və Almaniyada baş verənləri buna misal çəkmək olar.
    Әksinə olaraq, əhali yüksək təhsil səviyyəsi və ictimai rifaha yiyələnmədikdə, milli qüdrət günü-gündən zəifləyib, tənəzzülə uğrayır. Banqladeş, Hindistan, Somali, Әfqanıstan və Şri-Lanka kimi ölkələrin mövcud şəraitini buna misal çəkmək olar.
    Cəmiyyət mədəni və milli tərkib baxımından da böyük əhəmiyyət kəsb edir. Həmahəng cəmiyyət, millətin həmrəyliyi və milli birliyin meydana gəlməsinə səbəb olur. Bir haldakı müxtəlif milliyyət və ünsürlərdən ibarət olan pərakəndə olan cəmiyyət, dövlət daxilində milli və ərazi parçalanmaya gətirib çıxarır. Sabiq Sovet İttifaqı və Yuqoslaviyanı buna misal çəkmək olar.
    Cəmiyyət, hökumətlə həmfikir və onun irəli sürdüyü şüarlarla həmrəy olma baxımından da böyük əhəmiyyət kəsb edir. Hökumətə etimad edən və ona sadiq qalan bir millət, sözsüz ki, qüdrətli bir hökuməti təsis etməyə nail olur. Çünki hər bir hökumət ona sadiq olan ölkə vətəndaşlarına arxalanır. Amerika və İraqın İranla apardığı müharibə illərində İran əhalisinin dövlətə qarşı göstərdikləri sədaqət və fədakarlıqları buna misal çəkmək olar.
    Cəmiyyət üzvləri dövlətə arxa olmadıqda, ölkə daxilində dövlətin zəifləməsi ilə nəticələnən ixtilaf və keşməkeşlər meydana gəlir.
    Təbii sərvətlər;
    Təbii sərvətlər sabit amillərdən hesab olunurlar. Lakin qoyduğu müxtəlif təsir və istifadə olunduğu yerlər baxımından, habelə daimi istifadə olunduğu üçün baş verən dəyişiyliklərə görə, dəyişgən amillər sırasına da daxil olurlar.
    Eyni qayda olaraq, əgər ölkələr sabit inkişaf üsuluna yol tapıb təbii sərvətlərdən istifadəni cəmiyyətin ehtiyacları ilə həmahəng edə bilərlərsə, başqa sözlə desək, bir tərəfdən təbii sərvətlərdən daimi istifadə, digər tərəfdən isə coğrafi mühitin ekoloji bərabərsizliyi sabit bərabərliyə səbəb olur. Bəlkə də, təbii sərvətlərin bütün və ya bir hissəsini bu baxımdan sabit geopolitik amillərdən biri hesab etmək olar.
    Təbii sərvətlər müxtəlif növlərə bölünürlər və onlardan hər biri dövlətlərin siyasət, rəftar və davranışlarına özünə məxsus təsirlər qoyur.
    Təbii sərvətlər bunlardan ibarətdir: həyat, enerji, sənət və hərbi sahələrdə istifadə olunan mineral mənbələr.
    Həyat mənbələrinə elə bir təbii sərvətlər daxildir ki, bəşəriyyətin ən başlıca ehtiyaclarını aradan qaldıraraq, təbii həyatı birbaşa onlarla əlaqəli olmuş olsun və bu təbii sərvətlərə su, torpaq, yaralı əkin sahələri, hava, bitki örtüyü, fəza və heyvanat aləmi daxildir. Bu amillər bir-birləri ilə əlaqəli olaraq, ekosistemi təşkil edir və insanın orada yaşaya bilməsi üçün coğrafi mühitdə bir növ ekoloji bərabərlik yaradır.
    Sabit inkişafın qarşısına qoyduğu ən başlıca hədəflərdən biri də ekoloji stabillik və iqtisadi, ictimai, mədəni, siyasi inkişaf gedişatında sabitliyi bərqərar və yaratmaqdan ibarətdir. İnsan təbii sərvətlərin hər birindən düzgün istifadə etmədikdə, ekoloji stabillik pozulur və ətraf mühitə ağır zərbə dəymiş olur.
    İkinci dəstə, insanların həyatında geniş istifadə olunan enerji mənbəyidir. Neft, qaz, daş kömür, taxta, günəş, hidroelektrik, atom enerjisi və s. enerji mənbələrinin bəziləri isə əvəz olunmazdır. Bu günlər enerji mənbələri hərbi, yükdaşıma, istehsal, əkinçilik və hər bir ailənin ictimai həyatına geniş şəkildə nüfuz etmişdir. Belə ki, əhalinin onlardan müəyyən müddət məhrum olması, onları ciddi çətinliklərlə qarşı-qarşıya qoyur.
    Üçüncü dəstəyə aid olan təbii sərvətlər, sənətdə istifadə olunan və insanların ən zəruri ehtiyaclarını aradan qaldıran dəmir və bir çox mineral maddələrdən ibarətdir. Әlbətdə, sənaye özünün xammala olan ehtiyacını ödəmək məqsədilə yalnız yeraltı qazıntılardan deyil, həyat üçün zəruri olan məhsullardan belə istifadə edir. Məsələn, əkinçilik, heyvandarlıq kimi fəaliyyətləri meydana gətirir və bununla yanaşı, insanların geyim və qida məhsullarını təmin edir.
    Dördüncü dəstəyə isə, ölkənin müdafiə və hərbi sənayesində istifadə olunan mis, dəmir, uran və bu kimi məhsullar daxildir.
    Bütün bu təbii sərvətlərin dünyada qeyri-bərabər şəkildə yerləşməsi, ölkələrarası siyasi rəqabət, istismar və müharibələrin aparılmasına səbəb olmuşdur və bu da təbii olaraq, onların xarici siyasət və əlaqələrinə öz təsirini qoymuşdur.
    Dövlətlər yuxarıda qeyd olunan təbii sərvətləri əldə etmək üçün öz və digər ölkələrin ərazilərində onları axtarır və istixrac olunması üçün milyonlarla pul sərf edirlər.
    Məhz bunun üçün ölkələrarası yaradılan əlaqələr qarşılıqlı ehtiyacların aradan qaldırılması əsasında qurulur.
    Dövlət və hökumət orqanı;
    Siyasi coğrafiyada bu haqda söhbət açarkən qeyd etdik ki, hər hansı bir ərazinin sakinləri öz siyasi formalaşma və qəbul etdikləri qərarları hökumətə həvalə edirlər. Hökumət və siyasi orqan, ölkəni ərazisində məskunlaşmış əhalinin işlərini idarə etəmək üçün müxtəlif dövlət təşkilatları təsis edirlər.
    Geopolitologiyada əhəmiyyət kəsb edən isə, bu təşkilatın hansı malik olduğu qurluş və göstərdiyi fəaliyyətlərdən ibarətdir. Bu mənada ki, kifayət qədər güc və həmahəngliyə malik olduqda, əhalinin ehtiyaclarını aradan qaldırmağa nail olmaqla yanaşı, ölkənin idarə və beynəlmiləl səviyyəyə çatdırılmasında da müəssər addımlar atmağa qadir olacaqdır. Yox, əgər dövlət birlik və həmahənglikdən məhrum olarsa, hərcmərclik onun üzərinə hakim olaraq bürokratiyanın genişlənməsi, milli qüdrətin zəifləməsi, dövlət büdcəsi və təbii sərvətlərin məhv olub aradan getməsi və nəhayət, narazılıqların artmasına səbəb olacaqdır.
    Təlim-tərbiyə;
    Daimi inkişafda olan elm, insanların ən başlıca ehtiyaclarından birini təşkil edir. Gündəlik çoxalmaqda olan əhali isə həyatın reallıqları ilə ayaqlaşmalı, əldə olunan yeniliklə tanış olmalı və nəhayət, gələcək həyatını təmin etmək üçün hər hansı bir elmi sahə və ya sənətə yiyələnməlidir.
    Təhsil ocaqlarının üzərinə düşən ən başlıca vəzifə, cəmiyyətin, xüsusilə də yeni nəslin ictimai, əxlaqi xüsusiyyətləri və yiyələndikləri ixtisasları daha da təkmilləşdirməkdən ibarətdir. Onlar üzərlərinə düşən bu vəzifənin öhdəsindən gəlmədikdə, cəmiyyət üzvlərinin ictimai, iqtisadi, mədəni və məhkəmə sahələrindəki ehtiyacları təmin olunmayacaq, inkişafdan qalaraq, geriliyə düçar olacaqdır. Çünki inkişafa səbəb olan amillərdən düzgün təlim-tərbiyənin edilmədikdə, inkişafın ehtiyacları ödənməyəcəkdir. İstər müasir olsun, istərsə də qədim cəmiyyətin təlim-tərbiyə ocaqları məktəb, universitetdən əvvəlki hazırlıq müəssisələri, universitet, klassik və qəzet, jurnal və komunikasiya vasitələri olan radio, televiziya, kompyüter, internet kimi qeyri-klassik məlumat vasitələrini insanın ixtiyarına qoyur.
    Cəmiyyətin təlim-tərbiyə və elm ocaqları fəal olub, hər zaman cəmiyyət üzvlərinin məlumat dairəsini genişləndirdikdə, ölkənin milli qüdrətinə də müsbət təsir qoymuş olur.
    Ordu və müdafiə;
    Hər bir ölkənin milli inkişafı, ölkə ərazisi və milli təhlükəsizliyin təmin olunmasından asılıdır. Ordu, ümumi təhlükəsizlik və ölkədə əmin-amanlığın bərqərar olunması və vətəndaşların canı, malı və namusunun qorunması məqsədilə yaradılır. Bunun üçün də, ordunun say və malik olduğu qüdrət, milli inkişafa böyük təsir göstərir. Hər hansı bir ölkənin müasir silah, hərbi qurğu və avadanlıqlar, habelə güclü strategiya və təcrübəli sərkərdələrlə təmin olunması qonşu dövlətlərin onun ərazisinə göz dikmələrinə mane ola bilər. Güclü ordu milli təhlükəsizliyin təmin olunması, dövlət və millətin ölkə ərazisində sərbəst fəaliyyət göstərməsinə ən müəssir amil hesab olunur.
    İQTİSADİ POTENSİAL
    İqtisadi amillər sənayedə istifadə olunan məhsul, əkinçilik, mal və pul, idxalat və ixracat, əhalinin məşğuliyyəti, qoyulan sərmayə [kapital], malikiyyət və s. sahələrə şamil olur və bu sahələrdə göstərilən fəaliyyətlərə ölkənin özünəməxsus iqtisadi şəraiti hakim ola bilər.
    Әgər iqtisadi amillər fəal quruluşa malik olub müsbət nəticə verərsə, milli qüdrətin artmasına səbəb olar; Çünki iqtisadi sərvət və imkanların toplanmasına səbəb olmaqla yanaşı, hər tərəfli inkişafa möhkəm arxa yaradır. Әgər hər hansı bir ölkə iqtisadi baxımdan inkişaf etməyib istər büdcə, istər dövlət, istərsə də xüsusi, ümumi və şirkət sahələrində milli inkişaf lahiyəsinin icrasına hazır olmazsa, hökumət əhalinin zəruri ehtiyaclarının aradan qaldırılmasına belə qadir olmayacaqdır. Eyni qayda olaraq iqtisadi, ictimai, mədəni, siyasi, hərbi və sair sahələrdə də böyük çətinliklərlə qarşılaşacaqdır. Çünki, mali [maddi] imkansızlıq nəzərdə tutulan bütün planların qarşısını alır. İnkişaf planlarının qarşısının alınması isə, ölkənin geriləməsi və zəifləməsi deməkdir.
    7.Ölkənin siyasi rəhbərliyi
    Ölkə rəhbərləri siyasi demokratik və ya qeyri-demokratik gedişatlar nəticəsində bu vəzifələri tutduqları üçün onlara hakim olan hədəf və düşüncələr də heç də bir olmur. Ölkəyə rəhbərlik edən quruluşun sifət və xüsusiyyətləri, habelə əzm və ruhiyyəsi milli taleyə və onun qüdrətinə təsir qoya bilər. Qüdrət tələb, millətpərəst, tədbirli, milli, əhali və ya biganə dövlətlərin dəstəklədikləri rəhbərlərin hər biri milli taleyə özünəməxsus təsir göstərir. Milli, insani, siyasi, təbii və sair imkan və bacarıqları üzə çıxarmağa qadir olan ictimai və humanitar elmlər mütəxəssisi olan dövlət rəhbərləri, ölkənin milli qüdrəti barədə kifayət qədər məlumatlara yiyələnərək, milli strategiyanın əsasını qoyurlar. Gələcəyə olan baxış, onlara milli sərvətlərin [vasitəsilə] ehtiyacların aradan qaldırılılması və müxtəlif sahələrdə milli inkişafa nail olmasına köməklik edir. Digər dövlətlərlə yaratdığı əlaqələrdə də irəli sürdüyü məntiqi siyasətlə milli təhlükəsizliyi ən aşağı səviyyəyə çatdırmağa, beynəlmiləl səhnədə milli mənafe və təhlükəsizliyi təmin etməyə, daxildə isə cəmiyyət üzvlərinin, habelə ictimai-siyasi qüvvələr arasındakı əlaqələri nizama salaraq, milli birliyə nail olmağa kömək edir. Bütün bunlarla yanaşı, ölkənin milli iqtidarını beynəlmiləl səhnədə genişləndirməyə, milli mənafe, siyasi ehtiyaclar, ictimai rifah və milli təhlükəsizliyin təmin olunmasına da müsbət təsir göstərir.
    (3-2-3) XX ӘSRİN GEOPOLİTİK NӘZӘRİYYӘLӘRİ
    XX əsrdə irəli sürülən geopolitik nəzəriyyələr ümumdünya qüdrət, hegemonluq və qüdrətli dövlətlərin apardıqları rəqabətlərdən xəbər verir və onlar üç hissəyə bölünür:
    1.Atmosfer-ərazi baxışı.
    Klassik baxış kimi tanınan bu nəzəriyyə XİX əsrin axırlarında 1970-ci ilədək geopolitik ideologiyada özünə yer etmişdir.
    İlk klassik nəzəriyyə Ratsel, sonuncusu isə Sevirski tərəfindən irəli sürülmüşdür. Bu nəzəriyyəyə, qüdrət ərazilərin, xüsusilə də strateji əhəmiyyətli məntəqələrin işğal və ələ keçirilməsini qüdrət və hegomonluğun mənşəyi hesab edir və bu yolla mümkün qədər çox qüdrət əldə etməyə münasib şərait yaradır. Bu nəzəriyyəyə əsasən, ölkənin nüfuz və iqtidarı hər hansı bir məntəqədə çox olarsa, dövlətin qüdrəti də bir o qədər olmuş olar. Buna görə də bu nəzəriyyə ümumdünya hegemonluğa nail olmaq üçün əraziləri ələ keçirib və orada güclü nüfuza malik olmağı zəruri hesab edir. Belə olduğu bir şəraitdə, ərazilər ələ keçirib orada öz hökmüranlığını bərqərar etmək üçün ordudan istifadə onun üçün zəruri bir hala çevrilir. Bəzi ümumdünya strategiya çərçivəsində irəli sürülən belə nəzəriyyələr "strateji nəzəriyyə" kimi qələmə verilir.
    2. İqtisadi baxış;
    Bu nəzəriyyə müasir amerikan gepolisti Saul Kohen tərəfindən irəli sürülmüşdür. O, ərazi-atmosfer baxışlarını təsdiq etməklə, qüdrətin mənşəyini ölkələrin ümumdünya təcrübə və əlaqələrində görür. Onun irəli sürdüyü nəzəriyyədə yeni geopolitik terminlər müşahidə etmək olar.
    3. Mədəni baxış
    Bu nəzəriyyəyə əsasən, mədəni xüsusiyyətlər coğrafi ərazilər arasında yaradılan əlaqələrə təsir göstərən rəqabətlərin mənşəyini təşkil edir. İlk dəfə olaraq bu nəzəriyyə məşhur amerikan alimi Samuel Hantinqen tərəfindən irəli sürülmüşdür.
    Bu nəzəriyyələrin hər birinin məcmuəsi altında ayrı-ayrı nəzəriyyələr irəli sürülmüşdür və biz onları diqqətdən keçirməyi zəruri hesab edirik. Bu səbəbdən, XX əsrdə irəli sürülmüş və dünyada əsaslı dəyişiklərə səbəb olan bəzi məşhur geopolitik nəzəriyyələrə ixtisarla işarə edirik.
    1-RATZELİN HӘYATİ ATMOSFER NӘZӘRİYYӘSİ (1895)
    Siyasi coğrafiyanın banisi olan Ratzel Darvinin təkamül nəzəriyyəsindən mütəəsir olmuşdur. O, "Canlı varlıq olan dövlət" nəzəriyyəsini irəli sürərək, onun üçün doğuş, inkişaf, yetginlik və ölüm mərhələlərini təyin edir. Ratzel ölkəsinin inkişafı üçün enerji ilə təmin olunmasına təkid edir. Enerji dedikdə isə, coğrafi ərazi və təbii sərvətləri nəzərdə tutur. Ratzel ölkə ərazilərinin inkişafı üçün yeddi bənddən ibarət qanun və nizamnamə müəyyən edir və onlar aşağıdakılardan ibarətdir:
    1/1 Ölkənin inkişafında mədəniyyətin payına böyük pay düşür və hər hansı bir ərazinin ətraf məntəqələrlə olan mədəni asılığı, ərazi birliyinə yaxından köməklik edə bilər. Mədəniyyət, ərazi birliyi və sıx həmahəngliyə səbəb olan bir vasitədir və mədəniyyətdə diqqət yetirilən dəyərləri, insanlar arasında birliyin möhkəmləndirilməsində istifadə etmək olar.
    1/2 Mədəniyyətlə yanaşı, ölkə ərazisinin genişlənməsinə səbəb olan digər amillər də nəzərdə tutulmalıdır. Çünki yol və çay axarları kimi amillər insanlar arasında ictimai-iqtisadi əlaqələrin genişlənməsinə səbəb olur.
    1/3 Kiçik siyasi vahidlər (hissələr) tədriclə böyük siyasi vahidlərə cəzb olunub və onun bir hissəsinə çevrilir.
    1/4 Sərhədlər, ölkənin əhatə dairəsini təşkil edir və sabitsizlik üzündən bəzi dəyişikliklərə məruz qalır.
    1/5 Güclü dövlətlər digər ölkələrin ərazilərini ələ keçirməkdə oranın siyasi və strateji dəyərlərinə xüsusi diqqət yetirir və təbii sərvət, habelə strateji mövqeə malik olan ərazilərə daha çox əhəmiyyət verirlər.
    1/6 Ölkə ərazisini genişləndirmə tərzi-təfəkürü güclü bir baxışla başqalarına da sirayət edir.
    1/7 Ölkə ərazisinin genişlənmə tərzi-təfəkkürünün artması, kiçik dövlətlərə öz ərazilərini qoruyub-saxlamaq üçün necə və hansı yolla qüdrət əldə etməli olduqlarını öyrədir.
    Ratzelin irəli sürdüyü nəzəriyyələrə iradlar tutulmuş və onlardan bəziləri xüsusilə də zəif ölkələrin güclü ölkələrə birləşərək ərazinin bir hissəsini təşkil etmə nəzəriyyəsi bu günlər heç bir etibar (və ya əhəmiyyət) kəsb etməyir.
    2-DӘNİZ QÜDRӘTİ NӘZӘRİYYӘSİ (1890)
    Bu nəzəriyyə 14 il Amerika dəniz ordusunda xidmət etmiş Alfred Mahan tərəfindən irəli sürülmüşdür. Mahan dəniz və okeanlara nəzarəti qüdrət və iqtidarın mənşəyi hesab edir. O, belə bir əqidədə olmuşdur ki, dünyanın açıq suları quruda yerləşən qüvvələri idarə və mühasirə etməyə imkan verir. Mahanın təfəkkürünə təsir qoyan şey (və ya amil), su və quru ərazilərin yer üzərində necə yerləşməsi və aralarında olan əlaqələr olmuşdur. O, İngiltərənin malik olduğu dəniz mövqeyyətinə işarə edərək, dünyanın bir çox məntəqələrinə hakim ola biləcəyini hesab edirdi. Eyni zamanda, Rusiyaya da özünə məxsus çətinliklərlə quru ərazilərə hakim olan qüdrətli dövlət gözü ilə baxırdı. Çünki o hər zaman dəniz qüvvələrinin mühasirəsində qala bilərdi. Bun səbəbdən, Rusiya bu çətinlikdən yaxa qurtarmaq üçün Çində Mançoriya(Çinin şimali şərq Rusiya ilə sərhəd zolağında yerləşir.) vilayətindən, İran və Әfqanıstandan azad sulara yol tapıb həmin dəniz qüvvələrinin qarşısına sədd çəkməli idi.
    Mahan Amerikanı özünəməxsus coğrafi mövqeyinə arxalanaraq, İngiltərənin yerini tuta biləcək yeganə dövlət hesab edirdi. Bu səbəbdən də, o dövrün Amerika prezidentinə lazımi tövsiyələr edirdi. İki böyük okeanı yəni Sakit və Atlantik okeanlarını bir-birləri ilə birləşdirən Panama kanalının qazılmasını və beləliklə, dəniz vasitəsinin Amerikanın şərqi ilə qərbi arasında olan əlaqələri asanlaşdırmağı, bəzi mühüm boğazları, habelə Sakit Okeanda yerləşən Havay adalarının ələ keçirilməsi və sairi olunan tövsiyələrə misal çəkmək olar.
    Mahan dəniz qüdrətinə yiyələnmək üçün bu altı şərti zəruri hesab edirdi.
    Dəniz mövqeinə yiyələnmək;
    Yəni ölkənin dəniz və okean kənarında yerləşməsi.
    Uzun məsafəli sahilə yiyələnmək;
    Gəmilərin yan ala bilməsi və limanların salınması üçün sahillərə yiyələnmək;
    Dəniz qüvvələrinin təmin olunması üçün ölkədə kifayət qədər əhalinin yaşaması;
    Ölkədə dəniz və dənizçilik əhval ruhiyyəsinə malik olan əhalinin yaşaması;
    Dənizçilik fəaliyyətinin genişləndirilməsi üçün dövlətlərin həyata keçirdikləri lazımi siyasətlər.
    Mahanın irəli sürdüyü bu nəzəriyyə amerika siyasətçilərinin diqqətini özünə cəlb və onları dəniz hegemonluğuna sövq edir. Hal-hazırda ABŞ dünyanın ən güclü dəniz qüdrətinə malikdir və bunun üçün də dünyanın ən uzaq məntəqələrində belə öz siyasətini həyata keçirməyə lazımi şərait yaratmışdır.
    3-TORPAQ QÜDRӘTİ NӘZӘRİYYӘSİ (1904)
    Bu nəzəriyyə Helford Mekinder tərəfindən irəli sürülmüşdür. O, İngiltərənin coğrafi səltənət təşkilatı və bir neçə il gəmiçilik səltənət komitəsinə rəhbərlik etmiş, 12 il İngiltərə parlamentində dövlət vəkili olmuşdur. Mekinder quru ərazilərə daha çox üstünlük vermiş və onların ələ keçirilməsini dünyaya hegemonluq hesab etmişdir. Mekinderin irəli sürdüyü bu nəzəriyyə "Harteld" (yerin ürəyi) kimi daha çox şöhrət tapmışdır və onun özü yer kürəsini üç dairəyə bölmüşdür.
    1. Volqa ilə Yenisey çayları arasında yerləşən məntəqə, habelə cənubda Alp və Әlborz yüksəklikləri və şimaldakı Şimal buzlu okeanına şamil olan Avrasiya;
    Mekinderin nəzərində bu coğrafi ərazi dəniz qüvvələrinin ixiyarından xaric olan bir qala idi. Bunun üçün o bu məntəqəyə "Harteld" və ya "Yerin ürəyi” adını verir. Hal-hazırda bu məntəqə mərkəzi Asiya və Sibir əraziləri hesab olunur.
    2. Avrasiya, şimali Afrika, Avrasiyanın sahil və bir neçə yarımadanı əhatə edən daxili haşiyə;
    3. Yaponiya, Avstraliya, İngiltərə və sair ölkələrin ətrafında yerləşən adalar və Cənubi Afrikanın (səhranın cənubunu) əhatə edən xarici haşiyə.
    Mekinder məqsədyönlü şəkildə Hertald nəzəriyyəsini irəli sürür və onu hegemonluq və qüdrətliyin açarı hesab edirdi. Onun nəzərində hertald Şərqi Avropadan keçən yolun açarı idi. Buna görə dəə o özünün məşhur nəzəriyyəsini beləcə irəli sürür: "Kim Avropanın şərqini ələ keçirərsə, yerin ürəyinə hakim olacaqdır. Hertalda hakim olan şəxs isə, ümumdünya adaya hakim olacaqdır”.
    Ümumdünya adaya hakim olan şəxs isə bütün dünyaya hakim olmuş olur. Mekinderin irəli sürdüyü nəzəriyyə Avropanın, xüsusilə də Almaniyanın strateji tərzi-təfəkkürünə böyük təsir qoyur və onun atmosfer dairəsini müəyyən dəyişiyliklərlə sonralar irəli sürülmüş nəzəriyyələr də qoruyub-saxlaya bilir.
    İ Dünya Müharibəsindən əldə olunan təcrübələr, Mekinderi irəli sürdüyü nəzəriyyədə müəyyən dəyişiyliklər aparmağa vadar edir. Beləliklə, o Şimali Amerikada başqa bir Hertaldın da mövcud olduğunu hesab etməyə başlayır. O, belə bir qənaətə gəlir ki, iki Hertaldın bir-biri ilə birləşməsi böyük bir qüdrətin meydana gəlməsi və Almaniyanın yaratdığı təhlükənin dəf olmasına səbəb olacaqdır.
    4-REYMLANDEN NӘZӘRİYYӘSİ (1942)
    Bu nəzəriyyə ilk dəfə olaraq amerikan Spaykmen tərəfindən irəli sürülür. O, quruya daha çox üstünlük verən və Hertaldı hegemonluq açarı hesab edən Mekinderin əksinə olaraq, haşiyəvi mühasirəyə (və ya daxili aypara) daha çox üstünlük verməyə başlayır. O belə bir əqidədə idi ki, Reymlanda nəzarət edən hər bir dövlət, ümumdünya hegemonluğu əldə etmiş və ya qüdrəti öz milli mənafeinə doğru istiqamətləndirilmiş olur. Spaykmen haşiyəvi ərazilərin və ya Reymlanden üçün həm dəniz, həm də quruluq xüsusiyyətinə malik olan iki mahiyyətdən ibarət olduğunu hesab edir. O, belə ki bəzən dəniz, bəzən də quru quvvələrə üz tutur.
    O, Amerika dövlətinə Avrasiyanın haşiyəvi məntəqələrini ələ keçirməyi tövsiyə edir. Buna görə də bəziləri belə bir əqidədədirlər ki, Amerkanın həyata keçirdiyi nüfuzun qarışısını alma siyasəti, məhz "Reymland" nəzəriyyəsi olmuşdur. Çünki Amerika dövləti Sovet İttifaqının nüfuz və haşiyəvi genişlənməsindən çox narahat idi. Bu səbəbdən bəzi ölkələri özünə cəlb etməyə başlayır. Amerika dövlətinin İran, Türkiyə, Yunanıstan kimi ölkələrə Sovet İttifaqının və komunistlərin toruna düşməmələri məqsədilə etdiyi maddi yardımları buna misal çəkmək olar. Çünki bu ölkələr strateji baxımdan olduqca mühüm mövqeə malik olmuş və nazik "Reymland" divarını təşkil edirdilər. Bunun üçün də son iki əsrdə şimal və cənubdakı iki quru qüdrət arasında bir növ fasilə rolunu oynamış və daim qüdrətli ölkələrin nüfuz və rəqabət mərkəzinə çevrilmişdir.
    5-HAVA QÜDRӘTİ NӘZӘRİYYӘSİ (1950)
    Hava qüdrət nəzəriyyəsi ilk dəfə olaraq əsliyyəti (və ya milliyyətcə) rus olan amerikan zabiti Severiski tərəfindən irəli sürülmüşdür. Severiski irəli sürülmüş iki əvvəlki nəzəriyyədən fərqli olaraq, hava qüdrətinə daha çox üstünlük vermişdir. O, bu barədə bir neçə kitab təlif etmiş və dünyanı Azimutal sistemi əsasında təsəvvür etməyə başlamışdır. Bu sistem əsasən, şimal qütbündəki Amerika ilə Sovet İttifaqı arasındakı strateji fasilə bir-birlərinə daha yaxınlaşır. O, belə bir əqidədə idi ki, şimal qütbünə nəzarət edə bilən hər bir ölkə, qüdrəti öz mənafeinə doğru istiqamətləndirə bilər. Məhz bu səbəbdən şimal qütbü strateji əhəmiyyət kəsb etməyə başlayır. Beləliklə, hərbi fəaliyyətlər, məntəqəyə nəzarət və hərbi hissələrin təsis olunması geniş vüsət halı tapmağa başlayır. Suriski bu sistemin əsasında dünyanı müxtəlif hissələrə bölərək, onları ayrı-ayrılıqda təhlil etməyə başlayır və istər quru qüdrətlərin olsun, istərsə də, dəniz onların hər biri üçün müəyyən nüfuz və əhatə dairəsi nəzərdə tutur. Lakin bu iki əhatə dairəsi bir məntəqədə bir-birlərinin ərazisinə daxil olmuş və bunun üçün də buraya "qərar qəbul olunma məntəqəsi" adını vermişdir.
    6-KOHENİN SİSTEM NӘZӘRİYYӘSİ
    Müasir Amerikan coğrafiyaşünası Saul Kohen özünün hərəkətəgətirici və fəal xüsusiyyətə malik olan ümumdünya gepolitik nəzəriyyəsini iki yönümdə, yəni atmosfer quruluşu və qüdrətin bölünməsi ilə irəli sürür. Sabit baxışa malik olan və dövlətlərarası əlaqələri mövqe, ərazi genişliyi, quruluş və bu kimi sabit coğrafi amillər əsasında araşdıran klassik geopolistlərdən fərqli olaraq, Kohen dünyanın geopolitik sistemini ölkələrin dünyadakı qüdrət və mövqei əsasında təhlil və araşdırmağa başlamışdır. Keçmiş dövrlərdə döyüş və müharibə xüsusiyyətinə malik olan Sovet İttifaqı ilə ABŞ-ı dünyanı nüvə rəqabətləri ilə qeyri-fəal və hərəkətsiz bir vəziyyətə gətirib çıxaran gepolitik quruluşun əksinə olaraq, o, belə bir əqidədə idi ki, ümumdünya quruluşu təcrübə, ictimai əlaqələr və texnologiya kimi sahələrdə qarşılıqlı ehtiyaclar əsasında daxili həmrəylik və sülhsevərlik xüsusiyyətinə malik ola bilər. Kohenin təklif etdiyi quruluşda, fəaliyyətlə yanaşı baş verən dəyişilikdən sonra quruluşun ifa etdiyi rol, qüdrətində bir növ bərabərlik və stabillik də meydana gəlir. Dövlət və ölkə kimi quruluş üzvlərinin ifa etdiyi rol və malik olduğu qüdrətə təsir qoyan amillər isə aşağıdakılardan ibarətdir:
    Daxili amil və dəyişikliklər;
    Buraya siyasi, iqtisadi, ictimai, mədəni və texnoloji quruluş daxildir.
    Xarici amillər;
    Ölkə və dövlətlərin qarşılıqlı inkişaf və fəaliyyəti, habelə onların birgə həmrəyliyinə köməklik göstərən xarici ticarət, siyasi əlaqələr, hərbi hissələr, mühacirət və sair məsələlər daxildir.
    Xaricdə fəaliyyət göstərən daxili qüvvələr
    Kohen ölkə və dövlətlərin ticari məsələlər və sistematik əlaqələrinə xüsusi diqqət yetirir. Eyni zamanda ticarət və ya iqtisadi, ticari və ictimai əlaqələr arasında müstəqil əlaqənin mövcud olduğunu hesab edir. Әslində, o özünün irəli sürdüyü bu nəzəriyyə ilə ölkə və dövlətlərdəki tənəzzülü bəyan etmək istəyirdi. Bu mənadakı, dövlətlərarası məsələlər nə qədər çox olarsa, ölkədəki stabillik də bir o qədər çox artıb, tənəzzülün qarşısını alacaqdır. Әksinə, bu məsələ nə qədər çoxalarsa, ölkədəki tənəzzül və qeyri-stabillik də bir o qədər artacaqdır. O, daxili quruluşların parçalanmasını tələfatın artmasında, Sabiq Sovet İttifaqı və Yuqoslaviyanın süqutunu isə, quruluşun bağlı olduğu və bu dərəcənin artmasından irəli gəldiyini hesab edir.
    Kohen 1991-ci ildə verilən tələfatlar əsasında dünya ölkələrini bir neçə hissəyə bölmüşdür. Onlardan bəziləri Şimali Amerika kimi ən az, Cənubi Amerika və Cənubi Afrika kimi ölkələr də özünün ən yüksək səviyyəsinə çatmışdır. O, bu on amili əsas götürərək, inkişaf və tənəzzülü onunla müqaisə edir:
    1. Әldə olunan pulun miqdarı;
    2. Kənd Təsərrüfatı məhsullarının istehsalı;
    3. İstehsal olunan mallar;
    4. İxracat;
    5. İnkişaf məqsədilə aparılan təhqiqatlar;
    6. Alimlərin sayı;
    7. Mühəndislər;
    8. Xarici bocların çoxalması;
    9. Elmi mübadilə;
    10. Edilən ixtiralar.
    Bütün bunlar isə ya ən yüksək, ya yüksək, ya orta və ya aşağı səviyyədə ola bilər.
    DÜNYANİN GEOPOLİTİK QURULUŞU
    Kohen dünyanın coğrafi və atmosfer (ərazi) baxımından özünəməxsus geopolitik quruluşu barədə açıqlama verir. Bu quruluş özünün ən yüksək dərəcəsində iqtisadi və ticari cərəyanlarda xüsusi diqqət yetirilən iki böyük geopolitik əhatə dairəsinə bölünür. O, bu əhatə dairələrindən birini dünya ticarətinin demək olar ki 70%-ni öz ixtiyarında saxlayan dənizdən, digərini isə dünya ticarətinin 10%-ni öz ixtiyarında saxlayan qitədən asılı olduğunu hesab edir. Kohen belə bir əqidədə olmuşdur ki, geopolitik əhatə dairələrinin hər biri bir neçə daxili və tarixi bağlılıqlar əsasında özünəməxsus xüsusiyyətə malik olan geopolitik məntəqələrə yiyələnirlər. Quru geopolitik əhatə dairəsi dedikdə, o, Avrasiyanın böyük bir hissəsini və iki başqa geopolitik məntəqəni nəzərdə tutur:
    1. Sabiq Sovet İttifaqının ərazisi olan Harteld (dünyanın ürəyi) və Sibir;
    2. Çin, Monqolustan və Şimali Koreyanın ərazilərinə daxil olan Şərqi Asiya.
    Dəniz geopolitik əhatə dairəsi isə altı məntəqədən ibarət olan bir çox Qərbi Avropa, Amerika, Afrika, Şərqi Asiya ölkələrinə şamil olur. Onlar aşağıdakılardan ibarətdir:
    Qərbi və mərkəzi Avropa;
    Şimal hövzəsi (neft hövzəsi);
    Cənubi Amerika;
    Mərkəzi Amerikada Karib hövzəsi;
    Avstraliya, Okeaniya və Asiyanın sahil əraziləri;
    Cənubi Afrika (yeni məntəqə).
    Kohenin nöqteyi-nəzərindən, hər bir geopolitik məntəqə daxilində yüksək geopolitik mövqeə malik olan və məntəqəyə rəhbərlik edən regional qüvvələr fəaliyyət göstərir. Həmçinin, o belə bir əqidədə idi ki, qeyd olunan əhatə dairəsində beş qüdrətli ölkə yerləşmişdir və onlar Amerika, Rusiya, Çin, Yaponiya və Avropa birliyindən ibarətdirlər.
    Kohen qeyd olunan iki geopolitik əhatə dairəsindən xaricdə özünəməxsus xüsusiyyətə malik olan üç başqa məntəqəni təklif etmişdir və onlar aşağıdakılardan ibarətdir:
    Cənubi Asiya;
    Müstəqil məntəqə olan bu ərazidə Hindistan qüdrətli ölkə hesab olunur. Bu geopolitik məntəqə hal-hazırda dünya ticarətinin 8-10%-ni öz ixtiyarında saxlayır.
    Şərqi Avropa;
    Kohen bu məntəqədə yerləşən dövlətləri "Qapı” (darvaza) ölkələri adlandırır. Quru və dəniz geopolitik əhatə dairəsində yerləşən bu məntəqə, gələcəkdə əlaqələndirici funksiyaya malik olacaqdır.
    Orta şərq məntəqəsi;
    Kohen bu məntəqəyə "sındırıcı kəmər"(Sarter Belt) adı vermişdir. Onun əqidəsinə görə, bu məntəqə yuxarıda adları çəkilən mühüm geopolitik əhatə dairələrinin rəqabət mərkəzinə çevrilmişdir.
    Kohen özünün əvvəlki nəzəriyyəsində Şərqi Asiyanın cənubunu və Cənubi Afrikanı da "sındırıcı kəmər" adlandırmışdır. Lakin belə bir əqidə də olmuşdur ki, Soyuq Müharibədən sonra bu iki məntəqə dəniz geopolitik əhatə dairəsinə üz tutmuş öz sındırıcı xüsusiyyətini itirmişlər. Bunun üçün də o hal-hazırda yalnız Orta şərqi "sındırıcı kəmər" hesab edir. Kohen irəli sürdüyü nəzəriyyədə daxili və xarici amilləri müəssir hesab edir.
    Xarici amillər bir çox hallarda geostratejik əhatə dairəsində fəaliyyət göstərən qüvvələri müşahidə edir və bu qüvvələr, ABŞ, Rusiya və Avropa dövlətlərinə şamil olur. Tədriclə, Çin və Hindistan da onlara əlavə olunacaqlar.
    Daxili amillər ümumilikdə Orta şərqdə - İran, Türkiyə, İraq, Suriya, İsrail və Misir kimi dövlətlərin daxili ziddiyyətlərini müşahidə edir.
    Kohen Orta şərqin meydana gəlib və sındırıcı xüsusiyyətə malik olmasında fərdi və ya kütləvi fəaliyyətləri müssir hesab edir və onun həll olunması üçün lazımi tövsiyələr verir(Belə nəzərə çarpır ki, bu tövsiyələr və çıxış yolları Amerika dövlətinin diqqət mərkəzində olmuşdur. Çünki, Amerikanın məntəqədə Orta şərq barədə tətbiq etdiyi siyasət məhz bu nəzəriyyə əsasında qurulmuşdur.):
    1. Məntəqədə dövlətləri bir-birlərinə yaxınlaşdıracaq ticari birliyi yaradıb, onların fəaliyyətini genişləndirmək;
    2. Orta şərqdə kütləvi qırğın silahlarının məhv olunması;
    3. Orta şərqdə yüngül silahların çoxalması;
    4. Məntəqədə bir ölkənin başqa ölkəyə təcavüz etməsinin qarşısını almaq məqsədilə, Amerikanın onların işlərinə müdaxilə etməsi;
    Kohen dünyanın bəzi məntəqələri barədə verdiyi proqnozları belə açıqlayır:
    1. Orta şərq keçmişdə olduğu kimi sındırıcı kəmər olaraq qalacaqdır;
    2. Müttəhid Avropa, bəlkə də, NATO-nun bir hissəsi olaraq qalacaqdır;
    3. Rusiya əvvəlki bağlılıqlar əsasında müştərək mənafeli ölkələrdə öz nüfuzunu artıracaq və Sovet İttifaqının başqa bir forması yenidən qorunub-saxlanılacaqdır;
    4. Çin öz hərbi qüvvəsini artıracaq və öz iqtisadiyyat qapılarını hamının üzünə açıq qoyacaqdır;
    5. Hindistan hərbi və iqtisadiyyat sahələrində inkişaf edəcəkdir;
    6. Yaponiya və Avstraliya pasifik hövzəsində regional qüdrət kimi fəaliyyət göstərəcəkdir. Yaponiya iqtisadi qüdrətə xüsusi diqqət yetirəcək. Avstraliya isə əvvəlkindən çox Asiya xüsusiyyətinə yiyələnib, Avropa xüsusiyyətindən uzaq düşəcəkdir;
    7. Cənubi Afrikada regional qüdrət olan Nigeriya və Cənubi Afrika inkişaf edəcək və özünə məxsus geopolitik sfera yaradacaqdır;
    8. Yer kürəsinin 1/4-ni təşkil edən Cənubi Amerika və Cənubi Afrika daha ağır şəraitlə qarşılaşacaq və dünyanın digər məntəqələrində böhran vəziyyətinin meydana gəlməsinə səbəb olacaqdır. Yoxsulluq, cəmiyyət, ömrün azalması, borclar, böyük həcmli sərmayələrin qoyulması, texnoloji çatışmamazlıq kimi ümumi məsələlər onların əhatə dairəsində daha da artacaqdır.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 964 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024