İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    6:52 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild
    7-SİVİLİZASİYALARİN TOQQUŞMA NӘZӘRİYYӘSİ
    Bu nəzəriyyə, 1993-cü ildə Harvard Universitetində "Amerikanın milli əlaqələri, təhlükəsizlik mühiti" adlı araşdırma proyekti üçün Samuel Hantiqton tərəfindən irəli sürülmüşdür.
    Bu nəzəriyyə mədəni dövlət, millət və qruplaşmalararası əlaqələrin hansı səviyyədə olduğunu və aralarındakı atmosfer əlaqələri izah edir.
    Bu günlər mədəniyyət müəyyən geopolitik funksiyaya malik olmağa başlamışdır və onun gələcəkdə daha böyük rol oynayacağına da ehtimal vermək olar. Mədəniyyətin müasir dövrdə millət və dövlətlərarası əlaqələrdə meydana gəlməsi son iki on il, xüsusilə də İran İslam İnqilabından sonrakı illərə qayıdır. Çünki İran İslam İnqilabı mədəniyyət ünsürünü həmişə fəal və siyasi rəftar kimi açıqlayır. Mədəniyyətin İslami İnqilab mahiyyətində açıqlanması, digər mədəniyyətlərdə də əks səda doğurmağa başlamışdır. Dünyanın digər dini rəhbərlərində mədəni agahlıq ruhiyyəsinin meydana gəlməsini buna misal çəkmək olar.
    Bu cərəyan İslam dünyasının həm daxili, həm də xaricində öz təsirini qoya bilir. Onların ictimai, siyasi və geopolitik quruluşuna təkan verərək, dini dövlət, millət və qruplaşmaların əlaqələrinə təsir qoyur. Cərəyan genişlənib Qərblə İslam mədəniyyəti arasındakı ziddiyyətlik geniş vüsət halını tapdıqdan sonra Amerikanın dövlət adamları, habelə nəzər sahibləri bu məsələyə diqqət yetirməyə məcbur olurlar. Beynəlmiləl əlaqələr sahəsində müxtəlif nəzəriyyələr irəli sürən Hantiqtonun özü, bu yeni cərəyanı teoriləşdirmiş və dünyanın böyük mədəniyyət əhatə dairələrinin qərəzli rəftar və davranışlarını ortaya çıxarmışdır. O, öz fərziyyəsini svilizasiyaların toqquşması, eyni svilizasiyaya malik olan dövlət və millətlərin davranışları, İslamla qərb arasındakı bağlılıq və qərb mədəniyyətinin qorunub-saxlanılması üçün irəli sürdüyü təkliflər və bu kimi müxtəlif mövzular çərçivəsində irəli sürmüşdür. Bu nəzəriyyənin iki tərəfi vardır: bəyanedici və istifadə olunan. Onların hər ikisinə bəzi iradlar tutulmuşdur. Hərçənd, Hantiqton tutulan iradlara cavab vermək üçün öz nəzəriyyəsini daha da təkmilləşdirməyə çalışmışdır. Hantiqtonun sürdüyü əsas fərziyyədə qeyd edir ki, müasir dünyadakı münasibətlər, bundan belə ideoloji və iqtisadi məsələlər deyil, böyük bölgülərə səbəb olan mədəniyyət olacaqdır. Lakin dünya siyasətində yüksək svilizasiyaya malik olan dövlət və millətlər arasında ciddi qarşıdurmalar meydana gələcəkdir və bu qarşıdurmalar dünya siyasətinə qalib gələcəkdir. Gələcəkdə svilizasiyalar arasında meydana gəlmiş ayrılıqlar, müharibə və qarşıdurma zolağına çevriləcəkdir.
    Hantiqton belə bir əqidə də idi ki, svilizasiya, müəyyən insan kütləsinin şəxsiyyətindən xəbər verir və bu ən yüksək bölgü meyarıdır. Bunun əsasında da, bəşəriyyəti hər birinin özünəməxsus xüsusiyyətə malik olan yeddi və ya səkkiz svilizasiyaya bölür:
    1. Qərb mədəniyyəti (Amerika və Avropa mədəniyyəti);
    2. Slavyan-ortodoks mədəniyyəti;
    3. Konfusiyus mədəniyyəti;
    4. Yaponiya mədəniyyəti;
    5. İslam mədəniyyəti (ərəb və qeyri-ərəb, türk və malay mədəniyyəti);
    6. Hind mədəniyyəti;
    7. Latın Amerika mədəniyyəti;
    8. Afrika mədəniyyəti
    O, tarix, dil, irq, din, adət-ənənə, incəsənət, memarlıq, inam və dəyərlərə şamil olan mədəniyyəti və mədəni xüsusiyyətlərin sivilizasiyadan doğduğunu bildirir.
    Hantiqton mədəniyyəti, ümumilikdə bir-birindən fərqli olan insan şəxsiyyətinin mənşəyi hesab edir. İnsanın Allah, insanların bir-birləri ilə, insanın ətraf mühit, övladla valideyn, əhali ilə dövlət arasında olan əlaqələri, azadlığı, məsuliyyət və sairi buna misal çəkmək olar.
    O, mədəniyyətlər arasında meydana gələn ixtilaf və qarşıdurma amillərinin aşağıdakılardan ibarət olduğunu hesab edir:
    Bünövrə xarakeri daşıyan mədəniyyət və svilizasiyaların bir-birlərindən fərqlənməsi;
    Mədəni agahlığın artması;
    Cəmiyyətin ictimai-iqtisadi sahələrdə modernləşməsi nəticəsində dövlət və millətlər arasındakı əlaqələrin zəifləməsi, mədəni xüsusiyyətlərin formalaşması, beynəlmiləl iqtisadiyyatda regional təmayülün inkişafı və s.
    O deyir: "İrqi və regional mədəniyyətlər arası səviyyədə ixtilaf və qarşıdurmalar meydana gələcəkdir və qarşıdurmaların baş verdiyi məkan, mədəniyyətləri bir-birlərindən ayıran orta xətt olacaqdır. Belə ki, hər hansı bir mədəniyyətə malik olan bir ölkə, mədəniyyət baxımından ondan fərqli olan başqa bir ölkə ilə qarşı-qarşıya durarsa, "Mədəni cəmiyyət" yaranıb eyni mədəniyyətə malik olan ölkələr bir-birləri ilə birləşərək digər ölkələrə qarşı müxalif mövqe tutmağa başlayacaqdır.
    O, bu məsələyə dair Sabiq Yuqoslaviya, Qafqaz, Hindistan və Afrikada baş verənləri buna işarə edir. Hantiqton apardığı araşdırmalardan sonra belə bir nəticəyə gəlir ki, gələcəkdə dünyada bir neçə qüdrət və mədəniyyət fəaliyyət göstərəcəkdir və Qərb mədəniyyəti də onlardan birini təşkil edərək, hegemonluq iddiası edə bilməyəcəkdir. Hantiqton belə bir əqidədədir ki, gələcəkdə baş verən qarşıdurmalar İslam mədəniyyəti ilə qərb mədəniyyəti arasında başlayacaq və Konfusiyus mədəniyyəti ilə birləşərək, Qərb mədəniyyətinə qarşı müxalif mövqe tutmağa başlayacaqdır.
    Gələcəkdə dünyada baş verən cərəyanlara işarə etməklə yanaşı, Qərb mədəniyyətinin süqutunun qarşısını almaq məqsədilə, bir neçə təklif irəli sürmüşdür və bu təkliflərə qısa və uzunmüddətli razılaşmalar əsasında baxılır. Qısa müddətli təkliflər aşağıdakılardan ibarətdir:
    1. Qərb mədəniyyəti, xüsusilədə Şimali Amerika və Avropa mədəniyyətləri arasındakı birlik və həmkarlıq;
    2. Qərb cəmiyyətləri ilə Şərqi Avropa və Latın Amerika ilə əldə olunan birlik;
    3. Qərbin Rusiya və Yaponiya ilə etdiyi həmkarlıq;
    4. Qərbin daxili və xarici mədəniyyəti ilə onunla yeni səviyyədə olan mədəniyyətlər arasında baş verən ixtilafların qarşısını almaq;
    5. İslam mədəniyyəti ilə Konfusiyus mədəniyyətləri arasında genişlənməkdə olan həmkarlığın qarşısını almaq;
    6. Amerika ordusunun, Asiyanın şərq və cənub-şərqində yerləşdirilməsinə verilən razılıqların artması;
    7. İslam mədəniyyəti ilə Konfusiyus mədəniyyəti arasında yaranmış ixtilaflardan bəhrələnmək;
    8. Qərb və Amerika silahlı qüvvələrinin azalmasındakı bərabərlik (azalmasının qarşısını almaq);
    9. Qərb dəyərləri ilə həmfikir və ona arxa olan digər mədəni qruplaşmaların himayəsi;
    10. Beynəlmiləl müəssisələrin gücləndirilməsi və qərbə xas olan dəyərlərin, habelə qərbə olan təmayülün yayılması.
    Uzun müddət üçün irəli sürdüyü təkliflər isə bunlardan ibarətdir:
    Qərbin modern mədəniyyətlərinin həyata keçirilməsi və onların arasında uyğunluq yaratmaq;
    Qərbin iqtisadi və hərbi qüdrətinin qorunub gücləndirilməsi;
    Qərbin digər din və mədəniyyətlərin fərziyyə və fəlsəfəsini dərindən dərk etməsi;
    Qərb və digər mədəniyyətlər arasında olan müştərək ünsürlərin tanınıb gücləndirilməsi
    Hantiqdon irəli sürdüyü təkliflərin sonunda mədəniyyətlərarası ixtilafların qarışısını almaq məqsədilə deyir: "Gələcəkdə bir yox, bir neçə mədəniyyət mövcud olacaqdır və onlardan hər biri digəri ilə necə yaşamalı olduğunu öyrənməli olacaqdır".
    Mədəniyyətlərin qarşılıqlı rəftar və davranışlarına dair irəli sürülmüş nəzəriyyəni diqqətdən keçirək:
    Bu nəzəriyyə siyasətçilər tərəfindən bəzi iradlar tutulmuşdur. Lakin dünyada baş verən həqiqətləri özündə əks etdirən bir nümunə kimi öz mövqeini qoruyub saxlaya bilmişdir.
    Bu nəzəriyyə Qərb mədəniyyətindən meydana gəlmişdir. Belə bir tərzi–təfəkürə əsasən, qərb mədəniyyətinin gələcəyi nigarançılıq doğurmağa başlamış və Hantiqtonun irəli sürdüyü təkliflərin bir çoxu qərb mədəniyyətinin qorunub gücləndirilməsinə istiqamətləndirilmişdir.
    Bu nəzəriyyə şəxsi nəticələr əsasında formalaşmış və gətirilən dəlillərin kifayət qədər əsası yoxdur.
    Nəzəriyyədə verilən proqnozların baş verməsi heç də qəti deyildir. Çünki əlaqələr, birlik və ayrılıq gedişatları, təfəkkür səviyyəsinin artması və bu kimi dəyişiyliklər nəzərdə tutulan baxışı dəyişdirə bilər.
    Nəzəriyyə ilə tanışlıq, yer üzərindəki siyasi vahidlər arasındakı əlaqə və quruluşu özündə əks etdiyi üçün lazımi və zəruridir.
    (3-2-4) MİLLİ QÜDRӘT
    İnsanın nəzərdə tutduğu işi görmək üçün ixtiyarında olan istedad və bacarığa "qüdrət" deyilir. Başqa sözlə desək qüdrət, insanın hər hansı bir işi görmək üçün və başqa birisinə müsbət münasibət bəsləmək məqsədilə, ixtiyarında olan istedad və bacarığa deyilir. Cəmiyyət və millət kimi yüksək səviyyədə nəzər saldıqda qüdrət, hər hansı bir cəmiyyətin milli qüdrətinə səbəb olan imkan və bacarığına deyilir. Ölkənin milli qüdrəti, milli sərvətlərini qorumaq və nəzərdə tutduğu planları həyata keçirmək üçün ixtiyarında olan imkanlara deyilir. Milli qüdrət istər-istəməz genişlənməyə və millətlər öz qüdrətlərini artırmağa can atırlar.
    Ölkələr mümkün qədər çox qüdrət əldə etmək üçün yeni fürsət və imkanlar axtarırlar.
    Milli qüdrətə xas olan xüsusiyyətlərdən biri də onun həmişə fəal olmasıdır. Milli qüdrət vasitəçi rolunu oynamaqla yanaşı, ölkənin hədəf və amalı kimi də özünü təcəlli edir. Milli qüdrət, siyasi rəhbərlərinin əlində milli mənafeni qorumaq və onu genişləndirmək üçün ən gözəl vasitədir.
    Milli qüdrətin istifadə olunduğu iki əhatə dairəsi vardır:
    Daxili əhatə dairəsi;
    Buraya qanunvericilik, hüquq və nizamnamələrin müəyyənləşdirilməsi, qanunların icrası, ictimai məsələlərin həll olunması, cəmiyyət üzvləri arasındakı əlaqələrin yaxşılaşdırılması, qanunvericilik, məhkəmə və sair qanuni təhlükəsizlik komitələri vasitəsilə daxili təhlükəsizliyin təmin olunması daxildir.
    Xarici əhatə dairəsi;
    Qarşıya qoyulan hədəfə çatmaq, milli mənafeni qorumaq və beynəlmiləl səviyyədə milli təhlükəsizliyi təhlükə ilə üzləşdirən amillərin dəf olunmasında istifadə olunur.
    Milli qüdrət iki halda istifadə olunur:
    Nüfuz;
    Güc və zorakılığın tətbiqi
    Nüfuz, geopolitik mahiyyətə malik olduğu üçün və bu günlər böyük dövlətlərin, kiçik və ya öz səviyyələrində olan dövlətlərə qarşı daim diqqət mərkəzində olur. Güc və zorakılıqdan isə nüfuz heç bir nəticə vermədikdə istifadə olunur.
    1-MİLLİ QÜDRӘTDӘN İSTİFADӘ OLUNAN MӘRӘHӘLӘLӘR
    Milli qüdrətdən aşağıdakı yerlərdə istifadə olunur.
    Sülh məramlı üsullar:
    Qaneetmə;
    Müxtəlif üsullardan, xüsusilə də müzakirə və danışıqlardan istifadə etməklə, tərəf müqabilinə qənaətbəxş cavablar vermək.
    Təklif və mükafat;
    Bu yolla tərəf müqabili onu maraqlandıran mövzuya cəzb olunur.
    Mali (maliyyə), siyasi, diplomatik, hərbi və s. köməkliklər etməklə, tərəf müqabilinin mükafatlandırılması.
    Düşmənçilik:
    1. Cəzalandırma ilə hədə-qorxu gəlmək;
    2. İqtisadi enbarqo, təbliğatın qarşısını almaq və bu kimi üsullardan istifadə edərək, qeyri-hərbi təzyiqlərin göstərilməsi;
    3. Hərbi xəbərdarlıq;
    4. Hərbi üsulardan istifadə.
    2-MİLLİ QÜDRӘTDӘN İSTİFADӘ OLUNMASİNİN İRADLARİ
    Beynəlmiləl əlaqələrdə milli qüdrətdən aşağıdakı yerlərdə istifadə olunur:
    1. Diplomatik müqavilələr;
    2. İqtisadi yardıma dair verilən vədələr;
    3. Təbliğat;
    4. Gömrük tariflərin dəyişilməsi;
    5. İqtisadi enbarqo;
    6. Hərbi təhdid;
    7. Siyasi iqtisadi, mədəni təzyiqlər;
    8. Hərbi müdaxilə (ordudan istifadə);
    9. Üsyan, terror, casusluq, təhlükəsizlik və partizan müharibələrinə şərait yaratmaqla, ölkənin daxili işlərinə müdaxilə;
    10. Hiylə;
    11. Siyasi stabilsizliyi yratmaq;
    12. Siyasi, əqidəvi, iqtisadi və mədəni nüfuzun göstərilməsi.
    3-MİLİ QÜDRӘTİN DӘRӘCӘLӘRİ
    Ölkənin milli qüdrəti qoyduğu təsir və şamil olduğu əhatə dairəsi baxımından bir neçə hissəyə bölünür:
    Ümumdünya milli qüdrət;
    Dünyada baş verən cərəyanlara təsir göstərə bilən qüdrətə ümumdünya və ya qlobal milli qüdrət deyilir. Әlbətdə, bəzi qüdrətlər müxtəlif, bəziləri isə müəyyən sahələrdə bu imkanlara malik olurlar. Məsələn, Yaponiya iqtisadi sahədə öz təsirini qoya bilir.
    Ümumdünya potensial qüdrət;
    Hal-hazırda inkişaf ümumdünya qüdrət səviyyəsinə çatmaqdadır. Çini buna misal çəkmək olar.
    Regional milli qüdrət;
    Hindistan, Nigeriya və Cənubi Afrika kimi belə bir qüdrətə malik olan ölkələr müəyyən nüfuz və əhatə dairəsinə malik olub, yerləşdiyi məntəqə və ya qitəyə öz təsirini qoya bilir.
    Kiçik və ya məhəlli qüdrət;
    Belə bir qüdrətə malik olan ölkə, milli səviyyədə müəyyən məntəqə və nüfuza yiyələndiyi əhatə dairəsinə malik olur. Səudiyə Әrəbistanın Fars körfəzinin həmkarlıq şurasındakı malik nüfuzu buna misal çəkmək olar.
    Ölkədaxili qüdrət
    Yanlız ölkə daxilində iqtidarda olan qüdrətə ölkədaxili qüdrət deyilir. Bir çox hallarda belə bir qüdrətə kiçik dövlətlər malik olurlar.
    4-MİLLİ QÜDRӘTİN MӘNBӘLӘRİ VӘ YA QÜDRӘTӘ SӘBӘB OLAN AMİLLӘR
    Siyasi coğrafiya, geopolitologiya, beynəlmiləl əlaqələr və siyasət elimlərinin mütəxəssisləri milli qüdrətin meydana gəlməsinə dair müxtəlif nümunələrə işarə etmişlər. Morkent, Arkansiki, Kohen, Kloiter və Mahan kimi nəzər sahiblərini buna işarə etmək olar. Bu numunələr bir çox hallarda bir-birləri ilə oxşar olsalar da, milli qüdrəti dəqiq ölçü və çərçivədə müəyyən edə bilməmişlər. Çünki milli qüdrətin (Tərcümə olunmayıb diqqət et kitab səh 248, vərəq səh.668) bir hissəsi müəyyən kəmiyyət və keyfiyyətə malikdir. Bunun üçün də milli qüdrətə qiymət vermək, bir o qədər də asan deyildir. Ümumi milli qüdrəti səkkiz hissəyə bölmək olar.
    1. İqtisadi amillər;
    2. Әrazi amilləri;
    3. Hökumət amilləri (siyasi və idari amilər);
    4. Elmi və texnoloji amillər;
    5. İctimai amillər;
    6. Mədəni amillər;
    7. Hərbi amillər;
    8. Ölkə xarici amillər.
    İqtisadi amillər:
    1. İstehsalın əsasını təşkil edən milli sərmayə, milli büdcə, əhalinin sərmayə qoymağa təhrik olunmaları, enerji, yer altı təbii sərvətlər, ərazi və məkan, nəqliyyat, idarəetmə, istehsal texnologiyasının səviyyəsi, iqtisadi qurum təşkilatı, insan qüvvəsi, mühəndis, müdir və mütəxəssislərə şamil olur;
    2. İstehsal miqdarı;
    Sənət, əkinçilik, Heyvandarlıq və sair xidmətlərə şamil olur.
    3. İstehsal səviyyəsi;
    Milli istehsalın miqdarı (G.N.P. ), başlıq istehsal, özünütəmin etmə səviyyəsi, milli istehsaldan atıq qalan məhsullar, beynəlmiləl istehsal mövqe və istehsal tərkibinə (xammala, sənət, əkinçilik və xidmət) şamil olur.
    4. İstehsal mübadiləsi;
    İdxalat, ixracat və ticari bərabərliyə şamil olur.
    5. Sərvət və mali mənbələr
    Xarici ölkələrə verilən borclara (xarici ölkələrdən tələb olunan borclar) beynəlmiləl ehtiyatlar, qoyulan beynəlmiləl sərmayə, maliyyə xidmətləri (bank və sığorta) və xarici vətəndaşların sərvətinə şamil olur.
    Әrazi amilləri:
    Geopolitik strateji iqlim əlaqə mövqiyyəti və s;
    Təbii şərait, ərazi quruluşu, tipoqrafiya, təbii təhlükəsizlik və sərhədlərin təyin olunması;
    Vüsət;
    Abadlaşdırılmış, qeyri-münbit və istifadəyə hazır ərazilər və mühüm strateji məntəqələrə şamil olur.
    Su, torpaq, hava, bitgi örtüyü, heyvanat aləmi kimi həyat üçün zəruri olan ünsürlər.
    Hökumət amilləri (siyasi və idari amillər) aşağıdakılara şamil olur:
    Siyasi stabillik;
    Dövlət təşkilatının fəaliyyəti;
    Siyasi rəhbərlik və idarəetmə;
    Dövlət quruluşu;
    Daxili təhlükəsizlik
    Elmi və texnoloji amillər aşağıdakılara şamil olur:
    Elmi-təhqiqat mərkəzləri, universitet, universitet müəllimləri və müəllimlərin sayı, alim və təhqiqatçılar, iyirmi yaşdan yuxarı olan əhali ilə tələbələr, şagirdlərin iyirmi yaşdan aşağı olan əhali və orta təhsil almış şəxslərin ölkə əhalisi ilə müqaisəsi;
    Elmi artım;
    Universitet məzunlarının miqdarı, orta məktəb şagirdlərin sayı, çap olunmuş kitabların çapı, elmi jurnal, məqalə, təhqiqat, seminar, kəşf və ixtiraların sayı.
    Elmi idxalat;
    Çap olunmuş və ya xaricdə keçirilən seminarlara təqdim olunmuş məqalələr, ölkə vətəndaşlarının ölkədən xaricdə əldə olunmuş elmi ixtira və nailiyyətləri və ölkədaxilində təhsil alan xarici tələbələrin sayı.
    İctimai amillər:
    1. Әhalinin sayının alınması (statistika), yaş tərkibi, ömrün müddəti, ümumi ölüm, uşaqların ölüm sayı, işlə təmin olunmuş fəal cəmiyyət;
    2. Milli, dini, irqi birlik və həmrəylik dərəcəsi, vahid dilə yiylənmək;
    3. İctimai rifah
    Adam başına düşən gəlir, tibb və səhiyyənin vəziyyəti, əhlinin evlə təmin olunma səviyyəsi, saflaşdırılmış su, hamam, elektrik, şəhər əhalisinin tərkib hissəsi və s.
    Mədəni amillər:
    Mədəni səviyyə;
    Savad dərəcəsi, adam başı istifadə olunan kitablar, mətbuat, radio və televiziya.
    Milli ruhiyyə və xüsusiyyətlər;
    İftixar doğuran milli hisslər, milli xislətlər (ictimai inzibat, dözümlülük, çalışqanlıq və s.).
    Әqidəvi xüsusiyyətlər;
    Fədakarlıq, mənəvi saflıq dərəcəsi, birliyə can atmaq və s.
    Mədəni və tarixi irs;
    Tarixi köklər, qədim tapıntılar.
    Komunikasiya vasitələri, (kompyüter, radio-televiziya) onların qoyduğu təsir və tutduqları əhatə dairələri.
    Hərbi amillər:
    Canlı qüvvənin sayı;
    Canlı qüvvənin tərkib və keyfiyyəti;
    Silah və döyüş avadanlıqları;
    Təşkilatçılığın keyfiyyəti;
    Hərbi briqadanın ixtiyarında olan texnologiya;
    Hərbi komandanlığın vəziyyəti (strategiya, döyüş bacarığı, döyüş üsulları).
    Hərbi amillər (ölkə xarici):
    Beynəlmiləl birliyin rəqib və şərikləri;
    Siyasi ehtiyacların kifayət qədər təmin olunması;
    Qonşu ölkələrin vəziyyəti (güclü, zəif, bərabər, dost, düşmən);
    Mədəni əlaqələr və dini mədəniyyətin nüfuzu;
    Xaricdə olan ölkə vətəndaşları;
    Beynəlmiləl təşkilatlarda iştirak və fəaliyyət;
    Ölkə xaricində yerləşən hərbi hissələr;
    Әtraf məntəqənin təhlükəsizliyi (qonşu və məntəqədə yerləşən digər ölkələr).
    (3-2-5) MİLLİ MӘNAFE VӘ HӘDӘFLӘR
    Milli mənafe və hədəf, hər bir ölkə vətəndaşının ətrafında toplandığı və qorunub-saxlanılması üçün maddi və mənəvi sərmayə qoyduğu məsələyə deyilir. Milli mənafe bir çox hallarda başqalarının mənafei ilə ziddiyyətlik təşkil edərək, yaradılan əlaqələrdə məna və məfhum kəsb edir. Ziddiyyətli olduğu üçün də bəzən ixtilaf, keşməkeş və müharibələrə səbəb olur. Milli mənafe daxili məsələlərdə də məna və məfhum kəsb edir. Məsələn; dövlət nizam-intizam və inkişafa ciddi yanaşmaq istədikdə, ona milli hədəf, milli əzm və iradə kimi nəzər salır. Milli mənafe və hədəfi adətən dövlət rəhbərləri müəyyən edir. Onların ən başlıcası isə aşağıdakılardan ibarətdir:
    Milli təhlükəsizlik;
    Ölkə üçün təhlükə yaradan bütün ünsürlərin aradan götürülməsi, ən ömdə milli hədəflərdən biri hesab olunur.
    Milli qüdrətin gücləndirilməsi;
    Milli mənafeə nail olub onun qorunması üçün ən gözəl vasitə hesab olunur.
    Әhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə milli mənafenin genişləndirilməsi;
    Ölkə və cəmiyyətin işlərini nizama salmaq üçün milli məsələlərin idarə olunması;
    Başqalarının qarşısında milli şəxsiyyətin qorunması üçün milli dəyərə yetirilən diqqət;
    Milli mənafenin müqəddəratını həll edəcək qərarlar qəbul etmək məqsədilə milli müstəqilliyə nail olmaq;
    Milli mənafe və təhlükəsizlik üçün beynəlmiləl sülh və sabitliyə nail olmaq;
    Milli iqtidarı qorumaq üçün ərazi bütövlüyünə yiyələnmək;
    Milli qüdrəti genişləndirmək;
    Təhlükələrin qarşısını almaq və siyasi maraqları həyata keçirmək məqsədilə, başqalarının nüfuz və təsirini gücləndirmək;
    Mədəni, iqtisadi, ictimai sahələrdə milli ehtiyac və milli təhlükəsizliyin təmin olunması;
    Milli mənafe və milli təhlükəsizliyi irəli aparmaq üçün beynəlmiləl səhnədə milli iradənin həyata keçirilməsinə verilən azadlıqlar;
    Hegemon ölkələrin ikinci dərəcəli hədəfi olan qüdrət və hökmüranlığı əldə etmək istəyi;
    Әbərqüdrət və genişlənməyə can atan dövlətlərin ikinci dərəcəli olan hakimiyyət dairəsini genişləndirmək istəyi;
    Milli müstəqillik və təhlükəsizliyi gücləndirmək məqsədilə, ölkənin daxili işlərində digər dövlətlərin nüfuzunun azaldılması
    Dəyəcək bütün zərər və xəsarətlərin qarşısının alınması üçün ölkənin öz ərazi bütövlüyünü qoruyub saxlaması;
    Başqa millətlər arasında milli qürurun qorunması;
    Mənəvi dəyərlərin, milli hisslərin qorunub-saxlanılması və onun digər millətlər arasında genişləndirilməsinə can atmaq;
    Ölkədən xaricdə olan vətəndaşların hüquqlarının qorunması.
    (3-2-6) MİLLİ STRATEGİYA
    "Strategiya" kəlməsi qədim yunan sözü olan "stratequs"-dan götürülmüş və stratequs qədim Yunanda ölkə və ordu başçısına deyilmişdir. Fars dilində bu kəlmənin yerinə aparıcı, aparıcı yol, təfəkkür tərzi, ümumi yol, mövqeyyət seçmək, döyüşə yüksək səviyyədə rəhbərlik, ümumi və münəzzəm plan, döyüşə sövq, rəqabət elmi, fənn və bacarıq və s. kəlmələrdən istifadə olunmuşdur.
    Lidel Hart 1929-cu ildə strategiyanı belə tərif etmişdir: "Strategiya elə bir qüdrət və bacarıqdan ibarətdir ki, ordudan istifadə etməklə, dövlət və ya millətin təyin etdiyi siyasətə yol tapmaq olar".
    Bu sahədə fəaliyyət göstərmiş Bufer adlı başqa bir alim yazır: "Strategiya, güc və zorakılıqdan istifadə etmək bacarığına deyilir. Belə ki, siyasi hədəfə çatmaq üçün ondan daha çox istifadə etmək mümkün olsun".
    1885-ci ildə rus hərbi alayına rəhbərlik etmiş Kluzitus deyir: "Strategiya, döyüşə rəhbərlik və döyüşün nəzərdə tutulan məqsədlə həmahəng olunmasına deyilir".
    Pentaqonun ali hərbi mütaliələr təşkilatı strategiya barədə belə bir tərif irəli sürmüşdür: "Strategiya - sülh və müharibə şəraitində milli siyasətə arxa olmaq, qələbə ehtimalını çoxaltmaq məqsədi ilə iqtisadi, ictimai, mədəni və siyasi qüdrətlərin istifadə və genişləndirmə, elm və ya fənninə deyilir".
    Fransanın müharibə universitetinin strategiya barədə verdiyi tərifdə deyilir: "Milli və ya ümumi strategiya hər hansı bir millətin istifadə etdiyi qüdrət və həmahəngliyin genişləndirmə fənninə deyilir."
    Strategiya barədə digər təriflər də irəli sürülmüşdür. Diqqət yetirməli olunan məsələlərdən biri də budur ki, son vaxtlar strategiya hərbi ədəbiyyatdan çıxmış və iqtisadiyyat, ictimaiyyət, siyasət və mədəniyyət kimi sahələrə nüfuz etməyə başlamış və bəzən də bu sahələrdə oxşar təriflər irəli sürülmüşdür.
    Strategiyanın məna və məfhumu barədə deyə bilərik ki, strategiya, iki cəryan və mövzu arasında təcəlli edir. Onlardan biri və onun vasitələri, digəri isə hədəf və amalından ibarətdir. Strategiya onlar arasında bir növ əlaqə vasitəsidir. Başqa sözlə desək, strategiya, hədəfə nail olmaq üçün istifadə olunan qüdrətin əsasını təşkil edir.
    İqtidara yiyələnən və bu sahədə fəaliyyət göstərən yüksək rütbəli ordu başçıları, siyasi rəhbərlər və dövlət adamları ixtiyarlarında olan qüdrətdən qarşılarına qoyduqları hədəf və məqsədlərə çatmaq üçün istifadə edirlər. Bunun üçün də həmin məqsədlərə nail olmaq üçün elmi məlumatlarla yanaşı, şəxs güclü bacarıq və qabiliyyətə də malik olmalıdır.
    Şirkət və təşkilat müdirləri də strategiyaya böyük ehtiyac duyurlar. Çünki onlar rəhbərlik etdikləri şirkət və ya təşkilatların imkan və bacarıqlarını, qarşılarına qoyduqları hədəf və məqsədə çatmağa doğru istiqamətləndirirlər. Bütün bunları nəzərə alaraq, milli strategiyanı belə tərif edə bilərik: "Milli strategiya, ölkənin siyasi rəhbərlərinin ixtiyarlarında olan qüdrətdən istifadə edərək, milli təhlükəsizliyi təmin etmək məqsədilə həyata keçirdikləri plan və tədbirlərə deyilir".
    Milli strategiya ümumi xarakter daşıyaraq, hərbi, ictimai, iqtisadi, mədəni, beynəlmiləl və bir çox digər sahələri əhatə edir. Eyni zamanda strategiyaya, qüdrət və bacarıqların genişləndirilməsində xüsusi diqqət yetirilir. Çünki bütün bunlar strategiyanın formalaşmasının ilk mərhələsini təşkil edir. Ölkə və ya dövlət, zəif və ya heç bir qüdrətə malik olmadıqda, strategiyada heç bir uğur qazana bilmir.

    İSTİFADӘ OLUNAN MӘNBӘLӘR
    1-Smit Antoni, "Məlumatlar geopolitologiyası”, tərcümə edən Firudin Şirani, Süruş nəşriyyəsi, Tehran - 1364 (1986);
    2-Ruşəndel, Cəlil "Beynəlmiləl quruluş və milli təhlükəsizlik”, Semət nəşriyyəsi, Tehran - 1374 (1996);
    3-Corc, Piyer "Azlıqlar geopolitologiyası”, tərcümə edən Siruş Səhami, Vaqifi nəşriyyəsi, Məşhəd - 1374 (1996);
    4-İzzəti, İzzətullah "Geopolitologiya”, Semət nəşriyyəsi, Tehran - 1372 (1994);
    5-Fober, Qraham, "İranın geopolitik qibləsi”, tərcümə edən Abbas Muxbir, Mərkəz nəşriyyəsi, Tehran, 1373 (1995);
    6-Kazimi, Әli Әsğər "Qüdrətin cəmiyyət və beynəlmiləl əlaqələrdə ifa etdiyi rol”, Qomes nəşriyyəsi, Tehran 1369 (1990);
    7-Bennett, Robert and Estall. R "Global Change and Challenge Routledge”, London – 1991;
    8-Demko, G.J. and Wood. W. B. Reordering the World, Westview Press, Oxford, U.K. 1994;
    9-Diykihk, Gertyan, "National İdentity and Geopolitical Visions, Routledge”, London – 1996;
    10-Fullet. G.E. and lesser. İ. O. "The Geopolitics of İslam and the West”, Rangward books, lahore – 1995;
    11-Grrot.P. and Kofman.E "İnternational Geopolitical Analysis”, Groom Helm, London – 1987;
    12-Haroon, Ahmed, "Contemporary Conflicts”, P.P. S, Pakistan - 1991;
    13-Jonston. R. J. A "World in Crisis, Basic Black well”, U.K - 1990;
    14-Mayor, Federico, Science and Power, UNESCO, Paris - 1996;
    15-Painter, Joe, "Politics Geography”, Arnold, London – 1995;
    16-Pierson, Christopher, Modern State, Routledge, London - 1996;
    17-Sergelatovche, "Westerniation of the World”, Politey Press - 1996;
    18-Sullivan. P. O. Geopolitics, Grom Helm, London - 1986;
    19-Taylor, Peter, Political Geography, Longman, London - 1989.
    20-Thuatail. O. G. Critical Geopolitics, Routledge, London - 1996.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild | Views: 978 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024