İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1838
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • narmin93
  • Messenat
  • Riza
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • Main » 2011 » August » 25 » Kitabın adı: Gənclər üçün 100 dərs
    5:07 AM
    Kitabın adı: Gənclər üçün 100 dərs
    39-CU DƏRS: DAŞ QƏLB
    İnsan fitrətən mehriban, qayğıkeş və səmimidir. O, nəinki insanların, hətta heyvanların əziyyət çəkməsindən narahat olur, başqalarının sevincinə qoşulur.
    Fitrətini dinləyib, onun göstərişlərinə əməl edən insanın qəlbi günbəgün işıqlanır, mərhəmmətlə dolur. Amma əqlin, vicdanın fitrətin göstərişlərinə məhəl qoymayıb, nəfs istəklərinin ardınca gəzən insanın qəlbi daşlaşır. İlk əvvəl günahdan qorxan insan günah bataqlığında qərq olduqca xoşhal olur. Belə daş qəlbi mələklər tərk edir, şeytan ona hakim kəsilir.
    Həzrət Əli (ə) buyurur: "Gözün yaşı qəlbin daşlaşmasından quruyur. Qəlb isə günahın çoxluğundan daşlaşır.”
    İmam Sadiq (ə) belə dua edir: "Pərvərdigara, sənə daş ürəkdən şikayət edirəm... Sənə sənin qorxundan ağlamayan gözdən şikayət edirəm...”
    Qəlbini qorumaq istəyən insan böyük günahlardan, kiçik günahları davam etdirməkdən çəkinməlidir. Qəlbin ruhani hal tapmasında ibadət, dua, ehsan, mərhəmət, ədalət olduqca faydalıdır.
    Peyğəmbərlər ilahi təbiblərdir. İnsan öz insanlığını yalnız ayə və hədislərə əməl etməklə qoruya bilər. Həzrət Əli (ə) buyurur: "Məhəmməd (s) nəfslərin müalicəsi üçün daim səy göstərin səyyar həkim idi”. "Yunis” surəsində buyurulur: "Rəbbiniz tərəfindən nazil olan öyüd-nəsihət sinələrdəki dərdlərə şəfa, möminlərə mərhəmətdir.” (a. 57)
    40-CI DƏRS: BÖYÜK GÜNAHLAR
    Bir günah o zaman böyük (kəbirə) sayılır ki, həmin günah müqabilində Quranda od vəd edilsin və ya uyğun günahın böyük hesab edilməsi üçün yetərli dəlil olsun. "Yeni risalədə” təqdim olunmuş ardıçıllıqla böyük günahları nəzərinizə çatdırırıq:
    Allahın rəhmətindən ümidsizlik; özünü Allahın cəzasından amanda bilmək; Allah, peyğəmbər və imamın adından yalan danışmaq; insanı haqsız yerə öldürmək; ata-anaya itaətsizlik; yetimin malını zorla yemək; sehr və cadu; zina; həmcinsbazlıq; oğurluq; yalandan and içmək; şahidliyi gizlətmək; yalançı şahidlik; əhdi pozmaq; vəsiyyətə əməl etməmək; spirtli içkilərin qəbulu; sələmçilik; haram yemək; qumar; mürdar ət yemək; qan yemək; donuz əti yemək; şəri qaydada kəsilməmiş heyvanın ətini yemək; ölçüdə və çəkidə aldatma; müsəlman ölkəsinə hicrətdən sonra küfp ölkəsinə qayıdış; zalıma gömək; zalıma etimad; üzürsüz səbəbdən haqqı ödəməmək; yalan; təkəbbür; israf; tələfçilik; xəyanət; qeybət; söz gəzdirmək; faydasız oyunlarla məşğulluq; həcci kiçik iş bilmək; namazın tərki; zəkat ödəməmək; kiçik günahı davam etdirmək və s.
    Allah-təala böyük günahlardan uzaqlaşacağı təqdirdə insana kiçik günahlarını bağışlayacağını vəd etsə də, kiçik günahları davam etdirmək özü böyük hesab olunur. İnsan bir işin günah olduğunu anlayan kimi dərhal tövbə etməlidir.
    41-ci dərs: Nəfsin tərbiyəsi
    Özünütərbiyənin iki mərhələsi vardır:
    1.Əvvəlcə nəfs çirkinliklərdən, günahlardan təmizlənməlidir.
    2.İkinci mərhələdə insan elm və maarifə yiyələnməklə saleh işlər görməli və əxlaqını zinətləndirməlidir.
    Özünütərbiyə üçün hər iki mərhələ zəruridir. Çünki çirkinlik və günah içində olan nəfsin əxlaqi dəyərlərə yiyələnmək qabiliyyəti yoxdur. İnsan günaha yol verirsə onun qəlbi şeytanın əsarətindədir. Şeytanın əsarətində olan bir yer ilahi nurla işıqlana bilərmi? Mələklər belə bir qəlbə üz tutarmı? Demək, günahlardan təmizlənmək vacibdir.
    Tutaq ki, insan çirkin işlərdən və günahlardan təmizləndi, bu iş təkamül üçün yetərli ola bilərmi? Əgər insan saleh işlər görmürsə, o necə kamilləşə bilər?!
    Nəfsin tərbiyəsində çox mühüm bir nöqtəyə də toxunmağımız zəruridir. Həzrət Əli (ə) buyurur: "Təqva əxlaqın başlanğıcıdır”. Bəs təqva nədir? Bu sözün lüğət mənası qorunmaqdır. Amma ayə və hədislərdə bu söz daha geniş məna ifadə edir. Əgər insan öz həyatında konkret bir üsulla yaşamaq istəyirsə, bu üsulu zərərli bütün şeylərdən çəkinməlidir. Dində təqva itaətsizlik və günahlardan qorunmaqdır. İslam məktəbində möminlər üçün ən bəyənilmiş sifət təqvadır. Həzrət Əli (ə) buyurur: "Təqva xəstə qəlblərin şəfasıdır.”
    42-Cİ DƏRS: NƏFSİN PAKLANMASI
    Qeyd etdik ki, əvvəlcə nəfsi paklayıb, sonra onu zinətləndirmək lazımdır. Təsəvvür edin ki, gözəl bir otaqda uzun müddət əyyaş insanlar yaşayıb. Bu əyyaşlar otağın döşəməsini, divarlarını, hətta tavanını da çirkləndiriblər. Zibilənmiş otağı üfunət iyi götürüb. Sual olunur: bu vəziyyətdə olan otaqda ləyaqətli bir insan yaşaya bilərmi? Cavab aydındır: təmizləmək ləyaqətli bir insanın bu otaqda yaşaması üçün əvvəlcə onu çirkabdan lazımdır. Yalnız bundan sonra döşəməyə gözəl xalılar sərib, tavandan gözəl çılçıraq asmaq olar.
    Günahkar insanın qəlbi həmin çirkli otağın oxşarıdır. Günahkarların çirkaba batdığı qəlbə ilahi eşqi gətirmək qeyri-mümkündür .
    Nəfsi təmizləmək üçün üç iş görülməlidir:
    1.Nəfsi yanlış inamlar, səhv düşüncələr və xürafatdan təmizlənməlidir.
    2. Nəfs əxlaqi çirkinliklərdən təmizlənməlidir.
    3. İnsan günahlardan uzaqlaşmalıdır.
    Yanlış inamlar nəfsi zülmətə bürüyür. Çirkin əxlaq heyvani hisləri gücləndirir, fərdi insani hədəflərdən uzaqlaşıdırır. İnsan günaha batdıqca təkamül yolundan uzaqlaşıb uçuruma doğru gedir.
    Əgər insan bir Allaha iman ibadət etdiyi halda kamilləşə bilmirsə bunun iki səbəbi var: Əvvəla, insan əxlaqından qüsurları görmür, ikincisi, əxlaqi nöqsanları mühüm saymır.
    43-CÜ DƏRS: XƏSTƏ NƏFSİ NECƏ TANIMALI?
    İnsan öz nəfsindəki xəstəlikləri bir sıra yollarla tanıya bilər:
    1.İnsan öz əqlini işə salmalıdır. İnsan əql vasitəsi ilə düşünür, həqiqətləri dərk edir, yaxşını pisdən ayırır. İnsan Allahı, öz dini vəzifələrini əql yolu ilə tanıyır. ”Yunis” surəsinin 100-cü ayəsində buyurulur: "Allah əzabı düşünüb anlamayanlar üçün qərar verir”
    2.Əməl etməzdən qabaq düşünmək lazımdır. İnsan özünə söz verməlidir ki, yaxşıca düşünməmiş heç bir iş görməyəcək. Həzrət Peyğəmbər buyurur: "Tələskənlik insanları həlak etdi. Əgər onlar hər işdən qabaq düşünsəydilər, həlak olmazdılar.
    3.İnsan düşünərkən əqlin məsləhətlərini nəfsin məsləhətlərindən fərqləndirməli və nəfsi susdurmalıdır. Həzrət Əli (ə) buyurur: "Mömin daim öz nəfsindən bəd gümandır və həmişə onda eyb axtarır.”
    4.Nəfsini paklandırmaq istəyən insan həqiqi ruhaniyə müraciət etməlidir. Bu işdə əxlaq aliminin göməyi olduqca faydalıdır.
    5.Bu işdə bilikli və xeyirxah dostdan yardım almaq lazımdır. Yaxşı dost ilahi nemətdir. O, səni eyblərindən vaxtında xəbərdar etməlidir.
    6.Başqalarının eyblərindən ibrət götürmək lazımdır.
    7.Düşmənlərin sənin eyblərini açıqlamasından istifadə edib, bu eybləri nəzərdə saxlamalısan.
    8.İbadətdə süstlük, dünya ləzzətlərinə həvəs qəlb xəstəliyinin əlamətlərindəndir. Əlamətlərə diqqətli olmaq lazımdır.
    44-CÜ DƏRS: NƏFSƏ NƏZARƏT
    Bütün yaxşılıqların və pisliklərin səbəbkarı nəfsdir. Nəfs yolunu seçsə insan mələklərdən də ucu məqama qalxar. İnsanın dünya və axirət səadəti birbaş ondan asılıdır.
    İnsanda mövcud olan heyvani istəklər yalnız ifrat halda zərərlidir. Heyvani istək adlandırdığımız cinsi istək olmasa insan nəsli davam edə bilməz. Demək, bu istəkləri boğmaq yox, insani axarına yönəltmək lazımdır.
    Nəfs istəklərinə nəzarətdə əql müstəsna rol oynayır. O, dini göstərişlərdən istifadə edərək nəfsi ifrat və təfritdən qoruya bilər. Amma əqli hakimiyyətə gətirmək asan iş deyil.”Əmmarə” nəfs adlı güclü bir düşmən əqllə üzbəüz dayanmışdır. "Yusuf” surəsinin 53-cü ayəsində buyurulur: "Allahın rəhm etdiyi istisna olmaqla, nəfs həmişə pisliyə əmr edəndir.” İslam peyğəmbəri buyurur: "Sənin ən böyük düşmənin nəfsdir.”Həzrət Əli (ə) buyurur: "Əql və şəhvət bir-birinə ziddir. Elm əqli, həvəs şəhvəti müdafiə edir. Nəfs bu iki qüvvənin mübarizə meydanıdır.
    Bəli, əql gözəl hakimdir. Amma onun yardıma ehtiyacı var. Əgər insan öz varlığının idarəsini əqlə tapşırarsa, böyük bəlalardan qurtula bilər. Əli (ə) buyurur: "Ehtiyatlı olun ki, şəhvətlər qəlbinizə hakim kəsilməsin”; ”Nəfs istəklərini cilovlamayan insan əqlə malik olmayacaq”; "Sevgi, qorxu, şəhvət, qəzəb, razılıq halında nəfsinə hakim olan insana cəhənnəm odu haramdır.”
    45-Cİ DƏRS: BÖYÜK CİHAD
    İnsanın ən böyük düşməni nəfsdir. O, daim əqllə savaşdadır. Nəfslə mübarizə insan talehində olduqca əhəmiyyətli məsələdir. Nəfsini məğlub etmiyən şəxs həqiqətə zidd düşüncələri və əməlləri hesabına cəhənnəm odunu dadasıdır. Nəfslə mübarizə o qədər mühmdür ki, İslam peyğəmbəri (s) silahlı cihadı kiçik cihad, nəfslə cihadı isə böyük cihad adlandırmışdır.
    Həzrət peyğəmbər (s) həzrət Əliyə (ə) vəsiyyətində buyurur: "Ya Əli, ən böyük cihad odur ki, insan sübhü elə bir halda aça kimsəyə zülm etmək fikrində olmaya.”
    Nəfslə cihadın silahlı cihaddan üç üstünlüyünü qeyd etmək olar:
    1.Bütün ibadətlərdən, hətta silahlı cihadın özündə də nəfslə mübarizəyə ehtiyac var. Silahlı cihadda, namazda və digər ibadətlərdə insanın niyyəti Allahla yaxınlıq olmalıdır. İnsan bu niyyəti qorumaq üçün daim nəfslə mübarizə aparmalıdır.
    2.Silahlı cihad həmişə olmur, amma nəfslə cihad daimidir. Silahlı cihad kifayi vacibdir. Yəni ordunun ehtiyacı ödəndikdən sonra kimsə üçün cihad vacib olmur.
    Amma nəfslə cihad eyni vacibdir. Yəni bu vəzifə bir an olsun belə insanın öhdəsindən götürülmür.
    3.Silahlı cihadda insan şəhadətə yetməklə ən ali məqama nail olur. Amma nəfslə cihad ömrünü sonunadək əzab və əziyyətlərlə müşayiət olunur.
    46-cı dərs: Allah cihada çağırır
    Sözsüz ki, nəfslə cihad olduqca çətindir. Bu işdə böyük istiqamətə, dözümə, agahlığa ehtiyac var. Amma insan öz səadəti yolunda tər tökməsə bədbəxtliyə düçar olar. Eləcə də, unutmaq olmaz ki, öz nəfsi ilə cahada qalxmış insana Allah yardımçıdır. "Ənkəbut” surəsinin 69-cu ayəsində buyurulur: "Bizim yolumuzda çalışanları öz yollarımıza mütləq yönəldərik. Çünki Allah yaxşı iş görənlərlədir.”
    İmam Sadiq (ə) buyurur: "Xoş o bəndənin halına ki, Allahın razılığı üçün öz nəfs istəkləri ilə cihad edir” İnsana Allah arasında ən qalın hicab, pərdə əmmarə nəfsdir. Bu hicabı aradan qaldırmaq üçün Allahın zikri, orucun aclıq və susuzluğu, ibdətin yuxusuzluğundan güclü silah yoxdur. İnsanlıq yolunda qədəm atan insan Allahın yardımından bəhrələnir. Həzrət Məhəmməd (s) o qədər namaz qılardı ki, mübarək ayaqları ağrayardı. O, öz ibadəti ilə ümmətə nümunə göstərər, onları zəhmətə, dözümə çağırardı. Bu dözümsüz, zəhmətsiz ibadətin şirinliyini duymaq mümkünsüzdür.
    Nəfslə cihad salahlı cihad kimidir. Hər zərbədən sonra düşmən zəifləyir. Allah təala buyurur: "Ey iman gətirənlər, əgər Allaha yaxın olsanız, Allahda sizə yardım edər və qədəmlərinizi sabitləşdirər.”
    Əksinə, insan süslətdikcə düşmən daha da cəsarətlənir və insanın qəlbi qarış-qarış onun əsarəti altına düşür.
    47-Cİ DƏRS: İNSAN ÖZ TƏBİBİDİR
    Peyğəmbərlər, məsum imamlar bəşəriyyətin tərbiyəsi üçün göndərilsələr də əsil məsuliyyət insanın öz üzərinə düşür. İnsan nəfs xəstəliklərini, bu xəstəliklərin əlamətlərini, bu xəstəliklərin müalicə yollarını öyrətdikdən sonra özü özünə əlac etməlidir. İnsan öz xəstəliyini başqalarından daha yaxşı hiss edir. Əgər o öz nəfsini gözləməsə, öyüd-nəsihətin heç bir faydası yoxdur.
    İslam dininə görə nəfsin müalicəsi daxildən başlanmalıdır. Bu, İslamın mühüm tərbiyə üsullarından biridir.
    "Qiyamət” surəsinin 14-cü ayəsində buyurulur: "Doğrusu, insan öz nəfsini daha yaxşı tanıyır.”
    Həzrət Sadiq (ə) buyurur: "Sən öz nəfsinin təbibisən, Sənə dərd və onun əlamətləri bəyan edilmiş, davası tanıtdırılmışdır”; Hər bir insanın daxilində nəsihətçin olsa, daim yaxşılıq içində olarsan.”
    Həzrət Əli (ə) buyurur: "Ən aciz insan nəfsinin islah edə bilməyən insandır”; "İnsan öz nəfsinə sahib durmalı, daim qəlbini və dilini qorumalıdır.”
    Hər hansı bir günahla üz-üzə dayanmış insanı bu günahdan kim qurtara bilər?! O günahı tanıyır, bu günah müqabilində itirəcəklərindən xəbərdardır. O bilir ki, günahın ləzzəti bir anda ötüb keçəcək, ağrıları isə əbədi yük olacaq və əql "günahdan çəkin” deyir.
    48-Cİ DƏRS: ÖZÜNÜTƏRBİYƏNİN İLK MƏRHƏLƏSİ
    Günah və çirkin əxlaqdan çəkinib, ruhi sağlamlağı qorumaq öünütərbiyədə ən asan yoldur. Günaha batmamış qəlb hələ ki, öz nurunu saxlayır. İnsanı gözəl işlərə vadar edən amillərdən biri bu nurdur. Nə qədər ki, qəlbə zülmət çökməyib şeytan üçün yol bağlıdır. Günaha adət etməmiş insan üçün günahdan çəkinmək daha asandır. İstənilən bir səbəbdən hər hansı bir günahdan uzaq olmuş insan bu paklığı qənimət bilib qorumalıdır.
    Günaha yolverən insan qəlbinin qapısının şeytana açıb. Şeytan qəlbə daxil olduqdan sonra günahı tərk etmək olduqca çətindir. Şeytan və əmmarə nəfs bir-iki dəfə günaha batmağı insana əhəmiyyəstsiz göstərməyə çalışır. Öz xoşbəxtliyinə biganə olmayan insan anlamalıdır ki, bir dəfə günaha batmaqla qəlbindəki paklığı itirəcək.
    Həzrət Əli (ə) buyurur: "Heç bir pis iş və sözə yol vermə”; "Nə qədər ki, əmmar nəfs güclənməyib ona qələbə çal. Hər günahınla güclənən nəfs səni istədiyi tərəfə çəkəcək, sən isə ona müqavimət göstərə bilməyəcəksən”; "Günaha adət işğalçı bir düşməndir”; "Əmmarə nəfslə düşmənlə vuruşduğun kimi vuruş”; "Günah etməmək tövbə etməkdən daha asandır.”
    Cəmiyyətdə yolxucu xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Çünki bu xəstəliklərlə bir nəfər yoluxduqdan sonra onların qarşısını almaq çətin olur. Paklığı qorumaq çirkabı təmizləməkdən qat-qat rahatdır.
    49-CU DƏRS: GÜNAHIN BİRDƏFƏYƏ VƏ TƏDRİCƏN TƏRKİ
    Günahdan qoruna bilməyib, paklığını itirmiş qarşısında iki yol var: O ya bir dəfəyə günahdan uzaqlaşmalı, bu mümkün olmadıqda tədricən, pillə-pillə nəfsini təmizləməlidir.
    Günaha batmış adam üçün ən yaxşı yol qəlbində inqilab qopararaq bütün günahlardan və əxlaqi nöqsanlardan bir dəfəyə uzaqlaşmaqdır. Qəti qərar gələrək şeytanları qəlbdən qovub, qəlbinin qapılarını onların üzünə bir dəfəlik bağlayan şəxs rahatlığa çıxır. Cəmiyyətdə olmazın günahlarına batmış bəzi insanların həqiqi tövbə ilə şər yoldan bir dəfəlik uzaqlaşdığına az da olsa təsadüf edirik. Günahkar insan üçün qəti bir söz, kiçik bir hadisə, ilahi bir yuxu təkan ola bilər.
    Allahın saleh bəndələrindən olan məşhur övliya Bişr Hafi haqqında belə yazırlar: Bişr Hafi evini günah yuvasına döndərmiş eyş-işrət əhli idi. Bir gün yoldan ötən İmam Musa ibn Cəfər (ə) onun evindən gələn səs-küyü eşidib qapıdakı kənizdən soruşur: "Bu evin sahibi azaddır, yoxsa qul? Əgər qul olsaydı, ağasından qorxardı.” Kəniz imamın bu sözünü dərhal Bişrə çatdırır. Məsum imamın sözləri Bişrin qəlbində qiyam qaldırır, o tövbə edib övliyalıq dərəcəsinədək yüksəlir. Günahdan bir dəfəlik uzaqlaşa bilməyən insan bu işi tədricən görməlidir. Hər tərk olunmuş günah qəlbin bir qara nöqtəsini təmizləyir, bir şeytan qovulur və onun yerinə bir mələk gəlir.
    50-Cİ DƏRS: TƏFƏKKÜR VƏ CƏZALANDIRMANIN KÖMƏYİ
    Özünütərbiyədə insanın ilk yardımçısı təfəkkür, düşüncədirƏgər düşyaya başı qatışmış insan ölümü, qəbr sorğusunu, Allahın cəzasını unudursa, o özünə nəzarət edə bilməz. Ölümü unutmaq qəflətdən doğur. Qəflətdə olan insan günahlarına, əxlaqi nöqsanlarına biganə qalır. Qəflət, özündən xəbərsizlik dərin ruhu xəstəliklərdəndir. Bu dərdin dəvası insanın öz aqibəti barədə düşünməsidir. Həzrət Əli (ə) buyurur: "Hər kəs qəlbini düşüncə ilə abad etsə, batin və zahir əməlləri yaxşılaşar”.
    İnsanın özünü tərbiyəsində səmərəli tədbirlərdən biri onun yol verdiyi günaha görə özünü cəzalandırmasıdır. Günahları tərk etmək qərarına gəlmiş insan nəfsinə xəbərdarlıq edir ki, əgər günaha yol versən, səni cəzalandıracağam. Məsələn, əgər qeybət etsən, bir gün oruc tutacaq və ya bir həftə zərurətdən artıq danışmayacağam. Əgər insan hər günaha yol verəndə bir neçə saat yandırıcı yay günəşinin altında dayanmaqla cəhənnəm odu haqqında düşünsə, çox faydalı olar.
    Əmmarə nəfsi bu cür cəzalandıran insan şeytanın nüfuz yollarını bağlayır. Maraqlıdır ki, evdə görpəni kiçik səhvinə görə cəzalandıran valideyn nə üçün böyük günahlara görə özünü cəzalandırmır?!Həzrət Əli (ə) buyurur: "Nəfsi cilovlamaql, pis adətdən uzaqlaşmaq üçün ac qalmaq çox faydalıdır”; "Nəfsini daim cəzalan4458dıran insan xeyir tapacaq.”
    Category: Gənclər üçün 100 dərs | Views: 838 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Messenat
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020