İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Gənclər üçün 100 dərs
    5:05 AM
    Kitabın adı: Gənclər üçün 100 dərs
    51-Cİ DƏRS: İNSANİ DƏYƏRLƏRƏ HÖRMƏT
    İnsan yaranmışların şərəflisi olduğuna diqqət etsə, çirkin əxlaq və günahdan qaçar. Özünü insan adlandıran varlıq heyvani hislərə necə təslim ola bilər?!
    Həzrət Əli (ə) buyurur: "Özünü əziz tutan insan üçün şəhvətlər ləyaqətsiz görünür.”
    İmam Səccadan (ə) soruşdular ki, ən dəyərli insan kimdir? Həzrət cavab verdi ki, ən dəyərli insan özünü dünyadan dəyərli biləndir.
    Ruhani kəramətlərə diqqət özünütərbiyədə faydalıdır. İnsan özünə müraciət edə bilər ki, axı sən qüdsi gəlmisən, axı sən Allahın xəlifəsisən, axı sən əbədi həyat üçün yaranmısan, sənə heyvani hisslərə tabe olmaq yaraşırmır?!
    Hər bir pis sifətdən qurtarmaq üçün onun ziddi olan gözəl sifəti gücləndirmək lazımdır. Əgər bir nəfərə qarşı paxıllıq hissi varsa, bu hissi boğmaq üçün həmin şəxsə ehtiram göstərib, ona yaxşılıq etmək lazımdır. Ümumiyyətlə, nəfsin çirkin istəklərinə "yox” deyib, tədricən onun kökünü qurtmaq lazımdır. Nəfsin xoşlamadığı yaxşı işlərə özünü məcbur etməklə yaxşılığa adət etmək gərəkdir.
    Həzrət Əli (ə) buyurur: "Nəfsini yaxşı işlərə məcbur et”; "Nəfsini yaxşı işlərə adət etdir ki, axirətin abad olsun”; "Nəfsani şəhvətlər ölrürücü xəstəlikdir. Onun ən yaxşı dərmanı səbr və özünü saxlamaqdır”.
    52-Cİ DƏRS: PİS DOST VƏ PİS MÜHİT
    İnsan təsir altında dəyişkən xarakterə malikdir. O, Ünsiyyətdə olduğu insanların xasiyyətini götürür, mühitin təsiri altında rəngini dəyişir. Pis əxlaqlı, günahkar insanlarla dostluq insanın bəlasıdır. İnsan dost olduğu məhəbbət bağladığı insanın nöqsanlarını, adətən, nöqsan kimi yox, yaxşı sifət kimi qəbul edir.
    Həzrət Əli (ə) buyurur: "Müsəlman günahkarla dostluq etməməlidir. Çünki günahkar dost öz pis işlərini yaxşı qələmə verir və çalışır ki, hamı onun kimi olsun. Pis dostda nə dünya, nə də axirətdə faydası var. Onunla get-gəl abırsızlığa səbəb olur.”
    İmam Sadiq (ə) buyurur: "Günahkar, axmaq və yalancı insanlarla dostluq insana yaraşmaz.”
    Həzrət peyğəmbər (s) buyurur: "İnsan öz dostunun dinində olasıdır.”
    İnsan üçün daim günah qorxusu var. Əmmarə nəfs bir an olsun belə onu rahat buraxmır. Qəlb cismin hakimiyyət mərkəzidir. O mühitdən təsirlənir. O, mənəviyyat, ibadət, ehsan məclislərində yaxşılığa həvəslənir. Əksinə, günah məclisinə düşən kimi günaha maraq göstərir.
    Nəfsini tərbiyə etmək qərarına gəlmiş insan gözünü və qulağını şəhvət doğuran mənzərələrdən və səslərdən qorumalıdır. Şərab, qumar, rəqs olan məclislərdə əmmarə nəfs tüğyan edir. Ona görə də İslam bizə tapşırır ki, günahkar mühitdən uzaq olaq. Həzrət Əli (ə) buyurur: "Günah haqqında düşünmək insanı günaha vadar edir.”
    53-CÜ DƏRS: EQOİZM "ÜMMÜL-FƏS"
    Eqoizm ifrat özünə məhəbbət, özünü istəmədir. Əxlaq alimləri eqoizmi "ümmül-fəsad”, yəni "fəsadların anası” adlandırmışlar.
    Qeyd etmişdik ki, insanda iki "mən” mövcuddur: İnsani "mən” və heyvani "mən” İnsani mən ilahi aləmdən Allahın xəlifəsi olmaq üçün nazil edilmişdir. Ona görə də bu mən elm, mərhəmət, ehsan, kamillik sorağındadır. Heyvani mənin bütün istəkləri heyvanidir: diri qalmaq, qarnını doyurmaq, şəhvətini söndürmək və s. Nə insani, nə də heyvani istəklər tərif və ya məzəmmət olunmur. Əsas məsələ budur ki, bu qüvvələrə əql, yoxsa əmmarə nəfs başçılıq edəcək. Əgər əql hakim olsa, heyvani meyllər də ümumi insanlıq məqsədlərinə xidmət edəcək. Amma hakimiyyətə nəfs gəlsə insanda heyvani mən baş qaldıracaq və bu heyvani mən yalnız öz heyvani istəkləri üçün çalışacaq. Eqoizm budur!
    Eqoist insan vəzifə, var-dövlət, tərif qazanmaq üçün bütün insani dəyərləri ayaq altına alır. Bu insan əmmarə nəfsin quludur. O, nəfsi razı salmaq üçün bütün günahlara batmağa hazırdır. Elə ona görə də eqoizm günahların anası adlandırılır.
    Eqoizmin ən yüksək mərtəbəsi özünə pərəstişdir. Bu mərtəbəyə çatmış insan tədricən allahlıq iddiasına düşür. Məsələn, "Quranın filan ayəsi ağılabatan deyil”, deyir. Allah təala belə insanları "nəfsini özünə tanrı edənlər” adlandırır. ("Fürqan”, 43)
    54-CÜ DƏRS: DÜNYAGİRLİK
    Ayə və rəvayətlərdə dünyaya bağlılıq ciddi məzəmmət olunmuşdur. "Ali-İmran” surəsinin 185-ci ayəsində buyurulur: "Dünya həyatı aldadıcı matahdan başqa bir şey deyil.” Başqabir ayədə oxuyuruq: "Dünya həyatı oyun-oyuncaqdan başqa bir şey deyil və təqvalılar üçün axirət evi daha faydalıdır. Heç düşünmüsünüzmü? ("Ənam, 32) "Hədid” surəsinin 20-ci ayəsində isə belə buyurulur: "Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, bər-bəzəkdən, var-dövlət və övladı artırıb öyünməkdən başqa bir şey deyil”
    Həzrət Əli (ə) buyurur: "Mən sizi dünyadan həzər etməyə çağırıram. Çünki o, şirin və gözəl görünür”; "Dünya arzular evidir. Bir zaman fani olar və əhli ondan köçər. O, şirin və gözəl görünər, istəyənlərə tərəf tələsər, baxanların qəlbinə sevgisini salar.”
    Əmirəl-möminin Əlinin (ə) "Nəhcül-bəlağə” kitabında dünya və dünyaya bağlı insanlar məzəmmət olunur. Həzrət (ə) insanların müvəqqəti dünyaya yox, əbədi axirət haqqında düşünməyə çağırır. O, insanları iki dəstəyə bölür: qəlbi nəfs istəkləri ilə dolu dünya əhli və Allah eşqinin sorağınca gəzən axirət əhli. Bu iki dəstənin hər birinin öz yaşayış proqramları vardır.
    "Ali İmran” surəsinin 145-ci ayəsində buyurulur: "Bu dünyanın mənfəətini istəyənlərə dünya mənfəətindən, axirət savabı istəyənlərə isə axirət savabından verərik”.
    Başqa bir ayədə oxuyuruq: "Var-dövlət və övladlar dünya həyatının bəzəyi, saleh əməl isə daha xeyirlidir”(kəşf, 46).
    55-Cİ DƏRS: DÜNYA
    Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya pis olmaq pislənilib. Dünyada gördüyümüz bütün nemətlər üçün var-dövlət qətiyyn qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür Amma dünyaya qul olan insan üçün halal haramın fərqi yoxdur.
    İslam peyğəmbəri (s) buyurur: "İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır.” Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunur.
    Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: "Məbada, dünyaya gönül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir.”
    Maraqlıdır ki, rəvayətlərdə insana ailə -övladını sevmək tövsiyə olunur. Peyğəmbər və imamların da həyatında bu sevginin nümunələri ilə rastlaşırıq. Bir hədisdə buyurulur: "İnsan dünyanın övladıdır və kimsə və kimsə anasını sevdiyi üçün qınamaz.” Demək, söhbət müsbət sevgidən yox, dəlicəsinə vurğunluqdan gedir. İnsan dünya və onun nemətlərini o həddə sevməməlidir ki, Allahı və öz vəzifələrini unutsun. İmam Baqir (ə) buyurur: "Dünya axirət üçün ən böyük köməkdir.” Bir sözlə, dünya ötəridir, axirət isə əbədi. Ötəri dünyadan əbədi axirət üçün düzgün istifadə etmək lazımdır.
    56-CI DƏRS: TƏQVA VƏ GUŞƏNŞİNLİK
    Əvvəlki söhbətlərimizdə təqvanın əhəmiyyəti barədə danışmışdıq. Demişdik ki, təqva özünü qoruma, nəfsə nəzarətdir. Həzrət Əli (ə) buyurur: "Sizi təqvaya çağırıram. Çünki təqva nəfsi yaxşılıqlara tərəf cilov kimidir.”
    Müttəqi, yəni təqvalı insan günahdan, günahkarla yadaşlıqdan, günah olan mühitdən çəkinir. Bəziləri elə başa düşür ki, ictimai vəzifə daşımaqdan, cəmiyyətin həyatında iştirak etməkdən çəkinmək təqvadır. Əslində cəmiyyətdən kənarlaşmaq təqva yox, guşənişinlikdir. İslam dinindən kənarlaşmaq təqva yox, guşənişinlikdir. İslam dinində röhbaniyyət adlandırılan guşənişinlik dini nöqteyi-nəzərdən məqbul sayılmır. İslam dini heç bir halda tərki-dünyalığı bəyənmir. İnsan ictimai məsuliyyəti qəbul etməli və bu işin icrasında nəfsinə nəzarət edib, günahdan çəkinməlidir. İslam dinində Allahın razılığını qazanmaq məqsədi ilə cəmiyyətin həyatında iştirak etmək günah yox. Savablı bir əməldir. İslamda halal ruzi qazanmağın savabları haqqında buyuruqlar çoxdur. Təqvalı olmaq xatirinə evdən bayıra çıxmayıb, başqalarından ruzi gözləmək möminə yaraşan sifət deyil, Mömin halal ruzi dalınca gəzməli, eləcə də, ictimai vəzifələrini yerinə yetirməlidir. Bütün bu proseslərdə nəfsi günahdan qoruma təqvadır.
    Dünya həyatını yaşa, dünyanın abadlığı üçün çalış, amma dünyaya aldanıb, ona qul olma!
    57-Cİ DƏRS: TƏQVA AZADLIĞA ZİDD DEYİL
    Bəziləri elə düşünə bilər ki, təqva insanın azadlığını məhdudlaşdırır. Təssüf ki, İslam haqqında da bu fikirdə olanlar var. Amma lazımdır ki, bütün kainatda mütləq qanunlar hökm sürür. Yer kürəsi günəşə yaxınbaşarsa od tutar, uzaqlaşarsa buzlaşar. Yer öz orbitindən çıxıb "azad” olarsa, həyat bir anda məhv olar. Demək, hər bir varlığın "orbiti” var və bu "orbitdən” çıxan varlıq məhvə məhkumdur.
    Bu günkü dünyanın ən aktual mövzusu olan demokratiya mütləq azadlıq mənasında başa düşülməməlidir. İnsan xoşbəxt olmaq istəyir. Demək, onun məqsədi var. Məqsəd varsa, məqsədə aparan yol da var. Bu yoldan çıxmaq azadlıq yox, nəfsin əsarətinə düşməkdir. Bu gün hicabı, örtüyü qadın azadlığı üçün buxov bilənlərlə çiyin-çiyinə qadınlıq haqqı tələb edən mavi kişilər dayanır. Kişinin qadınlıq etməsi azadlıqdırmı?! Qadının fahişəlik haqqı varmı?!
    Həzrət Əli (ə) buyurur: "İslamdan üstün şərafət, təqvadan üstün izzət yoxdur”. Bəli, İslam, eləcə də təqva insanın səadətini təmin edir, onu kamilliyə aparır. İslam dini "Allahın sən azad yaradıb, başqasına qul olma” şüarı ilə çıxış edib, əsarətə qarşı çıxır. Şəxsiyyəti, insanlığı, əxlaqı, müqəddəsliyi qorumaq azadlığa zidd deyil. Əksinə, dünyanın nəhəng əxlaqsızlıq təbliğatına qul olub, Allahı unutmaq, günahdan çəkinməmək əsil əsarətdir!
    58-Cİ DƏRS: MÜTTƏQİNİN XÜSUSİYYƏTLƏRİ
    Həzrət Əli (ə) bir abidə müttəqi insanın sifətlərini belə tanıtdırır:
    -Onlar doğru danışar, orta dəyərli geyinər, təvazö ilə yol gedərlər;
    -Harama göz yumar, faydalı elmi dinləyər, bəlanı rahatlıqla qarşılayarlar;
    -Allahı böyük, ondan qeyrilərini kiçik bilər, behit nemətlərinə və cəhənnəm və oduna onları görən adam kimi yanaşarlar;
    -Qəlbləri qəmgin olar, başqalarının şərindən amanda qalarlar; bədənləri arıq, istəkləri az, nəfsləri tox olar;
    -Gündəlik namaza durar, Quran ayələrini düşüncə ilə oxuyarlar, Quran onları qəmləndirər, dərdlərinə Quranda dəva axtararlar...;
    -Az əməldən razı qalmaz, nəfslərini danlayar, əməllərinə görə qorxarlar; tərif olunduqda qorxar, "mən özümü başqalarından daha yaxşı tınıyıram, Allah məndən də yaxşı tanıyır” deyər;
    -Dini işlərdə güclü, adi vaxt uzaqgörən, yəqinlikdə möhkəm, elmə həris, ibadətdə müti, çətinlikdə dözümlü, halal ruzi üçün çalışqan, tamahdan uzaq olarlar;
    -Onlardan xalq yaxşılıq gözləyər, onların şərindən hamı amandadır, söyüş söyməz, aram danaşarlar;
    -Həqiqəti şahidsiz etiraf edər, kimsəni pis ləqəblə çağırmaz, xalqa gələn bəlaya sevinməz...
    Category: Gənclər üçün 100 dərs | Views: 1000 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024