İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Gənclər üçün 100 dərs
    5:02 AM
    Kitabın adı: Gənclər üçün 100 dərs
    58-Cİ DƏRS: MÜTTƏQİNİN XÜSUSİYYƏTLƏRİ
    Həzrət Əli (ə) bir abidə müttəqi insanın sifətlərini belə tanıtdırır:
    -Onlar doğru danışar, orta dəyərli geyinər, təvazö ilə yol gedərlər;
    -Harama göz yumar, faydalı elmi dinləyər, bəlanı rahatlıqla qarşılayarlar;
    -Allahı böyük, ondan qeyrilərini kiçik bilər, behit nemətlərinə və cəhənnəm və oduna onları görən adam kimi yanaşarlar;
    -Qəlbləri qəmgin olar, başqalarının şərindən amanda qalarlar; bədənləri arıq, istəkləri az, nəfsləri tox olar;
    -Gündəlik namaza durar, Quran ayələrini düşüncə ilə oxuyarlar, Quran onları qəmləndirər, dərdlərinə Quranda dəva axtararlar...;
    -Az əməldən razı qalmaz, nəfslərini danlayar, əməllərinə görə qorxarlar; tərif olunduqda qorxar, "mən özümü başqalarından daha yaxşı tınıyıram, Allah məndən də yaxşı tanıyır” deyər;
    -Dini işlərdə güclü, adi vaxt uzaqgörən, yəqinlikdə möhkəm, elmə həris, ibadətdə müti, çətinlikdə dözümlü, halal ruzi üçün çalışqan, tamahdan uzaq olarlar;
    -Onlardan xalq yaxşılıq gözləyər, onların şərindən hamı amandadır, söyüş söyməz, aram danaşarlar;
    -Həqiqəti şahidsiz etiraf edər, kimsəni pis ləqəblə çağırmaz, xalqa gələn bəlaya sevinməz...
    59-CU DƏRS: HƏR GÜN ÖZÜNÜ SORĞUYA ÇƏK!
    Ölümdən sonra həyata, qəbr və qiyamət sorğusuna, cəhənnəm əzabına inanan şəxs öz əməllərinə, danışığına, əxlaqına biganə qala bilərmi?!
    İmanlı insan elə bu dünyada öz əməllərini hesaba çəkib, tədbir görməli, qiyamət sorğusuna hazırlaşmalıdır. Ağıllı tacir hər gün dükanının, alverinin hesabını aparır, xeyir-zərərini müəyyən edir. Sual olunur: dünya, yoxsa axirət zərəri daha təhlükəlidir?!
    Həzrət Əli (ə) buyurur: "Qiyamət sorğusundan qabaq həmin bu dünyada öz əməllərinizi hesaba çəkin”; "Bu dünyada nəfsini hesaba çəkən insan xeyir tapacaq.”
    İslam peyğəmbəri (s) sevimli səhabəsi Əbuzərə buyurur: "Qiyamətdə sorğuya çəkilənədək bu dünyada öz nəfsini hesaba çək. Bu günün hesabı qiyamət hesabından asandır.”
    İnsan öz nəfsini, əməllərini hesaba çəkməyə adət etmək üçün üç mərhələdə iş apara bilər:
    1.Günün münasib bir vaxtında (məsələn, sübh namazından sonra) insan öz nəfsinə müraciət edib, deyə bilər ki, ey nəfs, hazırda diriyəm, amma ömrünmdən nə qədər qaldığı məlum deyil; ölümə hazır ol, bu gün savab dalınca get, günahdan çəkin və s.
    2.Nəfslə şərt kəsdikdən sonra gün uzunu ona nəzarət etmək zəruridir. Həzrət Əli (ə) buyurur: "Nəfsi azad buraxmaq şeytana fürsət verməkdir.”
    3.Günün sonunda həmin günün əməllərini hesaba çəkmək üçün saat təyin olunur. Yol verilmiş nöqsanlara görə insan nəfsini danlayıb, tövbə edir.
    60-CI DƏRS: TÖVBƏ
    Günaha yol vermiş insan ümidini itirməməlidir. Təsəvvür edin ki, çayın bir tərəfindən o biri tərəfinə keçmək üçün suya hər addımdan bir daşlar düzülmüşdür. Çayı keçmək istəyən insan birinci daşın üstünə atılır. İkinci daşın üstünə atılarkən sürüşüb suya düşərsə, bütün qüvvəsini toplayır ki, yenidən daşın üzərinə çıxsın. Özünüz düşünün, heç ola bilərmi ki, sürüşüb suya düşən adam "qoy məni çay aparsın” deyə çobalamaya?! Əlbəttə ki, ola bilməz! Günah da həmin çaya sürüşüb islanmaq kimidir. Günaha yol vermiş insan peşiman olub, həmin yoldan geri dönməli, bir daha günaha batmamaq üçün diqqətli olmalıdır. Necə ki, bir dəfə sürüşüb suya düşmüş insan ikinci dəfə sürüşməmək üçün çox diqqətli olur!
    "Zumər” surəsinin 53-cü ayəsində buyurulur: "Ey mənim özlərinə zülm etməkdən həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən, Allah bütün günahları bağışlayandır. "Nur” surəsində oxuyuruq: "Ey iman gətirənlər hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız.”(a. 31)
    Həzrət peyğəmbər (s) buyurur: "hər dərdin bir dərmanı var, günahın dərmanı tövbədir.” İmam Baqir (ə) buyurur: "Tövbə edən şəxs sanki heç günah etməmişdir.”
    Tövbəyə qısa tərif verək: Tövbə insanın günahdan peşiman olub, bir daha günahı təkrarlamamaq haqqında Allaha verdiyi vəddir.
    61-ci dərs: Nədən tövbə edilməlidir?
    İnsanı Allahdan uzaqlaşdıran bütün şeylər günahdır və günahdan tövbə etmək vacibdir. Günahlar iki qismə bölünür: əxlaqi günahlar və əməli günahlar.
    Çirkin əxlaq nəfsi bulaşdırır və insanın kamala doğru hərəkətində maneəyə çevrilir. Nəfsdə kök atmış çirkin sifətlər insanın xarakterinə hopur. Nəfsi bu çirkinliklərdən təmizləmək zəruridir.
    Əxlaqi günahlara misal olaraq riya, nifaq, qəzəb, təkəbbür, eqoistlik, zülm, yalan, tamah, böhtan kimi çirkin sifətləri göstərmək olar.
    Oğurluq, qətl, zina, sələmçilik, fərarilik və s. əməli günahlara misal ola bilər.
    Günahlar böyük və kiçik olmaqla da iki yerə bölünür. 40-cı dərsdə böyük günahlardan bir qismi sadalandı. İstər əxlaqi, istərsədə əməli günah böyük sayıla bilər.
    Allah təala böyük günahları tərk edənlərin kiçik günahlarını bağışlayacağını vəd edir. Amma böyük günahlardan tövbə etmək vacibdir.
    Amma elə günahlar da vardır ki, onları yalnız övliyalar günah kimi tanıyırlar. Məsələn, müstəhəb, yəni bəyənilmiş işi tərk etmək övliyalar üçün günah sayılır. Onlar bir fəqirin, miskinin yanından düz keçib, ona əl tutmağı özləri üçün günah hesab edir, ağlayıb-sızlayır, tövbə edirlər. peyğəmbərlərin və məsum imamların da tövbəsi bu qəbildəndir.
    62-Cİ DƏRS: ALLAHA YAXINLIQ NƏDİR?
    İnsan Allaha yaxınlaşa bilərmi? Əvvəlcə "yaxınlıq” kəlməsinin mənalarına nəzər salaq. Yaxınlıq üç cür ola bilər:
    1.Məkanca yaxınlıq: İki mövcud məkanca yaxın ola bilər. Məsələn, bir həyətdə tikilmiş iki ev bir-birinə yaxındır.
    2.Zamanca yaxınlıq. Məsələn, iki hadisə zamanca yaxın ola bilər.
    3.Məcazi yaxınlıq. Bəzən iki şəxs haqqında deyirlər ki, onlar bir-birinə yaxındır. Bu yaxınlıq iki şəxs arasındakı ehtiram və məhəbbətdən doğan yaxınlıqdır.
    Allah üçün zaman və məkan məhdudiyyətləri mövcud olmadığından insan Allahla nə zaman, nə də məkanca yaxın ola bilməz. Bəndənin Allahla yaxınlığı məcazi yaxınlıq ola bilərmi? Həqiqətən də Allahın layiqli bəndələrə məhəbbəti var və onların istəklərinə cavab verir. Bununla belə Allahla bəndənin yaxınlığı məcazi hesab oluna bilməz. Ayə və hədislərdən aydın olur ki, insanın kamilliyə doğru zatı hərəkəti məcazi yox həqiqi bir hərəkətdir. "Fəcr” surəsinin 28-ci ayəsində oxuyuruq: "Allahına tərəf dön.” "Casiyə” surəsinin 15-ci ayəsində buyurulur: "Nəhayət” Rəbbinizə tərəf qaytarılacaqsınız.”
    Demək, insanın Allaha doğru hərəkəti düşüncəli və ixtiyari bir hərəkətdir bu hərəkətin nəticəsi ölümdən sonra aşkar olur. Allaha yaxın məqam bir nöqtə yox, müxtəlif mərtəbələrə malik bir həqiqətdir.
    63-CÜ DƏRS: ÖZÜNÜTƏRBİYƏDƏ ZİKRİN ROLU
    Allahı zikr etmək böyük bir ibadət, nəfsin tərbiyəsində təsirli bir amildir. Allahın zikri dedikdə onu dil və qəlb ilə xatırlamaq nəzərdə tutulu. "Sübhanəllah”, "əlhəmdulillah”, "la ilahə illəllah”, "əllahu əkbər” ən məşhur zikrlərdir.
    Həzrət Əli (ə) buyurur : "Allahı kamil şəkildə zikr et. Qəlbinlə dilin, batininlə zahirin eyni olsun. Həqiqi zikr odur ki, insan öz nəfsini unuda.”
    İmam Sadiq (ə) buyurur: "Həqiqi zikr edən insan günaha batmaz.” İslam peyğəmbəri (s) buyurur: "Üç şey ümmətim üçün çətindir.
    1.Var dövlətdə mömin qardaşla bərabər olmaq.
    2.Xalqla insaflı olmaq.
    3.Bütün hallarda Allahı zikr etmək. Zikr dedikdə "Sübhan əllah”, "əlhəmdulillah” demək nəzərdə tutullur. Allahı zikr etmək odur ki, qarşıya haram iş çıxanda Allahdan qorxub günahdan uzaq olasan.”
    Allahın zikri üçün heç bir hədd müəyyən olunmamışdır. "Ali-İmran” surəsinin 41-ci ayəsində buyurulur: "Rəbbini çox yad et, axşamlar və səhərlər onun zikrində ol. İmam Sadiq (ə) buyurur: "Allahın bacardıqca çox, gündüzün və gecənin hər saatında zikr edin. Allah o mömini yada salır ki, həmin mömin Allahı yada salmış olsun.” Həzrət peyğəmbərdən (ə) soruşdular ki, məscid əhlinin yaxşısı kimdir? Həzrət buyurdu ki, Allahı başqalarından çox zikr edən şəxs.
    64-CÜ DƏRS: İMANA APARAN YOLLAR
    İnsan öz imanını kamilləşdirmək üçün aşağıdakı yollardan istifadə edə bilər.
    1.Təfəkkür və dəlillər
    Allahın varlığını sübuta yetirən dəlillər haqqında düşünmək insanın imanını gücləndirir. Hikmət, kəlam, ürfan kitablarında sübut olunur ki, bütün varlıq aləmi Allahın iradəsi ilə yaşayır. Allah hər şeyi görür və bütün mövcudlara hətta onların özlərindən də yaxındır. "Hədid” surəsinin 4-cü ayəsində buyurulur: "Harada olsanız, O sizinlədir.”
    2.İlahi nişanələr
    İnsan təbiət aləmini, müxtəlif heyvanların həyatını, aylı-ulduzlu səmanı diqqətlə müşahidə edərsə böyük yaradıcının nişanələri ilə rastlaşar. Dünya heyrətamiz gözəlliklərə bürünmüşdür. Hətta molekulun da tərkibində nazamlı bir həyat yaşanır. Bu gözəlliklərin rəssamı, bu nizamın qurucusuna həmd olsun!
    3.İbadət
    Allaha yaxınlaşmaq üçün, eləcə də nəfsin tərbiyəsi üçün ibadət müstəsna rola malikdir. "Hicr” surəsinin 99-cu ayəsində buyurulur: "Yəqin məqamına çatanadək Allahına ibadət et.”
    4.Zikr və dua
    Ayə və rəvayətlərdə zikr və duanın səmərəsindən danışılır, bu vəsilələrlə Allaha yaxınlaşmaq tövsiyə edilər. Amma zikr və duada qəlbin iştirakı əsas şərtdir.
    Category: Gənclər üçün 100 dərs | Views: 880 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024