İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Gənclər üçün 100 dərs
    5:22 AM
    Kitabın adı: Gənclər üçün 100 dərs
    1-Cİ DƏRS: ELM NƏDİR?
    İslam peyğəmbəri (s) buyurur: "Elm üç şeydir: "ayətun muhkəmə”, "fərizətun adilə” və "sunnətun qaimə”. Bunlardan başqa nə varsa, elm yox, fəzilətdir” ("Üsuli - kafi,”c. 1 s. 37)
    Mərhum Kuleyni yazır: "Ayətun muhkəmə əqidə əsaslarına (üsuli – din), "fərizətun adilə” əxlaq elminə, "sunətun qaimə” şəriət hökmlərinə (fürui – din) işarədir.”
    Mürtəza Mütəhhəri yazır: "Biz bəzi elmləri dini, bəzi elmləri isə qeyri-dini hesab edirik. Dini elmlər dedikdə dini əqidə, əxlaq, əməli elmlər və bu elmlərə giriş, müqqədimə olan ərəb ədəbiyyatı, məntiq və s. nəzərdə tutulur.
    Bəziləri düşünə bilər ki, dini adlandırdığımız bu elmlərdən başqa nə varsa, gərəksiz bir şeydir. Əslində isə belə deyil.
    Müsəlmanlar üçün faydalı olan bütün elmlər dini elmdir və bu elmləri öyrənmək vacibdir. Götürək ərəb dilinin qrammatikasını. Bu sahəni öyrənmədən Quranı anlamaq olarmı?! Demək, insanı həqiqətə yaxınlaşdıran nə varsa, həm vacibdir, həm də savablı. Burada elm öyrənən insanın niyyəti böyük rol oynayır. Allaha yaxınlaşmaq məqsədi olmadan heç Quran öyrənməyin də savabı yoxdur..."
    2-Cİ DƏRS: ELM ÖYRƏNMƏK VACİBDİRMİ?
    Həzrəti Məhəmməd (s) buyurur: "Elm öyrənmək bütün müsəlmanlara vacibdir”; "Beşikdən qəbrədək elm öyrənin”; "Çində də olmuş olsa, elm öyrənin”; "hikmət möminin itkisidir...”Cəhalət dövrünün insanı "elm faydasız bir şeydir” deyə bilərdi. Amma bu günkü insan elmə biganə qala bilərmi?! Ətrafımıza nəzər salaq: Mexanikləşdirilmiş kənd təsərrüfatı, avtomatlaşdırılmış yüngül və ağır sənaye, kompüterləşdirilmiş tibbi diaqnostika, atom energetikası və s. Əgər "elm faydasız bir şeydir” deyən tapılsa, sadəcə, onu bir neçə gün eləktirik enerjisindən mərhum etmək lazımdır. Qoy, bu insan qaranlıq dynyada cəmi bir neçə gün nəqliyyatsız, rabitəsiz, informasiyasız yaşasın! Onda elmin faydasını yaxşıca anlayar.
    Amma insanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompyüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Elmi-texniki tərəqqi insanın cisminə rahatlıq yaradır. O isə təkcə cimdən yox, həm də ruhdan təşkil olunub. Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Əksinə, ruhən xoşbəxt olan insan elektronikasız da keçinə bilir. Bəs ruhu necə xoşbəxt etməli? Allah-təala Qurani-kərimdə buyurur: "Qəlblər yalnız Allahı xatırlamaqla rahatlanar. "Dini elmlər isə məhz bunu, Allahı xatırlamağı və ona yaxışlaşmağı öyrədir!
    3-CÜ DƏRS: DİNLƏR HAQQINDA
    İnsanın digər canlı aləmdə əsil üstünlüyü onun dini etiqadıdır. Başqa xüsusiyyətlərə gəldikdə heyvanat aləmində daha güclü istedadlar müşahidə olunur. Məsələn, insan fiziki cəhətdən nə qədər güclü olsa da, təbiətdə ondan qat-qat güclü heyvanlar mövcuddur. Bal arısının həyatını ətraflı müşahidə etdikdə onun mühəndisliyinə, qənnadçılığına heyran qalmamaq olmur. Bəşər övladının bütün kəşfləri bir növ təbiətdəki əsərlərin surətidir. Demək, insan digər varlıqlardan yalnız dindarlığı ilə üsütün ola bilər
    Bəşər tarixində dini etiqada malik olmayan bircə qəbilə də tapmaq mümkün deyil. Hətta Avstraliyanın mərkəzindəki ən geri qalmış tayfaların da dini etiqadı vardır. İnsan heç bir mənbədən ala bilməyəcəyi mənəvi qidanı dindən alır.
    Bəşər tarixində diqqəti cəlb edən dinlərə nəzər salaq:
    -Hindu dini (miladdan 1500-2000 il qabaq)
    -Yəhudilik (miladdan 1200- 1500 il qabaq)
    -Sintoizm (miladdan 660 il qabaq)
    -Zərdüştilik (miladdan 660 il qabaq)
    -Buddizm (miladdan 560 il qabaq)
    -Konfusi dini (miladdan 551 il qabaq)
    -Məsihilik (miladın başlanğıcı)
    -İslam (miladi 610-cu il)
    4-CÜ DƏRS: İSLAM HAQQINDA
    Bu gün İslam dininə bir milyarddan çox insan etiqad edir. İslamın müqəddəs kitabı Həzrət Məhəmməd (s) peyğəmbərə nazil olmuş Qurandır. Həzrət Məhəmməd (s) miladi 570-ci ildə indiki Səudiyyə Ərəbistanının Məkkə şəhərində qüreyş qəbiləsində anadan olmuşdur. O 40 yaşında peyğəmbərlik məqamına seçilmiş və 12 il Məkkədə İslamı təbliğ etmişdir.
    Miladi 622-ci ildə Məkkədən Mədinəyə hicrət etmiş və həmin vaxtdan hicri-qəməri tarix başlamışdır. 630-cu ildə Məkkə Həzrət Məhəmmədə (s) təslim olmuşdur. İslam peyğəmbəri (s) 632-ci ildə dünyasını dəyişmişdir.
    Həzrət Məhəmməddən sonra 28 il müddətində müsəlmanlara dörd xəlifə rəhbərlik etmişdir: Əbu Bəkr, Ömər, Osman və Həzrət Əli (ə) 660-750-ci illərdə İslam xilafətini bəni-üməyyə, 750- 1258-ci illərdə əbbasilər idarə etmişlər.
    İslam tarixində iki məzhəb diqqəti daha çox cəlb edir. Müsəlmanlar arasında sünni məzhəbində olanlar çoxluq təşkil edir. Onlar sünnəti, yəni peyğəmbərin söz və əməlini əsas götürür və dörd xəlifəni ədalətli tanıyırlar.
    İkinci böyük məzhəb olan şiələr peyğəmbər sünnəti ilə yanaşı Əhli-beyt hədislərinə də əsaslanır və həzrət peyğəmbərdən sonra canişinliyi həzrət Əlinin (ə) haqqı bilirlər. Şiələr 12-ci İmam həzrət Mehdinin zühur edib, ədaləti bərqərar edəcəyinə inanırlar.
    5-Cİ DƏRS: MƏNTİQ
    İslam elmləri iki hissəyə ayrılır: əqli elmlər və nəqli elmlər. Haqqında danışacağımız məntiq elmi əqli elmlərdən hesab olunur.
    Bu elm İslama xaricdən daxil olmuşdur. Əvvəldə qeyd etmişdik ki, İslamda əsas elmlərin mövzusu etiqad, əxlaq və əməldir. Digər elmlər isə bu üç əsas elm üçün müqəddimə rolunu oynayır. Məntiq də həmin müqəddimə elmlərdəndir. Bu elm yunan mətnlərindən tərcümə olunmuşdur. Məntiq Ərəstunun (Aristotel) adı ilə bağlıdır.
    Məntiq elminin yunanlardan götürmüş müsəlmanlar ona bəzi əlavələr etməklə daha da kamilləşdirmişlər. İbni Sinanın "Əş-şifa” məntiqi müsəlmanlar arasında yaranmış və qəbul olunmuş məntiqdir.
    Məntiq elmi düzgün düşünmə qanunlarından ibarətdir. Məntiqi bilən insan qarşısına çıxmış məsələyə münasibətdə bu elmdən ölçü aləti kimi istifadə edir. Demək, məntiq insan zehnini xətalardan qoruyur.
    Əgər məntiq düşüncənin, təfəkkürün düzgünlüyünə xidmət edirsə, düşüncüyə tərif vermək lazım gəlir. Təfəkkür bir neçə məlumu əlaqələndirib yeni məlum əldə etmək və məchulu məluma çevirməkdir.
    Sadə bir misal: İlqar ərəbcə bilirmi? Düşünürük: Mədrəsəni bitirənlər ərəbcə bilir; İlqar mədrəsəni bitirib. Nəticə alırıq: İlqar ərəbcə bilir.
    Demək, düşünən insan əvvəlcədən məlum olanları lazımı ardıcıllıqla düzüb, məchulu tapır.
    Category: Gənclər üçün 100 dərs | Views: 1290 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024