İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Gənclər üçün 100 dərs
    5:18 AM
    Kitabın adı: Gənclər üçün 100 dərs
    11-Cİ DƏSR: KƏLAM ELMİ
    Kəlam elmi dini əqidələr, onların sübutu və müdafiəsi ilə məşğul olan İslam elmidir. İslam alimləri İslam təlimlərini üç hissəyə bölürlər: əqidələr, əxlaq, hökmlər. Kəlam elminin mövzusu əqidələr, əxlaq elminin mövzusu əxlaq, fiqh elminin mövzusu isə əməli hökmlərdir. Kəlam elmi "usuli-din”, "tövhid və sifətlər” də adlandırılır.
    Kəlam elmi öz başlanğıcını Qurani-kərim, peyğəmbər (s) buyuruqları və həzrət Əlinin (ə) xütbələrindən götürür.
    Kəlam tarixində ilk mübahisə doğuran məsələ cəbr və ixtiyar məsələsi olub. Yetkinlik yaşına çatmış hər bir şəxs üçün maraqlıdır ki, insan azaddır (ixtiyar), yoxsa məcbur (cəbr). İlk əvvələr insanın azad olduğunu iddia edənlər "qədri”, insanın yazılmış taleh yaşamağa məcbur olduğunu iddia edənlər "cəbri” adı ilə tanınardılar. Cəbr və ixtiyar "qəza və qədər” adı ilə məşhurdur.
    Cəbr və ixtiyar məsələsinin ardınca zülm və ədalət məsələsi ortaya çıxdı. Beləcə, kəlam elmində mübahisə mövzusu olan məsələlər çoxaldı.
    Başqa bir baxımdan kəlam elmi əqli və nəqli olmaqla iki hissəyə bölünür. Əqli kəlama sırf əqli dəlillərə əsaslanan tövhid, nübüvvət və bəzi məad məsələləri aiddir. Bu məsələlərdə kitab və sünnət kimi nəqli dəlillər kifayət deyil. Nəqli kəlama isə imamət və əksər məad məsələləri aiddir.
    12-Cİ DƏRS: KƏLAM ELMİNİN TƏRİFİ VƏ MÖVZUSU
    Kəlam elmi dini əqidələr, yəni üsuli-din haqqında elmdir. Bəs nə üçün bu elm kəlam adlandırılmışdır? Alimlər bu suala müxtəlif cür cavab verirlər. Bəzilərinin fikrincə, bu elmin mövzuları Allah kəlamı ətrafında olduğundan elm də kəlam elmi adlandırılmışdır.
    Kəlam elminə münasibətdə müxtəlif məzhəblər mövcuddur. Məsələn, şiə, mötəzilə, əşəri, murciə. Şiə məzhəbinə tabe olanlar diri müctehidə əməli məsələlərdə təqlid, müctehidlər isə mövcud biliklərlə kifayətlənməyib, axtarışda olmalıdırlar.
    Mötəzilə əqidəsinin beş əsası vardır: 1. Tövhid; 2. Ədl; 3. Vəd və vəid (mükafat və cəza); 4. Günahkar nə mömindir, nə də kafir; 5. Yaxşıya dəvət və pisdən çəkindirmə şəriətə aid deyil, əql yolu ilə müəyyənləşdirilə bilər və bütün müsəlmanlara vacibdir.
    Mötəzilə tərəfdarları bəni-üməyyə və bəni-əbbasilərlə yaxşı münasibətdə olmamışlar. Amma xəlifə Məmun özü elm, ədəb, fəlsəfə ilə maraqlandığından onları himayə etmiş, hətta özünü mötəzim adlandırmışdır. Amma xəlifə Mütəvəkkil mötəzililəri qılıncdan keçirmişdir.
    Əşərilərə görə insan azad deyil, xeyir də, şər də Allahdandır. Allah qiyamət günü görünər, günahkar mömin ola bilər, insan tövbəsiz bağışlana bilər və sa.
    İslam fəlsəfəsini şiələr qoruyub desək yanılmarıq. Etiqadda əqli dəlili haram hesab edən sünnət əhli başçılarından fərqli olaraq, həzrət Əlinin (ə) "Nəhcül-bəlağə” kitabı ciddi əqli dəlillərə əsaslanır.
    13-CÜ DƏRS: ŞİƏ KƏLAMI
    Şiə kəlamının əsasını aşağıdakı üsullar təşkil edir:
    1.Tövhid
    Tövhid mötəzilə və əşəri kəlamında da əsaslardan biridir. Mötəzilə kəlamındakı tövhid "sifati tövhid”-dir. Əşərilər isə ”əfali tövhidi” qəbul edirlər. Şiə kəlamında isə "zatı tövhid” və "ibadətdə tövhidə” əlavə olaraq həm "sifati”, həm də "əfali” tövhid əsas hesab olunur.
    "Zati tovhidə” görə Allahın zatı birdir və Onun oxşarı yoxdur. "Sifati tövhidə” görə Allahın elm, qüdrət kimi sifətləri Onun zatının eynidir, yəni zatından ayrı deyil. "Əfali tövhidə” görə bütün fellər, işlər Allahın iradəsinə tabedir. "İbadətdə tövhid” odur ki, Allahın zatından savayı ibadətə layiq mövcud yoxdur.
    2.Ədl, yəni Allahın rəhmət və neməti bütün yaranmışlar arasında ilahi bir nizamla paylanmışdır və O adildir.
    3.İxtiyar və azadlıq.
    Şiə məzhəbinin insan üçün qəbul etdiyi azadlıq əşərinin cəbri ilə mötəzilənin təfvizi arasındadır. Yəni insan nə tam azaddır, nə də tam məcbur.
    4.Hüsn və qübh (gözəllik və çirkinlik). Bəzi işlər rəva, bəziləri isə narəva hesab olunur.
    5.Allahın lütfü varlıq aləminə hakimdir.
    6.Əql batini peyğəmbərdir, yəni əsasdır.
    7.Allah kainatı məqsədli yaradıb.
    8.İnsan Allaha qəlblə şahid ola bilər, gözlə yox.
    9.Peyğəmbər və imamlar məsumdur, şəfaət var
    14-CÜ DƏRS: ÜRFAN
    Ürfan İslam mədəniyyəti qoynunda doğulmuş elmdir. Ürfan ardıcılları, yəni ariflər təfsirçilərdən, fəqihlərdən filosoflardan, ədiblərdən mühüm bir xüsusiyyətə görə fərqlənirlər. O biri təbəqələrdən fərqli olaraq onlar yalnız elmi təbəqə yox, həm də ictimai firqədirlər. Əslində yalnız elmi təbəqə kimi tanınan ürfan əhli "arif”, ictimai firqə kimi tanınan ürfan əhli isə "mütəsəvvif” (sufi) adlandırılır.
    Ariflik xüsusi bir məzhəb deyil və İslamın bütün məzhəblərində ariflərə təsadüf olunur. Bununla belə, xüsusi adət- ənənələrə, rəftar və geyimə malik sufilərin varlığını inkar etmək olmaz. Əsil ariflər isə başqalarından zahirən fərqlənmirlər. Belə ariflər işə məzhəbində də az olmayıb. Demək, ürfandan danışarkən arifləri sufilərdən fərqləndirmək lazımdır.
    Ürfan elmi iki hisssəyə bölünür: Əməli ürfan və nəzəri ürfan. Əməli ürfandan insanın özünə, cəmiyyətə və Allaha aid vəzifələri izah olunur. Ürfanın bu hissəsi "seyrü-süluk” adlanır. Bu hissəsdə ”Salikin (yolçunun) insaniyyət zirvəsi olan "tövhidə” çatması üçün yol göstərilir. Arifin "tövhidi” adi "tövhiddən” fərqlənir. Arif tövhid dedikdə Allahdan başqa heç nəyin görünmədiyi mərhələyə çatmağa nəzərdə tutur.
    Nəzəri Ürfanda isə Allah, kainat və insan haqqında danışılır. Ürfanın bu hissəsi İlahi fəlsəfəni xatırladır.
    15-Cİ DƏRS: ÜRFAN VƏ İSLAM
    İstər əməli, istərsə də nəzəri ürfan. İslam dini ilə sıx təmasdadır. Həqiqi ariflər Quran, sünnət, əhli-beyt və səhabələrdən qidalanırlar. Amma müxtəlif alimlər ürfan haqqında fərqli fikirlər yürüdürlər;
    1.Bir qrup mühəddis və fəqih ürfanı həqiqi İslamdan kənar bilirlər. Onlar iddia edirlər ki, ariflərin İslama bağlılığı müsəlmanların diqqətini cəlb etmək üçündür.
    2.Bir qrup ifratçı alim ürfanı İslam ziddinə qiyam kimi qiymətləndirir və arifləri həqiqi imandan kənar insanlar kimi tanıtdırırlar
    3.Digər bir qrup alim ictimai təbəqə olan sufiləri dindən kənar, elmi təbəqə olan arifləri isə müsəlman kimi tanıyır. Onların fikrincə, ariflərin də filosoflar, təfsirçilər kimi nöqsanları ola bilər. Amma ürfan İslama zidd deyildir.
    Amma qərəzsiz olaraq ürfan kitabları ilə tanış olub, ürfan terminalogiyasını anlasaq, görərik ki, ariflər İslama münasibətdə səmimidirlər. Ürfana üçüncü baxış həqiqətə daha çox uyğundur.
    Ariflər Allaha yaxınlaşmaq istəyində olan insanlardır. İslam dini isə bu yaxınlaşmanın gerçəkləşməsini ən üstün şəkildə təmin edən dindir. Beləcə, ariflərin İslama bağlılığı və səmimiyyəti tam məntiqə uyğundur.
    16-CI DƏRS: ŞƏRİƏT, TƏRİQƏT, HƏQİQƏT
    Ariflərlə fəqihlər arasında ən çox ixtilaf doğruran məsələ "şəriət, təriqət, həqiqət” məsələsidir. Fəqihlər şəriət dedikdə insanı xoşbəxt edəcək İslam hökmlərini nəzərdə tuturlar və şəriətə əməl etməyi yeganə yol bilirlər. Ariflər isə şəriəti yol kimi başa düşür və bu yolu təriqət adlandırırlar. Onların fikirincə bu yolun sonu həqiqətdir. Demək, ariflərin nəzərincə, şəriət təriqət üçün, təriqət isə həqiqət üçün bir vasitədir. Fəqihlərin fikirincə İslam əqidə, əxlaq və əməldən ibarətdir. Əqidə ağıla, əxlaq nəfsə, əhkam isə əzalara aiddir.
    Lakin ariflər sırf zehni etiqadı kifayət bilmir, iman gətirdikdən sonra fəaliyyət göstərib, həqiqətlə insan arasındakı pərdələrin aradan qaldırılmasını əqidə məsələsi kimi tanıyırlır.
    Ariflər fəqihlərin əxlaq proqramı əvəzinə xüsusi tərkibə malik ürfani proqram təklif edirlər.
    Dini hökmlərə gəldikdə isə fəqihlərlə ariflər arasında elə bir ziddiyyət yoxdur.
    Demək, fəqihlərin "əqidə, əxlaq, əməl” üçlüyünə qarşı ariflər "şəriət, təriqət, həqiqət” üçlüyünü çıxarırlar. Ümumiyyətlə, insan cism, nəfs və əql üçlüyündən təşkil olunduğu üçün ürfanın da fəqh kimi üç istiqamət müəyyənləşdirməsi təbiidir. Həm fiqh, həm də ürfandakı üçlüklərdən biri zahirə, digəri batinə, üçüncüsü isə batinin batininə aiddir.
    Category: Gənclər üçün 100 dərs | Views: 934 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024