İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Gənclər üçün 100 dərs
    5:13 AM
    Kitabın adı: Gənclər üçün 100 dərs
    22-Cİ DƏRS: ƏMƏLİ HİKMƏT (HİKMƏTİ ƏMƏLİ)
    hikmət və ya fəlsəfə qədim dövrdən iki hissəyə bölünmüşdür: Nəzəri hikmət və əməli hikmət.
    Nəzəri hikmət ilahiyyat, riyaziyyat, təbiət kimi elmlərdən ibarətdir.
    Əməli hikmət isə əxlaq, siyasət kimi sahələri əhatə edir. Bu elmdə insanın əqlən dərk edə biləcəyi vəzifələrdən danışırlır. Heç bir insan vicdan adlı hakimdən mərhum deyil. Bu hakim hər bir işdə "olar” və ya "olmaz” hökmünü verir. Vicdan insana hökm edir ki, o, doğruçu, xeyirxah, ədalətli, azad olmalıdır. Əksinə, insan yalançı, bədxah, zalım, qul olmamalıdır.
    Əməli hikmət konkret üç şöbədən ibarətdir: Əxlaq, ailə quruluşu, ictimai nizam.
    Əxlaq insana necə yaşamağı öyrədir. Özünü əxlaq sisteminə malik məktəb kimi tanıtdıranların bir çoxunun iddiası əsassızdır. Çünki əxlaq elminin təqdim etdiyi sistem insanı müqəddəsliyə aparmalıdır. Bu gün dünyada təbliğ olunun bir sıra məktəblər "əxlaq sənin sevdiyin həyat tərzidir” şüarını verirlər. Guya, insanın xoşladığı həyat tərzi onun üçün ən üstün əxlaqdır. Belə çıxır ki, hərə bir şeyi sevirsə, hərənin də öz əxlaqı olmalıdır?! Əltəttə ki, bu pirinsip əslində bütün bəşəriyyəti əxlaqsızlığa aparır.
    İslam dini fərdi və ictimai əxlaqın ilahi dəyərlərlə müəyyənləşdirilməsini doğru sayır. Belə bir əxlaqı vicdan təsdiq edir və belə bir insanı müqəddəsliyə aparır.
    23-CÜ DƏRS: XOŞBƏXT OLMAQ ÜÇÜN
    İnsan Nyutonun qanunlarını, nisbilik nəzəriyyəsini bilmədən xoşbəxt ola bilər. Nə Nyuton, nə də Eynişteyn bu biliklərdən xəbərsiz insanları bədbəxt hesab etməmişlər.
    Bu dini biliklər necə, bu biliklərə malik olmayan insan xoşbəxt ola bilərmi? Əgər insan hətta cəmiyyətdən ayrılıb, kimsəsiz bir səhraya pənah apardıqda belə öz qanunları ilə yaşaya bilmirsə, demək daha üstün qanunlara ehtiyac var. Yalnız ən qüdrətli varlığın çıxardığı qanuna tabe olan insan xoşbəxt ola bilər. Ən qadir varlıq isə Allah-təaladır və onun qanunları bütün varlıq aləmini öz təsiri altında saxlayır. İnsanın səadət yolunu Allahdan yaxşı kim tanıya bilər?! Böyük yaradıcı isə göndərdiyi din vasitəsi ilə insana xoşbəxtlik yolunu göstərir. Demək dini biliklərdən məhrum insanın səadət yolunu tapması qeyri-mümkündür.
    Amma ali dini təhsil almaq olduqca çətindir. Ötən 22 dərsdən məlum oldu ki, İslam elmləri nəhayətsiz bir ümmandır. Bu elmlərə yiyələnmək istəyənlər tarix boyu vətənindən və doğmalarından ayrılıb, uzaq ölkələrə hicrət etmiş, min bir əziyyətə qatlaşaraq İslami biliklərə yiyələnmişlər. Belə bir fədakarlıq çətin olsa da, insan zəruri dini biliklərdən xəbərsiz qala bilməz. Gündəlik mütaliə üçün vaxt ayırmaq olduqca zəruridir.
    Biz İslam elmləri ilə xülasə şəkildə tanış olduq. İndi isə qarşıda sual durur: nə etməli?
    24-CÜ DƏRS: DİN
    Din bəşəriyyətə səadət yolunu göstərmək üçün Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə göndərilmiş həyat proqramıdır. Xoşbəxt olmaq istəyən insan bu proqrama əməl etməlidir. Dini əqidə insanın qəlbində yerləşmiş gizli nəzarətçi kimidir. O, insanı çirkin işlərdən çəkindirir, gözəl sifətlərə vadar edir.
    Dünya həyatı öz eniş-yoxuşları ilə labirinti xatırladır. Din iki yol ayrıcında dayanmış insana doğru yolu göstərir. Dünya çətinlikləri ilə üzləşmiş insan iman qüvvəsindən güc alaraq Allaha üz tutur və Allahın yardımı ilə keçilməz sədləri aşır.
    124 min peyğəmbərin sonuncusu Həzrət Məhəmməd (s), beş ilahi kitabın sonuncusu isə Qurani-kərimdir. Qurani-kərimin "Bəqərə” surəsində buyurulur: "Bu kitab heç bir şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır. (Təqvalılar) o kəslərdir ki, qeybə inanır, namaz qılır, və onlara verdiyimiz ruzilərdən ehsan edirlər.” (a - 2 – 3)
    İslam təlimləri üç hissədən ibarətdir:
    1. Etiqadlar (üsuli-din: tövhid, ədl, nübüvvət, imamət, məad).
    2. Əxlaq
    3. Əməllər (fürui – din: namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla, təbərra)
    Bu üç elmi öyrənmək üçün bütün müsəlmanlar üçün fərizə, yəni vacib hesab olunur. Xoşbəxt olmaq istəyən insan dinin əsaslarına inanmalı, düzəldib dini hökmlərə əməl etməlidir.
    25-Cİ DƏRS: ALLAHA İNAM (TÖVHİD)
    Heç bir insan, hətta yaranmışların ən şərəflisi olan həzrət Məhəmməd (s) Allahın müqəddəs zatını dərk edə bilməz. İnsanın başa düşə biləcəyi yalnız Allahın adlarıdır. Allahın elə adları vardır ki, bu adları yalnız övliyalar dərk edə bilər.
    Ad nişanə, əlamətdir. Bütün yaranmışlar, eləcə də bütün aləm Allahın müqəddəs zatının nişanələridir. Xaricdən səbəb olmadan bir şey digərinə çevrilə bilməz. Məsələn suyun buza dönməsi üçün xaricdən səbəb olmalıdır. Demək, heç nə öz-özünə yaranmır və bir haldan başqa hala keçmir. Bu deyilənlər varlıq aləminin yaranmasında yaradanın varlığına əqli dəlildir.
    Əlbəttə ki, bir həqiqətin qəbulunda dəlillərə malik olmaq müsbət haldır. Amma Allaha inam məsələsində dəlil taxta ayaq kimi gücsüzdür. İnsanın vicdanı var və bu vicdan insanı daim Allaha iman gətirməyə cağırır. Təəssüf ki, həqiqətə gedən yolda nəfs istəkləri maneə olaraq qalır. Allah-təala peyğəmbər vasitəsi ilə kitab göndərərək insana əl tutur.
    Qurani-kərimin "Əraf” surəsinin 59-cu ayəsində oxuyuruq: "(Nuh öz qövmünə dedi) Ey mənim qövmüm, Allaha ibadət edin, sizin ondan başqa tanrınız yoxdur”: Eyni çağırışla uyğun surənin 73-cü və 85-ci ayələrində qarşılaşırıq.
    İslam peyğəmbərinin ilkin şüarı da bu oldu: "Deyin: Allahdan başqa tanrı yoxdur!”
    26-CI DƏRS: TÖVHİDİN DƏLİLLƏRİ
    Əvvəlki dərslərdə qeyd etmişdik ki, dinin beş üslunu kor-koranə qəbul etmək olmaz və bu məsələdə təqlidə icazə verilmir. İnsan istənilən bir yolla dinin beş əsasına inam əldə etməlidir. Quran və hədislərdə Allahın birliyinə dəlil olacaq kifayət qədər buyuruqlar vardır.
    "Bəqərə” surəsində oxuyuruq: "Sizin tanrınız vahid Allahdır və Ondan başqa tanrı yoxdur... Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini təqib etməsində, insanlara fayda üçün dənizdə üzən gəmilərdə, Allahın yağış endirib ölü yeri diriltməsində, növbə-növ heyvanları ətrafa yaymasında, küləkləri dolandırmasında, göylə yer arasında Allaha tabe olan buludlarda ağıl sahibləri üçün dəlilər vardır:” (a. 163-164)
    Təbiətə nəzər salın, yerin günəş, ayın yer ətrafındakı hərəkətini izləyin. Yerin günəş ətrafında fırlanmasından dörd fəsil, yerin öz oxu ətrafında fırlanmasıından isə gecə gündüz yaranır.
    Günəş istisindən dənizin suyu buxarlanıb buludu dönür, havadakı istilik fərqindən yaranmış küləklər buludları dağlara qovur. Dağlara yağan qar və yağışlardan yaranmış çaylar yer üzünün yaşıl örpəyini dirçəldərək yenidən dənizlərə qayıdır.
    Bütün bu qanunauyğunlular, kainatın obyektiv nizamlı quruluşu bir Allahın varlığına şəhadət vemirmi?! Tovuz quşunun günəş şüaları altda bərq vuran əsrərəngiz surəti böyük rəssamdan danışmırmı?!
    Təssüf ki, bir dəlillə kifayətlənməli olduq...
    27-Cİ DƏRS: ALLAHIN ADLARI
    "Həşr” surəsinin 24-cü ayəsində buyurulur: "Ən gözəl adlar Ona məxsusdur.” "Əllah” kəlməsi zatı addır və ondan 99 ad və sifət birləşir. İslamda əxlaq mövzusunun əsasını bu ad və sifətlərin tanınması təşkil edir. Hədislərdə buyurulur ki, özünüzü ilakhi əxlaqla zinətləndirin. İnsan ilahi sifətlərə yiyələnməklə həqiqi insanlıq məqamına nail olmalıdır. İdeal bir cəmiyyət qurmaq üçün bu cəmiyyətdə ilahi sifətlər cilvələnməlidir.
    Məsələn, cəmiyyət sülhə eytiyaclıdır. Allahın "Səlam” adı bu sülhü ifadə edir.
    Məsələn, fərdi və ictimai həyatda xoşbəxt olmaq üçün mehribanlıq və bağışlamaya ehtiyac var. Allahın "Rəhman və Rəhim” adları bu iki sifəti təcəssüm etdirir. Allahda olan elm, qüdrət, ədalət kimi sifətlər "sübutiyyə” və ya "cəmaliyyə” sifətləri adlanır. Amma elə sifətlər də vardır ki, Allah bu sifətlərdən uzaqdır. Məsələn, cism, zaman, məkan, mürəkkət kimi sifətlər Allahda yoxdur və belə sifətlər "səlbiyyə” və ya "cəlaliyyə” adlanır.
    Bundan əlavə ilahi sifətlər zatı və feli olmaqla iki yerə bölünür. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərin mövcudluğu heç nədən asılı deyil. Məsələ, başqa vücud olsa da, olmasa da Allah alimdir. Amma Allah bir iş görmədən feli sifət gerçəkləşməz. Məsələn, Allah məxluqu yaratdıqdan sonra "xaliq” sifəti gerçəkləşir.
    28-Cİ DƏRS: ƏDALƏT (ƏDL)
    İslam dinində beş əsas etiqaddan biri ədl, yəni Allahın ədalətli olmasıdır. Ədl Allahın kamal sifətlərindən biridir. Allah bütün işləri hikmətlə gördüyündən, alim olub bütün yaxşılıqları və pislikləri tanıdığından, zatən ehtiyacsız olduğundan Onun kimsəyə zülm etməsi qeyri-mümkündür.
    İnsanı ədalətə çağıran Allah neçə ola bilər ki, kimsəyə zülm etsin. "Ər-rəhman” surəsinin 9-cu ayəsində buyurulur: "Tərəzini düz tutun və çəkini əskiltməyin”
    Materialist əqidəli insanlar dünyada baş verən hadisələrin əsil mahiyyətini anlamadan bəzən insana zülm olunduğunu iddia edirlər. Əslində isə zahirən zülm görünən hadisənin arxasında ilahi ədalət dayanır. "Bəqərə” surəsinin 216-cı ayəsində Allah-təala buyurur: "Xoşlamadığınız bir çox şeylər var ki, sizə xeyrlidir”. Başqa bir ayədə oxuyuruq: "Qiyamət günü ədalət tərəzisini qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz.” ("Ənbiya”, 47) Demək, insan hadisələrin mahiyyətini dərk etmədən qərar çıxarmamalıdır.
    Şəhid Dəstğeyb belə bir rəvayət nəql edir:
    Peyğəmbərlərdən biri çay kənarından keçərkən uşaqların bir kor oğlanı suya batıraraq ona əziyyət verdiklərini görür. Peyğəmbər Allaha dua edir: "Pərvərdigara, bu uşağın gözünə şəfa ver ki, bu əziyyət çəkməsin. "Allah uşağa şəfa verir. Gözləri açılmış oğlan ətrafındakı uşaqları suya batıraraq bir-bir boğmağa başlayır. Peyğəmbər duasına peşiman olub, səhvini anlayır.
    29-CU DƏRS: PEYĞƏMBƏRLİK (NÜBÜVVƏT)
    Atom hissəvcəyindən tutmuş ulduzlaradək bütün yaranmışlar ilahi nizam nizam əsasında kamilliyə doğru gedir. Toxumdan cücərən nihal qol-budaq atıb iri gövdəli ağaca çevrilir. Bal arısının həyatındakı ictimai nizam insanı heyran qoyur. Demək, bütün mövcudların həyat və fəaliyyətində ilahi qanunlar hökm sürür. İnsan isə yaranmışların şərəflisi hesab olunur. Əgər belədirsə, insan qanunauyğun təkamüldən kənar qala bilərmi?!
    İnsan azaddır və daim iki yol ayrıcındadır. Onun kamilliyi batil yox, haqq yolu seçib, davamlı hərəkət etməkdədir.
    Yaranmış öz yaradıcısının qununlarına tabe olmadan səadətə çata bilməz. Bəs bu qanunları haradan əldə etməlidir? "Bəqərə” surəsinin əvvəllər zikr etdiyimiz 2-ci ayəsinə bir daha nəzər salaq:” ... təqvalılara doğru yol göstərən kitab” Bu kitabın ayələri 23 il ərzində Həzrət Məhəmmədə” vəhy olunmuşdur. Bütün peyğəmbərlərin vəzifəsi insanları doğru yola dəvət etməkdir.
    Müxtəlif dini mənbələrdə bəşəriyyətə 124 min peyğəmbər göndərildiyi bildirilir. Onlardan beşi "ülul-əzm”, yəni böyük peyğəmbər hesab olunur: Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə)və Məhəmməd(s).
    Peyğəmbərlik və ya nübüvvət tovhid və ədldən sonra 3-cü əsas etiqaddır. Hər bir müsəlmanın peyğəmbərlik həqiqətini qəbul edib, peyğəmbərlərin gətirdiyi ilahi göstərişlərə itaət etməsi vacibdir.
    30-CU DƏRS: NÜBÜVVƏTİN DƏLİLLƏRİ
    İstənilən birimiz savadsız bir dostumuzdan gözəl işvədə yazılmış, mntiqli bir məktub alsaq, bu məktubun başqa birisi tərəfindən yazıldığını iddia edərik. Bəs nə üçün əksəriyyəti savadsız, təhsil görməmiş peyğəmbərlərin əsrarəngiz, ilahi üslubda çağırışı insanları düşündürmür? Son peyğəmbər Həzrət Məhəmmədin (s) hansı hansı mühitdə boya-başa çatdığı hamıya bəllidir. Bəzi düşündürücü məqamlara nəzər salaq:
    1.Elmdən uzaq cahil ərəb mühitində ərsəyə çatmış həzrət Məhəmməd (s) təhsil almadığı halda, tanınmış dünya alimlərini heyran qoyan Quranı heç vəchlə özündən uydura bilməzdi. ”Yunis” surəsinin 16-cı ayəsində həzrətin (s) dili ilə buyurulur: "Mən Qurandan qabaq bir ömür sizin aranızda qalmışam, başa düşmürsünüzmü?”
    2.Bəşər tarixində yalancı peyğəmbərlər çox olub. Yalançı peyğəmbərliyin əlamətlərindən biri xalqdan təmənna olub. Məkkə böyükləri peyğəmbərlik iddiasından əl çəkməsi müqabilində həzrət Məhəmmədə (s) vəzifə, var-dövlət təklif etdikdə həzrət (s) belə cavab verir: "And olsun Allaha, günəşi sağ, ayı da sol ovucuma qoysanız da, öz risalətimdən əl çəkməyəcəyəm.” "Hud” surəsinin 51-ci ayəsində bu təmənnasızlıq öz əksini belə tapır: "Mən peyğəmbərliyimə görə sizdən əvəz istəmirəm.”
    3.Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə ən aşkar dəlil möcüzə hesab olunan Qurani-kərimdir. "İsra” surəsinin 88-ci ayəsində oxuyuruq: "Əgər insanlar və cinlər əl-ələ versələr belə, Quranın mislini gətirə bilməzlər.”
    31-Cİ DƏRS: İMAMLIQ (İMAMƏT)
    Nübüvvət ilahi hökmləri təbliğdən ibarətdirsə, imamət bu hökmlərin cəmiyyətdə reallaşmasını təmin edir. Həzrət İbrahim (ə) əvvəlcə nübüvvət, sonra isə imamət məqamına seçilmişdir. Allah-təala İbrahim peyğəmbərə (ə) buyurur: "Sənin insanlara imam etdim.” ("Bəqərə”, 124
    Həzrət Məhəmməd (s) də təkcə nəbi yox, eləcə də imamlıq məqamına malik idi. Onun rehlətindən sonra imamlıq müssiyası başa çatmır. İlahi göstərişlərin cəmiyyətdə icrası üçün bu məqam son peyğəmbərin soyundan olan 12 məsum imama həvalə olunur. Müsəlmanların beş dini etiqadından biri 12 imamın ilahi məqamına inamdır. Həzrət Əli (ə) ilk imamlığa seçildiyi zaman ayə nazil olur: Bu gün dinimizin kamil etdim.” (Maidə, 3) Məşhur "səqəleyn” hədisində Həzrət Məhəmməd (s) buyurur: "Sizin üçün iki əmanət qoyub gedirəm: Quran və əhli-beyt.” Rəvayətlərə əsasən əhli-beyt həzrət Fatimə (s) və on iki məsum imamdır.
    1.Həzrət Əmirəl-Möminin Əli ibni Əbu Talib (ə)
    2.Həzrət İmam Həsən Müctəba (ə)
    3.Həzrəti İmam Hüseyn Seyyidüşşühəda (ə)
    4.Həzrət İmam Səccad (ə) (Zeynəl –abidin)
    5.Həzrət İmam Məhəmməd Baqir (ə)
    6.Həzrət İmam Cəfəri Sadiq (ə)
    7.Həzrəti İmam Museyi Kazim (ə)
    8.Həzrət İmam Riza (ə)
    9.Həzrət İmam Məhəmməd Təqi (ə)
    10.Həzrət İmam Əliyyən Nəqi (ə)
    11.Həzrət İmam Həsən Əsgəri (ə)
    12.Həzrət İmam Mıehdi (ə)
    32-Cİ DƏRS: İMAM VƏ RƏHBƏRİN VƏZİFƏLƏRİ
    Ayə və hədislərə əsaslanaraq İmam Rahil (r) "Yeni risalətdə” imam və rəhbərin vəzifələrini bəyan edir:
    1.İmam əmələn İslam və Quranın aynası olmalı və xalq onun mərifətindən faydalanmalıdır.
    2.İmam ictimai nizamı qorumalı, məsuliyyətləri bölüşdürməlidir.
    3.İmam təfriqələrin qarşısını alıb, birlik yaratmalıdır.
    4.İmam kor-koranə təqlidlə mübarizə aparmalıdır.
    5.Yaxşıya dəvət və pisdən çəkindirmə (əmr be məruf və nəhy əz münkər)
    6.Zərərli və murdar maddələr, qidalar qadağan olunmalıdır.
    7.Xalqın istismarına verilməməlidir.
    8.Tövhidə bağlı cəmiyyət tərbyə olunmalıdır.
    9.İmam zülmə yol verməyib, zalımlarla mübarizə aparmalıdır.
    10.İstimai ədalətin bərpası və hifzi
    11.Günahkarlığın qarşısının alınması
    12.Cəmiyyətdə dini hökmlərin icrası
    13.Düşmənlə mübarizə
    14.Gəlirlərin bölküsü
    15.Cümə və cəmiyyət namazlarının bərpası
    16.İmam məzlumları müdafiə etməlidir.
    17.İmam dində bidətlərin, dəyişikliklərin qarşısını almalıdır.
    18.Dinsizlərin dinə təcavüzünə cavab.
    Category: Gənclər üçün 100 dərs | Views: 954 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024