IV-cü fəsil
Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin qaydası (ədəbləri)
Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrində davamlı olmaq
Məhəmməd ibn Cəfər (əleyhis-səlam) nəql edir:
"İmam Cəfər Sadiq (əleyhis-səlam) həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini ardıcıl olaraq yerinə yetirirdi və onu kəsmirdi”("Came-ayat Əhadis namaz" c.2, səh. 54).
Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin deyilmə qaydası
İmam Sadiq (əleyhis-səlam) buyurur:
"Fatimənin (əleyha-səlam) zikri "Allahu Əkbər” ilə başlayıb 34 dəfə deyirsən, ondan sonra 33 "Əl-həmdulillah” və sonra isə 33 dəfə "Subhənallah” deyirsən” (Həmin mənbəə, səh. 50).
Zikr zamanı göz yaşı tökmək
Şeyx Qasım Əli ibn Hilal Cəzairi həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini bir saatdan çox uzadardı. Çünki zikrlərindən hər bir kəlməni dilinə gətirsəydi onunla bərabər göz yaşlarını axıdardı.