İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Əbədi səadət yolu
    11:48 PM
    Kitabın adı: Əbədi səadət yolu
    NƏFSİ PAKLAMAQ VƏ SAFLAŞDIRMAĞIN ƏHƏMİYYƏTİ
    Təkcə dinlərini düzəldərək, çoxlu cəmiyyətlərin zəlalət və aldanmasına səbəb olanların əksəriyyəti elm əhli olub. Onlardan bəziləri elmi mərkəzlərdə təhsil alıb, çətinliklər çəkiblər.("Qürərül-Hikəm" 7-ci cild. səh.269. )
    Batil firqələrdən birinin başçısı, bizim bu elmi hövzələrimizdə təhsil alıb. Lakin təhsilatı nəfsi paklaşma ilə bərabər olmadığı, Allah yolunda qədəm götürmədiyi və daxili çirkinlikləri özündən kənarlaşdırmadığı üçün, bu qədər rusvayçılıq yaratdı. İnsan xəbasəti (daxili çirkinlikləri) öz içərisindən təmizləməsə, nə qədər dərs oxusa və təhsil alsa da heç bir fayda verməyəcəyindən əlavə, zərərlər də verəcəkdir. Elm, belə bir xəbis mərkəzə daxil olarsa, xəbis budaqlar və yarpaqlar çıxarıb, xəbis ağaca çevriləcək. Bu məfhumlar paklaşmamış və qaralmış ürəkdə nə qədər artsa, o ürəyin pərdə və hicabları da bir o qədər artacaqdır.
    Paklanmamış nəfsdə elm qara bir pərdədir. Çünki fasid alimin şərri İslam üçün, bütün şərlərdən çox və qorxuludur. Elm nurdur. Amma, fasid və qara ürəklərdə təkcə zülmətin əhatəsini genişləndirir. İnsanı Allaha yaxınlaşdıra biləcək elm, dünyatələb nəfsə daxil olarsa, insanı Zul-Cəlalın dərgahından daha çox uzaqlaşdıracaq. Tövhid elmi də əgər Allahdan başqası üçün olsa, zülmət pərdələrindəndir. Çünki Allahdan başqaları üçün məşğul olmaqdır. Əgər bir kəs Qürani Kərimi on dörd qiraətlə Allahdan başqası üçün əzbərləsə, oxusa, hicab və Həqq-Təaladan uzaqlaşmaqdan başqa heç bir şey ona nəsib olmayacaq. Amma bunu bilin ki, "elm” ilə "paklaşmaq” arasında çox fərq və çox fasilə vardır. Bizim ustadımız(O cümlədən; Mühəmməd ibn Əbdül Vəhhab (vəhhabi firqəsinin təşkilatçısı), Şeyx Əhməd Ehsayi, Seyid Kazim Rüşti (şeyxiyyə firqəsinin təşkilatçıları), Əhməd Kəsrəvi, Qulam Əhməd və s. adlarını çəkmək olar.) mərhum şeyx (Allah ona rəhmət etsin) buyururdu: Bu ki, deyirlər: "Molla olmaq asandır, adam olmaq çətin ” düz deyil. Bəlkə, gərək belə deyilsin: "Molla olmaq çətin, adam olmaq isə qeyri-mümkündür!"
    İnsani keyfiyyət, kəramət və adamlıq nizamı qazanmaq çox çətin və çox ağırdır ki, bu da siz tələbələrin üzərinədir. Elə güman etməyin ki, indi şəriət elmləri ilə məşğulsunuz, elmlərin ən şərəflisi olan fiqh elmini öyrənirsiniz, daha rahatsınız və öz vəzifələrinizə, təkliflərinizə əməl etmisiniz. Bunlarla yanaşı ixlas və qürbət (Allaha yaxınlaşmaq) niyyəti olmasa, bu elmlərin heç bir faydası olmayacaq. Sizin təhsilatınız Allah üçün olmayıbsa, öz nəfsi istəkləriniz, məqam, kürsü, şəxsiyyət əldə etmək üzündən bu yolda qədəm götürmüsünüzsə, onda özünüz üçün əzab və pis aqibət hazırlamısınız. Öyrəndiyiniz bu terminlər, Allahdan başqası üçün olsa, əzab və pis aqibət deməkdir. Bu terminlər nə qədər çox olsa, paklıq və təqva ilə yanaşı olmazsa, müsəlman cəmiyyətinin dünya və axirətinin ziyanına tamam olacaqdır.
    Təkcə bu terminləri bilməyin faydası yoxdur. Tövhid elmi də əgər nəfsin saflaşdırılması ilə birlikdə olmasa, çətinlik və əzaba çevriləcəkdir. Çoxlu şəxslər var idi ki, sizin bildiklərinizi, onlar daha yaxşı bilirdilər, lakin düz yoldan azdıqlarına görə, cəmiyyət arasına düşərkən, onları da azğınlığa çəkdilər. Bu quru terminlər, əgər təqva və nəfsi paklıqdan ayrı olarsa, zehində kök atıb, dərinləşdikcə, xudbinlik və təkəbbürün də əhatəsi nəfsdə genişlənəcək, təkəbbür yeli üzərinə dikilmiş bu qarabəxt alim, özünü və cəmiyyəti islah edə bilməyəcək, İslama, müsəlmanlara da ziyandan başqa heç bir nəticə verməyəcək. Neçə illər elm təhsilindən, şəriət məsələrini öyrəndikdən, İslamın hüquq və rəftarlarını bildikdən sonra, İslam və müsəlmanların irəliləyişinin qarşısında səddə çevriləcək, xalqı düz yoldan sapındıracaq. Bu qədər dərs və bəhslərin, elm ocaqlarında olmağın bəhrəsi: İslamın dünyada dirçəlişinin, Qüranın həqiqətlərinin dünyaya yayımasının qarşısını almaq olacaq. Belə bir şəxsin varlığı, dünyanın İslamı və ruhaniyyəti tanımasına mane olması mümkündür.
    Mən demirəm dərs oxumayın və təhsil almayın. Əgər İslama və İslam dünyasına xeyir vermək, onda təsir qoymaq istəyirsinizsə, gərək diqqətli olasınız ki, millətə rəhbərlik edib, onları İslama tərəf yönəldə biləsiniz. İslamın əsaslarını qoruyun. Sizə fiqhin əsaslarını möhkəmləndirib, nəzər sahibi olmağınız lazımdır. Allah eləməmiş dərs oxuya bilməsəniz, mədrəsədə qalmağınız haramdır və İslam elmləri öyrənənlərin hüquqlarından istifadə etməyə haqqınız yoxdur.
    Əlbəttə, elm öyrənmək lazımdır, lakin fiqh və üsul məsələlərində zəhmət çəkdiyiniz kimi, özünüzü islah etmək üçün də çalışın. Elmi öyrənmək üçün atdığınız hər addım qədər, öz nəfsi istəklərinizi əzmək, ruhani qüvvənizi möhkəmləndirmək, gözəl əxlaqlar qazanmaq, mənəviyyat və təqva əldə etmək üçün də qədəm götürün.
    Bu elmləri öyrənmək, həqiqətdə nəfsin paklaşmasının, fəzilətlər əldə etməyin, ilahi maarif və ədəblərin başlanğıcıdır. Nəticəni buraxıb, ömrünüzün axırına qədər bu başlanğıcda, müqəddimədə qalmayın. Siz, Allahı tanımaq, nəfsi saflaşdırmaq kimi, ali məqsəd və hədəflər üçün bu elmləri öyrənirsiniz. Buna görə də gərək öz işinizin nəticə və səmərəsini ələ gətirməyin ardınca olasınız. Öz əsli və əsas məqsədlərinizə çatmaqda ciddi olun.
    Siz elm ocaqlarına daxil olarkən, hər şeydən əvvəl öz islahınız üçün çalışın. Nə qədər ki, elm ocaqlarındasınız, təhsil ilə yanaşı, gərək özünüzü paklayasınız ki, hövzədən kənarlaşarkən şəhər və məhəllələrdə xalqın rəhbərliyini öhdənizə ala biləsiniz. Camaat da sizin əməl və rəftarlarınızdan, əxlaqi fəzilətlərinizdən istifadə etsinlər, ibrət götürsünlər, islah olsunlar. Cəmiyyət arasına daxil olmazdan qabaq, özünüzü islah edin və paklaşdırın. İndi asudə olduğunuz halda, nəfsinizi islah edib, saflaşdırmasanız, ictimaiyyətin sizə üz gətirdiyi gün, özünüzü islah edə bilməyəcəksiniz.
    Çoxlu şeylər vardır ki, insanın çarə yolunu bağlayıb, paklaşmağının və təhsilinin qarşısını alır. Onlardan biri bəziləri üçün həmin saqqal və əmmamədir! Əmmamə ki, bir az böyük oldu və saqqal uzanıdı, əgər şəxs nəfsini paklaşdırmamış olsa, təhsildən geri qalır. Bu vaxt, nəfsi-əmmarəni ayaq altda qoymaq və bir kəsin dərsində oturmaq daha çox çətinləşir. Şeyx Tusi(Həzrəti Ayətüllah Hacı Şeyx Əbdül Kərim Hairi Yəzdi.) (Allah ona rəhmət etsin) əlli iki yaşı olarkən, hələ də dərsə gedirmiş. Bir halda ki, bu kitabların bəzilərini, iyirmi beş və otuz yaşlarında yazıbdır! O, əlli iki yaşında hövzədə mərhum Seyid Mürtəzanın (Allah ona rəhmət etsin) dərsinə gedərkən, artıq o məqama çatmışdı.
    Allah eləməsin, fəzilətli adətlər qazanmazdan və mənəvi qüvvəni gücləndirməzdən qabaq, insanın saqqalı bir az ağara və əmmaməsi böyüyə. Belə olan halda o, mənəvi istifalərdən və bütün bərəkətlərdən geri qalır. Nə qədər ki, saqqal ağarmayıb, camaatın sizə tərəf yönəlməsi üçün bir iş görün. Öz halınız barədə bir fikirləşin. Allah eləməsin insan özünü islah etməzdən qabaq camaat ona üz tuta və camaat arasında nüfuz, şəxsiyyət qəzana. Bu vaxt belə bir şəxs özünü uduzur və itirtir. İxtiyarınız əlinizdən alınmamış özünüzü düzəldin və islah edin. Gözəl əxlaqlarla zinətlənin. Rəzilə əxlaqları özünüzdən uzaqlaşdırın. İxlas dərs və bəhslərində olunuz ki, bunlar sizi Allaha yaxınlaşdırsın. Əgər işlərinizdə niyyətiniz xalis olmasa, bu sizi rübubiyyət dərgahından uzaqlaşdıracaq. Belə olmasın ki, yetmiş ildən sonra sizin əməl namənizi açalar, yetmiş il İzzət və Cəlal Sahibi olan Allahdan uzaq düşməyinizi görələr. O daşın hekayətini eşitmisiniz ki, cəhənnəmə tərəf atıldı və yetmiş ildən sonra onun səsi cəhənnəmin dibindən gəldi. Rəvayətə əsasən həzrət Peyğəmbər (s) buyurdu: "Yetmiş yaşlı qoca bir kişi öldü. O, bu yetmiş il müddətində cəhənnəmə gedirdi".(Əbu Cəfər Mühəmməd ibn Həsən (385-460 h.q), Şeyxül Taifə ləqəbi ilə tanınmış və şiənin dahi alimlərindəndir. O, öz dövrünün fəqihlərinin və kəlam alimlərinin başçısı olub. Ədəbiyyat, rical, təfsir, hədis elmlərində də çox qüvvətli bir alim olub. Şeyx Tusi şiənin dörd əsli kitabından ikisinin: "İstibsar” və "Təhzibin” sahibidir. O Nəcəf şəhərini şiənin elmi mərkəzi qərar verdi) Diqqətli olun ki, məbadə əlli il, bir az çox, ya az elm ocaqlarında əl zəhməti, alın təri ilə cəhənnəm qazanmış olasınız! Gərək bunları düşünəsiniz. Nəfsin paklıq və saflaşması, əxlaqın islahı barəsində proqram tənzimləyəsiniz. Özünüz üçün əxlaq ustadı tapın, moizə, öyüd-nəsihət məclisləri təşkil edin. Bunlarsız, özbaşına nəfsi rəzilələrdən paklaşa bilməzsiniz. Elm ocaqlarında belə ustadlar və öyüd-nəsihət məclisləri olmazsa, məhvə doğru gedəcək. Necə olur ki, fiqh və üsul elminin ustada ehtiyacı olur, dərs və bəhs istəyir, dünyada bütün elmlərə və sənətlərə ustad lazım olur, heç kəs özbaşına heç bir fəndə, mütəxəssis ola bilmir, fəqih və alim olmur, lakin, peyğəmbərlərin göndərilməsində əsil hədəf olan, ən lətif və ən dəqiq elimlər olan mənəvi və əxlaq elmlərinin təlimə ehtiyacı olmur. Dəfələrlə eşitmişəm ki, fiqh və üsul ustadı olan, mərhum şeyx Ənsarinin əxlaq və mənəviyyat ustadı Seyyid Cəlili olubdur.
    İlahi peyğəmbərlər (ə) adam tərbiyə etmək, bəşəri pisliklərdən, fəsadlardan, rəzilə əxlaqlardan uzaqlaşdırıb, gözəl əxlaq və ədəblərlə tanış etmək üçün göndəriliblər. "Gözəl əxlaqları öz kamal həddinə çatdırmaq üçün məbus oldum."(Feyz Kaşani, "Kəlimati məknunə", səh .123) Mütəal Allahın bu qədər əhəmiyyət verdiyi və ona görə peyğəmbərlər məbus etdiyi belə bir elm, indi elmi hövzələrdə genişlənmir və heç kəs ona layiqincə əhəmiyyət vermir. Mənəvi elm və maarifin, elm ocaqlarında azlığı nəticəsində iş o yerə çatıb ki, maddi və dünyəvi məsələlər ruhanilər arasında artıb, çoxlarını mənəviyyatdan, ruhaniyyətdən elə uzaqlaşdırıb ki, ruhaniyyətin nə olduğunu da bilmirlər. Bilmirlər ki, ruhaninin hansı vəzifələri var, hansı proqramları olmalıdır. Bəziləri bir neçə kəlmə öyrənib, öz məntəqələrinə, ya başqa məntəqələrinə gedib, özləri üçün mal və məqam qazanmaq ardıncadırlar. O kəs kimi olmasın ki, deyib: Qoy "Şərhi Lüməni” oxuyum, onda bilərəm kəndxüda ilə nə edərəm! Sizin təhsil qazanmaqda hədəf və məqsədiniz kürsü, məqam ələ gətirmək, filan kənd, ya şəhərin başçısı olmaq olmamalıdır. Bu nəfsani istəklərinizə və şeytani arzularınıza çatmanız mümkündür. Amma bunu bilin ki, belə olan halda, özünüz və İslam dünyası üçün ziyan və bədbəxtlikdən başqa heç nə qazanmayıbsınız. Müaviyyə də uzun müddət başçı olubdur, amma özünə lənət, nifrət və axirət əzabından başqa heç bir nəticə almadı.
    Özünüzü paklamağınız lazımdır ki, bir cəmiyyət, ya tayfanın başçısı olsanız, onları da paklaya biləsiniz. Dünyanın islah olması və düzəlməsi üçün qədəm götürün. Sizin hədəfiniz İslama və müsəlmanlara xidmət olsun. Allah yolunda addım atsanız, Mütəal Allah ürəklərdə dəyişiklik yaradandır. Müqəllibəl-Qülub("Məcməül bəyan","Qələm" surəsinin 4-cü ayəsinin təfsirində ), ürəkləri sizə tərəf yönəldər: "Həqiqətən iman gətirən və saleh əməllər edənlər üçün, Rəhman Allah tezliklə məhəbbət qərar verəcək."(Allahın mübarək adlarından biridir və "Ürəklərdə dəyişiklik yaradan” mənasınadır) Siz Allah yolunda xidmət edin və fədakarlıq edin, Allah sizi əcrsiz qoymaz. Əgər bu dünyada olmasa da, o dünyada mükafatınızı verəcək.
    Əlbəttə, sizin əcr və mükafatınızı bu dünyada verməzsə daha yaxşı. Dünya bir şey deyil. Bu qalma-qallar, qarışıqlıqlar və şəxsiyyətlər, insanın gözü önündən keçən bir yuxu kimidir ki, neçə gündən sonra sona yetəcək. Lakin axirət əcri nəhəyətsiz və tamam olası deyil.
    Elm ocaqlarına xəbərdarlıq
    Napak əllərin əkstəbliğatlarla sizə islah və əxlaq proqramlarını əhəmiyyətsiz göstərib, öyüd-nəsihət üçün minbərə getməyi elmi məqamla başqa-başqa şeylər olduğunu cilvələndirmələri, elmi hövzələri tənzimləmək, islah etmək istəyən böyük şəxsiyyətlərə "minbərçi” adı verməklə, onları öz işlərindən saxlamaları mümkündür. Mümkündür ki, bu gün bəzi elm ocaqlarında bəlkə, minbərə getməyi, nəsihət etməyi rüsvayçılıq bilsinlər amma bundan qafil olsunlar ki, Əli (ə) minbərə gedirdi və minbərdə camaatı nəsihət edir, xəbərdarlıq verir, hidayət edirdi. Başqa imamlar (ə) da belə idilər.
    Bəlkə də gizli ünsürlər mənəviyyat və əxlaqı, elmi hövzələrdən kənarlaşdırmaq üçün bu zəhərli iynələri vururlar ki, bizim elm ocaqlarımız fəsada çəkilsin və məhv olsun, hövzələrin daxilində dəstələrə bölünmələr, xudxahlıqlar, nifaqlar, ixtilaflar üz versin. Hövzənin adamları bir-birinin canına düşsünlər, qarşı-qarşıya dayansınlar, bir-birlərinə hörmətsizlik edib, yalançı saysınlar. Bununla da İslam dünyasında abırları getsin. Nəticədə isə əcnəbilər və İslam düşmənləri, hövzələrə əl tapa bilsinlər, onu bir-birinə vursunlar. Bədxahlar bilirlər ki, xalq elmi hövzələrə dayaqdırlar və xalq dayaq olduqda, onu məhv etmək mümkün deyil.
    Amma hövzənin fərdlərinin və təhsil alanlarının əxlaqi bünövrələri, islami ədəbləri olmasa, bir-birlərinin canına düşsələr, ixtilaf və qruplar yaratsalar, pak və saf olmasalar, pis və xoşagəlməz əməllər etsələr, İslam millətləri, elmi hövzələrə və ruhaniyyətə qarşı mütləq bədbin olub, onları himayət etmək və dayaq olmaqdan əl çəkəcəklər. Nəticədə isə düşmənlərin nüfuz etməyinə və qüdrət göstərməyinə yol açılacaq.
    Dövlətlərin ruhaniyyət və din rəhbərlərindən qorxmalarını, onlarla hesablaşdığını görsəniz, bilin ki, bu, millətlərin onlara dayaq durduqları üzündəndir. Yəni həqiqətdə xalqdan qorxurlar və güman edirlər ki, bir ruhaniyə hörmətsizlik etsələr, xalq ayağa qalxacaq, üsyan edəcək. Lakin, ruhanilər bir-birləri ilə ixtilaf etsələr, bir-birlərini bədnam etsələr, islami ədəb və əxlaqlarla ədəblənməsələr, cəmiyyət arasında olan nüfuzları düşəcək, xalqı da əldən verəcəklər.("Məryəm" surəsi : ayə 96. )Xalq sizdən ruhani və İslam ədəbləri ilə ədəblənməyinizi gözləyir. Hizbullah olun, Allahın qoşunu olun, həyatın saçmağından və onun yalançı cilvələrindən özünüzü qoruyun. İslamın böyük arzu və istəklərini irəli aparmaq, İslam millətinə xidmət etmək üçün, heç bir fədakarlıqdan səhlənkarlıq etməyin. Allah Təala yolunda və Onun razılığından ötrü addım atın. Yeganə Yaradandan başqa heç kimə üz tutmayın. Xalq, öz intizarlarının əksinə olaraq, sizi mənəvi və həqiqi aləmə diqqət etmək əvəzinə, bütün fikrinizin başqaları kimi dünya mənfəəti və şəxsi mənfəətlər olduğunu, bir-birinizlə dünya və onun dəyərsiz malından ötrü dava etdiyinizi, İslam və Qüranı da öz nəhs məqsədlərinizə çatmaq üçün, əlinizdə bir alətə çevirdiyinizi görəndə bədbin olur. Siz, bu işinizə görə, cavab verməli olacaqsınız. Elmi hövzələrin bəzi aparıcıları öz şəxsi qərəzləri üzündən və dünya mənfəəti qazanmaq üçün, bir-birlərinin canına düşsələr, bir-birlərinə hörmətsizlik etsələr, fasiq adlandırsalar, hay-küy salsalar, bu vaxt İslama, Qüran və ilahi əmanətlərə xəyanət etmiş olurlar. Müqəddəs İslam dini və Qüran, əmanət ünvanı ilə bizim əlimizə tapşırılmışdır. Alim və ruhanilər Allahın əmanətdarlarıdırlar. Bu böyük əmanəti qorumaq və ona xəyanət etməmək, onların vəzifələridir. Şəxsi və dünyəvi ixtilaflar, İslam və onun böyük Peyğəmbərinə (s) xəyanətdir.
    Mən bilmirəm bu ixtilaflar, dəstələrə bölünmək, nə üçündür? Əgər dünya üçündürsə sizin ki, dünyanız yoxur! Əgər dünya ləzzətləri və mənfəətləriniz olsaydı da belə, yenə ixtilaf etməyə dəyməzdi. Siz o vaxt ixtilaf edə bilərsiniz ki, ruhani olmayasınız, fəqət əba-qəba geyinib, ruhani adını daşıyasınız.
    Mənəvi aləmə əlaqəsi olan, İslamın həmişə canlı, paklayıcı təlimlərinə üz tutmuş və onu əldə etmiş, özünü Əliyyibni əbi Talibin (ə) şiəsi, ardıcılı bilən ruhani, dünyadan ötrü ixtilaf salmamaqdan əlavə, heç vaxt dünya arzularının ardınca da düşməz.
    Siz, Əlinin (ə) ardıcılı olmağınızı iddia edirsinizsə, heç olmasa o böyük şəxsiyyətin həyatını bir az diqqətlə mütaliə edin. Görün, həqiqətən, o həzrətin davamçısısınız? Görün, o həzrətin zöhd, təqva və sadə yaşayışından bir şey bilirsiniz və həyata keçirirsiniz? O böyük şəxsiyyətin zülm, qanunsuzluq, təbəqəçilik (varlı və yoxsula bölmək) ilə mübarizəsindən və məzlumları müdafiə etməyindən, onlara dayaq olmağından, cəmiyyətin məhrum və əziyyət çəkən təbəqələrinə kömək etməyindən bir şey başa düşmüsünüz və o prinsiplərə əməl edirsiniz? "Şiə”nin mənası təkcə İslamın zahiri şəklinə düşmək, onun zahiri libasını geyinməkdirmi?(Əli (ə) buyurur: "Əgər elm daşıyıcıları onu layiq olduğu kimi, aparsalar, həmişə Allah , Onun mələkləri və itaətkar bəndələri onları sevəcəklər. Amma onlar elmi dünya qazanmaq üçün istəsələr, Allah onlara qəzəblənəcək və camaat arasında rüsvay edəcək." "Tühəfül-üqul" səh. 201.) Buna görə də sizlərin bu işləri yerinə yetirməkdə sizdən çox irəlidə olan başqa müsəlmanlarla nə fərqiniz var? Onlarla müqayisədə hansı üstünlüyünüz var?
    Bu gün dünyanın bir hissəsini oda çəkən, qan tökən, qətllər törədənlər, xalqı soymaqda, onların əl zəhmətlərini və sərmayələrini ələ keçirtməkdə bir-biriləri ilə yarışırlar, zəif, geridə qalmış ölkələri öz hökmranlıqları və əsarətləri altına gətirməyə çalışırlar. Ona görə də "azadlıq, abadlıq, müstəqilliyi müdafiə, ölkənin ərazi bütövlüyünü qorumaq" və başqa aldadıcı adlarla hər gün dünyanın bir tərəfində müharibə odu şölələndirib, milyonlarla odlu bombaları pənahsız millətlərin başlarına tökürlər. Bu müharibələr dünyapərəstlərin çirkin ağlına və məntiqinə əsasən, düzgün və yerindədir. Amma sizin ixtilaflarınız onların məntiqinə əsasən yersizdir.
    Çünki, onlardan dava etmələrinin səbəbi soruşulsa, deyəcəklər: filan ölkəni almaq istəyirik və filan ölkənin sərmayə və qazancının bizim olmasını istəyirik. Amma sizdən soruşulsa ki, nə üçün ixtilaf edirsiniz, nə üstə dava edirsiniz, nə cavab verəcəksiniz? Siz dünyadan nə bəhrə almısınız ki, onun üstündə də davalaşasınız? Sizə şəhriyyə (aylıq) ünvanı ilə verilən aylıq gəliriniz, başqalarının bir ayda papirosa verdiyi puldan azdır!
    Mən bir qəzet, ya jurnalda (dəqiq yadımda deyil) oxudum ki, Vatikanın Vaşinqtonda olan keşişə göndərdiyi büdcə, bir iri qələmdir. Onun qiymətini hesablayıb gördüm, şiə elmi hövzələrinin hamısının büdcəsindən çoxdur! Sizin bu yaşayış və vəziyyətinizlə bir-birinizə qarşı ixtilaf etməyiniz, dəstələrə bölünüb, bir-birinizə qarşı durmağınız, düzgündürmü?
    Bütün qeyri-müqəddəs olan hədəflərdə ixtilafın kökü, dünyasevərlikdir və sizin də aranızda belə bir ixtilaf varsa, dünya məhəbbətini ürəyinizdən çıxarmadığınız üçündür. Dünyanın məhdud mənfəətini qazanmaqdan ötrü bir-birinizlə rəqabət edirsiniz. Siz bir məqam istəyirsiniz, başqaları da həmin məqamı istəyirlər. Bu, bir-birinizə həsəd etməyə çevriləcəkdir. Lakin, ilahi şəxsiyyətlər, dünya məhəbbətini ürəklərindən çıxarıblar və Allahdan başqa heç bir hədəfləri yoxdur. Heç vaxt bir-biriləri ilə ixtilaf etmirlər, belə bir fəsad və müsibətə düçar olmurlar. Bu gün bütün ilahi peyğəmbərlər (ə) bir yerə yığılsalar, heç vaxt ixtilaf etməzlər. Çünki, onların hədəf və məqsədləri birdir. Onların hamısı ürəklərindən dünya məhəbbətini çıxararaq, Həqq-Təalaya tərəf üz tutublar və Ona tərəf yönəliblər.
    Sizin əməl və rəftarınız, həyat tərziniz, indi müşahidə olunduğu kimi gedərsə, onda Əli (ə) şiəsi olmamış kimi dünyadan gedəcəyinizdən qorxun. Tövbə etməyə müvəffəq olmayacağınızdan və o həzrətin şəfaətinin sizə nəsib olmayacağından qorxun. Fürsət əlinizdən çıxmamış çarə yolu axtarın.
    Bu yersiz və rüsvayçı çəkişmələrdən əl çəkin. Bu dəstələrə bölünmək və ikitirəlik böyük bir səhvdir. Siz iki millətin əhlisinizmi? Sizin məzhəbinizin müxtəlif şöbələri varmı? Nə üçün ayrılırsınız? Nə üçün bir-birinizin arasında səfa, səmimiyyət və qardaşlıq yoxdur? Axı nə üçün?
    Bu ixtilaf və çəkişmələr çox qorxuludur. Öz ardınca qarşısıalınmaz fəsadlar gətirir, elm ocaqlarını məhv edir. Sizi də cəmiyyət arasında məhv edir və abırdan salır. Bu dəstələrə bölünmək təkcə sizin zərərinizə tamam olmur, sizə abırsızlıq gətirmir, bəlkə bir cəmiyyət, bir millət və İslamın abrına, heysiyyətinə zərər gətirir. Sizin ixtilafınız fəsadların yaranmasına səbəb olursa, bu bağışlanmaz bir günah və Allah Təalanın yanında olan çox-çox günahlardan ağırdır. Çünki bu iş cəmiyyəti günaha çəkib, düşmənin hökmranlığı və nüfuzu üçün yol açır. Ola bilsin gizli əllər elm ocaqlarını bir-birinə vurmaqdan ötrü nifaq və ixtilaf yaratsınlar, müxtəlif vasitələrlə nifaq və ayrılıq toxumu səpsinlər. Fikirləri zəhərli və zehinləri aludə edib, özlərindən "şəri təkliflər” düzəltsinlər və bu "şəri təkliflərlə” elm ocaqlarında fəsad yaratsınlar. Bununla da İslam üçün faydalı olan şəxsləri məhv etsinlər ki, onlar gələcəkdə İslam və İslam ümməti üçün xidmət edə bilməsinlər.
    Ayıq və agah olmağınız lazımdır. Özünüzü "mənim şəri təklifim belə istəyir, şəri vəzifəm budur”, deməklə aldatmayın. Bəzən şeytan sizin üçün təklif və vəzifə təyin edir. (Yəni, siz elə güman edirsiniz ki, sizin şəri təklif və vəzifəniz belədir, amma həqiqətdə şeytan sizi aldadıbdır)
    Bəzən də nəfsi istəklər, şəri vəzifələr adı ilə insanı bəzi işləri görməyə məcbur edir. Bir müsəlmana hörmətsizlik etmək, din qardaşının ardınca danşmaq şəri vəzifə deyil! Bəlkə bu, dünyaya məhəbbət və özünü sevməkdir. Bu, şeytanın təlqinidir ki, insanı belə bir qara günə salır. Bu düşmənçilik, cəhənnəm əhlinin düşmənçiliyidir. "Bu ixtilaf cəhənnəm əhli üçün haqqdır.”(Şeyx Səduqun "Sifatuş-şiə" kitabı. )Cəhənnəmdə dava və düşmənçilik var, onlar bir-birləri ilə dava edib, əlbəyaxa olurlar. Əgər siz dünya üçün dava etsəniz, bilin ki, özünüzə cəhənnəm hazırlayırsınız və cəhənnəmə tərəf gedirsiniz.
    Axirət işləri üçün dava yoxdur. Axirət əhli bir-birləri ilə sülh və səfadadırlar. Onların qəlbi, Allah və Onun bəndələrinin məhəbbəti ilə doludur. Allaha məhəbbət, Allaha iman gətirənləri də sevməyə səbəb olar. Allah bəndələrinə məhəbbət, həmən Allaha məhəbbətin sayə və kölgəsidir.
    Siz öz əlinizlə od qalamayın, cəhənnəm odunu şölələndirməyin. Cəhənnəm, insanın pis əməl və rəftarları ilə alışır. Odu yaradan, bəşərin günahlarıdır. Odur ki, Əli (ə) buyurur: "Biz cəhənnəmdən keçəndə, o sönmüş idi!”("Sad" surəsi: ayə 64.)Bəşər öz əməl və rəftarı ilə od qalamasa, cəhənnəm sönmüş haldadır. Bu təbiətin batini, cəhənnəmdir: təbiətə üz tutmaq cəhənnəmə üz tutmaqdır. İnsan bu dünyadan, o dünyaya köçdükdən və hicablar kənara çəkildikdən sonra başa düşür ki, "ذلك بما قدمت ايديكم" "Bu onların qabaqcadan göndərdiklərinə görədir."(İmamların (ə) birindən Məryəm surəsinin 71-ci ayəsi barəsində soruşulduqda o həzrət bu cavabı buyurdu. "Elmul-yəqin kitabı" 2-ci cild, səh.917.) "و وجدوا ما عملوا حاضراً" "Və əməl etdikləri şeyi hazır görərlər."(Ali İmran" surəsi: ayə 182.)
    Bu dünyada insandan baş verən əməllərin hamısı, o dünyada görünər və onun qarşısında təcəssüm olar.
    فمن يعمل مثقال ذرﺓ خيراً يره و من يعمل مثقال ذرﺓ شراً يره
    "Hər kim zərrə ağırlığında yaxşı iş görmüş olsa, onu görəcək və hər kim zərrə ağırlığında pis iş görmüş olsa onu görəcəkdir."("Kəhf" surəsi: ayə 49.)
    İnsanın bütün əməl, rəftar və danışığı, telekamera ilə çəkilmiş kimi, o dünyada göstərilər. Bunları inkar etmək mümkün olmayacaq. Bizim bütün əməl və hərəkətlərimizi, əzalarımızın şəhadət verməyindən əlavə, özümüzə də göstərəcəklər. "قالوا انطقنا ﷲ الذي انطق کلٌ شيء" "(Dəriləri) deyərlər: Bizi hər şeyi dilə gətirən Allah danışdırdı."("Zilzal" surəsi: ayə 7-8.)
    Hər şeyi nitqə gətirən və danışdıran Allahın qarşısında öz pis əməllərinizi inkar edib, gizlədə bilməyəcəksiniz.
    Bir az fikirləşin, uzaqgörən olun, işlərin aqibətini düşünün, qorxulu keçidləri yada salın. Qəbr sıxıntısından, Bərzəx aləmindən, onun ardınca gələn çətinliklərdən qafil olmayın. Heç olmasa cəhənnəmə inanın. Həqiqətən, bu qorxulu keçidlərə inanın. Öz yolunuzu dəyişin. Sizin bu işlərə iman və yəqininiz olsa, belə boş-boşuna və özbaşına yaşamayacaqsınız. Öz qələm, qədəm və dilinizi qoruyub, nəfsinizi islah etməyə və paklaşdırmağa çalışacaqsınız.
    Category: Əbədi səadət yolu | Views: 976 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024