İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Əbədi səadət yolu
    11:45 PM
    Kitabın adı: Əbədi səadət yolu
    ALLAHIN İNAYƏTİ
    Allah Təbarək və Təalanın öz bəndələrinə inayəti olduğu üçün, onlara ağıl verib, nəfsi paklaşdırmağa qüvvə verib, peyğəmbərlər və övliyalar göndərib ki, hidayət olsunlar və özlərini islah etsinlər, cəhənnəmin ağır əzabına düçar olmasınlar. Bütün bunlarla belə, insan ayılmasa və öz nəfsini paklaya bilməsə, Mehriban Allah başqa yollarla onu ayıldır, müxtəlif çətinliklər, fəqirlik, yoxsulluq, xəstəlik və bəlalara düçar etməklə onları oyadır. Bir təcrübəli təbib, mehriban və mahir şəfqətçi kimi xəstə insanların qorxulu xəstəliklərinin müalicəsinə çalışır. Əgər Allahın inayəti ona şamil olsa, bu bəlalar ona asan gəlir və nəticədə Allaha tərəf yönəlir, paklaşır. Yol budur və bundan başqa yol yoxdur. Amma insan, bir nəticə ala bilməsi üçün gərək özü, öz ayağı ilə bu yolu getsin. Əgər bu yoldan da bir nəticə alınmadı, düz yoldan sapınmış insan, müalicə olmadı, behişt nemətlərinə layiq olmadı, can verərkən ona təzyiqlər olunur ki, bəlkə qayıtdı və ayıldı. Amma yenə də təsiri olmazsa, qəbrdə, Bərzəx aləmində, qorxulu keçidlərdə sıxıntı və əzablar varid edilir ki, bu insan paklansın və cəhənnəmə getməsin. Bunların hamısı, insanın cəhənnəmə getməyinin qarşısını almaq üçün, Həqq-Təala tərəfindən olan inayətlərdirlər.
    Həqq-Təalanın bütün bu inayət və diqqəti ilə insan müalicə olmasa necə? Onda, növbə axrıncı əlac yolu olan, yandırmağa çatır. Qızıl, odla xalisləşdiyi kimi, Mehriban və Kərim Allahın, Öz bəndəsini odla saflaşdırmaq yolu qalır.
    Bu ayənin: "لابيثين فيها احقابا"ًyəni, "Onlar uzun müddət orada qalacaqlar"(Fussilət" surəsi: ayə 21) şərhində rəvayət olub ki, "hüqb” əsil imanları qalmış şəxslər üçündür. İmanımız olarsa, sənin və mənim üçündür. Hər "hüqb”ün, yəni, "uzun müddətin” neçə il olduğunu Allah bilir.
    Məbadə, iş o yerə çata ki, bu əlacların heç biri faydalı və təsirli olmaya, Allahın əbədi nemətlərinə layiq olmaq üçün sonuncu dərmana ehtiyac ola və bunun üçün insanın bir müddət cəhənnəmə getməyi lazım ola, rəzilə əxlaqlardan, ruhi çətinliklərdən, xəbis şeytani sifətlərdən paklanana qədər odda yana, sonra "ağacları altından çaylar axan cənnətə ”("Nəbə" surəsi: ayə 23.) getməyə layiq ola. Doğrusu, bu inayətlər günah dairəsi çoxalmadığı üçün, Allahın inayət və rəhməti onlardan tamamilə kəsilməmiş, hələ də cənnətə getməyə zati ləyaqətləri qalan bəndələr üçündür. Allah eləməsin, insan günahlarının çoxluğu üzündən Mütəal Allahın dərgahından qovula, rədd ola və ilahi rəhmətdən məhrum ola. Belə olarsa, cəhənnəm odunda əbədi qalmaqdan başqa heç bir yol yoxdur.
    İlahi rəhmət və inayətdən məhrum olub, Onun qəzəb və əzabına düçar olmaqdan qorxun.
    Sizin əməl, rəftar və danışığınız elə olmasın ki, ona görə Allahın tofiqi sizdən kəsilə və əbədi odda qalmaqdan başqa yolunuz olmaya. Siz indi isti daşı, bir dəqiqə belə olsun əlinizdə saxlaya bilmirsiniz. Bəs cəhənnəm odundan qorxun və onu elmi hövzələrdən və ruhaniyyət mühütündən xaric edin. Bu çəkişmə və nifaqları qəlbinizdən uzaq edin, Allahın məxluqları ilə gözəl rəftar edin, yaxşı davranın. Atifə və mehribanlıqla onlarla davranın. Əlbəttə günahkara qarşı, günah etdiyi üçün və həddini aşdığı üçün, yaxşı olmayın. Onun pis və düzgün olmayan işlərini üzünə vurun, onları bu işlərindən çəkindirin. Amma hərci-mərclikdən çəkinin.
    Allahın yaxşı və saleh bəndələri ilə gözəl rəftar edin. Alimlərə elminə görə, hidayət yolunda olanlara yaxşı əməllərinə görə, cahil və nadanlara isə Allah bəndələri olduqları üçün, hörmət edin.
    Xoşrəftar, mehriban, doğruçu, pak və bir-birinizlə qardaş olun. Siz, cəmiyyəti paklamaq və hidayət etmək istəyirsiniz. Özünü paklaya və idarə edə bilməyən şəxs, başqalarını necə hidayət edə bilər?
    Şəban ayının sona yetməsinə bir neçə gündən artıq qalmayıbdır. Bu neçə gündə, tövbə etməyə müvəffəq, nəfsinizi islah etməyə və sağlam nəfs ilə mübarək Ramazan ayına daxil olmağa çalışın.
    Şəbaniyyə münacatından nöqtələr
    Şəban ayının(Mücadilə" surəsi: ayə 22) əvvəlindən sonuna qədər "şəbaniyyə münacatını”(Hicri-qəməri tarixi ilə Ramazan ayından qabaqkı ay. )oxumaq göstəriş verilibdir. İndiyə kimi bu düa vasitəsilə, Allah Təbarək və Təala ilə münacat etmisiniz? Allahın rübubiyyət məqamını tanımaq və ona imanda bu düanın ali və öyrədici məzmunundan istifadə etmisiniz?
    Bu düanın barəsində gəlibdir ki, bu düa həzrət Əli (ə) və onun övladlarının münacatıdır. Pak imamların (ə) hamısı, bu düa ilə Allahı çağırıblar, Onunla münacat ediblər. Bu münacat həqiqətdə, insanın mübarək Ramazan ayında olan vəzifələrini qəbul etməyə hazırlıq və ayıqlıq üçün bir müqəddimədir. Agah və ayıq insanlara oruc tutmağın sirrini, dəyərli səmərəsini yada salmaq üçün olması da mümkündür. Pak imamlar (ə) çoxlu məsələləri düalarla bəyan ediblər. Onların düa dili ilə bəyan etdikləri hökmlər, başqa dillə dediklərindən çox fərqlidir. Ruhani, mənəvi, dəqiq ilahi məsələləri, Allaha mərifət məsələlərini ən çox düaların dili ilə bəyan ediblər. Biz düaları axıra kimi oxuyuruq, amma çox təəssüflər olsun ki, bu mənalara diqqət etmirik, onların nə istədiklərini başa düşmürük.
    Bu münacatda oxuyuruq :
    الهي هب لي کما ل الا نقطاع اليك ; و انر ابصار قلوبنا بضياء نظرها اليك ; حتّي تخرق ابصا ر القلوب حجب النور فتصل الى معدن العظمة و تصیر ارواحنا معلقتا بعز قدسك
    "İlahi, mənə işlərimin Səndə xətm olmasının kamalını nəsib et və qəlbimizin gözlərini Öz görüşünlə işıqlandır ki, qəlbimizin gözləri nur pərdələrindən keçib, Sənin əzəmət və cəlal mədənini görsün və ruhlarımız Sənin izzət və müqəddəs dərgahına bağlansın."
    "İlahi həb li kəmaləl inqitaə iləyk” cümləsi, agah olan ilahi şəxsiyyətlərin, Ramazan ayı gəlib çatmazdan qabaq, özlərini həqiqətdə dünya ləzzətlərindən uzaq olmaq və ondan ayrılıq olan, bir orucluğa hazırlaşdırmalarının mütləq lazım olması mənasına da ola bilər. İşlərin Allahda xətm olmasının kamilliyi, bu sadəliklə ələ gəlmir. Föqüladə çalışmalara, zəhmət, riyazət və davama ehtiyacı vardır ki, insan bu cür bütün qüvvəsindən istifadə etməklə, Allahdan başqa hər bir şeydən özünü ayıra və Allahdan başqa şeylərə üz tutmamağa qadir ola bilsin.
    Bütün azad insanlıq sifətləri, Allahdan başqa bütün şeylərdən ayrılmaqdadır. Bunu ələ gətirə bilən şəxs, böyük səadətə nail olmuşdur. Lakin, azca da olsa dünyaya üz tutmaqla, Allaha yönəlmək qeyri-mümkündür. Ramazan ayının orucunu, onun bütün qaydaları ilə istənilən kimi, yerinə yetirmək istəyən şəxsin, dünyadan tamam və kamil ayrılması, yalnız Allaha üz tutması lazımdır. O şəxs, yalnız bununla qonaqlığın adət və qaydalarını yerinə yetirə, mizbanın("İqbalul-ə`mal", səh. 689.) məqamını mümkün olan qədər tanıya bilər.
    Həzrət Rəsuli-Əkrəmin (s) buyruğuna əsasən, mübarək Ramazan ayında bütün bəndələr, Mütəal Allahın qonaqlığına dəvət olunublar. Peyğəmbər (s) buyurur: "Ey insanlar, Allah ayı sizə üz gətirdi... və siz bu ayda Allah qonaqlığına dəvət olundunuz.”(Mizban: qonaq sahibi, qonaqlığa dəvət edən şəxs. )
    Siz, Ramazan ayına qalmış bu bir neçə gündə öz fikrinizdə olun. Özünüzü islah edib, Həqq-Təalaya üz tutun. Öz nalayiq əməl və rəftarınızdan istiğfar edin. Allah eləməmiş, günaha mürtəkib olmusunuzsa, mübarək Ramazan ayına daxil olmamış, tövbə edin. Dilinizi Həqq-Təala ilə münacat etməyə adət etdirin. Məbadə, mübarək Ramazan ayında sizdən bir qeybət, töhmət və xülasə bir günah baş verə, ilahi nemətlər qarşısında, Allahın qonaq sarayında günaha batmış halda Uca Rəbbin məhzərində olasınız. Siz bu şərəfli ayda, Allah ziyafətinə dəvət olunmusunuz "دعيتم الى ضيافة الله" Özünüzü Həqqin əzəmətli qonaqlığına hazırlayın. Heç olmasa orucun zahiri ədəblərinə bağlı olun, yerinə yetirin. Orucun mənası təkcə yeyib-içməyi tərk etmək deyil, gərək günahlardan da özünü saxlayasan. Bu, özünü dünya ləzzətlərindən ayırıb, Allaha üz tutmağa başlayanlar üçün olan orucun ilkin qaydalarıdır. (Allahın əzəmət mədənini dərk etmək istəyən ilahi şəxsiyyətlər üçün, orucun bundan da başqa qaydaları vardır) Siz (bu yolda təzə addım atanlar), heç olmasa orucun ilkin qaydalarına və ədəblərinə əməl edin. Qarnınızı yemək-içməkdən qoruduğunuz kimi, göz, qulaq və dilinizi də günahdan saxlayın. İndidən dilinizi qeybət, töhmət, pis danışıq və yalandan qorumağa başlayın. Həsəd və başqa şeytani rəzilə sifətləri qəlbinizdən çıxarın. Allahdan başqa şeylərdən üzülüb, yalnız işlərinizin Onda xətm olunmasını əldə edə bilsəniz; öz əməllərinizi xalis və riyasız yerinə yetirin, ins və cindən olan şeytanlardan uzaqlaşın. Zahirdə belədir ki, biz belə bir üstün məqama çatmaqdan məyus oluruq. Ən azı səy edin ki, orucunuz harama qarışmasın. Bundan qeyri surətdə, yəni oruc olduğunuz halda, harama düşsəniz, orucunuz şəri cəhətdən səhih olsa da, ilahi dərgahda qəbul olunmayacaq və yuxarı qalxmayacaq. Əməllərin yuxarı qalxması və qəbul olunması, şəri cəhətdən səhih olması ilə çox fərqlidir. Mübarək Ramazan ayının başa çatması ilə sizin əməl və rəftarınızda heç bir dəyişiklik baş verməsə, rəftar və yolunuz orucluqdan qabaqkı aylarla fərqlənməsə, orucu sizdən istənilən kimi yerinə yetirmədiyiniz məlum olur. Tutduğunuz oruc isə ümumi (heyvani) oruc olubdur. Allah qonaqlığına dəvət olunduğunuz bu şərəfli ayda, Həqq Təalaya mərifət tapmasanız, ya sizin mərifətiniz artmasa, bilin ki, Allah ziyafətinə düzgün daxil olmamısınız və ziyafətin haqlarını əmələ gətirməmisiniz. "Allah ayı” adlanan bu mübarək ayda, Allahın rəhmət qapılarının bəndələrinin üzünə açıq olduğunu və (rəvayətə əsasən) şeytanların zəncirlərə çəkildiyini yaddan çıxarmayın. Özünüzü islah edə və paklaya bilməsəniz, nəfsi əmmarəni öz iradənizə tabe edin, nəfsi istəklərinizi ayaq altda qoyun, dünya və maddiyyat ilə əlaqənizi kəsin. Orucluq ayı başa çatdıqdan sonra bu məsələləri əmələ gətirə bilməyiniz çox çətindir. Ona görə də bu fürsətdən istifadə edin və bu böyük feyz qurtarmamış özünüzün islah, paklıq, saflıq işlərində çalışın. Özünüzü orucluq ayının vəzifələrini yerinə yetirməyə hazırlayın. Belə olmaya ki, Ramazan ayı başa çatandan sonra, saat əl ilə qurulub, öz-özünə işlədiyi kimi, siz də şeytanın zəncirə çəkildiyi bu ayda öz-özünə günah edəsiniz və İslam göstərişlərinin əksinə əməl edəsiniz! Bəzən günahkar insan haqdan uzaqlaşdığına görə və günahlarının çoxluğunun təsiri olaraq, zülmət və cəhalətə elə qərq olur ki, daha şeytanın vəsvəsəsinə ehtiyac olmur, insan özü şeytanın rənginə düşür. Öz nəfsi istəklərinin ardınca gedən və şeytana tabeçilik edən şəxs, tədriclə onun rənginə düşür.
    Siz, heç olmasa bu ayda öz əməllərinizi qorumağı, Allah Təalanın razı olmadığı rəftar və danışıqlardan uzaqlaşmağı qəsd edin. Elə indicə bu məclisdə, öz Allahınızla Mübarək Ramazan ayında qeybətdən, töhmətdən, başqalarının pisliyinə danışmaqdan özünüzü qoruyacağınıza; dil, göz, əl, qulaq və başqa bədən üzvlərinizi öz iradənizə tabe edəcəyinizə, rəftar və danışıqlarınızı gözləyəcəyinizə əhd edin. Sizin bu layiqli əməliniz (Allah ilə əhd bağlamağınız), Allah Təbarək və Təalanın sizə nəzər etməsinə, sizə müvəffəqiyyət inayət etməsinə səbəb ola bilər və bununla da orucluq başa çatdıqdan sonra, şeytan zəncirdən buraxılarkən, siz islah olmuş olarsınız və bir daha şeytana aldanmazsınız. Yenə təkrar edirəm ki, bu otuz gün mübarək Ramazan ayında dil, göz, qulaq və başqa bədən üzvlərinizi qoruyun. Həmişə diqqətli olun, görün ki, etmək istədiyiniz əməlin, dilinizə gətirmək istədiyiniz danışığın, eşitmək istədiyiniz mətləbin şəri cəhətdən hökmü nədir? Bu, orucluğun ilkin və zahiri ədəbidir. Orucluğun ən azı bu zahiri qaydalarına əməl edin. Birinin qeybət etmək istədiyini görsəniz, onun qarşısını alın və ona deyin ki, biz otuz gün Ramazan ayında haram əməllərdən özümüzü saxlamağı əhd etmişik. Onu qeybətdən saxlaya bilməsəniz, həmin məclisdən çıxın. O məclisdə oturmayın və qulaq asmayın. Bir kəs ki, müsəlmanlar onun əlindən, dilindən və gözündən amanda deyil, o kəs müsəlman deyil.("Vəsailuş-şiə", 7-ci cild. ) O, zahiri müsəlmandır. "La ilahə illəlah"ın (İmam Muhəmməd Baqir (ə) Rəsuli-Əkrəmdən (s) nəql edir ki, o həzrət buyurdu: "Sizə mömin kəsdən xəbər verməyim? Mömin o kəsdir ki, möminlər onu öz can və mallarına əmin qərar verələr. Sizə müsəlman şəxsdən xəbər verməyim? Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən amanda olalar." "Üsuli-Kafi" 3-cü cild.)zahirini deyib. Allah eləməmiş, birinə qarşı cəsarət, ədəbsizlik etsəniz, ya qeybətə mürtəkib olmaq istəsəniz bilin ki, siz Uca Rəbbin məhzərindəsiniz, Onun qonağısınız və Həqq-Təalanın hüzurunda Onun bəndələrinə qarşı ədəbsizlik etmək istəyirsiniz. Onlar Allahın bəndələridirlər. Məxsusən, əgər o elm əhli olub, elm və təqva yolunda ola. Bəzən görürəm ki, insan bu əməlləri vasitəsi ilə bir yerə çatır ki, ölüm vaxtı Allahı inkar edir, Allah ayələrini inkar edir. "Sonra onların pis əməllərinin nəticəsi bu oldu ki, Allahın ayələrini təkzib etdilər və onlara istehza etdilər.”(Allahdan başqa mə`bud yoxdur. )Bu işlər tədriclə olur. Bu gün bir haram baxış, sabah bir kəlmə qeybət, o biri gün bir müsəlmanı təhqir və... bu günahlar yavaş-yavaş insanın ürəyində anbara çevrilir və ürəyi qaraldır, insanı Allah mərifətindən saxlayır. Beləliklə iş bir yerə çatır ki, hər şeyi inkar edib, həqiqətləri təkzib edir.
    Bəzi ayə və rəvayətlərin təfsirinə əsasən, insanın əməlləri Allah Peyğəmbərinə (s) və pak imamlara (ə) göstərilir, onların mübarək baxışından keçir.(Rum" surəsi: ayə 10. ) O həzrətlər, bu xətalara və anbara çevrilmiş günahlara baxərkən, nə qədər narahat olurlar? Allah Peyğəmbərinin (s) narahat olmağını istəməyin. O həzrətin mübarək qəlbinin sınmasına və qəmlənməsinə razı olmayın. O həzrət, sizin əməl namənizi müşahidə etdikdə, onu qeybət, töhmət, müsəlmanların pisliyinə danışıqla dolu, ürəklərinizin düşmənçilik, həsəd, kin, bir-birinizə qarşı bədbinliklə dolu, tamam diqqətinizin dünya və maddiyyat olduğunu görəndə, ümmətinin və ardıcıllarının ilahi nemətlərə qarşı naşükür olub, Allah əmanətlərinə xəyanət edikləri üçün, Allah Təbarək və Təalanın və mələklərin hüzurunda xəcalət çəkməsi mümkündür. İnsana bağlı olan bir şəxs, hətta onun nökəri olsa belə, bir günah iş görmüş olsa, insan üçün xəcalət gətirir. Siz də Peyğəmbərə (s) bağlısınız. Siz elmi hövzələrə daxil olmaqla, özünüzü İslam fiqhinə, Allah Peyğəmbərinə (s) bağlamısınız. Bir pis əməl etdikdə bu, o həzrətə qayıdır və ona ağır gəlir. Sizi nifrin etməyi də mümkündür. Allah Peyğəmbəri (s) və pak imamların (ə) nigəran olmağına, kədərlənməyinə razı olmayın!
    İnsan qəlbi pak və işıqlı bir güzgü kimidir. Dünyaya üz tutmaq və çoxlu günah etməyin təsirindən qaralır. Amma insan ən azı orucunu Həqq Təala üçün xalis və riyasız (demirəm ki, başqa ibadətləri xalis olmasın, bəlkə bütün ibadətləri xalis və riyasız yerinə yetirməyi lazımdır), şəhvətdən, ləzzətlərdən uzaqlıq və Allahdan başqa bütün şeylərdən üzülmək olan bu ibadəti (orucu), bu bir ayda yaxşı yerinə yetirsə, bununla da ilahi fəzilətlərin onun halına şamil olması, ürək güzgüsünün qaralığını ondan paklaması mümkündür. Ümid var ki, onu təbiət aləmindən, dünyəvi ləzzətlərdən döndərsin, "Qədr gecəsinə” daxil olmaq istərkən, övliyalar və möminlər üçün hasil olan nuraniyyəti, o da ələ gətirsin.
    Belə bir orucun əcri, Allahın öhdəsinədir. Necə ki, buyurur: "Oruc mənim üçündür və onun əcrini də Özüm verəcəyəm”.("Tövbə" surəsinin 105-ci ayəsində buyurulur: "Və ey Peyğəmbər, de: "(hər nə istəyirsiniz) edin. Allah və Onun Peyğəmbəri və möminlər sizin əməllərinizi görürlər. Tezliklə gizli və aşkarı bilən Allaha tərəf qaytarılacaqsınız. Sonra sizin bütün etdiklərinizi xəbər verər." Əbu Bəsir, imam Sadiq (ə) dan rəvayət edir ki, imam buyurdu: "Bütün yaxşı və pis bəndələrin əməlləri hər gün sübh, Allah Peyğəmbərinə (s) göstərilər. Bəs qorxun. Budur Mütəal-Allahın kəlamının mənası ki, buyurur: (hər nə istəyirsiniz) edin. Allah və Onun Rəsulu (s) sizin etdiklərinizi görür.” "Üsuli-Kafi" 1-ci cild.) Belə orucun əcri bundan başqa bir şey ola bilməz. Nemətli cənnət belə bir orucun qarşısında dəyərsizdir və onun mükafatı sayıla bilməz. Amma insan oruc adı ilə ağzını yeyib-içməkdən bağlasa və camaatın qeybətini etməyə açsa, mübarək Ramazan ayının gecələrində, gecə məclislərindən istifadə edib, bunu fürsət bilsə, səhərə qədər müsəlmanların qeybətini etsə, onlara töhmət vursa, hörmətsizlik etsə, onun orucuna heç bir şey verməzlər. Belə bir orucun ona heç bir yaxşı təsiri olmayacaq. Bəlkə, belə bir oruc tutan şəxs, qonaqlıq məclisinin ədəblərinə və haqqına riayət etməyib və öz Nemət Sahibinin haqqını zay etmiş olur. Bir nemət sahibi ki, insanın yaradılışından qabaq hər cür yaşayış, asayış və təkamülünə səbəb olan bütün vasitələri hazırlayıb, onun hidayəti üçün peyğəmbərlər göndərib, səmavi kitablar nazil edib, insanın nur mənbəyinə və əzəmət mədəninə çatması üçün, qüdrət verib, ağıl və dərk inayət edib, kəramətlər veribdir. İndi də bəndələrini, Onun qonaq evinə daxil olub, böyük nemət süfrəsinin kənarında əyləşmələrinə və bacardıqları qədər Onun şükrünü yerinə yetirmələrinə dəvət edib. Bəs bəndələrin, Allahın sərilmiş nemət süfrəsindən bəhrələnib, onların ixtiyarında qoyulmuş asayiş vasitələrindən və səbəblərindən istifadə etməyi, sonra da öz sahib və mizbanları ilə müxalifət edib, onun ziddinə qiyam etmələri, düzdürmü? Allahın onlara verdikləri vasitə və səbəbləri, Onun istəyinin əksinə işlətmələri düzdürmü? İnsanın öz sahibinin süfrəsi başında oturub, ədəbsiz əməl və rəftarı ilə hörmətli mizbana, öz nemət sahibinə hörmətsizlik və cəsarət etməsi, mizbanın pis bildiyi, xoşlamadığı əməllərə mürtəkib olması naşükürlük və duz-çörəyi tanımamaq deyilmi?
    Qonaq, heç olmasa öz mizbanını tanısın və onun məqamına mərifəti olsun. Məclisin ədəb və qaydalarını tanıyıb, əxlaq və nəzakətin əksinə olan bir əməlin ondan baş verməməsinə çalışsın. Mütəal-Allahın qonağı gərək, Həzrət Zul-Cəlalın Allahlıq məqamına arif olsun, onu tanısın. Elə bir məqamı ki, pak imamlar (ə) və böyük ilahi peyğəmbərlər (ə) həmişə onu daha kamil tanımaq istəyiblər və belə bir nur və əzəmət mədəninə əl tapmağı arzu ediblər; "İlahi qəlb gözlərimizi öz görüşün nuruyla işıqlandır, ta nur pərdələrindən keçib, əzəmət və cəlal mədəninə qovuşsun.”("Füruği-Kafi" 4-cü cild. )
    Allah ziyafəti, elə həmin "əzəmət mədənidir”. Allah Təbarək və Təala bəndələrini nur və əzəmət mədəninə daxil olmaq üçün dəvət edibdir. Lakin, bəndə layiq olmasa, belə əzəmətli və cəlallı məqama daxil ola bilməz. Allah Təala, bəndələrini bütün xeyir və yaxşılıqlara, çoxlu ruhani və mənəvi ləzzətlərə dəvət edibdir. Amma, belə bir ali məqamda olmağa hazır olmasa, daxil ola bilməz. Ruhi aludəçiliklə, rəzilə əxlaqla, qəlbin günahları ilə rübubiyyət məhzərində necə hazır olmaq olar və əzəmət mədəni olan Rəbbin, qonaq sarayına necə daxil olmaq olar? Bu, ləyaqət və hazırlıq istəyir.
    Üzüqaralıqla, zülmət pərdələrinə bükülmüş aludə ürəklə bu ruhani məna və həqiqəti dərk etmək olmaz. Gərək, bu pərdələr yırtılsın və ürəklərə çəkilmiş, Allah vüsalına mane olan qara örtüklər kənar olunsun ki, nurani və əzəmətli ilahi məclisə daxil ola biləsən.
    Category: Əbədi səadət yolu | Views: 936 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024