İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Əbədi səadət yolu
    11:24 PM
    Kitabın adı: Əbədi səadət yolu
    TÖVBƏ
    Tövbə, insanın günah etdiyi və fitrət nuruna itaət etmədiyi üçün, təbiətin zülmət pərdələrinə büküldükdən sonra, təbiətdən nəfsi ruhaniyyətə tərəf qayıtmasından ibarətdir.
    Nəfs, fitrətin əvvəlində hər növ kamal, gözəllik və nurdan boşdur. Necə ki, onların əksi olan şeylərdən də boşdur.Üstündə heç bir xətt və işarə olmayan bir səhifə kimidir ki, nə ruhani kamilliklər, nə də onun ziddi olan sifətlər vardır. Amma, bütün bu məqamları qazanmaq istedadı və ləyaqəti onda əmanət qoyulubdur. Günaha mürtəkib olsa, bu üzdəndən ürəyində qaralıq yaranar və günahı çoxaldıqca, qaralıq və zülmət də bir artar, ürək tamamilə qaranlıq və zülmət içərisində olar, fitrət nuru sönər və əbədi bədbəxtliyə düşər. Əgər, bu hallar arasında, tamam zülmət onun qəlb səhifəsini tutmazdan öncə, qəflət yuxusundan ayılsa və "yəqzə”("Şərhi hədisi cünudi əql və cəhl." ) halından tövbə mənzilinə daxil olsa, zülmani haldan və təbiət qaranlığından öz fitrət nuruna və zati ruhaniyyətinə qayıdacaq, yenə də əvvəlki kimi kamillik və onun ziddi olan sifətlərdən boş olacaq. Necə ki, məşhur hədisdə gəlib:
    التا ئب من الذنوب کمن لا ذنب له
    "Günahlardan tövbə edən şəxs, heç bir günahı olmayan şəxs kimidir."(Yəqzə: insanın qəflətdən oyanma halına deyilir. )
    Bəs, tövbənin həqiqəti, təbiət və onun hökmlərinə tabe olmaqdan, ruhaniyyət və fitrət hökmlərinə tərəf qayıtmaq olduğu məlum oldu.
    Düzgün və kamil bir tövbə, şərtləri ilə birlikdə çətin işlərdəndir. Çox az adam bu məqsədinə nail ola bilər. Bəlkə günah etmək, məxsusən böyük günahlar, insanı tövbə etməkdən tamamilə qafil edir. Günah ağacı insanın ürək tarlasında böyüyüb meyvə versə və kökləri möhkəmlənsə, olduqca xoşagəlməz meyvələr verəcək. O meyvlərdən biri də insanı tövbə etməyə qoymamasıdır. Bəzən tövbə yadına düşsə belə, bu gün-səhərə, bu ay-gələn aya saxlayır və öz-özünə deyir: "ömrümün axırlarında və qocalanda həqiqi tövbə edərəm." Amma bununla Allaha hiylə etmək istədiyindən qafildir. Bir halda ki, "Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır"("Üsuli-Kafi" 2-ci cild , səh. 453. )
    Günahların kökü möhkəmləndikdən sonra, insanın tövbə edə bilməyinin, ya onun şərtlərini yerinə yetirə bilməyinin asan olduğunu güman etmə. Bəs, tövbənin baharı cavanlıq dövründədir. Çünki bu vaxt günah yükü, qəlbin qaralığı və batini zülmətlər az, tövbənin şərtləri isə yüngül və asandır. İnsanın qocalıqda hərisliyi, tamahı, cah-cəlal və sərvət sevgisi, uzun arzuları çoxalır. Onun qocalıq vaxtı tövbə edə bilməsi özünü aldatmaqdır. Tutaq ki, insan qocaldıqda bu işi edə bilər, bəs haradan bilir ki, qocalıq həddinə çatacaq, onun vədə verilmiş əcəli, cavanlıq vaxtı və günaha məşğul olarkən onu yaxalamayacaq və möhlət verəcək?
    Bəs ey əziz! Şeytanın hiylələrindən qorx və həzərdə ol. Öz Allahına qarşı hiylə və məkr etmə ki, əlli il, ya bir az çox şəhvət ardınca olum, ölüm ayağında istiğfar kəlməsi ilə əvəzini çıxaram. Bunlar xam xəyallardır. İnsanın öz-özünə tövbə fikrinə düşməsi, ya ona müvəffəq olması, ya müvəffəq olsa, onun səhihliyinə və qəbuluna, ya onun şərtlərinə kamil əməl etməsi nadir hallarda baş tutar. Ola bilsin ki, tövbə fikrinə düşməmiş, ya ona əməl etməmiş, əcəl möhlət verməsin və insanı ağır günah yükləri ilə, onun sonsuz zülmətləri ilə bu dünyadan aparsın. O vaxt, Allah bilir hansı tutqunluq və bədbəxtçiliyə düçar olar.
    Bəs ey əziz, tez işə başla, əzmini möhkəm və iradəni güclü et. Nə qədər ki, cavanlıq dövründəsən, ya dünya həyatındasan tövbə et. Allah verən fürsəti əlindən çıxmağa qoyma. Şeytanın və nəfsi əmmarənin hiylələrinə etina etmə.
    Kamil və düzgün tövbə üçün şərtlər vardır. O şərtlər yerinə yetirilməsə, düzgün tövbə hasil olmaz. O şərtlərin ən mühümlərindən biri, keçmiş günah və qüsurlardan peşiman olmaqdır. O birisi isə həmişəlik olaraq, bir daha günahlara tərəf qayıtmayacağını əzm və iradə etməkdir.
    Ey insan, nə qədər zalım və cahilsən, Nemət Sahibinin nemətinin qədrini bilmirsən. Sənin asayiş və rahatlığın üçün bütün vəsaitləri hazırlayan, onda heç bir minnət qoymayan belə bir Nemət Sahibinə qarşı illər boyu itaətsizlik, düşmənçilik, hörmətsizlik, həyasızlıq etdin, ömrünü özbaşınalıqda keçirdin. İndi ki, peşiman olursan və qayıdıb, tövbə edirsən, Həqq-Təala da səni Özünə məhbub və sevimli tutur. Gör bu nə qədər geniş rəhmət və bol nemətdir.
    Tövbənin qəbul olunmasının birinci şərti, keçmişdə etdiyin əməllərə peşiman olmaq, ikinci; həmişəlik olaraq günaha tərəf qayıtmamağı əzm etmək, üçüncü; xalqın haqqını özünə qaytarmaq, dördüncü; boynunda olub, yerinə yetirmədiyin vaciblərə üz tutmaq və onları yerinə yetirmək, beşinci; haramdan götürdüyün bədəninin ətini, qəm- qüssəylə əritmək, belə ki, dəri sümüyə yapışsın və onların arasından təzə ət əmələ gəlsin, altıncı; itaətsizliyin şirinliyini cisminə dadızdırdığın kimi, əmrə tabe olmağın da ağrısını ona dadızdırmaq. İnsan təkcə "tövbə etdim" deməklə, tövbə ondan qəbul olunmaz. Tövbə edən insan odur ki, camaatdan haqsız olaraq hər nə aparıbsa, onlara qaytarsın. Onların başqa haqları da öhdəsində olsa və onu ödəmək, ya sahibini razı etmək mümkündürsə gərək bunu etsin. İlahi vaciblərdən hər nəyi tərk edibsə, qəzasını yerinə yetirsin. Bunların hamısını yerinə yetirmək mümkün olmasa, imkanı çatdığı qədərini yerinə yetirsin. Bilsin ki, bunlar bir hüquqlardırlar ki, hər birini tələb edən vardır və o biri dünyada çətin və ağır hallarla istəyirlər. O dünyada isə bunlara əməl etməyə heç bir yol yoxdur. Orada təkcə başqalarının günah yükünü çəkib, öz yaxşı əməllərini onlara verər. Bəs, o vaxt biçarə və bədbəxt olar, xilas olmaq üçün də heç bir çarə yolu yoxdur.
    Ey əziz, məbadə, şeytan və nəfsi əmmarə sənə qalib olalar və vəsvəsə edələr, mətləbi sənə böyük göstərələr, səni tövbədən qaytaralar, işini birdəfəlik edələr. Bu işələrdə az da olsa belə, qədəm götürməyin çox yaxşı olduğunu bil. Qəzaya getmiş namazlar, oruclar, kəffarələr və Allah haqları çox, xalqın haqqı saysız, günahlar və xətalar ağır da olsa yenə, Allahın lütf və rəhmətindən məyus olma. Çünki sən gücün çatan qədər addım atsan, Allah Təala da bu yolu sənin üçün asanlaşdıracaq və nicat yolunu sənə göstərəcək. Bil ki, Allahın rəhmətindən məyus olmaq ən böyük günahdır və nəfsə heç bir günahın onun qədər pis və ağır təsir edə bildiyini güman etmirəm. Allah rəhmətindən məyus olmaq, bir zülmət kimi ürəyi elə əhatə edir və ovsarı əldən çıxarır ki, heç bir şeylə düzəltmək mümkün olmur.
    Məbadə, Allahın rəhmətindən qafil olasan və günahı Həqqin rəhmətindən böyük biləsən. Allahın rəhməti hər şeydən böyükdür və hər şeyə şamil olur. Allah, rəhmət və məğfirət vədəsi verib. Sən bir addım irəli gəl və Onun müqəddəs dərgahına tərəf ayaq qoy. O, Özü hər bir vasitəylə olur-olsun sənin əlindən tutacaq. Onun haqlarını yerinə yetirə bilməsən, Öz haqqından keçir və əgər başqalarının haqlarını qaytara bilmədinsə, əvəzini çıxır.
    Ey əziz, Həqq yolu asan və yüngüldür. Amma bir az diqqət istəyir. Gərək qədəm götürəsən. İşi bu gün-sabaha salmaq, sonraya atmaq və günah yükünü hər gün ağırlaşdırmaq, işi çətinləşdirir. Amma işə başlamaq, işin və nəfsin islahına əzm və iradə etmək yolu yaxınlaşdırır və işi asanlaşdırır. Sən təcrübə et və başla. Əgər nəticə aldın, bu mətləbin düzgünlüyü sənə sabit olar. Amma işə başlamasan, fəsad yolu açıq, sənin günahkar əlin isə uzun.
    Tövbə edən şəxsə lazım olan işlərdən biri də Həqq Təalanın "Ğəffariyyət” məqamına sığınmaq və istiğfar halını hasil etməkdir. Tövbə edən, gərək Həzrət Həqq Cəll-Cəlalə və O Zati Müqəddəsin Ğəffariyyət məqamından öz dili və halı ilə acizanə, nalə və ağlamaqla günahlarının üstünün örtülməsini istəsin.("Ali-İmran" surəsi: ayə 54. )
    İslamın rəhmət qapısı hamının üzünə açıqdır. Tarixdə gəlibdir ki, Yezid, həzrət imam Səccaddan (ə) soruşdu ki, mən tövbə edə bilərəmmi? Həzrət buyurdu: Bəli, tövbə qapısı açıqdır. Bəli, həmin Yezid ki, o cinayətləri törədibdir. Amma sonra həzrət Zeynəb (ə), imam Səccaddan (ə) bunun səbəbini soruşduqda, imam buyurdu: Yezid tövbə etməyə müvəffəq olmaz, amma tövbə edə bilsə, qəbuldur. Bir kəs peyğəmbəri də öldürmüş olsa, sonra tövbə etsə, qəbuldur. Amma tövbə etməyə müvəffəq olmazlar.
    Günahkarlar tövbə etməkdə ciddi olsunlar. İndi vaxt var, vaxt qalıb. Nə qədər ki, ayaqlarınızı qəbrə qoymayıblar, tövbə qapısı açıqdır. Allahın rəhməti genişdir. Gəlin tövbə edin, gəlin etdiyiniz işlərdən və İslamla müxalifətçiliklərdən tövbə edin. Qayıdın, hamınızın tövbəsi qəbuldur!(Şərhi çehel hədis", səh.272. )
    Allah zikri
    Allah zikri və Allah yolunda bir-biri ilə dost olmağın bir neçə xüsusiyyəti vardır. Onlardan biri (və ən böyüyü) odur ki, bəndənin Allahı yada salması, Allahın da onu yada salmasına səbəb olar. Allah yolunda bir-birinə qarşılıqlı məhəbbət, Allah sevgisinə səbəb olar və bu sevginin də nəticəsi hicabların aradan qalxmasına səbəb olar.
    Ey əziz bil ki, Məhbubu yada salmaq və Məbudu yad etməklə keçinməyin bütün təbəqələr üçün çoxlu nəticələri vardır. İnsan, bütün hallarda və qarşıya çıxan hadisələrdə Həqq Təalanı yad etsə və özünü Müqəddəs Zatın qarşısında hazır görsə, mütləq özünü Onun razılığının əksinə olan əməllərdən saxlayar və nəfsinin özbaşınalığının qarşısını alar. Qovulmuş Şeytanın və nəfsi əmmarənin əli ilə olan bütün bu müsibətlərin hamısı, Allahı, Onun əzabını və cəzasını yaddan çıxartmaqlıq üzündəndir. Allahdan qafil olmaq, qəlbin qaralığını artırır, nəfs və şeytanı insana tərəf yönəldir, fəsadları çoxaldır. Allahı zikr etmək və yada salmaq ürəklərə səfa və siqəl verir, Məhbub üçün cilvələndirir, ruhu saflaşdırır və xalis edir. İnsanı nəfsin əsirlik buxovlarından azad edir. Xətaların mənşəyi və pisliklərin sərçeşməsi olan dünya məhəbbətini ürəkdən çıxarır.
    Bəs ey əziz, Məhbubu zikr və yad etmək yolunda hər hansı bir çətinliyə dözsən, yenə də azdır. Ürəyini Məhbubu zikr etməyə adət etdir. Bəlkə, Allahın istəyi ilə ürəyinin surəti, Allah zikrinin surəti ola.("Səhifeyi imam" 14-cü cild, səh.463. )
    Həqiqi zikr ilə, bəndə ilə Həqq arasında olan pərdələr və hüzura mane olan şeylər aradan qalxar, ürəyin qəflət, qəsavət və bərkliyi götürülər. Uca mələkut qapıları, Həqqin lütf və rəhmət qapıları, bu yolun yolçusunun üzünə açılar. Amma mühüm budur ki, ürək bu zikrdə diri olsun və ölü olmasın, ölülərlə (ölü kimi dirilərlə) ünsiyyətdə olmasın.
    Allah Peyğəmbəri (s) buyurur: Ərəbdə deyilmiş ən doğru şer Ləbidin şeridir ki, deyib:
    "الا کل شيئ ما خلا ﷲ باطل" yəni, "Başqa mövcudlara ürək bağlamaq, (hər mövcud olur, olsun) Allahdan qafil olmaqdır."("Şərhi çehel hədis", səh.272. ) Ürəyi diriltmək üçün, Allah zikri, məxsusən bu mübarək adı; "Ya Həyyu Ya Qəyyum"u hüzuri qəlb ilə demək münasibdir.
    Bəzi zikr və mərifət əhlindən nəql olubdur ki, hər gecə və gündüz bir dəfə səcdəyə getmək və çoxlu: "La ilahə illa əntə subhanəkə inni küntü min əz-zalimin"("Səhihi Müslim" 4-cü cild, kitabi şer, səh.422, 3-6 cı hədis. ) demək, ruhun tərəqqisi üçün yaxşıdır.
    Bəli, Həqqi tanıyan və O Müqəddəs Zata, üns və məhəbbətləri olanlara, belə əməllərin heç bir zəhmət və məşəqqəti yoxdur. Məhbub ilə ünsiyyət, onlara heç bir yorğunluq gətirmir, məxsusən O Məhbub ki, bütün məhəbbət və məhbubiyyətlər Onun məhəbbətindən sərçeşmələnir. Arif Şiraz deyir:
    Bizim ürəyimizə sığmır Dostdan başqa bir kəs
    Hər iki aləmi ver düşmənə, bizə təkcə Dost bəs.(İlahi səndən başqa heç bir məbud yoxdur. Sən paksan, həqiqətən mən özümə zülm edənlərdənəm..)
    Onlar ki, Dostun məhəbbət camından içiblər və Onun vüsal həyatı suyundan əbədi həyat tapıblar, hər iki aləmi düşmənə layiq bilirlər. Onlar öz hacət yüklərini Dosta tərəf atıblar və Onun Özündən başqa heç bir istəkləri yoxdur. Həqiqi qiblə olan Eşq Camalından başqa bir məqsədləri yoxdur.
    Bəli, biz karlar, korlar və hicaba bükülmüşlər, bütün məqamlardan heyvani şəhvətlər üçün ürəyimizi xoş etmişik. "Səadət" cümləsindən bir miqdar dəyərsiz məfhuma ürək bağlamışıq və özümüzü qane etmişik. Təkcə Dostun lütf və mərhəməti əlimizdən tutub, qalın hicablardan, düçar olduğumuz zülmətlərdən bizi çıxara bilər və ürəyimizə öz məhəbbəti ilə həyat bəxş edər, başqalarından üzüb, Özünə qovuşdurar.(Divani Hafiz, "Təshihi Qəzvini və Ğəni", çapi məclis, səh. 267. )
    İnsanı sapınmadan qoruyan, Allah zikridir. İnsan, Allahı yada salmaqla sapınmalardan canını qurtarar və yəqinlik tapar. Yəqinlik ki, tapıldı, Allah zikri və yadı ki, oldu, bu həmən vaxtdır ki, insan bu xitabın müxatəbi olar: "Ey mütməin nəfs!"
    (Rəvayətdə var ki, bu şəhidlər sərvəri, imam Hüseyinə (ə) xitabdır.("Şərhi cünudi əql və cəhl" səh.124.))
    Bu xitab, həmin vaxtdır ki, sizə deyilər: "Daxil olun mənim bəndəliyimə!" Daha "Allahın bəndəliyinə və ya başqa bəndəliyə" deyilməz. "Mənim bəndəliyimə" xitab olunması xüsusi bir inayətdir. Yəni, Mütəal Allah xitab edir ki, ey bəndə, sən Mənim Özümünsən, başqasının yox!
    Bu bəşər hamısı Onun Özünündür.("Təfsiri Qumi" 2-ci c, səh.422. )
    Təqva
    Təqva, nəfsi Allahın əmr və qadağanları ilə müxalifət etməkdən qorumaq və Allahın razılığına tabe etməkdən ibarətdir.
    Allah Təbarək və Təala təbəqələrə, bu təbəqə yuxarıdır, bu baş nazirdir, bu sərdardır, bu nə bilim nədir nəzəri ilə baxmır. Allah Təbarək və Təalanın yanında bunlar işdə deyil. İslamda təkcə təqva ötür. Təqvası daha çox olanların, Allah yanında əzizliyi daha çoxdur. Öz işində təqvası olan işçi, öz nazirliyində, siyasətində və işlərində təqvalı olan nazir, Allahladır. Təqvası olan dövlət başçısı Allahladır. Bunlar kərimdirlər, Allah yanında əzizdirlər. Allah eləməmiş, təqva olmasa Allah yanında hamı mənfidir. Camaatda təqva olarkən, onlar Allah yanında kərim və əzizdirlər:
    انّ اکرمکم عند الله اتقاکم
    "Həqiqətən, Allah yanında ən əziz olanlarınız ən təqvalı olanlarınızdır."("Səhifeyi imam" 4-cü c, səh.34. )
    Bu ayədə, "əziz” kəlməsindən heç kim xaric olmur, hər kim təqvalıdırsa o əzizdir. Peyğəmbəri Əkrəm (s) camaatın ən təqvalısı olduğu üçün ən əziz idi. Əmir əl-möminin (ə), Allah Peyğəmbərindən (s) sonra camaatın ən təqvalısı olduğu üçün ən əziz olanı idi. Nəsəb və səbəb, işə keçmir. Təkcə təqva işdədir. Təqvalı olun ki, bütün çətinliklərə qələbə edəsiniz.("Hücərat" surəsi: ayə 13. )
    Category: Əbədi səadət yolu | Views: 1029 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024