İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: Əbədi səadət yolu
    11:17 PM
    Kitabın adı: Əbədi səadət yolu
    TƏVƏKKÜL
    Təvəkkül, bütün işləri sahibinə tapşırmaq və Onun vəkalətinə etimad etməkdir.
    İnsanlar, Müqəddəs Zatın rübubiyyətini tanımaqda müxtəlif və fərqlidirlər. Adi camaatın çoxu yalnız dildə olaraq, bəzən deyirlər: Allahın işləri müqəddərdir və hər şey onun dəxaləti ilədir. Heç bir varlıq, Onun müqəddəs iradəsi olmadan mövcud ola bilməz. Amma, bu sözü deyənlər özləri bu məqamın sahibi deyillər. Camaatın bu dəstəsi, (əgər biz də onlar kimi olsaq) təvəkkül məqamını tanımayıblar. Tanıdıqları, təkcə sözdə və boş iddialarındadır. Ona görə də, dünya işlərində heç bir surətdə Həqqə etimad etmirlər. Bəzən bir səbəb üzündən, Həqqə tərəf üz tutsalar və Ondan bir şey istəsələr də, ya təqlid üzündən, ya da ehtiyat üzündəndir. Çünki, onda bir zərər təsəvvür etməməklərindən əlavə, mənfəət ehtimalı da verirlər. Belə olan halda onlardan təvəkkül iyi gəlir. Amma zahiri səbəbləri müvafiq görsələr, Həqq Təaladan və Onun dəxalətindən tamamilə qafil olarlar, camaatın bu dəstəsinin dünya işlərində heç bir təvəkkülləri yoxdur. Axirət işləri barəsində təvəkküldən çox dəm vururlar. Hər hansı bir elm, mərifət, nəfsi paklamaq, ibadət və itaət işlərini asan saysalar, dərhal Həqqə və Onun fəzlinə etimad və Ona təvəkkül etdiklərini göstərmək istəyirlər. Səy və əməl etmədən, "Allah böyükdür", "Onun fəzlinə təvəkkül etmişəm" sözləri ilə axirət dərəcələri hasil etmək istəyirlər. Dünya işlərində səy, əməl və təvəkkülün Həqqə etimadla zidd olduğunu deyirlər. Axirət işlərində də səy və əməli Həqqin fəzilinə və ona təvəkkülə zidd sayırlar. Bunlar nəfs və şeytanın hiylələrindən başqa bir şey deyil. Çünki bunların nə dünya, nə də axirət işlərində təvəkkülləri yoxdur və heç birində Həqqə etimad etməyiblər. Lakin, dünya işlərinə əhəmiyyət verdikləri üçün, səbəblərə əl atıb, ondan asılırlar, Həqqə və Onun işlərdə dəxalətinə etimad etmirlər. Axirət işlərində isə əksinə olaraq belə şeylərə əhəmiyyət vermədikləri üçün və Məad gününə həqiqi imanları olmadıqlarına görə, onun üçün üzr gətirirlər. Bəzən deyirlər, Allah böyükdür, bəzən də Həqqə etimaddan və şəfaətçinin şəfaət etməyindən danışırlar. Bununla belə ki, onların bütün bu zahiri əməlləri və dedikləri dil lağlağasından, mənasız surətdən başqa bir şey deyil və həqiqəti yoxdur.(Səhifeyi imam" 6-cı cild, səh 31. )
    Neçə mərhələdən keçdikdən sonra səni atanın sülbünə çəkdilər və çirkin bir zərrə idin; səni hansı qüdrət əli ananın bətninə hidayət etdi və bu vahid bəsit maddəni kim bu təəccüblü şəkilə saldı? Hansı ibadət və xidmətlərinlə insanlıq surətinə (şəklinə) layiq oldun? Bütün bu zahiri və batini nemətləri hansı ciddiyyətlə qazandın? Sənin hansı istək və ciddiyyətlərinlə bətn (ana bətni) aləminin tərbiyələri tamam oldu, bu dünya səhnəsinə hidayət oldun?!
    Hansı qabliyyət və əməlinlə, öz həmnövünü parçalayan, ürəyi bərkimiş və daşlaşmış insanı, sənə qarşı mehriban və şəfqətli etdi, belə ki, bütün minnətlə səni zəhmət, əziyyət və çətinliklə dünyaya gətirdikdən sonra, səni ağuşuna alıb, böyütsün?!
    Bu rəhmət və rəhmaniyyət kim tərəfindəndir, hansı istək və çalışqanlıqla bunu qazanmısan?
    O çirkli qanı, kim sənin üçün dünyaya gəlməzdən öncə lətif südə döndərdi ki, bu sənin zəif mədən üçün ən münasib xörəkdir? Məxluq, sənin hansı ciddiyyət və çalışına görə bu hazırlıqlar görüldü?
    Ey əziz! Hansı ləyaqət, ciddiyyət və çalışına əsasən, ilahi vəhyin nazil olmasına layiq oldun?
    Ən böyük ilahi rəhmətlər və rəbbani nemətlər; doğru və səadət yoluna hidayətdir. Hansı qazanc və əməllə, ya hansı ləyaqət və ibadətlə bu böyük nemət bizim üçün verildi? Hansı keçmiş xidmətlərimizə əsasən, böyük peyğəmbərlərin vücuduna və Allahın kəramət süfrələrinə layiq olduq?
    Saya gəlməyən və həddinə heç bir rəqəmin gücü çatmayan, zahiri və batini ilahi nemətlərin hansı birində bəndələrin, ya başqa məxluqların dəxaləti və şərikçiliyi vardır?
    Ey gözü hicabla örtülmüş insan, Allahın sonsuz nemətlərində qərq olmusan, rəhimi və rəhmani rəhmətlərdə batmısan və öz Nemət Sahibini itirmisən, indi ki, böyümüsən və yaxşını pisdən seçə bilirsən, hansı quru otdan yapışıb və çürük ağaca söykənmisən?!
    Bu gün düşüncə ilə ilahi rəhmət və nemətlərdə zəif məxluqdan bir şey istəməməyin, Uca Rəbbinin ümumi və xüsusi lütflərinə nəzər etməklə, ayağını Ondan başqasının evindən kəsməyin və Onun rəhmətindən başqa heç bir əsasa söykənməməyinin lazım olduğu bir vaxtında, sənə nə olub ki, öz Nemət Sahibindən qəflət edib, özünə və öz əməllərinə söykənmisən, Allaha belə gizli, ya aşkar şəriklər qoşmağa düçar olmusan?
    Həqq Təalanın məmələkətində, Müqəddəs Zatın Özündən başqa bir iş görə bilən tapmısan, ya hacətləri qəbul edən başqa birisinin sorağını tutmusan, ya Allahın rəhmət əlini qısa bilirsən, ya Onun səndən və ehtiyaclarından qafil olduğunu düşünürsən, ya Onun qüdrət və səltənətini məhdud görürsən, ya Onu paxıl bilirsən?
    İndi bir anlığa ağır yuxudan ayıl. İkiliyi kənara qoy və tövhid nurunu öz ürəyinə çatdır, "la hövla və quvvətə illa billah"("Şərhi çehel hədis", səh. 214. )ı ruhunun dərinliklərinə oxu, ins və cindən olan şeytanların əlini Həqq məmləkətində dəxalət etməkdən kəs, tamah gözünü, zəif və çarəsiz məxluqdan çək!
    Allah Təala, "Ənfal" surəsində möminlərin vəsfində buyurur:
    "İman gətirənlər yalnız o kəslərdirlər ki, Allahın adı onların yanında çəkilərkən, ürəklərinə qorxu çökər və Allahın ayələri onlara oxunan zaman imanları artar və öz Allahlarına təvəkkül edərlər... Onlar həqiqi iman gətirənlərdirlər".(Allahın güc və qüvvəsindən başqa güc və qüvvə yoxdur.)
    Mütəal Allah, bu ayədə həsr yolu ilə buyurur ki, möminlər təkcə bu neçə xüsusiyyətə sahib olanlardır və onlardan başqaları mömin deyillər.
    Möminlər öz Rəbblərinə etimad və təvəkkül edərlər və öz işlərini ona tapşırarlar, Onun Müqəddəs Zatına ürək bağlayarlar. Öz ürəklərini bir başqasına verən və Ondan başqasına etimad edən, öz işlərində ümid gözləri başqasında olan, işlərinin genişlənməsini Həqqdən başqasından istəyən kəslərdə, iman nuru və imanın həqiqəti yoxdur. Başqa ayələrin də məzmunundan, insanın iman mərtəbəsinə çatmayınca təvəkkül məqamına nail ola bilməyəcəyi istifadə olunur.("Ənfal" surəsi: ayə 2-4. )
    Rica
    Elə ki, ağıl, nur və səfa fitrəti ilə Həqq Təalanı Mütləq Kamal və Onun Müqəddəs Zatının rəhmət cilvəsini heç bir hədlə məhdud, heç bir qeydlə qeyidlənmiş olmadığını tapdı; bu mərifət və tanımanın laziməsi Həqqə və Onun rəhmətinə doğru rica və kamil ümiddir. Necə ki, fitrət, öz əsli nurundan pərdələnmiş olsa, bu örtülülük bəzən bir yerə çatar ki, Həqqin rəhmətindən məyus olar.
    Səhv və insanı aldadan işlərdən biri də qürur və Allaha ricanı bir-birindən ayıra bilməməkdir.
    Allahın geniş rəhmətinə, sərilmiş nemət süfrəsinə mərifət və imanı olan şəxs, rica halındadır. Həmin mərifət, onu əməllərini paklamağa və əxlaqını saflaşdırmağa, Mövla və Nemət Sahibinin əmrlərinə itaət etməyə dəvət edir. Amma, qürur sahibi olan şəxs, mərifət və gözəl əxlaqlar qazanmaqdan, saleh əməllər etməkdən geri qalır.
    Rica sahibləri isə əməllərindən geri qalmır, bəlkə onların ciddilikləri başqalarınkından da çoxdur. Amma, onlar öz əməllərinə arxayın deyillər. Bəlkə onların etimadları əməl etməklə yanaşı, Allahadır. Çünki həm öz qüsurlarını, həm də Allahın geniş rəhmətini bilirlər.
    Məğrur və qürurlu şəxsləri, toxum səpəmək, əkmək və əkinçilik əvəzinə lazımsız işlərlə, eyş-işrətlə məşğul olub, günlərini tənbəlliklə keçirib və "Allah böyükdür, toxumsuz da məhsul verə bilər” deyən şəxslərə oxşatmaq olar. Necə ki, "Kafi" kitabında gəlib; ravi deyir: İmam Sadiqə (ə) ərz etdim: Camaatdan bəziləri Allaha qarşı günah edirlər, biz ümidvarıq deyirlər və o halda qalırlar və dünyadan da o halda gedirlər. İmam buyurdu: "Onlar arzularla yaşayan kəslərdirlər, yalan deyirlər, onlar ümidvar deyillər. Bir şəxsin əgər bir şeyə ümidi olsa, onu ələ gətirmək istəyər, onun ardınca gedər və əgər bir şəxs, bir şeydən qorxsa, ondan qaçar."("Mücadilə" surəsi: ayə 10, "Ali-İmran": ayə 122 və 160, "Tövbə" surəsi: ayə 51-ə müraciət olunsun. )
    İndi ey əziz! Öz nəfsinin halını mütaliə et və nəfsinin səmərəsindən özünü ayırd et, gör hansı tayfadansan? (saleh əməllər etməklə yanaşı öz əməllərinə arxayın olmayıb, Allaha ümid edənlərdən, ya şeytan və nəfsin tələsinə düşərək, öz əməlləri ilə məğrur olanlardan?)
    Görəsən, Allahın böyüklüyü, rəhmətinin əzəməti, geniş məğfirəti, bağış və əfvi bizi, O Müqəddəs Zata ümidvar edib, ya şeytani qürura düçar olmuşuq, Həqdən və Onun cəmal və cəlal sifətlərindən qafil olmuşuq, axirət işlərini yüngül tutmaqlığa düçar olmuşuq?("Üsuli-Kafi" 2-ci cild, səh.55. )
    Qorxu
    Qorxu, özü mənəvi kamillik olmaqdan əlavə, çoxlu nəfsi fəzilətlərin və nəfsi islah etmək üçün olan ən mühüm məsləhətlərdən birinin mənşəyidir. Bəlkə, onu bütün islahların, ruhi xəstəliklərin əlac və müalicə məbdəsi saymaq olar. Allaha inanan və Ona tərəf seyrdə olan insan, gərək bu mənzilə (qorxuya) çox əhəmiyyət versin. Ürəyində, Allahdan qorxunu çoxaldan və köklərini möhkəmlədən şeylərə diqqət etsin. Məsələn; əzab, cəza, ölümün şiddətli əzabı, öləndən sonra Bərzəxdə, Qiyamətdə və Siratda olan hallarını, hesabda əməllərin ölçüsünü, cəhənnəmin müxtəlif növ əzablarını yada salaraq, Allahın əzəmət, cəlal, qəhr və hakimliyini xatırlasın, istidrac, Allah tədbiri, pis aqibət və bunlar kimi şeyləri yada salmaqla, Allah qorxusunu ürəyində çoxaltsın.
    Hədisdə(Şərhi hədisi cünudi əql və cəhl" səh 129 və 209.) var ki, "İnsan günah etdiyi üçün, onunla behişt arasında olan fasilə, yerlə göyün arasında olan fasilədən çoxdur. Hər vaxt günahlardan peşiman olaraq, Allah qorxusundan ağlasa, behiştlə onun arasındakı fasilə yaxınlaşar və bu kipriklə gözün arasındakı fasilə kimi olar..."("Vəsailuş-şiə" 11-ci cild, səh. 178.)
    Bizim qüdrətlilərdən qorxmağımızın səbəbi təkcə onun qüdrətli olduğunu bildiyimiz üçündür. Amma insan qüdrəti, Allahın qüdrəti və hər şeyin Allah tərəfindən olduğunu bilərkən, daha başqasından qorxmur. Bizim (başqalarından) qorxularımızın səbəbi, qüdrətin vahid olmasını, onu bütün fərdlərin, cəmiyyətin, bizim hamımızın, bütün bəşəriyyətin xeyri üçün olduğunu başa düşməməyimizdəndir. Biz, həqiqətən bu mənanı dərk etsək və müşahidə etsək ki, hər nə var Allahdandır, hər nə var bizim xeyrimizədir və tərbiyəmiz üçündür, onda bu məsələlər həll olar.("Şərhi çehel hədis", səh.481. )
    Riza
    Riza, bəndənin Həqq Təaladan, Onun iradə və müqəddratına razı olmaqdan ibarətdir. Rizanın ən uca mərtəbəsi, insan kamilliyinin uca mərtəbəsindən, məhəbbət və cazibə əhlinin ən böyük məqamından ibarətdir.
    Məlum olduğu kimi insan, fitri olaraq Mütləq Kamal olan Həqqə aşiqdir (əgər bunu özü bilməsə də) və o, Müqəddəs Zatı, Mütləq Kamil bilsə, cəmal və cəlal sifətlərini kamil bilsə, onda Həqqin işlərini gözəl və kamil görər.
    Bəs, Həqqin Müqəddəs Zatına tapdığı eşq və razılığı (mütləq kamilliyin laziməsi olduğu üçün) bütün vücudu ilə hiss edər.
    Belə bəndə, Allah Təala tərəfindən gördüyü və Ona nisbət verdiyi hər şeyə razılıq nəzəri ilə baxar, Həqq Təaladan və Onun işlərindən razı olar. Allahdan başqasına və ona bağlı olan şeylərə isə nifrət edər.
    Bilmək lazımdır ki, riza və başqa nəfsani kamilliklər üçün çoxlu mərtəbələr və dərəcələr vardır.
    Rizanın birinci mərtəbəsi odur ki, insan Allah rübubiyyəti və tərbiyəsi altına daxil olduqdan sonra, bu ilahi tərbiyəyə razı ola. Bunun əlaməti, təklifin çətinliyi ona ağır gəlməməkdən əlavə, ilahi əmrlərə şad və razı olmaq, onu can və ürəklə qarşılamaq, şəriətin qadağan etdiyi işlərdən qaçmaq və onlara nifrət etmək, özünün bəndəlik məqamına və Həqqin mövla olmasına sevinməkdir.
    Rizanın ikinci mərtəbəsi, Həqqin qəza və qədərinə, yəni, qarşıya çıxan işlərə; istər xoşagələn olsun, ya xoşagəlməz, razı olmaq və Həqq Təalanın ona mərhəmət buyurduğu; istər bəla, xəstəliklər və sevdiklərinin aradan getməsi olsun, istərsə də onun qarşısında olan şeylər olsun, onun üçün bunların heç bir fərqi olmaması, onların hər birini, Allah Təalanın əta etdiyini hesab etməsi və onlara razı olmasıdır.
    İnsanın, Həqq Təalanın Öz bəndəsinə qarşı rəhmət və mehribanlıq məqamına mərifəti olmasa və Allahın bu aləmdə mərhəmət etdiyi hər bir şeyin bəndələrin tərbiyəsi üçün və onların nəfsi kamilliyi üçün olduğuna imanı olmasa, rizanın bu (ikinci) məqamı hasil olmaz. İnsanın həm fəqirlik və kasıblıqla öz zati kamal məqamına çatması və həm xəstəlik və zəifliklə əbədi səadətə çatması mümkündür.
    Bəli, Allahın məhəbbət cazibəsindən bəhrələnənlərin və mərifət nuru ilə ürəkləri nurani olanların, həmişə Həqqə ürəkləri xoşdur və Onun razılığı ilə mənusdurlar. Onlar, bizim kimi dünya zülmətində batmayıblar, fani dünyanın ləzzət və şəhvətləri, onların halını dəyişdirmir.
    Ey əziz! Mütəal Allah, Öz qəzasını (olacağını) icra edəcək, istər biz onu kərahətlə və istər razılıqla qarşılayaq. İlahi təqdir, bizim istəyib-istəməməyiməzə, kərahət və ya razılığımıza bağlı deyil. İlahi əmr və qadağanları, qəzəb və kərahətlə qarşılamaqdan bizə qalan, yalnız imanın ürəyimizdən alınması olacaqdır.
    Rəvayətdə var ki, imam Sadiqə (ə) ərz oldu: Möminin mömin olması nədən bilinər? Buyurdu: "Allaha təslim olmağı və ona üz gətirən xoşagələn və xoşagəlməz işlərə razı olmaqlığı ilə.( 
    "Səhifeyi imam" 19-cu cild, səh.355. )   
    ("Üsuli Kafi" 2-ci cild.)
    Haqq işin, acı dad dəstəsində gəlməsi mümkündür. Amma, haqq ardınca olan və Allah razılığı üçün iş görən kəs, gərək ona nə dedilər və nə deyirlər barəsində fikirləşməsin. Gərək, Allahı nəzərdə tutsun və Allah üçün işləsin. Hər kəs hər nə istəyir desin, yaxşı işlərin də müxalifləri vardır. Siz işlərinizin Allah yanında yaxşı və abırlı olması barədə düşünün.(Şərhi hədisi cünudi əql və cəhl", səh 161. )
    Şükr
    Şükr, nemət verənə verdiyi nemətinə görə təşəkkür etmək və qədirdanlıq bildirməkdir. Bu təşəkkürün təsiri, ürəkdə bir cür, dildə bir başqa cür, fellərdə və qalibi əməllərdə bir ayrı cür aşkar olur. Amma ürəkdə onun təsiri xüzu, xüşu, məhəbbət, xovf və bunun kimi şeylər, dildə, səna, mədh və həmd, bədən üzvlərində isə, itaət və bədən üzvlərini, Nemət Verənin razılığında işlətmək və bunlar kimi şeylərdir.("Səhifeyi imam" 19-cu cild, səh. 223. ) Bütün bəşər ailəsinin onda müvafiq və şərik olduqları fitri işlərdən biri, nemət sahibinə təzim və təşəkkür etməkdir. Dünya əhlinin, nemət sahiblərinə və öz dünyadakı ağalarına etdikləri bütün təşəkkürlər də elə həmin ilahi fitrətə üzündəndir. Tələbələrin müəllim və alimlərə etdikləri təşəkkür və təzim də bu fitrət əsasındadır.
    Ey hicablanmış biçarə insan, Allahın minnətsiz nemətlərində bir ömür keçirdin, sonsuz rəhmətləri ilə üzləşdin və öz Nemət Sahibini tanımadın, kor-koranə başqalarından sitayiş etdin, nakəslərə əyildin! Bəli, düzdür ki, məxluqdan təşəkkür etmək lazımdır, necə ki, buyurublar: "Hər kim məxluqa (etdiyi yaxşılıqlarına görə) təşəkkür etməsə, Yaradana şükr etməyibdir".(Şərhi çehel hədis", səh. 343. ) Lakin bu təşəkkür, Allah Təalanın onları nemətin çatdırılmısında vasitə qərar verdiyi üçündür, daha onlara təşəkkür etməklə, Yaradanı və Ruzi Verəni görməmək və Ondan xəbərin olmamaq üçün deyil. Əgər belə olsa, yəni məxluqa şükr edib, əsil səbəbkar olan Yaradanı yaddan çıxarsa və görməsə, bu, Nemət Verənin nemətinə küfr etməkdir.("Kənzül -Ümmal" 3-cü cild, 6443-cü hədis. )
    İşi, Allah üçün yerinə yetirərkən, istər biz qalib olaq, ya olmayaq, işlərimiz Allah üçündür. Biz təklifimizi yerinə yetirdik. Biz təklifimizi yerinə yetirmək istəyirik. Mənsəb və məqam qazanmaq üçün etmirdik. Təkcə sizlər deyil, biz də bilirik ki, Allah şükrünün öhdəsindən gələ bilmərik. Mən özümü deyirəm: şəhadət verirəm ki, indiyə kimi Allah üçün iki rəkət namaz qılmamışam. Hər nə olub, nəfs üçün olub. Dəlili də budur ki, Cənnət və Cəhənnəm, od olmasa biz yenə beləcə düaya məşğul olarıqmı? Bizim düamız odur ki, var və onun üçündür ki, Allah Təbarək və Təala, bizə inayət etsin, cənnəti bizə ruzi etsin, cəhənnəmdən uzaq etsin. Bizim amalımızın nəhayəti budur. Əməllərimizin Allah üçün olması, o vaxt məlum olar ki, Cənnət və Cəhənnəmin açarını bizə versələr və desələr ki, siz ixtiyar sahibisiniz və sizin heç biriniz cəhənnəmə getməyəcək və heç biriniz cənnətdən məhrum deyilsiniz. O vaxt, biz şəhvətimizin əksinə çıxacağıqmı və namaz qılacağıqmı? Bunlar, bizə məlum olan şeylərdir. Mən özüm bilirəm ki, belə deyil, belə deyiləm.("Şərhi hədisi cünudi əql və cəhl.")
    Biz gərək xidmətçi olaq; həqiqi bir xidmətçi və nə qədər xidmət etsək, yenə də azdır. Bizim, Allah şükrünü yerinə yetirə bilməməyimizin səbəbi, Allah şükrünü yerinə yetirməkdə çox aciz olmağımızdır. Lakin, bu qəhrəman və məzlum millətə təşəkkür etmək, Allaha şükrün özüdür. Hər kəs bunlara təşəkkür etməsə, Allah şükrünü yerinə yetirməmiş olur. Çünki bunlar Allah bəndələridirlər. Bunlar, bu ölkəyə, Allaha xatir xidmət edən kəslərdirlər. Şükr, bizim bunlara xidmət etməyimizdir. Hər kəs, hər hansı məqamdadırsa, xidmət etsin.("Səhifeyi imam" 20-ci c, 280-cı səh. )
    Təslim
    Təslim, nəfsi sağlamlıqdan, eyib və xəbis adətləri ondan təmizlədikdən sonra, ürəyin Həqqə etimadı və inanmağıdır. Çünki ürək sağlam olsa, Həqqə təslim olar.
    Təslim, möminin gözəl sifətlərindən biridir. Həqqə və Onun övliyalarına sözsüz təslim olan, onların ardınca mələkuti bir seyr edən şəxs, tezliklə öz məqsədinə çatar. Ona görə də, ariflərdən bəziləri deyirlər ki, möminlər öz məqsədlərinə həkimlərdən (filosoflardan) yaxındırlar. Çünki möminlər ayaqlarını peyğəmbərlərin ayaq yerlərinə qoyurlar, həkimlər isə təkcə öz ağıl və fikirləri ilə seyr etmək istəyirlər. Əlbəttə, ilahi hidayətçilərə tabe olanlar, ən yaxın yol olan, düz yol ilə öz məqsədlərinə çatarlar və onlar üçün heç bir təhlükə yoxdur. Amma öz ayaqları ilə seyr edənlərin (öz ağıllarına arxayın olanların), həlakətə düşmələri və düz yolu itirmələri mümkündür.
    Xəstə insan, gərək təcrübəli təbib tapmağa çalışsın. Mahir bir təbib tapdıqda isə, onun nüsxələrinə etiraz etsə və təslim olmasa, öz ağlı ilə özünü müalicə etmək istəsə, həlakətə düşər. Mələkuti seyrdə insan, gərək o yolun hidayətçisini və bələdçisini tapsın. Hidayətçi tapdıqda isə, gərək ona təslim olsun, nəfsini paklamaqda və bu yolun seyrində onun ardınca getsin, ayağını onun ayağının yerinə qoysun.
    Biz, Peyğəmbəri-Əkrəmi (s) bu yolun hidayətçisi tapdığımız üçün və onu bütün ilahi maarifi bizə çatdıran bildiyimiz üçün, gərək mələkuti seyrdə ona heç bir etiraz etmədən tabe olaq.
    Biz xəstələr və yol azmışlar, gərək mələkuti seyrin və öz ürək xəstəliklərimizin nüsxəsini hidayət yolunun bələdçilərindən, nəfs təbiblərindən, ruh həkimlərindən alaq və tövhid sirlərinə yetişmək olan məqsədimizə çamaqda, o nüsxəyə əməl edək. Bəlkə, həmin təslim, Allah dərgahında ruhi xəstəliklərimiz üçün məsləhətli və nəfsimizin paklığı üçün layiqli ola, batinimizin nuraniyyətini hər an artıra.
    Sağlam ürək, onda Allahdan başqası olmayan, şəkk və şəriklər qoşmaqdan xalis olan ürəkdir. İlahi övliyaların sifarişi olan "dünyadan üz çevirmək” onun üçündür ki, ürəklər dünyadan ayrılsınlar və "Allahla görüş” məqamının həqiqəti olan axirətə, özlərini hazırlasınlar. Bəlkə, bütün şəriət və dinlər, bütün əxlaq və hökmlər, başlanğıc və sonlar, razılıqlar hamısı "Allahla görüşü” hazırlamaq üçündür. Bu hər şeydən əsli olan məqsəddir və kamil həqiqətə təslim olmaq, bütün bu mənaları öhdəsinə götürür.
    Bütün şərik qoşmalar və şəklər, insanın öz ruhunu, Mütləq Sahib olan Həqq Təalaya təslim etməməkdən irəli gəlir. Ruh təslim olsa, bütün vücud məmləkəti təslim olar. Beləliklə, zahiri əzalar və qüvvələr də təslim olar. Onların təslim olmaları, özlərindən heç bir hərəkət və duruş etməmləri və onların alınıb-verilməsi, Həqq Təalanın iradəsi altında olmalarıdır.(Səhifeyi imam", 20-ci cild, səh.126.)
    İslam Peyğəmbəri (s) və ondan sonra olan haqq və doğru rəhbərlər, bütün etiqadların əsli və kökünün (və bizim etiqadlarımızın ən dəyərlisi və ən mühümmü) tövhid prinsipləri olduğunu bəyan ediblər. Bu prinsipə uyğun olaraq biz, bütün varlıq aləmini və insanı yaradan, Allah Təalanın Müqəddəs Zatı olduğuna, Onun bütün həqiqətlərdən xəbərdar, hər şeyə qadir, hər şeyin sahibi olduğuna inanırıq. Bu prinsip, bizə insanın təkcə Zati Əqdəs Həqq qarşısında təslim olmasını və heç bir insandan itaət etməməsini öyrədir. Təkcə o kəslərdən itaət oluna bilər ki, ona itaət etmək, Allaha itaət etmək olsun (yəni, onlardan itaət etməyi Allah əmr etmiş olsun). Ona görə də heç bir insanın, bir başqasını öz qarşısında təslim olmağa məcbur etməyə haqqı yoxdur. Biz, bu etiqad prinsipindən, bəşərin azadlıq prinsipini, öyrənirik ki, heç bir fərdin, bir insanı, ya bir fərdi, ya bir milləti və dövləti azadlıqdan məhrum etməyə haqqı yoxdur. Onun üçün qanun qoymağa haqqı yoxdur. Onun rəftar və rabitəsini öz naqis ağıl və dərki ilə, ya öz istək və meyillərinə uyğun tənzim etməyə haqqı yoxdur. Bu prinsipdən biz, yenə etiqad və inanc tapırıq ki, varlıq və xilqət qanunlarını Allah özü müqərrər etdiyi, insan və cəmiyyətin səadət və kamalı yalnız ilahi qanunlardan itaət etməyin girovunda olduğu və peyğəmbərlər vasitəsi ilə insanlara çatdırdığı kimi, bəşər üçün qanun qoymaq da, yalnız Allahın ixtiyarındadır.
    Bəşərin süqutunun və geri qalmasının səbəbi, onun azadlığının əlindən alınması və başqa insanlar qarşısında təslim olmasıdır. İnsan, gərək bu əsarət bəndləri və zəncirləri əleyhinə və onu əsirliyə dəvət edənlər qarşısında qiyam etsin, özünü və öz cəmiyyətini azad etsin ki, hamılıqla Allahın təslimi və bəndəsi olsunlar. Buna görədir ki, özbaşına qüdrətlər, zorakılar və istismarçılara qarşı bizim ictimai mübarizəmiz başlayır.(""Səhifeyi imam" 20-ci c, 126-cı səh. .)
    Category: Əbədi səadət yolu | Views: 812 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024