İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: 28 sual-cavab
    4:33 PM
    Kitabın adı: 28 sual-cavab
    SUAL 7: Həzrət Ayətullah hacı şeyx Lütfüllah Safinin mübarək hüzuruna. Salam. Xahiş edirəm ki, suallarıma cavab verəsiniz:
    1. Əgər bir gün Allahd-taala sizin bir arzunuzu yerinə yetirərsə, Ondan nə istəyərsiniz?
    2. İnşəallah, qiyamət aləmində Allah şəfaət məqamı verərsə, mənə şəfaət edərsinizmi?
    CAVAB 7-1: Bismillahir-rəhmanir-rəhim.
    Sizin iki sual və nəsihət istəməyinizdən ibarət məktubunuz çatdı.
    Suallar, istəklər, gözəl niyyət, dini baxış və vicdanlı həyatın təzahürüdür. Mən bu qəlbinizə, imanınıza görə sizə təbrik deyir, Allahdan sizin üçün müvəffəqiyyət və kamil iman istəyirəm.
    Vaxt darlığı səbəbindən müxtəsər cavab verməyə çalışsam da, mövzuların mənəviliyi və onların insan ruhuna bəxş etdiyi şirinlik söhbəti uzadır. Əgər qələmin cilovu çəkilməsə, nəfs bu ürəyəyatan mövzulardan doymaz, qələm yazmaqdan yorulmaz. «Həmd olsun o Allaha ki, bizi hidayət etdi və Allah yol göstərməsəydi, heç vaxt haq yolu tapa bilməzdik» (Əraf-43).
    Dünyanın vəziyyəti və dünya xalqlarının fərqli xarakteri, eləcə də, dünyada gedən dəyişikliklərin hər biri moizə və nəsihətdir. Zatın hər bir zərrəsi, hər bir yarpmaq, yağış damlası, hüceyrə, canlı, cansız, bitki, insan, dağ, dəniz, ulduz, qalaktika həqiqətlərdən bir aləm, mənalardan bir kitab, Allaha tərəf gedən bir yoldur. İlahi qayda olan geyimlər, həyat və ölüm, zahiri görünüşlərin və nemətlərin təzələnməsi, ömürlərin sona çatması, dövlətlərin süqutu düşüncəli insanlar üçün həmişə ən yaxşı moizə olub və olmaqdadır. «Səbəb Allahın haqq və Ondan qeyri çağırılanların batil olmasıdır. Allahın mərtəbəsi yüksək və böyükdür» (Loğman-30; Həcc-62).
    Yaranış kitabının hansı nöqtə, hərf və kəlməsində, hansı hadisə, kiçik və ya böyük varlıqda ilahi nişanələr müşahidə edilmir ki, qafil insanlar qəflət yuxusundan oyanıb, işlərin aqibəti haqqında düşüncəyə vadar olmasın, yeganə Yaradanın əzəməti qarşısında səcdəyə getməsin, dilindən tövhid kəlmələri qopmasın?!
    «İlahi, həqiqətən səmadakı və yerdəki hərəkətlər, gözlərdəki baxış, dənizlərin hər bir qətrəsi, ağacların hər bir yarpağı Sənə dəlil və şahiddir, Sənin mülkündə heyrandır».
    Bəli, bütün müşahidə olunanlar ilahi varlığın, Onun elm və qüdrətinin nişanələridir.
    Ayıqlar nəzərində yaşıl-yaşıl yarpaqlar
    İlahi bir düzümdən söz danışan varaqlar.
    Varlığın atomdan tutmuş kəhkəşanlara qədər bütün hissələri Allahın qüdrəti sayəsində hərəkətdədir. Bu təbii hərəkət insan vücudunun zərrələrində də cərəyan etməkdədir. Bütün zərrələr batini bir dillə xəbərdarlıq edir ki, ixtiyar və iradə meydanında hərəkət karvanından geri qalmaq olmaz. Təəssüf doğurar ki, insan bütün bu moizə və xəbərdarlıqları qulaq ardına vurub, ömrünü qəflətdə və oyun-oyuncaqla keçirsin.
    Hədisdə belə buyurulur: «İki günü bərabər olan şəxs ziyankar və bu günü dünənindən pis olan şəxs məlundur» (Məanul-əxbar).
    Bütün gördükləriniz bizi ayıq olub, vaxtın qədrini bilməyə çağırır. Cavanlığın arxasında qocalıq, sağlamlağın arxasında xəstəlik və həyatın arxasında ölüm dayanmışdır. Vaxt varkən ayağa qalxın, qarşıdakı uzun yolunuz üçün azuqə hazırlayın. Əli (ə)-ın buyuruğunu unutmayın: «Bu qədər öyüd-nəsihət aqil insanların moizəsi və nadanların ibrət götürməsi üçün kifayətdir.» (Nəhcül-bəlağə).
    Birinci sualınız olduqca əhəmiyyətlidir. Elmin dərinliklərinə getmiş, kamillik və bəsirət mədəni olan, Allahdan ilhamlanan İmamlardan (ə) savay kimsə bu suala qənaətbəxş cavab verə bilməz. Arzularımdan birinin yerinə yetiriləcəyi təqdirdə Allahdan nə istəyəcəyimi bilmirəm. Onun dərgahından sabit iman, razılıq, yoxsa cənnətmi istəyim? Yoxsa həzrət Mehdinin (ə.c) zühurunu istəyim? Bəlkə, deyim ki, ilahi məni öz bəyəndiyin kimi et? Ya da bütün bəndələr üçün dünya və axirət səadəti diləyim?
    Ancaq mən Allahı bağışlayan və bəxşiş verən kimi tanıyıram. Onun rəhmət və kəramət xəzinələrindən nə qədər bağışlanarsa, zərrəcə azalmaz. Bütün dualar icabət olunar. O, mütləq feyz bağışlayandır. «Onun birini dinləməsi digərini dinləməsinə mane olmur və istəyənə də, istəməyənə də əta edir» (Kafi, 2-ci cild). Onun xəzinələri tükənməz və çox bağışlamağı ona yalnız kərəm və səxavət artırar» (Məfatihul-cinan).
    O, öz kitabında və həzrət Rəsula (s) vəhyində dua üçün hamıya mütləq izn verib. «Sizin Allahınız deyər: çağırın Məni, cavab verim sizə. Şübhəsiz, Mənə ibadət etməyi özlərinə sığışdırmayanlar tezliklə xar və zarıyan halda cəhənnəmə daxil olacaqlar» (Ğafir-60). Beləliklə də, hamıya dua əmri verilmiş, qurtuluş qapıları taybatay açılmışdır.
    Bu səbəbdən də mən bütün ehtiyaclarımı Ondan istəyirəm və Onun ətasını məhdud saymıram. Fəxr edirəm ki, vücudum başdan-ayağa Ona möhtacdır və izzətim Onun ətasına bağlıdır.
    Onu da qeyd edim ki, həzrət Peyğəmbər (s) və Əhli-beytdən rəvayət olunan dualar arasında bütün məqsəd və mətləbləri özündə cəmləşdirən dualar çoxdur. Lakin bu dualar artıq seçilmiş olduğu üçün onların arasından bir neçəsini seçmək olmaz.
    Əgər imamların səhabələrinin, alim və hədisçilərin tərtib etdikləri mötəbər kitablardan hər birimiz faydalansaq, saysız-hesabsız rəhmət xəzinələrinə yol açılar.
    Bu dualar bəşərin həqiqi ehtiyaclarının bəyanından əlavə, oxuyanın diqqətini ehtiyacsız Allaha yönəldir, onda füsünkar mənəvi halətlər yaradır, Allahla ünsiyyətdən zövq alınır. Eləcə də, elm, mərifət, əxlaq, fəzilət qapıları dua oxuyanın üzünə açılır.
    Yəqin ki, o həzrətlərin dua göstərişləri olmasaydı, bəşəriyyət dua işığında vücuda gələn kamilliyi dada bilməzdi. Bu dualar Allahı hansı adlarla çağırmağı, nə istəməyi öyrədir.
    Bu dualar və xüsusi ilə də Qurandakı dualar nur, iman, Allaha tərəf seyr, heyvani və nəfs ani istəklərindən qurtuluş, mələkuti dərəcələrə yüksəliş, rəhmət dəryasında üzmək və həqiqi bərəkətdir. İmam Zeynəlabidin (ə) münacatlarından birində belə buyurur: «Ey o kəs ki, səltənəti bütün yeri tutmuş, cəlal və əzəməti hər şeyə qalibdir. Məhəmməd və onun ailəsinə salam göndər. Qəlbimi Sənə tərəf yönəlməyin şadlığı ilə doldur və məni Sənə itaət edənlər cərgəsinə qoş.»
    Duanı oxuyarkən anlayırıq ki, Allahdan bir şey istədiyimiz zaman bu sözləri tapa bilməzdik. Öz hacətlərimizi bu duadakı məqamlarla dərk etməz, dünyəvi və maddi istəklərlə kifayətlənərdik. Uyğun duada yenə də buyurulur: «Ey o kəs ki, yolunu azmışlar ona üz tutar, Onu rəhbər görərlər. Qorxmuşlar Onu səslər, Onu sığınacaq bilərlər. İbadət edənlər Ona pənah aparar, Ona arxalanarlar. Axı nə vaxt Səndən qeyrisini çağıran sevindi, Səndən qeyrisi üçün əziyyət çəkən rahatlıq tapdı? Mənim Allahım, sübhlərin işığı, gecənin qaranlığını apardı. Mənsə hələ də arzuma çatmamışam və münacat bulağından doymamışam. Məhəmməd və onun ailəsinə salam göndər. İstəklərimin qəbulu və ya binəsib qalmağım, hansı məsləhətdirsə onu yerinə yetir. Ey mehribanların mehribanı.» (Səhifeyi-səccadiyyə).
    Məsumlardan bizə yetişmiş bütün digər dualar da kamil mərifət, bəsirət, tərbiyə aşılayan məzmuna malikdir. Onların vasitəsilə qəlb saflanır, insanın mənəvi aləmin seyrinə şövqü artır.
    Kamil dualardan bəzisi Allahdan müvəffəqiyyət, sağlamlıq, yəqin məqamı, təvəkkül və riza diləyir. «Məkarimul-əxlaq» duası kimi dualarda həqiqi ehtiyac və pak fitrət istənilir. Dua edən öz məqam və fəzilətindən asılı olmayaraq, özünü yoxsul, tam ehtiyac içində görür və zatən varlı, kamil olan Allah qarşısında özünü bacardıqca kiçik fərz edir. İnsan bu dualarla ən qorxulu hadisələrlə üzləşmək üçün silahlanır.
    Dua əhlini bəla tufanları acizləşdirmir, çətinliklər əldən salmır. Məyusluq və ümidsizlik onlara qələbə çalmır. Ümid Allaha və Onun qüvvəsinədir. «Ey Allah, Səndən ürəyimə, canıma qarışmış iman, yəqin istəyirəm ki, mənə yazdığından başqa bir şey çatmayacağını bilim. Məni qismət etdiyin şeylərdən razı sal.» (Səhifeyi-səccadiyyə, 2-ci cild).
    Bu kimi dualarla insanlar çətinliklərə qalib gəlib, öz iman və mövqelərində möhkəmlənirlər. «Allah bizə kifayətdir», «Öz işimi Allaha tapşırıram», «Biz Allah tərəfindənik və Allaha tərəf qayıdacağıq», «Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur» kimi ayələr bütün zəif nöqtələri qüdrətə çevirir. Həzrət Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) öyrətdiyi duadakı kimi: «Ey diri və əbədi! Öz rəhmətinlə köməyimə çat, məni bir an da özbaşına buraxma və bütün işlərimi islah et.» (Kənzül-ümman). Dua edən şəxs özünü Allahın amanında və himayəsində görür, heç bir kasıbçılıq və zərər onu qorxutmur.
    Həqiqətən dua və çağırışın özü istənilən hacətlərdən daha mühüm və feyzlidir. Ona görə də istər kiçik, istərsə də böyük hər nə varsa, Allahdan istəmək lazımdır.
    Xoş o dostların halına ki, Allahla dua vasitəsilə daim rabitədədirlər və vay olsun duanın ləzzətindən və bərəkətindən məhrum olanların halına. Allaha ibadət və pərəstişin həqiqəti duadır. (bax: Bəqərə-156). Hədisdə «dua ibadətin məğzidir» buyurulur. (Vəsailüş-şiə, 4-cü cild).
    Rəvayətdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: İki şəxs namaza birlikdə başlayıb, birlikdə də bitirdilər. Namaz zamanı onlardan birinin duası, digərinin qiraəti mükəmməl idi. Hansının fəziləti daha çoxdur?
    İmam (ə) birinci dəfə «hər ikisi fəzilətlidir» deyə cavab versə də, sual verən şəxs yenə də cavab istədi. Həzrət (ə) buyurdu: «Duası çox olan daha fəzilətlidir.»
    Uca Allahdan istəyirəm ki, qəlbimizi duaya şövq nuru ilə işıqlandırsın, hər zaman duanın bərəkətindən feyz alaq. Xüsusi ilə həzrət Bəqiyyətullah İmam Zaman (ə.c) üçün duaya müvəffəq olub, onun hakimiyyət nemətinin qədrini bilək.
    Cavab 7-2: Qiyamət günü məndən şəfaət istəyirsiniz. Əvvəla, ümid edirəm ki, siz özünüz şəriət təkliflərinə əməl etməklə, pak iman və Əhli-beytə bağlılıq ruhiyyənizlə şəfaət edənlərdən (bağışlatdıranlardan) olacaqsınız. Rəvayətə görə, möminlər də şəfaət edənlərdəndir.
    İkincisi, hamınızın gözü həzrət Rəsuli-əkrəm (s) və Əhli-beytin (ə) şəfaətindədir. Qiyamət günündə şəfatə edənlər çoxdur – o cümlədən dinin həqiqi keşikçisi olan alimlər. Lakin şiələri və möminləri qurtuluş mənzilinə, ali dərəcələrə çatdıran xüsusi şəfaət Məhəmməd və ali Məhəmməd (s) şəfaətidir.
    Tubanın təşnəsin yatırdı Kovsər,
    Bahar yağışından olarmı əsər?
    Öz Allahı ilə əhd bağlamış sizin kimi insanların mənim kimi qüsurlu bir bəndənin şəfaətinə nə ehtiyacı var? Əgər şəfaətdən bir pay nəsib olsa, o da Məhəmməd və ali Məhəmməd (s) şəfaətinin sayəsindədir.
    Şərafətli hədislərə görə şəxslərdən şəfaətə şamil olmaq maneələri yoxdursa, ali dərəcə sahibi olanlar aşağı mərtəbəlilərə şəfaət edirlər. Bu şəfaət yalnız günahkarlara deyil, saleh adamlara da aiddir və onların dərəcəsini yüksəldir. Buna əsasən də həzrət Peyğəmbər (s) günahkarlara, salehlərə, şəhidlərə, hətta peyğəmbər və imamlara da şəfaət edə bilər. Əgər şəfaət günahkarları bağışlatdırarsa, digərlərinin mərtəbələrini daha da ucaldar. Bu mənada məsumların şəfaəti bütün şəxsiyyətlərə və məqam sahiblərinə şamil olunur. Günahkarlara şəfaətin əhatəsi o qədər genişdir ki, onların adlarının Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və s. olmasının da əhəmiyyəti vardır. Bütün bunlara baxmayaraq insan bədbəxtçilik biyabanında, cəhənnəm əzabında süquta uğrayır. Əgər az mərifətli birisi «təəccüb edirəm nicat tapana, axı necə nicat tapıb» demişsə, kamil söz imana məxsusdur: «təəccüb edirəm həlak olana, axı necə həlak olub?». Doğrudan da insan səadətə çatmalı, xoşbəxt olmalıdır və bu bir gerçəklikdir.
    İnsan bu ilahi feyzləri əldə etmək yolunu tutmalı, haqqın rəhmət günəşinin nurundan məhrum olmamalı, günahın insanı yuvarlatdığı çıxılmaz zülmətdən qorxmalı, qəfil əzabdan həzər etməli, bu ayəni unutmamalıdır: «Sonradan pis iş görənlərin aqibəti daha da pis oldu. Çünki onlar Allahın ayələrini yalan bilib, məsxərəyə qoydular.» (Rum-10).
    İnsan özünü fəlakətə atmamalı, ilahi rəhmətdən nə məğrur, nə də məyus olmamalıdır. Ümid və qorxu arasında ayıq halda irəliləyib, şeytanın və alçaq nəfsin şərindən Allaha sığınmalıdır. «Uca və əzəmətli Allahın qüvvəsindən qeyri bir qüvvə yoxdur. İddiamızın sonu budur ki, həmd və səna aləmlərin Rəbbinə məxsusdur.»
    SUAL 8: Cənab Ayətullah-üzma Safinin hüzuruna. Salam! İbadətlərinizin haqq dərgahında qəbul olması arzusu ilə! Öz hikmətli öyüdlərinizlə yetkinlik yaşına çatmış cavanlara yol göstərməyinizi xahiş edirəm.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Quranın müraciət etdiyi, ilahi vəzifələr şərəfinə çatmış əziz yeniyetmələr və övladlar! Bu yaşa, bu ləyaqətə çatmağınız münasibəti ilə sizi təbrik edirəm.
    Diqqətli olun, bu tarixdən başlayaraq islami cəmiyyətdə üzvlüyə qəbul olmusunuz. Əxlaqınız, danışığınız, fəaliyyətiniz üzərində hesab aparırlar. Allah-taala sizə etibar əta etmiş, (Quranda 88 dəfə) «Ey iman gətirənlər»deyə sizə üz tutmuşdur. Həmin bu etibar baxımından da cəmiyyətdə qiymətiniz vardır.
    Sizin fəaliyyətiniz və sözünüz bu vaxtadək şəriət nöqteyi-nəzərindən etibarsız idi. Sizin haqqınızda başqaları qərar çıxarırdılar. İndi isə öz ixtiyarınızdasınız. Allah, Peyğəmbər, məsumlardan başqa kimsəyə tabe deyilsiniz.
    Tövhid, nübüvvət, imamət, məad, keçmiş peyğəmbərlər, kitablar və mələklərə olan etiqadınızı qısaca da olsa, dəlillərlə möhkəmləndirin. Çalışın ki, Allahın yardımı ilə Ona bəndə, Peyğəmbərə itaətçi, imamlar və xüsusilə də həzrət Mehdi (ə.c) üçün həqiqi əsgər, xalis şiə, İslam və Quran üçün əmin keşikçi, möminlər üçün qayğıkeş bir qardaş olun. Hamının, xüsusilə də ata-ana, müəllim və alimlərin haqqına riayət edin. Sözün qısası, özünüzü gözəl islam əxlaqı ilə zinətləndirin, xalqa yaxşılıqda, elm və mərifət təhsilində daim yorulmadan çalışın. İnkişafınız üçün bütün imkanlardan səmərəli istifadə edin.
    Bu gündən başlayaraq həyatınızın dəqiqələrinin də qədrini bilin. Axı siz islam ümməti üçün iftixar olmalı, izzət sahibinə çevrilməlisiniz. Vaxtınızı tənbəllik və süstlüklə keçirməyin, Allah eləməmiş, pislənmiş və haram işlərə, oyunlara sərf etməyin. Bir zaman elə olsun ki, ötən günlərinizə nəzər salanda şad və xoşbəxt olasınız.
    Əzizlərim! Təklif nədir? Təklif yaşına çatmaq nədir? Yəni, bu söz, bu da meydan! Bu siz, bu da səadətli fürsətlər! Yəni, məsuliyyət, özünütərbiyə, quruculuq dövrünə qədəm qoyma, ilahi imtahanlarla üz-üzə! özünüzü belə bir həyat üçün hazırlayın və heç bir qiymətə Allahdan başqasına satmayın. Əslində, sizin qiymətiniz behiştdir.«Özünüzü behiştdən qeyri bir şeyə satmayın.» (Nəhcül-bəlağə).
    Çalışın ki, seçdiyiniz fəaliyyət sahəsində cəmiyyət üçün faydalı və etibarlı bir üzv olasınız. Fərz edin ki, hamı sizin çalışqanlığınıza möhtacdır və siz öz payınıza düşən bu ehtiyacları aradan qaldırmalısınız.
    Allahı heç zaman unatmayın. Onu xatırlamaqdan, dua və ibadətdən, imamlara təvəssüldən, şərəfli hərəmlərin ziyarətindən güc alın. Allahın lütfünə və yardımına ümidvar olun. Quranda buyurulur: «Haqqımızda çalışanları xüsusi yollarımıza hidayət edərik və şəksiz ki, Allah yaxşı iş görənlərlədir.» (Ənkəbut-69).
    SUAL 9: Ayətullah-üzma Safi Gülpayiqani ağanın müqəddəs hüzuruna. Salam!
    Mən gəncliyimin əvvəl dövründən başlayaraq əmmarə (alçaq) nəfs ilə mübarizədə olmuşam. Amma bəzən müvəffəqiyyət qazana bilmirəm, əmmarə nəfs məni pis işlərə sövq edir. Günaha batandan sonra vicdan əzabı çəkirəm. Mənə ümid verib, kömək göstərməyinizi xahiş edirəm.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: «Ümmətimin ən yaxşısı gəncliyini Allaha itaətdə keçirən, nəfsini dünya ləzzətlərindən qoruyan və onu (nəfsini) axirət yolunda zəhmətə salan şəxsdir. Həqiqətən, belə bir şəxsin mükafatı Allah yanında behişt dərəcələrinin ən ucasıdır.»
    Əziz övladım! Çoxları ondan-bundan şikayətlənirsə, siz özünüzdən narazılıq bildirirsiniz. Məlum olur ki, əmmarə nəfs ilə çarpışmadasınız. Başqa sözlə, həzrət Peyğəmbərin (s) buyurduğu kimi, nəfs ilə cihaddasınız. Düşməni güclü görür və Allah eləməmiş, məğlubiyyətdən qorxursunuz. Sizi əmin edirəm ki, düşmən qarşısında müqavimət göstərib, meydanı daraltsanız və onun istəklərinə əvvəlcədən baş əyməsəniz, nəhayətdə qalib gələcəksiniz. Bilin ki, onun istəkləri saysız-hesabsızdır. Əvvəlcədən onun bir istəyinə baş əysəniz, növbəti əmrlərinə verəcək və şəxsiyyətinizi tam məhv etməyincə qane olmayacaq. Əsil döyüş və cihad meydanı həmin bu cavanlıqdır. Sözsüz ki, əmmarə nəfs hər insanı məğlub edə bilmir. Həqiqi cəngavərlər bu meydanda özünü göstərib mükafatlar ala bilər.
    Siz və sizin həmyaşıdlarınızın hər biri bu böyük imtahandan keçməlidir. Allahı xatırlayın və Ondan vədə etdiyi yardımı istəyin. (Ənkəbut-69). Allah cihad edib, Ondan yardım istəyənləri hidayət edər. O, yaxşı iş görənlərlədir.
    Sizdəki bu çarpışma ruhiyyəsi agahlıq və bəsirət mərhələlərindəndir. Ümid var ki, bu agahlıq hesabına, əksər cavanların qərq olduğu girdabdan qurtulasınız.
    İlk baxışdan çətin görünən bu müqavimət nəfsə itaət etmədən irəlilədikcə asanlaşır. Təcrübəli və mömin şəxslərlə ünsiyyətdə olmağa çalışın, dini söhbətlərdə iştirak edin. «Meracüs-səadət», «Həyatül-qülub», «Eynul-həyat», kimi kitabları mütaliə edin, «Kumeyl» və «Nüdbə» duaları oxumaqla, imam Zamana (ə.c) təvəssül etməklə özünüzü cihada hazırlayın.
    Aydın gələcəyinizə ümidlə, sizin və həmyaşıdlarınızın tofiq tapması üçün dua edirəm.
    SUAL 10: Xahiş edirəm ki, yeni dərs ilinin başlanğıcında tələbə və şagirdlərə öz göstərişlərinizlə yol göstərəsiniz.
    CAVAB: Bismillahir-rəhmanir-rəhim.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, Allah elm tələb edənləri sevir» (Kafi 1-ci cild).
    Əziz tələbələr və şagirdlər, islam övladları! Allahın salam, rəhmət və bərəkəti sizə şamil olsun ki, yeni təhsil ilini həvəslə qarşılayıb, institut və məktəblərin qapısını tərəqqi və kamillik qapısı hesab edirsiniz.
    Hədisdə buyurulur: «Özünüzü ilahi əxlaqlarla zinətləndirin» (Bəharul-ənvar, 61-ci cild).
    İlahi sifətlər arasında ən şərəflisi elm sifəti, sifət isimləri arasında ən əzəmətlisi alim sifətidir. Ona görə də elm sifəti ilə zinətlənmək digərlərindən daha üstün və dəyərlidir.
    Allahdan bir nişanə tapıb, ona yiyələnmək həmin ilahi əxlaqa sahib olmaqdır. Bu nişanələrin ən mühümü elm və qüdrət, bilik və bacarıqdır. Bu iki sifət əlaqəlidir və onların ayrılması qeyri-mümkündür. Harada bilik varsa, orada bacarıq var və harada bacarıq varsa, orada bilik var. Beləcə, bəşəriyyətin ehtiyacları arasında elmdən üstünü yoxdur. Onu tələb edənlər daim axtarışdadır. Həzrət Əli (ə) buyurub: «Bilik qabından savay bütün qablar dolduqca daralır. O isə dolduqca genişlənir.» (Nəhcül-bəlağə).
    Əzizlərim, bu fürsəti qənimət bilin. Oxuyun ki, agahlıq və mərifətə çatasınız. Oxuyun ki, özünüzü, cəmiyyəti, islamı izzətləndirə biləsiniz. Oxuyun ki, özünüzü və başqalarını cəhalət pəncəsindən qurtarasınız. Müxtəlif elm sahələrində bu günədək açılmamış düyünləri açmaq üçün oxuyun. Oxuyun və alim olun. Siz kimsədən əskik və bacarıqsız deyilsiniz.
    Dünya və onun gələcəyi bilikli millətlər üçündür. öz elminizlə islam ümmətinin tarixi şərəf və izzətini özünə qaytarın. İradəli olun, heç bir elmi dərəcəni əlçatmaz saymayın.
    Allah-taala bəşəriyyətə kainatı ram etmək ləyaqəti vermişdir. Elmə varmaqla kainatın sirlərini açın. Fitrətən tələb olunan bütün faydalar elm vasitəsi ilə əldə edilir. Zülmət və zillət isə cəhalət nəticəsidir.
    Özünüzü Allah və İslam kəlmələrini ucaltmaq, Quran hədəflərinin gerçəkləşməsi, məhrumlara xidmət üçün hazırlayın. Elm yolunda üzərinizə düşən əziyyətləri Allah bəndələrinin rahatlığı üçün vəzifə bilin. Hamı sizin intizarınızdadır. Allah sizdən çalışqanlıq və fədakarlıq gözləyir. İslam və islam peyğəmbəri sizin ibtidai və ali təhsilinizin, elmi tədqiqatlarınızın intizarındadır. Məsumlar, xüsusilə də əsrin imamı həzrət Bəqiyyətullah (ə.c) sizi gözləyir.
    Hamının gözü elmi mərkəzlərə, dərs və təlim otaqlarına dikilməlidir. Sizin necə çalışdığınız, özünüzü necə hazırladığınız diqqət mərkəzindədir. Elm ocaqlarında müəllimlər, tərbiyəçilər və müdiriyyət bu amallar yolunda əl-ələ verməlidirlər.
    Agahlıq, düşüncə və bilikdən ləzzət almağa çalışın. Öz vaxtınızı faydasız işlərə, müsabiqə və oyunlara sərf etməyin. Həqiqi kamillik və ilahi seyr arxasınca gedin. «Yoxsa güman edirsiniz ki, sizi səbəbsiz yaratmışıq» (Muminun-115), «Bu dünya puç və faydasızlıqdan başqa bir şey deyil» (Ənkəbut-64). Bu ayələrin dəyərli mənasını unutmayın. Vaxtı bada verən oyunlardan çəkinin. Bəzilərində müəyyən fayda olan belə oyunlar təhsildə geriliyə səbəb olur.
    Həqiqi kamilliyə çatmaq istəyirsinizsə, ətrafınızdakılar da əyləncələrdən uzaqlaşıb sizinlə həmkarlıq etməlidir.
    Qısası, onsuz da əldən gedəcək ömrünüzü ucuz qiymətə satmayın. Bilin ki, elm və mərifətdən, ilahi razılıq və ilahi seyrdən qiymətli bir şey yoxdur. Həzrət Əli (ə) buyurur: «Elə bir azadə insan yoxdurmu ki, ağzındakı yemək qırıntısı tək dəyərsiz olan dünyanı öz əhlinin öhdəsinə buraxsın? Doğrusu ömrünüzün qiyməti yalnız behiştdir. Dünyanızı behiştdən başqa bir şeyə satmayın.» (Nəhcül-bəlağə).
    Özünüzü vəzifəli bilin, ləyaqətsiz və haram işlərdən çəkinin. Vacib əməllərə, xüsusi ilə də mömin meracı olan namaza əhəmiyyət verin. Cümə və camaat namazında iştirak edin. Tələbəlik və şagirdlik vüqarınızı qoruyun. Öyrənmək və öyrətməyi Allahın razılığı, ilahi sifətlə zinətlənmək üçün hidayətçi bilin. Allahdan yardım diləyin.
    Cəmiyyətin mövlası həzrət Mehdini (ə.c) Allahla öz aranızda vasitə qərar verin və bilin ki, sizin müvəffəqiyyətləriniz o həzrəti sevindirir. Siz hamınız o həzrətin ruhani övladlarısınız və o hər bir atadan daha çox sizin müvəffəqiyyətinizi arzulayır.
    Hər biriniz üçün, islamın əzəməti üçün, elmi mərkəz və institut məsullarının müvəffəqiyyəti üçün dua edirəm.
    Category: 28 sual-cavab | Views: 1050 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024