İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: 200 Sual-cavab
    4:50 PM
    Kitabın adı: 200 Sual-cavab
    SUAL 1-45
    Sual 1: Təqlid nədir?
    Cavab: Təqlid müctəhidin göstərişinə əməl etməkdir.
    Sual 2: Təqlid kimə vacibdir?
    Cavab: Dini hökmlərə münasibətdə insanlar üç qismə bölünür:
    1. Müctəhid (fiqh elmində ictihad dərəcəsinə çatmış şəxs);
    2. Möhtat (bütün hökmlərdən xəbərdar olub, ehtiyat yolunu tutan şəxs);
    3. Müctəhid və möhtat olmayanlar–müqəllid.
    Əgər bir şəxs nə müctəhid, nə də möhtatdırsa, müctəhidə təqlid etməlidir.
    Sual 3: Kimə təqlid edilməlidir?
    Cavab: Doqquz şərtin ödəndiyi «cameüş-şərait» müctəhidə təqlid etmək olar. Bu doqquz şərtlə tanış olaq: 1. Kişi; 2. Baliğ (həddi-büluğ); 3. Aqil (ağıllı); 4. 12 imamçı şiə; 5. Halalzadə (qanuni nikahdan doğulmuş); 6. Diri; 7. Adil (ədalətli); 8. Vacib ehtiyata əsasən dünyaya həris olmayan; 9. Başqa müctəhidlərdən daha elmli–ələm olan.
    Sual 4: Nədə təqlid edilməlidir?
    Cavab: İslam dini üsuli-din (inamlar), əxlaq və fürui-din (əməllər) bölmələrindən ibarətdir. Əqidə məsələlərində (üsuli-din) təqlid etmək olmaz. Yalnız əməli hökmlərə (fürui-din) təqlid edilməlidir.
    Sual 5: Əməli hökmlər neçə qisimdir?
    Cavab: Hökmlər beş qisimdir:
    1. Vacib–hökmən yerinə yetirilməli olan göstəriş. Bu hökmü tərk etmək günahdır. Məsələn, həddi-büluğa çatdıqda namaz qılmaq vacibdir.
    2. Müstəhəb–belə bir hökmü yerinə yetirmək bəyənilmişdir. Onu tərk etmək günah sayılmır. Məsələn, salam vermək müstəhəbdir, yəni bəyənilmiş bir hökmdür.
    3. Haram–haram hökmü hər hansı işi qəti şəkildə qadağan edir. Haram iş görən şəxs üçün axirət əzabı var. Məsələn, yalan danışmaq.
    4. Məkruh–bir işin məkruh olması barədə hökm varsa, həmin işi görməmək daha yaxşıdır. Amma məkruh iş görən adam üçün axirət cəzası yoxdur. Məsələn, şəkil olan otaqda namaz qılmaq məkruhdur.
    5. Mübah–mübah işin görülüb-görülməməyinin dini baxımdan fərqi yoxdur. Məsələn, halal qidaların qəbulu nə vacibdir, nə müstəhəbdir, nə haramdır, nə də məkruh. Bu iş insanın öz ixtiyarındadır.
    Sual 6: Büluğ (yetkinlik) həddinin hansı əlamətləri var?
    Cavab: Yetkinlik həddinin, həddi-büluğun üç əlaməti var.
    1. Cinsiyyət üzvünün üst hissəsində cod tüklərin bitməsi; 2. İstənilən bir halda cinsiyyət üzvündən spermanın (məni) xaric olması. 3. Qəməri təqvimlə oğlanların 15, qızların isə 9 yaşının tamam olması.
    Sual 7: Cameüş-şərait müctəhidi hansı yolla tanımaq olar?
    Cavab: Cameüş-şərait müctəhidi üç yolla tanımaq olar:
    1. İnsanın özünün əmin olması;
    2. Müctəhid və ələmi tanıya bilən iki ədalətli alimin təsdiqi. Bir şərtlə ki, başqa iki adil alim əvvəlkilərin dediyinə müxalif olmasın;
    3. Müctəhid və ələmi tanıya bilən elm əhlinin dediklərindən əminlik hasil olsun.
    Sual 8: Müctəhidin fitvasını (göstəriş) hansı yolla öyrənmək olar?
    Cavab: Müctəhidin fitvasını dörd yolla öyrənmək olar: 1. Müctəhidin özündən eşitməklə; 2. İki adil şəxsdən eşitməklə; 3. Doğru danışan və etibarlı bir şəxsdən eşitməklə; 4. Fitvanı etibarlı bir risalədə görməklə.
    Sual 9: Dünyasını dəyişmiş müctəhidə təqlid etmək olarmı?
    Cavab: İlk dəfə təqlidə başlayan şəxs dünyasını dəyişmiş müctəhidə təqlid edə bilməz. Müctəhidin bəzi fitvalarına əməl edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra da uyğun məsələlərdə ona təqlid edə bilər. Bütün məsələlərdə bir müctəhidə təqlid edən şəxs həmin müctəhid dünyasını dəyişdikdən sonra ona təqliddə qala bilər.
    Sual 10: Hər hansı bir şəxsin təqlidsiz yerinə yetirdiyi əməllər qəbuldurmu?
    Cavab: Təqlidsiz yerinə yetirilmiş əməl o vaxt məqbuldur ki, insan həqiqi vəzifəsini yerinə yetirdiyinə əmin olsun. Təqlidsiz yerinə yetirilmiş əməl sonradan təqlid edilən müctəhidin fitvalarına uyğun olduqda məqbuldur. Ehtiyata yaxın halda yerinə yetirilmiş əməllər də düzgün sayılır.
    Sual 11: Müctəhidin neçə qisim nəzəri (göstərişi) ola bilər?
    Cavab: Müctəhidin dörd qisim nəzəri ola bilər:
    1. Hökm–Müctəhidin müəyyən bir işin vacib və haram olduğunu bildirməsi. Məsələn, hökm verilir ki, sabah şəvval ayının başlanğıcı, "fitr” bayramı günüdür.
    2. Fitva–Müctəhidin öz nəzərini ümumi şəkildə bəyan etməsi. Məsələn, fitva verilir ki, öhdəsində vacib (qəza) oruc olan şəxsin müstəhəb orucu batildir.
    3. Vacib ehtiyat–əvvəlində və ya arxasınca fitva verilməmiş nəzər. Məsələn, müctəhid «təsbihati-ərbəə»nin üç dəfə deyilməsini vacib ehtiyat sayır. Müqəllid bu göstərişə əməl etməlidir.
    4. Müstəhəb ehtiyat–əvvəlində və ya arxasınca fitva verilmiş nəzər. Məsələn, müctəhid fitva verir ki, murdarlanmış qab kürr suda yuyulsa pak olar. Amma sonra həmin qabın üç dəfə yuyulmasını müstəhəb ehtiyat sayır.
    Sual 12: Su neçə qisim olur?
    Cavab: Su iki qisim olur: müzaf su və mütləq su. Qarpız suyu, gülab kimi qatışıq sulara müzaf su deyilir.
    Mütləq su isə beş növdür: 1. Kürr su (eni, uzunu və hündürlüyü üç qarış yarım həcmində su, təxminən 386 kq); 2. Yağış suyu; 3. Quyu suyu; 4. Qəlil su (kürr sudan az su); 5. Axar su.
    Sual 13: Müzaf suyun hansı xüsusiyyətləri var?
    Cavab: Müzaf su murdarı pak etmir, bu su ilə alınan dəstəmaz və verilən qüsl batildir. Müzaf suya bir zərrə murdar düşsə, su murdar olar.
    Sual 14: Kürr su murdarlana bilərmi?
    Cavab: Əgər kürr suya sidik və ya qan kimi murdar şeylər toxunsa iyi, rəngi, dadı dəyişmədiyi təqdirdə, bu su pakdır.
    Sual 15: Əgər insan suyun kürr, yoxsa qəlil olduğuna əmin ola bilməsə, onun vəzifəsi nədir?
    Cavab: Əvvəlcə kürr həddində olmuş suyun hazırda kürr olub-olmadığı şübhə doğursa, onu kürr hesab etmək lazımdır. Əvvəlcə kürr olmamış suyun hazırda kürr olub-olmadığı şübhə doğursa, onu kürr hesab etmək olmaz. Su o zaman kürr hesab oluna bilər ki, ya insan özü buna əmin olsun, ya da suyun kürr olduğunu iki ədalətli şəxs təsdiq etsin.
    Sual 16: Az suyun hansı xüsusiyyətləri var?
    Cavab: Az su (qəlil) murdar şeyə toxunduqda murdar olur və ya murdar şey az suya toxunduqda onu murdarlayır.
    Sual 17: Hansı hallarda nəcis (ğait) xaric olan üzv yalnız su ilə pak olur?
    Cavab: Üç halda nəcisin məxrəcini su ilə yumaq vacibdir:
    1. Nəcislə birlikdə digər murdar şey (məs. qan) gəldikdə;
    2. Xaricdən nəcisin məxrəcinə başqa murdar şey (məs. sidik) əlavə olduqda;
    3. Nəcisin məxrəci adi həddən çox bulaşdıqda.
    Sual 18: İdrardan (sidik) sonra tənasül üzvü necə pak edilir?
    Cavab: Tənasül üzvü yalnız su ilə pak olur. Sidik təmizləndikdən sonra məxrəci bir dəfə yumaq kifayətdir. Amma məsanədən qeyri-təbii idrar edənlər və qadınlar vacib ehtiyata əsasən, iki dəfə yumalıdırlar.
    Sual 19: Nəcisin məxrəci necə pak edilir?
    Cavab: Nəcisin məxrəcini üç yolla pak etmək olar: 1. Su ilə; su ilə yuduqda nəcis zərrələri qalmamalıdır, amma rəng və iy qalsa, eybi yoxdur. Birinci dəfə yuduqda nəcis zərrələri qalmazsa, ikinci dəfə yumaq lazım deyil.
    2. Daş və kərpic kimi şeylərlə; daş və kərpic kimi şeylərlə məxrəcin tam təmizlənməsi şübhə yaratsa da (məhəlle-təəmmül), bu halda namaz qılmaq olar. Bu sayaq təmizlənmiş üzvə bir şey toxunsa murdarlanmaz.
    3. Parça ilə; parça vasitəsi ilə nəcis bir dəfə təmizlənsə, kifayətdir.
    Amma sümük, peyin, eləcə də, üzərində Allahın adı yazılmış (ehtiramı vacib olan) şeylərlə məxrəc təmizlənərsə, onun pak olması şübhəlidir (məhəlle-təəmmül) və vacib ehtiyata əsasən bu halda namaz qılmaq olmaz.
    Sual 20: İstibra nədir?
    Cavab: İstibra (sidik kanalında qalan sidiyin təmizlənməsi) müstəhəb bir əməldir. Kişilər idrardan sonra (ğaitin məxrəci murdar olarsa, əvvəlcə onu paklamaq şərtilə) əvvəl üç dəfə sol əlin orta barmağını ğaitin məxrəcindən alətin kökünədək, sonra üç dəfə də baş barmağı alətin üstünə, işarə barmağı isə alətin altına qoyub, xətnə (sünnət) yerinədək çəkir. Daha sonra üzvün başını üç dəfə sıxıb yuyur.
    Sual 21: Sidik məxrəcindən hansı mayelər gələ bilər?
    Cavab: Sidik məxrəcindən beş növ maye gələ bilər:
    1. Sidik.
    2. Məni (sperma). Əgər insandan məni xaric olsa, qüsl etməlidir. Müstəhəbdir ki, qüsldən qabaq idrar etsin.
    3. Məzi–mazaqlaşmadan sonra gələn bu maye pakdır.
    4. Vəzi–bu mayə bəzən mənidən sonra gəlir. Əgər ona sidik qarışmasa pakdır.
    5. Vədi–bəzən sidikdən sonra gələn mayedir. Əgər sidiyə qarışmasa pakdır. İstibra etmiş şəxs belə bir maye gördükdə şəkk etsə ki, bu sidikdir, yoxsa başqa maye, onu pak hesab etməlidir.
    Sual 22: İstibradan sonra insandan elə bir maye gəlsə ki, bu mayenin sidik və ya məni olması bilinməsə, o nə etməlidir?
    Cavab: Əgər belə bir rütubət dəstəmaz aldıqdan sonra görünsə, ehtiyata görə qüsl vermək vacibdir. Əgər dəstəmaz almamış belə bir rütubət görünsə, dəstəmaz almaq kifayətdir.
    Əgər istibra etməmiş bir şəxs dəstəmaz almamışdan qabaq belə bir rütubət görsə, təkcə dəstəmaz alsa kifayətdir.
    Sual 23: İslam şəriətində neçə şey murdar sayılır?
    Cavab: İslam şəriətində on bir şey murdar sayılır: sidik, nəcis, məni, atıcı qanı olan heyvanın ölüsü, qan, it, donuz, kafir, spirtli içki (şərab), pivə, nəcis yemiş dəvənin təri.
    Sual 24: Hansı canlıların sidiyi və nəcisi murdardır?
    Cavab: İnsanın və əti haram olan atıcı qanlı heyvanların nəcisi və sidiyi murdardır. Amma əti olmayan milçək kimi kiçik həşəratların nəcisi pakdır. Əti haram olan quşların nəcisi də murdardır.
    Sual 25: Qeyri-müsəlman ölkələrdə istehsal olunmuş ətriyyat məhsulları pakdırmı?
    Cavab: Xaricdən gətirilmiş ətriyyat məhsullarının murdar olduğu məlum deyilsə, onlar pak hesab olunur.
    Sual 26: Xaricdə istehsal olunmuş maye dərman preparatları pakdırmı?
    Cavab: Murdar olduğu məlum deyilsə, pakdır.
    Sual 27: Hansı canlıların qanı murdardır?
    Cavab: Atıcı qanı olan bütün canlıların qanı murdardır. Əti halal olan heyvan şəri qaydada kəsildikdən sonra bədənindəki qan, kəsilmiş damarlardan kifayət qədər axarsa, qalan qan pakdır. Yumurtanın içindəki qan murdar deyil.
    Sual 28: Əgər toyuq yumurtasında qan varsa, onu yemək olarmı?
    Cavab: Yumurtadakı qan onun sarısı ilə qatışdırıldıqda itib gedərsə, həmin yumurtanı yemək olar.
    Sual 29: Kafir kimdir?
    Cavab: Allahı inkar edən, Ona şərik qoşan, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə inanmayan, namaz və oruc kimi zəruri dini hökmləri inkar edən kəs kafirdir.
    Sual 30: On iki imamı qəbul etməyən kəs müsəlmandırmı?
    Cavab: Əgər bir müsəlman on iki imamdan birinə qarşı düşmən münasibətdə olarsa, o murdar sayılır.
    Sual 31: Şərab murdardırmı?
    Cavab: Şərab və insanı məst edən bütün mayelər murdardır.
    Sual 32: Boya işlərində istifadə olunan spirtli mayelər murdardırmı?
    Cavab: Əgər insan həmin mayelərin məstedici şeylərdən düzəldiyini bilmirsə pakdır.
    Sual 33: Qaynadılmış, buxar dəymiş xurma, kişmiş halaldırmı?
    Cavab: Halaldır, amma müstəhəb ehtiyata görə çəkinmək lazımdır.
    Sual 34: Bir şeyin murdar olması necə sübuta yetir?
    Cavab: Hər hansı bir şeyin murdar olması üç yolla sübuta yetir:
    1. İnsan özü bir şeyin murdar olduğuna əmin olmalıdır.
    Əgər restoranda və ya hansı başqa bir yerdə bir şeyin murdar olmasına şübhə varsa, bu şübhəyə etina olunmamalıdır;
    2. Bir şeyin sahibi həmin şeyin murdar olduğunu dedikdə;
    3. İki adil kişi bir şeyin murdar olduğunu dedikdə. Bir adil şəxs müəyyən şeyin murdarlığını bildirdikdə vacib ehtiyata əsasən çəkinmək lazımdır.
    Sual 35: Əgər qabdakı mayeyə qan damsa, üst hissədən bir qədər boşaldılsa, qalan hissə pak sayılarmı?
    Cavab: Mayenin bir nöqtəsi murdar olduqda bütün maye murdar sayılır.
    Sual 36: Qonağın bədəni və paltarı evdəki murdar bir şeyə toxunsa, nə etmək lazımdır?
    Cavab: Qonağın bədəni və ya paltarı evdəki murdar bir şeyə toxunsa, onu bildirmək lazım deyil.
    Sual 37: Kimyəvi təmizləmə məntəqələrinə murdarlanmış paltarlar da verilə bilər. Bütün paltarların bir maşında yuyulduğunu nəzərə alsaq, məntəqədə təmizlənmiş paltarı pak hesab etmək olarmı?
    Cavab: Məntəqədə yuyulan və təmizlənən paltarlar pakdır.
    Sual 38: İslam şəriətində neçə pakedici var?
    Cavab: İslam şəriətində on pak edici var: su, torpaq, günəş, istihalə (murdar şeyin cinsinin dəyişməsi ilə paka çıxması), intiqal (qanın atıcı qanlı bədəndən digər bədənə keçməsi), İslam dini, təbəiyyət (bir murdarın paka çıxması ilə başqa murdarın paka çıxması), murdarın əslinin aradan getməsi, murdar yemiş heyvanın istibrası, müsəlman qeyb olduqda ona aid murdar şeyin pak edilməsi ehtimalı.
    Sual 39: Bütün sular pak edici sayılırmı?
    Cavab: Su dörd şərtlə murdarı pak edir:
    1. Mütləq, xalis olsun;
    2. Pak olsun;
    3. Murdar şeyi yuduqda su bulaşmasın, murdar vasitəsi ilə suyun rəngi, iyi dadı dəyişməsin;
    4. Murdar şeyi suya çəkdikdən sonra suda murdarın eyni, əsli qalmasın.
    Sual 40: Murdar əl yuyulmuş sabun pakdırmı?
    Cavab: Murdar əl yuyulmuş sabun kürr suya batırıldıqda və ya axar suya çəkildikdə pak olur. Bir şərtlə ki, onun daxili murdarlanmamış qalsın.
    Sual: 41: Murdarlanmış düyünü və ya əti necə paka çıxarmaq olar?
    Cavab: Murdarlanmış düyünü və ya əti bir qaba qoyub, həmin qabı üç dəfə su ilə doldurub boşaltsanız, qabdakı düyü və ya ət pak olar.
    Sual 42: Hansı murdar şeyləri bir dəfə suya çəkmək kifayət edər?
    Cavab: Murdar şeydən murdarın eyni, əsli təmizləndikdən sonra onu kürr və ya axar suda bir dəfə suya çəkmək kifayətdir. Başqa yemək yeməyən südəmər körpənin sidiyi də bir dəfə suya çəkilməklə pak olur. Bir şərtlə ki, körpə donuz südü içməmiş olsun. Sidiklə murdarlanmış paltardan savayı şeylərin qəlil su ilə iki dəfə suya çəkmək lazımdır. Sidiklə murdarlanmış şey sidik təmizləndikdən sonra iki dəfə suya çəkilsə, ehtiyata əməl edilmiş olar. Şərabla murdarlanmış qabı qəlil su ilə üç dəfə suya çəkmək lazımdır. Yeddi dəfə suya çəkilsə, daha yaxşıdır. Donuzun maye içdiyi qab isə yeddi dəfə suya çəkilməlidir.
    Sual 43: Ayaqqabının murdarlanmış altını necə təmizləmək olar?
    Cavab: Ayaqqabının murdarlanmış altını təmizləmək üçün on beş addım yol getmək kifayətdir. Bir şərtlə ki, torpaq pak, quru olsun.
    Sual 44: Günəş hansı şeyləri paka çıxarır?
    Cavab: Günəş vasitəsi ilə altı şey paka çıxır: torpaq, bina, tikilidə istifadə olunmuş qapı-pəncərə, divara çalınmış və binadan sayılan mıx, murdar həsir, ağac və otlar.
    Sual 45: Ağcaqanadın qanı pakdırmı?
    Cavab: Əgər bir şəxs ağcaqanadı öz bədənində öldürsə və ondan çıxan qanın öz qanı olduğunu bilməsə, qan pakdır. Amma ağcaqanadın sancması ilə onun öldürülməsi arasındakı fasilə az olsa və düşünülsə ki, bu elə insanın öz qanıdır bu qan murdardır.
    Category: 200 Sual-cavab | Views: 2676 | Added by: Islam_Kitabxanasi | Rating: 3.8/5
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024