İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: 200 Sual-cavab
    4:47 PM
    Kitabın adı: 200 Sual-cavab
    SUAL 81-120
    Sual 81: Rükunun şərti nədir?
    Cavab: Rüku vəziyyətində insan əlləri dizinə çatanadək əyilməlidir. Əllər dizə qoyulmadan da həmin qədər əyilmək kifayətdir. Rükuda istənilən bir zikr deyilə bilər. Amma bu zikr üç «Sübhanəllah» və bir «Sübhanə rəbiyəl-əzimi və bihəmdih» kəlmələrindən qısa olmamalıdır». Zikr deyilən zaman bədən rüku vəziyyətində aram dayanmalıdır.
    Sual 82: Səcdənin hansı şərtləri var?
    Cavab: Səcdə alının, iki əlin içinin, iki dizin, iki ayağın baş barmaqlarının yerə qoyulmasından və ən azı üç «sübhanəllah» zikri həddində səcdədə qalmaqdan ibarətdir. İki səcdə arasında aram oturmaq lazımdır. Səcdə zamanı yerə toxunası yeddi üzv bilərəkdən qaldırılmamalıdır.
    Sual 83: Namazın bütün rəkətlərində həmd («Fatihə») və surə (məs. «İxlas») oxumaq vacibdirmi?
    Cavab: Vacib yövmiyyə namazlarının birinci və ikinci rəkətlərində həmd və surə oxumaq vacibdir. Vacib yövmiyyə namazlarının üçüncü və dördüncü rəkətlərində isə təkcə həmd oxunsa kifayətdir. Həmd əvəzinə «təsbihati-ərbəə» demək olar. Müstəhəb namazlarda isə təkcə həmd oxumaq vacibdir.
    Sual 84: Namaz ucadan, yoxsa astadan qılınmalıdır?
    Cavab: Kişilər sübh, məğrib və işa namazlarını ucadan qılmalıdırlar. Zöhr və əsr namazlarında isə həm kişilərin, həm də qadınların həmd və surəni astadan oxuması lazımdır. Ucadan deyiləsi həmd və surəni astadan, astadan deyilməsi həmd və surəni ucadan demək bilərəkdən olduqda namaz batildir.
    Sual 85: Əvvəl surəni, sonra isə həmdi oxumaq olarmı?
    Cavab: Namazdakı ardıcıllığı bilərəkdən pozmaq namazı batil edir.
    Sual 86: Peyğəmbərin adı çəkildikdə salavat çəkmək vacibdirmi?
    Cavab: Peyğəmbərin adı, ləqəbi və ya künyəsi deyildikdə (hətta namazda da olmuş olsa) salavat çəkmək müstəhəbdir.
    Sual 87: Nələrə səcdə etmək olmaz?
    Cavab: Yeddi şeyə səcdə etmək olmaz: 1. Yeməli şeylərə; 2. Geyməli şeylərə; 3. Mədəndən çıxan şeylərə (məsələn, qızıl, gümüş); 4. Təzə üzüm yarpağına; 5. Torpaqdan cücərən yeməli dərman bitkilərinə (məsələn, bənövşə, maldili); 6. Bəzi məntəqələrdə yeməli sayılan bitkilərə; 7. Kal meyvəyə.
    Sual 88: Namazı nələr batil edir?
    Cavab: On iki şey namazı batil edir:
    1. Namazın ortasında şərtlərdən birinin ödənmədiyi məlum olsa (məsələn, namazın yeri qəsb olunmuş yerdir);
    2. Namazın gedişində bilərəkdən və ya bilməyərəkdən dəstəmazı və ya qüslü batil edən hal baş versə (məsələn, sidik xaric olsa);
    3. Əllər üst-üstə qoyulsa;
    4. Həmd oxunduqdan sonra «amin» deyilsə;
    5. Bilərəkdən və ya diqqətsizlikdən qibləyə arxa çevirsə, qiblədən çıxmış sayılacaq qədər sağa və sola meyl edilsə;
    6. Bilərəkdən namaza aid olmayan mənalı və ya mənasız söz deyilsə;
    7. Bilərəkdən bərkdən gülmək;
    8. Dünya işlərinə görə bilərəkdən bərkdən ağlamaq;
    9. Namazın formasını pozan işlər (əl çalmaq);
    10. Yemək-içmək (məs. ağızdakı tikə ya qalıqları udub qurtarmamış namaza başlamaq);
    11. İki rəkətli və üç rəkətli namazlarda, eləcə də, dörd rəkətli namazların ilk iki rəkətində rəkətlərin sayında edilən şəkk;
    12. Bilərəkdən və ya səhvən namazın rüknlərinin artırılıb-azaldılması.
    Sual 89: Namaz gedişində salam almaq olarmı?
    Cavab: Namaz gedişində düzgün və ya ciddi verilmiş salamı almaq lazımdır.
    Sual 90: Hansı hallarda namazı dayandırmaq olar?
    Cavab: Dörd halda namazı dayandırmaq olar:
    1. İnsan öz canı və malını qorumaq üçün namazı dayandıra bilər;
    2. Namaz zamanı tələbkar verdiyi borcu tələb edərsə və namazı dayandırmadan borcu qaytarmaq mümkün olmazsa;
    3. Namaz gedişində insan başa düşsə ki, məscid murdarlanmışdır;
    4. Rükuya getməmişdən azan və iqamənin yaddan çıxdığı yada düşdükdə.
    Sual 91: Namazda neçə növ şəkk var?
    Cavab: Namazda üç növ şəkk ola bilər: Namazı batil edən şəklər, etina edilməyəsi şəklər və etina ediləsi düzgün şəklər.
    Sual 92: Hansı şəklər namazı batil edir?
    Cavab: Səkkiz şəkk namazı batil edir:
    1. İki rəkətli namazlarda rəkətlərin sayındakı şəkk;
    2. Üç rəkətli namazlarda rəkətlərin sayında şəkk;
    3. Dörd rəkətli namazda şəkk edilərsə ki, bir rəkət qılınıb, yoxsa çox;
    4. Dörd rəkətli namazda ikinci rəkətin ikinci səcdəsi tamam olmamış şəkk edilə ki, iki rəkət qılınıb, yoxsa çox;
    5. Şəkk edilə ki, iki rəkət qılınıb, yoxsa beş və ya iki rəkət qılınıb, yoxsa daha çox;
    6. Şəkk edilə ki, üç rəkət qılınıb, yoxsa altı və ya üç rəkət qılınıb, yoxsa altıdan çox;
    7. Şəkk edilə ki, görən neçə rəkət qılınıb;
    8. İkinci rəkət tamam olmuş olsa da, şəkk edilə ki, dörd rəkət qılınıb, yoxsa altı və ya dörd rəkət qılınıb, yoxsa altıdan çox? Amma ikinci rəkət tamam olduqdan sonra şəkk edilsə ki, dörd rəkət qılınıb, yoxsa altı və ya çox, müstəhəb ehtiyata əsasən dörd rəkət qılındığını qəbul edib, namazı başa çatdırdıqdan sonra iki səcdəyi-səhv yerinə yetirilir, həm də namaz yenidən qılınır.
    Sual 93: Namazda etina ediləsi şəkdən sonra vəzifə nədir?
    Cavab: Bütün düzgün şəklər, yəni etina ediləsi şəklər dörd rəkətlik namazlara aiddir.
    İkinci səcdədən qalxdıqdan sonra şəkk edilsə ki, iki rəkət qılınıb, yoxsa üç rəkət, üç rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra bir rəkət ehtiyat namazı qılınmalıdır. İkinci səcdədən sonra şəkk edilsə ki, iki rəkət qılınıb, yoxsa dörd rəkət, dörd rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki rəkət ehtiyat namazı qılınmalıdır. İkinci səcdədən sonra iki, üç və ya dörd rəkət namaz qılındığına şəkk edilərsə, dörd rəkət qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki rəkət ayaq üstə, iki rəkət oturaq ehtiyat namazı qılınmalıdır. Əgər ikinci səcdədən sonra şəkk edilsə ki, dörd rəkət qılınıb, yoxsa beş rəkət, dörd rəkət qılındığı qəbul edilməlidir və namaz tamamlandıqdan sonra iki səcdəyi-səhv yerinə yetirilməlidir. Əgər şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa dörd rəkət, namazın istənilən bir yerində olur-olsun, dörd rəkət qılındığını qəbul edərək namazı tamamlamaq, sonra isə bir rəkət ayaq üstə, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Ayaq üstə şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa beş, əvvəlcə oturmaq, təşəhhüd və salamı demək, namazı tamamladıqdan sonra bir rəkət ayaq üstü, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Ayaq üstə şəkk edilsə ki, üç rəkət qılınıb, yoxsa beş, oturmaq, təşəhhüd və salamı deyib, namazı tamamlamaq lazımdır. Sonra iki rəkət ayaq üstə ehtiyat namazı qılınır. Ayaq üstə üç, ya dörd, ya beş rəkət qılındığına şəkk edilərsə, oturub təşəhhüd və salamı deməklə namazı tamamlamaq, sonra isə iki rəkət ayaq üstü, iki rəkət oturaq ehtiyat namazı qılmaq lazımdır. Əgər ayaq üstə beş və ya altı rəkət namaz qılındığına şəkk edilərsə, oturub təşəhhüdlə salamı demək və namazı tamamladıqdan sonra səcdəyi-səhv yerinə yetirmək lazımdır.
    Sual 94: Ehtiyat namazı necə qılınır?
    Cavab: Ehtiyat namazı qılmalı olan şəxs namazı bitirən kimi dərhal ehtiyat namazını niyyət etməli və təkbir deməlidir. Sonra həmd oxuyub rükuya getməli və rükudan sonra iki səcdə yerinə yetirməlidir. Sonra isə təşəhhüd və salam deyilir. Ehtiyat namazı astadan qılınır. Hətta vacib ehtiyata əsasən «Bismillah» da astadan deyilir.
    Sual 95: Səcdəyi-səhv necə yerinə yetrilir?
    Cavab: Namaz başa çatan kimi səcdəyi-səhv niyyət edilir, səcdəyə gedilərək deyilir: «Bismillahi və billahi, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd» sonra oturaq vəziyyətə qayıdılır və yenidən səcdəyə gedilir, eyni zikrlər təkrarlanır. İkinci səcdədən sonra oturaq vəziyyətdə təşəhhüd və salam deyilir.
    Sual 96: İslam şəriətində kimlər müsafir hesab olunur?
    Cavab: Səfəri qırx beş kilometr və ondan çox məsafədən ibarət olan şəxs müsafir hesab olunur. Bir şərtlə ki, onun getdiyi yol iyirmi iki tam, onda beş kilometrdən az olmasın.
    Sual 97: Səfərdə qılınan namazlar adi vaxtda qılınan namazdan fərqlənirmi?
    Cavab: Müsafir zöhr, əsr və işa namazlarını dörd rəkət yox, iki rəkət qılır. Amma namazın yarı qılınması (qəsr) üçün şərtlər mövcuddur:
    1. Səfər qırx beş kilometrdən (səkkiz fərsəx) az olmamalıdır;
    2. Səfərə çıxarkən məqsəd qırx beş kilometrlik yolu getmək olmalıdır;
    3. Yolun ortasında müsafir fikrini dəyişməməlidir;
    4. Qırx beş kilometr tamam olmamış yolu vətənindən keçməməlidir və ya bir yerdə on gündən artıq qalmamalıdır;
    5. Səfərin məqsədi haram iş olmamalıdır;
    6. Köçəri həyat tərzi keçirən insanlar namazlarını tam qılmalıdır;
    7. Səfərə çıxmaq peşə olmamalıdır;
    8. Vətənindən və ya on gün qalacağını qəsd etdiyi yerdən o qədər uzaqlaşmalıdır ki, şəhərin divarı görünməsin və azan səsi eşidilməsin.
    Sual 98: Qırx beş kilometr məsafəni qət edən ovçu müsafir sayılırmı? Onun da namazları yarıdırmı?
    Cavab: Əyləncə üçün ova gedən insan namazını bütöv qılmalıdır. Dolanışıq xətrinə bu işlə məşğul olan insanın isə namazı yarıdır. Var-dövlət qazanmaq məqsədi ilə ova gedənlər isə vacib ehtiyata əsasən namazlarını həm yarı, həm də bütöv qılmalıdırlar.
    Sual 99: Qəza namazları üçün vaxt təyin olunmuşdurmu?
    Cavab: Vacib namazlarını vaxtında qılmayıb qəzaya verən şəxs bu namazları qılmalıdır. Vacib qəza namazlarını dərhal qılmaq tələb olunmur. Amma bu işdə laqeydlik, süstlük göstərmək olmaz. Dünyasını dəyişmiş atanın qəza namazlarını böyük oğlan qılmalıdır.
    Sual 100: Vacib namazları xüsusi ilə yövmiyyə namazlarını camaatla qılmağın savabı varmı?
    Cavab: Vacib namazları, xüsusi ilə yövmiyyə namazlarını camaatla qılmaq müstəhəbdir. Sübh, məğrib və işa namazlarını camaatla qılmaq məscidin qonşuluğunda yaşayanlara və məscidin azanının səsin eşidənlərə xüsusi tapşırılmışdır. Rəvayətdə bildirilmişdir ki, pişnamaza bir nəfər iqtida edərsə, onların namazlarının hər rəkətinə yüz əlli namazın savabı verilər. Əgər iki nəfər iqtida edərsə, onların namazlarının hər rəkətinə altı yüz namazın savabı verilər. İqtida edənlərin sayı artdıqca namazın da savabı artır. İqtida edənlərin sayı on nəfərə çatdıqda və ya on nəfəri keçdikdə göylər kağız, dəryalar mürəkkəb, ağaclar qələm, bütün cin, insan və mələklər yazan olarlarsa, həmin namazın bir rəkətinin savabını yazıb qurtara bilməzlər.
    Sual 101: Cəmiyyət namazı gec bərpa olduqda namazı fərdi şəkildə, vaxtında qılmaq yaxşı deyilmi?
    Cavab: Səbir edib namazı camaatla qılmaq müstəhəbdir. Son vaxtda qılınan cəmiyyət namazı əvvəl vaxtda qılınan fərdi namazdan üstündür.
    Sual 102: Hansı hallarda camaat namazında iştirak etmək vacibdir?
    Cavab: Fərdi halda namaz qıldığı vaxt vəsvəsələrə düçar olan insan camaatla namaz qıldıqda vəsvəsələrdən yaxa qurtara bilirsə, namazını camaatla qılmalıdır.
    Əgər ata-ana övladına əmr edərsə ki, namazını camaatla qılsın, ata-anaya itaət vacib olduğundan, vacib ehtiyata əsasən, övlad namazını camaatla qılmalıdır.
    Namazın həmd-surəsini və digər mətnlərini yaxşı bilməyən kəs vaxtı olduqda namazı yaxşı öyrənməli, vaxtı dar olduqda, vacib ehtiyata əsasən namazını camaatla qılmalıdır.
    Sual 103: Cəmiyyət namazında kim imam (pişnamaz) dayana bilər?
    Cavab: Cəmiyyət namazında imam dayanan şəxs baliğ (həddi-büluğ), aqil (ağıllı), on iki imamçı şiə, adil (ədalətli), halalzadə (qanuni nikahdan doğulmuş), namazı düzgün qıla bilən, iqtida edənlər kişidirsə, kişi olmalıdır. Vacib ehtiyata əsasən, bütün hallarda pişnamaz kişi olmalıdır.
    Pişnamaz adını bilmək məmum (iqtida edən) üçün vacib deyil.
    Sual 104: İqtida edən şəxsin (məmum) hansı vəzifələri var?
    Cavab: Məmum imamdan qabaqda dayanmamalı, vacib ehtiyata əsasən, bir qədər arxada dayanmalıdır. Məmum həmd və surədən başqa namazın bütün sözlərini özü deməlidir. Amma cəmiyyət namazına üçüncü və ya dördüncü rəkətdə qoşulan məmum həmd və surəni də deyəsidir. Sübh, məğrib və işa namazlarında imamın həmd surə səsini eşitmədikdə məmumun astadan həmd-surə oxuması müstəhəbdir. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətində həmd surə əvəzinə zikr demək müstəhəbdir. Məmum təkbirətul-ehramı imamdan qabaq deməməlidir. Hətta vacib ehtiyata əsasən, imam təkbiri qurtarmamış məmum təkbirə başlamamalıdır.
    Sual 105: Bəziləri camaat namazında namazı imamdan qabaq qurtarırlar. Bu düzgündürmü?
    Cavab: Namazın sonunda salam hissəsini imamdan qabaq deyib namazı qurtarmaq olar.
    Sual 106: Ayət namazı nədir?
    Cavab: Ayət namazı vacib namazlardandır. Bu namaz dörd halda vacib olur:
    1. Günəş tutulduqda; 2. Ay tutulduqda (azca da tutulmuş olsa və kimsə qorxmasa da); 3. Zəlzələ baş verdikdə (əgər kimsə qorxmamış olsa da); 4. Şimşək çaxdıqda, qara və qırmızı yel əsdikdə (adamların çoxu qorxmuş olsa).
    Sual 107: Ayət namazı necə qılınır?
    Cavab: Ayət namazı iki rəkətdir: Bu namaz iki şəkildə qılına bilər:
    Birinci şəkil: Niyyət edilir, təkbir deyilir, bir həmd və bir surə tam oxunur, rükuya gedilir, rükudan qayıdılır, yenidən bir həmd və bir surə oxunur, bir də rükuya gedilir. Beləcə, həmd-surə və rüku beş dəfə təkrarlanır. Beşinci rükudan, qalxdıqdan sonra iki səcdə edilir. Sonra namazın ikinci rəkəti eyni qaydada qılınır. Namaz təşəhhüd və salamla başa çatır.
    İkinci şəkil: Niyyət edilir, təkbir deyilir, həmd oxunur, surənin ayələrindən biri deyilir, rükuya gedilir, rükudan qalxdıqdan sonra surənin ikinci ayəsi deyilir və yenə rükuya gedilir. Bu qayda ilə surənin beş ayəsinin hər biri deyildikdən sonra bir rüku edilir. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə yerinə yetirilir və ayağa qalxaraq namazın ikinci rəkəti eyni qayda ilə qılınır. Namaz təşəhhüd və salamla başa çatır.
    Sual 108: Oruc nədir?
    Cavab: Oruc İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinir.
    Sual 109: Orucu nələr batil edir?
    Cavab: Doqquz şey orucu batil edir: 1. Yemək və içmək; 2. Cima (cinsi yaxınlıq); 3. İstimna (özündən məni xaric etmə); 4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq; 5. Hülqümə qatı toz və tüstünün yetişməsi; 6. Başı bütövlüklə suya batırmaq; 7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi; 8. Axıcı şeylərlə imalə etmək; 9. Qusmaq.
    Sual 110: Oruc tutmuş qadın yeməyin dadına baxa bilərmi?
    Cavab: Əgər yemək boğaza çatmasa, onun dadına baxmaq olar. Yeməyin dadına baxarkən təsadüfən boğaza çatarsa, oruc batil olmaz. Amma yeməyin dadına baxmaq istəyən kəs əvvəlcədən bilsə ki, yemək boğazına çatacaq və bu iş baş versə, orucu batildir. Belə orucun qəzası tutulmalı və kəffarəsi də verilməlidir.
    Sual 111: Oruc tutmuş şəxs yuxuda möhtəlim olarsa (ondan məni xaric olarsa), orucu batil olarmı?
    Cavab: İnsanın özündən asılı olmadan məni xaric olarsa, onun orucu batil deyil.
    Sual 112: Əgər bir şəxs peyğəmbərin dilindin bir söz deyərsə və sonradan anlayarsa ki, bu söz yalan imiş, orucu batildirmi?
    Cavab: Doğru olmadığı sonradan bilinən sözlərə görə oruc batil olmaz.
    Sual 113: Əgər bir şəxs bilmədən suya yıxılaraq başı tam suya batarsa, onun orucu batildirmi?
    Cavab: Özündən ixtiyarsız suya yıxılan və başı bütünlüklə suya batan insanın orucu batil deyil.
    Sual 114: Boynunda cənabət qüslü olan kəs ramazan ayında oruc tuta bilərmi?
    Cavab: Ramazan ayında cünub olduğu halda oruc tutmaq istəyən kəs bilərəkdən qüsl verməyib vaxtın darlığını gözləsə və təyəmmüm edib oruc tutsa, onun orucu qəbuldur amma günah işlətmişdir.
    Ramazan ayında gecə cünub olan kəs bilsə ki, yatsa sübhədək oyanıb qüsl verə bilməyəcək, yatıb yuxuya qalsa orucu batildir. O adam həm qəza orucu tutmalı, həm də kəffarə verməlidir.
    Oruc tutan şəxs gündüz möhtəlim olsa, dərhal qüsl verməyi vacib deyil.
    Sual 115: Oruc halda imalə etmək olarmı?
    Cavab: Oruc vaxtı imalə etmək orucu batil edir. Amma müalicə üçün şamlardan istifadə etməyin eybi yoxdur. Amma qidalandırıcı şamlardan istifadə etmək olmaz.
    Sual 116: Əgər insan özündən ixtiyarsız qusarsa, orucu batil olarmı?
    Cavab: İxtiyarsız halda qusmaq orucu batil etmir.
    Sual 117: Orucun neçə qisim kəffarəsi olur?
    Cavab: Orucun iki qisim kəffarəsi olur: Cəm kəffarə və tək kəffarə. Cəm kəffarə bir bəndə (qul) azad etməkdən, iki ay oruc tutmaqdan və altmış fəqiri doydurmaqdan ibarətdir.
    Sual 118: Ramazan ayında hansı hallarda təkcə qəza orucu vacib olur?
    Cavab: On halda yalnız qəza orucu vacib olur:
    1. Oruc tutmuş şəxs bilərəkdən qussa;
    2. Ramazan ayında gecə cünub olub, sübh azanınadək oyanmasa;
    3. Oruc tutmağı niyyət etməsə;
    4. Cənabət qüslü verməyi yaddan çıxarsa;
    5. Sübh azanının olub-olmadığını araşdırmadan orucu pozan bir iş görsə və sonra məlum olsa ki, azan olubmuş;
    6. Bir şəxsin «sübh olmayıb» deməsi ilə orucu pozan iş görülsə və sonradan sübh olduğu məlum olsa;
    7. Bir şəxs sübh azanının verildiyini dediyi halda, insan onun sözünü zarafat sayıb, orucu pozan iş gördükdən sonra sübh olduğu məlum olsa;
    8. Kor və onun kimilər başqa bir kimsənin sözü ilə iftar etsələr və sonra bilinsə ki, məğrib olmayıb;
    9. Saf havada qaranlığa görə məğrib olduğunu təyin edərək, iftar edilməsi və sonradan məğrib olmadığının aşkar olması; (Amma buludlu havada belə bir gümanla iftar edən kəs üçün qəza yoxdur).
    10. Sərinləşmək məqsədi ilə ağıza su alıb, bilmədən suyu udmaq (amma oruc olduğunu unudub, ağzını yaxalayarkən suyu udan kəs üçün qəza orucu yoxdur).
    Sual 119: Əgər bir şəxs xəstəlik səbəbindən Ramazan ayında oruc tuta bilməsə və növbəti ilin Ramazan ayınadək sağalmasa, qəza orucu tutmalıdırmı?
    Cavab: Növbəti ramazan ayınadək xəstəlik sağalmasa, tutmadığı orucların qəzasını tutmaq vacib deyil, amma hər gün üçün fəqirə on sir (bir sir yetmiş beş qramdır) təam verməlidir.
    Sual 120: Qəza oruclarını bir neçə il təxirə salan şəxs nə etməlidir?
    Category: 200 Sual-cavab | Views: 1652 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024