İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: 170 Sual-cavab
    3:18 PM
    Kitabın adı: 170 Sual-cavab
    SUAL 32-46
    Sual 32: İlk müsəlman kimdir?
    Cavab: Qurani-kərimin «Ənam» surəsinin 163-cü ayəsində buyurulur: «(Ya Məhəmməd, de ki) onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam».
    Ayədən açıq-aşkar məlum olur ki, ilk müsəlman həzrət Məhəmməddir (s). Amma «Yunis» surəsinin 72-ci ayəsində Nuh peyğəmbərin, «Bəqərə» surəsinin 128-ci ayəsində İbrahim peyğəmbərin, «Yusif» surəsinin 101-ci ayəsində isə, Yusif peyğəmbərin müsəlmanlığı haqqında məlumat verilir.
    Bəzi təfsirçilərin fikirincə, hələ ruhlar aləmində Allah-təalanın dəvətinə ilk müsbət cavab verən insan, həzrət Məhəmməd (s) olduğu üçün ilk müsəlman da o hesab edilməlidir.
    Amma başqa bir fikir də mövcuddur. «Müsəlman» sözünün lüğəti mənası «təslim olan» deməkdir. Bu baxımdan Adəm peyğəmbərdən başlayaraq, Allah əmrinə bütün təslim olanlar müsəlmandırlar.
    «Müsəlman» sözünün ikinci mənası, İslam dinini qəbul edən şəxslərə şamil olunur və bu baxımdan ilk müsəlman həzrət Məhəmməd (s) olmuşdur.
    Sual 33: Adəm (ə) günahkardırmı?
    Cavab: Yəhudilərin və məsihilərin müqəddəs kitablarına əsasən, Adəm (ə) çox ağır günaha yol vermişdir. Lakin İslam mənbələrində Adəmin günaha yol verdiyi qətiyyətlə inkar olunur.
    Bilirik ki, Adəm ilahi peyğəmbərlərdəndir. Quran ayələrinə əsasən, ilahi peyğəmbərlər günah edə bilməz. Bəzilərinin günah adlandırdığı müəyyən əməllər isə, mütləq günah deyil, «tərki-əvla»dır. «Əvlanın» lüğəti mənası, «ən üstün» deməkdir. «Tərki-əvla» ən üstün, ən yaxşı əməlin tərk edilməsidir. Məsələn, çox varlı bir adam kasıb qonşusuna böyük köməklər göstərə biləcəyi halda, cüzi bir yardım göstərir. Bu varlığın haqqında elə ittihamlar irəli sürülür ki, guya həmin şəxs günaha yol verib. Əslində isə, heç bir günah baş verməyib. Sadəcə, yaxşı bir işi tərk edib.
    İlahi dərgaha yaxın insanların əməlləri, onların məqamına görə ölçülür. Adi bir insan üçün günaha hesab olunmayan əməl, övliyalar üçün qüsur sayıla bilər. Ona görə də, tərki-əvlaya yol vermiş peyğəmbərlər, dərhal cəzalandırılırlar.
    Adəmin qadağan olunmuş ağaca toxunması günah yox , tərki-əvladır. Bu əmələ görə, adi bir adam heç vaxt cəzalandırılmazdı. Adəm peyğəmbərin cəzalandırılmasının səbəbi, onun yüksək məqamı idi. Allah-təala «bu ağaca yaxınlaşmayın, yoxsa özünüzə zülm edənlərdən olarsınız» buyuraraq, sadəcə, Adəmə xəbərdarlıq etmişdir.
    Sual 34: Musa (ə) nə üçün tövbə etdi?
    Cavab: Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi. «Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər» demişdilər».
    Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-təalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü mənə göstər», dedi. Musanın istəyi qarşısında, Allah-təala buyurdu: «Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən».
    Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan sonra isə bu yersiz istəyə görə tövbə etdi.
    Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq onların tərəfindən tövbə edirdi.
    Sual 35: Nə üçün dünya bir anda yaradılmadı?
    Cavab: «Əraf» surəsinin 54-cü ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?
    Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda həyata keçməməsi, həmin işin hikməti haqqında düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində doqquz ay müddətində mərhələ-mərhələ formalaşması, yaradanın əzəmətini daha da aşkar göstərir.
    Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı, ilahi elmin əzəmətindən danışır.
    Bəs bu altı gündə hansı hadisələr baş verdi?
    İlk gün, toplu qaz formasında olan dünya öz oxu ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün, günəş sistemi yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və ağaclar yaradıldı. Altıncı gün heyvanlar və insan yer üzündə zahir oldu.
    Sual 36: Əsa əjdahaya çevrilə bilərmi?
    Cavab: «Əraf» surəsinin 107-ci ayəsində oxuyuruq: «Musa əsasını atdı və o, dərhal aşkar görünən əjdahaya çevrildi».
    Musanın əsasının əjdahaya çevrilməsi hadisəsini iki baxımdan izah etmək olar: Əvvəla, qeyd edək ki, bütün peyğəmbərlər möcüzə ilə gəldikləri kimi, Musa (ə) da möcüzə ilə gəlmişdi və bu möcüzələrdən biri də, əsa idi. Bu hadisənin adi insanlara təəccüblü görünməsi, möcüzənin mahiyyətini təşkil edir. Əgər bir hadisə təəccüb doğurmursa, onu möcüzə hesab etmək olmaz. Musa öz peyğəmbərliyini möcüzə ilə sübuta yetirməli idi. Bütün materiya qanunlarının tabe olduğu Allahın iradəsi ilə bu möcüzə baş tutdu.
    İkincisi, unutmaq olmaz ki, təbiət aləmindəki bütün heyvanlar da, digər canlılar kimi torpaqdan yaranmışdır. Əgər həm əjdaha, həm də əsanın düzəldildiyi ağac torpaqdan yaranmışdırsa, onların bir-birinə çevrilməsində elmlə uzlaşmayan heç bir şey yoxdur. Təəccüb doğuran isə, keçid prosesidir. Əgər bir damla nütfə doqquz ay deyil, bir anda insana çevrilsəydi, bu da təəccüblü olardı. Əslində, əsadan əjdaha yaranmasına nisbətən nütfədən insanın yaranması, daha da dərin bir prosesdir. Birinci hadisəni daha ecazkar göstərən prosesin mərhələ-mərhələ yox, bir anda həyata keçməsidir.
    Sual 37: «Mənzələt» hədisində nə deyilir?
    Cavab: Həzrət Peyğəmbərin (ə) buyuruqları arasında adıyla tanınan məşhur hədislərdən biri də, «Mənzələt» hədisidir. Bu hədis həm şiə, həm də sünnət əhli alimləri tərəfindən nəql olunmuşdur. Ən məşhur sünni mənbələri «Səhihi-Buxari», «Səhihi-Müslim»də adı çəkilən hədislə rastlaşırıq.
    Hədisdə buyurulur: «Peyğəmbər (s) Təbuka yola düşərkən, Əlini (ə) öz yerində qoydu. Əli (ə) ərz etdi: «Məni uşaqlar və qadınlar arasında qoyursan?». Həzrət peyğəmbər buyurdu: «Razı deyilsənmi ki, Harun Musa üçün necə idisə, sən də mənim üçün elə olasan?!» («Səhihi-Buxari», 6-cı cild, səh.3.).
    Hədislərdə qeyd olunur ki, bir gün Müaviyə Sədə dedi: «Nə üçün Əliyə lənət oxumursan?». Səd dedi: «Həzrət peyğəmbərin Əli (ə) haqqında buyurduğu üç şey yadıma düşür və lənət deyə bilmirəm». Sonra Səd uyğun mənzələt hədisində həzrət Peyğəmbərin (s) buyurduğu cümləni və daha başqa iki kəlamı zikr edir.
    Başqa bir rəvayətdə nəql olunur ki, Ömər ibni Xəttab bir kişinin Əliyə (ə) lənət oxuduğunu görür. Kişiyə deyir: «Zənnimcə, sən münafiqsən. Çünki həzrət Peyğəmbər (s) Əlinin haqqında belə buyurub: «Harun Musa üçün hansı məqamdaydısa, Əli də mənim üçün həmin məqamdadır»(«Tarixe-Bağdad», 7-ci cild, səh. 452.).
    Sual 38: İnsan heyvana çevrilə bilərmi?
    Cavab: «Əraf» surəsinin 166-cı ayəsində buyurulur: «Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara dönün!».
    Müxtəlif ayələrdən məlum olur ki, yolunu azmış tüğyançı tayfaları Allah-təala müxtəlif cür cəzalandırır. Yuxarıdakı ayə, bir qrup azğın insanın cəza olaraq heyvana döndərildiyini xəbər verir. Burada insanın ruhən, yoxsa cismən heyvanlaşmasından söhbət gedir. Elmi nöqteyi-nəzərdən insanın cismən heyvana dönməsi qeyri-mümkündür. Həyat şəraitinin dəyişməsi təsiri altında, orqanizmdə yeni bioloji əlamətlər yarana bilər. Mutasiya adlanan bu dəyişmə, orqanizmi qismən dəyişə bilər. Demək, insanın heyvana çevrilməsi, yalnız möcüzə yolu ilə mümkündür.
    Amma təfsirçilərin kiçik bir hissəsi bu fikirdədirlər ki, uyğun ayədə söhbət ruhən heyvanlaşmadan gedir. Onlarla razılaşmayan əksər təfsirçilər, belə bir hadisənin təkamül qanununa zidd olduğunu aşkar edirlər. Onlar bildirirlər ki, təkamül qanunu, təkamül prosesini keçən orqanizmə aiddir. Hansı ki, həyatda istisnalar vardır. Məsələn, yaşıdları inkişafda olan bir yeniyetmə, hansısa bir xəstəlik ucbatından cılızlaşa bilər.
    Rəvayətlərdən aydın olur ki, həmin heyvana döndərilmiş insanlar, yalnız bir neçə gün yaşaya bildilər. Əgər nəzərə alsaq ki, təkamül prosesinə uyğun gəlməyən bütün hadisələr davamsız olur (məsələn, iki başlı insan və heyvanlar çox az yaşayır), demək qəzəbə düçar olmuş həmin insanlar cismən meymuna döndərilmişlər.
    Sual 39: Zərr aləmi nədir?
    Cavab: Müxtəlif İslam mənbələrində zərr aləmi haqqında məlumat verən kifayət qədər rəvayət vardır. Lakin biz yalnız bir Quran ayəsi ətrafında danışacağıq. «Əraf» surəsinin 172-ci ayəsində buyurulur: «Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən övladlarını çıxarıb, onları özlərinə şahid tutaraq, soruşmuşdu: «Mən sizin Rəbbiniz deyilməmmi?».
    «Övladlar» kimi tərcümə olunmuş «zürriyyət» kəlməsinin «zərr» kökündən alındığı bildirilir. Ayədə haqqında danışılan hadisə harada baş verir? Mötəbər hədislərə əsaslanan əksər İslam təfsirçiləri, bu hadisənin zərr aləmində baş verdiyini yazırlar.
    Rəvayətə görə, Adəm xəlq edilən zaman onun son nəfərədək bütün övladları belindən zərrələr şəklində xarici oldu. Əql və şüura malik olan bu zərrələrin eşitmə və danışma gücü var idi. Onlar «mən sizin Rəbbiniz deyiləmmi» sualına «bəli, Rəbbimizsən»,-deyə cavab verdilər. Bu sorğu-sualda məqsəd nə idi? Ayələrdən aydın olur ki, bu sorğu-sualla Allah-təala öz xəbərdarlığını sona yetirirdi. Başqa sözlə, belə bir xəbərdarlıqdan sonra qiyamət günü kimsə «biz bundan xəbərsiz idik» deyə bilməyəcəkdi.
    Uyğun ayə insanda Allaha etiqadın fitri olduğunu bir daha təsdiq edir.
    Sual 40: Qiyamət nə zaman baş verəcək?
    Cavab: Rəvayətə görə, Qüreyş tayfasından bir neçə nəfər qonşu əyalətdəki yəhudi alimlərlə görüşüb, həzrət Məhəmmədi (s) susdurası suallar hazırlayırdılar. Bu suallardan biri də, qiyamətin nə zaman bərpa olacağı idi. Onlar həzrətin hüzuruna gəlib bu sualı verəndə, ayə nazil oldu: «Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt qopacaq? De ki, o ancaq Rəbbimə məlumdur»(«Əraf» surəsi, ayə 187. ).
    Belə bir sual ortaya çıxır ki, bu hadisədən hətta peyğəmbərlərin xəbərsiz qalmasının səbəbi nədir?
    Təfsirçilər belə qeyd edirlər ki, əgər qiyamət saatı məlum olsaydı, kimi uzaq görüb arxayınlaşar, kimi də yaxın görüb təsirlənərdi. Bu hadisənin bütün insanlara hər zaman təsirli qalması üçün onun vaxtının qeyri-müəyyən qalması zəruri idi.
    Bütün planetlərin orbitindən çıxıb parçalanacağı, günəşin və ulduzların sönəcəyi, o ağır intizarı insanı, heyvani hisslərdən uzaqlaşdırır, onu böyük sorğu haqqında düşünməyə sövq edir. «Qiyamət» surəsində buyurulur: «Gözlərin heyrətdən bərələcəyi, ay tutulacağı, günəşlə ay birləşəcəyi zaman ‒ məhz o gün insan «qaçıb qurtarmağa yer haradadır», soruşacaq. Xeyir, heç bir sığınacaq olmayacaq. O gün duracaq yer, ancaq Allahın huzurudur!».
    Sual 41: Peyğəmbər (s) qeyb aləmindən xəbərdar idimi?
    Cavab: Məhdud mütaliəli bir qism insan bəzən bir ayəni oxumaqla nəticə çıxarır. Belə ayələrdən biri də, «Əraf» surəsinin 188-ci ayəsidir. Ayədə deyilir: «Əgər qeybi bilsəydin, sözsüz ki, daha çox xeyir tədarük edərdin və mənə pislik də toxunmazdı». Bu ayə həzrət Məhəmmədin (s) dilindən buyurulur. Amma ayədən bu nəticə çıxmır ki, peyğəmbər qeyb aləmindən tamamilə xəbərsiz idi. Sadəcə olaraq, peyğəmbərin bu sahədəki biliyi məhdud idi. O, bu barədə Allah-təalanın öyrətdiyi qədər bilirdi. «Cin» surəsinin 26, 27-ci ayələrində oxuyuruq: «Qeybi bilən ancaq Allahdır və öz qeybini kimsəyə əyan etməz; bəyənib seçdiyi peyğəmbərdən başqa!».
    Peyğəmbərlər həm maddi, həm də mənəvi cəhətdən cəmiyyətə rəhbərlik etməyə vəzifəli olduqlarından, onların bir sıra biliklərə ehtiyacı labüddür. Bu sahədə qeyb aləmindən biliyə nə qədər ehtiyacları vardırsa, o qədər də bilirlər. Qeyb aləmindən məlumatı olmayan şəxs, öz dövrünün rəngini alır və onun bilikləri başqa bir zaman və şərait üçün yetərsiz olur. Buyuruqları dünya həyatının sonunadək eyni təsirdə qalan həzrət Məhəmməd (s), heç şübhəsiz, qeyb aləmindən xəbərdar idi. Dünyəvi rəhbərlərin isə, yalnız öz dövrü və öz şəraitində təsirli olduğu göz qabağındadır.
    Sual 42: Quran oxunan zaman susub, onu dinləmək vacibdirmi?
    Cavab: Bu barədə Quranda buyurulur: «Quran oxunan zaman, onu dinləyin və susun ki, bəlkə rəhm olunasınız»(«Əraf» surəsi, ayə 204. ).
    İbn Əbbas nəql edir ki, ilk əvvəllər müsəlmanlar namaz zamanı söhbət edər, bir-birlərinə sual verərdilər. Yuxarıdakı ayə nazil olduqdan sonra namaz zamanı əlavə danışıqlar qadağan edildi.
    Bəs başqa vaxtlar necə, Quran oxunarkən danışmaq olarmı? Rəvayət olunur ki, imam Sadiq (ə) buyurmuşdur: «İstər namaz vaxtı, istərsə də başqa vaxtlar Quran oxunduğunu eşidərkən susub, onu dinləmək lazımdır». Hətta, bəzi hədislərə əsasən, Quran oxunduğunu eşidən pişnamaz yaxşı olar ki, ayə qurtaranadək susub, onu dinləsin.
    Yuxarıda deyilənlərdən aydın olur ki, Quran oxunduğunu eşidən zaman, susmaq çox bəyənilmiş bir işdir. Bununla belə susmaq, vacib deyildir. İslami mənbələrdə belə bir mülahizə də vardır ki, cəmiyyət namazında iqtida edənlərin namazın birinci və ikinci rəkətlərində qiraət zamanı sakit dayanması uyğun ayədəki göstərişə əsaslanır. Amma bu halda da, susmaq vacib deyildir (İqtida edən şəxs astadan zikr edə bilər).
    Sual 43: İmanlı insanda hansı xüsusiyyətlər olmalıdır?
    Cavab: Quran ayələri və Əhli-beyt hədislərində möminlərə məxsus bir çox sifətlər sadalanır. Biz yalnız «Ənfal» surəsində qeyd edilmiş sifətlərdən danışacağıq: «Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyər».
    Həqiqi möminlərdə üç mənəvi və iki əməli keyfiyyət olur. Üç mənəvi xüsusiyyət məsuliyyət hissi, imanın təkamülü və təvəkkülüdür. Demək, mömin insan Allah qarşısında məsuliyyət hiss edir və onun buyurduğu vəzifələrdə səhlənkarlıq göstərmir.
    Möminlərin ikinci mənəvi xüsusiyyəti odur ki, Allahın ayələri oxunduğu zaman imanları artar.
    Təkamül bütün dirilərə məxsus olan xüsusiyyətdir. Əgər insanın qəlbində iman ölməmişsə, o inkişaf etməlidir. Diri iman isə, yalnız həqiqi möminlərin qəlbində olur.
    Möminlərə məxsus üçüncü sifət, onların yalnız Allaha təvəkkül etməsidir. Onların düşüncələri o qədər uca və genişdir ki, zəif təbiətli insan nəslinə güvənməzlər.
    Möminlərin əməli xüsusiyyətləri haqqında belə buyurulur: «Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər». Aydın olur ki, həqiqi möminlərin həm Allah, həm də cəmiyyət qarşısında əməli vəzifələri vardır: ibadət və xalqa yardım!
    Sual 44: Kafirlərlə ilk silahlı vuruş hansıdır?
    Cavab: Müsəlmanların kafirlərlə ilk silahlı vuruşu Bədr döyüşüdür. Əbu Süfyan qırx nəfərlik heyət və əlli min dinarlıq mal ilə Şamdan qayıdırdı. Həzrət Peyğəmbər (s) düşmənin iqtisadi qüdrətini sındırmaq üçün onun əsas sərmayəsinin toplandığı bu karvanı müsadirə etmək qərarına gəldi. Bu qərarın ikinci əsas səbəbi, məhz bu düşmənin işgəncələrindən Mədinəyə hicrət edən müsəlmanların Məkkədəki itirdikləri var-dövlətlərinin geri qaytarılması idi.
    Üç yüz on üç nəfərdən ibarət müsəlman mübarizlər, başda həzrət Peyğəmbər (s) olmaqla, karvanı izlədikləri bir vaxt Qüreyş qoşununun hərəkəti barədə məlumat aldılar. Peyğəmbərin (s) planları, Mədinədəki casuslar tərəfindən Əbu Süfyana çatdırılmışdı. O da öz növbəsində Məkkəyə atlı göndərib, karvana kömək istəmişdi. Əsas var-dövləti karvanda olan məkkəlilər, doqquz yüz əlli döyüşçünü, yeddi yüz dəvə və yüz atlı köməyə göndərmişdi. Qoşuna Əbu Cəhl başçılıq edirdi. Məkkə ilə Mədinə arasındakı Bədr məntəqəsində qoşunlar üzbə-üz gəldi. Fürsətdən istifadə edən Əbu Süfyan, karvanla birlikdə aradan çıxdı.
    Döyüşdən əvvəl, həzrət Peyğəmbər (s) düşmənə sülh təklif etdi. Qüreyş başçılarından sülh istəyənlər olsa da, Əbu Cəhl mane oldu.
    Beləcə, hicrətin ikinci ilində Bədr məntəqəsində müsəlmanların kafirlərlə ilk silahlı döyüşü baş verdi. Peyğəmbərin (s) əmisi Həmzə və qoşunun ən gənc döyüşçüsü Əli (ə) düşmənə sarsıdıcı zərbələr endirdilər. Döyüş meydanında Qüreyş qoşununa sarı hücum çəkən qum tufanı, Qüreyşin döyüş ruhiyyəsini tamam sındırmışdı. Həzrət Peyğəmbər (s) əllərini göyə qaldırıb ərz etdi: «Ya Rəbb, əgər bu dəstə qətlə yetirilsə, kimsə sənə sitayiş etməyəcək».
    Nəhayət, döyüş başa çatdı. Müsəlmanlar üç dəfə az qüvvə ilə düşmənin güclü qoşunu üzərində gözlənilməz qələbə çaldılar.
    Sual 45: Düşmən güclüdürsə, döyüşdən qaçmaq olarmı?
    Cavab: Yuxarıdakı suala Quran ayələri belə cavab verir:
    «Ey iman gətirənlər, döyüş meydanında kafirlərlə rastlaşdığınız zaman dönüb qaçmayın»(«Ənfal» surəsi, ayə 15.).
    «İçərinizdə iyirmi səbirli kişi olsa, min kafirə qalib gələr»(«Ənfal» surəsi, ayə 65. ).
    «Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün kafirələrə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin»(«Ənfal» surəsi, ayə 60.). «Allahın izni olmayınca, heç kəsə ölüm yoxdur»(«Ali-imran» surəsi, ayə 145.).
    «Sizin içərinizdən iki dəstə qorxaraq, geri çəkilmək fikirinə düşmüşdü. Hansı ki, Allah onların yardımçısı idi. Möminlər gərək Allaha təvəkkül etsinlər»(«Ali-imran» surəsi, ayə 122. ).
    «...Kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir»(«Ənfal» surəsi, ayə 16.).
    Ayələrdən açıq-aşkar görünür ki, döyüşdən qaçmaq İslamda böyük günahlardan hesab olunur.
    İmam Əli ibn Musa ər-Riza (ə) belə buyurur: «Allah-təala cihaddan qaçmağı ona görə haram buyurub ki, dində süstlüyə, Peyğəmbər və imamların proqramlarının təhqirinə səbəb olur. Müsəlmanların döyüşdən qaçması səbəbindən düşmən cəsarətə gəlir».
    Həzrət Əli (ə) cihaddan qaçmağa münasibətini belə bildirir: «Heç zaman düşmən qoşununun qarşısından qaçmadım və kimsə meydanda mənimlə üz-üzə gəlmədi. Kim gəldisə, torpağı qanıyla sirab etdim»(«Nurus-Səqəleyn», 2-ci cild səh.139. ).
    Sual 46: Özünü peyğəmbər məscidinin sütununa bağlayan kim idi?
    Cavab: Təfsirçilərin fikirincə, «Bilə-bilə Allaha, onun peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin»(«Ənfal» surəsi, ayə 27.) ayəsi Əbu Ləbabə haqqında nazil olmuşdu. Əbu Ləbabə kimdir?
    İmam Sadiq (ə) buyurur ki, həzrət Peyğəmbərin (s) göstərişi ilə Mədinə yəhudilərindən bir hissəsi itaətsizliklərinə görə, iyirmi bir gün mühasirədə saxlandılar. Nəhayət, sülh təklif etməyə məcbur oldular. Həzrət (s) onların xəyanətkarlığından şübhələnərək, Səd ibn Məaza tabe olmalarını istədi. Lakin yəhudilər, Əbu Ləbabənin hakim olmasını arzuladılar.
    Peyğəmbər (s) bu təklifi qəbul edib, Əbu Ləbabəni onların yanına göndərdi. Söhbət zamanı yəhudilər Əbu Ləbabədən Səd ibn Məaz haqqında soruşdular. Əbu Ləbabə boğazına işarə edərək, Səd ibn Məazı qəbul etməyin onlar üçün ölümə bərabər olduğunu anlatdı. Əbu Ləbabənin xəyanətindən Peyğəmbəri (s) agah edən ayə nazil oldu. Əbu Ləbabə hələ adı çəkilən məclisdən durmamış, şeytana uyaraq, xəyanət etdiyini anladı. Öz xəyanətindən peşman olmuş Əbu Ləbabə, özünü peyğəmbər məscidində kəndirlə sütuna bağlayıb, «Allah-təala tövbəmi qəbul etməsə, ölənədək ac və susuz qalacağam», dedi. Yeddi gün, yeddi gecə bağlı vəziyyətdə qalan Əbu Ləbabə huşunu itirəndən sonra tövbəsi qəbul oldu. Həzrət Peyğəmbər (s) özü Əbu Ləbabəni sütundan açdı. Bütün var-yoxunu sədəqə vermək istəyən tövbəkara, «üçdə birini versən yetər» -deyə buyurdu.
    Category: 170 Sual-cavab | Views: 1774 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024