İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: 170 Sual-cavab
    3:15 PM
    Kitabın adı: 170 Sual-cavab
    SUAL 79-93
    Sual 79: Fəsad nədir?
    Cavab: Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Qurani-kərimin müxtəlif ayələrində bu mövzuya toxunulur:
    «Yer üzündə fəsad törədər və islah olmazlar»(«Şüəra» surəsi, ayə 152.).
    «Allah-təala fəsad törədənləri, saleh əməl sahiblərindən fərqləndirir»(«Bəqərə» surəsi, ayə 220. ).
    «İslah ol və fəsad törədənlərin ardınca getmə»(«Əraf» surəsi, ayə 142. ).
    «İman gətirib saleh iş görənləri, yer üzündə fəsad törədənlərlə eyni tutmarıq»(«Sad» surəsi, ayə 27. ).
    Müxtəlif ayələrdə fəsad törətmək Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli hər cür azğınlıqa aid edilir.
    Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur. Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən olmuşdun»(«Yunis» surəsi, ayə 91. ).
    Bəzən oğurluq fəsad hesab edilir. Yusif peyğəmbərin qardaşları oğurluqda ittiham olunduqları zaman deyirlər: «Biz, Misir torpağına fəsad salmaq üçün gəlməmişik»(«Yusif» surəsi, ayə 73).
    Sual 80: Şimşəyin faydası varmı?
    Cavab: Bildiyimiz kimi, şimşək mənfi və müsbət yüklü iki buludun bir-birinə yaxınlaşmasından yaranır. Bu hadisə, mənfi və müsbət yüklü iki naqil bir-birinə toxunduqda qığılcım yaranmasının oxşarıdır. Bütün təbiət hadisələrində istər cəmiyyət, istərsə də təbiət üçün faydalar olduğunu bilirik. Bəs şimşəyin faydası nədir? Qurani-kərimdə buyurulur: «Sizə qorxu və ümid məqsədi ilə şimşək göstərən, ağır buludları yaradan da Odur»(«Rəd» surəsi, ayə 12.).
    Ayədən göründüyü kimi, şimşəyin ilkin faydası, insanları Allah-təalanın əzəmətindən xəbərdar etməkdir. Buludla yer arasında yaranan belə şimşəkləri «saiqə» adlandırmışlar. Müsbət yüklü bulud həmişə mənfi yüklü yerə yaxınlaşdıqda, saiqə yaranır. «Allah onların vasitəsi ilə istədiyini vurar» ayəsində saiqə nəzərdə tutulur.
    «Təbiətin zarafatı» adlandırılan şimşəyin, bir sıra təbii faydaları da vardır. On beş min dərəcə santiqrad istilik yaradan şimşəklər, havanı yandırır və bunun ardınca havanın təzyiqinin dərhal enməsi nəticəsində buludlardan yağış yağır. Həmin yüksək temperaturda yağış damlaları artıq oksigendən yaranır və belə su, «ağır su» adlanır. Bu suyun formulu N₂O₂ -dir. Ağır su isə, güclü mikroböldürücü xüsusiyyətə malikdir.
    Yüksək temperaturda yaranmış yağış damlalarının tərkibində karbon turşusu olduğundan, bu yağış həm də torpaq üçün gübrə funksiyasını daşıyır.
    Sual 81: Quran «hamı səcdədədir» buyurarkən, nəyi nəzərdə tutur?
    Cavab: Bütün hadisələr iki mümkün mahiyyətdən birini daşıyır. Onlar ya təkvinidir (fitri, təbii), ya da təşriidir (iradi). Səcdə təvazö, təslim əlamətidir. Əql mülkü ilə mükafatlandırılmış bəşəriyyət Allahın səcdəsinə dəvət edilir və bu əmrə itaət edənlərin səcdəsi iradidir. Amma təbiətdə baş verən hadisələr təşriidir. Yəni onun iradəsindən asılı deyil. «Rəd» surəsinin 15-ci ayəsində belə buyurulur: «Göylərdə və yerdə kim varsa, özləri də, kölgələri də səhər-axşam, istər-istəməz Allaha səcdə edər». Ayədəki «istər-istəməz» kəlmələri aşkar göstərir ki, nəzərdə tutulan səcdə təşrii yox, təkvinidir. Bəs bu hansı səcdədir?
    Bu barədə təfsirçilər müxtəlif fikirdədirlər. Bir qrup təfsirçinin fikirincə, ayə bütün kainatda ilahi qanunların hökm sürdüyünə bir işarədir.
    Digər bir qrup təfsirçi isə, ayədə bütün mövcudların kölgələrinin səcdəsindən danışıldığını bildirirlər. İstər insan, istər təbiətin hər hansı bir elementi kölgəyə malikdir. Səhərlər bir istiqamətdə kölgə günorta düzəlir, axşam isə əks istiqamətə yönəlir. Kölgənin bu hərəkəti səcdəni xatırladır.
    Sual 82: Haqqı nahaqdan necə fərqləndirmək olar?
    Cavab: Haqq və nahaqı tanımaq bəzən o qədər çətin olur ki, bu iki anlamın əlamətlərini bilməyə ehtiyac yaranır. Ayədə oxuyuruq: «...Sel, üstünə çıxan bir köpüyü alıb apardı. Bəzək şeyləri və ya qab-qacaq düzəltmək məqsədi ilə insanların od üzərində qızdırıb əritdiklərinin üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə, yer üzündə qalar»(«Rəd» surəsi, ayə 17. ).
    Həqiqət həmişə saf su kimi həyatvericidir. Batildə isə heç bir fayda yoxdur. Batil zahirdə təkəbbürlü, məqmpərəst, səs-küylü, daxildə isə puçdur.
    Həqiqət özünə güvəndiyi halda, batil həqiqətin hörmətindən istifadə edir. Batil həmişə həqiqət libası geyir. Əgər dünyada doğru söz olmasaydı, yalana kim inanardı?! Əgər qızıl olmasaydı, qızıl suyuna salınmış dəmirə kim aldanardı?!
    Həzrət Əli (ə) «Nəhcül-bəlağədə» buyurur: «Əgər batil həqiqət qatqısından ayrılsa, həqiqət sevərlər üçün aşkarlanacaq. Əgər həqiqət batil qatqısından qurtulsa, sözbazların ağzı yumulacaq».
    Batil qatışıqlığa, özbaşınalığa tərəfdardır. Çöl-biyabanı ağuşuna alan sel nə qədər ki, hərəkətdədir, ona qatışmış zir-zibil gözə dəymir. Elə ki, suda sakitlik yaranır, zir-zibil suyun dibinə çöküb, saf sudan ayrılır.
    Həqiqət səhnədə görünən kimi, batil səhnəni tərk etməyə məcburdur. Ona görə də, həqiqət həmişə hərəkətdə olub, yerini batilə verməməlidir.
    Sual 83: Alın yazısını pozmaq olarmı?
    Cavab: Qurani-kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır»(«Rəd» surəsi, ayə 38-39. ).
    «Əsl kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
    Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
    Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
    İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar»(«Əl-mizan» 11-ci cild, səh.419.).
    Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.
    Sual 84: «Allahın günləri» hansı günlərdir?
    Cavab: Qurani-kərimi nəzərdən keçirərkən, belə bir ayə ilə rastlaşırıq: «Biz Musaya «tayfanı zülmətdən nura çıxar və Allahın günlərini xatırlad, bunda səbir və şükr edənlər üçün ibrətlər var» deyib, onu möcüzələrimizlə göndərdik»(«İbrahim» surəsi, ayə 5. ).
    «Əyyamullah» kəlməsindən tərcümə olunmuş «Allahın günləri» hansı günlərdir?
    İmam Baqir (ə) buyurur: «Allahın günləri imam Mehdinin (ə) qiyam günü, rəcət günü və qiyamət günüdür»(«Nurus-səqəleyn», 2-ci cild, səh.526. ). Bəzi hədislərdə rəcət günü əvəzinə, ölüm günü göstərilmişdir.
    Böyük günlərin xatırlanması, millətlərin əhval-ruhiyyəsində dərin iz salır. Dünyadakı əksər millətlər diktator rejimindən qurtulub, hürriyyət qazandıqları günü əzəmətlə qeyd edirlər.
    Allah günləri xatırlanması isə, insanı rəzil hisslərdən uzaqlaşdırır, onu Allah, vətən və xalq qarşısında öz vəzifələrini yerinə yetirməyə vadar edir. Ölümü, qiyamət sorğusunu yaddan çıxarmayan insanın, şeytanın təhriki ilə günaha batması qeyri-mümkündür.
    Sual 85: «Təvəkkül» nədir?
    Cavab: «İbrahim» surəsinin 11 və 12-ci ayələrində buyurulur: «Möminlər yalnız Allaha təvəkkül etsinlər. Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?!».
    «Təvəkkül» «vəkalət» kəlməsindəndir və vəkil seçmək mənasını verir. Yaxşı vəkildə dörd sifətin olması zəruridir: agahlıq, düzlük, qüdrət, mərhəmət.
    Vəkilə o zaman ehtiyac yaranır ki, insan özünü müdafiə etməyə qadir olmur və qarşısına çıxan çətinliyi başqa birinin köməyi ilə aradan qaldırmaq istəyir.
    Mömin insanın nəzərində bütün qüdrətlərin fövqündə duran Allah-təala, istənilən hadisə və çətinlik zamanı yeganə etibarlı vəkildir. Allaha təvəkkül edən mömin fəaliyyətsiz dayanmır. Hətta qüvvəsi çatan işdə də, əsl səbəbkar Allahı bilir.
    Allaha təvəkkül, çətinliklər zamanı insanın müqavimətini artırır. Qurani-kərimin müxtəlif ayələrində belə müqavimətin nümunələri ilə rastlaşırıq:
    «Allaha təvəkkül, cihad meydanında iki vuruşqan tayfanın süstlüyünün qarşısını aldı»(«Ali-imran» surəsi, ayə 173. ).
    «...İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə, Allaha təvəkkül et»(«Ali-imran» surəsi, ayə 159.).
    «O şəxslər şeytana müqavimət göstərib, onun təsirindən çıxa bilərlər ki, iman və təvəkkülə malik olsunlar»(«Nəhl» surəsi, ayə 99.).
    Allaha təvəkkülün təbii gedişatla zidd olduğunu düşünənlər yanılırlar. Təbii səbəbləri Allahın iradəsindən ayrı bilmək, şirk hesab olunur. Şirk isə, cəhənnəm odu vəd edilmiş günahlardandır.
    Sual 86: Kəşf və ixtira üçün ilahi mükafat varmı?
    Cavab: Əgər kəşf və ixtiralar tarixinə nəzər salsaq, alimlərin bu yolda çəkdikləri üzücü zəhmətlərə şahid olarıq. Onlar min bir əzab-əziyyətə qatlaşaraq, öz yenilikləri ilə bəşəriyyətə böyük faydalar vermişlər. Məşhur fizik Edisson elektrik cərəyanının kəşfi yolunda nəinki əziyyət çəkmiş, hətta həyatını qurban vermişdir. Nəticədə, dünyanın qaranlıq gecələri işıqlanmış, zavod və fabriklər hərəkətə gəlmiş, bir sözlə, həyat yeni rəng almışdır. Ortaya belə bir sual çıxır: necə ola bilər ki, həyatını bəşəriyyət yolunda fəda etmiş bir insan imanı olmadığı üçün cəhənnəmə, əlini ağdan qaraya vurmamış bir müsəlman isə, behiştə getsin?
    İmam Kazim (ə) buyurur: «Bəni-İsraildə biri imanlı, o biri isə kafir olan iki qonşu vardı. Kafir qonşu öz imanlı qonşusu ilə çox gözəl rəftar edərdi. O, dünyasını dəyişdi. Mömin qonşusu ilə yaxşı rəftarlarına görə, axirətdə onu oddan qoruyacaq bina ilə mükafatlandırıldı»(«Biharul-ənvar», 3-cü cild, səh.377. ).
    Çox olub ki, məscid və ya mədrəsə tikən bir şəxsin niyyəti Allahı razı salmaq yox, hansısa şəxsi mənafelər olub. Əksinə, imkansız bir şəxs sırf Allahın razılığı üçün çox kiçik bir iş görüb. İslam dinində bütün əməllər niyyətin saflığı ilə ölçüldüyü üçün, ikinci şəxsin kiçik işi daha üstündür.
    Əgər alim maddi təmənnaya, vəzifə və şöhrətə görə əziyyət çəkmişsə, heç bir ilahi mükafat gözləməməlidir. Onun gördüyü iş günah hesab olunmur, amma savabı da yoxdur.
    Sual 87: Uzun-uzadı, əlçatmaz arzular bizə nə verir?
    Cavab: Ümid və arzu insan fəaliyyətinin əsas amillərindəndir. Əgər insan bircə gün bu hissdən məhrum olsa, yaşayış nizamı pozular. Həzrət Peyğəmbər (s) buyurmuşdur:«Ümid, mənim ümmətimin mərhəmət mayasıdır. Əgər ümid nuru sönsəydi, heç bir ana övladına süd verməz və heç bir bağban fidan əkməzdi»(«Ali-imran» surəsi, ayə 159. ).
    Lakin həyat və hərəkət amili olan ümid və arzu həddi aşıb ifrata vararsa, uzun-uzadı, əlçatmaz arzulara çevrilər. Ayədə buyurulur: «Qoy kafirlər hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları, ümidləri başlarını qatsın. Sonra biləcəklər»(«Hicr» surəsi, ayə 3.). Ayədə zikr edilən arzu-ümid həmin məhvedici uzun-uzadı arzulardır. Bütün həyatı boyu hücumlara hədəf olan insan yalnız ayıq-sayıq olarsa, qoruna bilər. Uzun-uzadı arzular isə insanın başını qatıb, onu yuxuya verir.
    Həzrət Əli (ə) buyurur: «Camaat! Sizin üçün çox təhlükəli iki şeyə görə qorxuram: nəfs istəklərinə itaət və uzun-uzadı arzular. Nəfs istəkləri sizi həqiqətdən uzaqlaşdırar, uzun-uzadı arzular isə, axirəti yadınızdan çıxarar»(«Nəhcül-bəlağə» {mənbə kamil deyil}. ).
    Ətrafa diqqətlə nəzər ,lıqlara çevrildiklərinin şahid olarıq. «Kumeyl» duasında oxuyuruq: «Uzun-uzadı arzular məni gerçək, faydalardan məhrum etdi». El arasında gözəl bir deyim də var: «Çox istəyən, azdan da olar».
    Sual 88: Quranı təhrif etmək mümkündürmü?
    Cavab: Bəşər tarixində dəyişikliyə məruz qalmamış yeganə kitab, Qurani-kərimdir. Qurandan əvvəl nazil olunmuş bütün səmavi kitablar təhrif olunmuşdur.
    «Hicr» surəsinin 9-cu ayəsində buyurulur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu qoruyub saxlayacağıq». Quranın bu sayaq ciddi qorunmasının əsas səbəbi, əvvəlki ilahi kitabların kafirlər tərəfindən təhrif olunmasıdır. Ötən on dörd əsrdə uyğun təcavüzlərə dəfələrlə məruz qalmış Qurani-kərim, vəd olunduğu kimi qorunmuşdur.
    Hicri ΙV əsrin böyük alimlərindən olan Seyid Mürtəza deyir: «Məkkənin, Mədinənin varlığına kim şəkk edə bilər?! Monqolların İrana hücumuna, böyük Fransa inqilabına, I və II dünya müharibələrinə kimdə şəkk var?! Deyilənlər haqqında kifayət qədər məlumatlı olmağımız, heç bir şəkk-şübhəyə yer qoymur. Qurani-kərim də belədir. Onun hər bir ayəsi haqqında malik olduğumuz ətraflı məlumat, bütün şübhələri aradan qaldırır, təcavüzlərin qarşısında keçilməz sədd çəkir».
    Sual 89: Şeytanları qovan «şihab» nədir?
    Cavab: Allah-təalanın elm və qüdrətinə gözəl nümunələrdən biri, başımız üzərindəki səmada baş var hadisələrdir. İnsan düşüncəsini heyrətə gətirən bu səhnələrdə düşünənlər üçün böyük ibrətlər vardır. «Hicr» surəsinin 16-cı ayəsində buyurulur: «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik».
    Səmadakı bürclər günəş və ayın mənzillərinə bir işarədir. Müxtəlif fəsillərdə yerdən baxarkən günəş və ay müəyyən bir bürcə yaxın görünür. Bu vaxt məsələn, «günəş filan bürcdədir» deyirik. Allah-təalanın varlığına şəhadət verən bu nizam-intizam qarşısında kafir qövm yenə də öz küfründən əl götürmür. Uyğun surənin 14-cü ayəsində oxuyuruq: «Əgər onlara göydən bir qapı açsaq və durmadan yuxarı dırmaşsalar, yenə də inanmazlar».
    18 ayəmində isə belə buyurulur: «Lakin şeytanlardan kim xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (şihab) təqib edər».
    Təfsirçilər dünyamıza məxsus bəzi məlumatların səmada əks olunduğu və şeytanın bu məlumatları əldə etmək üçün orada vurnuxduğunu bildirirlər. Onların fikirincə, «şihab» onları təqib edib, qovan meteoralardır.
    Sual 90: Cinlər nə üçün gözə görünmür?
    Cavab: «Cin», insanın hiss üzvlərinin duymadığı varlıq mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir. Ana bətnindən bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ «cənnət» adlanır.
    Qurani-kərimin buyuruğuna əsasən insan torpaqdan, cin isə odun şəffaf şöləsindən yarandığı üçün insan cini görə bilmir. Quran ayələrinə əsasən də, cin insan kimi mömin və ya kafir ola bilər. «Biz cin və insanı yalnız ibadətdən ötrü yaratdıq»(«Zariyyat» surəsi, ayə 56. ).
    Allah-təalaya səcdə əmrindən boyun qaçıran İblis, əslində cin tayfasındandır. O, yalnız ibadətcil olduğundan, mələklərlə bir cərgədə dayanmışdı.
    Qurani-kərimin 114 surəsindən biri «Cinn» surəsidir. Bu surədə onların dilindən buyurulur:
    «Şübhəsiz ki, aramızda əməlisalehlər də vardır, əməlisaleh olmayanlar da. Biz müxtəlif firqələrə ayırılmışıq»(«Cinn» surəsi, ayə 11. ).
    «Doğrusu, biz haqq yolu göstərən Quranı dinlədiyimiz zaman, ona iman gətirdik»(«Cinn» surəsi, ayə 13. ).
    «Şübhəsiz ki, aramızda müsəlmanlar da var, yoldan çıxanlar da»(«Cinn» surəsi, ayə 14. ).
    Son nəticə olaraq bunu deyə bilərik ki, İblis cin tayfasından olduğundan, onun davamçısı şeytanlar da bu tayfanın iman gətirməmiş üzvlərindəndir.
    Sual 91: İnsan meymundan yarana bilərmi?
    Cavab: Təbiətşünas alimlər arasında insanın yaranışı haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan birinci nəzəriyyənin tərəfdarları bu fikirdədirlər ki, canlı aləm başlanğıcda bu günki formasında olmayıb. Guya ilk əvvəl okeanın müxtəlif nöqtələrindəki bir hüceyrəli bəsit cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. Guya mikroskopik ölçüyə malik olan bu canlılar ilk əvvəl bir növdən digərinə, sonra sudan quruya, daha sonra isə qurudan havaya keçmişlər. Bu təkamülün son yetkin halqası isə, insandır.
    İkinci nəzəriyyəyə görə isə, bütün canlılar, eləcə də insan ilk yaranışda bu günkü formasında olmuşdur. Bu baxışın tərəfdarları bütün növ dəyişiklikləri inkar edirlər.
    Bu iki nəzəriyyə arasındakı mübahisələr fransız təbiətşünası Lamark (XVII-XIX əsr) və ingilis təbiətşünası Darvinin (XIX əsr) yeni sübutlarla çıxışlarından sonra daha da qızışmışdır.
    Bu gün təbiətşünas alimlərin əksəriyyətinin təkamül nəzəriyyəsi tərəfdarı olduğunu nəzərə alıb, onların sübutlarını nəzərdən keçiririk.
    Arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid skletlər arasındakı oxşarlıq yalnız təkamül nəzəriyyəsi ilə izah olunur. Ayrı-ayrı dövrlərə məxsus sümüklər arasında ciddi oxşarlıqlar vardır. Mühüm görünən sübutlardan biri isə, bütün canlıların bətndəki «cənin» formaları arasındakı oxşarlıqdır.
    Təkamül nəzəriyyəsi tərəfdarlarının sadaladığı bu dəlillər, «insan meymundan yaranmışdır» deməyə əsas verirmi?
    Təkamül nəzəriyyəsi, başqa sözlə, darvinizm bir dənə də olsun nə əqli, nə də təcrübi dəlilə malikdir. Bir növdə qismən dəyişiklik ‒ mutasiya artıq təcrübi yolla qəbul olunmuşdur. Yəni cod tüklü qoyundan zərif tüklü qoyun doğula bilər. Amma meymundan insan yaranması mutasiya deyil. Bu ehtimal darvinist təbiətşünaslar tərəfindən təcrübi sübuta yetirilmədiyindən, nəzəriyyə olaraq qalır.
    İslam alimləri təkamül nəzəriyyəsini inkar etmir. Amma bu nəzəriyyəni qəbul etmək üçün zəruri olan dəlillərə də malik deyil!
    Sual 92: Behiştdə hansı nemətlər vardır?
    Cavab: Qurani-kərimdə behiştin maddi və mənəvi nemətlərindən ətraflı şəkildədanışılmışdır. Səkkiz qapısı olan behiştdə, möminləri səkkiz böyük nemətin gözlədiyi bildirilmişdir:
    1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar;
    2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;
    3. Asayiş və əmin-amanlıq;
    4. Kin-küdurətsiz, xəyanətsiz açıq ürək;
    5. Məhəbbətlə müşayiət olunan qardaşlıq;
    6. Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa çevirməməsi;
    7. Yorğunluq və zəhmətdən uzaq təravət;
    8. Mövcud nemətlərin əbədiliyi(«Hicr» surəsi, ayə 45-48. ).
    Maraqlıdır ki, bütün bu nemətlər təqvalı insanlara vəd edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına peşman olan insanlar da məyus edilmir. Allah-təala Qur~anda belə buyurur: «Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayan və rəhm edənəm»(«Hicr» surəsi, ayə 49. ).
    Sual 93: Qurani-kərimdə zeytun, xurma və üzümün adı nə üçün xüsusi qeyd edilir?
    Cavab: «Nəhl» surəsinin 11-ci ayəsində buyurulur: «...Sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir». Nə üçün ayədə zeytun, xurman və üzümün adı xüsusi çəkilir?
    Bəziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş yayıldığını səbəb göstərirlər. Lakin Quran hökmləri zaman və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə bilməz.
    Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə, meyvələr arasında bu üç meyvə qədər qidalısı yoxdur. İnsan orqanizmi üçün zeytun yağı qədər faydalı ikinci bir yağ məlum deyil. Bu yağ orqanizmin enerji ehtiyaclarının ödənməsində olduqca mühüm rol oynayır. Əksər yüksək kalorili yağlar çətin həzm olunursa, zeytun yağı həzm prosesinə kömək edir. Həzrət Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zeytun, yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, bəlğəmi aparır, üzə təravət verir, əsəb sistemini gücləndirir, qəzəb alovunu söndürür». Bütün bu əhəmiyyətlərinə görə, Quranda zeytun «mübarək ağac» adlandırılır.
    Ayədə zikr olunmuş ikinci meyvə ‒ xurmanın tərkibi, kalsium və fosforla zəngindir. Kalsium sümükləri möhkəmləndirir, fosfor beyinin fəaliyyətini tənzimləyir. Xurma, əsəb yorğunluğunu aradan qaldırır, görmə qabiliyyətini artırır. Son dövrdə aparılan araşdırmalara əsasən, xurmanın çox yeyildiyi məntəqələrdə xərçəng xəstəliyinə az təsadüf olunur.
    Üzümü «təbii əczaxana» adlandırırlar. Xüsusiyyətlərinə görə, ana südünə oxşar olan ətdən iki dəfə çox bədənin hərarətini artırır. Üzüm zəhəri təsirsizləşdirir, qanı saflaşdırır, revmatizmi aradan qaldırır və güclü mikroböldürücü təsir göstərir. Həzrət Peyğəmbər (s) buyurur: «Sizin üçün ən yaxşı təam çörək, ən yaxşı meyvə isə üzümdür».
    Category: 170 Sual-cavab | Views: 1435 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024