İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: 170 Sual-cavab
    3:07 PM
    Kitabın adı: 170 Sual-cavab
    SUAL 94-106
    Sual 94: «Zikr əhli» kimdir?
    Cavab: «Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?
    İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zikr əhli bizik və bizdən də soruşmalısınız». İmam Baqir (ə): «Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır»(«Nurus-səqəleyn», 3-cü cild, səh. 55. ).
    İbn Abbas uyğun ayənin təfsirində deyir: «Zikr əhli Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir».
    Zikrin mənası agahlıq və xatırlama olduğundan, bu sözün Qurani-kərimə aid edilməsi tam məntiqəuyğundur. Quran zikr hesab olunduğu təqdirdə, Peyğəmbər (s) və onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.
    Təəccüblü də olsa, bəziləri «zikr əhli»ni «kitab əhli» kimi tərcümə etmişdir. İmam Əli ibn Musa ər-Riza (ə) «zikr əhli» ifadəsini yəhudi və məsihi alimlərinə aid edənlərə belə buyurur: «Sübhanəllah! Məgər belə bir şey mümkündürmü?! Əgər biz yəhudi və məsihi alimlərinə müraciət etsək, onlar bizi öz məzhəblərinə dəvət edərlər. Zikr əhli bizik!»(«Nurus-səqəleyn», 3-cü cild səh. 57.).
    Yuxarıda deyilənlərdən aydın oldu ki, insan onu maraqlandıran məsələ barədə mütəxəssisə müraciət etməlidir. Hər bir şəxs öz xəstəliyinin müalicəsi üçün etibarlı həkim axtardığı kimi, dini məsələlərdə də ən ədalətli və ən alim müctehidə üz tutmalıdır.
    Sual 95: İslam dini qadına nə verdi?
    Cavab: İslamdan əvvəl təkcə cahil ərəblər arasında yox, o dövrün ən mədəni sayılan ölkələrində belə qadına bir əşya kimi baxılırdı. Sözsüz ki, ərəb cəmiyyətində qadın şəxsiyyəti daha alçaq bir şəkildə təhqir olunurdu. Cahiliyyət dövrünün məşhur şerlərindən birində deyilirdi:
    Oğullar olsa da, oğlumuz bizim,
    Qızlarsa, oğludur düşmənimizin.
    Uyğun dövrdə tayfalararası müharibələrdə əsir düşən qadınlar, adətən, orada ərə gedər və əsirlər geri qaytarılanda düşmən tərəfdə qalmağa üstünlük verərdilər. Cahil ərəblər bu sayaq hadisələrə əsaslanaraq, yenicə doğulmuş qız övladını diri-diri torpağa basdırardılar. İslam dininə qədərki dövrdə qadının real vəziyyəti belə idi.
    Quran nazil oldu və cahil ərəblərin çirkin əməllərini mühakimə etdi: «Onlardan birinə qızı olduğu üçün müjdə verdikdə, qəzəbindən üzü qapqara qaralır. Bu müjdənin pisliyi üzündən öz tayfasından qaçıb gizlənir. Görəsən, o, körpəni zillət içində saxlayacaq, yoxsa torpağa basdıracaq? Görün, necə də pis mühakimə yürüdürlər!» («Nəhl» surəsi, ayə 58-59. ).
    İslam Peyğəmbərinə (s) qızının olması xəbər veriləndə, ətrafda bu xəbəri eşidənlərin qanı qaraldı. Həzrət (s) buyurdu: «Bu nə halətdir sizdə görürəm?! Allah-təala qoxulamaq üçün mənə bir çiçək verib. Əgər onun ruzisinə görə qəmginsinizsə, ruzisini Allah yetirəcək»(«Vəsailüş-şiə», 15-ci cild, səh.104.).
    Digər bir hədisdə Həzrət (s) buyurur: «Qız nə gözəl övladdır! Məhəbbətli, köməkçi, munis, pak, həm də pak edən»(«Vəsailüş-şiə», 15-ci cild, səh.100.).
    Həmin dövrdə qız, qadın haqqında bu sayaq sözlər demək, yalnız Allahın lütfü ilə mümkün olurdu. Peyğəmbər (s) qızı Fatimənin əlini öpəndə, hətta yaxınları belə təəccüblənərdi.
    Bəli, İslam zühur etdi və qadın şəxsiyyətini alçaldan bütün ənənələrə son qoyuldu. İslam qanunları ilə yaşayan qadın, həzrət Fatimənin (ə) timsalında ən azad qadındır. İslam qadını oyuncağa, eyş-işrət vasitəsinə çevirənlərin ağzından vurub, ona şəxsiyyət azadlığı verdi.
    Bu gün dünya istismarçıları qadına «hicabını at, azad ol», deyirlər. Əsil azadlıq isə bədən yox, şəxsiyyət azadlığıdır. Əgər çılpaqlıq azadlıqdırsa, heyvanlara həsəd aparmığımız gərəkdir! İslam dini isə, məhz şəxsiyyətini qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli dürr kimi sədəfdə örtünməyi tövsiyə etdi. İslam «behişt ananın ayaqları altdadır» deməklə, qadını heç zaman görünməmiş bir məqama yüksəldib, ona mülkiyyət, seçib-seçilmək, ictimai-siyasi proseslərə qatılmaq hüququ verdi.
    Sual 96: Süd necə yaranır?
    Cavab: İnsanın ixtiyarına verilmiş dəyərli ilahi nemətlərdən biri də süddür. Qurani-kərimdə buyurulur: «Şübhəsiz ki, mal-heyvanda sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içiririk»(«Nəhl» surəsi, ayə 66.).
    Bətnində körpə olan ana qidalanır və bu qidaların təsiri qanda özünü büruzə verir. Qan dövranı sisteminin çıxışı, körpəni («cənin») qan dövranı sistemi ilə əlaqələnir. Körpə nə qədər ki, ana bətnindədir, bu yolla qidalanır. Uşaq doğulduqdan sonra anadakı körpəni qidalandırma çıxışı, onun döşünə ötürülür. Ananın yedikləri tam həzm olmamış bir növ qida ilə qan arasında süd yaranır. Süd nə həzm olmuş qida, nə də qandır. Ana döşündə proteinli süd hazırlanarkən, əlavə olaraq yalnız bədəndəki turşulardan istifadə olunur. Hazırlanan südün tərkibindəki vitaminlərin, duzun, fosfatın, şəkərin qandan götürüldüyü məlumdur. Süd qida maddələrinin qan vasitəsi ilə sorulmasından yaranır.
    Elmi hesablamalara əsasən, ana döşündə bir litr südün hazırlanması üçün ən azı beş yüz litr qan bu üzvdən dövr etməlidir. Hansı ki, bir litr qanın yaranması üçün bu qandan qat-qat artıq qida qəbul olunmalıdır. Demək, ana döşündə gedən proseslərin mahiyyəti, hələ də elm üçün qaranlıqdır. Həzrət Peyğəmbər (s) buyurur: «Suyu və qidanı tam əvəz edə biləcək yeganə şey, süddür».
    Sual 97: Allah-təala hansı həşərata vəhy nazil etdi?
    Cavab: «Nəhl» surəsinin 68-ci ayəsində buyurulur: «Rəbbin bal arısına belə vəhy etdi: «Dağlarda, ağaclarda və alaçıqlarda (damlarda, pətəklərdə) özünə yuva sal». Növbəti ayədə isə bu vəhyin mahiyyəti açıqlanır: «O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar»(«Nəhl» surəsi, ayə 69. ).
    Maraqlıdır ki, istəklər təkcə bal arısı yox, bütün heyvanlara ilha olunduğu halda, nə üçün ayədə yalnız bal arısının adı çəkilir? Hal-hazırda bal arısının həyatının alimlər tərəfindən ətraflı şəkildə öyrənilməsi belə bir nəticəyə gəlməyə əsas verir: bal arısının ailəsindəki mədəniyyət və ictimai nizam, bəşəriyyət üçün bir nümunədir.
    Bal arısının altı guşəli xanalardan ibarət qurduğu ev, hələ də mühəndisləri heyran edir. Uyğun mənzili təşkil edən xanaların altı guşəli olması ona xüsusi möhkəmlik verir. Bal arısı ailəsində çox ciddi əmək intizamı hökm sürür. Öhdəsində olan işi yerinə yetirə bilməyən üzv yuvanın qapısındakı nəzarətçilər tərəfindən geri qaytarılır. Bəs bu ciddi intizamın nəticəsi nədir? Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs ayda bir dəfə bal yeyib, Allahdan Quranın vəd etdiyi şəfanı istəsə, Allah-təala onu 77 növ xəstəlikdən qoruyar»(«Səfinətül-bihar», 2-ci cild, səh. 190. ).
    Ciddi nizamın və ağır zəhmətin nəticəsi olan bal, heç vaxt keyfiyyətini itirib zay olmur. Alimlərin fikirincə bunun səbəbi, balın tərkibində güclü mikroböldürücü kalsiumun çoxluğudur. Bal ürək ağrısından tutmuş mədə yarasınadək, əksər xəstəliklərin dərmanıdır.
    Bal arısı və onun istehsal etdiyi bal o qədər əsrarəngizdir ki, bu mövzunun dərinliyinə getmək kitabın imkanlarından xaricdir.
    Sual 98: İnsana həqiqəti anlamaqda mane olan nədir?
    Cavab: Həqiqət nə qədər aşkar görünsə də, onu kor gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o qədər ehtiyac vardır. Axı kor, günəşin işığını necə görə bilər?!
    İnsanın həqiqəti tanımasına mane olan yanlış mühakimələr, nəfs istəklərinə tabeçilik, kor-koranə tərəfbazlıq, təkəbbür və bu kimi başqa mənfi təzahürlərdir. Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir.
    Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm övladının qəlbini dövrəyə almasaydılar, insanlar fəzanın dərinliklərini seyr edə bilərdilər. Bəs şeytanlardan necə qurtulmalı? Qurani-kərimdə buyurulur: «Həqiqətən iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir»(«Nəhl» surəsi, ayə 99-100. ).
    Demək, doğru yol yolçuları üçün ilkin şərt, nəfsin paklandırılması və təqvadır. Qurani-kərim doğru yol göstərən ilahi kitab olduğu halda, nəfsinə uyan insanlar hətta Qurandan da öz yanlış mühakimələrinin sübutu üçün istifadə edirlər. Ona görə də, «Bəqərə» surəsinin 2-ci ayəsində buyurulur: «Bu heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır».
    Sual 99: Müsəlman yalan danışa bilərmi?
    Cavab: İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar arasında yalan ən çirkin sifətlərdən hesab olunur. Qurani-kərimdə bu barədə buyurulur: «Yalanı, ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar»(«Nəhl» surəsi, ayə 105. ).
    İmam Sadiq (ə) buyurur: «İnsanların rüku və səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət edin»(«Səfinətül-bihar», {mənbə kamil deyil}.).
    İmam Baqir (ə) buyurur: «Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, şərabdan da pisdir»(«Üsuli-kafi,» 2-ci cild, səh. 254.).
    Yalanla günah arasında əsaslı rabitə vardır. Günahkar insan doğru danışarsa, rüsvay olar. O öz günahını örtmək üçün yalana əl atmağa məcburdur.
    Bir şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, ərz etdi: «Ya Rəsullullah! Həm namaz qılmıram, həm günaha yol verirəm, həm də yalan danışıram. Bunlardan hansını birinci tərk edim?». Həzrət Peyğəmbər (s) ona məsləhət gördü ki, əvvəlcə yalanı atsın. Peyğəmbərin (s) yanından çıxan həmin şəxs, bir az sonra günah etmək istədikdə yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru cavab verməsə, cəzalanacaq. Ona görə də bütün günahlarına tövbə etdi.
    Başqa bir vaxt isə həzrət Peyğəmbərdən (s) soruşdular:
    - Müsəlman qorxaq ola bilərmi?
    Həzrət (s) buyurdu
    - Mümkündür.
    - Müsəlman paxıl ola bilərmi?
    O həzrət mümkün olduğunu bildirdi.
    - Müsəlman yalan danışa bilərmi?
    Həzrət (s) «müsəlman yalan danışa bilməz»- deyə buyurdu.
    Sual 100: Mürtəd kimdir?
    Cavab: İslam dinində iman gətirdikdən sonra küfr edən insana mürtəd deyilir. Kitab əhlinə bir o qədər də sərt münasibət göstərməyən İslam, İslamı qəbul etdikdən sonra atan mürtədə olduqca kəskin yanaşır. Çünki bu böyük günah bütün İslam dünyasına qarşı qaldırılmış qiyamdır və cəmiyyəti parçalayır.
    Müsəlman ata və müsəlman anadan doğulmuş bir şəxs dindən çıxarsa, onun tövbəsi zahirən qəbul deyildir. Amma valideynləri müsəlman olmayan bir şəxs dini qəbul edib sonra dindən çıxarsa, tövbəsi qəbuldur.
    Görəsən, bu iki şəxs arasında nə üçün fərq qoyulur?
    Əvvəlcə onu qeyd edək ki, İslam dini məntiq əsasında qəbul olunmalıdır. Müsəlman ailədə doğulmuş şəxs İslam dininin əsaslarından xəbərdar olduğu üçün onun dindən çıxması məlumatsızlıq yox, xəyanət hesab olunur. Amma dini sonradan qəbul etmiş şəxs, bilməməzlik ucbatından səhv edə bilər.
    Sözsüz ki, təzyiq altında dindən çıxdığını deyən şəxs, qəlbən dinindən dönməyibsə, mürtəd hesab olunmur.
    Sual 101: Təbii fəlakətlərin səbəbi nədir?
    Cavab: Son dövrlər planetimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə, bu sualın cavabı olduqca sadədir. Allah-təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi. Allah da həmin şəhərin sakinlərinə etdikləri əməllərə görə, aclıq və qorxu bəlası daddırdı»(«Nəhl» surəsi, ayə 112. .).
    Qurani-kərimdə Nuhu inkar edənlərin selə qərq olduğu, Ad və Səmud tayfalarının günahkarlıqları müqabilində dəhşətli sarsıntıya bürünərək diz üstə düşüb qaldıqları, qadınları qoyub, kişilərə şəhvətlə yanaşan Lut tayfasının əzab yağışına düçar olduğu və başqa ibrətamiz əhvalatlar rəvayət olunur. Hər bir millət Allaha etiqadı müqabilində üç böyük nemətlə mükafatlandırılır: əmin-amanlıq, gələcəyə inam, gen-bol ruzi.
    İmam Sadiq (ə) buyurur: «Bəni-İsraildən bir tayfa o qədər gen-bolluq, rifah içində yaşayırdı ki, hətta uşaqlarının oyuncaqları da qida maddələrindən hazırlanmışdı. Amma bu tayfa axırda bir günə düşdü ki, həmin oyuncaqları yeməyə məcbur oldu»(«Təfsire Nurus-səqəleyn» 3-cü cild, səh. 91. . ).
    Demək, bütün bəlaların, eləcə də, təbii fəlakətlərin səbəbi, «İnsanların dünyanı axirətdən üstün tutmasıdır»(«Nəhl» surəsi, ayə 107. ).
    Sual 102: Müxaliflərlə necə rəftar etməli?
    Cavab: İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər və təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək olduqca təsirlidir. «Nəhl» surəsinin 125-ci ayəsi uyğun mövzudan bəhs edir. Qurani-kərimin bir sıra başqa ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:
    1. Allahın yoluna hikmətlə dəvət et;
    Hikmət dedikdə elm, məntiq, dəlillər nəzərdə tutulur. Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.
    2. Gözəl öyüd-nəsihətlə dəvət et;
    İnsanlar xaraktercə gözəlliyə meyilli olduqlarından, kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.
    3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;
    4. Təcavüzkar müxaliflərlə rəftarda ədalətli ol. Artıq cəza, zülm və günahdır;
    5. Sizə cəza vermiş müxalifəti səbir edib bağışlasanız, daha yaxşıdır;
    Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) əmisi Həmzəni öldürməklə kifayətlənməyib, ciyərini və ürəyini çıxarmış, burnunu və qulağını kəsmişdilər. Həzrət Peyğəmbər (s) düşməndən intiqam almaq haqqında düşünərkən, ayə nazil oldu: «Əgər səbir etsəniz, bu, daha xeyirlidir»(«Nəhl» surəsi, ayə 126.). Peyğəmbər (s) ərz etdi: «Səbir edirəm, Xudaya».
    6. Düşmənin əzabı qarşısında səbir etmək yalnız Allaha xatir olduqda, faydalıdır;
    Əslində, Allahın yardımı olmadan vəhşiliyə səbir etmək, qeyri-mümkündür.
    7. Dəvət qəbul olunmadığı təqdirdə, kədərlənmə;
    Çünki sən öz vəzifəni yerinə yetirmisən
    8. Düşmən hiyləsi qarşısında sıxılıb, meydanı boş buraxma;
    Sənin sığındığın Allah, bütün hiylələri puça çıxarmağa qadirdir
    9. Pis əməllərdən çəkin;
    10. Xeyir əməl üçün çalış.
    Sual 103: Yəhya peyğəmbərin başı kimə hədiyyə verildi?
    Cavab: Allah-təala Zəkəriyya peyğəmbəri qoca yaşlarında övladla müjdələdi. «Məryəm» surəsinin 7-ci ayəsində buyurulur: «Ey Zəkəriyya, sənə bir oğulla müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik». Uyğun surənin 12-ci ayəsi Yəhyanın kimliyini bəyan edir: «Ey Yəhya, kitabdan bərk yapış! Biz, uşaq ikən ona hikmət verdik».
    Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi oldu. Məsihi və müsəlman tarixçiləri bu şəhadəti belə təsvir edir: Yəhyanın yaşadığı dövrdə Fələstin padşahı nəfsinə uymuş zalım bir şəxs idi. O, öz qardaşı qızının gözəlliyinə vurulub, bu qızla evlənmək qərarına gəlmişdi. Əmisi kimi şeytana uymuş qız da, bu izdivaca çalışırdı. Bu xəbər Yəhya peyğəmbərə çatdı. Belə bir izdivacın ilahi qanunlara zidd olduğunu elan edən Yəhya, Fələstin padşahı ilə mübarizəyə başladı. Yəhyanın müxalifətçiliyindən xəbər tutan günahkar qız əmisinə dedi: «Yəhya bizim adımızı dillərə saldı. Bütün xalq bizdən danışır. Mən onun başından başqa hədiyyə istəmirəm».
    Qızın eşqindən dəli-divanə olmuş padşahın gözləri tutuldu və Yəhyanın boynunu vurdurub, qıza hədiyyə etdi.
    Hədislərə əsasən imam Hüseyn (ə) buyurmuşdur: «Dünyanın pisliyinə bax! Zalımlar Zəkəriyya oğlu Yəhyanın başını Bəni-İsraildən olan günahkar bir qadına hədiyyə etdilər».
    Sual 104: Məryəm nə üçün Allahdan ölüm istədi?
    Cavab: Bəşəriyyət tarixində bir insan əli toxunmadan, bakirə ikən hamilə olmuş yeganə qadın İsa peyğəmbərin (ə) anası Məryəmdir.
    Cahil insanların dedi-qodusundan qorxan Məryəm haqqında Qurani-kərimdə belə buyurulur: «Doğum sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. Məryəm dedi: «Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım»(«Məryəm» surəsi, ayə 23. ).
    Həmin qısa müddətdə üzücü çətinliklərlə üzbəüz gələn Məryəm üçün həyat zəhərə dönmüşdü. Şərəf və ləyaqətini qorumaq onun üçün heç də asan deyildi. Məryəm elə düşünürdü ki, bu uşaq doğulan kimi cəmiyyət qarşısında rüsvay olacaq. Hansı ki, Məryəm üçün paklıq həyatından üstün idi. Allahdan ölüm istəmək batil bir iş olduğu halda, Məryəmin öz iffətini qorumağa xatir atdığı bu addım bağışlana bilərdi.
    Öz sevimli bəndəsini çətinliklərlə sınağa çəkən Allahın bu bəndə üçün qarşıda hansı açılışlar hazırladığını ağlına gətirməyən insan, bəzən dözümsüzlük göstərir.
    Bəziləri Məryəmin başına gələnlərə şübhə edib, «Möcüzə yalnız peyğəmbərlərə və imamlara aiddir», deyirlər. Onlar unudur ki, Məryəmin başına gələnlər, bilavasitə İsa peyğəmbərlə (s) bağlı idi. Bundan əlavə, möcüzədən başqa «kəramət» deyilən bir qeyri-adilik də var. Allah-təala istədiyi mömin bəndəni bu sifətlə mükafatlandırır.
    Sual 105: Möminlər cəhənnəmi görəcəkmi?
    Cavab: Allah-təala buyurur: «Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın. Bu Rəbbinin buyurduğu vacib bir hökmdür»(«Məryəm» surəsi, ayə 71.). Əksər təfsirçilərin fikirincə, bütün insanlar istisnasız olaraq cəhənnəmə daxil olacaqlar.
    Amma bu o demək deyildir ki, bütün insanlar cəhənnəm odunda yanacaqdır. Nəmrudun İbrahim peyğəmbəri oda atdığını xatırlayaq. Od yandırıcı olsa da, Allahın iradəsinə tabedir. Allahın iradəsi ilə od iman nuru qarşısında acizdir.
    Cəhənnəmə daxil olan möminlərin iman nuru odu təsirsizləşdirər və kimsəyə zərər toxunmaz. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bütün əməlisalehlər və günahkarlar cəhənnəmə daxil olar. Alov İbrahimin qarşısında hərarətdən düşdüyü kimi, möminlərin də qarşısında hərarətini itirər»(«Nurus-səqəleyn», 3-cü cild, səh.353. ).
    Bəs möminlərin cəhənnəmə daxil olmasının hikməti nədir? Cəhənnəmi müşahidə etdikdən sonra behiştə qədəm qoyan möminlər, onun nemətlərindən əsl ləzzət aparacaqlar. Həzrət Peyğəmbər (s) buyurur: «İnsanlar cəhənnəmə daxil olduqdan sonra əməlləri nəzərə alınmaqla, oradan bayıra çıxacaqlar. Bəziləri şimşək tək, bəziləri külək kimi, bəziləri iti qaçaraq, bəziləri iti yerişlə, bəziləri də adi yerişlə»(«Nurus-səqəleyn», 3-cü cild, səh.353. ).
    Möminlərin cəhənnəmdə qalmayacaqları ayələrdə də təsdiq olunur: «Sonra biz Allahdan qorxub pis əməldən çəkinənlərə nicat verəcək, zalımları isə, orada diz üstə çökmüş halda saxlayacağıq»(«Məryəm» surəsi, ayə 72.).
    Sual 106: Sehr xürafatdır, yoxsa həqiqət?
    Cavab: «Sehr» kəlməsinin lüğəti mənası, «mənbəyi bilinməyən, gizli qalan hadisə» deməkdir. Amma hal-hazırda sehr dedikdə, qeyri-adi bir iş başa düşülür.
    Gözbağlayıcılıq, təlqin, yalnız mütəxəssislərə məlum fiziki və kimyəvi proseslər, cindarlıq vasitəsi ilə nümayiş etdirilən hadisələr sehr kimi qəbul olunur.
    Sehrbazlıq həzrət Musanın (ə) dövründə çox güclü idi. Amma hal-hazırda da sirk tamaşalarında sehrbazlıqla tez-tez qarşılaşırıq.
    Sehrbazlıqa aid yazılmış kitablarda, sehrbazların bir çox sehrləri açıqlanmışdır. Məsələn, sehrbazın əlindən hər hansı bir predmetin uçması indiki dövrdə, çətin ki, kimsəni təəcübləndirsin. Çünki insanların əksəriyyəti kimyadan xəbərdardır və bir çox maddələrin havadan yüngül olduğunu bilir. Bu maddədən hər hansı bir cismdə yerləşdirməklə, onu hərəkətə gətirmək olar.
    Yuxarıda deyilənlərdən məlum olur ki, sehr inkar ediləsi xürafat deyil. Amma bu iş, adətən, insanların aldadılması üçün istifadə olunduğundan, İslam dinində qadağandır və böyük günahlardan hesab olunur.

    Category: 170 Sual-cavab | Views: 1306 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024