İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 25 » Kitabın adı: 170 Sual-cavab
    12:09 PM
    Kitabın adı: 170 Sual-cavab
    SUAL 107-120
    Sual 107: Həzrət Peyğəmbərdən (s) sonra ümmət səhvə düçar olmuşdusa, həzrət Əli (ə) nə üçün susurdu?
    Cavab: Həzrət Əlinin (ə) ilahi məqamına şübhə edib, onu Peyğəmbərdən (s) sonrakı üç xəlifə ilə eyniləşdirənlər, həmin xəlifələrin müdafiəsinə qalxaraq deyirlər: «Əvvəlki üç xəlifənin doğru yoldan azdığını bilərək, həzrət Əli (ə) nə üçün susurdu?».
    İstər sünni, istər şiə mənbələrindən ətraflı məlumata malik insanlar, Əlinin (ə) həmin dövrdə açıq-aşkar şəkildə öz mövqeyini bəyan etməsindən xəbərdardırlar. Əmin olmaq üçün «Nəhcül-bəlağə»nin 3, 87, 94, 97, 147 və 154-cü xütbələrinə nəzər salmaq kifayətdir. Həzrət Peyğəmbərin (s) vəfatından sonra münafiqlər İslama zərbə vurmaq üçün məqam gözləyirdilər. Bütpərəstliyin kök atdığı bir ölkədə kiçik bir qatışıqlıq, dövlət sütunları kövrək olan İslam üçün çox təhlükəli idi. Həzrət Əli (ə) yalnız İslamı qorumaq xatirinə səbir edirdi. Əli (ə) öz səbri ilə müsəlmanların birliyini qorumağa çalışmasına baxmayaraq, Əbu Bəkrə qarşı qiyama qalxdı. Ömər və Osman isə, qətlə yetirildi.
    Sual 108: Çoxallahlıq hansı dəlillərlə inkar olunur?
    Cavab: İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanların zaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərlə bu inamı yarada bildi.
    Qurani-kərimdə buyurulur: «Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də pozulardı»(«Ənbiya» surəsi, ayə 22.). Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.
    Müşriklər bu dəlil qarşısında «tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz», dedilər. İslam onlara belə cavab verdi: fərq və ziddiyyəti doğuran çoxluqdur. Fərdlərin oxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.
    Bir kafir imam Sadiqdən (ə) soruşdu: «Allah necədir?». İmam (ə) buyurdu: «Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglik yaradanın birliyinə dəlildir»(«Tövhidi-Səduq».).
    Qurani-kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə «dəlilinizi gətirin»(«Ənbiya» surəsi, ayə 24. ) deyir.
    Əhli-beyt (ə) hədislərində məntiqə əsaslanan belə bir cavabla da rastlaşırıq: «Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər».
    Sual 109: İnsan «tələskənlikdən» yaradılıb?
    Cavab: «Ənbiya» surəsinin 37-ci ayəsində buyurulur: «İnsan tələskənlikdən yaradılıb». Bu ayənin «insan tələskən yaradılıb» kimi tərcümə edilməsi doğru deyildir. Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin».
    Təfsirçilər uyğun ayənin heç də hamıya şamil olunmadığını bildirirlər. Ayədə ilahi yoldan azmış zalım və ya cahil insanlar nəzərdə tutulur. Bu ayə bir növ təkiddir. Yəni insan elə tələsir ki, sanki tələskənlikdən yaradılıb.
    Ətrafınıza diqqətlə nəzər salın. Əksər adi insanlar tələsir. İstər xeyir iş olsun, istərsə də şər iş, onlarda hövsələsizlik müşahidə olunur. Hətta günaha batmış insanlara «Allahın qəzəbinə gələrsən» deyəndə, «bəs bu əzab nə üçün gecikir»-deyə soruşurlar. Onların cavabında Allah-təala buyurur: «Ayələrimi sizə göstərəcəyəm, Məni tələsdirməyin»(«Ənbiya» surəsi, ayə 37. ). Burada ayə əzab, bəla mənasında işlənmişdir.
    Tələskənlik insan talehi üçün o qədər təhlükəlidir ki, hətta onu əbədi axirət səadətindən məhrum edə bilər. Tələsən insan daim zərərdədir. Sürücü ötmə əməliyyatında tələsməklə həyatını əldən verir, əkinçi toxumu vaxtından əvvəl səpməklə, məhsuldan məhrum olur, insan özünə həyat yoldaşı seçərkən tələsməklə, ailə həyatını zəhərə döndərir, oruc tutan insan azanın vaxtını gözləməkdə tələsməklə, gün uzunu çəkdiyi zəhməti bada verir. Ona görə də, İslam dini öz ardıcıllarını səbrə dəvət edir. Əksər ayələrdə səbir və namaz kəlmələri qoşa işlənir.
    Sual 110: Bütü sındırmaq günahdırmı?
    Cavab: Beş ülul-əzm peyğəmbərdən biri olan İbrahimin (ə) ilahi məqamı kimsədə şübhə doğurmur. Allah-təala İbrahim haqqında buyurur: «Yadına sal ki, Rəbbi İbrahimi bir neçə sözlə imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda, Allah ona buyurdu: «Səni insanlara imam təyin edəcəyəm»(«Bəqərə» surəsi, ayə 124.).
    Burada İbrahimi yada salmağımız təsadüfi deyil. O, məhz büt sındırmaqla şöhrət tapmış peyğəmbərdir. Bir müddət məntiq və dəlillə ətrafındakıları bütpərəstlikdən çəkindirib, bir Allaha üz tutmağa çağıran peyğəmbər istehza ilə qarşılandı. Artıq əməli fəaliyyətə keçməyin vaxtı idi. Bütxananı xəlvət görən İbrahim (ə) vəzifəsini yerinə yetirmək qərarına gəldi.
    Bayram münasibəti ilə şəhər kənarına çıxmış bütpərəstlər geri qayıdıb, bütxanaya daxil olanda, gördükləri səhnədən dəhşətə gəldilər. Sağ-salamat qoyub getdikləri bütlər, qol-qıçı sınmış halda ətrafa səpələnmişdi. Onlar «allahlarımızın başına bu oyunu kim gətirib», deyə fəryad qopardılar.
    Nəhayət, təxminən 16 yaşlı İbrahim (ə) tutulub, mühakimə üçün zalım Nəmrudun hüzuruna gətirildi. İbrahimin «bəlkə, bu işi böyük büt görüb» sözləri bütpərəstləri tamam çaşdırdı. Onun məqsədi, bütlərin acizliyini ətrafdakılara anlatmaq idi. Bütpərəstlər İbrahimin sözlərindən bir anlıq oyansalar da, cəhalət üstün gəldi. Nəmrudun əmri ilə İbrahim oda atıldı.
    Yuxarıda deyilənlərdən aydın oldu ki, bütləri sındırmaq nəinki, günah deyil, hətta vacib bir dini vəzifədir. Bunu da unutmaq olmaz ki, büt təkcə taxtadan və ya daşdan yonulmuş heykəl deyil. İnsanı Allahdan uzaqlaşdıran hər bir əşya, hər bir əyləncə, hər bir bağlılıq bütdür. Allahdan qeyrisinə könül verib, bəndəlik məqamını unutmaq bütpərəstlikdir.
    Sual 111: Atəşin gülzara döndüyünü görən Nəmrud iman gətirdimi?
    Cavab: Bütpərəstliklə fəal mübarizənin nəticəsi olaraq, zalım padşah Nəmrud İbrahimi odda yandırmaq qərarına gəldi. Zalım istismarçılar, adətən, avam kütlələrin qəlbini ələ almaq üsullarını gözəl bilirlər. Nəmrud da belələrindən idi. O, «hanı sizin qeyrətiniz», «nə üçün tanrılarınızı müdafiə etmirsiniz», «qeyrətiniz varsa, İbrahimi oda çəkin» kimi şüarlarla xalqı İbrahimə qarşı qaldırdı. Camaat tonqal üçün qırx gün çır-çırpı daşıdı. Tonqal qalandıqdan sonra ətrafında elə bir hərarət yarandı ki, kimsə yaxınlaşa bilmədi. Çox düşündükdən sonra qərara gəldilər ki, İbrahimi mancanağa qoyub, əzəmətli tonqalın içinə atsınlar. Belə də etdilər. Allah-təala buyurur: «Biz də «ey atəş, İbrahimə qarşı sərin və zərərsiz ol» buyurduq»(«Ənbiya» surəsi, ayə 69.).
    «Əl-mizan»da nəql olunan bir rəvayətə görə Cəbrail (ə) İbrahimin (ə) görüşünə gəlib, dedi: «Köməyə ehtiyacın varmı?». İbrahim (ə) belə cavab verdi: «Sənin köməyinə yox!». Cəbrail ona belə təklif etdi: «Onda Allahdan kömək istə». Həzrət İbrahim dedi: «Hamıdan xəbərdar olması kifayətdir!».
    Bütpərəstlər İbrahimi atdıqları odun vahiməsindən fəryad çəkir, Nəmrud isə İbrahimin bir ovuc külə dönəcəyi anı həsrətlə gözləyirdi. Amma tonqal yanıb tükəndikdən sonra İbrahimin sağ-salamat onunla üzbəüz dayandığını görən Nəmrud haray çəkib dedi: «Ey İbrahim! Doğrudan da, sənin Allahın böyük imiş. Səninlə od arasında pərdə çəkəcək qədər böyük! İndi ki, belə oldu, O Allahın qüdrətinə xatir qurbanlıq edirəm».
    Rəvayətə görə, Nəmrud dörd min qurban kəsdi. Amma İbrahim ona xatırladı ki, bütpərəstlikdən imtina edib, bir Allaha iman gətirməsə, qurbanları qəbul olmayacaq. Nəmrud isə ona belə cavab verdi: «Belə etsəm, taxt-tacım əlimdən çıxar. Mən isə buna dözə bilmərəm».
    Sual 112: Bir mühakimədə iki hökm ola bilərmi?
    Cavab: «Ənbiya» surəsinin 78-ci ayəsində xarab edilmiş əkin sahəsinə işarə olunur. Dini rəvayətlərdə isə, bu hadisə ətraflı şərh olunur.
    Davud peyğəmbərin (ə) dövründə bir qoyun sürüsü gözəl bir bağa girib, onu xarab edir. Bağ sahibi şikayət üçün Davudun yanına gəlir. Onu diqqətlə dinləyən peyğəmbər hökm çıxarır ki, vurulmuş ziyanın əvəzində qoyunlar bağ sahibinə verilsin.
    Bu hadisə cərəyan edən vaxt uşaq olan Süleyman, atasına yaxınlaşıb deyir: «Ey Allahın peyğəmbəri, bu hökmü əvəz etsən yaxşıdır. Bağı, bərpa edilənədək qoyunların sahibinə tapşır. Qoyunları isə bağ sahibinə ver ki, bağ bərpa olanadək, südündən yunundan istifadə etsin»(«Məcməul-bəyan». ).
    Məlumatsızlıq üzündən cahil insanlar elə düşünə bilər ki, uyğun əhvalatda haqqında danışılan iki hökm bir-birinə ziddir. Hansı ki, bir çətinlikdən iki çıxış yolu ola bildiyi kimi, bir mühakimədə də iki müxtəlif hökm verilə bilər.
    Davud peyğəmbər bağ sahibinə dəymiş zərəri hesablayaraq, bu zərərin qoyunlarla ödənməsi hökmünü vermişdi. Bu hökm tam ədalətli idi. Oğlu Süleymanın verdiyi hökm də ədalətə əsaslanırdı.
    Belə bir hadisənin baş verməsinin hikməti nə idi? «Təfsiri-Safi»də nəql olunur ki, imam Sadiq (ə) buyurmuşdur: «Bu macəra Davud peyğəmbərin canişininin təyini ilə bağlı idi». Hədisdən belə məlum olur ki, uyğun mühakimədə Süleymanın istedadını açıqlanmaqla, onun qarşıdakı peyğəmbərlik məqamına işarə olunurdu.
    Sual 113: Nə üçün səbirdən danışılanda «Əyyubun səbri» məsəl çəkilir?
    Cavab: Allah-təala öz peyğəmbəri barədə buyurur: «Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən»(«Ənbiya» surəsi, ayə 83.).
    İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısında çox şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi. O, Allah dərgahına belə ərz etmişdi: «Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükr edənlərdən deyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur».
    Bu əhvalatı bütün həqiqətsevərlər üçün dəlil olsun deyə, Allah-təala İblisə icazə verdi, İblis əvvəlcə Əyyubun var-dövlətini, sonra övladlarını əlindən çıxardı. Lakin bu hadisələr Əyyubun şükrünü daha da artırdı. Daha sonra Əyyubu xəstəliyə düçar edib, hey-hərəkətini əlindən aldı. Lakin Əyyub şükrünü davam etdirirdi. İblis bu böyük insanın iradəsini qırmaq üçün hücumlarını şiddətləndirdi. Ətrafdakıların «axı nə günah etmisən ki, belə bəlaya düşmüsən» kimi qınaqları Əyyubun qəlbini parçalayırdı. Amma misilsiz bəlalar qarşısında Əyyub son nəfəsədək şükründən əl çəkmədi. Beləcə, «Əyyub səbri» zərbi-məsələ çevrildi.
    Sual 114: Həddi aşmış ümməti tərk etmək olarmı?
    Cavab: «Ənkəbut» surəsinin 56-cı ayəsində buyurulur: «Ey iman gətirmiş bəndələrim, (sizi incidib, əziyyət verilərsə, hicrət edə bilərsiniz) şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də, yalnız mənə ibadət edin». Ayədən məlum olur ki, həddi aşmış ümmətin təzyiqləri dini vəzifələrin icrasına mane olursa, başqa bir yerə hicrət etmək lazımdır.
    Amma unutmaq olmaz ki, adi insanlarla peyğəmbərlərin vəzifələri arasında fərqlər mövcuddur. Peyğəmbərlər yalnız vəhy əsasında hicrət edir və bir yerdən başqa yerə köçməklə, ilahi buyuruğa əməl edirlər. İbrahim (ə), Musa (ə) və həzrət Məhəmmədin (s) hicrəti bu qəbildəndir.
    Lakin həddi aşmış ümmətini tərk edən Yunis peyğəmbər haqqında belə buyurulur: «Bir zaman o qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi»(«Ənbiya» surəsi, ayə 87. ). Ayədə zikr olunmuş macəra nə ilə nəticələnir?
    İraqın Neynəva məntəqəsində uzun illər qövmünü tək Allaha itaətə çağıran Yunis peyğəmbər, onların etinasızlığı ilə qarşılaşır. Bu qövmün inadkarlığından bezərək, məntəqəni tərk edir. Yunisin süvar olduğu gəmi yolda tufana düşür. Gəminin kapitanı bu hadisəni gəmidə fərari olması ilə əlaqələndirib, bir neçə dəfə püşk atır. Hər dəfə püşk Yunisə düşdüyündən, onun fərari olması kimsədə şübhə doğurmur. Nəhayət, bəladan qurtulmaq üçün Yunis dənizə atılır. Böyük dəniz nəhənginin udduğu Yunis, Allahın möcüzəsi ilə sağ qalır. Allahın qəzəbinə səbəb olduğunu anlayan Yunisin duası qəbul olur.
    Bu hadisə bir daha sübut edir ki, adi insanlar üçün xəta hesab olunmayan bir iş, peyğəmbərləri çətinliyə sala bilər. Nə Adəm, nə də Yunis peyğəmbər heç bir günaha yol verməmişdilər. Sadəcə, daha xeyirli əməli tərk etmişdilər.
    Sual 115: Bütün anaların öz övladlarını unudacağı gün hansı gündür?
    Cavab: Allah-təala dünya həyatının sona yetməsi ilə bərpa olacaq qiyamət günü haqqında buyurur: «Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir. Onu görəcəyiniz gün, hər bir əmzikli ana südəmər körpəsini unudar, hər bir hamilə qadın bari-həmlini yerə qoyar. İnsanları məst görərsən. Hansı ki, onlar məst deyil, Allahın əzabı şiddətlidir»(«Həcc» surəsi, ayə 1-2.).
    Bəziləri Allah qorxusu ilə adi həyat hadisələrindən qorxuya eyni səviyyədə yanaşır və Allah qorxusunu, insan şəxsiyyəti üçün nöqsan hesab edirlər. Həqiqətən də, insanın gecənin qaranlığından, ölümündən qorxması onun şəxsiyyəti üçün qəbahətdir. Lakin insanın Allahdan qorxması onun şəxsiyyətinə nöqsan yox, ucalıq gətirir. Zalım bir hakimdən qorxu insanı xəyanətə, ədalətsizliyə sövq etdiyi halda, Allah qorxusu insanda yalnız müqəddəs hisslər doğurur. Ölümdən qorxan insan, dünyanı əldən verməmək üçün vətənini də satmağa hazır olduğu halda, Allahdan qorxan insan, Onun qəzəbinə düçar olmamaq üçün dünya həyatını qurban verir.
    İnsan xarakterinin malik olduğu bütün hisslər, iki istiqamətdə işlənir. Qorxu da xarakterin malik olduğu hisslərdəndir. Onun işlənməsi qeyri-mümkündür. Sual olunur: Əgər Allahdan qorxmaq qəbahətdirsə, bəs nədən qorxmaq fəzilətlidir?!
    İnsanda qorxu hissi mövcuddur və yalnız Allah qorxusu fəzilət hesab oluna bilər. Bəs dəhşətli qiyamət zəlzələsi zamanı qorxmamaq mümkündürmü? Bu qorxu fəzilətdir, yoxsa qəbahət?
    Bu suala cavab vermək üçün dünya həyatımızda baş verən zəlzələləri xatırlamaq lazım gəlir. Qorxunu qəbahət hesab edənlər bu zəlzələlər zamanı özünü necə aparır?
    Bir sözlə, qorxu mövcuddur və insanda müsbət hisslər aşılayan, onu Allaha yaxınlaşdıran, günahın qarşısını alan qorxu qəbahət deyildir. Qorxunun məhz müsbət təsirlərini düşünərək, qiyamət gününü ‒ dəhşətli zəlzələlərlə müşayiət olunan günü unutmamağımız zəruridir. Bir gün ki, bütün əmzikli analar südəmər körpəsini unudacaq!
    Sual 116: İnsan həyatı hansı mərhələlərdən ibarətdir?
    Cavab: «Həcc» surəsinin 5-ci ayəsində buyurulur: «Həqiqətən, biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, sonra tam şəklə düşmüş və ya düşməmiş «muzğə»dən (çeynənmiş ətə oxşar şey) yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində bir müddət saxlar, sonra uşaq şəklində doğurarıq. Sonra məqsəd yetkinlik həddinə çatmağınızdadır. Bu arada kimi ölər, kimi də ömrün elə rəzil həddinə çatar ki, bildiklərini unudar».
    Ayədən göründüyü kimi, insan həyatı yeddi mərhələdən ibarətdir:
    1. Torpaq mərhələsi – yalnız Adəm yox, bütün insanların ilki topaqdır. Ata-ananın qidalandığı bütün nemətlər torpaqdan yaranır və ana bətnində nütfə şəklinə düşür.
    2. Nütfə mərhələsi – nütfə torpağın qidalarla ata-ana orqanizminə ötürdüyü mikrocanlı qatqıdır.
    3. Ələqə mərhələsi - ələqə, növbəti laxtalanmış qan mərhələsidir.
    4. Muzğə mərhələsi – laxtalanmış qanın əvvəlcə çeynənmiş ətə oxşar formaya düşməsi və qəfildə əzaların formalaşması.
    5. Uşaqlıq mərhələsi.
    6. Yetkinlik mərhələsi.
    7. Qocalıq mərhələsi.
    Sual 117: «Ərzəlil-umur» nədir?
    Cavab: «Ərzəlil-umur» deməklə, Qurani-kərimdə ömrün ən rəzil dövrü nəzərdə tutulur. Bu, qocalığın elə bir dövrüdür ki, insan bütün biliklərini yaddan çıxarır. Onun biliyi, qarşıya çıxan işlərdə tədbiri eynən uşağı xatırladır. Uşaq kimi xırda bir məsələyə görə narahat olur, bir anda həm sevinir, həm hövsələdən çıxır. Hətta hərəkətləri də uşaq hərəkətlərinə bənzəyir. Hansı ki, uşaqdan heç nə gözləməyənlər ondan çox şey gözləyir. Uşaq yaşa dolduqca dəyişiləcəyinə ümid olduğu halda, qocadan belə bir intizar yoxdur. Uşaqla qoca arasındakı fərqlərdən biri budur ki, uşağın itiriləsi bir şeyi olmadığı halda, qoca ömrünün bütün sərmayəsini əldən vermişdir. Bütün bu xüsusiyyətləri nəzərə alanda uşağa nisbətən qocanın halı daha acınacaqlı görünür.
    Bəzi rəvayətlərdə «ərzəlil-umur» yüz yaşdan yuxarıya aid edilir(«Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 472.).
    Bu deyilənlər bütün qocalaramı aiddir? Ətrafımıza diqqətlə nəzər salsaq görərik ki, bu hala ömrünü elmi mübahisələrdə keçirmiş alimlər arasında çox az təsadüf olunur. Amma belə bir halın Quranda xatırladılması düşünən insanlar üçün ciddi bir xəbərdarlıqdır. Ömrümüzün belə bir dövrünün çətinliklərindən Allaha pənah aparaq.
    Sual 118: Allahın qurbanlığa ehtiyacı varmı?
    Cavab: Bəşər tarixində qurbanlıq haqqında ilkin məlumatla Adəm peyğəmbərin iki oğlunun əhvalatında rastlaşırıq. «Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərinin isə qəbul olunmamışdır»(«Maidə» surəsi, ayə 27.). Bütün səmavi kitablarda, eləcə də, Qurani-kərimdə ilahi hədlər gözlənilməklə, Allah yolunda qurban kəsilməsi alqışlanılır. Lakin cəhalət üzündən bütün işlərdə ifrata varan insanlar, bu işdə də günaha yol vermişlər. Onlar ibadət üçün xəlq olunmuş insan övladını qurbanlıq etməkdən belə çəkinmişlər. Belələri, təbii ki, Allahın qəzəbinə düçar olmuşlar. Allah-təala İbrahim peyğəmbərə (ə) oğlu İsmayıli qurbanlıq etməsi üçün göstəriş verdiyi halda, İbrahimin əlində bıçağın kütləşməsi, Allahın qurbanlıq üçün qoyun göndərməsi, bir daha vəhşi adətlərin süqutudur.
    Allahın qurbanlığa ehtiyacı varmı? Cism olmayan ehtiyacsız Allah belə buyurur: «Onların nə əti, nə də qanı, əlbətdə, Allaha çatmaz. Allaha çatacaq olan, yalnız sizin təqvanızdır»(«Həcc» surəsi, ayə 37.).
    Qurban kəsmək ibadətdir. Bütün ibadətlərin əsas hədəfi, kamil insan tərbiyəsidir. Qurban kəsən insan fədakarlıq məktəbi keçərək, şəhadət üçün hazırlıq görür.
    Qurbanlığın digər bir əhəmiyyəti də, fəqir və miskinlərin yada salınmasıdır.
    Sual 119: Qəlbdə həqiqətə şübhə doğuran kimdir?
    Cavab: Batilə arxa çevirib, həqiqətə üz tutan insan şeytanın hədəfinə çevrilir. «O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır»(«Nas» surəsi, ayə 5. ). Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə suğortalanmamışdır: «(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər»(«Həcc» surəsi, ayə 52.).
    Lakin şeytanın insana təlqini cavabsız da qala bilər. Agah və imanlı insanların həqiqəti batildən seçməkdə heç bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz edib ayələrə şübhə doğuran şeytan, daim iki münasibətlə üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil insanları tovlamağa nail olur.
    İslam düşmənləri şeytanın nüfuzunu təsdiq edən ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) də tovlandığını iddia edirlər. Bu müddəaya da yalnız avamlar inana bilər. Əgər şeytan agah və imanlı adi insanı aldada bilmirsə, daim ilahi göstərişlərdən faydalanan Peyğəmbəri necə aldada bilər?! (Xatırladaq ki, Adəmlə şeytanın əhvalatında Adəm günaha yol verməmişdi. Sadəcə, yaxşı bir iş tərk olunmuşdu).
    Sual 120: «Xuşu» nədir?
    Cavab: İnsanın hər hansı bir sahədə çalışması, hələ müvəffəqiyyət deyildir. Hədəfə doğru aparan yolda maneələr mövcuddur və bu maneələri dəf etmədən hansı müvəffəqiyyətdən danışmaq olar?!
    İnsanın nəfs istəkləri ilə mübarizəsi, ömrün sonunadək davam edən müharibəni xatırladır. Müharibə meydanına girmək, hələ qələbə çalmaq deyildir. Namaza başlamış insan döyüşə girmiş cəngavəri xatırladır. O, yalnız özünün və düşməninin qüvvəsini düzgün qiymətləndirib, Allahın yardımı və öhdəsindəki imkanlardan tam istifadə etməklə qalib gələ bilər. Namaza başlamasına baxmayaraq, pis vərdişlərdən əl çəkməyən, dini cəmiyyətlərin adına ləkə gətirən insanlara az təsadüf olunmur. «Möminun» surəsinin 1 və 2-ci ayələrində buyurulur: «Möminlər nicat tapdılar. O möminlər ki, namazlarında xuşu vardır».
    Xuşu nədir? Xuşu insanın hər hansı əzəmət və ya həqiqət qarşısında təvazökarlığı, özünü kiçik tutmasıdır. Qurani-kərimdə namaza başlamaq yox, xuşu halında namaz qılmaq möminlik əlaməti hesab olunur.
    «Məcməul-bəyan»ın təfsirində belə bir hədis nəql olunur: «İslam Peyğəmbəri (s) namaz zamanı bəzən göyə nəzər salardı. Yuxarıdakı ayə nazil olandan sonra bir daha başını qaldırmadı. Daim yerə baxdı».
    Doğrudan da, zorlu bir zalım qarşısında məzlum görkəm alan insan, necə ola bilər ki, Allah qarşısında özünü kiçik tutmasın?! Xuşu kimi vacib bir hal necə əldə oluna bilər? Ayə və hədislərin köməyi ilə, bu işdə müvəffəq olmaq istəyənlərə yeddi məsləhət verilir:
    1. Mütaliə və düşüncə vasitəsi ilə Allahın böyüklüyünü, dünyanın kiçikliyini anlamağa çalışmaq;
    2. İnsanın fikirini daim özünə cəlb edən səmərsiz məşğələlər, əyləncələrdən kənarlaşmaq;
    3. Bəzək-düzəksiz, sadə yerdə namaz qılmaq;
    4. Günahdan uzaq olmaq;
    5. Namazın mətninin mənası və fəlsəfəsini öyrənmək;
    6. Namazda müstəhəbb əməlləri yerinə yetirmək;
    7. Namazda xuşunun şərt olunduğunu unutmamaq.
    Category: 170 Sual-cavab | Views: 1206 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024