İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: 170 Sual-cavab
    11:56 AM
    Kitabın adı: 170 Sual-cavab
    SUAL 136-150
    Sual 136: Günah savabla əvəz oluna bilərmi?
    Cavab: «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «(Günahkarlar əzaba düçar olarlar) Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər».
    Sevimli səhabə Əbuzər Peyğəmbərdən (s) belə nəql edir: «Qiyamət günü Allah-təala bəzi insanların böyük günahlarının üstünün açılmaması barədə göstəriş verər. Kiçik günahları haqqında sorğuya çəkilən bu insanlar həmin günahları etiraf edərkən, öz böyük günahları haqqında düşünüb, qorxarlar. Bu zaman Allah-təala istədiyi bəndələrin hər bir günahı əvəzində bir savab verilməsini buyurar. İnsan heyrət içində böyük günahlarını axtara-axtara qalar»(«Nurus-səqəleyn», 4-cü cild, səh. 33.).
    Lakin ayə və hədisdə deyilənlər, yalnız həqiqi tövbə edənləri nəzərdə tutur. Həqiqi tövbə isə günahın çirkinliyinə, ondan gələn zərər-ziyana görə olmalıdır. Əgər bir insan yalnız orqanizmə zərərinə görə spirtli içkiləri atırsa, bu həqiqi tövbə deyildir. Həqiqi tövbə Allahın yoluna qayıdış, Allahı razı salmaq niyyəti ilə həyata keçirilməlidir.
    Sual 137: Güc çatmayan məsələni necə həll etmək olar?
    Cavab: «Fürqan» surəsinin son ayəsində buyurulur: «De ki, duanız olmasa, Rəbbimin yanında heç bir dəyəriniz yoxdur».
    Ayə və rəvayətlərdə duanın əhəmiyyətinə kifayət qədər işarə olunmuşdur. Nəfsini paklandırmaq, kamil bir insan olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır. İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki, İslama ümid yeri, sığınacaq kimi baxan cəmiyyətlərdə «Allahdan yağış istəmək» kimi bir ənənə vardır. Quraqlıqdan məhv olma təhlükəsi ilə üzləşmiş əkin sahələrini xilas etmək üçün insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış istəyirlər. Belə duaların haradasa qəbul olunmamasına təsadüf olunmayıb.
    Lakin duanın şərtləri vardır. İlkin şərt dua zamanı çağırdığın Allahı tanımaqdır. Dua məqamında ruhun paklığı, onun hazırlığı ikinci şərtdir. Duanın üçüncü şərti, Allahı razı salmaqdır. Əgər Allah-təala bir insandan narazıdırsa, çətin ki, onun duasını qəbul edə. Dua zamanı bütün diqqətin Allaha yönəldilməsi, duanın dördüncü şərtidir.
    İslam Peyğəmbəri (s) buyurur: «Dua möminin silahı, dinin sütunu, yerin və göyün nurudur»(«Üsuli-kafi», 2-ci cild. ).
    Sual 138: İslamda şerə və şairə münasibət necədir?
    Cavab: İslamın «insan azadlıqlarını məhdudlaşdıran» bir ideologiya kimi təqdim olunmasında maraqlı olanlar, Quranın bir ayəsini ayrıca götürərək, manevr edirlər. Belə ayələrdən biri «Şüəra» surəsinin 224-cü ayəsidir. Ayədə buyurulur: «Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar». İlk baxışdan belə görünə bilər ki, İslam dini şer və şairlə müxalifdir. Hansı ki, uyğun surənin 227-ci ayəsində qeyd olunur: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!».
    Ayədə açıq-aşkar şəkildə həqiqətə «boyun əyən» şerlər və şairlər istisna olunur.Əksər sənət sahələrinə diqqət etsək, mənfi və müsbət olmaqla, iki istiqamətlə rastlaşırıq. Götürək rəssamlığı. Əgər rəssam öz istedadını zülm və əxlaqsızlığın təbliğinə sərf edirsə, Əlbəttə ki, onun fəaliyyəti zərərlidir. Olsun musiqi. Musiqi insanları əyyaşlığa, kazino və barlara səslədiyi kimi, döyüş meydanlarına da haraylaya bilər. Şer də belədir. Ədaləti, həqiqəti, vətən sevgisini təbliğ edən şer nəinki pis deyil, olduqca təqdirəlayiqdir. Həzrət Məhəmməd (s) buyurur: «Şerin bəzisi hikmət, bəzisi isə sehrdir»(«Əl-ğədir», 2-ci cild, səh.9. ).
    Müasir dünyamızda eyş-işrətin təbliği o qədər güclənmişdir ki, əksər sənət sahələri onun inhisarına düşmüşdür. Bu gün həqiqəti, yoxsa rəzaləti təbliğ edən şerlər çoxdur? Ümumiyyətlə, Nizami, Füzuli kimi şairlər yetirmiş xalq şer haqqında nə düşünür? Düşünək!
    Sual 139: Süleyman peyğəmbərin macəraları bizə nə öyrədir?
    Cavab: Qurani-kərim «Nəml» surəsinin 16-43-ca ayələrində Süleyman haqqında buyurur:
    «Biz Davuda və Süleymana elm verdik...».
    «Süleyman Davuda vərəsə oldu və dedi: «Ey insanlar bizə quş dili öyrədildi...».
    «Süleyman insan, cin və quşlardan ibarət qoşun topladı...»
    «Sonra Süleyman quşları yoxlayıb, dedi: «Hüd-hüdü niyə görmürəm?...».
    «And olsun ki, aşkar bir dəlil gətirməsə, ona şiddətli əzab verərəm...».
    «Hüd-hüd gəlib dedi: «Sənin bilmədiyin bir şey öyrəndim. Sənə Səbadan doğru xəbər gətirmişəm».
    «Mən onlara padşahlıq edən bir qadın gördüm...».
    «Mən onun və tayfasının Allahı qoyub, günəşə sitayiş etdiklərini gördüm...».
    «(Süleyman dedi:) Mənim bu məktubumu apar, onlara at...»
    «(Məktubun məzmunu) Mənə qarşı təkəbbür göstərməyin, yanışa müti olaraq gəlin...».
    «(Səba padşahı Bəlqis dedi:) Mən onlara bir hədiyyə göndərəcəyəm...»
    «Süleymanın yanına gəldikdə, o dedi: «Siz mənə var-dövlətləmi yardım edirsiniz?...».
    «...hansınız Bəlqisin taxtını mənə gətirə bilər?».
    «Kitabdan xəbəri olan birisi, «mən onu sənə bir göz qırpımında gətirərəm» dedi».
    «Süleyman ona (Bəlqisə) Allahdan başqasına ibadət etməyi qadağan etdi».
    Maraqlıdır ki, Süleymanın macərasını ətraflı şəkildə bəyan edən Qurani-kərim, insanların diqqətini nəyə yönəltmək istəyir? Təfsirçilər uyğun macəradan aşağıdakı göstərişləri nəticə çıxarırlar:
    1. Hökumət rəhbəri öz ətrafına o qədər diqqətli olmalıdır ki, hətta bir işçinin yoxluğundan xəbərdar olsun;
    2. Bir nəfərin səhvə görə cəzalandırılmaması, başqalarını da doğru yoldan azdırır. Rəhbər buna yol verməməlidir;
    3. Cəzalandırılacaq şəxsə özünü müdafiə etmək üçün şərait yaradılmalıdır;
    5. İstər rəhbər, istər adi fərd, dəlil və məntiqə tabe olmalıdır;
    6. Cəmiyyətdə azadlıq elə bir səviyyəyə çatmalıdır ki, adi fərd hökumət başçısına sözünü deyə bilsin;
    7. Kimsə öz biliyi ilə kifayətlənməməlidir;
    8. Cəmiyyətdə idarəçiliyin mürəkkəbliyi və Süleyman kimi qüdrətli padşahın adi bir quşa möhtac ola bilməsi unudulmamalıdır;
    9. Qadın öz zərif təbiəti ilə hökumət başçılığına qadir deyil;
    10. Millət, adətən, rəhbərin dinində olur.
    Sual 140: Məktub necə yazılmalıdır?
    Cavab: Həzrət Əli (ə) öz nümayəndələrinə yazırdı: «Qələmlərinizin ucunu iti edin. Sətirləri bir-birinə yaxın yerləşdirin. Məktublarınızdan artıq sözləri çıxarın. Daha çox mənaya diqqət edin. Uzunçuluqdan çəkinin, çünki müsəlmanların büdcəsində artıq xərcə imkan yoxdur»(«Xisali-Səduq».  ).
    Qələmin ucu iti olarsa, sözlər kiçik yazılar. Sətirlər bir-birinə yaxın olduqda, yerlə yanaşı yazanın və oxuyanın vaxtına da qənaət olunar. Deyilənlərə nümunə olaraq, həzrət Məhəmmədin (s) Xosrov Pərvizə, Rum Qeysərinə yazdığı məktubları göstərmək olar.
    «Nəhcül-bəlağə»də oxuyuruq: «Elçi sənin əqlinin təkrarçısıdır. Sənin haqqında ən maraqlı danışan, yazdığın məktubdur». İmam Sadiq (ə) buyurur: «İnsanın yazdığı məktub, onun ağıl səviyyəsini göstərir»(«Biharul-ənvar», 76-cı cild, səh. 50. ).
    İslam dinində məktubla bağlı bir sıra göstərişlər mövcuddur. Salamın cavabı vacib olduğu kimi məktubun da cavabı vacibdir. Salam haqqında isə Qurani-kərimdə buyurulur: «Sizə salam veriləndə ona ya olduğu kimi, ya da daha gözəl şəkildə cavab verin»(«Nisa» surəsi, ayə 86. ).
    Sual 141: Paklıq nöqsan hesab oluna bilərmi?
    Cavab: Paklıq bəşər övladı üçün ən böyük üstünlükdür. Belə olduğu təqdirdə, paklıq nümunəsi olan peyğəmbərlər və imamlar, övliyalar və zahidlər nə üçün, adətən, ya öz vətənlərindən didərgin düşmüş, ya da zindanlarda əzab-əziyyətə düçar edilmişlər? «Nəml» surəsinin 56-cı ayəsində buyurulur: «Lut tayfasının cavabı, yalnız bu olmuşdu: «Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır».
    Dünyanın bir çox ölkələrində hökm sürən zorakı rejimlər, adətən, bir qrup mənsəbpərəst rüşvətxordan ibarətdir. Pak insanlar millətlərin çəkdiyi zülm və sitəmlərlə barışmayıb hər zaman qiyam arzusunda olduqlarından, belə cəmiyyətlərdə onlara yer olmur.
    Şərqdə geniş yayılmış «Dabbağ və ətir» hekayəsi uyğun mövzuda gözəl misaldır: Daim üfunətli dərilər arasında işləyən Dabbağ bir gün təsadüfən əttarlar küçəsindən keçir. Ətirlərin qoxusundan bihuş olmuş dabbağ, ölümcül vəziyyətə gəlir. Onu müayinə edən təbib, Dabbağın təcili üfunətli dabbağxanaya aparılmasını məsləhət görür. Dərilərin qoxusu dabbağın burnuna dəydikcə, o özünə qayıdır.
    Bəli, bəşər tarixi boyunca günahkarlığa rəvac verilmiş cəmiyyətlərdə paklıq, vicdan, dindarlıq nöqsan hesab olunmuşdur. Belə cəmiyyətlərdə spirtli içki içməyən, haram tikə yeməyən, yalan danışmayan insanlara yer olmamış və olmayacaqdır.
    Sual 142: «Muztərr» kimdir?
    Cavab: «Muztərr» ərəbcədən tərcümədə, «əli hər yerdən üzülmüş» mənasını verir. «Nəml» surəsinin 62-ci ayəsində oxuyuruq: «(Bütlər yaxşıdır) Yoxsa əli hər yerdən üzülüb darda qalan kimsənin duasını qəbul edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin edən Kəs?!».
    Sözsüz ki, Allah-təala bütün ilkin şərtlərə əməl edən insanın duasını qəbul edir. Lakin yuxarıdakı ayədə zikr olunan çarəsizlik halı duanın qəbul olunmasının başlıca şərtlərindəndir. Bu hala düşmüş insan, öz müşkülünün həllində yalnız Allahı təsirli bilir və Ondan başqa heç bir kimsədən yardım gözləmir.
    Ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mömin bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə gözləməlidir. O, sadəcə çalışdığı zaman hər şeyin Allah iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə) buyurur: «Bu ayə Məhəmməd (s) ailəsindən olan imam Mehdi (ə) haqqındadır. And olsun Allaha «müztərr» Odur. O, İbrahim məqamında durub, əllərini Allah dərgahına qaldırar və dua edər. Allah-təala onun duasını qəbul edib, bütün narahatçılıqları aradan qaldırar və onu yer üzünə xəlifə təyin edər»(«Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 94.).
    Əlbəttə ki, ayə təkcə əsrin imamı Mehdiyə (ə) şamil olunmur. Sadəcə, ayənin məfhumunun aydınlaşması üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə) zühurundan öncə dünyanı zülm-sitəm bürüyəcəyi, əksər insanların əlinin hər yerdən üzüləcəyini bilirik. Həmin dövrdə dünyanın müxtəlif nöqtələrində çarəsiz insanlar Allah dərgahına əl açıb, qurtuluş istəyəcəkdir. Allahın bu duaları qəbul etməsi ilə, həzrət Mehdinin (ə) zühuru gerçəkləşəcəkdir.
    Sual 143: Qiyamətdən əvvəl gerçəkləşəcək rəcət hadisəsinin fəlsəfəsi nədir?
    Cavab: Şiə müsəlmanların etiqad etdiyi rəcət, 12-ci imam Mehdinin (ə) zühurundan sonra, qiyamət ərəfəsində bir qrup xalis mömin və xalis kafirin mükafat və cəza üçün dünyaya qayıdışıdır.
    Məşhur şiə alimi Seyid Mürtəza deyir: «Allah-təala həzrət Mehdinin (ə) zühurundan sonra dünyasını dəyişmiş bir qrup insanı dünya həyatına qaytaracaqdır. Onlar İmama (ə) yardımçı olmaq və ədalətli hökumətin bütün dünyanı bürümüş hakimiyyətini müşahidə etmək iftixarına yetişəcəklər. Həmin mömin insanlarla yanaşı, bir qrup kafir intiqam üçün dünya həyatına qaytarılacaqdır».
    Mərhum Əllamə Məclisi deyir: «Rəcət hadisəsini təsdiq edən Əhli-beyt hədislərinin sayı, iki yüzdən çoxdur».
    Belə bir sual verilə bilər ki, qiyamətdən sonra rəcət hadisəsinin gerçəkləşməsinin nə əhəmiyyəti vardır? İslam rəvayətlərindən belə aydın olur ki, bu hadisə yalnız bir qrup xalis mömin və xalis kafirə aiddir. Möminlərin qayıdışı onların tam kamilləşməsi, kafirlərin qayıdışı məhz dünya əzabını dadmaları üçündür. Əvvəlki dünya həyatında kafirlərin maneçiliyi səbəbindən imanını kamilləşdirməyə fürsət tapmayanlar, rəcət zamanı arzularına çatırlar. İmam Sadiq (ə) buyurur: «Rəcət ümumi deyildir. Yalnız xalis imanlılar və xalis kafirlər dünya həyatına qayıdarlar»(«Biharul-ənvar», 53-cü cild, səh.39. ).
    Sual 144: İslam kasıbçılığı bəyənirmi?
    Cavab: Bər-bəzəkli, kübar həyat tərzini tənqid edən İslam, kasıbçılığın təbliğindən olduqca uzaqdır. İslam bütün sahələrdə təfrit və ifratı pisləyərək, orta həddin daha faydalı olduğunu önə çəkir. Ayə və hədislərdə dünya yox, dünyaya ifrat bağlılıq nəhy olunur. İmam Sadiq (ə) buyurur: «Dünya, axirətə çatmaq üçün gözəl bir yardımdır»(«Vəsailuş-şiə», 12-ci cild, səh.17. ).
    İslam, axirət dünyası üçün faydalı olan sərvəti bəyənir. İslam, bəşəriyyət üçün faydalı var-dövləti təqdir edir. İslam, cəmiyyəti insani dəyərləri önə çəkən mal-dövləti xeyirli bilir. Ailənin ehtiyaclarını təmin etmək, imkansızlara əl tutmaq, Allah yolunda qədəm götürmək məqsədi ilə sərvət qazanmaq qəbahət yox, müqəddəs işdir.
    İmam Sadiq (ə) buyurur: «Səni başqalarının haqqına təcavüzdən saxlayan ehtiyacsızlıq, səni günaha çəkən kasıbçılıqdan üstündür»(«Vəsailüş-şiə», 12-ci cild, səh. 17.).
    Uyğun mövzuda ilahi buyuruqlardan, məsumların kəlamlarından aşağıdakı nəticələr alınır:
    - Kasıb millətin azadlığı və başıucalığı qeyri-mümkündür;
    - Kasıblıq, asılılıqdır;
    - Kasıblıq, dünya və axirətdə üzüqaralıqdır;
    - Kasıblıq, insanı günaha çağırır ...
    Sual 145: Ata-anaya nə zaman itaət olunmamalıdır?
    Cavab: Allah-təala insanı valideynlərə ehsana çağıraraq buyurur: «Biz insana ata-anasına yaxşılıq etməyi tösiyə etdik...»(«Ənkəbut» surəsi, ayə 8. ). «Loğman» surəsinin 15-ci ayəsində «dünya işlərində onlarla gözəl keçin» buyurulur.
    Valideynə yaxşılığın əhəmiyyəti, Əhli-beyt (ə) hədislərində daha qabarıq nəzərə çarpır. Allah-təalanın valideynə mərhəmətinin sonsuzluğunu anlamaq üçün «behişt ananın ayaqları altındadır» hədisini xatırlamaq kifayətdir. Bəs valideyn kafir olsa necə, ona yenə də yaxşılıq etmək zəruridirmi? İslam dini hətta kafir valideynə də ehtiram göstərilməsini vacib bildirir. Amma elm və məntiq dini olan İslam, heç bir sahədə ifrata yol vermir. Belə ki, övladı əyri yola sürükləyən, onu namaz və oruc kimi vacib ilahi əmrlərə itaətdən çəkindirən valideynə həmin məsələlərdə itaət olunmamalıdır. Qurani-kərimdə oxuyuruq: «Əgər valideynlərin bilmədiyi bir şeyi Mənə şərik qoşsalar, onlara itaət etmə»(«Ənkəbut» surəsini, ayə 15. ). Həzrət Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allaha üsyan etməklə, bəndəyə itaət etmək olmaz».
    Nəticə olaraq qeyd edək ki, heç bir kimsə Allahla bəndə arasına girə bilməz. Nə padşah, nə rəis, nə də ki ata-ana insanı dini vəzifələrinin icrasından saxlamaq səlahiyyətinə malik deyildir.
    Sual 146: Günahdan çəkinmək istəyən insan nə etməlidir?
    Cavab: Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər.
    Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.
    Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur və gələcəkdə də mövcud olacaq.
    Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir»(«Ənkəbut» surəsi, ayə 45. ).
    Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».
    Sual 147: Hansı musiqi haramdır?
    Cavab: Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur.
    Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur».
    Musiqisi və sözləri insanı doğru yoldan azdıran ğinanın insan mənəviyyatına bir çox mənfi təsirləri vardır:
    «Ğina oxunan ev qəm-qüssədən amanda qalmaz», «Ğina oxunan evdə dua qəbul olmaz», «Ğina oxunan evə mələk nazil olmaz»(İmam Sadiqin (ə) kəlamları, «Vəsailüş-şiə», 12-ci cild, səh.225. ).
    Sual 148: Lovğa yeriş insanı hara aparır?
    Cavab: Loğman öz oğluna belə nəsihət verir: «...Yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah özündən razı və lovğalanıb fəxr edən şəxsi sevməz. Yerişində müvazinət gözlə»(«Loğman» surəsi, ayə 18-19. ).
    Uyğun Quran ayələrindən bir daha aydın olur ki, İslam dini öz ardıcıllarının bütün suallarına əhatəli cavab verir. Mömin müsəlmanlara, hətta öz yerlərində müvazinəti gözləmək sifariş olunur. İlk baxışdan əhəmiyyətsiz görünən yeriş, əslində insan şəxsiyyətinin nişanələrindəndir.
    Həzrət Peyğəmbər (s) buyurur: «Lovğa-lovğa, təkəbbürlə yeriyən adama yer, yerin altında yatanlar və üstündə gəzənlərin hər biri lənət oxuyur».(«Səvabul-əmal». )
    Başqa bir hədisdə Həzrət (s) buyurur: «Geydiyi libasla lovğalanan insanı, Allah-təala cəhənnəm kənarında yerin təkinə endirib, Qaruna yoldaş edər. Çünki təkəbbürün bünövrəsini Qarun qoyub»(«Səvabul-əmal». ).
    Bir hədisdə nəql olunur ki, Həzrət (s) yoldan keçərkən, adamların bir dəlinin başına toplandığını gördü və buyurdu: «Əsl dəli, təkəbbürlə yol yeriyən insandır».
    Sual 149: Susmaq nə vaxt qızıl deyil?
    Cavab: El arasında «danışmaq gümüşdürsə, susmaq qızıldır» məsəli, İslam dinində sükuta verilən dəyəri bir daha təsdiq edir. İmam Sadiq (ə) buyurur: «Sükut, düşüncə rahatlığının əsasıdır». İmam Əli ibni Musa ər-Riza (ə) isə belə buyurur: «Elm, helm və sükut, düşüncə əlamətidir. Sükut hikmət qapılarından biridir»(«Vəsail», 8-ci cild, səh. 532. ).
    Natiqin çıxış etdiyi məclisdə, müəllimin danışdığı sinif otağında sakitliyə riayət olunması zərurəti hamı tərəfindən qəbul olunmuşdur. Məlum məsələdir ki, insan danışa-danışa dinləmək qabiliyyətindən məhrumdur. Müəllim dərs gedişində sakit oturmayan şagirdi qaldırır və soruşur ki, mən nədən danışırdım? Təbii ki, şagird cavab verə bilmir. Ətrafda baş verənləri anlamaq üçün sükut zəruri şərtdir.
    Bəs insan danışa-danışa düşünə bilərmi? Əlbəttə ki, yox! Demək, həyat çətinliklərini ilk əvvəl düşüncə ilə aradan qaldırmalı olan insan, sükuta möhtacdır!
    Amma əgər qızıl ən qiymətli şeydirsə, sükut həmişə qızıl deyildir. Özünüz düşünün, bəşəriyyəti ilahi elmlə zinətləndirən peyğəmbərlər, zalım padşahların zülmünü ifşa edən natiqlər, elmin sirlərini övladlarımıza öyrədən müəllimlər sussaydı, dünya nə vəziyyətə düşərdi?! Bəli, zəruri olmayan sözü udub susmaqla bərabər, həqiqəti dünyaya izhar etmək də qızıldır!
    Sual 150: Bətndəki körpənin oğlan və ya qız olacağını əvvəlcədən təyin etmək olarmı?
    Cavab: «Loğman» surəsinin 34-cü ayəsinə əsasən, beş sahə haqqında bilik yalnız Allaha məxsusdur və bəşər övladı üçün bu elmlər müəssər deyil. Bu beşliyə daxildir:
    1. Qiyamətdən xəbərdarlıq;
    2. Yağış;
    3. Ana bətnində körpə;
    4. Gələcək;
    5. Ölüm yeri.
    «Nəhcül-bəlağə»də nəql olunur: «Bir gün Əli (ə) gələcəkdə baş verəcək hadisələrdən danışarkən, yaxın adamlardan biri soruşdu: «Ey Əmirəl-möminin, sən qeyb elmi ilə tanışsanmı?». Həzrət (ə) gülümsəyərək cavab verdi: «Dediklərim qeyb elmindən deyil. Qeyb elmi yalnız qiyamət elmidir. Allah-təala bətndəki körpənin oğlan və ya qız, gözəl və ya çirkin, xoşbəxt və ya bədbəxt olacağını bilir. Məhz bunlar yalnız Allahın bildiyi qeyb elmlərindəndir. Qalanını isə, Allah öz rəsuluna, Onun rəsulu isə mənə öyrədib...».
    Yaşadığımız elmi-texniki tərəqqi dövründə ana bətnindəki körpə və yağış haqqında proqnozlar verilir. Bəli, məhz proqnoz! Proqnoz isə həqiqətə çevrilməyə də bilər. Proqnoz ilkin məlumatlar olmadan verilə bilməz. Məsələn, hazırda yalnız formalaşmış körpə haqqında proqnoz verilir. Hansı ki, Allah-təalanın bu sahədəki biliyi vaxtla şərtlənmir. Allah üçün körpənin 10 günlük və ya iki aylıq olmasının heç bir fərqi yoxdur.
    Yağış haqqında proqnoz verilir. Bu proqnoz yalnız yağışdan bir neçə gün əvvəl verildikdə özünü doğruldur. Allahın elmində isə yayda qışın, qışda yayın yağıntıları son dəqiqliyinədək məlumdur.
    Category: 170 Sual-cavab | Views: 1263 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024