İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 25 » Kitabın adı: 170 Sual-cavab
    11:47 AM
    Kitabın adı: 170 Sual-cavab
    SUAL 151-170
    Sual 151: Göz yaşları ölüm mələyini geri qaytara bilərmi?
    Cavab: Qurani-kərimin müxtəlif ayələrinə əsasən, Allah-təala dünya işlərini mələklər vasitəsi ilə gerçəkləşdirir. Bu mələklərdən bir qrupu ruh alan mələklərdir. Onların aparıcısı «ölüm mələyi»dir.
    Peyğəmbər (s) buyurur: «Xəstəliklər və dərdlər ölümün elçiləridir. Ömür başa çatdıqda, ölüm mələyi gəlir və deyir: «Ey Allah bəndəsi, sənə xəbər xəbər dalınca, elçi elçi dalınca göndərdim. Amma son xəbər mənəm!». Sonra deyər: «Allahın dəvətini qəbul et, istər həvəslə, istər həvəssiz!». Ölüm mələyi bəndənin ruhunu çıxaranda, ətrafdakılar şivən qoparıb, göz yaşları axıdarlar. Ölüm mələyi deyər: «Kimin üçün ağlıyırsınız? Kiminçün göz yaşı axıdırsınız? And olsun Allaha ki, onun vaxtı qurtarıb və bütün ruzisini alıb. Allah onu dəvət edib, o da qəbul edib». Yenə əlavə edər: «Ağlamaq istəyirsinizsə, özünüzə ağlayın! Son nəfərinizin ruhunu çıxaranadək, yanınıza gələcəyəm!».
    Sual 152: Gecəni yatmaq, yoxsa oyaq qalmaq daha faydalıdır?
    Cavab: Əhli-beyt hədislərindən birində buyurulur: «Alimin yuxusu cahilin ibadətindən üstündür». Maraqlıdır, necə ola bilər ki, yuxu ibadətdən üstün olsun? Başqa bir sual: mürəbbə baldan üstün ola bilərmi? Hamı bilir ki, bal misilsiz bir nemətdir və onu mürəbbə ilə müqayisə etməyə dəyməz. Bəs bala sirkə qatışsa necə? Əlbəttə ki, belə baldan mürəbbə yaxşıdır.
    Sözsüz ki, ibadət yuxudan üstündür. Amma nadan insanın ibadəti, adətən, «qatqı»lı olur. Bu ibadətdə riya, başqalarının nəzərini düşünmək, fikir dağınıqlığı kimi mənfi elementlər kifayət qədərdir. Alim isə yuxunu ibadətə «çevriməyi» bacarır. O, yatarkən dəstəmaz alır, dua oxuyur, sağ tərəfi üstə yatır, ən əsası isə yuxunun vaxtını və müddətini düzgün təyin edir.
    Amma başqa bir hal da var. İnsan gecəni oyaq qalıb, ibadətə məşğul olur. «İsra» surəsinin 79-cu ayəsində buyurulur: «Gecə yarı oyan və gecə namazı qıl. Olsun ki, Rəbbin səni uca məqama qaldıra».
    «Səcdə» surəsinin 16-cı ayəsində oxuyuruq: «Onlar ibadət üçün yataqlarından qalxar».
    İmam Baqir (ə) buyurur: «Oruc alov qarşısında sipər olar, sədəqə günahları məhv edər və gecə oyanıb ibadət edən insanı Allah yad edər»(«Üsuli-kafi». ).
    Bəli, gecənin əsrarəngiz mənzərəsi, eləcə də, sükutu insan təfəkkürünü oyadır. İnsan bütün bu incəliklərin xaliqinə yol axtarır.
    Dərdsiz insan yoxdur. Gecənin yarısı dərdini Allahdan başqa kimə deyəsən?! Dostların, qohumların qapısı bağlı, idarələrin qapısında qıfıl! Yalnız bir olan Allahın qapısı açıq! Bəli, belə bir məqamda ibadət yuxudan üstündür!
    Sual 153: Axirət əzabı var ikən, dünya əzabına nə hacət?
    Cavab: Əgər insan dünya həyatında imtahana çəkilib axirətdə mühakimə olunursa, dünyadakı bəlaların məntiqi nədir? «Səcdə» surəsinin 21-ci ayəsində buyurulur: «Biz ən böyük əzabdan əvvəl, onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, geri dönələr».
    Bəli, peyğəmbərlər göndərilir, kitablar nazil olur, nemət verilir, bəlalar gəlir. Amma bütün bunlardan faydalanmayan insanların son mənzili, yalnız və yalnız cəhənnəmdir.
    Əgər ətrafa nəzər salsaq, bir çox insanların məhz dünya əzabından nəticə çıxararaq, doğru yola gəldiyinə şahid olarıq. Nəfsin hakimiyyəti altında qarşılaşdıqda, dayanıb düşünür. Eyş-işrətə qərq olmuş cəmiyyət müdhiş bir zəlzələ qopan andaca, bir ağızdan «Allah»-deyə fəryad qoparır. Elm və məntiqlə həqiqəti tapmağa həvəs göstərməyənlər əzabla üzləşən kitmi, düşünməyə başlayır.
    Dünya əzabı olmasaydı nə olardı? Allah-təala 124 min peyğəmbər göndərib millətləri doğru yola çağırmaqla kifayətlənsəydi, dünya nə kökə düşərdi? Təsəvvür edin ki, bir cəmiyyətdə qanunlar təbliğ olunur, amma qanunu pozanlar cəzalandırılmır. «Oğurluq etməyin» deyilir, amma oğurluğun qarşısı alınmır. Bu cəzasızlıq oğurluğa rəvac vermirmi? Günahkarların cəzalandırılması, başqaları üçün ibrətdir və ümumiyyətlə, cəmiyyətin xeyirinə yönəldilmiş bir tədbirdir.
    Allah-təala günahkarı cəzalandırmaqla onu islah olmağa, başqalarını isə ibrət götürməyə çağırır və belə bir əzab, bəşəriyyət üçün olduqca zəruridir.
    Sual 154: Peyğəmbərlər təqiyyə edibmi?
    Cavab: «Təqiyyə» ərəbcədən tərcümədə «çəkinmək» mənasını verir, insanın öz dini baxışlarını izhar etməkdən çəkinməsidir. «Əhzab» surəsinin 39-cu ayəsində oxuyuruq: «O peyğəmbərlər ki, Allahın hökmlərini təbliğ edər, Ondan çəkinər və Allahdan başqa kimsədən qorxmazlar». Bu və digər ayələrdən məlum olur ki, peyğəmbərlərə öz risalətlərinin təbliğində təqiyyəyə icazə verilməmişdir.
    Onu da unutmaq olmaz ki, təqiyyənin müxtəlif növləri vardır. Yuxarıdakı ayədə zikr olunan təqiyyə, qorxu təqiyyəsidir. Yəni peyğəmbərlər qorxu səbəbindən öz risalətini təxirə sala bilməz.
    Təqiyyənin başqa bir növü, təhbibi təqiyyədir. İnsan bəzən qarşı tərəfin məhəbbətini cəlb etmək üçün öz əqidəsini açıqlamır. Belə bir təqiyyə müəyyən müştərək işlərdə qarşı tərəflə həmkarlığa şərait yaradır.
    Üçüncü növ təqiyyə, pərdələnmə təqiyyəsidir. Hər bir insan və ya cəmiyyət öz məqsədinə çatmaq üçün hazırladığı planı düşməndən gizlətməlidir. Aydın məsələdir ki, qarşı tərəfin atacağı addımlardan xəbərdar olan düşmən, öz tədbirini görəcəkdir.
    Peyğəmbərlərə qorxu təqiyyəsi caiz olmasa da, onların həyatında ikinci və üçüncü növ təqiyyələr kifayət qədərdir. Məsələn, spirtli içkilərin mərhələ-mərhələ qadağan olunması, buna misal ola bilər. Bütləri qırmaq qərarına gəlmiş İbrahim bütpərəstlərə şənliyə getməyib, şəhərdə qalmasının səbəbini doğru-düzgün açıqlasaydı, məqsədinə çata bilərdimi?!
    İmam Sadiq (ə) buyurur: «Təqiyyə mənim və mənim babalarımın ayinidir. Təqiyyəsi olmayanın dini yoxdur»(«Məcməül-bəyan», 7-8-ci cild, səh.521. ).
    Sual 155: Peyğəmbərlik həvəsinə düşənləri necə anlatmalı?
    Cavab: Allah-təala buyurur: «(Məhəmməd) Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur»(«Əhzab» surəsi, ayə 40. ).
    Əlbəttə ki, ayə və hədislər yalnız mömin müsəlmanlar üçün mötəbərdir. Peyğəmbərlik eşqinə düşmüş fırıldaqçıları isə, yalnız elm və məntiq yolu ilə susdurmaq olar. Belə ki, heç bir peyğəmbər göndərildiyi cəmiyyətdə dəlil-sübutsuz qəbul olunmamışdır. Buna görə də, bu eşqə düşənlər öz peyğəmbərliklərini sübuta yetirmək üçün aşağıdakı tələblərə cavab verməlidirlər:
    1. Bütün peyğəmbərlər möcüzə ilə göndərildiyindən, iddiaçı öz möcüzəsini göstərməlidir;
    2. Bütün peyğəmbərlərin gəlişi özündən əvvəlki peyğəmbər tərəfindən xəbər verilmişdir;
    İsa (ə) və onun gətirdiyi İncildə həzrət Məhəmməd (s) haqqında xəbərlər vardır. İddiaçı öz peyğəmbərliyinin sübutu üçün Qurandan dəlil gətirməlidir (Hansı ki, «Əhzab» surəsinin 40-cı ayəsində «Məhəmməd peyğəmbərlərin sonuncusudur»-deyə buyurulur).
    3. Peyğəmbər öz dövrünün ən inkişaf etmiş elm sahəsində hamıdan üstün olmalıdır;
    Necə ki, Musa möcüzədə, İsa tibbdə, Məhəmməd (s) məntiq və hikmətdə birinci idi.
    4. Peyğəmbər cəmiyyətin bütün problemlərinin həlli yolunu göstərməyi bacarmalıdır;
    5. Peyğəmbər zorakı hakimiyyətə qarşı çıxıb, ictimai ədalətin bərpasına çalışmalıdır;
    6. Peyğəmbərin dininə hamıdan əvvəl onun ən yaxın adamları iman gətirməlidir və s.
    Sual 156: İslam peyğəmbərinin zövcələrinin sayının fəlsəfəsi nədir?
    Cavab: Həzrət Məhəmmədin (s) bir yox, bir neçə qadınla evlənməsi, bir sıra ictimai-siyasi çətinliklərin həlli məqsədini daşımışdır. Həzrət öz peyğəmbərliyini elan etdiyi zaman tək-tənha idi və onun risalətinə çox az adam iman gətirmişdi. Təbii ki, xürafatın hakim olduğu həmin cəmiyyətdə əksər qəbilələr onun risalətinə müxalif mövqedə dayanmışdılar. Həzrət Peyğəmbər (s) düşmənin müqavimətini qırmaq üçün icazə verilmiş bütün yollardan istifadə edirdi.
    Həzrət (s) yalnız bir bakirə qızla ‒ Aişə ilə evlənmişdir. 25 yaşlı gənc, 40 yaşlı dul qadınla ‒ Xədicə (s.ə.) evlənmiş və 53 yaşınadək yalnız, bu qadınla nikahda olmuşdur.
    Öz dövrünün cahil adət-ənənələrini sındırmaq üçün dul Zeynəblə evlənən Peyğəmbər, bakirə qızlarla da ailə həyatı qura bilərdi.
    Tarixçilər həzrət Məhəmmədin (s) zövcəsi sayılan qadınların əksəriyyətinin onunla cinsi yaxınlıqda olmadığını bildirirlər. Hətta bəzi qəbilələr öz qızını Həzrətə nişanlamaqla kifayətlənmiş və bunu özləri üçün böyük fəxr hesab etmişlər.
    İkinci bir tərəfdən, sonsuz olmayan Peyğəmbərin (s) nə üçün az sayda övladı olmalı idi. Həmin dövrdə, adətən, övladla nəticələnən cinsi yaxınlıq, Həzrət (s) üçün önəmli deyildi. Önəmli olan, bu izdivaclar vasitəsi ilə qəbilələri İslama gətirmək, cəmiyyətdə əlaqələri möhkəmlətmək idi.
    Sual 157: Evlənmək istədiyimiz qadına baxa bilərikmi?
    Cavab: Təfsirçilərin fikirincə, evlənmək istəyən şəxs evlənmək istədiyi qadına baxa bilər.
    İnsan həyatında ən əhəmiyyətli hadisələrdən biri, izdivacdır. İslam dini bütün işlərdə kor-koranə seçimin əleyhinə olduğu kimi, izdivac zamanı da kamil bəsirət tərəfdarıdır. Gələcəkdə baş verə biləcək peşmançılıqların qarşısını almaq üçün evlənmək istəyən insan, nəzərdə tutduğu qadını şəriət çərçivəsində kamil tanımalıdır.
    Həzrət Peyğəmbər (s) evlənmək istəyən yaxın adamlarından birinə buyurur: «Əvvəlcədən ona bax. Bu, aranızdakı məhəbbətin dərinliyinə səbəb olar».
    Əlbəttə ki, şəriət o şəxsə baxmaq icazə verir ki, onun bu qadınla evlənmək fikiri ciddi olsun. Evlənməyə qadın axtarmaq məqsədi ilə baxmaq, caiz deyil. Hətta icazə verildiyi təqdirdə, şəhvətlə baxmaq haramdır.
    Sual 158: Qonaqdan ac olduğunu soruşmaq olarmı?
    Cavab: Həzrət Peyğəmbər (s) buyurur: «Qonaq behişt bələdçisidir»(«Biharul-ənvar», 75-ci cild, səh. 460. ). Qonağa ehtiram göstərilməsi o qədər əhəmiyyətlidir ki, İslam qonağı səmadan enmiş hədiyyə kimi təqdim edir. Həzrət Peyğəmbər (s) buyurur: «Qonaq öz ruzisi ilə gəlir və ailənin günahlarını özü ilə aparır».
    Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
    İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib-içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın»(«Biharul-ənvar», 75-ci cild, səh. 455. ). Açılmış süfrəni kasıb bilərək, təhqir etmək caiz deyil. «Sizə layiq süfrə aça bilmədim» demək olmaz. İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».
    Qonağın da öz vəzifələri vardır. Qonaq ona göstərilən yerdə oturmalı, ev sahibinin narahatçılığına səbəb olacaq hərəkətlərə yol verməməlidir.
    Sual 159: İnsan öz ömrünü necə uzada bilər?
    Cavab: Bu sual bəşər tarixi boyun insanları düşündürmüşdür. Amma bu sahədə araşdırma aparan əksər tədqiqatçılar, məsələyə sırf fizioloji baxımdan yanaşmışlar. İslam dini fizioloji amillərin insan ömrünə təsirini nəinki inkar etmir, hətta bu sahədə göstərişlər də verir. İnsanın normal yuxu və qidalanma rejimi, onun ömrünün uzunluğunda əhəmiyyətli rol oynayır.
    Amma bundan da əhəmiyyətli amillər vardır. Həzrət Peyğəmbər (s) buyurur: «Allah yolunda sədəqə və qohumları yoxlamaq evləri abad edib, ömürləri uzadar»(«Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 354. ).
    Həzrət (s) öz buyuruqlarında zinanı məhkum edərək buyurur: «Ey müsəlmanlar, zinadan çəkinin. Onun altı pis nəticəsi vardır ki, üçü dünyada, üçü isə axirətdədir. Zinanın dünya həyatındakı üç təsiri bunlardır: insanın nurunu aparar, kasıblıq gətirər, ömürü qısaldar»(«Səfinətul-bihar», 2-cild, səh.23. ).
    Demək, ömürünün qısalmasından ehtiyatlanaraq ekoloji saf qidalara üstünlük verən insan, öz mənəviyyatına da nəzər salmalıdır. İnsanın şərab içib-içməməsinin, zina edib-etməməsinin, qadının hicablı olub-olmamasının Allah üçün heç bir faydası yoxdur. İslam dinində nəzərdə tutulmuş bütün həddlər, yalnız və yalnız insanın dünya və axirət səadətini təmin etmək üçündür.
    Sual 160: Ruhlarla əlaqə saxlamaq mümkündürmü?
    Cavab: «Fatir» surəsinin 22-ci ayəsində buyurulur: «Dirilərlə ölülər eyni deyillər. Şübhəsiz ki, Allah (haqq sözü) istədiyi şəxslərə eşitdirər. (Amma ey Peyğəmbər) sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən».
    Bədr döyüşündə öldürülmüş kafirlərə müraciətlə danışan Peyğəmbər (s), Ömərin etirazı ilə qarşılaşdı. Həzrət (s) «onların ki, ruhu yoxdur» deyən Ömərə belə cavab verdi: «Mənim dediklərimi siz onlardan yaxşı eşitmirsiniz. Sadəcə, onların cavab vermək qüdrəti yoxdur»(«Ruhul-bəyan». ).
    Bütün müsəlmanlar namazın sonunda peyğəmbərə salam göndərirlər. Dünyasını dəyişmiş insanın cəsədinə «la ilahə illəllah» təlqin edilir. Bütün bunlar mötəbər hədislərə əsasən icra olunur. Əgər dünyasını dəyişmiş insan bizi eşitmirsə, hansı əsasla ona salam göndərməli və ya təlqin etməliyik?!
    «Nəhcül-bəlağə»də ölülərin ruhu ilə əlaqəyə işarə olunur və həzrət Əlinin (ə) möminlərin ruhu ilə danışdığı bildirilir.
    Ölmüş insanın dünya həyatı ilə əlaqəsi kəsilsə də, Allahın iradəsi ilə belə bir əlaqə mümkündür.
    Sual 161: Qurani-kərimin 114 surəsi olduğu halda, nə üçün «Yasin» surəsi daha çox tilavət olunur?
    Cavab: Bu surə «ya» və «sin» müqəttə hərfləri ilə başlayır. İmam Sadiq (ə) buyurur: «Yasin Allahın Rəsulunun adıdır. Çünki bunun ardınca buyurulur ki, «sən mürsəl (şəriət sahibi olan) peyğəmbərlərdənsən». Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif səhnələrlə qarşılaşırıq.
    Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır. İmam Sadiq (ə) buyurur: «Bu surəni qürubdan əvvəl oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa, Allah min mələk məmur edər ki, onu hər şeytan və hər bəladan qorusun»(«Məcməul-bəyan». ).
    Lakin bu fəzilətlər surəni kor-koranə oxuyana yox, onun məfhumunu düşünüb, anlayanlara şamildir. Elə bir düşüncə ki, insanın əməllərinə sirayət edir!
    Sual 162: Yuxuya əməl etmək olarmı?
    Cavab: Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları.
    İbrahim Peyğəmbər (ə) oğlu İsmayıli gördüyü yuxuya əsasən qurban kəsmək qərarına gəlmişdi. Maraqlıdır, insan yuxuya əsasən belə bir ciddi qərar qəbul edə bilərmi?
    Peyğəmbərlər bir sıra məsələlərdə, eləcə də yuxu məsələsində adi insanlardan fərqlənirlər. Onlar yalnız ilahi yuxular görür, bəzən isə vəhyi yuxu vasitəsi ilə qəbul edirlər. Bəzi rəvayətlərdə İbrahimin uyğun yuxunu üç gecə ardıcıl gördüyü nəql olunur.
    Başqa bir rəvayətdə nəql olunur ki, şeytan İbrahimə, «gördüyün yuxu şeytani yuxudur» deyə vəsvəsə edirdi. Amma İbrahim əmin idi ki, peyğəmbərlər şeytani yuxu görmürlər.
    Demək, adi insanların gördüyü yuxuya əsasən əməl etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq əməl olunması xürafatdır.
    Sual 163: Quran möminləri qələbə ilə müjdələdiyi halda, nə üçün bəzi möminlər şəhadətə yetişir?
    Cavab: «Qələbə» sözünün mənası olduqca genişdir. «Səffat» surəsinin 172-ci ayəsində möminlərə belə bir vədə verilir: «Onlar mütləq qalib gələcəklər». Bəs nə üçün imam Hüseyn (ə) Kərbəla vaqiəsində şəhadətə yetişdi? Şəhadəti məğlubiyyət hesab etmək olarmı?
    Təsəvvür edin ki, bir peyğəmbər düşmənlə döyüşdə şəhadətə yetirilib. Amma onun dini cəmiyyəti öz təsiri altına alaraq, batil əqidələrə qalib gəlib. Diqqət etsək görərik ki, həmin peyğəmbər əslində qalib gəlmişdir. Qələbə bir insanı yox, onun əqidəsini sındırmaqdır. Bəli, imam Hüseyn (ə) Kərbəlada qətlə yetirildi. Lakin bütövlükdə Kərbəla vaqiəsi İslamın taleyində tarixi dönüş nöqtəsinə çevrildi.
    Qələbənin digər bir növü, tədrici qələbədir. Belə bir qələbə əsrlərcə davam edən mübarizədən, neçə-neçə nəsillərin şəhadətə yetişməsindən sonra əldə edilir.
    Ən əsas nöqtələrdən biri isə, əbədiyyət məsələsidir. Yəni dünya səadəti axirət səadəti demək deyildir. 70 illik bir ömürü xoşbəxt yaşayan insanı, xoşbəxt adlandırmaq olmaz. Əsl xoşbəxtlik axirət xoşbəxtliyidir. Əgər imam Hüseyn (ə) şəhid olaqla behiştə gedirsə, demək qalib gəlir. Yox, onu qətlə yetirən Şimr cəhənnəm oduna bələnirsə, demək əslində məğlub olur.
    Sual 164: Gözdəymə həqiqətdirmi?
    Cavab: Bir çox insanların gözündə xüsusi bir təsir olduğu barədə gəzən söz-söhbətlərdə həqiqət varmı? Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir»(«Məcməül-bəyan», 10-cı cild, səh. 341.).
    Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...» («Yusif» surəsi, ayə 67.). Həzrət Əli (ə) buyurur: «Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gödəymə duası hazırlamışdı»(«Nurus-səqəleyn», 5-ci cild, səh. 400.). Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
    Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil.
    Sual 165: Bağışlanmayan günah varmı?
    Cavab: «Zumər» surəsinin 53-cü ayəsində buyurulur: «De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayan və rəhm edəndir!».
    Bu ayənin nazil olma səbəbi kimi, bəzi təfsirçilər Vəhşinin dastanını göstərirlər. Vəhşi həzrət Peyğəmbərin (s) əmisi Həmzənin qatilidir. Özünü hər zaman Peyğəmbərə (s) sipər etmiş Həmzə, Vəhşi tərəfindən namərdliklə qətlə yetirilmişdi.
    Zaman keçdi. İslam qüdrətləndi. Vəhşi də İslam dinini qəbul etmək qərarına gəldi. Həzrət Peyğəmbər (s) «Əmim Həmzəni necə öldürdün» soruşdu. Vəhşi həmin səhnəni təsvir etdiyi zaman, Həzrət (s) bərk ağlayırdı. Amma Vəhşinin tövbəsi qəbul oldu. Həzrət (s) ona buyurdu: «Mənim gözümə görünmə, sənə baxa bilmirəm». Vəhşi Şam istiqamətində gedib, bir daha gözə görünmədi.
    Həzrətdən (s) soruşdular ki, bu ayə təkzə Vəhşiyə aiddir, yoxsa hamıya? Peyğəmbər, «hamıya!» -deyə cavab verdi.
    Sual 166: «İsrafilin suru» nədir?
    Cavab: «Zumər» surəsinin 68-ci ayəsində buyurulur: «Sur çalınacaq, Allahın istədiyi kimsələrdən başqa, dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi, onlar qalxıb müntəzir olacaqlar!»
    Necə ola bilər ki, səs dalğaları bütün dünyanı bürüyə? Bir halda ki səs sürəti saniyədə 240 metri aşmır, bir Surun səsi bütün yer üzünə necə yayıla bilər?
    Rəvayətlərə əsaslanaraq deyə bilərik ki, Sur adi bir şeypur deyildir: İmam Zeynəlabidin (ə) buyurur: «Sur böyük bir buynuzdur. Yerə yönəlmiş aşağı ucla səmaya yönəlmiş yuxarı uc yeddinci qatınadəkdir. Onun üzərində ruhların sayı qədər dəlik vardır». Həzrət Peyğəmbər (s) buyurur: «Sur nurdan olan bir buynuzdur və üzərində ruhların sayı qədər dəlik vardır»(«Elmül-yəqin», səh.892. ).
    Surun nurdan olması, bu səsin sürətinin saniyədə 300.000 km işıq sürtindən çox olmasına bir işarədir.
    Sual 167: Özünü islah etməmiş insan, başqalarını islah edə bilərmi?
    Cavab: İslam dini öz ardıcıllarını cəmiyyətin islahına çağırır. Ümumiyyətlə, müəyyən bir yola bağlanmış insan, fitri olaraq başqalarını da bu yolda görmək istəyir. Amma bu işdə heç də hamı müvəffəq deyildir.
    Qurani-kərimdə «Allaha tərəf çağırın»-deyə əmr olunur və bu çağırışın proqramı təqdim olunur. «Fussilət» surəsinin 33-36-cı ayələrinə əsasən, təfsirçilər Allaha tərəf çağırışın dörd mərhələsini qeyd edirlər:
    1. Dəvət edənlər iman və əməl baxımından özlərini islah etməlidirlər;
    2. Pisliklər yaxışlıqla aradan qaldırılmalıdır;
    3. Əxlaq qaydalarına əməl olunmalıdır;
    4. Maneələr aradan qaldırılmalı, şeytanın vəsvəsələri ilə mübarizə aparılmalıdır.
    «Nurus-səqəleyn»də oxuyuruq: «Allah-təala öz peyğəmbərinə buyurur ki, yaxşılıqla pislik eyni deyildir, pisliyi ən yaxşı üsulla aradan qaldır. Yəni sənə pislik edənlərə yaxşılıqla cavab ver. Bu halda düşmən səmimi dosta çevrilər»(4-cü cild, səh. 549. ).
    Sual 168: Həzrət Məhəmməd (s) İslamdan əvvəl hansı dində idi?
    Cavab: Həzrət Peyğəmbərin həyat tarixçəsində aparılan araşdırmalar sübut edir ki, İslamdan əvvəl Məkkə əhli bütpərəst olsa da, Həzrət yalnız bir olan Allaha etiqad etmişdir.
    Təfsirçilər arasında Həzrətin (s) hansı dində olması barədə müxtəlif rəylər olsa da, ən məntiqi nəzər budur ki, İslam ona nazil olanadək, Rəsuləllah (s) Allahın yalnız onun üçün müəyyənləşdirdiyi bir proqrama əməl etmişdir.
    «Nəhcül-bəlağə»də buyurulur: «Allah-təala Məhəmməd (s) süddən ayrılan zamandan başlayaraq, ən əzəmətli mələyi ilə onu doğru yol və doğru əxlaqa sövq etmişdir».
    Əllamə Məclisi rəvayətlərə əsaslanaraq bildirir ki, həzrət Məhəmməd (s) peyğəmbərlikdən əvvəl də peyğəmbərlik məqamında olmuşdur. Daim mələklərin səsini eşitmiş, yuxularından ilham almışdır.
    Belə ki, qətiyyətlə deyə bilərik ki, həzrət Peyğəmbər (s) İslam qədərki dövrdə nə məsihi, nə də yəhudi dinində olmamışdır.
    Sual 169: İmanın hansı mərhələləri vardır?
    Cavab: İstər elm, istərsə də həqiqətə təzim ruhu mənasında imanın dərəcələri vardır. «Fəth» surəsinin 4-cü ayəsində buyurulur: «Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə öz dərgahından xətircəmlik, rahatlıq və mənəvi möhkəmlik göndərən Odur». İmam Sadiq (ə) buyurur: «İmanın on dərəcəsi vardır. Nərdivan kimi pillə-pillə ucalır»(«Biharul-ənvar», 69-cu cild, səh.165.).
    Qurani-kərimdə buyurulur ki, Allah-təala hər bir insanı onun qüvvəsi həddində sorğuya çəkir. Demək, iman dərəcəsi aşağı olan insanların sorğusu daha yüngül keçəcəkdir. Həzrət Peyğəmbər (s) və onun Əhli-beytindən nəql olunmuş hədislərdə iman səviyyəsi aşağı olan insanları qınamamaq tövsiyə olunur. Amma deyilənlərdən belə nəticə çıxarmaq yanlış olar ki, tamam imansız ‒ kafir insanlara sorğu yoxdur. İman bütün bəşəriyyətin fitrətinə məxsus olan bir sifətdir. Sorğudan gəzəştlər isə, birbaş insanların istedadı ilə bağlıdır. Atəşin İbrahimə gülzara döndüyünü görən Nəmrud, Allahın qüdrəti qarşısında qurban kəsir. Amma yenə də dünyəvi məqamını itirmək qorxusundan, aşkar iman gətirməyib kafirlərdən olur.
    Sual 170: İman eşqdir, yoxsa ağılın dərki?
    Cavab: Qurani-kərimin «Hücərat» surəsinin 7-ci ayəsində buyurulur: «...Allah sizə imanı sevdirmiş, onu, ürəklərinizdə süsləmiş küfrə, asi olmağa qarşı nifrət oyatmışdır».
    Adətən, insanlar həqiqətin qəbulu üçün dəlil-sübut istəyirlər. Belə bir istək təbiidir və İslam tərəfindən inkar olunmur. Amma insan qəbul etdiyi həqiqəti sevməyə də bilər. İmam Sadiq (ə) buyurur: «İman, sevgi və nifrətdən başqa bir şey deyil» buyurur.
    İmam Baqir (ə) buyurur: «Din məhəbbət, məhəbbət isə dindir».
    Təsadüfü deyildir ki, kainatın obyektiv nizamlı quruluşunu dərindən mütaliə edən astronom Allahın varlığını təsdiqlədiyi halda, ibadət etməyə də bilər. Əksinə, bu dəlillərdən tamami ilə xəbərsiz, yalnız fitrətinin səsini dinləməklə iman gətirmiş savadsız çoban, heç bir şəkk-şübhəyə yol vermədən Allahına ibadət edir!
    Category: 170 Sual-cavab | Views: 1488 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024